Текст книги "Son cənnət"
Автор книги: Orhan Aras
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]
III
Memo tez-tez bəhanə uydurur, kəndə gedirdi. Kəndə endiyi vaxtlarda onun çadırında yatır, sürüsünə göz-qulaq olurdum. Me-monun yenə qoyunlarını mənə tapşırıb getdiyi bir gün Dilo gəldi.
–Memo yenə yoxdur, – deyə soruşdu.
–Yoxdur, – dedim.
Güldü. Sanki Memonun olmadığına sevinirdi. Xüsusilə son vaxtlar yaylağa Memonun olmadığı zamanlarda gəlirdi. Onun gəli-şindən mən də xoşlanmağa başlamışdım. Getdikcə gözümdə sevim-liləşir, uşaq baxışları, uşaqca gülüşləri ilə ürəyimə bir yaz günəşi ki-mi istilik yayırdı. Onda Güldən işarələr görürdüm. Bəzən yanım-daykən, bütün olanları, içimdəki kədəri, hüznü unudur və sanki Güllə bərabərəm duyğusuna qapılırdım.
Özü ilə gətirdiyi quzu qovurmasından birlikdə yedik və söhbə-tə başladıq. O məndən dənizi, gəmini, qatarı, fabriki, şəhəri, şəhərin insanelarını soruşdu.
–Dəniz çox böyükdür, – deyə soruşurdu.
–Çox böyükdür, deyirdim.
Gözlərini bərəldib dinləyirdi. Ona dənizin maviliyini, dalğala-rın sağa-sola çırpınmasını, suların ucsuz-bucaqsızlığını, ağ qağayıla-rı və onların qışqırıqlarını izah etməyə çalışdım. Dənizin üstündə, tanımadığımız ölkələrə gedən böyük gəmilərdən danışdım. Gəmilə-rin kapitanlarından, ağ, tərtəmiz formalarından başlayaraq, gündə-lik çörəyini qazanmaq üçün qollarına taxdıqları kiçik səbətlərdə daşıdıqları bıçaqları, qələmləri, saqqızları, alışqanları satmaq üçün səhərin erkən saatında yola çıxan və müştərilərin diqqətini çəkə bil-mək üçün müxtəlif hərəkətlər edərək çır-çır çığıran şərqli uşaqlara və onların üzlərindəki hüznlərə qədər hər şeyi izah etdim. Məni diq-qətlə dinlədikdən sonra yenidən soruşdu:
–Bəs qatar? Həqiqətən, dəmirin üzərində sürüşərək gedir?
Bu dəfə ona qatarı izah etməyə çalışdım. Ağzımdan qatar səsi kimi səslər çıxararaq qatarın gedişini, fit çalmasını, stansiyaların iz-dihamlarını, bir-birilərindən ayrılan insanların həsrətlə başlarını pəncərədən uzatmaqlarını bacardığım kimi danışdım. “Puf puf…” deyə səslər çıxarıb fit çalarkən o mənim komik halıma yerə yıxılana-can güldü.
Çiçəklərin arasında yan-yana diyirlənməyimiz əsnasında üzü-mü yandıran nəfəsi məni dəli etməyə bəs etmişdi. Bir anlıq özümü saxlaya bilmədim və qollarından yapışıb qucağıma aldım, dodaqla-rından öpdüm. Ani hərəkətimdən çaşdı. Əllərimdən xilas olaraq qaçmaq istədi. Qollarını buraxmadım. Yavaşca özümə çəkdim və donun üst qismindəki iki düyməni dartıb açdım, boyunu və boyu-nun altını öpdüm. Bədəni lavanda çiçəyi qoxuyurdu. Mənim öpüş-lərimi və oxşayışlarıma etiraz etmədən sakitləşdi, təslim oldu. Lakin mən çay kimi coşub-daşan arzularımdan utandım və bir anda peş-manlıq, günahkarlıq duyğularıyla onu buraxdım və onun yanında üzüqoyulu yerə uzandım. Yenidən Gülü xatırlamışdım. Gülə verdi-yim sözləri, onun kiçik və təmiz ürəyinə verdiyim ümidləri düşün-düm. Mən necə adamam?
Üzümü otlara sıxdım. Bir arı vızıldayaraq başımın üstündən uçub getdi. Lap aşağılarda bir quzu yazıq-yazıq mələdi. İçim sızım-sızım sızladı.
Saçlarımda Dilonun əli gəzişincə ona doğru döndüm. Kiçik döş-ləri həyəcanla enib-qalxırdı. Üzü qıpqırmızı olmuşdu. Üzüm ona doğru dönər-dönməz utandı və kiçik qara gözlərini yumdu, amma bir əli hələ saçlarımda idi. Mən də əlimi saçlarına apardım. Örtüyü boyuna düşmüş, qapqara saçları üzünə yayılmışdı, düzəltdim.
Bu günahsız qızla oynamağa mənim haqqım var idimi? Bu dağ çiçəyinə, bu əllərinə əl, dodaqlarına dodaq dəyməmiş qıza nələr et-mək istəyirdim mən? Bu kiçik dünyasında gözlədiyi ağ atlı şahzadə-ni öldürməyi, onu aldatmağı necə düşünə bilərdim mən? Necə bir insan olmuşdum mən? İndi də könül qatili olmağamı qərar vermiş-dim. Ya inanclarım, ideallarım? Ürəyimi, beynimi dolduran bütün bu sözlər, şüarlar, tezislər, nəzəriyyələr hamısı yalan və boş idimi? Mərhəmətsizcə əlimə silah almış və bir insanı vurmuşdum. Ürəyimi peşmanlıq duyğuları ağrıtsa da vurmuşdum! Qorxaqcasına qaçmış bu insanlara sığınmışdım. Yaxşı, indi? İndi utanmadan bunları da aldadacaqdım? Nəticədə yeri-yurdu, çarəsi, imkanları olmayan bir qaçaq deyildimmi? Eyni zamanda buraların adamı olmadığımı da bilirdim. Mən ömürboyu çoban olaraq dağlarda, yaylalarda Dilo ilə birlikdə qoyun, quzu güdə bilməzdim ki… Gec-tez ya tutulacaqdım, ya da bir jandarma gülləsiylə vurularaq qaya dibində ölüb gedəcək-dim. Günahsız və ürəyi sevgi dolu Dilonu özümlə birlikdə yandır-mağın mənası nə idi? Dərhal özümə gəldim. Ani dəyişməmdən heç bir şey anlamayan Dilo da toparlanaraq, şalını təkrar başına atdı, do-nun açılmış düymələrini bağladı.
Dilo savadsız dağlar qızı, kiçik göyərçin olsa da könlü dolu bi-riydi. Dinləməyə, öyrənməyə aşiq idi. Bir çox əfsanələr, xalq hekayə-ləri bilirdi. Birdən ona oxumaq-yazmaq öyrətmək istədiyimi söylə-dim. Üzünü çevirdi:
–Yox, istəmirəm, – dedi.
Çaşdım. Nazlandığını düşündüm.
– Yaxşı, mənə dön, üzümə bax, – dedim.
–Baxmayacağam, – deyə qışqırdı.
–Axı nə üçün?
–Elə!
–Yaxşı, məndən küs, amma sənə hərfləri öyrədim, oxumağı öy-rən!
–Öyrənməyəcəyəm!
–Səbəb?
–Öyrənib nə edəcəyəm?
–Kitab, qəzet, məktub oxuyacaqsan. Yeni məlumatlar öyrənər-sən.
–Yeni məlumatlar nə işimə yarayacaq ki?
–Nə işə yarayacaq nə deməkdir? Tutaq ki, şəhərə getdin və yo-lunu azdın, nə edəcəksən?
–Təkbaşına niyə şəhərə gedim ki?
–Tutalım ki getdin?
Çevrilib üzümə baxdı, sonra şeytanlığına salaraq gözlərini qıyıb güldü.
–Getsəm, səninlə gedərəm.
–Tutaq ki, mən yoxam! Memo da yoxdur. Təksən və işin çıxdı, getdin. Yollar çoxdur və qarışıqdır. Qayıtmaq istəyəndə yolunu az-dın və yol işarələrini də oxuya bilmirsən, nə edəcəksən?
–Soruşaram.
–Yolda heç kim yoxdur!
–Millətə nə olub ki?
–Uff, sən adamı dəli edərsən! Əşşi, oxumağının nə zərəri var ki? Oxuma öyrənib əlinə bir kitab alarsan, başqa insanlar nə düşünürlər, nə yeyirlər, nə içirlər öyrənərsən!
–Mənə nə başqa insanlardan? Mən onların yeməklərindən yeyə-cəm?
Şalını çəkdim, saçları təkrar üzünə dağıldı.
–Ay dəli! Ye deyən kimdir? Bax, dənizi soruşdun, qatarı soruş-dun, şəhəri soruşdun ha… Oxumağı bilsəydin kitabdan oxuyardın.
–Niyə oxuyum ki, sən izah elədin də.
Sürüşüb düşmüş şalını yenidən dartdı. Ceyran kimi hoppana-raq oturduğu yerdən qalxdı və yanımdan uzaqlaşdı. Onu tutmaq üçün mən də oturduğum yerdən qalxdım. Hoppana-hoppana bir ağacın arxasına qaçdı. Bir az qovaladıqdan sonra tutdum. Arxadan belini qucaqladım. Əllərimi dişlədi, buraxdım, yenidən qaçdı. Uzaq-da bir təpəciyin üzərinə çıxaraq dilini çıxardı.
–Sən bilsən yetər, mən öyrənməyəcəyəm.
–Şeytan, sən istəməsən də, məcbur öyrədəcəyəm.
–Öyrədə bilməzsən!
–Görərsən!
–Görərik! Barışaq, sənə bir hekayə danışım.
–Yaxşı, gəl danış.
–Amma toxunmaq olmaz.
–Oldu.
–Özün bil, toxunsan dişləyəcəyəm.
–Ay aman, qorxduq! Yaxşı, dişləyərs
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?