Текст книги "Dəlixanadan gələn sevgi məktubları"
Автор книги: Meyxoş Abdullah
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 4 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Meyxoş Abdullah
Dəlixanadan gələn
sevgi məktubları
roman
Buraxılışa məsul:
Nizami Əlisoy
Mətn tərtibatı:
Yusif Əsgər
Yekun oxunuş:
Günel Haşımlı
Meyxoş Abdullah. Dəlixanadan gələn sevgi məktubları.
Bakı, “Köhlən” nəşriyyatı, 2022, 66 səh.
© Meyxoş Abdullah / 2022
© Köhlən Nəşriyyatı / 2022
İSBN: 978-9952-****-*-
Müəl ifin və ya “Köhlən” nəşriyyatının rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsul a surətinin çıxarılması və çoxaldılması Azərbaycan Respublikasının müəl iflik hüququ qanunvericiliyinə əsasən qadağandır!
2
Şəhərdən bir qədər aralı, daş hasarlarla əhatə olunmuş və
xarici aləmlə heç bir əlaqəsi olmayan bu yer çoxları üçün qorxunc və lənətlənmiş bir məkan təsiri bağışlayırdı. Nəinki uşaqlar, hətta, şəhərin yaşlı sakinləri də, bu tərəflərdə gəzib-dolanmağa ehtiyat edirdilər. Əslində, daş hasarlarla çəpərlənmiş və içində ruhi xəstələr dolaşan bu səs-küylü, baraklara bənzəyən düşərgə çoxlarının zehnində “Dəlilər məskəni” kimi ilişib qalmışdı. Analar öz övladlarını cəzalandırarkən bu yerlərin sakinlərini onlara xatırladıb: -
“Özünüzü ağıllı aparmasaniz, siz də allahın qəzəbinə düçar olub, bu zavallılar kimi ömürünüzün axırına qədər beləcə
yaşamağa
məcbur
olacaqsınız”
–
deyərək
onları
qorxudurdular.
Gecələr şər qarışanda bu dairədən eşidilən əcaib və
tükürpədici qadın səsləri hamını vahiməyə salardı. Xaraba və
viran olmuş bu diyardan eşidilən vahiməli səslər, sanki gecənin qaranlığında ağız-ağıza verib ulaşan bir sürü çaqqal ulartısını xatırladardı.
Şəhər sakinləri bu yerlər haqqında qəribə və sehirli əfsanələr uydurmaqdan çəkinməzdilər. Onlar söyləyirdilər ki, guya bu yerlər vaxtilə böyük şəhər olubdur. Şəhərin əhalisi allahın buyuruqlarından çıxıb, yollarını azdıqlarına görə tanrı onların hamısının ağıllarını başlarından almış və dəli etmişdir.
Amma həqiqət başqa cür idi. “Vellas” adlandırılan və ruhi xəstələr üçün nəzərdə tutulmuş bu düşərgə min doqquz yüz 3
otuz ikinci ildə salınmışdı. Müharibə vaxtı faşistlər bu xəstəxananı ələ keçirərək bütün xəstələri güllələyəndən sonra buradan hərbi düşərgə kimi istifadə etmişlər. Hərbi əsirlərin
“Ölüm vadisi” adlandırdıqları düşərgə sonradan ruhi xəstələr üçün daimi bir məkana çevrilmişdi. Şəhərin yaşlı sakinlərinin və müharibə vaxtı burada cəza çəkənlərin söylədiklərinə görə, düşərgənin bir hissəsində tikilmiş ikimərtəbəli və iyirmialtı otaqdan ibarət olan binada o vaxt işgəncələrə dözməyib ağıllarını itirən ruhi xəstələr saxlanılırdı. Həmin xəstələrin üzərlərində aparılan ağlagəlməz cərahiyyə əməliyyatları alman səhiyyəsinin inkişaf etdirilməsinə xidmət edirdi.
Esterqom
şəhərinin
əlli
kilometirliyindəki
Bakon
dağlarından əsən sərin meh şəhər əhalisinin ruhunu oxşasa da, “Vellas” düşərgəsinin daimi sakinlərinə bu zərrə qədər də
təsir etməzdi. Çünki onlar insanların və tanrının yaddaşından silinmiş biçarə varlıqlar idilər. “Vellas” xəstəxanasının qəribəliklərindən də biri o idi ki, burada ancaq ruhi xəstə
olan qadınlar müalicə olunurdular. Deyilənə görə, vaxtilə
burada kişilər də saxlanılırmış. Sonradan kişiləri ayıraraq başqa
bir
yerə
köçürürlər.
Kişilərin
başqa
yerə
köçürülməsinin
səbəbi
xəstəxana
nəzarətçilərinin
səhlənkarlığı və maymaqlığı ucbatından xəstə qadınların, özləri kimi ruhi xəstə olan kişilər tərəfindən zorlanaraq hamılə qalmaları və hər kəsin nəzərindən düşmüş bu biçarələrin siflis xəstəliyinə yoluxmaları idi. Baş verən bu hadisələr o vaxt xəstəxana rəhbərliyini ciddi düşünməyə
vadar etmişdi.
“Vellas” xəstəxanasında yerləşdirilmiş yüz altımış beş nəfər ruhi xəstəyə yeddi həkim, onbir tibb bacısı, altı mətbəx işçisi, beş xadimə, bir ocaqçı, iki gözətçi, iki nəfər sürücü və iki nəfər də kilsə xadimi xidmət edirdi. Baş həkim, onun 4
müavini, gözətçilər və sürücüdən başqa yerdə qalan işçilərin hamısı qadın idilər. Xəstəxanaya Requli Darvoş adlı məşhur psixiatr həkim rəhbərlik edirdi. Yöndəmsiz və kobud bədən qurluşu olan Requli Darvoşdan, nəinki işçiləri, hətta ruhi xəstələr də çəkinirdilər. O, xəstəxanada ciddi qayda-qanun yaratmışdı. İşçilərdən heç biri onun qoyduğu qaydaları pozmağa cəsarət etməzdilər. Çünki Requli hər hansı kiçik bir səhvi də bağışlamağı bacarmırdı. O xəstələrə qarşı da diqqətli olduğu qədər rəhimsiz idi. İtaətdən çıxan xəstələri əyinlərindəki xalatlarının uzun qolları ilə arxadan bağlatdırar, hətta yemək vaxtı da onların qollarını açmağa icazə
verməzdi. Tibb bacıları onları körpə uşaq kimi öz əlləriylə
yedizdirərdilər.
Xəstəxanada mənbəyi müxtəlif olan psixi pozuntulu xəstələr müalicə olunardılar. Bunların arasında irsi psixi pozuntuları olanlar üstünlük təşkil edirdilər. Bu xəstələr əlacı olmayan xəstələrdi. Ölkənin bir sıra yerlərində bu tip xəstəxanalar fəaliyyət göstərsələr də, burada ancaq əlacı olmayan xəstələr yerləşdirilmişdi. Bunu xəstəxanadan bir azca aralıda salnmış və ildən-ilə artıb çoxalan, üstündə xaç nişanları olan qəbirlər də təsdiq edirdi. Əslində, buraya yerləşdirilmiş xəstələr buradan bir daha götürülmürdülər.
Onlar ömürlərinin axırına kimi burada qalıb müalicə
olunmağa məhkum olunmuşdular.
Xəstəxananın ərazisi çox böyük idi, kilometirlərlə uzanıb gedirdi. Çoxlu meyvə və bəzək ağacları ilə əhatə olunmuş
xəstəxananın həyəti nə qədər gözəl görünsə də, buranın sakinləri bu gözəllikləri duymaqda və qiymətləndirməkdə
aciz idilər. Onları yalnız yemək, özlərindən müştəbehlik və
bir-birlərini cırmaqlamaqdan başqa bir iş maraqlandırmırdı.
5
Xəstəxananın dəmir darvazasından asfalt yola qədər olan bir kilometirlik məsafə ot-ələf və kol-kosla həmişə örtülü olardı. Sanki bu yolla heç bir ins-cins gəlib getmirdi. Əslində
də beləydi, xəstəxanada işləyənlər yalnız on beş gündən bir növbə ilə evə buraxılardılar. Qalan vaxtlarda onlar xəstəxananın həyətindəki iki mərtəbəli binada yaşayırdılar.
Qoca Requli Darvoş isə buranı özünə daimi məskən seçdiyindən bütün vaxtını elə buradaca ruhi xəstələrin arasında keçirərdi. O, yalnız zəruri ehtiyac yarandıqda, dərman və yaxud da ərzaq çatışmamazlığı yarandığı zaman, onda da bir-iki saatlığa şəhərə gedərdi. Uzun müddətdən bəri xəstələrlə oturub durduğundan onun özünün hərəkətlərində də, qeyri-dəqiqlik yaranmışdı. Tez-tez hirslənər, dəhliz boyu o baş-bu başa var-gəl edib öz-özünə
danışar, bəzən də əlini daz başına çəkərək heç bir səbəb olmadan gülərdi.
Requli xəstələrin dilini çox gözəl bilirdi. Saatlarla onların arasında dolaşmaqdan bezikməzdi. Qadınların əksəriyyəti ona vurulduqlarını söyləyirdilər. Hətta, ona aşiq olub, şeir yazan qadınlar da tapılırdı. O da mehribanlıq göstərərək, onların könlünü oxşayar və həmişə işlətdiyi sözləri təkrar edərdi: -
“Əlbəttə, əlbəttə… Başqa cür də ola bilməz. Mən də səni sevirəm, mənim gözəl seniyoram”– deyərdi. Requli bu sözləri hər gün təkrar etməkdən yorulmazdı. Bunların hamısı xəstəxanada mualicə olunan ruhi xəstə qadınların könlünü almaq üçün Requli tərəfindən uydurulan təlxək sözlər idi.
Həkim özü də xəstə idi. Yaş, artiq öz işini görmüşdü. İki həftə bundan qabaq işçiləri onun yetmiş beş yaşını qeyd etmişdilər. Əslində, Requli yaşından xeyli qoca görünürdü.
Piylənmiş qarnı, ensiz ciyinləri və kobud gövdəsi onu lap cürümüş palıd kötüyünə oxşadırdı. Nəfəs çatışmamazlığı, son 6
vaxtlar isə ürəyində yaranmış ağrılar ona olduqca əzab verirdi. Bunlar azmış kimi, böyrəklərində də yaranmış
nasazlıq onu əldən salaraq olmazın əzab-əziyyətlərinə düçar etmişdi.
Valideyinlərini uşaq vaxtlarından itirmiş Requli tibb kollecini bitirdikdən sonra bu xəstəxanaya göndərilmiş və əlli ilə yaxın idi ki, o burada işləyirdi. Onun əmək kitabçasında yalnız bu sözlər yazılmışdı. : – “ Miskolts şəhər tibb kollecinin məzunu Requli Darvoş “Vellas” ruhi xəstəxanasına baş həkim təyin edilsin”. Əmr 103. 02 oktyabr 1932-ci il”
Requli taleyindən hec vaxt razılıq etməzdi. O, bu barədə
danışmaq belə istəməzdi. Həyat ona həmişə ağılagəlməz işgəncələr gətirmişdir. Onun ən çox qorxduğu kecmişini düşünmək idi. Ümümiyyətlə, Requli düşüncələrə dalmağı xoşlamazdı. Bu barədə ondan soruşanda qisaça cavab verərdi
– “Tanrı özünün çəkə bilmədiyi ağrıları da mənim çiyinlərimə
yükləmişdir. Əlbəttə, o, məni başqalarından uca tutur, mən bununla fəxr etməliyəm.” – deyirdi.
Bu müəmmalı cavabdan işçiləri bir şey başa düşməsələr də, ondan artiq hec nə soruşmazdılar. Onsuz da soruşmaq əbəsdi, Requli tutuquşu kimi yenə də dediklərini təkrar edəcəkdi. Əslində, belə deyildi, Requlinin xatirlayacağı çox şeylər vardı. Sadəcə olaraq, kecirtdiyi o ağlr anları yenidən yaşamaq istəmirdi. Onun sözlərinə görə ikinci dünya savaşı ölkələrin savaşı yox, Darvoş soyunun kəsilməsi üçün başlamışdı. Bütün qohum-əqrəbasını, dostlarını hətta sevimli arvadını da bu savaşda itirən Requli həyatda demək olar ki, kimsəsiz qalmışdı. Ona ən çox təsir edən sevimli həyat yoldaşı Oqananın öz gözləri qarşısında güllələnməsi idi. O, bu mənzərəni xatırlayanda necə də əzab çəkirdi. Oqana onunla birlikdə bu xəstəxanada işləyirdi, tibb bacısı idi. 1943-7
cü ilin mayın 12-də faşistlər xəstəxananı hərbi düşərgə elan etdikdən sonra ruhi xəstələri kütləvi şəlikdə güllələməyə
başladılar. Onda Requli şəhərə dərman dalısınca getmişdi.
Qayıdanda dəhşətli mənzərə ilə qarşılaşdı. Hər yanda insan meyidləri səpələnmişdi. Arvadı Oqananın meydi də onların arasında idi. Requli elə o vaxt xəstəxananı tərk edərək çıxıb getmişdi. Bir də 1945-ci ilin aprel ayında, hərbi düşərgə ləğv edildikdən sonra oraya qayıtdı. Onu buraya qayıtmağa vadar edən səbəb də sevimli arvadı Oqananın xəstəxananın daş
divarları arasında dolaşan sərgərdan ruhu olmuşdur.
Arvadının ölümündən sonra bir daha ailə həyatı qurmayan Requli ömrünü ruhi xəstələrin müalicəsinə sərf etmişdi. O, tənhalığa elə öyrəşmişdi ki, ozünü cəmiyyətdə
qərib və yalqız hiss edirdi. Xidməti işi ilə əlaqədar bəzən bir-iki günliyə şəhərə gedəndə də işini tez qurtarib geriyə
dönməyə can atardı. Gecələr onun üçün daha dəhşətli və
üzücü keçirdi. Nə kecmişini xatırlamaq, nə də gələcəyini fikirləşmək istəməyən bu qoca həkim saatlarla gözlərini bir noqtəyə zilləyib qalardı. Belə vaxtlarda onun yöndəmsiz bədəninin divara düşən əksi sanki kicik qaya parçasını xatirladırdı. Tibb bacısı Roza necə illərdən bəri idi ki, bu qoca həkimin şəxsi xidmətcisinə çevrilmişdi. Requli bu gənc qızı doğma ata məhəbbətiylə sevirdi. “Əgər sən olmasaydın, -
deyirdi o, – indi ya mən ölmüşdüm, ya da ki, bu xəstələrin hansısa birisi kimi qollarımı brezent xalatımın uclarıyla arxadan bağlayıb, taxta qaşıqla mənə yemək yedizdirirdilər”.
Tibb bacısı Roza da onun bu məzəli sözlərinə gülərək deyirdi: – “Senyor Requli, axı burdakıların hamısı arvaddırlar.
Belə olan tərzdə yəqin ki, sizi başqa şəhərə köcürmaüş
olardılar”.
8
Qoca həkim qızın atmacalarına özünəməxsus şəkildə
cavab verərdi : – “ Yox, Roza, mənim yerimi dəyişməzdilər.
Ona görə ki, artıq, mən də elə bu arvadlar kimi bir şeyəm”.
Requli Darvoşun bu xəstəxanada qalıb işləməsi nə qədər ağır və dözülməz olsa da, o özünü buradan aralıda təsəvvür belə edə bilmirdi. Amma səhhətiylə əlaqədar təqaüdə getmək barədə səhiyyə nazirliyinə bir neçə dəfə müraciət etsə də, onun xahişinin üstündən hələlik vaz keçirdilər. Səbəb də
xəstəxanaya rəhbərlik edəsi həkimin tapılmaması idi. Doktor Requli buradan ayrılmağı təsəvvürünə belə gətirə bilmirdi.
İllərlə öyrəşdiyi həyatdan yaxa qurtarmaq onun ölümünə
səbəb ola bilərdi. O bunları yaxşı başa düşürdü. Əslində o, özü barədə qətiyyən fikirləşmirdi. Onu narahat edən xəstələri idi. Bu zavallıların taleyini fikirləşəndə əzab çəkirdi.
Tanrı bu qoca həkimin narahatçılığına son qoymaq üçün bu xəstəxanaya Yuxas Nemet adlı gənc psixiatr həkimi pənah göndərmişdi. Yuxasın buraya göndərilməsi qoca həkimin don vurmuş qəlbinə bir azca hənirti gətirdi. İlk gündən Requlinin bu gəncə “quşu qonmuşdu”.
Yuxas Devretsen şəhərindəki tibb institutunun psxiatr fakultəsini bitirdikdən sonra təyinatla buraya göndərilmişdi.
Bu göndəriş Yuxasın özü üçün də gözlənilməz olmuşdu.
Amma onun buna qarşı çıxmaq səlahiyyəti yox idi.
İyun ayında Yuxas bu düşərgəyə gələndə ilk qarşılaşdığı mənzərə ona dəhşətli gəldi. Darvazanın ağzındaca quruyub qalan gənc həkim bir gün də olsun burada işləyə
bilməyəcəyini zənn etdiyindən, dönüb onu buraya gətirən hələ də gözdən itməyən taksinin arxasınca boylandı. Hansısa, kimsəsiz adaya düşən adam kimi, içində qərib və ölgün bir ağrı yaşadı. Elə bu vaxt xırıltılı bir səs, onu qoynuna almağa çalışan peşimançılıq hissindən ayırdı:
9
– Xoş gördük sizi, Yuxas!
Yuxas diksindi. Sonra qarşısında dayanmış xoşagəlməz bədən qurluşu olan bu qoca kişini başdan ayağa süzdü. İlk baxışdan Yuxasın onu qarşılayan qocadan xoşu gəlmədi.
Onun ağlından keçən bu oldu ki, bu qoca xəstəxananın ya gözətçisidir, ya da ki, ocaqçısı. Amma qocanın xırıltılı səslə
dediyi:
– Tanış olaq, xəstəxananın baş həkimi Requli Darvoş
sözləri gənc oğlanı əməlli-başlı çaşdırdı. O, özünü itirdiyindən sağ əlində tutduğu çamadanı da qocaya tərəf uzatdı və:
– Xoş gördük!.. – dedi.
Yuxas hələ də həyacan içində olduğuna görə, dönüb yan-yörəsinə baxırdı.
Qoca həkim ehmalca onun qoluna girib yaxınlığdakı birmərtəbəli binaya tərəf apardı.
Yuxas titrəyirdi. Onun halı sanki oğurluq üstündə
yaxalanmış uşağın cəzalandırılmağa aparılan səhnəsinə
bənzəyirdi. Qoca isə öz-özünə danışırmış kimi söylənirdi:
– Mən səni dünən gözləyirdim. Cənab Qabor Brodi şəxsən özü zəng vurub gəlişinizi bildirmişdi. Amma nədənsə, dünən gəlib çıxmadınız. Nəhayət ki, onlar mənim xahişimi nəzərə
aldılar, – deyə qoca gülümsədi. – Bilirsiniz, daha bacarmıram, qüvvəm artıq dükənmişdir. Bircə, onlardan xahiş etmişdim ki, bura vicdanlı və səbirli bir həkim göndərsinlər. Cavan olsun, dözümlü olsun. Burada savad o qədər də rol oynamır, əzizim, əsas səbirdir. – Hə, cavan oğlan, bir də elə
düşünməyin ki, bura göndərilməyinizi yuxarıdakılardan mən xahiş etmişəm. Yox, əsla bu belə deyildir, mən insan taleyiylə
oynamağı sevmirəm. Tanrı özü də şahiddir ki, mən sizi birinci dəfədir ki, görürəm. Necə bir insan olduğunuzdan da 10
xəbərim yoxdur. Onlar özləri səni seçiblər. Həyat dolaşıqdır, əzizim, bəzən yaxşı insanlara tale qəribə mükafatlar bəxş
edir. – Bax, görürsən, sənin kimi gözəl, yaraşıqlı bir oğlan gör hara gəlib çıxıbdır. Məgər bu sənin üçün qəribə
gəlmirmi?
Yuxas qoca həkimin uzun danışığından səbirsizlənərək:
– Mənim özümün də burada işləmək arzum olmamışdır və heç kəsdən də xahiş etməmişəm ki, məni buraya göndərsin. – deyə Yuxas bir az şərt şəkildə dilləndi.
Qoca Requli gülmsəyərək addımımı yavaşıtdı.
– Mən sizi başa düşürəm, buraya öz xahişiylə gəlmək istəyən yoxdur. Əslinə baxsan, buradakı zavallıların da xahişləri
nəzərə
alınmadan
buraya
yerləşdiriliblər.
Taxtabitilərin hökmran olduğu bu yerdə yalnız öz xahişiylə
işləyən mən qoca sarsağam, başqa heç kəs, – deyə o, gülümsədi. Mənim işçilərim də çoxdan dabanlarına tüpürüb qaçardılar. Onları qınamıram, burada işləmək çox çətindir, amma səni də qorxutmaq istəməzdim, yavaş-yavaş
öyrəşəcəksən, necə deyərlər, başına hava gəlincən.
Qoca həkim danışdıqca Yuxas ətrafına öğrun-oğrun nəzər salırdı. Burada hər şey adama qorxunc görünürdü. Elə bil qəbiristanlıq xofu dolaşırdı buralarda. Sanki bura ölmüş
adamların ruhlarının məskəni idi.
Onlar binanın qarşısına çatanda ətrafda dolaşan tibb bacıları bir anlıq ayaq saxlayıb, əlində çamadan tutmuş gənc və yaraşıqlı oğlana diqqətlə baxırdılar. Yuxas da gözlərini onlardan ayırmayaraq, maddım-maddım onların üzünə
baxırdı. “Bəlkə də, qızlar məni bura göndərilmiş ruhi xəstə
kimi qəbul edirlər”. – deyə Yuxas fikrindən keçirtdi.
Həkim Requli Yuxası öz otağına apardı. Bura çox da böyük olmayan, iç-içə tikilmiş arakəsməsi olan iki kiçik 11
otaqdan ibarət idi. Otaqların birində çarpayı qoyulmuşdu.
Çarpayının yanındakı stolun üstünə atılmış pijamadan hiss olunurdu ki, bura qoca həkimin yataq otağıdır.
Yuxas, hələ də əlində çamadan donub ayaq üstündə
qalmışdı. Doktor Requli isə otaq boyu o baş-bu başa var-gəl edərək nə haqdasa danışırdı. Gənc oğlan onun səsini eşitsə
də, nə barədə danışdığını ayırd edə bilmirdi. Çünki onun fikirləri dolaşıq düşmüş kələf kimi pırtlaşıqdı. Otaqdan ölmüş
siçan iyi gəlirdi, bu o qədər kəskin və zəhlətökən iy idi ki, az qalırdı
adamın
beyni
çatlasın.
Yuxas
özünü
ürəkbulanmasından zorla saxlayırdı. Bu anda o, öz taleyi barədə düşünürdü, belə bir şəraitdə qalıb işləmək ona necə
də əzab verəcəkd. İlk dəfə olaraq o, seçdiyi həkim peşəsinə
acığı tutdu.
Requli birdən addımlarını yavaşıdıb, donba gözlərini gənc həkimin gözlərinin icinə dikərək, bir xeyli beləcə donub qaldı.
Sanki o, gənc həkimin ürəyindən kecənləri oxumaq fikrindəydi.
Otaqda yaşanmış ölü sükunət Yuxası darıxdırdı. O, gözlərini döşəməyə dikərək, kecirtdiyi iztirabları qoca həkimdən gizlətməyə calışdı. Requli sanki bunları duyurmuş
kimi birdən-birə səsləndi:
– Sən mənim xoşuma gəlirsən, cavan oğlan. Ona gorə də, mən sənə bəzi mətləbləri açmaq istəyirəm. Əgər söylədiklərimə əməl edə bilsən mən bu dünyadan rahatca köçə bilərəm.
Yuxas onun dediklərinin nədən ibarət olacağının fərqinə
varmadan könülsüz halda qoca həkimi dinləməyə məcbur oldu.
Requli Yuxasa yaxınlaşıb ikiəlli onun çiyinlərindən yapışdı və xırıltılı səslə:
12
– Özünü bəlaya salmısan, cavan oğlan. Səni qorxutmuram, amma həqiqəti də səndən gizlətməyə ixtiyarım yoxdur, necə
olsa biz kolleqayıq axı. İlk vaxtlar bura sənin üçün çox darıxdırıcı keçəcək, amma vəd də etmirəm sonradan hər şey yoluna düşəcəkdir. Yox, bu bir az qəliz məsələdir, nə bilim, bəlkə də sən bu ağırlığa tablaşa bilməyib, bir gün şələ-şüləni də yığışdırıb çıxıb gedəcəksən. Bilmirəm, bu sənin dəyanətindən aslı olacaqdır. Mən də o vaxtlar belə
düşünürdüm. Qaçmaq, bu cəhənnəm kahasından uzaqlaşmaq istəyirdim. Amma get-gedə bu kaha məni özünə elə bağladı ki, mən özümü bir dəqiqə də olsun bu xəstəxanasız təsəvvür edə bilmirdim. Hətta, elə vaxtlar olurdu bəzən qorxurdum ki, birdən məni başqa bir yerə göndərə bilərlər, onda mən nə
edərəm? – Bunları sənə xatırlatmaqda sənin yerinə qərar çıxartmaq fikrim yoxdur, amma işdir burada qalmalı olsan sənə bir-iki məsləhətim olacaq, gərək sən də mənə söz verəsən ki, onlara mütləq əməl edəcəksən.
Yuxas bu qoca həkimin danışıqlarını sayıqlamaq kimi başa düşdüyündən istehza ilə gülümsədi. Onun bu hərəkəti Requlinin gözlərindən yayınmadı.
– Himm… Mənə gülürsən, cavan oğlan? – Hə, düz eləyirsən. Mən qoca sarsağın söylədikləri, doğurdan da, sayıqlamaqdan başqa bir şey deyildir. Amma mən sənə
həqiqiəti söyləmək istəyirəm. Bəzən cinayət etmiş birisi həbsxanaya elə öyrəşir ki, oradan azad olunandan sonra da, yaşadığı həyata öyrəşə bilmir. Onun üçün, divara bərkidilmi soyuq və yöndəmsiz taxta yataq, yumuşaq və rahat yorğan-döşəkdən üstün gəlir. Dostları tanışları, hətta ailəsi də onu islah edib, azad yaşamağa öyrəşdirə bilmirlər. O yenə də
darısqal, günəş işığı düşməyən nəm və rütubətli həbsxana divarları arasında keçirtdiyi həyatı üçün darıxır. Bu dəhşətli 13
bir vərdişdir insan üçün. Sən elə düşünmə ki, o insanlığını və
düşüncəsini itirmiş bir manyakdır. Yox, əzizim, düzgün fikirləşmirsən, bu belə deyildir. Sadəcə olaraq, o, bunlara vərdiş etmişdir, əzabla dolu həbsxana həyatına öyrənmişdir.
Necə ki, mən də uzun müddətdir buna vərdiş etmişəm. Sən də bunlara öyrəşəcəksən, nədənsə mən bu fikirdəyəm, – deyə
qoca həkim dərindən köks ötürdü. O bir qədər susduqdan sonra əlavə etdi:
– Ona görə də, məsləhətlərimə qulaq as, yadından heç vaxt çıxartma ki, buradakı qadınlar bir çox vərdişlərindən mərhum olsalar da, güclü ehtiras və qadınlıq hissi onları hələ
tərk etməmişdir və tərk etməyəcəkdir də. Çünki ehtiras və
şəhvət hissi qadınların özləriylə birlikdə ana bətnindən xaric olunurlar. Unutma, qadın elə bir məxluqdur ki, mahir hekəltaraşın yonduğu onun çılpaq heykəli də ətrafdakıları ehtirasa gətirə bilər. Çünki qadın hər vaxt, hər yerdə
qadındır. – Gor əzabsız, yataq qadınsız təsəvvür olunmaz –
deyiblər. Burada işləməli olsan sən bunların hamısına göz yummalısan, çünki sən həkimsən, onlarsa ruhi xəstə olan qadınlardır. Buradakı xəstə qadınlar hər şeylərindən, ailə
səadətindən, doğmalarından hətta analıq hisslərindən mərhum olanlardırlar. Bir sözlə, bədbəxt biçarələrdirlər. – Hə, nə deyirsən, söz verirsən ki, sən onların sönməkdə olan arzu və istəklərinə bir ümid işığı olasaqsan? – deyə Requli əlini Yuxasın çiyininə qoydu.
Yuxas qoca həkimin sözlərini tam mənada başa düşməsə
də, anlayırdı ki, bu adam uzun illərdən bəri burada böyük bir həyat təəccürbəsi qazanmış və canına-qanına hopmuş bu xəstəxana divarları arasında sürdüyü mənasız ömrünün həyat şərqisinin acı notlarını züm-zümə edir. Bu qırıq-qırıq səslənən həyat şərqisi, bəlkə də qoca Requlinin sona 14
çatmaqda olan öz ömrünə oxuduğu son vida himniydi ki, onu kimlərsə başa düşməkdə aciz idilər.
Yuxası hələ qarşıda hansı çətinliklərin gözləyəcəyinə
baxmayaraq, o, öz-özünə fikirləşdi ki, elə bu dəqiqə bu ixtiyar yaşlı həkimə söz verməli onu razı salmalıydı. Qoca Requlinin bulanıq gözlərində sönən həyat eşqi gənc Yuxası bir azca təpərli olmağa vadar etdi. O, dərindən köks ötürüb:
– Əlbəttə…əlbəttə, bu belə də olmalıdır. Başqa cür də ola bilməz.
Yuxasın bu sözlərinə qoca həkim dodaqucu gülümsəyərək başını buladı:
– Mən sənə inanmaq istəyirəm, oğlum, sənin gözlərindəki o parlaq işartılar məni fikrimdə yanılmadığımı söyləyir. – Hə, yadımdaikən sənə maraqlı bir lətifə danışmaq istəyirəm.
Bunu hökmən yadında saxla, işdir əgər çətinə düşsən gərəyin ola bilər – deyə qoca həkim gülümsədi. Deyir; -“kecmiş
zamanlarda bir məmləkətin kralı həkimini yanına çağırıb ona tapşırır ki, elə bir dərman hazırla həmən dərmanı caamata içirəndə onlar ağıllarını tamam itirsinlər və onları idarə
etmək asan olsun.
Həkim çox baş sındırandan sonra dərmanı hazırlayıb gətirir. Kral əmr edir ki, kim bu dərmandan icməsə onun dərhal boynu vurulacaqdır. Canlarının qorxusundan caamat başlayır dərmandan qəbul etməyə. Kimin ki, dilinə bu dərmandan bir azca dəyirsə o dəqiqə ağlını itirir. İş o yerə
gəlib catır ki, bütün məmləkət bu dərmanı qəbul edib ağılsız bir kütləyə çevrilirlər. Bircə, kralla həkimdən başqa, onlar əvvəlki vəziyyətlərində qalırlar. Bir müddət ölkəni idarə
etmək krala çox asan olur, o nə deyirsə camaat da onun əmrini can-başla yerinə yetirirlər. Bu minvalla bir müddət beləcə ötüb keçir. Bir gün necə olursa, dəli olmuş caamatın 15
krala qəzəbi tutur və onu daş-qalaq etmək üçün saraya tərəf üz tuturlar. Məsələni krala çatdıranda o qorxusundan bilmir ki, nə etsin. Vəziyyəti belə görən kral tez həkimə əmr edir ki, bir çarə tapsın, yoxsa qəzəblənmiş kütlə onu öldürəcəkdir.
Həkim çox düşünüb, daşınır axırda ağlına gələn fikri krala söyləyir. Deyir ki, kral sağ olsun, bizim başqa çarəmiz yoxdur, bu məmləkətdə əgər hamı dəli, təkcə biz ağıllıyıqsa, onda bizim vəziyyətimiz ağır olacaq, onlar bizi öldürəcəklər.
Məsləhətim budur ki, mən həmən dərmandan ehtiyyat ücün bir az saxlamışam, əgər razılıq versəydiniz biz də o dərmandan içib qoşulardıq bu ağılsızlara. Ancaq, bu yolla xilas ola bilərik, başqa heç bir carəmiz yoxdur”.
Requli sözünü qurtarıb xırıltılı səslə:
– Bir şey anladinmı, cavan oğlan? Bax, görürsən bu qoca, sarsaq həkim bu neçə illəri gör bu zavallılarla necə rəftar etmişdir?
***
Beş aydan artıq idi ki, Yuxas Requlinin yerinə “Vellas”
xəstəxanasında baş həkim işləyirdi. O, dözülməz çətinliklərlə
qarşılaşmışdı. İşləri elə əzablı və yorucu idi ki, o, gecə yuxuda da sayıqlayırdı. Səhərdən axşamacan düşərgənin həyət-bacasında dolaşan Yuxas qarşılaşdığı hər bir xəstədən çəkinərək, onları görəndə canına vəlvələ düşürdü.
Xəstəxanada onbeş yaşından həşdat yaşa qədər ruhi xəstəlikdən əziyyət çəkən xəstələr yerləşdirilmişdi. Həşdat yaş
son hədd deyildi, sadəcə olaraq “Vellas” ruhi xəstələr müalicə
olunan xəstəxananın ən yaşlı sakini Sabo adlı qoca bir qarı idi. O alkoqol epilepsiyası xəstəliyi ilə müalicə olunurdu.
Alkoqolun təsiri nəticəsində canında qıcolma, ağ isitmə
əmələ gəlmiş, sonradan isə düşüncəsinin pozulması və
16
sidikburaxma halına düşmüşdür. Elə bu halıyla da buraya yerləşdirilmişdi. Əslində “Vellas” xəstəxanasındakı xəstələrin hamısı eyni dərddən olan xəstələr idi. Onların hamısı sağalmaz xəstəliyə düçar olmuşdular.
Qoca Requli, artıq son günlərini yaşayırdı. Bir həftədən çox idi ki, yataqdan qalxa bilmirdi. Köməkçisi Roza bir anlıq da olsa onun yatağının önündən kənara çəkilməyib, qoca həkimin son günlərində ona qulluq edirdi. Bütün ömrünü ruhi xəstələrə həsr etmiş bu insanın indi özünün azacıq da olsa qayğıya ehtiyacı vardı. O, son günlərini əzablar içərisində keçirirdi. Canındakı dəhşətli ağrılar onu gecələr yatmağa da qoymurdu. Səhərə qədər onun üzücü və iniltili zarımasını eşitmək olurdu. Ağrıları o qədər dəhşətli idi ki, ağrıkəsici iynələrin də bir xeyri olmurdu. Quru öskürək onun sinəsini deşirdi. Heç nə yeməyən, ancaq qaynar su içən qoca Requlinin halı günbəgün ağırlaşırdı. Sifəti avazımış, gözləri çuxura düşən bu ixtiyar qocanın yaddaşı da itmişdi. O, artıq heç kəsi tanımırdı.
Qoca Requli həftənin şənbə günü canını tapşırdı.
Xəstəxananın işçiləri onun ölümünə göz yaşları axıtsalar da, qocanın üzüntülü xəstəlikdən canını birdəfəlik qurtarmasına görə bir qədər rahat idilər. İndi dostları Requlinin ruhunun o dünyada
rahat
olması
üçün Tanrıdan
mərhumun
bağışlanmasını diləyərək xaç çəkirdilər.
Requlini arvadının məzarı yanında dəfn etdilər. Zavallı Requli bu günü çoxdan idi ki, gözləyirdi.
Requlinin ölümünü ruhi xəstələr hiss etsələr də, onlar bu barədə hec bir şey soruşmurdular. Əslində, yataqda olduğuna görə son bir-iki ayı Requli onların gözünə
görünməmişdi. İndi onları maraqlandıran gənc və yaraşıqlı həkim Yuxas idi. Yuxas xəstələr arasında az-az dolaşırdı. Bu 17
işdə onu köməkçisi əvəz edirdi. O yalnız iki dəfə bir səhər, bir axşamüstü xəstələrə baş cəkərək onlara edilən qulluğun vəziyyətiylə maraqlanırdı. Qalan vaxtlarda isə, öz otağında xəstəxananın kağız-kuğuzları arasında eşələnərdi. Qoça Requlidən zəngin bir arxiv qalmışdı ona. Əslində, bu arxiv onun işinə çox yarayırdı. Bu arxivdə xəstələrin hər biri haqqında ayrı-ayrılıqda qovluqlar qorunub saxlanılırdı. Yuxas üçün bunlar çox lazımlı idi. Az vaxta o böyük bir təcrübə
toplamışdı burada. Köməkçisi Roza Yuxasın bu bacarığına öz təəccübünü gizlədə bilməyərək:– “Cənab Nemet, adama elə
gəlir ki, sanki necə illərdir siz burda işləyirsiniz. Deyəsən, get-gedə xəstələrə bağlanırsınız”.
Yuxas qızın bu atmacasına özünəməxsus bir yumorla cavab vermişdi: – Hə, Rozacan hiss edirəm ki, başımda yavaş-yavaş hansısa dəyişikliklər gedir.
“Vellas” xəstəxanasına çox az xəstə qəbul edilirdi. Bura müalicəsi mümkün olmayan və kimsəsiz xəstələr göndərilirdi.
Çünki başqa ruhi xəstəxanalardan fərqli olaraq, “Vellas”
xəstəxanasında müalicə olunan xəstələrin yanına hec kəs buraxılmırdı. Əslinə baxsan bura hec gələn də yox idi. Bu sarıdan xəstəxana çox sakit, həm də xarici aləmdən tədric olunmuş təsiri bağışlayırdı admlara. Amma buna baxmayaraq xəstəxana daxildən qaynar qazanı xatırladırdı. Burda bütün sutka ərzində çaığır-bağır, hay-küy höküm sürürdü. Nə qədər cətin olsa da, Yuxas yavaş-yavaş bu çətinliyə öyrəşirdi. Bu işdə Rozanın ona çox böyük köməyliyi dəyirdi. O vaxtiylə
qoca Requlinin də işlərinə çox yarımışdı. Bu təcrübəli qadın hər an Yuxasın yanında olardı. Yoxsa, burdakı xəstə qadınlar ona elə bir dərs verərdilər ki, Yuxasın ömrünün axırına kimi yadından çıxmazdı. Uzun muddətdən bəri bu xəstəxanada çalışan Roza üçün xəstələrlə dil tapmaq o qədər də çətin 18
deyildi. “Lalın dilini anası bildiyi kimi” Roza da xəstələrin dilini yaxşı bilirdi. O, bir az yaşlansa da hələlik ailə həyatı qurmamışdı. Arada rəfiqələrinə bu barədə zarafatla deyərdi: -
Bizləri heç kəs bəyənmir, burada işlədiyimizə görə elə bilirlər ki, biz də dəliyik. Heyif ki, yaxınlıqda ruhi xəstəlikdən müalicə olunan kişilər olmur, yoxsa biriylə sözləşərdik.
Onsuz da onların dilini, xasiyyətini bizdən yaxşı bilən yoxdur.
– deyə zarafat edərdi.
Yuxas buraya gələn gündən Rozanın da geyimində, sir-sifətində bəzi dəyişiliklər hiss olunmaqdaydı. Amma bunların hamısını o, qadın marağından irəli gəldiyi üçün edirdi. Çünki Yuxasla onun arasında xeyli yaş fərqi vardı.
Günlər sürətlə ötüb keçirdi. Yuxas da, get-gedə öz iş
yerinə öyrəşirdi. Bir gün “Vellas” xəstəxanasına gənc bir qız gətirdilər. Qız düşərgədən yüz kilometirlərlə aralıda yerləşən Mistolts şəhərindən idi. Yetimlər evində böyümüş, sonra da Ovud şəhərindəki pedaqoji Universitetinə daxil olmuşdu. Çox savadlı və bacarıqlı bir qız olmuşdu. Universitetdə hamı bu qızı tanıyırdı. Həm gözəlliyinə, həm də çalışqanlığına görə
müəllimlərin və tələbələrin sevimlisi olmuşdu. Anqa adlı bu qız üçüncü kursda oxuyarkən ehtiyasızlıq etdiyindən, yaşadığı tələbə yataqxanasının beşinci mərtəbəsindən yıxılaraq ölümcül halda şəhər xəstəxanasına yerləşdirilmişdi. Tam yeddi ay koma vəziyyətində orda müalicə olunmuşdur. Baş-beyin travması alan Anqa bu travmadan sonra anlaqsız hala düşərək həkimlərin işini yaman çətinləşdirmişdi. Onda tez-tez baş verən fiziki və psixi yorğunluq, potoloji həssaslıq, özünə qarşı kəskin inamsızlıq, qarabasmalar və qicolmalar qızı müayinə edən həkimlərin ümidlərini heçə endirirdi. Qan təzyiqinin tez-tez enib qalxması, qeyri-sabitliyi, əllərin və
ayaqların
daimi
tərləməsi,
huşsuzluqdan,
yaddaşın
19
pisləşməsindən, və yuxu pozuntusundan həkimlər Anqanın tutulduğu bu xəstəlikdən hələ çox illər, bəlkə də ömrünün axırına kimi müalicə olunacağını qərarlaşdıraraq onu “Vellas”
xəstəxanasına köcürmək qərarını vermişdilər. Həkimlərin hamısını heyrətləndirən bir şey vardı, Anqanın ani olaraq yaddaşının qayıdan vaxtları o, həyat və insanlıq haqqında elə
mülahizələr irəli sürürdü ki, hamı ona təəccüb qalırdı. On doqquz yaşı yenicə tamam olmuş Anqanın insanlara sevgisi necə də gözəl və təsirli idi. Amma çox heyif ki, bunlar ani olurdu. Onu tanıyanların hamısı bu zavallı qızın halına acıyırdılar.
Anqa “Vellas” xəstəxanasına bazar ertəsi, yeni iş günü gətirildi. Əslində, burda yeni və köhnə iş gününün nə vaxt başlayıb, nə vaxt qurtarmasını ayırd etmək çox cətin idi.
Çünki istər xəstələr, istərsə də onlara qulluq edən həkimlər daim öz yerlərində idilər. Həftənin günlərini və ötüb kecən ayları yalnız divara vurulmuş kalendardan bilmək olurdu.
Təcili yardım maşınından düşürüləndə Anqanın qolları uzun xalatın ətəkləri ilə arxadan bağlanılmışdı. Bu üsul təkcə
ruhi xəstələrə tətbiq olunurdu.
Xurmayı sacları pırtlaşıq halda çiyinlərinə dağılmış bu qızın görk–əmi su pərisinə daha çox bənzəyirdi. O çox gözəl idi. Tanrının belə bir gözələ qiymasınin səbəbi onun özündən başqa heç kəsə məlum deyildi.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?