Электронная библиотека » Orhan Aras » » онлайн чтение - страница 1

Текст книги "Son cənnət"


  • Текст добавлен: 16 ноября 2022, 07:20


Автор книги: Orhan Aras


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

ORXAN ARAS

SON CƏNNƏT

Roman

BİRİNCİ FƏSİL

“Canın dəftərindən…”


I

– Buyur, yandır, dedi.

Siqareti götürdüm və uzatdığı alışqanla yandırdım. Meşənin içindəydik. Bizim varlığımızdan xəbərdar olan yaxındakı qurdlar ulayır, dovşanlar qaçışır, sincablar bir ağacdan enib o birinə dırma-şırdılar. Quşların səsi duyulmurdu. Sanki bütün quşlar meşənin də-rinliklərində itib getmişdilər və məni qorxularımla yalnız burax-mışdılar. Qarşımızda uzanıb gedən meşənin dərinliyi qara asfaltı, səmaya yayılmış axşamın qırmızı və ürküdücü qaranlığını içinə çək-mişdi.

Mən həmişə gecələrin dərin qaranlıqlarından daha çox, axşamın ağır-ağır çökən qaranlığından qorxardım. Atamla axşamlar tarlaya getdiyimizdə, atam hərdənbir su arxı boyunca gedər, suyun başqa-ları tərəfindən oğurlanıb oğurlanmadığına baxardı. Mən tarlada qa-lardım. Küləyin əsməsiylə tərpənən hər ağacı, otu üzərimə gələn bir insan sanır, ürpərər, qorxardım. Gözlərimi aya, ulduzlara dikərdim. Arabir axıb gedən ulduzu gözlərimlə izlər, onu özümə yoldaş seçər-dim.

İndi də bu ürküdücü axşam qaranlığında Yusifi düşünürdüm və içimdə yenə eyni ürpərti vardı. Eyni zamanda indi səmada bir dənə də ulduz yox idi. Hələ axıb gedən ulduz heç yox idi. Qara bu-ludlar səmanı poladdan bir pərdə kimi qucaqlamış, bürümüşdü. Sanki ucu-bucağı olmayan bir tunelin içindəydim. Tezliklə oradan qaçmaq, xilas olmaq, tunelin ucundakı işığa qovuşmaq istəyirdim. Şoferə baxdım. O da gözlərini qaranlığa zilləyib siqaretini tüstülədir və nə isə düşünürdü. Nazik boğazını qara balıqçı köynəyinin içinə çəkmiş, rəngi naməlum kiçik gözlərini bacardıqca qıymışdı.

–Gedəkmi? – deyə soruşdum.

Gözlərini qaranlıqdan qaçıraraq mənə tərəf döndü.

– Hara getmək istəyirsən?

– Kəndimizə…

– Kəndiniz hardadır, hansı yolla getmək olar?

– İki yol var kəndimizə, – dedim. Birinə Ərzurum yolu, o birisi-nə də Ərdahan yolu deyirlər.

– İki yolu da tanıyıram, – dedi. Ərzurum yolu çox işləkdir və orada əsgərlər həmişə axtarış aparırlar. Ən yaxşısı Ərdahan yolun-dan gedək. O yol Ərdahana qədər meşəlikdir. Yoldan da tək-tük av-tomobillər keçir. Eyni zamanda bir təhlükə ortaya çıxarsa meşə yol-larına dönüb gizlənmək imkanı da var.

– Necə istəyirsən, – dedim.

İki saat danışmadıq. Sürücü yoxuş yuxarı dırmaşdıqca öz-özünə nə isə zümzümə edir, yol düzəldiyində də ehtirasla qazı basırdı. Av-tomobilin faralarından fışqıran işıq bıçaq kimi qaranlıqları deşir, av-tomobil donquldana-donquldana, dolana-dolana ip kimi dağların ətrafına dolanmış yollardan təpələrə çıxır, eyni şəkildə də dolana-dolana aşağı enirdi. Mütəmadi meşənin içi ilə gedirdik.

Ərdahana iyirmi kilometr qaldığını göstərən yol nişanı görü-nəndə ikimiz də rahat nəfəs aldıq. Sürücü Ərdahan yazılan yol nişa-nını keçər-keçməz dar bir meşə yoluna döndü.

– Burada bir bulaq olmalıdır, – dedi. – Həm su içər, həm də bir az istirahət edərik.

Həqiqətən də böyük, qara bir qayanın dibinə yerləşdirilmiş qa-lın metal borudan barmaq qalınlığında su axırdı. Sürücü, avtomobili bulağın yanında saxladı, faralarını söndürmədi.

Avtomobildən endim. Əlimi-üzümü yumaq üçün bulağa yaxın-laşdım. Əllərimi buz kimi suya uzadarkən barmaqlarımdakı qanı görüb, diksindim. Sonra qanın Dursunun qanı olduğunu xatırladım. O anda sanki Çoruh çayı qorxunc bir səs-küylə üstümə axmağa baş-ladı. Qaranlıq bir çarşab kimi boğazıma dolandı. Gözlərim qumlan-dı, ürəyim yandı. Trotski Sermetin səsi qayalardan qayalara, don-muş, buzlaşmış cansız, ölü otlara, yaşlı, kökləri çürümüş ağaclara, xışıltılı səs çıxaran quru qamışlara çırpılaraq qulaqlarıma doldu. Çingizin iniltisini tam ürəyimin başında eşitdim. Oturduğum yerdə sanki yenidən geriyə, məktəbə dönmüşcəsinə silahımı axtardım. So-yuqdan sərtləşmiş kəmərimə, buşlatımın ciblərinə, kolların diblərinə baxdım, yox idi. Qarı eşələdim, altındakı donmuş palçıqları qarışdır-dım, qurumuş, donmuş nar qabıqlarını, çürümüş almaları, hələ qır-mızılığı solmamış Qara dəniz xurmalarını sağa sola atdım. Silahımı tapa bilmirdim. Dursunun qar üstünə damla-damla düşmüş qanını izləyərək getdim. Aqil abi tüfəngini yelləyərək qaçırdı yenə. Saqqalı, bığı, alınındakı lent Çeni xatırladırdı. Çingiz qışqıra-qışqıra ağlayır-dı. Ayaqlarım qara paya kimi batır, olduqları yerdə donub qalırdı-lar. Qaçmaq istəyirdim, amma ayaqlarımı tərpədə bilmirdim. Uçu-rumun tam kənarındakı qayanın üstünə yıxılıb qalırdım. Qanım ya-vaş-yavaş donurdu. Başımda şirin bir sərxoşluqla Çingizin iniltisini dinləyirdim. Mən də inildəyirdim. İniltilərim məni uşaqlıq illərimə aparırdı. Ürəyimin ortasından günəş doğulurdu. Çayırlar, çəmənlər yamyaşıl idi, yellənirdilər. Atam bığlarını dartışdırırdı. Əlində bö-yük, parlaq bir dəryaz tutmuşdu. Buğda topalarının arasında diyir-lənərək gedirdim. Çəhrayı, albalı çürüyü rəngində yasəmən ağacla-rı, bənövşəyi salxımlar, iri qırmızı çiçəkli çingülləri, qat-qat soğan-gülləri, ortası sarı, kənarları dümağ qasımpatıları, göy peyğəmbər çiçəkləri, çəhrayı zəqqum çiçəkləri, sapsarı məxmər çiçəkləri, çayır çobanyastığı çiçəkləri, ovuc kimi açılan safranlar qollarımı, yanaq-larımı, saçlarımı yalayır, öpürdülər. Qanım asta-asta donurdu. Bal arıları, milçəklər, eşşək arıları ətrafımda vızıltıyla uçuşurdular. Hər yer bənövşə iyi verirdi. Ağlayırdım.

Buz kimi suyla əllərimi, üzümü yudum və qurumuş ağızımı is-latdım. Sürücü avtomobildən kiçik bir neylon paket çıxarıb yanıma gəlmişdi. Paketi mənə uzatdı.

– İçində çörək, pendir var.

Ən son saat on iki radələrində bir neçə loxma atışdırmışdım. Çingizlə birlikdə quru çörəkdən iki kiçik parça qoparmış, yavanlıq-sız yemişdik. Günortadan sonra məktəbdə baş verən hadisələrlə birlikdə, mədəm olduğunu sanki unutmuşdum. Sanki mədəmdə bö-yük bir daş vardı, bütün aclıq duyğumu yox etmişdi. Sonsuza qədər beləcə ac və susuz yaşaya bilərdim. Yenə də sürücünün israrlarına dözə bilmədim və torbanın içindəki çörəkdən bir parça qoparıb ağ-zıma atdım. Çörək bayat idi və zəhər dadan ağzımda kiçik saqqız ki-mi bir tərəfdən o biri tərəfə gedirdi. Ovuclayıb içdiyim soyuq suyun köməyilə ağzımdakı çörəyi çeynəmədən mədəmə ötürdüm. Sürücü mənim əksimə, çörəyin arasına pendiri yerləşdirərək böyük bir iş-tahla yedikdən sonra bulaqdan doya-doya su içdi. Sonra avtomobi-lin ətrafında fırlanıb təkərləri yoxladı

–İndiyə qədər bir şey çıxmadı, – dedi. – İnşallah belə davam edər.

Yenidən avtomobilə mindik və yola davam etdik. Yolumuz azaldıqca narahatlığım artırdı. Atama, anama nə deyəcəkdim? Baş-mı şüşəyə söykəmiş, gözlərimi qaranlıqlara dikmişdim. Burada, heç tanımadığım bu kimsəsiz yollarda ensəm və qaranlıqların içində itib getsəm daha yaxşı olmazdımı? O anda güclü bir proyektor işığı ətra-fı gündüz kimi işıqlandırdı. Sürücü qorxu içində əyləcə basdı.

– İrəlidə axtarış var!

İlk ara yoldan sola döndü. Ağacların arxasında dayanıb gözlə-dik. Həyəcandan avtomobilin içində otura bilmədim. Qapını yavaş-ca açaraq avtomobildən endim. Yaxındakı təpəciyə çıxıb irəli bax-dım. Meşənin bitdiyi yerdəki yol ayrıcında avtomobilləri saxlamış-dılar. Böyük yola doğru gələn avtomobillərin faralarının işıqlandır-dığı yerdə əsgərlər və polis görünürdü. Təkrar avtomobilə mindim.

– Bütün istiqamətlərdən gələn avtomobilləri axtarırlar.

– Bu saatda nə axtarışı edirlər, görəsən?

– Bəlkə də məni axtarırlar…

Sürücü “boş ver” deyirmiş kimi əlini şüşəyə doğru yellədi.

– Qiyamət sənin başındamı qopdu? Kim bilir yenə nə hadisələr olub! Çox əhəmiyyətli bir şey olmasa, bu saatda buralara qədər gəlib axtarış aparmazdılar. Mütləq ya bir yer bombalanıb və ya əhəmiy-yətli birini öldürüblər.

Çətinliklə içimi çəkdim.

– Qardaşım, sizlər də dinc dayanmırsınız… Tələbələrin hoqqa çıxarmadığı gün yoxdu ki… Artıq xəbərlərə baxa bilmirəm. Hər gün qan, hər gün ölüm! Bu işlərin axırı necə olacaq, bilmirəm.

– Mən də bilmirəm – deyə mızıldandım. Amma yalnız biz deyi-lik ki? Onlar da bizi öldürürlər“.

– Onlar sizi, siz onları! Sanki sizlər rus, onlar da amerikanlardır.

Bir an köhnə vərdişimlə içimdəki ağrıları və narahatlıqları unut-dum və cəngavər cildinə büründüm.

– Problemə bu qədər sadə yanaşmaq olmaz. Görürsən, məmlə-kət batıb gedir. Respublikanın qurulmasının üstündən hələ altmış il keçməmiş idarəçilər müstəmləkəçi dövlətlərin xidmətçisi oldular. Hələ Amerikanın dəstəklədiyi Milliyyətçi Cəbhə hökumətlərini qu-rur! Əks-partizan ov axtarır. Hər gün onlarla adam ya öldürülür, ya da itir!

– Bəs siz heç öldürmürsünüzmü?

– Məcbur olmayanda öldürmürük.

– Boş sözdür! Sağçılar solçuları öldürür, solçular da sağçıları… Mənim başqa şeylərdən başım çıxmır, yoldaş! Amma bunu bir kəna-ra yaz! Bu işin sonu yaxşı bitməyəcək. Görəcəksən, əsgər gələcək və qundağının altında anamızı ağladacaq.

Mənim danışmama fürsət vermədən avtomobili işə saldı.

– Burada gözləyə bilmərik. Bu ara yoldan yola davam edək. Bəl-kə irəlidə yenidən ana yola çıxa bildik.

Yarım saata qədər baxımsız, xaraba yolla getdik. Yolun ortasın-da bitmiş kollara, otlara toxunduqca sağa-sola yellənirdik. Təkər hər çuxura düşəndə, sürücü söyüş yağdırırdı. Mən özümü o yerə qoymurdum. Fikrim Yusifin yanındaydı. Görəsən, vaxtında xəstəxa-naya çatdıra bildilərmi? Güllə harasına dəyib? Mən atəş açanda mə-ni görmüşdümü? Xilas olsa məndən şikayətçi olardımı? Yanında kimlər vardı? Vurulandan sonra mütləq faşist yoldaşları ona sahib çıxmışdılar.

Sürücünün ah çəkməsi ilə özümə gəldim. Yenidən asfalt yola çıxmışdıq. Bir neçə kilometr sonra İqdıra çatdığımızı bildirən yol işarəsi göründü. Sürücü başıyla yol işarəsini göstərdi:

– Elə də yolumuz qalmayıb, – dedi. Burdan sonra daha diqqətli olmalıyıq. Sən kəndinizə gedən ara yolu vaxtında de, başqa yola gi-rib vaxt itirməyək! Bir də ana yoldan davam eləsək axtarış qrupları ilə qarşılaşa bilərik.

– Oldu, – dedim.

Kəndə yaxınlaşınca beton kanal boyunca uzanıb gedən qumlu Yaycı yolunu göstərdim, ana yoldan ayrıldıq. Səhərin soyuq işıqları-nı içinə çəkən kanaldakı su, yolboyu par-par parıldayırdı.. Səhər sa-at beşi bir az keçmiş kəndə çatdıq. Həyəcanımın davam etməsinə baxmayaraq qorxularım birazca azalmışdı. Avtomobilin şüşəsini en-dirdim. İçəriyə dolan soyuq külək daralmış nəfəsimi asanlaşdırdı. Dərin-dərin nəfəs aldım. Kəndin girişində qarşımıza çıxan kiçik çay boyunca sıralanmış iydə ağaclarının yanında sürücüyə dayanmasını söylədim. Atamgili bu saatda oyandırmaq və qorxutmaq istəmir-dim. Onsuz da saat altıda qalxır, heyvanları yemləyirdilər. Sürücü yolun ortasında dayanıb qərar verməyimi gözləyirdi. İrəlidəki qum mədənini göstərdim.

– Burada bir az gözləyək, dedim. Atamgil oyansın kəndə sonra girək.

– Necə məsləhətdi… – dedi.

Yoldan çıxaraq avtomobili qum mədəninə doğru sürdü. Buralar qonşu kəndə qədər qumluq idi. Yaşlılar, qədimdən bu yerlərdə göl olduğunu və zamanla suyu çəkilərək quruduğunu danışardılar. Uşaqkən yoldaşlarımla az qala hər gün bura iydə yeməyə gəlirdik. Buranın iydələri “barmaq iydə“ deyilən növdən idi və xurma kimi ətli olardı.

Sürücü qazılmış böyük çuxurun yanında avtomobili saxladı. Qarşıda böyük qum yığını vardı. Alt tərəfində kiçik-kiçik çuxurlar açılmışdı. “Yenə yumşaq qum üçün yeri qazıblar“ – deyə düşün-düm.

Uşaqkən bizlər də bəzən əllərimizlə, bəzən də kiçik kürəklərlə qumu qazardıq. İbtidai məktəbdəykən hava yaxşı olanda müəllimi-mizlə bura gəlirdik. Ağacların kölgəsində qumların üstündə səpələ-nib oturar, dərsə hazırlaşar, müəllim yanımızdan uzaqlaşar-uzaqlaş-maz da qışqıra-bağıra danışar, gülərdik. Açıq hava, gömgöy səma, çəmənə yayılmış müxtəlif rəngli otlar və qarmaqarışıq qoxular ze-hinimizi açar, sevincimizə sevinc qatardı. Gülə-gülə, oynaya-oynaya o günə qədər bilmədiyimiz yeni məlumatlar öyrənərdik. Müəllimi-miz sərt, amma məlumatlı adamlar idi. Oyunlarla, mahnılarla ürəyi-mizi almağı bacarar, təptəzə, bomboş yaddaşımıza növbənöv məlu-matların ilk sözlərini doldurardılar. Marşlar oxuyanda o uşaq ürək-lərimizlə həyəcanlanar, yerimizdə dayana bilməzdik. Ayaqlarımızı yumşaq qumlara vura vura, hamı bir ağızdan; “Dağ başını duman almış, yürüyelim arkadaşlar”, marşını oxuyardıq. Bu marş Mustafa Kamal Atatürkün yoldaşlarıyla birlikdə oxuduğu marş imiş.

Müəllimimiz, dərsdən sonra bizi sərbəst buraxar, özü də bizlər-dən bir az kənarda bir yerə yanpörtü uzanıb kitab oxuyardı. O, Cila-vuz Kənd İnstitutunu bitirmişdi və əlindən hər iş gəlirdi. Gündüz bizə dərs verər, axşamları kafedə saz çalar, hekayələr danışardı. Boş zamanlarında kəndlilərə kömək edər, onlara divar hörməyi, toyuq və balıq artırmağı öyrədər, tarladan necə yaxşı məhsul alınacağı ba-rədə nəsihət edərdi. Mənim ürəyimdə müəllimlik atəşini o alovlan-dırmışdı. Hələ orta məktəbdəykən müəllimlik məktəbinə getmənin yollarını axtarmış və imtahanla qəbul edilən müəllim məktəbinə bi-rinciliklə qəbul olunmuşdum.

Baxışlarım yenidən ucsuz-bucaqsız qumluğa sataşdı. Müəllimi-miz bizi sərbəst buraxınca qarışqa kimi hər yerə yayılar, bəzilərimiz yemlik və ya saqqız otu axtarışına çıxar, bəzilərimiz də yeri qazaraq qumdan ev düzəldərdik.

Mən çox vaxt Yusiflə oynayardım. Mən material daşıyardım o isə qumla, budaqlarla xəyalındakı evləri qurardı. Divarları, qapıları, pəncərələri, damları elə həqiqi hörərdi ki, hamı heyranlıqdan donub qalardı.

Yusifin xəyalı birdən ortaya çıxaraq qumluğun ortasında qar-şımda dayandı. Qorxuyla əlimi gözlərimin üstünə apardım. O isə mənə gülümsəyirdi. Şalvarının uzun və geniş paçaları paramparçay-dı və ayaqqabısız ayağındakı dəlik corablarından çölə çıxmış baş barmağı gözlərimdə böyüdükcə böyüyürdü.

O anda səhərin səssizliyi bir sağsağan çığırtısıyla pozuldu. Qor-xudan diksindim. Ürəyim əsdi, titrədim. Bu saatda sağsağanın bura-da nə işi vardı? Yusifin anasına xəbərmi aparırdı, görəsən? Kəndi-mizdəki yaşlı qadınlar, “Birinin başına bir hadisə gəlibsə, sağsağan mütləq onun ailəsinə xəbər gətirər“, deyərdilər.

Əlim belimə getdi. Belim boş idi. Güllələr buşlatımın ciblərində səsləndi. Silahım böyük bir şam ağacının dibində basdırılmışdı. Onu ora, Yusif vurulduqdan sonra Aqil abi basdırmışdı. Lüləsini ağızıma soxanda dilimə barıtın yanıq dadı dəymişdi. Anamı, Yusifin anasını, kəndimizin gözləri yaşlı qadınlarını və utancımı düşünüb basmış-dım tətiyə. Ovuclarımda böyüyən böyük on dörd kalibirli tapança “çıt“ deyə səs çıxarmışdı. Güllələri ovcuma alıb, titrəyən barmaqla-rımla maqazinə doldurmağa çalışmışdım. Güllələrin bir neçəsi qarın üstünə səpilmişdi. Aqil abi, Çingiz, Trotski Sərmet üstümə atılmışdı-lar. Bir an nəfəsim kəsilmişdi, onların altında az qala boğulacaqdım. Çingiz, “Bunu qan tutdu“, deyə qışqırmışdı. Sərmet üzümü şillələ-mişdi. Aqil abi, çənəmdən tutmuş, sıxmış, tapançanı əlimdən zorla almışdı.

Dan yeri ağarırdı. Ətrafdakı aydınlıq artır qaranlığın içində it-miş ağaclar, otlar bir-bir ortaya çıxırdılar.

Yenidən Yusiflə oynadığımız yerlərə baxdım. İndi artıq o gözəl və xoşbəxt günlərimiz arxada qalmışdı. Hər şey sanki ildırım sürə-tiylə çaxmış və bizdən uzaqlaşmışdı. Bütün həyatımızı, qumdan dü-zəltdiyimiz oyuncaq evlər kimi düşünmədən bir anda yerlə bir et-mişdik. Mənim üçün geridə qalan yalnız qorxu və peşmanlıq idi. Gözümdə hər şey mənasız bir kölgə kimi idi.

Şofer yanımda xorxahor yatırdı. Yeni-yeni oyanmağa başlayan kənddən, qoyun-quzu mələmələri, xoruz banları, it hürmələri eşidi-lirdi. Kəndlilər yola çıxmadan evə girmək istəyirdim. Məni görüb üzümə baxsalar hər şeyi anlayarlar deyə qorxurdum. Şoferi yüngül-cə dürtmələdim. Dərhal gözlərini açıb ətrafına baxdı. Bəlkə də yuxu-daykən bütün olanları unutmuş, yatağında yatdığını düşünmüşdü

– Gedək, deyə soruşdu.

– Gedək, dedim.

Əyri-üyrü, bəzən çınqıl döşənmiş torpaq yoldan ağır-ağır keçə-rək evimizin yanında dayandıq. Taksiçiyə pul uzatdım, götürmədi.

– Dostların vermişdi, dedi.

Vidalaşmaq üçün əlimi uzatdım.

– İncimə, – dedim.Bilirəm, sən də çox yorğunsan. Amma vəziy-yətimi bilirsən. Əgər bütün bunlar keçsə və geriyə dönsəm səninlə mütləq görüşmək istəyərəm.

– İnşallah, – dedi.

Səmimiyyətlə öpüşdük və ayrıldıq. O gəldiyi yoldan geriyə dö-nərkən mən həvəssiz addımlarla çökəkdəki evimizin həyətindən içə-ri girdim. Təzəklər, samanlar, təndirdən çıxmış küllər, qırılmış, bü-külmüş söyüd budaqları, dəstə-dəstə qamışlar, axıra doğru yayılmış ot topaları çuxuru doldurmuşdu.

Mən bu çuxurda böyümüşdüm. Əsmər, yanıq, quru, qalın bəlkə də çuxurun külünə, torpağına bənzəyirdi. Mən buradandım, bura aidəm. Uzaq düşəndə bura üçün darıxırdım. Mənim üçün bu kiçik çuxurun məhrəm yerləri, gizli küncləri vardı. Torpağında gözyaşla-rım gizlənirdi. Torpağının məsamələrində itib getmiş isti-soyuq duyğularımın yerini bir mən bilirdim, bir də bu çuxur.

Bizimkilərin hamısı ayaq üstə idi. Atam heyvanları yemləyirdi. Axırdan səsləri eşidilirdi. Anam yataqları yığır, uşaqlar qazan dolu-su qatığın başına toplanmış çörəyini qatığa batırıb yeyirdilər. Səssiz-cə içəri sivişdim. Məni ilk görən kiçik qardaşım oldu. Dərhal qucağı-ma atladı.

– Ana, abim gəldi, – deyə qışqırdı.

Anam əlində yorğan donub qaldı. Yalnız “Can!“ deyə bildi. Hə-lə üç ay əvvəl onlarla vidalaşmışdım və ən tez iyunda dönəcəkdim. Amma heç gözləmədikləri bir anda, səhərin qaranlığında pərişan bir halda qarşılarında dayanırdım. O biri qardaşım qaçıb atamı çağır-mışdı.

Divarın dibinə çökdüm və uşaq kimi hönkürə-hönkürə ağlama-ğa başladım. Anam da mənə sarılıb ağlayırdı. Uşaqlar olduqları yerdə donub qalmışdılar. Axırdan qaçıb gələn atam isə döşəkçənin üzərinə qəribə şəkildə oturmuş nə olduğunu öyrənməyə çalışırdı.

– Danış görüm, nə olub?

Gözyaşlarımı silərək üzünə baxdım. Üzü Qırmızıdərili üzü kimi donuq və sərt idi. İncə, bənövşəyi dodaqlarını sıxmış, qorxu və nigarançılığı bir yerdə yaşayaraq mənə baxırdı. Qırmızı və quru yanaqları, sərt və çıxıntılı üz sümüklərinin üzərində enib-qalxır, həyəcanını əks etdirirdi.

Qara qaşları titrəyir, incə və qısa kirpikləri gözlərinin üzərində titrəşmələrlə kölgələnib dayanırdı. Almacıq sümükləri üzündə fərqli əzəmət yaradırdı.

Onun üzünə bu günə qədər dik baxa bilməmişdim. On doqquz yaşımda olsam da ondan çəkinirdim. Bu utancaqlıq qorxu deyildi. Kiçik boyu, cılız bədəni, sümüklü üzü, quru qurğuşun gözləri insan-da acıma duyğusu oyandırırdı. Məsafəli duruşu, duyğularını gizlət-məsi, bəzən anama sərt davranışı məni arada-sırada hirsləndirsə də, ona sevgi bağlarıyla bağlıydım. Uzaq qalanda darıxırdım. Bəzən ev-də birlikdə oturarkən, içimdən həmişə qalxıb yanına getməyi, heç səbəbsiz boyuna sarılmağı arzulayırdım. Onun dimdik, işıltılı, dai-ma uzaqlara tuşlanan soyuq baxışlarını görəndə bu arzumdan imti-na edərdim. Onun gözünə girmək, ona kürəyimi söykəmək üçün edə bilməyəcəyim şey yox idi. Həm ağlayır, həm də kəsik-kəsik izah edirdim.

– Yusif vuruldu, – deyə inildədim.

Anam iki əliylə dizlərinə vurdu.

– Offf! Necə qıydılar uşağa, – deyə qışqırdı.

Atam verdiyim pis xəbərə çaşmasına baxmayaraq qalxıb yanı-ma gəldi və ilk dəfə saçlarımı oxşadı. O günə qədər məni bir dəfə belə qucaqlayıb öpməmiş, saçlarımı oxşamamışdı. Məni çox sevdiyi-ni, bütün ümidlərini mənə bağladığını bilirdim, amma yenə də indi-yə qədər sevgisini heç bir şəkildə bildirməmişdi mənə.

– Can, oğlum, böyük kişi olmusan, dedi. Sənə ağlamaq yaraşar-mı?

Səsi yumşaq və şəfqət dolu idi. Quru və döyənəkli əllərinin saç-larımda gəzərkən yaydığı enerji bütün bədənimdə rahatlıq və güvən duyğusu yaradırdı. Saçlarımın oxşanılmasını və doyunca ağlamaq istəyirdim. Bəlkə də illərdən bəri bu anı gözləmişdim. Bəlkə də dai-ma başımı onun dizlərinə qoymağı, saçlarımı oxşamasını, o şəfqət dolu səsiylə ruhuma təskinlik verməsini istəmişdim. Məni nə üçün bir dəfə də qucağına almamışdı, nə üçün bir dəfə kürəyimi, saçları-mı oxşamamışdı? Nə üçün bir dəfə olsun “Oğlum, səni sevirəm” de-məmişdi? Bu o qədər çətin bir şeydirmi? Heç cür sakitləşməyən üs-yankar ruhum, məni yeyib bitirən içimdəki şiddətin alovu bəlkə də bu duyğuların yarımçıqlığından qaynaqlanırdı. Onun təskinlik və təsəlli verməsi hıçqırıqlarımı azaltdı və təngnəfəs də olsa, müəyyən şeyləri izah edəcək vəziyyətə gəldim. Məktəbdəki hadisələri danış-mağa başladım:

– Məktəbdə yüzlərlə şagird bir-birinə girdi. Məktəbin qapıları, pəncərələri darmadağın oldu. Açılan güllələrdən vurulanlar oldu. Sonradan öyrəndim ki Yusifə də güllə dəyib, xəstəxanaya aparıblar. Hərəmiz bir tərəfə dağıldıq. Polislər izimizdədir! Tapsalar bizi döyə-döyə öldürəcəklər!

Yusifi vurduğumu və oradan qaçdığımı gizlədim. Gerçəyi söy-ləsəm, mənə kömək etməyəcəklərini, mənə nifrət edəcəklərini dü-şündüm. Gözlərindəki, könüllərindəki dəyərim sıfıra enər deyə qorxdum və o anda uydurduğum yalanları üyüdüb tökdüm. Onlar da izah etdiklərimə inandılar. Nə üçün polislərin bizi axtardığını, nə üçün döyüşdüyümüzü soruşmadılar. Məmləkəti başdan-başa qu-caqlamış cəhənnəmin bir az da olsa fərqində idilər. Həyəcandan əl-ləri ayaqlarına dolaşdı və bir an əvvəl məni harda gizlətməyin yol-larını axtarmağa başladılar. Anam atamı qucaqlayıb üzünü, yaşlı gözlərini onun əllərinə, ətəyinə sürdü.

– Balamızı xilas elə, – deyə qışqırdı.

Yaralı bir ceyran kimi idi. Ağ çadrası açılmış, vaxtından əvvəl ağarmış saçları darmadağın olmuşdu. Üzü, çənəsi, mavi paltarının yaxası islanmışdı. Dayanmadan qoyun kimi mələyir, ağlayır, atamı silkələyirdi.

– Xilas elə oğlumu! Götür burdan apar, – deyirdi.

Atam ağ əhənglə suvanmış divarın dibində heykəl kimi daya-nıb, bir ağlayan anama, bir də mənə baxırdı. Onun da içindən ağla-dığını bilirdim. Arada hıçqırırmış kimi çiyinləri silkələnir, dayandığı yerdə dala-qabağa yellənirdi. Allahım bu yoxsul, bu çarəsiz, bu dün-yadan xəbərsiz adamın başına nə işlər açmışdım! Qərarsızlıq içində gözlərini qırpıb göyərmiş incə dodaqlarını dişləyərək soruşurdu:

– Hara?

Sonra qutunu çıxararaq siqaret yandırmağa cürət etdi. Sonra ağ-lına gələn bir düşüncənin sevinciylə qutunu yastığın üzərinə saldı. Qutunun içindəki sapsarı Muş tütünü yumru, qırmızı çiçəkli yastı-ğın üzərinə dağıldı..

– Dağa, ananın dayılarının yanına aparım səni! – dedi.

Anam ağlamağını kəsib dik-dik atamın üzünə baxdı.

– Ora olmaz! – deyə qışqırdı. Oralarda jandarma qaynayır!

Atamın çənəsi sinəsinə düşdü.

– Düzdür, orada polis bölməsi var, – deyə mızıldandı.

Yenidən otaqda var-gəl etmələr, ağlaşma başladı. Qardaşlarım qatıq qazanının ətrafında donub qalmışdılar. Ağlamaqla susmaq arasında çaşmışdılar. Mən gözlərimi atamın rəngdən-rəngə düşən üzünə dikmiş onun hərəkətlərini izləyirdim. Ürəyimdən daşan səs-küylər ağılımı başımdan almışdı. Başmı daş divarlara vura-vura parçalamaq istəyirdim.

Nəhayət, atam məni Ağrıya yaxın bir kənddə yaşayan öz dayı-larının yanına aparmağa qərar verdi.

– İllərdir görüşmürük, amma igid insanlardır, – dedi.

Sözlərini deyib dərhal axıra qaçdı və atları hazırlamağa başladı. Anam bir tərəfdən ağlayır, bir tərəfdən də mənə nə isə yedirməyə çalışırdı. Bütün səyinə baxmayaraq boğazımdan heç nə keçmirdi. Çaxnaşma halında sağa-sola qaçır, öz-özünə zümzümə edir, arada Yusifin adını xatırlayırdı. Ağlayırdımı, ağımı, qarğışmı oxuyurdu müəyyən deyildi. Sonra arada sakitləşdi sanki, illər əvvəl cehiz ola-raq atasının evindən gətirdiyi böyük sandığını açdı. Paltarların ara-sından qalın iplə sarılı qızıllarını çıxardı. Ağ qalın iplə birlikdə qızıl-ları buşlatımın cibinə soxdu.

– Can, gözümüzün işığı, özündən muğayat ol, nə olar, – dedi. Lazım olsa, bunlarıxırdalayıb, xərcləyərsən!

Qızılları götürmək istəmədim. Onun illərcə qara günlər üçün saxladığı və əlində dünyadakı tək maddi varlığı olan qızılları ondan almaq mənə ağır gəlirdi. Neçə dəfə, məktəbi bitirib pul qazanmağa başladıqdan sonra ona alacağım qızılların xəyalını qurmuşdum. Ağ-laya-ağlaya cibimdən çıxardığım qızılları ovucuna qoydum.

– Ana, məni daha çox ağlatma, götürə bilmərəm, – deyə qışqır-dım.

Amma o israr etdi, üzümü gözlərimi öpdü, ağladı və götürmə-yim üçün yalvardı.

– Götürməsən südümü sənə halal etmərəm, – dedi.

Qızılları yenidən cibimə qoymasına maneə ola bilmədim. Tor-baya bir neçə parça geyim qoydu. Boynuma öz hördüyü qırmızı bir şal bağladı. Hamısına bərk-bərk büründüm. Uşaqları öpdüm, qoxla-dım. Qollarını boynumdan heç cür açmayan anamın yanaqlarından, boynundan dəfələrlə öpdüm. Atam içəri girib atların hazır olduğu-nu deyəndə həyəcanla çölə çıxdım.

– Camaatın xəbəri olmadan kənddən çıxaq, – dedi atam.

Arxamca çölə qaçan və yenidən boynuma sarılan anamın qolla-rından zorla qurtuldum və əlimdə anamın verdiyi xurcunla atın be-linə atıldım. Anam arxamızdan bir vedrə su səpərkən arxaya dön-düm və palçıq suvaqlı iki otaqlı evimizə, mavi boyalı pəncərənin önünə öz əllərimlə əkdiyim salxım söyüdə, boynu bükük anama və onun yanında çaşbaş olub baş verənləri seyr edən qardaşlarıma son dəfə baxdım. İçimdən bir səs, artıq onları heç vaxt görə bilməyəcəyi-mi deyirdi. Gözlərimi qapıları mavi boyalı evimizdən, ağ çadra çi-yinlərinə düşmüş gözləri yaşlı anamdan, çaşqınlıqla üzümə baxan qardaşlarımdan qaçıraraq uzaqlara, üfüqləri boydan boya əhatə et-miş böyük Ağrı dağının zirvəsindəki ağlığa dikərək atımı mahmız-ladım. At altımda yanıqlı-yanıqlı kişnədi.

Günəş Sürməli çuxurunun üzərində yayıldıqca yayılırdı. Ürə-yim parça-parça idi. Artıq ayrılığın üzəngisinə basmışdıq. Dönüşü yox idi.

II

–Kirvəm, – dedi Memo. Bu Cano var ha, bu Cano, inan çox igid-dir! Sən bu kəklikləri bilməzsən. Bax, kəklik var oxumağı da bacar-mır. Oxumayan kəklik işə yaramaz, bunu biləsən! Sonra bunlar baş-qa-başqa yerlərdə oxuyarlar. Onların dilini biləcəksən! Dilini bilmə-din kəklik ovlaya bilməzsən, qaçarlar səndən!

–Sən dillərini anlayırsanmı?

–Mən anlayıram.

–Bəs igidliklərini necə anlayırsan?

–Oxumaqlarından, dedi Memo. İndi kəklik canlı oxudumu o biri kəklikləri də başına toplayar. Cansız və mənasız oxuyan kəkliyi heç bir kəklik dinləməz. Cavab belə verməzlər. Hələ bunların bir də çilli-si var. Onlar çox qürurludurlar. Onları əsla canlı tuta bilməzsən. Tu-tulduqları an öz canlarına qıyarlar.

–Tutanda ölürlər?

–Bəli, dedi Memo. Tutulanda elə hövllənirlər ki, o dəqiqə ölür-lər.

Külrəngi çılpaq qayalara yapışaraq zirvəyə doğru dırmaşdıq. Yuxarı dırmaşdıqca sərinlik artırdı. Böyük bir qayanın altından bilək qalınlığında axan suyun yanına çatıb dayandıq. Memo sağ əlini alı-nına sipər edərək yuxarıya baxdı.

–Yuxarıda kəkliklər bizi gözləyirlər, – dedi.

–Qorxuyla yalçın qayalara baxdım. Heç bir şey görünmürdü.

–Hələ dırmaşırıqmı? – deyə soruşdum.

–Yox, kirvəm, – dedi Memo. – Bura gözəldir. Bizim getməyimi-zə ehtiyac yoxdur artıq. Cano onları bura gətirməyi bacarar.

Canonun qəfəsini yastı bir qayanın üzərinə yerləşdirdi. Sonra qəfəsin yaxınındakı qayanın önünü otlarla bağladı. Hazırlığını ta-mamladıqdan sonra məni yanına çağırdı.

–Kirvəm, bax, biz burada gizlənəcəyik, dedi. Sən heç bir şey et-mədən dayandığın yerdə gözləyəcəksən. Sadəcə izlə.

–Oldu, – dedim.

Dayandığım yerdən aşağıya baxdım. Vadidən axıb gedən nazik su boyunca qırmızı, ağ lalələr düzülmüşdü. Lalələrin aralarını gur otlar qucaqlamışdı. Aşağıdakı çayın sahilinə gəlişi gözəl düzülmüş çadırlar bir qara nöqtə kimi görünürdülər. Təbiət capcanlı, rənga-rəng idi, amma səssiz idi. Arada bir hürən bir it ya da sürülərin orta-sından qopub gələn bir quzu mələməsi dərin səssizliyin içində itib gedirdi.

Çox keçmədən qara qayalara sinmiş səssizlik Canonun canlı və meydan oxuyan səsi ilə pozuldu. Qayadan qayaya çırpılaraq əks-sə-da verən bu ahəngli səs, bir quş oxumasından çox, bir döyüş elanı kimi idi. Canonun bir-iki dəqiqəlik oxumasına qayaların yuxarı tərə-findən daha sərt və daha iti cavablar gəlincə Memoyla mən qısıldığı-mız qayanın arxasına gizləndik. Memo ayaqlarını bir yay kimi gər-miş, hər an önə atlayacaqmış kimi özünü hazırlamışdı. Ağzını qula-ğıma söykəyərək “Səsini çıxarma!” – deyə pıçıldadı. Mən gizləndiyi-miz qayanın arxasında həm görünməməyə çalışır, həm də yuxarıda sıldırımda kəklikləri görməyə çalışırdım. Cano oxuyur, çırpınır, yu-xarıdakı kəklikləri gətirmək üçün bütün ustalığını istifadə edirdi. Çox keçmədən iki kəklik tullanaraq Canonun yanına gəldilər. Hər hərəkətlərini görə bilirdim. Sanki çox hirsli, döyüşməyə hazır insan-lar kimi idilər. Səsləri sanki söyüşməyə çevrilmişdi. Kəkliklərdən iri olanı bir sıçrayışla Canonun qəfəsinin üzərinə qondu. Qəfəsin üs-tündə həm oxuyur, həm də Canonu dinləməyə çalışırdı. O biri kək-lik də qəfəsin üzərinə atlayınca, yanımda həyəcanla gözləyən Memo bir tülkü çevikliyi ilə atlayıb kəkliklərin ikisini də tutdu. Birini qıçla-rının arasında sıxışdırdı. Digərini havaya qaldıraraq başını sürətlə bədənindən ayırdı. Eyni şəkildə ikinci kəkliyin başını da qopardıq-dan sonra tüklərini yoldu. Bütün bunların hamısı beş dəqiqə çəkdi.

Mən qayanın üzərinə oturub, Memonun hərəkətlərini izləyir-dim. O quru və sərt adam sevgi dolu türküylə Canonu əzizləyirdi. Sanki bütün eşqi, sevinci, həyatı Cano idi. Onunla danışarkən üzü-nün qovrulmuş dərisi canlanır, gözləri bir atəş parçası kimi çuxurla-rından çıxacaqmışcasına böyüyürdülər.

–Nəğmənə qurban Cano! – deyirdi Memo. Sənin igidliyini mən bilirdim. İndi necə cəsur kəklik olduğunu kirvəm də gördü. Elə de-yilmi, kirvə?

–Elədir, – dedim.

Memo ətrafdan yığdığı ot köklərini, ağac parçalarını düz bir qa-yanın üzərinə yığaraq böyük bir ocaq qaladı. Sonra kəkliklərin içlə-rini təmizləyərək yudu və gətirdiyi şişlərə keçirdi. Memo kəklikləri qızardarkən mən dağlara baxıb düşünürdüm. Ağrı Dağının zirvəsi-ni qucaqlamış milyonlarla illik qar işıltısı məni məndən alıb uzaq di-yarlara aparırdı. Bir qaçaq olsam da, qorxularım məni yeyib bitirsə də dərin və ümid dolu xəyallara dalmaqdan özümü saxlaya bilmir-dim. Güllə ilk görüşlərimiz, uşaqca küsüşmələrimiz və ilk öpüş, ilk ayrılıq ağrısı, ilk məktub…

Arada bir qaçıb qucağına sığındığımız bu yalançı və rəngli xə-yallarımız da olmasaydı içimizdəki vulkanlara necə dözə bilərdik? Hər gün başqa şəkildə üstümüzə hücum çəkən bəlaların əlindən ne-cə qaçıb xilas ola bilərdik?

Bir an kənddəki sevgilim Güllə bağlı gözəl xəyallardan yayınıb atamı düşündüm. O gün bir qartal kimi qanadlarını üzərimə gərmiş, məni bütün təhlükələrin ortasından sıyıraraq sağ-salamat bura çat-dırmışdı. Tərdən islaqlanmış və dayanmadan çapdığından burun dəlikləri geniş açılan atlarımızı şose yolundan çıxararaq coşğuyla axan çaya sürdüyümüzdə atam dərin bir nəfəs almışdı:

–Can, bax bu irəlidəki dərə Qurusudur, artıq xilas oldun, – de-mişdi.

Qurusuya çatanda günəş batmışdı. Ağacların kölgəsi uzanmış, dağların yamaclarındakı otların rəngi qaralmağa başlamışdı. Gün boyu heç istirahət etmədən yol gəlmişdik. Kənddən çıxalı bir-biri-mizlə bir kəlmə də danışmamışdıq. O kədərlənəndə və ya çarəsizli-yə qapılanda atının qarınına vurub sürətlə önə keçir, mən öz-özümə üsyan etdiyimdə intiqamımı atdan alır və mən sürətlənib önə keçir-dim. Yolboyu mənasız və amansız bir yarışa çıxmışdıq.


Страницы книги >> 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации