Текст книги "Xatirat"
Автор книги: Hacı Səlim Axundzadə
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]
“Ümid” cəmiyyəti mövcud olan zamanlarda Tuğra xanımda bir dənə motor var idi. Cəmiyyətin təsvibilə mən, İsmayıl bəy Yandıyev təyin olub, bu motoru xanımdan cəmiyyətin xeyrinə olaraq təmənna elədiz. Xanım da müzayiqə etməyib, motoru cəmiyyətə bağışladı. Yəni deyə bilərəm ki, əslən mənlə İsmayıl bəyə bağışladı. Motor lazım idi ki, islah olub, sonra ondan istifadə olunsun. Bunun üçün də pul lazım idi. Bu xüsusda İsmayıl bəy mənimlə bərabər çox artıq dərəcədə küşişdə idiz. Bir dəfə olaraq Potasər qəryəsinə gedib, Hacı molla Osman ilə bərabər cəmiyyətin parası xüsusunda küftügü etmişdiz.
Yoldaşlarımın əhli-halət ruhiyyəsini qabaqda bir növi ərz etmişəm. Dübarə təkrar olaraq, izhar edirəm. Əlhəmdüllah, bütün İslam aləmində hamımız tamam-kamal insanıq, heç yerimiz naqis deyildir. Odur ki, hamımız sədarət-tələb və həmkar olmaq arzusunda olub, cəmi işləri infirad surətdə hakim olub, icrayə qoymaq təmənnasındayız. Şükür Allaha, bu səbəbdir ki, müsəlman aləmlərində yaşayan hamısı müvəffəq olub işlərimiz qabağa gedir.
“Ümid” cəmiyyətinin katibi Mirzə İshaq və bəzi bu yığıncağın müəssisələrinin əsl məqsədləri bu imiş ki, tamam-kamal bu işdə xüdsəranə hər bir umurata dəxalət edib, başqalarını öz idarələrinə qoymasınlar. Necə ki, əsil ictimada bəndədən vədə almayıb, xüsusi ictima etmişdilər ki, özgə nüfuzlu adamlardan olmasınlar. Ta bunlar öz mərami-riyasətlərinə nail olsunlar. Necə ki, əsl məsələ də zikr oldu. İttifaqi olaraq İsmayıl bəy məni öz qardaşımla o heyət içinə aparıb, iş belə oldu ki, həm müvəqqəti sədarəti-məcüs mənlə olub və axır ul-əmr sədarəti cəmiyyətə də bəndə müntəxab olam. Nətaciyi-qəzayadan axır ul-əmr bu cür anlaşıldı ki, daimi surətdə əksər intiligent yoldaşlar mənim sədr olmağımdan narahat olmuşlar. Mən bu nöqtəni bir növi əgər düşünürdümsə, amma özümə götürməyib, yoldaşlar, ələlxüsus Mirzə İshaq hər bir vəzifədə bulunurdusa, hamısına müvafiqət göstərirdim. Bütün dəftərlər, möhr və pul hamısı Mirzə İshaqın əlində olub, hər nə istəyirdi, edirdi. Məktəbi-ibtidai alidə gecə əkabir kursu açıb, bütün mühasibəni əlinə götürüb, məsuliyyətsiz idarə edirdi. Çünki başqa yoldaşların da bu cür olmaq xoşlarına gəlirdi. Bir neçə ay belə keçdi. Hər bir məkanda ictimaimiz oldusa, “ad mənim, yar özgənin” məsələsinin mövcibincə bütün işlər Mirzə İshaqın sədarəti-mənəvisilə və mənim zahiri sədarətimlə qurtarırdı.
Mirzə İshaq şəhərin başqa intiriqaçı şəxslərini üzvüyətə qəbul edib, batini surətdə onları mənim əleyhimə təbliğ etməklə bərabər, onları təhrik edirdi ki, təzə seçki məclisi təşkil olsun. Mən də avamlığımdan, həm də bir para işlərdən xəcalət çəkdiyim üçün sükuta məcbur olub, bir söz söyləmədim və öz-özümə deyirdim ki, surəti-guftəgudə şiblet qaloş geyib, fokol-karavat vuranlar məqami-guftəgudə mollalar və uləmalan tənqid edirdilər ki, ulamalar bizimlə yoldaşlıq etməyir və bizimlə ittihad eləməyirlər və bir yığıncaqda iştirak da bulmayırlar və bəziləri təkzib edirlər. Hala və felən ki, mən bunlarla tamam-kamal müttəhid ul-mal hər bir işə mübaşir oluram və cəmi umurata müdaxilə edib, hər bir fədakarlığa iqdam edirəm, nə səbəbə bunlar məni qəbul etməyib, batini surətdə mənim əleyhidarlarımdırlar. Xüsusən intiligentlər məqami-söhbətdə məni bəyənirlər, bəs nə üçün hal-hazırda mənim sədr olmağımdan münfəcirdirlər. Hansı iqdamatdır ki, mən o xüsusda fədakarlıqdan qorxub, ənxamdan qüsur etmişəm. Bu nükat və məzamin üçün bir şey əsas tapmadım. Məgər inki nəzərimə bu gəldi ki:
Güfr və imanı bir bildin,
Kafir möminlə nə vaxt ban şar məgər?
Mən hər nə qədər təsəvvür etdimsə, kəndimdə bir qüsur mülahiz edə bilmədim. Məgər inki mənim əmmaməli olub sodarətə mail olmağım. Onlardan fəal və əksəriyyət yanında məqbul ul-qovl və naqid ul-kəlmə olmağım və qüdsiyyət canibinə mayıl olub, dinə nisbət tərəfdar olmağım görsənir bu həzəratə, yəni Mirzə İshaqın partiyasına xoş gəlməyirmiş.
Əlhasil, bir vaxt xəbərdar oldum ki, məndən xəbər almamış və sədrin imzası olmamış Mirzə İshaq bir heyət dürüst edib və vaxt qoyub və özü istədiyi şəxslərdən vədə alıb və məndən də vədə alıbdır.
Əlhasil, heyəti-ictimaiyyə münəqid oldu. Xaricdə dürüst olan proqram üzrə zahirdə yenə də məni sədr edib, intixabə şurü oldu. Əvvəlcə bu həzərat cuğa-cuğa olub, xəlyəti surətdə danışmağa başladılar. Burada iştirak edənlər hamısı qabaqca Mirzə İshaq və Qulamhüseyn Məmmədovdan dəstur ul-əməl almışlar ki, əbədən mənim adım gərək siyahıda olmasın. Bu işdə ən ciddiyyət ilə Qulamhüseyn və Mirzə İshaqdan başqa səy edənlər Mirzə Ağəli Mirzə Əziz oğlu və Ağa Miri Hacı Mir Səmid oğlu və Məşədi Heybət Zeynalov idi.
Əlhasil, xəfiyyə seçki dürüst olub, mən hər bir şəxsi vadar elədim ki, Mirzə İshaqı yazsınlar. Seçkinin nəticəsi bu oldu ki, o ictimada bircə tək səs mənim üçün oldu. Qalan səslər başqaları üçün verilmiş idi. Yüz nəfərdən artıq adamların içində hamı üçün səs yığan adamın yarısı oldu. Bir tək nəfər mənim üçün bir dənə səs oldu. Deməli, məni istəyən bu yüz nəfərin ortasında bir nəfər imiş, vəssalam. Aqil ul-mənan dürüst fikir ödərsə, onu mülahizə ilə anlar ki, bu cür işi əvvəl xaricdə tərtib olub, qov və qil dürüst olandan sonra mövqeyi-icarəyə qoyulubdur. Hətta bu işdə məlum olan budur ki, Hacı Rza Qurbani də iştirak edirmiş. Nəticədə intixab Qulamhüseyn katib, Mirzə İshaq sədr, Məşədi Hacı Rza Qurbani də xəzinədar və həm də sədr müavini oldu. Mətləb bu cür xətm olub, mən də işdən kənar olub, öz işlərimə baxmağa məcbur oldum. Mirzə İshaq öz sədarətində oturub, umurata məşğul oldu.
Qeyd: Yusif bəy Bayraməlibəyov izhar elədi ki, həmin tək səsi sənin adına yazan mən idim, vəssalam. Allah taala Mirzə İshaqdan razı olsun ki, məni kəndi və yoldaşları işlərindən və intiriqasından xəbərdar elədi, işlər bu cür xətmə yetib, mən yenə asudə olmayıb hər bir başqa ictimada isbati-vücud edirdim. Yayın sonları, hələ payız daxil olmamışdı, Badkubədə müsəlman ictimayindən bir məktub gəlib. Lənkəranda camaatdan iki nəfər vəkil istəmişdilər ki, gəlib Badkubədə müsəlman ictimayində iştirak etsinlər.
Qeyd: Badkubədə bir böyük yığıncaq tərtib vermişdilər. Şəki, İrəvan, Qarabağ, Ağdam, Ağdaş, Cavanşir, Kürdəmir, Quba, Naxçıvan, Salyan, Lənkəran, Zaqatala, Qazax və başqa yerlərdən vəkillər intixab olub, Badkubədə Xeyriyyədən uzaq məkanlardan gələnlər üçün mənzil və xərc (Xeyriyyədə, İsmayıliyyədə) verirdilər. Sair dostları olan, ya iqtidarı olan istədiyi məhəllələrdə mənzil edirdilər. Hətta Xeyriyyədə mənzil olmayıb, müsavatçılar hər kəsi aparıb öz evində konfrans qurtaranacan mehmannəvazlıq elədilər. Bu xüsusda məktəbi-ali-ibtidaiyyədə ki, Hacı Mirzə Hadi Zeynalov mülküdür, ictimai olub çox götür-qoydan sonra düyü ticarəti edən Məşədi Mikayıl Bağırovu və məni vəkil intixab edib, hər ikimizi Badkubəyə göndərdilər, lakin öz xərcimizlə. Təsadüfən Sultan bəy Qulubəyov ki Lənkəran camaatı tərəfindən Lənkəran torpaq və mahalına hakim olmuşdu, Sultan bəyin kəndi şəxsi hökumət işi üçün Badkubəyə qubernator yanına gedirdi. Mən, Məşədi Mikayıl Bağırov, Sultan bəy Qulubəyov paraxodla Badkubəyə varid olub "Dağıstan” mehmanxanasında mənzil elədiz. Mən əgərçi daimi surətdə Badkubəyə varid olanda təvəqqüf və istirahət üçün İslamiyyə mehmanxanasında mənzil edərdim, şam və nahara kərbəlayi Vəli Mikayılovun dövlət mənzilinə gedərdim, amma bu dəfə Məşədi Mikayıl və Soltan bəy mane olub, onlarla bərabər Dağıstan mehmanxanasında üç nəfər bir mənzildə imrari-həyat elədiz.
Xeyriyyənin zalında tacirlər üçün yığıncaq qoyulmuş idi. Amma bu heyəti-ictimaiyyə bir başqa böyük otaqda idi. Əsil sədr Əlimərdan bəy Topçıbaşov idi. Hacı Zeynəlabidin Tağıyev və bəzi başqa mötəbər şəxslərdən məclisdə isbati-vücud edirdilər. Məmmdəmin Rəsulzadə baş katib idi, Əbdüləli bəy Əmircanov da orada rusca katib idi. Üç iclas oldu. Cəmi əqsam və ənva müsəlmanlardan burada var idi. Qafqazın hər bir məkanından buraya nümayəndə sifətilə gəlmişdilər. Üləma qəbilindən ki sahibi-əmmamə idilər, üç nəfər idilər. Səlyan nümayəndəsi Ağayi Hacı Seyid Bağır Ağa idi ki, Mir Əşrəf Ağanın tərifəsilə gəlmişdi. Xil qəsəbəsinin mollası da Hacı Seyid Bağır Ağanın məziyyətilə o mənzildə idi. Əmmaməlilərdən biri də din Hacı Mirzə Səlim Lənkərani idi. Zaqatal mahalından biri, Cardan Nurulla əfəndi idi. Biri də Kaxdan Şeyx Qasım əfəndi idi. Bu iki nəfər də Zaqatal üləmalarına nisbət yarım molla idilər, əmmamələri yox idi. Əgərçi əmmamə o tərəflərdə mərsum deyil, qalan şəxslər vəkillər, bütün əyan və əşrəf intiligent və yuristlər idi.
Mövzuyi-məsələ icmalən bu idi ki, Nikolay taxtdan düşüb, yerinə Kerenski oturub. Demokrat üsulu ilə istəyir Rusiyanı idarə eləsin. Qafqaz müsəlmanları Kerenskiyə ittila verdilər ki, biz müsəlman camaatları soldat, əsgər, sərbaz verməyə hazır varız. Hər vaxt hökumət istəyirsə, biz əsgər verəcəyiz. Kerenskiyə teleqrafla icmalən cavab veriblər ki, bizə əsgər lazım deyil. Luzumdan ziyadə əsgərimiz vardır. Biz Qafqaz müsəlmanlarından razıyız. Lakin bizim təmənnamız budur ki, Qafqaz əhli bizə pul ilə müavinət göstərsinlər, nə əsgərlə.
Felən bizə əsgər lazımdır və əsgərin lüzumu üçün də pul lazımdır. Biz bu pulu hardan və necə cəm edək ta inki əsgəriyyə təşkilatı üçün pul dürüst edib əsgər toplamaqla bərabər kəndi umuratımızı idarə edək. Üç gün həmin bu məqsəd mətrəhi-güftəgü olub, axır ul-əmr zahirdə bir qərar qoyuldusa, amma batində sərəncamsız oldu. Bu məclis zahirdə bir intiligent məclisi idisə, həqiqətdə bir molla məclisi olub, usuli-əlfaz mübahisəsi kimi əvvəl-axın qurtarmayan bir mübahisə və mübarizə idi. Hər kəs bir xəyal üzrə nitqə gəlib, mətləbi mültəfit olmadığı surətdə kəndi məqsədi və muradı nə isə, onu mövqeyi-icrayə qoydurmaq fikrində idi. Nəcəfi-Əşrəf tələbələri kimi söhbət əsnasında biri-birinə hücum edib, dizi-dizi tərəfi-müqabilə sarı sürünüb, öz mətalibini həqq-nahəyyə olaraq sübuta yetirmək üçün qovğa edirdilər. Böyük intiligentlərdən hansıları ki, gözlərinə eynək vurub və eynəyin qatmasını çiyninə atıb və nitqin şiddətindən bədəni rəşə tapıb, eynəyinin qatması çiynindən düşüb və dübarə qatmanı çiyni üstə atıb, şiddətlə danışanlar söz və laf və gəzəf ilə dünyanı dərhəm-bərhəm edənlər həddən ziyadə, əndazədən artıq güftəgü edirdilər və hərəsi əsgəriyyə təşkilatı üçün pul toplamağa vəsait iraə edirdilər.
Müsavat firqəsi tərəfindən nümayəndə sifətilə bu məclisdə isbati-vücud edən Abbasqulu Kazımzadə söz alıb danışmağa başladı. Axır ul-əmr təklif elədi ki, Badkubədə milyonerlər hansı ki, hər bir cəhətdən sahibi-mülk və əmlak və iqtidar bir nəfər və ya iki nəfər, ya dörd nəfər 25 milyon müqərrər edib, dürüst və mütəxəssis böyük generalların təhti nəzarətində camaatdan əsgər toplayıb, onların təlimatına sərf etsinlər. Sədr sual elədi ki, bu milyonerlərin tədiyyəsinin təminatı üçün cavabdəhəndə kimdir? Abbasqulu cavab verdi ki, bu vəchlərin tədiyyəsinə zəmanət edən millət və camaatdır ki, daimi surətdə təşəkküratdan sonra milyonerlərə onların hüquqları tədiyyə eləsinlər. Abbasqulu Kazımzadənin bu sözləri dövlətlilərin xoşuna gəlməyib, sair şəxslər də bu fikri təqib etmədilər. Hacı Zeynəlabidin və başqaları bu sözlərdən acıqları gəldi. Mən axırıncı gün iclasın axırında söz alıb ərz elədim:
– Vəkillər, camaat, bu cür günün ərzində bu qədər danışıqlar oldu. Bütün kəlamlann nəticəsi bu oldu ki, əgər bizim qüvveyi-təşkilati-əsgəriyyəmiz olmazsa, yəqin surətdə bizim atiyyəmizdə sərvət və əhl və əyalımız rus və ermənilər əlində qarət olub, yurd, mülk və əmlakımızı təsərrüf edəcəklər. Hər kəs ki burada isbati-vücud edib yığıncaqda iştirak edirlər, yəqin surətdə bir müəyyən məhəlin mötəbədi və sahibi-ixtiyarıdırlar. Yaxşı və gözəlcəsi budur ki, fil-məclis bu həzərat nümayəndələr özləri kəndi kiseyi-fətivvətlərindən himmət göstərib, hər kəs öz malının hazırı nəqdiyyəsindən ondan birin versin ta inki bu güftəgülərin nəticəsinin ciddi olmağa camaata məlum olub, xalq bilsinlər ki, nümayəndələri ciddi olub, danışıqları məhz lağ-lağı lisanı deyil. Bu surətdə xalq öz müavinətlərindən müzayiqə etməyib, böyük sərvət sahibləri də kəndi müavinət maliyyələrindən müzayiqə etməsinlər. Bu danışdığım sözləri həqiqət olub, lağ-lağı lisanı olmadığı üçün, əvvəlcə öz malımdan otuz qızıl suy edib, bu yolda nisar etməyə hazır. Çünki mənim tamam-kamal sərvətim hal-hazırda üç yüz qızıl olmaz. Əlbəttə, bu nümayəndələrə öz kəndi təməkkürlərini mülahizə buyurub, o əndazədə kəndi sərvətlərindən ondan biri də əda edəcəklər, vəssalam. Mənim bu sözlərim zahirdə əgərçi hamıya xoş gəlib, ehtiramla alqışladılarsa, amma batində hamı nümayəndələrin ovuçlarımı açıb, məlum elədim ki, həzərat danışanlar məhz özgələrin mallarını bölməkdə sahib-hünər olub, öz mallarını xərc etməkdə süst, hətta razı da deyillər.
Axır ul-əmr söz bu cür xətm olub məclis bu tövr nəhayətə yetişdi ki, Qafqazda yaşayan müsəlmanlardan ədədi-nüfusu mülahizəsilə hər evdə nə qədər nüfuz varsa, hər başa iki manat rusi vergi, yəni soldat pulu alsınlar. Bu axırıncı iclas günündə Tiflisdən teleqraf gəlib, bir nəfər nümayəndə istədilər ki, Tiflisə gedib bəzi mükalimat eləsin. Məmmədəmin bəy bu vükalətə müntəxəb olub, Tiflisə təşrif apardılar və məclis münqəzi oldu.
Qeyd: bu müsafirətimdə ittifaq düşən umuratdan birisi budur ki, zikr olunur:
“Xeyriyyə”nin eyvanında tənəffüz üçün dolananda cənab Sultan bəy Qulubəyovu gördüm ki, bir nəfər yurist (advokat) ilə söhbət edirlər. O şəxs Sultan bəyə söyləyir ki, gəl bizimlə müsəlmanlıq firqəsinə daxil ol. Bizim burada böyük ictimaimiz vardır. Mən söylədim ki, cənab bəy, bu söz əslən mənasız bir kəlmədir. Bu cür təklif özündə yüngül təklifdir. Məsələn, siz buyurursuz ki, gəl müsəlmanlıq firqəsinə daxil ol. Bu söz əvvəla mənasız bir sözdür. Çünki bu təklif müsəlmanlar üçün lazımdır ki, nəsari və cuhud və sair firəqi-küffarə eləsinlər. Sözlər ki, bu cür təklif edirsiniz, mənası budur ki, tərəfi-müqabil kafirdir, felən müsəlman olur. Müxtəsər bu sözlərdən çox aramızda rəddü bədəl olub, mən bu ləfz və məna ilə bu cür təklifin qəbahətini bu şəxsə sübut elədim. Bu şəxs mənə söylədi ki, Badkubədə bütün ülamələr bu firqəni qəbul edib və bu ictimaə daxil olublar. Əslən bu təklifatın müəssis və müşəyyid ərkanı cənab Bəşir bəy Aşurbəyovdur. Çox gözəl olardı ki, təşrif gətirib orada uləmalan rəyət edib, onlarla söhbət edəsiniz. Söhbətimiz bu cür xətmə yetişib öz mənzilimiz ki Dağıstan mehmanxanası olsun, oraya müraciət eləyib, nahar sərf edib, istirahətə məşğul olduz. Mən bir şoğl üçün mehmanxanadan xaricə çıxmışam. Övdətimdə Sultan bəy və Məşədi Mikayıl mənə söylədilər ki, bu gecə başqa məclisə getmə! Bu gecə lazımdır ki, cənab Bəşir bəy Aşurbəyovun mənzilinə gedib orada sərfi-şam edək. Bu xüsusda ciddi surətdə Bəşir bəy Sultan bəy və məndən xahiş edibdir ki, sən o məclisdə isbati-vücud edəsən. Mən hər qədər təşahi elədimsə, Sultan bəy və Məşədi Mikayıl qəbul etmədilər və söylədilər ki, bizim üçün siyasətən lazımdır ki, o məclisə gedib, hazır olaq.
Əlhasil gecə oldu. Bəşir bəy cənabları kəndi həmşirəzadəsilə öz faytonunu göndərib, bizi, yəni səni xah-naxah oraya hazır elədilər. Məclisə varid oldum. Həzrəti-Hacı Seyid Bağır ağa Xıllı molla ilə bərabər təşrifləri var idi. Badkubə uləmalarından hansıları ki, tanıyırdım, Ağa Mir Əbdülkərim ağa və Hacı Mirzə Əbdürrəhim ağa həzrətləri idi. Bir neçə nəfər də uləmalardan var idi. Amma bəndə onları tanımırdım. Mincümlə dağlı Axund molla Əli idi ki, sonralar onu tanıyıb, dost olmuşdum. Sonra əyan və əşraflardan hansılar ki, Bəşir bəy ilə həmsinifdirlər, burada isbati-vücud edirdilər. Namaz da oldu. Söhbət açıldı. Əvvəl Əlimərdan bəy Topçubaşovun iradına məşğul və sonra Əlimərdan bəyin oğru olmağına isbatlar gətirib, Bəşir bəy, Hacı Seyid Bağır Ağa və bəndə və Sultan bəydən sabah üçün vədə aldı ki, sabah Xeyriyyədə hazır olub, tacirlərin iclasına baxıb və Hacı Zeynəlabidin Tağıyevin sədarətilə iftitahi-məclisdə güftəgüyə qulaq etsin və mülahizə edək ki, mən Topçubaşovun oğurluğunu necə isbata yetirib, Hacı Zeynəabidin hüzurunda izhar edəcəyəm. Belə ki, oğurluqdan hamı xəbərdar olsun. Bu sözlər Bəşir bəyin sözləridir. Və zimnən əlavə elədi ki, bu müsəlmanlıq firqəsini 37 gündür mən təşkil etmişəm və Qarabağa aparacağam. Bu müsavat firqəsi tamam-kamal bidinlik və xələfi-şərdir. Söz buraya yetişəndə Ağa Mir Əbdülkərim ağa söhbətə şuru edib, başladı ki, müsavatçılar deyirlər və öz proqramlarına yazıblar ki, arvadlar da intixab edə bilərlər. Və həm də onları bir şoğli-hökumətiyə intixab etmək olar. Bu söz əsla xələfi-şərdir və bu cür proqrama əməl edənlər isə fasiqul-əqidədirlər. Ağa Mir Əbdülkərim ağa bu sözü pəru bal verib, bu xüsusda şərhi-müfəssəl zikr edib, durdular.
İzah: Əlbəttə, proqramda bəzi mətalib vardır ki, siyasət surətində bəzi diplomatlar o mətalibi yazmaqda məcburdurlar və proqramın tamamını mövqeyi-icarəyə qoymaq imkanı surətindən bilmərrə xaricdir. Vəli vazehdir əqayidi İslamiyyə üzrə bu söz məntiqdən xaric bir sözdür. Amma söz bundadır ki, görək Ağa Mir Əbdülkərim ağa bu sösləri ki, söyləyir və bu iradları ki eləyir, aya vaqeyi surətində bu sözlərə əqidəsi vardır? Aya onu dindarlıq vadar edir ki, Bəşir bəy ilə həmrahlıq edib Urusitdə müsəlmanlıq firqəsini təşkil edib, bir molla sair qabaqda təşkil olunan firqələrin əleyhidarları ola. Ya inki xeyr. Bəşir bəyin yaxşı, yağlı plovu və buqələmun-toyuqlarının buryanlığıdır, ya inki Zaqatalanın ətirli və qiymətli alma və armudlarıdır ki, Mir Əbdülkərim ağanı bu cür şiddətlə həyəcana gətirib, din dərdi çəkir.
Əlbəttə, qəziyyə məlumdur, inki əgər mən izhar eləsəm ki, bu cür fəsil müsavat proqramında yoxdur, əlbəttə yalan söyləyəcəyəm. Bu surətdə tamam-kamal mövhun olub, hamıya məğlubiyyətim sabit olacaqdır. Əgər söyləsəm ki, xeyr, şərən bu cür intixab nisvan, yəni nisvanın müntəxib olmağı cayizdir, daha pəs olub xilafi-əqayidi-İslamə mürtəkib olacağam. Pəs mən indi bu ağaya nə cavab verəyim? Dərhal qeybdən qəlbimə deyəsən ilham oldu ki, Səlim bu cür cavab verir: mənim cavabım:
Həzrəti-ağa, hər bir suala iki cür cavab vermək olar, əvvəl nəqzi, sonra həlli. Cənabi-nəqzi budur: Həzrəti ağa, cənabınızın məxsusən bu iradı bimövqe və biməhəldir. Zira ki, qoy bu iradı o üləmalar və şəxslər eləsinlər ki, öz yazılarından və şəhrlərindən arvadların üzü açıq gəzməyinə və əcnəbilərin tahir-mütəhhər olmağına isbati-əqidə edib, dəlayili-əqli və nəqli gətirməyiblər. Həzrəti ağa özü “Quran” şərhində əcnəbini pak bilib və arvadların məkşufəl-vücuh olmağına icazə veriblər. Madam ki, arvadlar üzü açıq gəzə bilərlər, intixab olmaqlarından nə bak vardır. Əslən bu iradı lazımdır ki, bəndə və sair eləsinlər. Həzrəti-ağanın bu iradı tamam-kamal yersiz və münasibətsizdir. Türklərdə məsəldir: Orucluqda qəlyan ki, orucu batil etmədi, qəlyan altı da batil etməz. Qəlyan üçün qəlyan altı da lazımdır. Madam ki, arvadların məkşüf ül-vücud olması şəri olursa, əcanibin təharəti şərən ədillə üzrə sabit olarsa, əlbəttə, nisvan tayfasının intixab olması da cayiz olacaqdır. Mən bu sözü söyləyib Ağayi Hacı Mirzə Əbdürrəhim ağaya xitabən ərz elədim: Həzrəti-Hacı ağa, siz nə üçün söhbət etməyirsiz? Cavabında buyurdular ki: Siz söhbət edirsiniz, mən də qulaq asıram. Söhbət buraya yetişəndə Ağayi-Mir Əbdülkərim ağa əzəmisinin çiyninə dürüst edib, Hacı Mirzə Əbdürrəhim ağanı xahiş ilə məclisdən durquzub özü ilə bərabər məclisdən xaric oldular.
Onlar xaric olandan sonra söz Ağabala Quliyev üçüncüyə yetişib, hərarətlə nitq edib, söylədi ki, müsavatçılar öz məramnamələrində yazırlar ki, nisvan intixab etməkdən başqa, müntəxib də ola bilər. Hal anki müntəxib olanda lazımdır ki, üzü açıq gəzsinlər və bu da xəlfi-şərdir. Ağabala Quliyev bu sözləri söyləyəndə bəzi əşxas gülümsündü. Mən əgərçi orada gülənlərin gülməklərinin səbəbini bilmədim, lakin sonralarda Ağabalanı tanıyandan sonra gülmək səbəbi məlum oldu. Səbəbi də bu idi ki, Ağabalanın felən öz qızları üzü açıq gəzirlər.
Əlqərəz, Bəşir bəyin evindən hərəkət edib mən Sultan bəy və Məşədi Mikayıl Bağırov öz mənzilində övdət elədiz.
Müraciətdə Məşədi Mikayıl Bağırov Sultan bəyə müxatibən söylədi: Güstağlıq olmasın, bizim bu Hacı axundun heç faydası yoxdur, insan bu cür plov və xoruşlan qoyub, sair adamlarla yoldaşlıq edər? Əgər mən Hacı axundun yerinə olsam, əbədən Bəşir bəyin itaətindən çıxmayıb, daimi bu cür plovlar və hinduşka-xoruzundan meyl edərəm.
Biz Bəşir bəyin mənzilində müraciət edəndə, Bəşir bəyin bu cür ictimain görüb və o tərəfdən də müsavat təcəmməinin həm nüfuzun və həm də o ictimada əksər oxumuş cavanların olmasını mülahizə edib, bu iki qüvvənin təsadümündən cilovgirlik etməkdən ötrü lazım bilib Sultan bəyə izhar elədim ki, sabah zöhrdə Hacı Zeynəlabidin həzrətlərini ziyarət edib və bu iki ictimain arasına iltiyab verib, biri-birilə islahda olmalarının təmənnasın edək.
Qabaqda zikr oldu ki, Bəşir bəy kəndi evində Hacı Seyid Bağır ağa və bəndə və sair yoldaşlardan sabah üçün vədə aldı ki, gəlib saat onda Xeyriyyənin zalında hazır olub, orada Badkubənin böyük tacirləri hazır olacaqlar. Məclisin güşadində Hacı Zeynəlabidin yanında sizə isbat edərəm ki, Əlimərdan bəy Topçııbaşov necə xəyanətlər edib, millətin pulunu və mühacirlər üçün toplanan vəchləri nə tövr tələf edibdir. Sabah təbrikin vədəsi mövcibincə mən Hacı Seyid Bağır ağa ilə iclasa hazır olduz. Sultan və Məşədi Mikayıl ehmal edib, gəlmədilər. Məclis açıldı. Hacı Zeynəlabidin kürsiyi-sədarətlə oturub, xüsusi münşisi bir nəfər general idi, hazırlaşıb hər kəs öz yerində bərqərar, cənab Bəşir bəy iftixarən din ilə bərabər bir stulda oturmuşdular. Əlbəttə, bu yığıncaq siyasi deyildi. Bu bir tacirinə məxsus olan söhbət idi. Bəşir bəy söz alıb və zimnən söylədi ki, Hacı ağa, mühacirlər və qaçqınlar üçün toplanan bir milyon yarım pul necə oldu? Əlimərdan bəyi çağırın bu suala cavab versin. Dərhal adam gedib Əlimərdan bəyi dəvət etdilər. Əlimərdan bəyin işi çox olduğu üçün cavab vermişdi ki, bir az müddətdən sonra gələcəyəm. Mənimlə bərabər oturan Bəşir bəy ahəstə qummullanıb, xəfiyyətən söyləyirdi: hə, gələ bilər? Burada rüsvay olacaqdır. Milyon yarım pulu tələf edib, yeyib, gedibdir işinə. Bir az müddətdən sonra Bəşir bəy dübarə yenə də Hacı Zeynəlabidinə xitabən ərz elədi: Hacı ağa, qaçqın və mühacirlər üçün bir milyon yarım pul toplanıb, Əlimərdan bəyin təhvilinə verilibdir. Rica edirəm, Əlimərdan bəydən o hesabı təvsiyyə edib, camaata xəbər verəsiniz. Bu sözdən sonra Hacı Zeynəlabidin hərarətlənib, söylədi:
– Hacı ağa, istəyirsiniz mən məclisdən xaric olum?
Bəşir bəy bu sözü deycək, Hacı cavab verdi:
– Mənə nə, istəyirsən get və ya istəyirsən qal. Lakin sən məni məcbur edirsən ki, bəzi mənə layiq olmayan sözləri təkrar edib və camaata bəyanat verib, özümü bir növ xudpəsəndlik məqamına gətirim. Bəşir bəy! İki dəfədir söyləyirsən ki, milyon yanm pul cəm olubdur, aya pulu sən vermisən? Yainki burada hazır olan həzarət tacirlər veribdirlər? Söylədim ki, məni məcbur etmə ki, sözləri bəyan edim. Aya hansı tacirlər və əyandır ki, məclisdə kəndisini pul siyahısına yazdırıb, sonradan o pulu veribdir? Müsəlmanların sənətidir ki, məclisdə şan üçün adlarını yazdırırlar, sonra pul verməkdə cürbəcür bəhanə gətirərlər. Bu həzarət söyləsinlər, hansıları bu mühacirət xüsusunda pul veriblər. Söyləsinlər görək, pulu vermişəm və bir əndazə də Musadan almışam. Sair həzərat əgər pul veriblər, söyləsinlər. Pulun hesabı mənim yanımdadır və mən də hesab edib, məxaric və təhvil almışam. Daha bu nə sözlərdir ki, sən söyləyib, özün iş görmədiyin halda, başqa iş görənləri də işdən süst edirsən (bu sözlərin arasında Əlimərdan bəy məclisə daxil olub, qulaq asırdı).
Bəşir bəyin sual-cavabı məlum olub, gecə bizim yanımızda tamam-kamal rüsvay oldu. Məclis bu cür ixtitamə yetişib, qapıdan çıxanda Əlimərdan bəy əvvəlcə mənə, sonra Hacı Seyid Bağır ağaya xitabən söylədi:
– Bu cür adamlardır ki, kəndiləri iş görməyib, başqalarını da iş görməkdən süst edirlər.
Məclis tamam olub, Bəşir bəyin gecə elədiyi iddiaları tamam yalana çıxdırdan sonra hər kəs öz mənzilinə müraciət elədi.
Bəşir bəyin əsla bu cavablarla müxalifət etməsinin səbəbi, zənnimcə, budur:
Duma intixabında cavanlar, hansılar ki şərir və qoçulardan ictinab edib, onların nüfuzlarını kəsmək istəyirdilər, Bəşir bəyi və ona namizəd edən adamları intixab etməyib və onların nüfuzundan cilovgirlik edirdilər, vəssalam.
Bəşir bəyin evindən müraciət edəndə mən, Sultan bəy, Məşədi Mikayıl belə təmhid və müqəddimə qoyduz ki, sübh Hacı Zeynəlabidin Tağıyev Həzrətlərini mülaqət edib, bu iki heyəti-ictimaiyyənin aralarına səfa verib, ortalarından kudurəti götürüb, hər iki qüvvə bir məhəldə cam olub Badkubə və ətrafın təfsiyə və rövnəqi üçün müttəhid ul-mal çalışsınlar. Sübh saat 10-dan mütəcaviz idi, Məşədi Mikayıl bir iş üçün getmişdi. Sultan bəyin məiyyətində Hacının mənzilinə tərəf hərəkət elədiz. İntizar otağına varid, bir əndazə təvəqqüf edib, Hacı həzrətlərinə xəbər verdiz. Yarım saat müntəzir olmamızı rica elədi. Bu intizar zamanında Hacının qəbul otağından artıq dərəcədə hay-küy gəlirdi və müxtəlif paltolar burada asılmışdı. Yarım saatdan sonra Hacı tərəfindən dübarə adam gəlib yumul halda izhar olundu ki, əgər mümkünsə sabah saat 9-da təşrif gəlirsinlər. Biz izhar elədiz sabah mümkün olmaz. Çünki biz buralı deyiliz. Yarın paroxodla Lənkərana hərəkət edəcəyiz. Bir neçə dəqiqə lazım olan mətalibimiz vardır. Bu sözlər Hacı həzrətlərinə yetişəndə Sultan bəy və məni kəndi böyük zalına qəbul edib, oradakı adamlardan 15 dəqiqə təvəqqüf istəyib, bizlə mulaqat elədilər. Hacı Həzrətlərilə söhbət edib, əvvəl bəndə təkəllüm elədim: Həzrəti-Hacı, sizin cənabınız hüquqi-milyət yanında sabit və məlumdur. Biz nümayəndəlik sifətilə Lənkəran dairəsindən Badkubəyə gəlib, ictimada isbati-vücud eləyib, yarın Lənkərana əzimət edib, vurud edəndən sonra camaat bizdən bu yığıncağın əhval və övzaini xəbər alıb, bu şuranın nəticəsini soruşacaqlar. Əlbəttə, camaatın ruhu yüksək olmaq üçün lazımdır, bəzi mətalibi onlar üçün şərh və bəst verib, zikr edək. Vəli mütəəssifanə Badkubə ki Qafqaziyanın, ələl-xüsııs Rusiyadakı müsəlmanların mərkəzidir, burada bəzi cəryanlar vardır ki, həmin cəryanlar baisi-nifaq və müsəbbibi-təfriqədir. Biz Lənkəran nümayəndələrinin ən böyük və səmimi arzumuz budur ki, Hacı Həzrətləri ki milliətin atası hesab olunurlar, Bəşir bəy cənablarını və o biri tərəfdən hər kəsi məslə-hal bilirsənsə, çağırıb, nəsihət və dahilərlə bu iki heyəti-ictimaiyyəni müttəhid ul-mal işləməyə vadar edəsiniz. Əlbəttə gələcəyimiz üçün nifaq və şəqaqin böyük fəllak nəticə verməsi hamıya məlumdur. Bizim üçün lazım idi bu sözləri hüzurunuza ərz edib, cavab alandan sonra mütməin camaatın yanına qayıdıb, onlar üçün xəbər aparaq. Hacı Zeynəlabidin bu sözləri bizdən eşidəndə ayağa durub, mənim əmmaməmdən öpüb xudafız elədiz.
Burada bir az yenə də lazımdır ki, Lənkəran əhvalatına dair ittifaqat yazılsın ta bəzi mətalibə işarə olduqda sözlərimiz mücməl olmasın.
Kerenski iş başına gələndə camaat bir əndazə nəfəs alıb, istəyirdilər asudəliklə yaşasınlar, iki nəfər Badkubədən nümayəndə adı ilə gəüb, birisi ruslar tərəfindən, birisi də müsəlmanlar tərəfindən. Badkubə müsəlmanlarının nümayəndəsi Məhəmmədəmin Rəsulzadə həzrətləri idi. Rus nümayəndəsinin adı Kuznetsov idi. Bunlar gəlib camaatın ruhunu bilib, onları ittihad və ictimaə dəvət etdilər və camaatı məcbur etdilər ki, kəndiləri tərəfindən 8 nəfər intixab edib və bu səkkiz nəfər öz ortalarında bir nəfər rəis intixab etsinlər ki. Bütün Lənkəran dairəsinin hökmranı olub, Lənkəran qəzasını gözəl vəchlə idarə eləsin. Bu şəxsin sədarət və rəyasəti altında bir komitə təşkil olsun və o komitəyə hər bir ictima tərəfindən nümayəndələr gəlib iclasda iştirak edib, hər bir hökmün nəfy və isbatında rəy verməyə haqqı olsun. Səkkiz nəfər Lənkəranda intixab olub altı nəfərin təsvibi-zahiri və batini rəy verməsilə Lənkəranda imrari-həyat edən Qala bazarlı Sultan bəy Qulubəyov həzrətləri bu hökuməti-milliyə müntəxab və bərqərar oldu. Hökumətdə iştirak edənlər: Yusif bəy Mehmandarov, Hacı Ağabala Babayev, Mir Əsgər xan Talışıniski, Məşədi Nağı Kərimov, Mirməmməd Ağayev, Məşədi Hacı Rza Qurbanov, Məşədi Cəbrayıl Əbbasəliyev idilər ki, bunların içindən Sultan bəy hökuməti-məxsusəyə müntəxəb oldu. Lakin bu ictimada daimi surətdə Mir Əsgər xan ilə Mir Əziz bəy narahat olub, Sultan bəy ilə rəqabət edirdilər və daimi surətdə istəyirdilər ki, bir hadisə əmələ gətirsinlər. Lakin bu işə cürət etmirdilər. Bu fikir onların qəlblərində mövcud var idi. Bu hökumət məclisin güşadında hər bir o ictimada ixtiyar var idi ki, bir nəfəri intixab edib, vəkil ünvanında o məclisə göndərsin. Bu məclisin adına “İspolnitelnıy komitet" deyirdilər.
Bu komitədə iştirak edənlərdən Mir Əsgər xan və Mir Əziz bəy böyük nüfuz sahibi olduğu üçün və daimi surətdə bunlar Sultan bəyi istəməyib və camaat Sultan bəyi istədikləri üçün camaatın fikri bu idi ki, bu komitədə iştirak edənlər bütün həqqaniyyət və camaat tərəfdarlan olub, surəti-zahirdə bir hökm və qəziyyə üçün rəy veriləndə əksəriyyət Sultan bəyin, yəni camaatın tərəfinə olsun. Odur ki, komitənin qüvvəsini artırmaq istəyirdilər.
Bu surətlə gimnaziyanın şurəyi-valideyn ictimasında belə müqərrər oldu ki, bir nəfər şurayi-valideyn tərəfindən bu İspolnitelni komitetdə iştirak etsin. Mən özüm gimnaziyada müəllim olmaqla bərabər iki nəfər bacım uşaqları İlyas və Fəyyaz münkəfil olub, oxutdururdum. Bu münasibətlə özümün də müəyyən səsim var idi. Əslən Qurbanovların, Kərbəlayi Hacı Məmməd və Məşədi Hacı Rza, ələlxüsus Məşədi Möhsün ki bunların tamam uşaqları gimnaziyada idilər, Məşədi Möhsünün rəy və fikri bu idi ki, bu intixabda mən əslən müntəxəb olam. Gimnaziyada 180 nəfərdən artıq uşaq olduğu surətdə, bəzilərinin qərib olduqları üçün vükalə başqa uşaqlar gəlmişdilər. Bütün müsəlman camaatı başqa millətlərdən savay 86 nəfərdən çox idi. Lənkəranlı Mir Əziz bəy Talışxanov ki Lənkəranın məşhur əyan və xanzadələridir və Lənkəran dairəsində böyük vəkillərdən məhsub olan bu şurada batini fikri bu idi ki, Mir İsgəndər xan Mir Bağır xan oğlu şurayi-valideyn tərəfindən vəkil olsun. Camaat deyirdi ki, Hacı Axund əslən vəkil intixab olsun, Mir İsgəndər xan onun üçün müavin intixab olsun. Surəti-zahirdə bu cür rəy verildi. Rəylər hesab olanda Mir İsgəndər xan məndən artıq gəlib, Mir Əziz bəy qanunən söylədi ki, lazımdır İsgəndər xan əslən vəkil olsun, Hacı Axund müavin olsun. Qurbanovlar gördülər ki, uduzublar. Çünki məlum olan bu oldu ki, Mir Əziz bəy kəndi adamları ilə bərabər bizim üçün əbədən rəy verməyiblər. Amma niyə adamlar Mir İsgəndər xanı tamam-kamal verdikləri vədə üzrə rəy veriblər. Odur ki, Mir İsgəndər xan üçün səs məndən artıq çıxıbdır. Bu işin bir növ cəli və adam aldatma olduğu üçün tacirlər, ələlxüsus, Məşədi Möhsün Qurbanı əsəbani olub, dübarə bir təzə intixabı təmənna elədilər və söylədilər ki, əslən bu intixab üsul üzrə dürüst deyil. Mir Əziz bəy bilirdi ki, camaat onun bu işdə hiylə elədiyini biliblər. Odur ki, razı olmayırdı-dübarə seçki olsun. Bilirdi bu intixabda tamam-kamal məğlub olacaqdır. Amma mən və Mir İsgəndər xan bir-birimizlə dost olduğumuz üçün müraqibə yoxumuz idi. Vəli İsgəndər xan söyləyirdi ki, mən ən səmimdildən razıyam ki, Hacı Axund əslən vəkil olsun və mən ona müavin olam. Axır ul-əmr camaat güc gətirib, qəti surətdə təzədən üsul üzrə intixab istədilər. Bu surətdə Mir Əziz bəy açıq eləyib məclisdən xaric oldu. Seçki qurtardı. Mən bilmüzaəf səsə dara olub, Mir İsgəndər xan əqəlliyyətlə qalıb, mən əslən vəkil və Mir İsgəndər xan müavin intixab oldu. Bu xüsusda etimadnamə yazılıb mənim əlimə verildi. Camaat mütəfərriq olub, hər kəs öz mənzilinə getdi.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?