Текст книги "Hekayələr"
Автор книги: Ömər Seyfəddin
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]
BİR QAYIŞIN TƏSİRİ
Bir zabit dostumla oturmuşduq. Yanımızdakı masada iri, lopabığlı, yekə papaqlı bir dəliqanlı, çətin bir çərkəz şivəsiylə qarşısında sıralanmış böyüklü-balacalı papaqlılara nələrsə danışırdı. Danışığından Qafqazdan yeni gəlmiş adam sanıla bilərdi.
– Demək, yollar açıldı, – dedim.
– Hansı yollar? – deyə dostum üzümə baxdı.
– Hansı yollar olacaq, Qara dəniz yolu.
– Hardan bildin?
– Bir bu adama baxsana… Mütləq yeni gəlmişlərdən olacaq.
– Hansı adama?
Sağımızdakı, yanağından qan daman iri çərkəzi göstərdim. Dostum şaqqanaq çəkdi. Az qala özündən gedəcəkdi.
– Özünü çərkəz kimi göstərir!
– Güldürmək üçünmü?
– Xeyr.
– Bəs nə üçün?
– Özünü çərkəz zənn etdirmək üçün.
– …
Təkrar yekə papaqlı dəliqanlıya baxdım. Heç türkcə bilməz bir çərkəz tərziylə başını ağır-ağır yırğalayaraq əlindəki gümüşdəstə qamçını çəkmələrinin uzun boğazlarına vuraraq taqqır-tuqqur danışırdı. Stulda ata minmiş kimi oturmuşdu.
– Zarafatı burax, – dedim, – bu, xalis çərkəzdir…
Dostum and içdi:
– Vallah, deyil…
– Nə bilirsən?
– Niyə bilmirəm, mənim sinif yoldaşımdır.
– Dolama məni, – dedim.
– Ay balam, o, çərkəz deyil! – deyə israr etdi.
– Yaxşı, bəs danışdığı dilə nə deyirsən? Zabitdirmi?
– Bəli, amma cümə günləri bu qaydada çərkəz kimi geyinir.
Maraq məni bürüdü:
– Çərkəz deyilsə, onda gürcüdürmü?
– Xeyr.
– Çeçenmi?
– Xeyr.
– Ləzgimi?
– Xeyr.
– Bəs kimdir?
– Türkoğlu türk!
– Haralıdır?
– İstanbullu… Anası Germiyanzadələrdən. Atası mirliva1313
Mirliva – Osmanlı imperiyasında briqada generalına bərabər hərbi rütbə.
[Закрыть] olduğu halda hələ də dilini düzəldə bilməmiş bir Kastamonulu idi…
– O halda bu türk nə üçün hər kəsə özünü çərkəz zənn etdirmək istəyir? – deyə soruşdum. Dostum təkrar qəhqəhə çəkdi.
– Sənə danışım, nə üçün, – dedi. – Bu saxta çərkəzin adı Mahmud bəydir. Məktəbdə ikinci sinfə qədər heç bir milliyyət iddiası yox idi. O il Ramazan tətilində bir dostu özünə Qaramürsəldən olduqca zərif bir çərkəz qayışı gətirdi. Bu qayışı hamımız gördük. Həqiqətən, nəfisdi. Qara minalı gümüş toqqası ağır, qayışı qarayaçalan tünd-lacivərdi idi. Gümüşdən üç böyük sallaması vardı. Mahmud bəy bu qayışı belinə bağladı. O gündən etibarən türklərlə kəlmə kəsməməyə, yalnız çərkəzlərlə oturub-durmağa başladı. Növbəti il heç tanışı olmadığı halda çağırış vərəqi gətirərək Qaramürsələ çağırış məntəqəsinə getdi. Hərbi məktəbə keçdiyimiz zaman Mahmud bəy türk şivəsini artıq unutmuşdu. Böyük fədakarlıqlar bahasına yerini piyadadan süvariliyə dəyişdirə bildi. Zabit rütbəsi aldığımız zaman türkcəsi artıq tamamilə pozulmuşdu. Amma çərkəzcəni də öyrənə bilmədi. Öyrəndiyi mükəmməl bir çərkəz şivəsiydi. Zarafatla ona "Çərkəz Mahmud" ləqəbi qoşmuşduq. O buna hirslənməz, hətta iftixar edərdi. Zabitkən məşhur bir çərkəz paşa ilə yaxınlaşdı. Onunla İstanbula göndərildi. Sonra isə Qafqaza qaçdı. Milləti ilə heç bir əlaqəsi olmayan yerləri öz vətəniymiş kimi gəzib-dolaşdı. Bir çərkəz qızıyla evləndi. Hürriyyətdən1414
Hürriyyət – cümhuriyyətin qurulmasını nəzərdə tutur. Türkiyədə 1923-cü ildə qurulub.
[Закрыть] sonra İstanbula gəldi. Artıq işi-gücü çərkəzlik üçün çalışmaq oldu. Hər yerdə bu eşitdiyin qəribə şivə ilə "Adıgey" təbliğatı1515
Adıgey təbliğatı – XIX əsrdə 50 ildən çox davam edən Qafqaz savaşı dönəmində minlərlə çərkəz ya soyqırıma məruz qalmış, ya da Osmanlı imperiyasına köçmək məcburiyyətində qalmışdır. Hazırda Şimali Qafqazda çərkəzlər öz tarixi torpaqlarında "milli azlıq" kimi qəbul olunurlar. 147 ildir torpaqlarından kənarda yaşamalı olan çərkəzlər birləşmək və intiqam almaq uğrunda dünyanın bir çox ölkələrində “Dünya Çərkəzləri Qardaşlığı”, “Adıgey Xase”, “Nart” və s. adlar altında birləşiblər. Məqsəd Qafqaz xalqlarının bir araya gəlməsi, dilinin formalaşması və müstəqillik qazanmasıdır. Yüz ildən artıqdır ki, bu təbliğat Türkiyə də daxil olmaqla dünyanın hər yerində aparılır.
[Закрыть] aparmağa başladı. Kastamonulu paşa atasından qalan sərvəti "Çərkəz tarixi"ni qələmə alacaq yazara sərf etdi.
Qafqazdan yeni gəlmiş sandığım saxta çərkəz-türkə təkrar baxdım.
– Bəs əqrəbaları içində çərkəz-filan yoxdurmu?
– Yoxdur deyirəm sənə! – deyə əlini daş masaya vurdu, – xalis-müxlis türkdür deyirəm! Bircə kəlmə də çərkəzcə bilmir. Sinif yoldaşımın Qaramürsəldən gətirdiyi çərkəz qayışında sanki bir tilsim vardı. O andan etibarən çərkəzlik sevdasına düşdü.
Dostum yarım saata qədər çərkəz Mahmud bəyin gülünc əhvalatlarını danışdı. Zahiri görünüşü son dərəcə dəliqanlı sayaq olan bu qəhrəman, belə məlum olurdu ki, ömründə heç bir müharibədə iştirak etməmişdir. Son dərəcə qorxaqmış. Daim tanış-bilişlərinin iltimasıyla səfərbərlik zamanını arxa xidmətlərdə keçirirmiş.
Biz söhbət etdiyimiz vaxt Mahmud bəy gülərək, yanındakılarla çərkəz şivəsiylə zarafatlar edərək qalxdı. Bufetin önündə durdu. Pul verirdi. Pul qabını şalvarının cibindən çıxaranda belindəki qayışı gördüm. İyirmi il əvvəl Qaramürsəldən ona hədiyyə gələn bu qayışın qara mina işləməli gümüş sallamaları par-par parlayırdı. Türklərin xaricdən öz içlərinə könüllü "millətdaş" cəlb edəcək belə bir qayışlarının olmamasından təəssüfləndim.
ANTİSEPTİK
Miniatür bədənli, gözəl Bədianı ailəsi böyük bir adama ərə vermək istəyirdi. Halbuki o, tibb fakültəsinin tələbəsi olan bibisi oğlu Namiqlə iki ildir gizlicə işi bişirib dağ etmişdi. Onu almağı arzu edən bu böyük adam isə tək gözlüklü1616
Tək gözlüklü – XIX əsrin sonlarından XX əsrin əvvəllərinə qədər Avropada kübar cəmiyyətin kişiləri gözünün birinə yuvarlaq eynək taxırdılar
[Закрыть], dəblə geyinmiş səfir idi. "Qırxı haqlamış olar– olmaz…" deyirdilər. Bədia hələ on yeddi yaşa girməmişdi. Anasının, atasının, xanım nənəsinin israrlarına bir az müqavimət göstərdi. Ağladı, sızladı, amma sonda məğlub oldu.
– Bu qoca hərif nəyimə gərəkdir? Əlli il Avropada ballarda sürtülmüşün biridir! – dedi.
– Yersiz danışırsan! Otuz səkkiz yaşındadır! Ər dediyin beləsi olar. “Fənərbağça” klubunda top oynayan oğlanlaramı gedəcəksən? – cavabını aldı.
Nişan günü evlərinə bütün qohumlar çağırılacaqdı. Fəqət bir gün əvvəl bibioğlu gəldi. Bədia ilə yalqız qaldılar. Əvvəlcə qüssəli bir tərzdə baxışdılar. Sonra Namiq:
– Hayıf sənə, Bədia! – dedi. – Baban yaşda bir adama gedirsən.
– Şişirtmə sən də…
– Şişirtmə deyil! Bir əsr yaşında, xınalı-boyalı bir qocadır ki var!
– Nə edim! Anamın, atamın böyük adamla qohumlaşmaq marağı var. Kürəkənləri səfir olacaq! Həm də anam qırx yaşında belə olmadığına and içir.
– Allah bəlasını versin! Bir əsr yaşında deyirəm. Sən bunu necə qəbul edirsən?
– Mənim gözümdə o qədər də qoca deyil. Qapqara, səliqəli bığları var! Təpəsi dazdır, amma bu da zəkaya dəlalət edir.
Namiq güldü.
– Anlaşıldı, – dedi, – sən qapqara, səliqəli bığlara vurulmusan! Bu bığlar fil dişi kimi bəyaz olsa, yenə gedərdinmi?
– Getməzdim. Hətta bəyaz bığlı deyil, çal bığlı olsa belə getməzdim.
Namiq bir az düşündü. Səfir arvadı olmaq, xarici paytaxtlarda hörmət, mədəniyyət görmək xülyasıyla indidən qabına sığmayan Bədia dediyində dururdu. Namiq dedi:
– Məndə tilsimli bir su var; onunla nişanlının bığlarını yudurda bilsən, bir əsr yaşında olduğunu sənə göstərəcək. O halda da gedəcəksənmi?
– Gəvəzəliyi burax. Nə sudur o?
– Bir antiseptik1717
Antiseptik (lat. “anti” – qarşı, “septicus” – qovma) – yaradakı mikroorqanizmlərin məhv edilməsi, orqan və hüceyrələrdəki patologiyanın təmizlənməsi üçün istifadə olunan tibbi maye. Bu termin 1750-ci ildə ingilis cərrahı C.Prinql tərəfindən tibb elminə daxil edilmişdir.
[Закрыть]…
– Necə yudurdum?
– Çox asan! Sabah hələ nişan mərasimi başlamazdan əvvəl onunla yalqız qal.
Bədia qəhqəhə ilə güldü:
– Hə, sonra?
– Adamı başdan çıxar. Səni öpmək istəsin.
– Sonra?
– De ki: "Mən vasvasıyam. Əvvəlcə dodaqlarınızı bu antiseptiklə yaxalayın. Sonra gələcək arvadınızı istədiyiniz qədər öpün…"
– Aman, bu antiseptiki gətir, – dedi. – Ona ilk dəfə əsl bir fransız qadını kimi çox ekssentrik görünmək istərdim!
Nişan günü imarətə bütün dəvətlilər gəlmişdi. Namiq Bədiaya zərif bir şüşə verdi. "Bu da sənə antiseptik! Haydı, cəhd elə!" – dedi. Bədia bu cəsarətləndirmədən şux bir həyəcan duydu. Ekssentrik görünmək ən birinci düşüncəsiydi. Nə elədisə, səfirlə salonun yanındakı kiçik otaqda baş-başa qaldı. Diplomatın əlindən tutdu. Saçlarını oxşadı. Dizinin üstündə oturdu. Eşqdən bəhs etdi. Zavallını əməlli-başlı azdırdı. Diplomat qızın gül dodağına toxunmaq üçün qara bığlarını uzatdıqda:
– Rica edirəm, – dedi, – bir az səbriniz olsun.
– Ah…
– Mən bir az vasvasıyam. Dodaqlarınızı yuyun. Sonra istədiyiniz qədər öpün. Mən artıq sizin deyiləmmi?
– …
Cavab gözləmədən qalxdı. Otaqdan çıxdı. Namiqin verdiyi şüşəni gətirdi.
– Burada, pəncərənin önündə, – dedi.
Həvəslənmiş diplomat bu şux əmrə o dəqiqə itaət etdi. Bədianın əlinə tökdüyü su ilə gülə-gülə ağzını, bığlarını yudu. Sonra cibindən çıxardığı ipək dəsmalla quruladı. Bədia birdən-birə:
– A!.. – deyə təəccüblə səsləndi.
– Nə var, ruhum mənim?
– Heç!
Öpmək üçün yaxınlaşdı. Bədia dəli kimi gülürdü. Qəhqəhələrinin çirkinliyi içində, balaca, zərif barmağıyla:
– Buradan, buradan öpün, – deyə açıq alnını göstərdi.
Diplomat bu çəhrayı alnı qoxulayaraq öpdü. Bədia bir az sakitləşdikdə:
– Siz mənim atamsınız, – dedi.
– Bu nə deməkdir, sevgilim?
– Bir bu aynaya baxın. Görüntünüz sizə cavab verəcək…
Avropada qadınların ekssentrikliyinə çox alışqın olan diplomat özünü itirmədi. Dönüb aynaya baxdı. Özünü tanıya bilmədi. Qara bığları fil dişi kimi ağappaq olmuşdu. Saraldı, göyərdi, sonra hələ də pəncərənin yanında gülən Bədiaya faciəvi bir nəzərlə baxdı:
– Xain! – dedi.
Burnu qanamış kimi dəsmalı ağzına tutaraq salonun ortasından sürətlə keçdi. Asılqandan fəsini qapdı. Tək gözlüyünü yerə saldı. Əsasını götürə bilmədi. Özünü bağçaya atdı. Dəli kimi imarətdən uzaqlaşdı.
Gələcək kürəkənin bu tərzdə, nişandan əvvəl, birdən-birə qaçışına heç bir məna verə bilməyən qohum-əqrəba pəncərənin önündə gülən Bədianın başına toplandılar.
– Nə elədin, nə oldu?
– Mən heç bir şey etmədim. Onu bu şüşədəki su qaçırtdı. Mənim bir qəbahətim yoxdur…
Anası hiddətindən titrəyirdi.
– O nə sudur? Dəli!
Bu səfər Namiq cavab verdi:
– Gəlinbacı, heç bəyazı olmayan gözəl, qumral saçlarınıza siz də bir az sürtün. Nə olduğunu anlarsınız, – dedi…
BALKON
Süfrə arxasından qalxan Möhsün bəy qoz ağacından olan böyük bufetə dirsəklənmiş, onları gülümsəyərək dinləyən xidmətçiyə:
– Eleni, qəhvədən əvvəl nargiləmi1818
Nargilə – qəlyan (fars.) – Şərqə xas ənənəvi bir tütün çəkmək vasitəsi; istifadəçinin bir xortum vasitəsilə sudan keçərək süzülən tüstünü içinə çəkməsini təmin edən bir qurğudur. İlk dəfə Hindistanda yaradılmışdır. XIX əsrdə dünya şöhrəti tapmışdır. Qəlyan ənənəsi sadə bir alətdən çox, Şərq mədəniyyətinin bir parçası halına gəlmişdir.
[Закрыть] qəməriyyəyə1919
Qəməriyyə (ərəb. ay) – istirahət və ya söhbət etmək üçün bağlarda qurulan üstüörtülü, yanları açıq şüşəli talvar: aylı gecələri seyr etmək üçün köşk.
[Закрыть] gətir… Bir az tez ol, – dedi.
Sonra süfrədəkilərə sarı döndü:
– Uşaqlar! Siz də oraya gəlin!
Həmdunə xanım – zərif, süzgün, yaşlı bir qadın – almasını soyurdu. Gözlərini qaldırmadan etiraz etdi:
– Hələ ayın çıxmasına bir saat var. Qaranlıqda nə edəcəyik?
– Axı bura cəhənnəm istisidir!
– Ora cənnətdirmi?
– İstərsəniz gəlin. Mən burada yana bilmərəm.
– Uğurlar olsun.
Möhsün bəy ahıl yaşlarında, kök bir adam idi. Sallana-sallana qapıdan çıxdı. Təqaüdə çıxdıqdan sonra həkimlərin dediklərinə inad edərək qarınqululuğa, nargiləyə son qoymamışdı. Çal saqqalının, hələ tökülməmiş çal saçlarının altında qıpqırmızı, şiş yanaqları onda yalançı bir sağlamlığın daimi sevincini alovlandırırdı. Halbuki on ildir sağalmaz ürək xəstəliyindən əziyyət çəkirdi. Maddi iztirabları mənəvi nəşəsini pozmamışdı. Həmdunə xanım ərinin əksinə olaraq çox küskün bir qadındı. Hər an səbəbsiz bir ələm, bir sıxıntı içində yaşardı. Məchul bir matəm sanki ruhunu əbədi olaraq qaraltmışdı. Daim əsəbi, az gülən, hər zaman həyəcan içində idi… Evin qapısından təsadüfən poçtalyon keçsə, sapsarı saralırdı. Sanki gecə-gündüz bir fəlakət xəbəri gözləyirdi. Sağındakı oğluna:
– Maşallah, hamımızdan gəncdi, – dedi.
– Gənc deyil, içi fərəh doludur!
– Bəs yeməyinə nə deyirsən?
– Pis. Amma nə edək?.. "Allah istəməsə, yarpaq da düşməz!" Belə bir rahat fəlsəfəyə istinad etdikdən sonra…
Cavan oğlanın qarşısında dəsmalını qatlayan gənc qız:
– Aman, siz də elə hey atama sataşırsınız! – dedi.
Süfrənin üzərindəki lampanın qırmızı abajurundan süzülən işıqda iri, mavi gözləriylə, qumral saçlarıyla xariqüladə gözəl görünürdü. İncə, kətan bluzun altından iri, sağlam, mütənasib bir vücudun, geniş bir sinənin forması sanki coşub-daşırdı. Bu, Həmdunə xanımın hələ südəmər ikən övladlığa götürdüyü bir qızdı. Düz on səkkiz il Möhsün bəy onu oğlu Suatdan seçməmiş, bəlkə daha artıq sevmişdi. Bu məhəbbət qarşılıqlıydı. Ailə içində Möhsün bəyin tərəfdarı, hətta fədakarı bu qız – Rəsandı. Həmdunə xanım:
– Doğrudan da istidir. Mən də burada dura bilməyəcəyəm! – dedi.
Suat soruşdu:
– Hara, ana?
– Atanın yanına. Siz də gəlin!
– Gəlirik.
O çıxınca iki gənc baş-başa qaldı.
Rəsan arxasını çevirmiş, gözləri pəncərədən qapqara bir duman kimi görünən gecəyə dalmışdı. Suat stulda dikəldi. Qızın qarşısına keçib yemək masasına dirsəkləndi. Rəsanın gözləri hələ daldığı yerdən qurtula bilmirdi. Əlini tutdu.
– Bu dalğınlıq nədir, Rəsan?
– Heç.
– Söylə, söylə.
Gənc qızın gözləri sanki yorulmuşdu. Suatın əllərindən çəkdiyi əliylə gözlərini ovuşdurdu.
– Bu qaranlıqları heç sevmirəm. Mənə elə gəlir ki, bütün fəlakətlər bax bu ulduzsuz, aysız gecələrin içində gizlənib!
– Olduqca şairanə, yəni olduqca yanlış bir fikirdi.
– Nə isə, mən burada oturacağam, istəsən, sən bağçaya çıx.
– Onda mən də burada oturaram, cicim2020
Cici – 1) əzizləmə müraciəti: türklər nəvazişlə uşağa və ya qadına deyirlər; 2) yeni, təzə: cici oyuncaq, cici paltar və s.; 3) Azərbaycanın bəzi bölgələrində anaya müraciət forması. Cici-bacı olmaq – bir-biri ilə çox yaxın olmaq, ana-bacı kimi olmaq.
[Закрыть].
Şıq geyinmiş gənc oğlan elə indicə anasının qalxdığı stulu Rəsanın yanına çəkdi. Əynində ağ şalvar, incə, lacivərd rəngli bir jaket vardı. Cibindən zərif bir tütünqabı çıxardı. İçindən bir siqar götürüb gənc qıza verdi.
– İstəmirəm, ürəyim istəmir…
– Al, al, qaranlıq düşməni. Çəkməyə başladınmı, ürəyin istər!
Siqarı öz əliylə Rəsanın gözəl dodaqlarına toxundurdu. Bir kibrit çəkdi. Əvvəl onunkunu, sonra öz siqarını yandırdı. Çıxan dumanlar içindən dərin-dərin bir-birinə baxdılar. Lap kiçik yaşlarından bəri sevişirdilər! Suat:
– Yalnız qaranlıq deyil, – dedi, – səndə başqa bir şey var.
– Nə kimi?
– Əhvalında bir durğunluq var.
– Heç bir şey yoxdu!
– Var, var, söylə.
– Nə ola bilər?
– De, bilim.
Rəsan aralıq qapıya baxdı.
– Təbii ki, onsuz da bilməlisən.
Suat duruxdu:
– Söylə, əzizim.
İçəri girən xidmətçi qız boşqabları yığışdırmağa başladı. Bufetin önündə səliqə ilə üst-üstə qoydu. Örtüyü götürdü. Çıxınca Suat təkrar:
– Nə söyləyəcəkdin ki? – deyə soruşdu.
Rəsan nərmənazik, süni, aktrisa tövrlü, saxta bir qız deyildi. Son dərəcə həssas, doğru, səmimi, sərbəstdi. Ağır bir səda ilə:
– Artıq evlənməliyik, Suat… – dedi.
– Əlbəttə, Rəsanım. Biz onsuz da bunu planlaşdırmışdıq.
– Hə, amma ləngimədən evlənməliyik, ləngimədən. Bu ay, hətta bu həftə içində.
– İki-üç aya qalmaz, diplomu alıram. Hələ təhsilim bitməmiş evlənmək mənə bir az məhəllə uşaqlığı kimi gəlir.
– Məcburuq.
– Niyə?
– Çünki…
Gənc qız gözlərini aşağı dikdi. Uzun, qumral kirpikləri gözlərini tutdu.
– Uşağımız olacaq! – dedi.
– Hamiləsən, cicim?
– Hə.
– Çox gözəl, elə isə tez evlənərik. Heç üzülmə. Bu ay, bu həftə deyil, günü sabah!
– Sabahmı?
– Vallah, sabah…
Bir-birinə sarıldılar. Suat diqqət etdi. O daha ziyadə gözəlləşmiş, böyümüş, qadınlaşmış, bir xariqə olmuşdu.
– Rəsanım, sən bir az yuxarı, yaxud bağçaya çıx, mən anamı çağırım. Bu dəqiqə məsələni açım.
– Amma…
– Amması-filanı yoxdu. Bilirsən ki, mən səbirsizəm. Bu günün işini sabaha qoymaram.
Həqiqətən, Suat son dərəcə tələskəndi. Ağlına gələn işi görər, ani, çılğın hərəkətlərlə hər kəsi heyrətləndirərdi. Erenköyün ən adlı-sanlı idmançısı sayılırdı. Cəsurdu. Kiçik bir şeydən həyəcana gəlir, əhəmiyyətsiz bir sözdən böyük bir qovğa çıxarır, ən təhlükəli təcrübələrə gözünü qırpmadan atılırdı.
Rəsanın qalxmasını gözləmədi.
– Eleni!.. – deyə səsləndi. Xidmətçi qız gəlincə: – Get anamı çağır, tez bura gəlsin! – dedi. Rəsanla təkrar qucaqlaşdılar.
***
Həmdunə xanım otağa girər-girməz:
– Nə var, Allah eşqinə, Suat? – deyə soruşdu. Üzü sapsarı saralmışdı. Məchuldan ürkən bu qadın üçün "Tez, bu dəqiqə, indi" kimi kəlmələrin içində mütləq bir fəlakət gizlənirdi. Suat:
– Otur, anacan, sənə xoş xəbər verəcəm, – dedi.
– Söylə görüm…
– Mən Rəsanla evlənirəm.
Solğun qadının üzü gülümsədi:
– Xeyirdir, inşallah, röyamı gördün? Belə birdən-birə…
– Yox, həqiqətdir. Həm də günü sabah…
– Aman, Suat, dəliliyi burax. Bu tələskənlik nədir?
– Anacan, sən mənim təbiətimi bilirsən. Ağlıma bir şey düşdümü, o işi görməliyəm.
– Rəsana açıb bir söz söylədinmi?..
– O da məni sevir!
– Çox gözəl, amma hazırlıqsız, nişansız-filan… Hər kəs bizə dəli deyəcək…
– Nə deyirlər desinlər, heç kəs vecimə deyil!
– Yox, yox, belə olmaz.
– Olacaq, ana!.. Söylə, sən bu izdivaca razı deyilsənmi?
– Təbii ki, razıyam…
– O halda sabahın, o biri günün nə əhəmiyyəti var?
Həmdunə xanım oğluna gülümsəyərək baxdı. Bu ərköyün uşaq onun könlünə hakimdi. Doğulduğundan bəri nə istərsə edərdi. Yavaş-yavaş qəlbi sevinclə doldu. Rəsanı da öz qızı kimi sevərdi. Həqiqətən, bu, məsud bir izdivac olacaqdı. Yuvanın quşları başqa yerlərə getməyəcək, əski ahəng pozulmayacaqdı, kürəkən kimi, gəlin kimi yad ruhlar bu kiçik ailənin divarları arasına girməyəcəkdi.
– Məmnunsan, eləmi, ana?
– Çox.
– İndi Rəsanı da çağıraq.
– Çağır.
Suat çıxdı. Rəsanı içəri gətirdi. Qız qıpqırmızı olmuşdu. Həmdunə xanım onlara bir çox gözəl sözlər söylədi. Öz hissiyyatını anlatdı. Artıq ondakı əsəbi hal keçib-getmişdi. Gülürdü. "Hə, mən sizi bu axşamdan bir-birinizə verirəm!" dedi və Rəsanla Suatın əllərini birləşdirdi.
– Ancaq barmağına bir üzük də olsun taxa bilmirəm. Suat bu sənin dəliliyin üzündəndi… – dedi.
– Necə deyərlər, güc olsun, amma gec olmasın, ana.
– Dəli!..
Danışarkən qəməriyyədəki Möhsün bəyi unutmuşdular.
Suat:
– Atam bu qərarımızı eşidərsə, kim bilir nə qədər sevinəcək! – dedi.
Həmdunə xanım:
– Sevindiyindən ağlını itirəcək! – deyə güldü.
Bu vaxt Suatın ağlına bir fikir gəldi. Anası ona bu qərarı söyləyəcəkdi. Sonra onlar ikilikdə atasının qarşısına çıxacaqdılar. Möhsün bəy olduqca şən, uşaq kimi bir adamdı. Ailənin əsl başçısı Həmdunə xanımdı. Hətta bu izdivac üçün Möhsün bəyin rəyinə belə lüzum görmürdülər. Yalnız necə sevinəcəyini görmək üçün xəbəri çatdıracaqdılar.
– Ana, – dedi, – sən indi atamın nargiləsini yuxarıya göndərtdirərsən. Biz də Rəsanla bərabər balkona çıxarıq. Pərdələri salarıq. Sən söhbəti açarsan. O, uşaq kimi yerində atılıb-düşməyə, əllərini bir-birinə şappıldatmağa başladığı zaman biz pərdənin arxasından üzə çıxarıq.
Rəsan bunu istəmirdi:
– Teatr oynar kimi. Buna nə ehtiyac var ki!
– Rəsanım, atam səni də, məni də qucaqlayacaq, öpəcək, bax bunu istəyirəm!
Həmdunə xanım:
– Atana birdən-birə sevincli bir xəbər verməyin yasaq olduğunu unutma! – dedi.
– Yavaş-yavaş açarsan.
– Yaxşı… Barı siz göz önündən çəkilin. Mən də onu yuxarı çağırım.
– Haydı, anam mənim, mənim cici anacığım.
Suat əfəl bir uşaq yöndəmsizliyi ilə anasına sarıldı. Dən düşmüş saçlarından, qırış alnından öpdü. Anası çıxan kimi eyni şəfqətlə Rəsanı da qucaqladı.
– Suat, mən bu balkonda çox gizlənmək istəmirəm.
– Neçin, cicim?
– Ürəyim istəmir. Hələ ay çıxmayıb, orada qaranlıqda necə duracağıq?
– Bəsdi, əzizim! Məsud-məsud güləcəyik. Atamın sevincini seyr edəcəyik. Hələ sənə necə atmacalar atacaq, nələr söyləməyəcək. "Gəlin xanım, gəlin xanım" deyə.
– Suat, balkona çıxmayaq.
– Gəl, gəl…
– Çıxmayaq.
– Tez ol. Atamdan əvvəl tərpənək. Bizi görməsin.
Dəliqanlılığına salıb Rəsanın qollarından tutdu. Demək olar ki, onu zorla sürüklədi. "Səni qaranlığa alışdıracağam" deyirdi. Dik pilləkənlə çıxıb hündür tavanlı bir salondan keçdilər. Suat ortadakı lampanı yandırıb, iki pəncərə arasındakı balkonun ağır pərdələrini endirdi. Küncdəki kreslonu açıq pəncərəyə doğru çevirdi. Elə bu əsnada Eleni də Möhsün bəyin nargiləsini gətirmişdi.
– Hə, indi aktyorları gözləyək, – deyə Rəsanı balkona çəkdi.
Hava son dərəcə qaranlıqdı. Ətrafdakı imarətlərin işıqları can çəkən işıldaquşlar kimi zəif, donuq bir ziya ilə parlayırdı. Suat sabah arvadı olacaq sevgilisini qucaqladı. Gənc qız gözlərini yummuşdu. Açsa, sanki yaşlar axıb töküləcəkdi. O qədər məsuddu ki!
***
– Rütubət var.
– Siz elə hey məni rahatsız etməyə çalışırsınız. Yeməyimə qarışırsınız. İçməyə qoymursunuz. Yatmağa qoymursunuz. Elə bil dünyaya badalaq vuracağammış kimi!
– Burada otursaq, nə olar?
Möhsün bəy pəncərəyə dönən kresloya çökdü. Həmdunə xanım nargilənin marpucunu21
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?Популярные книги за неделю
-
Антонио Наставник всегда появлялся неожиданно и всегда пешком. На вечерней или на…
-
Американский писатель Говард Филлипс Лавкрафт при жизни не опубликовал ни одной книги,…
-
Исторический роман признанного классика японской литературы Сюсаку Эндо рассказывает о…
-
Литературная основа сериала «Настоящая кровь», получившего премии «Золотой глобус» и…
-
Одна ночь. Ночь, которая решит многое для пассажиров легендарного «Восточного экспресса»,…
-
«Чудесная свеча» – средневековая флорентийская легенда, пересказанная шведской…
-
Все началось со столкновения двух одиночеств на улицах Парижа. Она рассыпала продукты,…
-
Американский писатель Говард Филлипс Лавкрафт при жизни не опубликовал ни одной книги,…
-
Дао дэ цзин. Книга пути и достоинства
Книга «Дао Дэ Цзин» является древнекитайским философским трактатом, написанным Лао-цзы,… -
– Почему отец от меня отказался, ма? Почему?! – зло откидывая одеяло в сторону,…
-
В Зоне бои до смерти на Арене – самое популярное развлечение у всех группировок. Что…
-
Большую часть жизни человек тратит на то, чтобы найти необходимое сочетание компонентов…
-
Адель – теневой призрак, она способна становиться неосязаемой и прятаться во мраке.…
-
Начинающий искусствовед Энн Стилуэлл приезжает в Нью-Йорк, надеясь провести лето на…
-
Морозко ждал от своих подданных ежегодного жертвоприношения. Получив отказ, разгневанный…
-
Цветы со шрамами. Судьбы женщин в…
Мы привыкли видеть историю в батальных сценах и героических биографиях полководцев,… -
Талантливый юрист Ханна Кэмпбелл хочет перемен в жизни, поэтому она записывается во…
-
В «Рассказах о людях необычайных» Ляо Чжай говорит о простых вещах, а читатель становится…
-
Дворец потерянных душ. Наследник…
Китана возвращается в Зираков и понимает, что за время ее отсутствия в королевстве… -
Все дома хранят историю своих обитателей. Этот дом был построен сутенером и превратился в…
-
ОТ АВТОРА БЕСТСЕЛЛЕРА «МИЛЯ НАД ЗЕМЛЕЙ»! Вторая часть цикла «Город ветров». Райан –…
-
В течение многих лет третья луна в системе Альфа использовалась в качестве…
-
Шестнадцатилетняя Орнелла приезжает на каникулы в Тоскану к своей крёстной матери…
-
Во время правления Людовика XIII молодой д’Артаньян приезжает в Париж, чтобы осуществить…