Электронная библиотека » Эрнест Хемингуэй » » онлайн чтение - страница 3

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:01


Автор книги: Эрнест Хемингуэй


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

AĞ FİLLƏR

Ebro44
  Ebro – Pireney yarımadasının şimal-şərqində çay


[Закрыть]
çayı vadisindən o tərəfə uzun və ağ təpələr görünürdü. Bu tərəfdə isə nə ağac, nə də kölgə tapmaq olurdı. İki dəmir yolu xətti arasındakı stansiya günün altında yanırdı. Təkcə tikilinin qabağında qaynar kölgə var idi, barın açıq qapısından isə bambuk qamışlarından pərdə asılmışdı. Çox isti idi. Barselonadan gələn ekspres qırx dəqiqədən sonra keçməli idi. Bu stansiyada o, iki dəqiqə dayanır, sonra Madridə yola düşürdü.

– Nə içsək yaxşıdır? – qız soruşdu və şlyapasını çıxarıb masanın üstünə qoydu.

– Dəhşət istidir, – kişi dedi.

– Gəl pivə içək.

– Dos cervezas55
  “İki parç pivə” (isp.)


[Закрыть]
, – kişi pərdəni aralayıb dedi.

– Böyük? – qapının arxasından qadın soruşdu.

– Hə. İki böyük.

Qadın iki parç pivə və keçədən iki altlıq gətirdi. O, altlıqları masanın üzərinə, pivə dolu parçları isə onların üstünə qoydu. Sonra gözlərini kişi ilə qıza zillədi. Qız uzaqlara, sıra ilə düzülmüş təpələrə baxırdı. Onlar günəşin altında ağarırdı, ətrafda isə hər şey qurumuş və bozarmışdı.

– Sanki ağ fillərdir, – qız dedi.

– Ömrümdə ağ fil görməmişəm. – Kişi pivəsini içdi.

– Harada görəydin?!

– Niyə də yox? Sən çox şey söyləyə bilərsən, bu heç nə demək deyil.

Qız bambuk pərdəyə baxdı.

– Onun üstündə nəsə yazılıb, – dedi. – Nə yazılıb?

– “Anis del Toro”. Arağın adıdır.

– Gəl dadına baxaq.

– Bura baxın! – kişi çağırdı. Qadın bardan çıxdı.

– Borcunuz dörd realdır.

– Bizə iki stəkan “Anis del Toro” verin.

– Su ilə?

– Sən necə istəyirsən? Su ilə?

– Bilmirəm, – qız dedi. – Su ilə dadlı olur?

– Babat.

– Hə, necə gətirim, su ilə? – qadın soruşdu.

– Bəli. Su ilə.

– Biyan tamı verir, – qız arağın dadına baxıb stəkanı masanın üstünə qoydu.

– Həmişəki kimi.

– Bəli, – qız dedi. – Hər şey biyan tamı verir. Ələlxüsus çoxdan bəri arzusunda olduğum bir şeydən. Absent66
  Absent – yovşan arağı


[Закрыть]
də həmin tamı verir.

– Bəsdir görək.

– Özün birinci başladın, – qız dedi. – Kefim yaxşı idi. Darıxmırdım.

– Nə deyirəm, gəl çalışaq, darıxmayaq.

– Mən çalışırdım. Dedim ki, təpələr ağ fillərə oxşayır. Məgər pis bənzətmə idi?

– Yaxşı idi.

– Sonra bu arağın dadına baxmaq istədim. Bizim işimiz-gücümüz yeni yerləri gəzib yeni içkilərin dadına baxmaqdır.

– Elədir ki var.

Qız təpələrə bir də nəzər saldı.

– Gözəl təpələrdir, – dedi. – Bəlkə də, onlar heç ağ fillərə bənzəmir. Sadəcə olaraq düşündüm ki, yəqin, fillər də beləcə ağacların arasından ağarır.

– Bəlkə, yenə içək?

– Pis olmaz.

İsti külək bambuk pərdəni yellətdi.

– Yaxşı pivədir, soyuqdur, – kişi dedi.

– Çox gözəldir, – qız dedi.

– Ciq, bu, yüngül bir əməliyyatdır, – kişi dedi. – Heç əməliyyat da demək olmaz.

Qız aşağı, masanın ayağına baxırdı.

– Ciq, özün görəcəksən, boş şeydir. Sadəcə, iynə vuracaqlar.

Qız susurdu.

– Mən səninlə gedəcəyəm və yanından ayrılmayacağam. İynə vuracaqlar, sonra hər şey qaydasına düşəcək.

– Bəs sonra başımıza nə gələcək?

– Hər şey yaxşı olacaq. Əvvəlki yoluna düşəcək.

– Niyə belə düşünürsən?

– Bizə mane olan elə təkcə budur. Bircə buna görə biz xoşbəxt ola bilmirik.

Qız pərdəyə baxdı, əlini uzadıb qamışlardan ikisini tutdu.

– Deməli, sən düşünürsən ki, biz özümüzü yaxşı hiss edəcək və xoşbəxt olacağıq?

– Mən əminəm. Bircə sən qorxma. Eyni şeyi edən çox adam tanıyıram.

– Mən də, – qız dedi. – Sonra hamısı çox xoşbəxt olur.

– Əgər sən istəmirsənsə, lazım deyil. Sən istəmirsənsə, mən təkid etmirəm. Amma bilirəm ki, boş bir şeydir.

– Sən, həqiqətən, bunu istəyirsən?

– Düşünürəm ki, ən düzgün çıxış yoludur. Yox, əgər özün istəmirsənsə, lazım deyil, onda mən də əsla istəmirəm.

– Amma mən bunu etsəm, razı qalarsan. Hər şey əvvəlki kimi olar və sən məni yenə sevərsən!

– Mən səni elə indi də sevirəm, özün ki bilirsən.

– Bilirəm. Bunu edəndən sonra hər şey əvvəlki kimi yaxşı olacaq və mən deyəndə ki, təpələr ağ fillərə oxşayır, bu sənin xoşuna gələcək?

– Bu mənim çox xoşuma gələcək. Elə indi də xoşuma gəlir, amma indi fikrim bir az ayrı yerdədir. Özün bilirsən, mən həyəcan keçirəndə həmişə belə oluram.

– Bəs mən bunu etsəm, sən həyəcanlanmayacaqsan ki?

– Yox, çünki bu, boş, yüngül bir şeydir.

– Elə isə mən bunu edərəm. Başıma nə gələcəyi vecimə deyil.

– Necə yəni?

– Başıma nə gələcəyi vecimə deyil.

– Axı mənim vecimədir.

– Hə, hə. Amma başıma nə gələcəyi mənim vecimə deyil. Mən bunu edəcəyəm və hər şey yaxşı olacaq.

– Əgər belədirsə, onda sənin bunu etməyini istəmirəm.

Qız ayağa qalxıb platformanın qurtaracağına qədər addımladı. Yolun o başı ağaclıq idi, Ebronun sahili boyunca əkin sahələri uzanırdı. Çayın arxasında, uzaqlarda dağlar ucalırdı. Buludun kölgəsi yamyaşıl zəmilərin üstü ilə sürünür, ağacların arasından isə çay görünürdü.

– Bütün bunlar bizim ola bilərdi, – qız dedi. – Hamısı bizim ola bilərdi, amma bunun mümkün olması ehtimalı gündən-günə azalır. Günah da özümüzdədir.

– Sən nə deyirsən?

– Deyirəm ki, hər şey bizim ola bilərdi.

– Hər şey onsuz da bizimdir.

– Yox, bizim deyil.

– Bütün dünya bizimdir.

– Yox, bizim deyil.

– Biz ürəyimiz istəyən yerə gedə bilərik.

– Yox, bilmərik. İndi bütün bunlar bizim deyil.

– Bizimdir.

– Yox. Bir dəfə əldən buraxdığın bir daha geri qayıtmaz.

– Amma biz hələ heç nəyi əldən buraxmamışıq.

– Görərsən.

– Gəl kölgəyə qayıdaq, – kişi dedi. – Belə həyəcanlanmaq lazım deyil.

– Mən həyəcanlanmıram, – qız dedi. – Sadəcə, hər şeyi anlayıram.

– İstəmədiyin bir şeyi etməyinə razı deyiləm…

– Yaxud mənə ziyan olan bir şeyi. Bilirəm. Bəlkə, yenə pivə içək?

– Yaxşı. Amma sən başa düşməlisən ki…

– Mən başa düşürəm, – qız dedi. – Bəlkə, bu söhbəti kəsək?

Onlar masanın arxasında oturdular. Qız çayın o tayındakı təpələrin günəşdən yanmış yamaclarına, kişi isə qıza, bir də masaya baxırdı.

– Sən başa düşməlisən ki, – kişi dedi, – istəmədiyin heç bir şeyi etməli deyilsən. Əgər bu sənin üçün belə əhəmiyyət daşıyırsa, mən buna razıyam.

– Bəs sənin üçün əhəmiyyət daşımır? Birtəhər öhdəsindən gələrdik.

– Əlbəttə, daşıyır. Amma iş orasındadır ki, səndən başqa mənə heç kəs lazım deyil. Onu da bilirəm ki, bu, boş bir şeydir.

– Əlbəttə. Sən bunun boş şey olduğunu bilirsən.

– Nə istəyirsən de, amma mən bunun belə olduğunu bilirəm.

– Səndən bir şey xahiş edə bilərəm?

– Sənin üçün nə istəsən edərəm.

– Elə isə mən səndən çox, çox, çox, çox xahiş edirəm ki, susasan.

O cavab verməyib divarın yanındakı çamadanlara baxdı. Çamadanların üstünə qaldıqları bütün otellərin yarlıqları yapışdırılmışdı.

– Sənin bunu etməyini istəmirəm, – kişi dedi. – Bu mənə qətiyyən lazım deyil.

– Mən indi qışqıracağam, – qız dedi.

Qadın bardan çıxıb əlindəki iki parç pivəni islanmış altlıqların üstünə qoydu.

– Qatar beş dəqiqədən sonra gələcək, – kişi dedi.

– O nə deyir? – qız qadına baxıb soruşdu.

– Deyir ki, qatar beş dəqiqədən sonra gələcək.

Qız minnətdarlıqla qadının üzünə gülümsündü.

– Gedim çamadanları o biri tərəfə keçirim, – kişi dedi. Qız cavabında güldü.

– Yaxşı. Sonra qayıt pivəni iç.

Kişi ağır çamadanları qaldırıb stansiyanın o biri tərəfindəki platformaya daşıdı. Yola baxdı, qatar hələ görünmürdü. Geri qayıdarkən barın içindən keçdi. Qatarı gözləyən sərnişinlər pivə içirdilər. O, piştaxtanın qabağında bir stəkan “Anis del Toro” içdi və içəridəkilərə baxdı. Hamı sakitcə qatarı gözləyirdi. O, bardan çıxdı, bambuk pərdəni araladı. Qız masanın arxasında oturmuşdu, onu görcək gülümsədi.

– Özünü necə hiss edirsən? – kişi soruşdu.

– Çox yaxşı, – qız dedi. – Hər şey qaydasındadır. Özümü əla hiss edirəm.

Tərcümə: Fərrux Şıxlinski

SARIBÜLBÜL

Qatar kərpicdən tikilmiş uzun bir evin qarşısından sürətlə keçdi. Evin həyətində dörd irigövdəli palma ağacı var idi. Ağacların kölgə saldığı yerə balaca masalar qoyulmuşdu. Dəmir yolunun o biri üzü dəniz idi. Sonra qum və gil təpələrinin yamacları göründü, dəniz isə hərdənbir, qayalıqların aşağı hissəsində gözə dəyirdi.

– Mən onu Palermoda almışam, – amerikalı qadın dedi. – Biz orada cəmisi bir saat dayandıq. Bazar günü səhər tezdən idi. Satan adam pulu dollarla istədi, mən də dollar yarım verdim. Əla oxuyur, elə deyilmi?

Qatarın içərisi çox isti idi. Yataqlı vaqonun kupesində nəfəs almaq olmurdu. Hava elə bil dayanmışdı. Amerikalı qadın pəncərənin pərdəsini endirdi. Hərdənbir gözə dəyən dəniz indi tamamilə görünməz oldu. Kupenin şüşə qapılarından dəhliz və qarşı tərəfdəki açıq pəncərə görünürdü. Pəncərənin o üzündə isə günəşin altında parıldayan yolu, yolboyu uzanan tozlu ağacları, üzümlükləri və onların arxasındakı boz təpəlikləri seyr etmək olardı.

Hündür boruların əksəriyyətindən tüstü çıxırdı. Marselə çatırdıq. Qatar sürətini azaltdı və saysız-hesabsız yollardan biri ilə vağzala daxil oldu. Marseldə iyirmi beş dəqiqə dayandıq, amerikalı qadın “Deyli meyl” və yarım şüşə mədən suyu aldı. Sonra platformada gəzişdi. Amma vaqondan çox aralanmadı, çünki qatar Kannda on iki dəqiqə dayandıqdan sonra xəbərdarlıq fiti vermədən tərpənmiş və o, vaqona özünü zorla çatdırmışdı. Amerikalı qadının qulaqları zəif eşidirdi. Buna görə də ehtiyat edirdi. Düşünürdü ki, bəlkə də, fit verilibmiş, sadəcə, o eşitməyib.

Qatar Marsel vağzalından çıxdı. İndi nəinki fabriklərin tüstüsünü, əgər dönüb geriyə baxsan, şəhərin özünü, limanı, onun arxasında qalan dənizi və suyun üzünə düşən günəş şüalarının son işıltısını da görmək olardı. Qatar alaqaranlıqda çöldə od tutub yanan bir fermanın yanından ötdü. Yolun kənarında maşınlar dayanmışdı. Yorğan-döşəyi və evin bütün əşyalarını çölə çıxartmışdılar. Yanğına tamaşa etmək üçün xeyli adam toplaşmışdı.

Hava qaralanda qatar Avinyona gəldi. Sərnişinlər həm minir, həm də düşürdülər. Parisə qayıdan fransızlar köşklərdən təzə fransız qəzetlərini alırdılar. Platformada qəhvəyi mundirli zənci əsgərlər dayanmışdılar. Onlar hamısı ucaboy idi, sifətləri elektrik fənərlərinin işığında parıldayırdı. Hamısı qapqara idi. Həddən artıq uca boyları isə vaqonların içərisində nə baş verdiyini görmələrinə imkan vermirdi. Qatar yerindən tərpəndi, platforma və zəncilər arxada qaldılar. Onların yanındakı balacaboy ağ çavuş da gözdən itdi.

Yataqlı kupedə bələdçi üç çarpayı açıb yer saldı. Amerikalı qadın bütün gecəni yatmadı, çünki qatar sürət qatarı idi. O isə gecələr qatarın bərk getməsindən qorxurdu. Qadının çarpayısı pəncərənin ağzında idi. Palermodan alınan sarıbülbülü şala bürünmüş qəfəsin içində dəhlizə çıxarıb ayaqyolunun yanına qoydular. Bura yel çəkmirdi. Dəhlizdə göy fənər yanırdı. Qatar bütün gecəni çox sürətlə gedir, amerikalı qadın isə yatmır, qəza olacağını gözləyirdi.

Gecəni yuxusuz qaldığına baxmayaraq səhər, Parisə çataçatda, amerikalı qadın yuyunma otağından olduqca gümrah və xoş əhvali-ruhiyyədə çıxdı. Əsl ortayaşlı amerikalı qadın idi. Qəfəsə bürünmüş şalı açdı və qəfəsi elə asdı ki, üstünə günəş düşsün. Sonra qəhvəaltı üçün vaqon-restorana yollandı. O qayıdanda yerlər yığılmış, çarpayılar yenidən oturacağa çevrilmişdi. Sarıbülbül açıq pəncərədən içəri düşən günəş şüaları altında lələklərini təmizləyirdi. Qatar isə Parisə yaxınlaşırdı.

– O, günəşi çox sevir, – amerikalı qadın dedi. – İndi cəh-cəh vuracaq.

Sarıbülbül silkinib lələklərini təmizləməkdə davam etdi.

– Mən həmişə quşları xoşlamışam, – amerikalı qadın dedi. – Onu evə, qızım üçün aparıram… Gördünüz, başladı oxumağa.

Sarıbülbül cikkildədi, boynunun tükləri azca qabardı. Sonra o, başını aşağı salıb dimdiyini lələklərinin arasına soxdu və beləcə gizləndi. Qatar sürətlə körpünün üstündən keçdi. İndi o olduqca səliqəli bir meşənin içi ilə hərəkət edirdi. Parisətrafı qəsəbələr bir-birini əvəz edirdi. Burada tramvaylar, üzü dəmir yoluna baxan divarlarda isə reklamlar var idi: “Bell Jardinyer”77
  “Bell Jardinyer” (Belle Jardiniere) – Parisdə iri universal mağaza


[Закрыть]
, “Dübonne” və “Perno”88
  “Dübonne” (Dubonnet) və “Perno” (Pernod) – fransız yüngül sprtli içkiləri


[Закрыть]

Əvvəlcə amerikalı qadının mənim arvadımla söhbətinə qulaq asmırdım, sonra diqqət yetirdim.

– Əriniz də amerikalıdır? – o soruşdu.

– Bəli, – arvadım cavab verdi. – Biz ikimiz də amerikalıyıq.

– Elə bilirdim, ingilissiniz.

– Xeyr, – arvadım dedi.

– Bəlkə, aşırma qayış taxdığıma görə sizə elə gəlib? – mən soruşdum.

Amerikalı qadın eşitmirdi. Tamam kar idi və həmsöhbətini dodaqlarının hərəkətindən anlayırdı, mən isə ona tərəf baxmırdım. Mən pəncərədən bayıra baxırdım.

O, arvadımla söhbətinə davam edirdi.

– Amerikalı olduğunuza elə şadam ki. Ən yaxşı ərlər amerikalılardan çıxır, – o deyirdi. – Bilirsiniz, buna görə biz Avropanı tərk etməli olduq. Mənim qızım Vevedə99
  Veve – İsveçrənin qərbində şəhər


[Закрыть]
bir əcnəbiyə vurulmuşdu. – O, bir müddət dinmədi. – Onlar bir-birinə dəlicəsinə aşiq idilər. – Sonra yenə susdu. – Əlbəttə ki, mən qızımı oradan apardım.

– İndi vurğunluğu keçib? – arvadım soruşdu.

– Düşünmürəm, – amerikalı qadın cavab verdi. – O heç nə yemir və demək olar ki, yatmır. Nə qədər çalışsam da, heç nə ilə maraqlanmır. Hər şeyə biganədir. Axı mən onun əcnəbiyə ərə getməsinə yol verə bilməzdim. – O susdu. – Dostlarımdan biri mənə demişdi ki, əcnəbidən amerikalı qadına yaxşı ər olmaz.

– Hə, – arvadım dedi, – düşünürəm ki, ola bilməz.

Amerikalı qadın arvadımın paltosunu təriflədi. Və dedi ki, artıq iyirmi ildir paltarlarını Sent-Onore küçəsindəki eyni atelyedə sifariş etdirir. Orada onun bədən ölçülərini bilirlər. Zövqünə bələd olan tanış satıcı isə onun üçün paltar seçib bağlamalarda Amerikaya göndərir. Bağlamalar amerikalı qadının Nyu-Yorkun mərkəzində yerləşən evinə yaxın olan poçt bölməsinə gəlir. Bölmədə onları qiymətləndirmək üçün açırlar. Adətən, sadə, qızılı tikişləri, bəzəkləri olmayan və bahalı görünməyən paltarlar göndərildiyindən rüsum da çox olmur. İndiki satıcının adı Terezadır. Əvvəllər isə paltarları ona Ameli adlı başqa bir satıcı göndərirmiş. İyirmi ildə cəmi iki satıcısı olub. Dərzisi isə bu illər ərzində həmişə eyni adam imiş. Amma qiymətlər bahalaşıb. Hərçənd bugünkü məzənnə ilə elə də ciddi fərq yoxdur. İndi onun qızının da bədən ölçüləri satıcıda var. O artıq böyük qızdır və çətin ki, bundan sonra ölçüləri dəyişə.

Qatar Parisə yaxınlaşırdı. İstehkamları dağıtmışdılar, amma yerində hələ ot da bitməmişdi. Yollarda xeyli qatar dayanmışdı: qəhvəyi vaqon-restoranlar və qəhvəyi taxta yataqlı vaqonlar. Onlar axşam saat beşdə İtaliyaya yola düşəcəkdilər, əlbəttə, əgər qatarlar əvvəlki kimi saat beşdə yola salınırsa. Bu vaqonların üstündə “Paris–Roma” yazılmış lövhəciklər vardı. Bundan başqa, damlarında oturacaqları olan şəhərətrafı vaqonlar da yollarda dayanmışdı. Əgər hər şey əvvəlki kimi qalıbsa, onları gündə iki dəfə ağzınacan dolu yola salırlar. Evlərin ağ divarları və saysız-hesabsız pəncərələr yanımızdan ötüb-keçirdi.

– Dünyada ən yaxşı ərlər amerikalılardır, – amerikalı qadın arvadıma deyirdi. Mən çamadanları rəfdən düşürürdüm. – Yalnız amerikalılara ərə getmək lazımdır.

– Vevedən çoxdan getmisiniz? – arvadım soruşdu.

– Payızda iki il olacaq. Sarıbülbülü də qızıma hədiyyə aparıram.

– Bəs həmin cavan oğlan isveçrəli idi?

– Bəli, – amerikalı qadın cavab verdi. – Çox yaxşı ailədən idi, gələcəyin mühəndisi. Onlar elə orada, Vevedə tanış olmuşdular. Saatlarla birlikdə gəzirdilər.

– Veveyə yaxşı bələdəm, – arvadım dedi. – Bal ayımızı orada keçirmişik.

– Doğrudan? Yəqin, qiyamət günlər olub. Əlbəttə, mənim heç ağlıma gəlməzdi ki, qızım o oğlana vurulacaq.

– Veve gözəl yerdir, – arvadım dedi.

– Hə, – amerikalı qadın dedi. – Elədir. Siz orada harada qalırdınız?

– Biz “Üç tac”da qalırdıq, – arvadım dedi.

– Yaxşı, qədim oteldir, – amerikalı qadın dedi.

– Elədir, – arvadım dedi. – Bizim çox yaxşı otağımız var idi. Payızda ora gözəl olur.

– Siz orada payızda olmusunuz?

– Bəli, – arvadım dedi.

Biz qəzaya uğramış üç vaqonun yanından keçirdik. Vaqonların divarları parça-parça olmuş, damları əzilmişdi.

– Baxın, – mən dedim, – burada qəza olub.

Amerikalı qadın pəncərədən baxdı və sonuncu vaqonu gördü.

– Bütün gecəni də qorxduğum elə bu idi, – o dedi. – Hərdən ürəyimə nəsə damır. Bir də ömrümdə gecə ekspresinə minməyəcəyəm. Yəqin, belə sürətlə getməyən başqa rahat qatarlar da var.

Bu vaxt qatar üstüörtülü Lion vağzalına daxil oldu, dayandı və yükdaşıyanlar qatarın pəncərələrinin qabağına qaçışdılar. Mən çamadanları pəncərədən onlardan birinə ötürdüm. Biz alaqaranlıq uzun platformaya çıxdıq. Amerikalı qadın “Kuk”un1010
  “Kuk” – turizm şirkəti


[Закрыть]
üç nümayəndəsindən birini seçıb ona yaxınlaşdı.

– Bircə dəqiqə, madam, qoyun sizin soyadınızı siyahıda tapım.

Yükdaşıyan arabasını gətirib çamadanlarımızı ora yüklədi. Biz amerikalı qadınla sağollaşıb ayrıldıq. “Kuk”un nümayəndəsi onun soyadını makinada çap olunmuş vərəqlərdə tapdı. Bundan sonra vərəqləri bürmələyib cibinə basdı.

Yükdaşıyan arabanı itələyə-itələyə, biz isə onun arxasınca asfalt platforma ilə, qatarın yanı ilə getdik. Platformanın sonunda, çıxışda nəzarətçi biletləri yığırdı.

Biz Parisə qayıdırdıq. Boşanma prosesinə başlamaq üçün.

Tərcümə: Fərrux Şıxlinski

ALP İDİLLİYASI

Vadiyə hətta səhər tezdən enəndə belə istidən adamın nəfəsi kəsilirdi. Çiynimizdəki xizəklərin buzu günün altında əriyir, özləri isə quruyurdu. Vadiyə bahar təzəcə gəlmişdi, amma günəş artıq yandırırdı. Biz xizək və bel çantaları ilə yüklənib Qaltürə1111
  Qaltür – Avstriyada, Tirol federal torpağında kommuna


[Закрыть]
gedirdik. Yanından ötdüyümüz qəbiristanlıqda dəfn mərasimi yenicə başa çatmışdı. Pastor1212
  Pastor – protestant keşişi


[Закрыть]
qəbiristanlıqdan çıxıb bizim bərabərimizə çatanda mən ona “Gruss Gott”1313
  “Gruss Gott” – “Allah köməyiniz olsun” (alman.)


Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю

Рекомендации