Текст книги "Kainatin mələkləri"
Автор книги: Einar Már Guðmundsson
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 11 страниц)
6
Qulli rəssam, Co tibb baxıcısı oldu, Daniel və Skuli isə avtomobil satışı ilə məşğul oldular. Siqqinin isə bütün düşüncələri okeanla bağlı idi. Balıqçı oldu və həyat bizi Kleppdə kamera yoldaşı olaraq yenə üz-üzə gətirdi. Qu-qu və qa-qa, dinq-donq, binq-bonq, əbədi meydanda, əbədi sonuncu dayanacaqda peşəkar tənha.
Qullunun rəsmlərində göründüyü kimi, Siqqi və Qulli ilk ekspedisiyalarını erkən yaşda çimərlikdə etdilər. Onlar köhnə gəmilərin ətrafında dolanır, anbar və təkər yuvalarında oturaraq uzaq okeanlar və ölkələr haqqında xəyal qururdular. Gəmilərin köhnəlmiş vintlərini çıxarmağa çalışırdılar, çünki onlar yaxşı qiymətə satıla bilən misdən hazırlanırdı. Qulli özü ilə atasının düzəltdiyi taxta qayıqları götürərək sahilə üzdü. Qanı macəralarla qaynayan Siqqi isə bu anlarda dənizə baxırdı. O, uşaq kitablarında olduğu kimi həmişə ekzotik limanlardan və vəhşilərdən danışırdı. Uzaq qitələr və xəzinə sandıqları haqqında bir şüşə qab içində mesaj gözləyirdi və onun baxışları getdikcə diqqət mərkəzinə düşdü: uşaq fantastikasının vəhşiləri günəşli çimərliklərə və gecələr insanların əyləndiyi limanlara təslim oldular.
Siqqi yuxuya gedərkən, o, başı üzərindəki pəncərədə dayanaraq günəş şüaları ilə yuyunurdu. Qolunda xurma ağacının döyməsi vardı və başı qarasaçlı qızların qolları arasında dincəlildi. O vaxtlar konservləşdirilmiş meyvə bankalarında və Qoqenin qutularından başqa bir yerdə görünmürdü. Bunları isə Bersteinin dostu Kuddinin şəhərdəki rəsm emalatxanasından almaq olardı.
Qulli və Siqqi buxtaya gözəl ağ yaxtanın üzdüyünü müşahidə etdilər.
Yaxta o qədər gözəl idi ki, görən içində dünya şöhrətli aktrisanın zəngin italyan qrafı olan əriylə səyahətə çıxdığını düşünərdi.
Qrafın bir iş üçün İslandiyada olduğu söylənilirdi. Divan üçün üzlük olaraq nadir balinaların dərisini almaq istəyirdi və bu divanda o və gözəl qadını üçün dərinliklərin erotik qüvvələri rəqs edə bilərdi.
Aktrisanın uşaq xəstəxanası açacağı ilə bağlı şayiələr də yayılmışdı. Deyilənə görə, o, bunu psixiatriya xəstəxanasında həkim olduğu deyilən gizli sevgilisini ziyarət etmək üçün edir.
Həmin vaxt sahildə izdiham vardı. Beləliklə, yaxta buzaqların fonunda gözə çarpdı və körfəzə yan aldı. Və hamı göyərtəyə sarı köynəkli oğlanın çıxdığını müşahidə etdi.
Kimsə qrafın ilk evliliyindən olan oğlundan bəhs etdi. Deyilənə görə, yaxta quruya çırpılıb və oğlan yan tərəfə qaçaraq dənizə qusub. Lakin tezliklə məlum oldu ki, bunlar yerli insanların dedi-qodularıdır və unutmaq lazımdır.
Amma Siqqi bu möhtəşəm mənzərəni heç vaxt unutmadı və mən bunun belə olmadığı düşüncəsindəydim.
Çətin ki, Qulli sahildəki “İnsanlar” əsərində bu hadisəni təsvir etmiş olaydı; sahildə tamamilə adi insanlar dayanıb, sanki bir şey olacaqmış kimi dənizə tərəf baxır. Əksər sənətşünaslar bu əsəri “Tanrı üçün gözlənti” kimi təfsir edirdilər.
Yaxtaya gəlincə, onu sahilə tərəf çəkib sürüşmə zonasındakı istifadəsiz gəmilərin yanında bağladılar. Onu heç kim ziyarət etmədi, Siqqidən başqa: Siqqi saatlarla çimərlikdə dayanıb yaxtaya heyranlıqla baxırdı.
7
Tor başına gələn qəzadan sonra bir müddət işləmədiyi üçün trol gəmisindəki turları buraxmaq məcburiyyətində idi. Məhz o zaman arvadı şişman Ella bütün işləri öz üzərinə aldı. Başına gələnlərə görə Tora acısa da, etiraf edirdi ki, heç vaxt evdə bu qədər çox qalmamışdı.
Şişman Ellanın qara saçları və kətan kimi ağ üzü vardı. Qoşa çənəsi nəhəng yaxalığa bənzəyirdi və solğun simasını dodaqlarına sürtdüyü od kimi qırmızı boya ilə ört-basdır etməyə çalışırdı. Ella öncə işini müvəqqəti zaman çərçivəsi üçün qurmuşdu. Lakin onun təcrübəyə əsaslanan əvəzsiz fəaliyyəti daimi gəlir mənbəyinə çevrilə bilərdi.
Ella əvvəlcə çörək və peçenye bişirərək satmağa başladı. Lakin onun sexini Batasundda – Bryggjusundan sonrakı küçədə yaşayan bir çörəkçi dayandırdı.
Deməli, Ellanın kozır kartı çörək və ya peçenye deyildi. Bu kart uzaqbaşı yerli ənənəyə görə, Pancake günündə uşaqları çörək yeməyə məcbur etmək üçün çörək kürəyindən başqa bir şey deyildi. Və bu “məcburiyyət” Ellanın indiki bədən quruluşunda özünü aydın göstərirdi.
Pancake günü Ella üçün xüsusi gün idi və bu gün yaxınlaşanda o, yanaqlarını boyayaraq qızardırdı. Daniel və Skulinin qırmızı çillərini isə tuşla qara rəngə çevirib onları kürəklərlə dolu karton yeşikləri ilə işə yollayırdı.
Digər uşaqlara da kürəklərini satmağa icazə verilirdi. Anbar otağı uşaqların boyalı üzlərinin bütün rəngləri ilə dolu idi. Pancakeyə bir gün qalmış uşaqlar şişman Ellanın evinə girib-çıxaraq qaynaşırdılar.
Satış işində ən çox fəal olanlar isə Daniel və Skuli idi. Və bu qabiliyyətləri onları pul qazanmaq üçün digər sahələrdə, məsələn ikinci əl avtomobil biznesində sınamağa sövq edirdi.
Daniel və Skuli özlərinin, eləcə də veteranların atelye və emalatxanalarına məxsus işlənmiş avtomobillərinin satışını təşkil edirdilər. Bununla bağlı xarici dərgilərdə yazılar da çap olunmuşdu.
Sonralar qardaşlardan söz düşərkən deyilirdi ki, onların avtomobillər haqqında bildikləri Maqnus Maqnussonun vikinqilər haqqında bildikləri qədərdir.
Co və mənim isə satışla bağlı bacarığımız yoxdu. Baxmayaraq ki, ikimizdə optimizmə qapılaraq şişman Ellaya satmaq üçün özümüzlə dörd yeşik kürək götürmüşdük.
Biz hər kürək üçün iki kron qazanmaq istəyirdik. Kürəkləri dəyər-dəyməzinə satarkən məqsədimiz onlardan qurtulmaq deyildi. Hesabda kifayət qədər fərasətimiz olmadığına görə, iki kronun kürək üçün münasib qiymət olduğunu düşünürdük. Bu üzdən zərbə almış biri kimi şişman Ellanın yanına qayıdarkən, qazancın az olduğunu görən qadın ağlamağa başladı. O, hər kürək üçün 20 kron istəyirdi.
– Ey, – deyə Co söylədi, – əgər komisyonumuzu saxlasaq, hər şey yaxşı olacaq.
– Hə, – mən söylədim, – hətta torpaq sahəsini satsaq belə, onlardan bizə heç nə lazım deyil.
Ella qapını bağlamazdan öncə hıçqırıqlarını saxladı. Co ilə mən onun ovcuna iki kron qoyduq. Bizim heç birimizin taleyində biznes sahəsində karyera qurmaq qisməti yox idi.
Co mən Kleppə gedənə qədər orada tibb baxıcısı işləyirdi. Sonra alkol xəstələri üçün yaradılan sığınacaqda nəzarətçi oldu. Və uzun illər öncə mən evsiz-eşiksiz küçədə qalarkən Co ilə orada tanış olmuşdum.
Mən masa arxasında əyləşib şahmat taxtasındakı gedişləri həll edən arıq, düşüncəli bir kişinin yanına getdim. Əlimi çiyninə qoyarkən başını yuxarı qaldırdı. Həmin vaxt keçəl olsa da, baxışlarımız toqquşarkən mən Bryggjusudın zirzəmisindəki o qəhvəyi gözləri və ifadəni tanıdım.
– Co…
O, bir müddət mənə baxdı və sonra dedi: “Ey, sən Paul-san?”
– Hə, – dedim. – Ellanın iki kron pulunu xatırlayırsan?
– Ellanın iki kron pulunu xatırlayıram. Onun qızı Stina da yadımdadır.
Qardaşları Daniel və Skuli kimi sarışın deyildi, anası Ella kimi saçları qara idi. Stina anası qədər şişman olmasa da, kifayət qədər kök idi və öz ürəyinin səsini eşitmədiyini iddia edirdi.
Bir dəfə lələkli papağımı geyinib onu cadugər olduğuma inandırmaq üçün çadırıma girməyə məcbur etdim.
Sonra ona dedim ki, mənim işim kənddə bütün xəstəlikləri araşdırıb rəisə hesabat verməkdir. Stina çadıra girdi və uzandı. Onun budları böyük və ətli idi. Mən qarnındakı səsləri dinləmək istəyəndə, başım açıq dənizdəki gəmi kimi yellənirdi.
– Siz bir şey eşidirsiniz?
– Yox, siz tumanınızı çıxarmalısınız.
Mənim lələkli papağım onun burnunu qıdıqladı və Stina gülməyə başladı. Qulağımı onun çılpaq ayaqlarının arasına qoyaraq ritmi dinlədim.
– İndi nəsə eşidirsən?
– Hə, indi nəsə eşidirəm.
– Nə eşidirsən?
– Mən sənin ürəyini eşidirəm.
– O, aşağıdadır?
– Hə.
– Yaxşı, – Stina dedi, – yaxşı.
8
Stina çox sevinirdi və növbəti bir neçə gün ərzində məndən çadıra girib onun ürək döyüntüsünü dinləyib-dinləməmək istədiyimi soruşurdu.
Qızlar dişləməyi dayandırdılar və mən daha onlardan qorxmurdum.
Amma yuxarıdakı adam gecələr məni yatmağa qoymurdu. Mən ondan qorxurdum. Adı Eyvind olan bu adam iki yük maşınına sahib idi. O, hündür və enlikürək, sifəti qırmızı, saçları sarı olan biri idi. Son vaxtlar arıqlamağa çalışırdı.
Eyvind yük maşınlarından birini özü sürürdü və digərini idarə etmək üçün bir adam tutmuşdu. Bundan əlavə onun küçə pişiklərini qətl etmək kimi işi vardı.
Bir dəfə o, kətan çantası ilə çıxdı və onu hasarın yanına ataraq içəri girdi. Mən çantaya doğru gedərək içinə baxdım. Çanta ölü pişiklərlə dolu idi. Eyvind qayıdarkən əlində tüfəng vardı. Düşündüm ki, indicə o məni vuracaq. Eyvind həmişə uşaqları öz bağçasından qovurdu. Bir dəfə onun atama dediyi sözləri eşitdim: “Əgər sən balaca nəfəsliyini tutmasan, pəncərələrini palçıqla bağlayacağam ki, yerin dəliyindən heç bir şey görməyəsən. Bu, o zaman baş vermişdi ki, atam başqa yerə köçməyi düşünürdü. Mənim kiçik bir qardaşım da vardı: Harald. Sonra Robbi və bacım Svana doğuldular. Sonralar Eyvindlə yollarımız özünəməxsus şəkildə kəsişəcəkdi, amma öncə ona nə olduğunu söyləməliyəm. Eyvindin yük maşını sürücüsü və pişik qatili olması kifayət deyildi. Baxmayaraq ki, dünyəvi tanrı üçün böyük yük maşınını müqayisə etmək belə az idi. Onun damarlarında şairlərin qəlbindəki soyuq lirik duyğulara məxsus təşəbbüskarlıq, əməksevərlik kimi bir enerji axırdı. Eyvind heç bir işi yarımçıq görmürdü. O, yük maşınlarını sataraq mənzilini girov qoydu və özünə trol gəmisi aldı. İndi onun əhvalı yaxşı olduğu üçün içməyə başladı. Sərxoş olduğu vaxtlarda uşaqları bağçadan qovmadı. İngilis kralı Bolduin kimi barmaqları ilə onların çənəsini qıdıqladı. Bizə pul və bütöv banknotlar verdi.
Əslində Eyvind pis adam deyildi. Aldığı trol gəmisi köhnə metallomdan yığıldığı üçün o, müflis oldu. Eyvind hər şeyini itirdi, hətta öldürdüyü pişikləri də. O, içkiyə qurşandı və uzun illər şəhərdə səfil kimi dolaşdı. Beləcə bizim yollarımız kəsişdi.
Sosial Müdafiə Deportamenti mənə köhnə mənzili kirayə vermişdi. Məndən yuxarı mərtəbədə yaşayan adamın döşəmədə ağır addım səslərini eşidirdim. Bir dəfə o pillələrdən enərkən mənimlə göz-gözə gəldi. Yuxarıdan Eyvind, zirzəmidən isə balaca oğlan… İndi o bağçadakı uşaqlardan şikayət edə bilməzdi.
9
Hələ də kölgələr evlərin üzərindən süzülür.
Hələ də Qaranlıq havanın köksüz kanalları boyunca üzür.
Çöldə çamur titrəyir.
Göydə ayın işığı parlayır.
Dünyanın ulduz işığı altında işıq dirəkləri tənha şəkildə dayanır.
* * *
Qorxu hər zaman yaxındadır. Səhər tezdən qış kombinezonumla çıxaraq yol kənarında dayandım. Kristallar qarda, işıq dirəklərinin lampaları isə suyun üzərində parıldayırdı. Evlər pəncərədə görünən sarı işıqlarla oyanırdı. Aysberqə bənzər buz parçasını havaya atdım. Qullinin gəmilərindən biri yandan keçirdi. Uzaqdan avtomobilin faralarının işığı görünürdü. Benninin Chevroleti yaxınlaşırdı. Onun maşına necə mindiyini, qapını necə döydüyünü xatırlamıram. Mən gəmi və aysberqlər haqqında düşünürdüm. Amma Benninin maşını necə də qəribə şəkildə gedirdi. O, irəli şütüyərkən yolda sanki rəqs edirdi. Mən gəmini izləməyi buraxdım. O, öz yolu ilə gedirdi. Mən əvvəllər olduğu kimi, Beninin siqaretinin qızılı tüstüsünün yaratdığı boz tüstü buludunu görmək istəyirdim. Lakin avtomobil yanımdan keçmək əvəzinə, suyun səthini silkələyərək dalğalandırıb işıq dirəyinə çırpıldı. Dirəkdəki işıq söndü. Maşının ön şüşəsinə yapışmış çamur donmuş qaz ətinə bənzəyirdi. Mən yan pəncərə tərəfə keçərək içəri baxdım. Benni sükanın arxasında gözləri bərəlmiş vəziyyətdə hərəkətsiz oturmuşdu. Yəqin ki, kimsə qəzanı eşitmiş və ya maşını görmüşdü. Bir anlıq ətrafımda izdiham yarandı. Mənim valideynlərim də çıxdı.
“O, sükanın arxasında infarkt keçirib”, – kimsə söylədi. Anam çiynimdən tutaraq məni oradan uzaqlaşdırdı və evə apardı.
– Bura, uşaqların yeri deyil, – dedi.
Dəhlizə keçdik və işığı yandıraraq mətbəxdə oturduq. Mən kombinezonumu çıxardım. Daha sonra atam içəri girdi. O, susurdu. Anama baxaraq başını tərpətdi. Mən işığa baxaraq onun özünü masaya necə düşürdüyünü xatırladım.
10
Mən Co və Siqqini bir müddət görmədim. Onların zirzəmidəki evlərində maraqlı bir sükut hökm sürürdü. Siqqi çölə çıxarkən qaranlıqlar arasında itib yaxtaya doğru gedir, səssizcə otururdu. Onun məktəbi bitirəcək zamanı da gələcəkdi. Vaxt gələcək o, trol gəmisində dənizə açılacaq, balıq ovlayacaq, yeddi dənişi aşacaqdı. İndi onun bu arzusu yuxu deyil, zərurət idi. Lakin Siqqi yaxtasının olmasını arzulayırdı. O sürüşmə zonasına yıxılaraq uzandı.
Bəs yaxta kimə məxsus idi? Çox sonra Siqqi bunu öyrənməyə çalışdı. Lakin söyləmək, iş görməkdən asandır. Nəhayət araşdırmalarından sonra məlum oldu ki, bu şəhərdə varlı bir ailəyə məxsusdur. Siqqinin yaxtanın aid olduğu ailədən biri ilə əlaqə saxlamaq üçün cəsarətini toplaması uzun müddət keçdi.
O, ovcunun içini nəfəsi ilə isidərək öncə ofisin qapısında, daha sonra qarajı Bryggjusundun zirzəmisindən də böyük olan malikanənin pillələrində öskürməyə başladı.
Siqqi yaxtanın satışa qoyulub-qoyulmadığını soruşduqda, yaşlı mühasib qeydiyyatda axtarış apararkən sahibi onun varlığından belə xəbərdar deyildi.
Siqqinin təklifi nəzərə alındı, lakin ailə yekdil qərara gəldi ki, onlara məxsus olan yaxta satılmayacaq. Və yaxta yavaş-yavaş parçalanaraq dağılmağa başladı.
ÜÇÜNCÜ HİSSƏ
1
Saat ikini vurdu. İndiyə qədər də niyə ayaqda durmağı bacarmadığımı anlamıram. Həyat adlı sürüşkən yolda niyə bəzi insanlar onu əsas yol kimi gedir, digərləri isə qaranlığın sonsuz zolaqlarında dolaşıb qalırlar.
– Həyat sadəcə yeriyən bir kölgədir, – Maqbet deyir, – pis oyunçudur.
Gəzir və səhnədə olduğu saatı tamaçaşılar üçün həyəcanlandırır.
Və daha sonra ətrafı eşitmirsiniz.
Bir axmaq qəzəb dolu bir səslə deyir – Bu bir nağıldır. Heç bir şey ifadə etmir.
* * *
Sən ağıl xəstəsinə xidmət edə bilməzsənmi?
Dərin kədəri yaddaşdan qoparmaq üçün?…
İndiyə kimi Maqbetdən sitat gətirirəm. Çünki ağlımı itirəndən sonra mən gizləndiyim yerdən sürünüb çıxaraq evimizin səkisi ilə ayaqyalın qaçdığım zaman bu sualı öz-özümə tez-tez vermirdim.
Sübh səhər idi. Dabanlarım rütubətli səkiyə toxundu. Küçə soyuq və qaranlıq idi. Yağışdan islanmış asfaltda avtomobillərin faraları parıldayırdı. Şəhərin ağaran işıqları okeanda əks olunurdu. Blesuqrof yaxınlığındakı çayın sahili boyunca şəhərətrafı ərazilərdən keçmək və işıqlar istiqamətində qaçaraq okeanın işığında qaranlığın burulğanında başıüstə qərq olmaq istəyirdim. Daşların arasına qar oturmuşdu. Çay qabarırdı.
Bir azdan gözlərimi açanda həbsxana kamerasında idim. Əvvəlcə evdə olduğumu düşündüm. Ora necə gəldiyimi xatırlaya bilmədim. Sonra açıq yaşıl divarlar gördüm. Daş oturacaqda parça ilə örtülmüş zolaqlı döşək, üzərində “Reykyavik polis idarəsi” sözləri yazılmış plastik və yun yorğan vardı.
Qapı dəmirdən idi, kimsə üzərinə svastika çəkmişdi; qapının üzərində kiçik gözlük də vardı, burada hər dəfə üzləri susqun, gözləri yuxuda gəzən ölülərə bənzər mühafizəçilər peyda olurdu.
İçində olduğum polis maşını Klepp yolu ilə şütüyərək psixiatriya xəstəxanasına çatana qədər mən nə baş verdiyini anlamırdım. Bura arxadakı bütün körpüləri yandırmadan kimsənin gəlmədiyi yer idi.
Ayağa qalxmaq istədim, amma özümü qandallı gördüm. Tezliklə qarşımda xəstəxananın qapıları göründü. İçəridən heç vaxt görmədiyim, ancaq çöldən düşündüyüm xəstəxana.
2
Məsələn, bir dəfə xatırlayıram.
İyunun 17-də Milli bayram idi. Mən və qardaşlarım, Co və Siqqi, Daniel və Skulli birlikdə çimərliyə getdik. Bu o zaman idi ki, düzəltdiyimiz sal sonradan başımıza bəla açdı. Biz dalğaların coşaraq özündən sonra qum və köpük qoyduğu sahilboyu gəzirdik. Siqqi atasına məxsus ov tüfəngini də gətirmişdi. Qardaşları deməyənə qədər bizim bundan xəbərimiz yox idi. Onlar bu tüfənglə əvvəllər evlərinin arxasındakı bağda, daha sonra sahildə və çəmənlikdə məşq edirdilər.
Biz çimərlikdə dolaşarkən Siqqi xəyalındakı içində mesaj olan şüşəni vurmağa cəhd etdi. Güllələr yalnız dalğaların arasından keçirdi. Lakin onlardan biri balıqçı Olinin yaşadığı daxmaya dəydi.
Balıqçı sanki çarpayısı yanırmış kimi dəlicəsinə çölə çıxdı. Və biz dalğalı sahil boyunca qaçmağa başladıq.
Dağlar boz dumana bürünmüşdü. Çiskinə bürünmüş dəniz güclə görünürdü.
– Gəlin təpəyə qalxaq, – Siqqi söylədi. Biz dırmışa-dırmaşa ruhi xəstəxananın burnundakı təpəyə çatdıq. Qağayılar qanqabılar kimi elə uğuldayıb çırpınırdılar ki, sanki boğazlarının içi yanırdı. Yadımdadır, bu, Milli bayram günü idi, çünki hamımız V yaxalı poliver, terilen şalvar və ağ köynəklər geyinmişdik.
Siqqinin əlində ov tüfəngi vardı. Biz təpənin başında dayanmışdıq. Siqqi qağayıları nişan aldı. Saçlarını qaydaya salan Siqqi qəhvəyi gözləri və tünd saçları ilə çox gözəl görünürdü. O gözlərini qıyaraq nişan aldı. Silah ona peşəkar aktyor kimi çox yaraşırdı. Yağışın gətirdiyi çiskində güllə səsləri eşidildi. O, bəzən göydə uçan qağayıları vurur, bəzən də hədəfdən yayınırdı. Daha sonra biz bunu sıınaqdan keçirdik. Tətiyi çəkib atəş səsini eşidəndə insanda qəribə bir duygu yaranırdı.
Bilmirəm Milli bayram gününün yağışı altında nə qədər dayandıq, nə qədər qağayı toz-dumanı içinə uddu, amma anidən qarşımızda polis furqonunun dayandığını gördük. Daha sonra o, Kleppə gedən yoldan aşağı enərək xəstəxana istiqamətində şütüməyə başladı. Əlləri qandallı oturduğum polis maşını köhnə model idi.
3
Əvvəlcə elə düşündük ki, quşların vurulması qadağan olunduğu üçün xəstəxanadan kimsə polis idarəsinə zəng edib. Əgər quşları vurmasaydıq belə, odlu silahın qanunsuz istifadəsi də qanun pozuntusu idi. Biz tələsik silahı qayaların yarığına soxduq və heç nə olmayıbmış kimi əllərimizi cibimizə saldıq.
İndi biz Milli bayram günündə üzərimizə – poliver, şalvar və saçımıza qağayıların nəcisindan tökülən adi oğlanlar idik. Quş nəcisləri çiskin səbəbindən Brylcreem kimi saçımıza yayıldığı üçün təmizləmək çətin olmadı. Amma polis furqonu bizim marağımızı özünə çəkdi; polislərin bizimlə heç bir işi yox idi. Furqonun arxası açılanda, maşından əllərində qandal olan iki gənc oğlan düşdü.
– Ey, ey, – Co dedi. – O, polisdir.
– Səni lənətə gələsən, nə pis adamsan, – Siqqi cavab verdi. – O, polis deyil.
– Bəs onun başındakı papağı görmürsən?
– Bu polis dəbilqəsi deyil, axmaq, məzun papağıdır.
– Milli günün həm də tələbələrin bayramı olduğunu bilirdik. Onlar Respublika günü münasibətilə paraddan keçir, səhərə qədər küçələrdə rəqs edərək şənlənirdilər.
Sonra polislərin onlarla birlikdə xəstəxana qapılarına qədər necə gözdən itdiyini gördük. Furqonun yanına gedərək içinə baxdıq. Zabit sürücü kabinəsində oturub gözləyirdi.
Daniel və Skuli polis furqonunun ətrafında dolanaraq təkərlərini təpiklədilər. Avtomobilin nasaz olduğunu, əgər alınarsa, işlənmiş maşın olaraq ucuz qiymətə satılacağı qənaətinə gəldilər.
Qalanlarımız sürücünün qapısına söykəndik. Polis bizi görəndə pəncərənin şüşəsini qaldırdı. O, qamətli, yaraşıqlı bir polis məmuru idi; Dəbilqənin altından saçları görünürdü. İri gözləri və qalın dodaqları vardı.
– Burada nə edirsən? – deyə soruşdu.
– Oynayıram.
– Bilirsiniz ki, xəstəxananın yaxınlığında oynamaq təhlükəlidir.
– Niyə?
– Onlar gələ bilərlər.
– Sizcə, biz onlardan qorxuruq?
– Onlar bəzən təhlükəli deyilmi?
– Əgər onlarla pis davranılarsa.
Siqqi çox möhkəm və ağıllı idi. Fikirləri ilə polisi inandırdığı üçün o, bir az utanmışdı.
Siqqi bir müddət susdu.
– Ey, qulaq as, – dedi. – Sizinlə burda olan oğlana nə olmuşdu?
– Ah, o yazıq ağlını itirib.
– O, tələbədir?
– Düşünürəm ki, o çox mütaliə edir.
– Onun əli qandallı idi.
– Əks halda biz heç vaxt bunun öhdəsindən gələ bilməzdik.
Siqqi razılaşırmış kimi başını tərpətdi və polis bir anlıq heç nə demədi. Sonra, – Hər ehtimala qarşı niyə bayram günü şəhərə gəlmirsiz? – söylədi.
– Sizcə, bu bizi maraqlandırırmı? – Co dedi.
– Əyləncəli proqramlar var.
– Tfu.
Biz fısıldamağa başladıq.
– Ventriloqistin və onun manikeninin nəyi xoşuna gəlmir?
– Onlar bizi bezdirdilər, – Co dedi. – Həmişə eyni zarafat, eyni əyləncə.
Polis güldü.
– Həqiqətənmi? – dedi. – Sizcə gülməli deyllər?
– Yox, biz daha yaxşı lətifələr bilirik, nəinki onlar.
– Onda mənə heç olmasa birini söyləyin.
Biz ona iki lətifə danışdıq. Co birini dedi, mən də psix və pilləkənlərlə bağlı digərini. Psix pilləkənin başında dayanan rəssama deyir: “Fırçadan möhkəm yapış, mən pilləkəni buradan götürürəm. Başqa biri xəstə və başmaq haqqında idi. Həkim xəstəyə deyir: Mənim yaxşı və pis xəbərlərim var. İlk olaraq hansını eşitmək istəyirsiniz? Pis xəbəri – xəstə dedi. – Mən sənin hə
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.