Электронная библиотека » Лев Толстой » » онлайн чтение - страница 2

Текст книги "Şeytan"


  • Текст добавлен: 26 декабря 2022, 15:40


Автор книги: Лев Толстой


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 12 страниц)

Шрифт:
- 100% +
VI

Yazqabağı Semyonovska gəldi ki, təsərrüfata baş çəksin, başlıcası isə qarşıdakı toyla əlaqədar evdə aparılan hazırlıq işlərinə göz yetirsin.

Marya Pavlovna oğlunun qız seçməsindən narazı idi, özü də təkcə ona görə narazı deyildi ki, Yevgeni daha münasib, daha layiqli qız tapa bilərdi, həm də oğlunun qayınanasından xoşu gəlmədiyi üçün narazı idi bu izdivacdan. Varvara Alekseyevnanın xeyirxah və ya kinli olduğunu bilmirdi, bu haqda fikirləşmirdi də, lakin onun nəcib qadın, il faut, öz dililə desək, ledi olmadığını Marya Pavlovna ilk tanışlıqdan görmüş və bu kədərləndirmişdi onu. Ona görə kədərlənmişdi ki, adət elədiyindən bu nəcabəti yüksək qiymətləndirirdi. Bilirdi ki, Yevgeni belə şeylərə çox həssasdır və bu sarıdan oğlunun çox dilxorçuluq çəkəcəyini duyur, hiss eləyirdi. Qız isə xoşuna gəlirdi. Özü də hər şeydən çox ona görə ki, Yevgeni sevirdi onu. Buna görə o da sevməliydi Lizanı. Və Marya Pavlovna buna hazır idi, özü də tamamilə səmimi surətdə.

Yevgeni anasını şən və məmnun halda gördü. Marya Pavlovna evi sahmana salır və gəlin gələn kimi özü çıxıb getmək istəyirdi. Yevgeni onu dilə tuturdu ki, getməsin. Bu məsələ hələ yarımçıq idi, həll edilməmişdi. Adəti üzrə axşam Marya Pavlovna kartla fal açırdı, Yevgeni kartları düzməkdə kömək edirdi ona. Onlar ən səmimi söhbətlərini bu vaxt eləyirdilər. Marya Pavlovna kartları bir də yığıb qatışdırdı, stolun üstünə düzməzdən əvvəl Yevgeniyə baxdı və bir qədər tutula-tutula dedi:

– Jenya, mənim sözüm vardı sənə. Şübhəsiz, mən heç nə bilmirəm, amma hər halda məsləhət görürəm, evlənməzdən qabaq subaylıqla bağlı bütün işlərinə, vərdişlərinə son qoymalısan ki, daha heç nə səni və allah göstərməsin, arvadını narahat eləməsin. Başa düşürsən məni?

Və Yevgeni həqiqətən o saat başa düşdü ki, Marya Pavlovna onun Stepanida ilə hələ payızdan bəri son qoyduğu əlaqələrə işarə vurur və bütün tənha qadınlar kimi o da bu əlaqələrə lazım olduğundan çox əhəmiyyət verir. Yevgeni qızardı və əslində utandığından deyildi bu qızarmaq, ondan idi ki, əziz Marya Pavlovna, istədiyindən eləsə də, hər halda özünə heç bir dəxli olmayan, heç nə anlamadığı və anlaya bilməyəcəyi bir işə qarışırdı. O dedi ki, gizlətməli heç bir işi yoxdur və indiyə qədər özünü elə aparmayıb ki, evlənməsinə mane ola bilən bir şey meydana çıxsın.

– Lap əla, dostum. Jenya, incimə məndən, – Marya Pavlovna pərt olub dedi.

Amma Yevgeni görürdü ki, anası sözünü qurtarmayıb, ürəyindəkini deməyib hələ. Elə də oldu. Bir az keçəndən sonra başladı ki, Yevgeni evdə olmayanda onu… Pçelnikovgilə uşağı xaç suyuna salmağa dəvət eləmişdilər.

İndi Yevgeni daha anasının zəvzəkliyindən doğan kədərdən və hətta utandığından yox, bu saat ona deyiləcək sözün mənasını qabaqcadan dərk etməsindən, bu duyğunun onun öz mülahizələri ilə bir araya sığmamasından yana qızardı. Elə Yevgeninin gözlədiyi kimi də oldu. Marya Pavlovna adicə söhbət edirmiş kimi, guya heç bir məqsəd-filan güdmədən başladı ki, bu il hamının oğlu olur, deyəsən müharibə olacaq. Vasinlərin də oğlu olub, Pçelnikovun cavan gəlini də ilk qarına oğlan doğub. Marya Pavlovna bu haqda elə-belə danışmaq istəyirdi, di gəl, oğlunun pörtməsini, pensnesini tez-tez çıxarıb taxmasını, tələsik papiros yandırmasını görəndə özü də utandı. Səsini kəsdi. Yevgeni də danışmırdı və bu sükutu pozmaq üçün bir söz tapa bilmirdi. Hər ikisi başa düşdü ki, anlayıblar bir-birini.

– Bəli, hər şeydən əvvəl, kənddə ədalət hökm sürməlidir. Daha əmin kimi, birini əzizləyib, qalanlarını gözdən salmaq yaramaz.

– A


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации