Электронная библиотека » Orhan Aras » » онлайн чтение - страница 2

Текст книги "Son cənnət"


  • Текст добавлен: 16 ноября 2022, 07:20


Автор книги: Orhan Aras


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Atam bəlkə də itib gedən ümidlərinin ağrısı və mənim gələcə-yimlə əlaqədar düşüncələrinin ağrısı içində davamlı olaraq siqareti-ni tüstülədərkən, mən də qorxu və peşmanlığın içində nəfəsimi içi-mə sıxmış, gözlərimi dar, çınqıllı yollara dikmişdim.

Kənddən çıxarkən, üç ay əvvəl Güllə son dəfə görüşdüyümüz evlərinin arxasındakı uçuq divara baxmışdım. Bir an divarın kölgə-sində onun xəyalını görmüşdüm sanki. Onun süzgün yanaqlarını, uzun saçlarını, quru və hüznlü gözlərini baxışlarımla oxşamışdım. Gözyaşlarımı onun kiçik ovuclarına axıdaraq, qışqıra-qışqıra ağlaya bilmək, onun isti nəfəsiylə donmağa üz tutmuş ruhumu istilədə bil-mək üçün ölməyə razıydım.

Sonra Yusifgilin evlərinin həyətinə baxmışdım. Uçmağa hazırla-şan kərpicdən ev, kiçik, maraqlı eyvan və tüstülənən təndir Anası Shene xala mütləq oyaq idi və təndirin başında oturub xəmir yoğu-rurdu. Necə də canlı və səmimi qadın idi! Hər gün o təndiri yandı-rar, kənddə başqa qadınların bilmədiyi börəklər, kökələr bişirər və hər yoldan keçəni yeməsi üçün dəvət edərdi. Bir gün Yusiflə gedib, təndirin başında isti çörəyi kərə yağına doğramış, ağız dadıyla ye-mişdik. Qabın dibində qalan qırıntıları Sehne xala ovuclayıb bağça-da qovaq ağacına qonmuş quşlara doğru sovurmuşdu. “Qurdun, quşun, böcəyin, qarışqanın da haqqı var çörəyimizdə” demişdi. Nə dürüst, haqq bilən qadın idin sən!

Ah Sehne xala, ah! Nə ürəyi geniş qadın idin sən! İndi sənə kim təsəlli verəcək, kim ovudacaq? Adil əmi? O sərt döyənəkli əlləriylə gözyaşlarını necə siləcəkdi? O kəkələyən diliylə sənin yaranı necə sağaldacaqdı? Bəlkə də bütün sərvəti olan üç-beş qoyunu götürüb evdən çıxıb gedəcək və Araz Çayı boyunca Yusifi axtaracaqdı… Tək oğulun yasını qoyunlarla, quzularla, günəşin qovurduğu sarı otlarla paylaşacaqdı… Yaxşı o böyük qardaşsız qalmış bacılar… Bəl-kə də indi yuxudaydılar, röyalarında Yusifi qanlı halıyla görür və iç-lərini çəkirdilər. Ya da onun, kostyumlu, qalstuklu bir məmur olaraq qürurla kəndə girişinin xəyalı canlanırdı yuxularında.

Kənddən çıxana qədər Yusifgilin kərpic evlərinin divarlarından gözümü ayıra bilməmişdim. Bu ev, bu bağça, bu təndir və bu kənd artıq mənə haram idi. Yenidən gəlsəm də qusuntu kimi məni qusa-caq, çölə atacaqdı.

Dağda əvvəl kəndə getdik. Kənddə yaşlılardan başqa kimsə yox idi. Qoyununu, itini, çadırını götürüb yaylağa getmişdi hamı. Ata-mın böyük dayısı kənddə idi. Evinə getdik, əlini öpdük. Səksən yaş-larındakı Məcid dayı, bizi yaxşı qarşıladı. Nənəmi xatırladı və ona qovuşmuş kimi bizləri əzizlədi, oxşadı, ağladı. Sonra atama gileylən-di:

–Köpəyoğlu, bizə bənzəmədin, atana bənzədin, – dedi. Onun ki-mi soyuq və vəfasız oldun! İllərdir bizi nə axtardın, nə də soruşdun! Ananın ölməyindən belə üç ay sonra xəbərimiz oldu. Ölümün əbədi ayrılıq olduğunu bilmirdinmi? Həsrətlə ölən insanın həmişə qucağı-nın açıq qalacağını söyləmədilərmi sənə? Dayı nə deməkdir? Dayıda ana qoxusu olduğunu bilməzsənmi?

Dayı qışqıra-qışqıra danışdıqca gözlərindən yaş axıdır və tez-tez atamı qucaqlayır, doymadan qoxlayırdı. Atam günahkarlıq duyğu-suyla gözlərini yerdəki qırmızı və sarı güllərlə bəzənmiş Əcəm xal-çasına dikdi və hörmətlə, peşmanlıqla dayısının sözlərini dinlədi. Dayı, atam danlamaqdan yorulduqdan sonra sevgiylə mənə baxdı:

–Bu nəvəmiz, maşallah böyük adam olub, adı nədir?

Atam hüznlə üzümə baxıb cavab verdi.

–Adı Candır.

Dayı iki-üç dəfə adımı təkrar etdi. Yanaqlarımı oxşadı, saçla-rımdan öpdü. Nənəmin qırmızı saçlarına bənzəyən saqqalı üzümə dəydikcə haldan hala düşdüm. Sevinc və hüzn içində tərəddüd et-dim, dayandım. Atam xəcalətli rəftarını buraxaraq hüznlə, yorğun-luqla yoğurulmuş şirin və qürurlu bir ədayla gülümsədi:

–Əllərindən öpər, dedi.

Dayı şəfqətlə əlini başımda gəzdirdi. Ağ qalın qaşlarının altında çuxura düşmüş ala gözləri sevgi dolu idi. Qısa səssizlikdə gözləri yenidən hüznlə doldu. Bəlkə də o an nənəmi düşünürdü.

Nənəmin adı Mərcan idi. Heç dəniz görməmiş sevimli nənəmə bir dəniz məhsulunun adı qoyulmuşdu. Upuzun, qırmızı saçları vardı. Axşamlar yatağa girər-girməz yatağın ortasında oturar, ağ tülbəndini başından açar, saçlarını önünə tökərək qalın kəndir kimi hörərdi. Hər düyünü atdıqca bir əliylə də hörülməmiş saçlarını ox-şayar kimi tumarlayardı. Sonra qalın başlığı döşlərinin arasına diq-qətlə yerləşdirər yatağına uzanar, badam gözlərini tavandakı qamış-lara dikərdi. Nə düşündüyünü soruşanda cavab verməz, amma do-daqlarından müəyyən naməlum, heç eşitmədiyim bir türkünün söz-ləri axıb gedərdi. Çox vaxt qısa, amma yanğılı bir türkü olardı bu. Türkünün yanğılı olmasını onun ala gözlərinin yaşlı olmasından an-lardım. Yanına uzanar, başımı sinəsinə qoyardım. Döşlərinin arasına düşmüş hörgülü saçlarından, sabun qoxusu gələrdi. Və mən o qo-xunu çox sevərdim. Bu davranışım onun da xoşuna gələrdi. Asta-as-ta saçlarımı oxşayardı. Ağzını qulağıma söykəyər, dərin-dərin nəfəs alardı. O an təmiz uşaq beynim və duyğularımla babamı düşündü-yünü anlardım. Hər iç çəkəndə onun, yəni babamın ruhunun bir quş kimi gəlib ürəyinin bir küncünə qonduğunu hiss edərdim. Bəzən ev-də tək qalanda kədərlə bir küncə çəkilər, əllərini dizlərində birləşdi-rər, pəncərədən içəriyə dolan işığa baxıb yırğalana-yırğalana, məni öz dərdinə ortaq sayarmış kimi:

–Oğul, yaşamaq çox çətindir, – deyərdi.

–Yaşamaq nədir nənə? – deyə soruşardım maraqla. Getmək ki-mi bir şey… Yox, yox, ot biçmək, ata minmək, qoyun sağmaq kimi-dir, – deyərdi. Amma bunlar çətin deyil ki, nənə, – deyib gülərdim.

İzah edə bilməməyin çətinliyi gözlərində toplanardı. Badam gözlərini gözlərimdən qaçırardı.

–Gözlə, səhər açılanda sənə göstərərəm, – deyərdi.

Eləcə qolboyun yatardıq. Sonra səhər oyanar oyanmaz nə isə yeyib tarlaya gedərdik. Əli əlimdə bir gənc qız kimi yellənə-yellənə gedərdi. Yeni biçilmiş otların arasından keçərdik. Hər yer nanə və jasmin qoxusu verərdi. O, arada bir dayanar, gözlərini yumaraq bü-tün qoxuları içinə çəkərdi.

–Sən də bir iylə, bax, yaşamaq budur, – deyərdi.

Dayanıb qoxlayardım. Heç bir şey anlamazdım və zəhlətökən-liyə başlayardım.

–Hanı nənə, haradadır yaşamaq?

Gümüş üfüqləri, incə uzun qovaqları, yaşıl söyüdləri, unlu yar-paqlarıyla yaşıl qabıqlı iydələri, analarının qarınlarına başlarıyla vu-ran quzuları göstərərdi.

–Yaşamaq budur, bax – deyə qışqırardı. Səsi dəryaz çəkən kənd-lilərin səs-küyü arasında itər gedərdi. Mən də ona baxıb gülərdim.

–Heç də çətin deyil yaşamaq, deyərdim öz-özümə. Ah, həyatın nə qədər çətin olduğunu daha yeni-yeni anlamağa başlamışdım.

Böyüdükcə nənəmlə daha konkret mövzular haqqında danışar-dıq. Ondan, babamın onu necə qaçırdığını soruşardım. Hər dəfə qa-çırıldığını zövqlə danışardı. Danışarkən sanki o günlərə dönər, at üzərində otururmuşcasına çiyinlərini düzəldib, donqar kürəyini dimdik tutmağa çalışardı.

–Babanız, qorxmaz adam idi, deyə danışardı. Heç biriniz ona bənzəməmisiniz! Ata minməyi, at üzərində dayanması, atı mahmız-lamağı başqa aləm idi. Bu mövzuda kimsə onunla yarışa bilməzdi! Bizim tərəflərə gələndə mən Qurusuda paltar yuyurdum. Evlənmək üçün qız axtarırmış. Bir neçə dəfə bir-birimizi görmüşdük. O gün məni tək-tənha Qurusunun sahilində görəndə atını üstümə sürdü. Üstümə elə gəldi ki, qaçmağa fürsət belə tapa bilmədim. Bir qartal kimi məni tutdu və qucağında möhkəm sıxaraq atını şimşək kimi sürdü. Ağladım, çırpındım, söydüm, amma fayda etmədi. Sonunda təhdid etdim: “Mənim beş qardaşım var”, – dedim. “Bilirsən, bura-dakı insanlar namus məsələsində həssasdırlar, hara qaçsan da tapar-lar səni! Əhəmiyyətsiz hesab etdi, güldü, keçdi. Məni kəndə gətirdi. Sonra bir molla çağırıb nikahımızı kəsdirdi. Bir neçə gün içində onun yad kənddən qız qaçırdığı xəbəri hər yerə yayıldı və qardaşla-rımla qohumlarım bir gecə yarısı kəndə hücum etdilər. Yağış kimi yağan güllələrin səsləri, ürkən atların kişnəmələrinə qarışırdı. Mən qorxumdan yatağa girib üstümüi möhkəm-möhkəm örtmüşdüm. İki tərəfdən də ölən olmasın deyə dalbadal dua edirdim. Qarşıdurma uzandıqca, güllə səsləri artdıqca narahatlığım artırdı. Bir an hər şeyi gözə aldım və çölə atıldım. Başımdakı ağ başörtüyü açdım və dö-yüşənlərin aralarına atdım. Güllələr bir müddət susunca, səssizlik-dən faydalanan bir neçə ağsaqqal araya girib və iki tərəfi barışmağa razı saldı.

Barışıqdan sonra qardaşlarım, əmioğlanlarım mənim əvəzimə günlərlə burdan evlərinə saman, ot, buğda daşıdılar. Bir il boyu on-lara işlədik. Sonra get-gəl oldu, dostlaşdıq və aradakı buzlar əridi getdi.

Atamla Məcid dayı söhbət edərkən mən nənəmin danışdıqlarını xatırlayır, daşdan hörülmüş və tavanından qırıq qamışlar sallanan otağının ən qaranlıq küncünə çəkilərək, dar pəncərəsindən tünd qa-ranlığa gözlərimi dikərək atamı düşünürdüm. Məktəbdən qaçıb gəl-diyimdə necə də sarsılmışdı! O an artıq bütün ümidlərinin bitdiyini analmışdım! Özünün, kiçik də olsa bir məmur, ya da baş məmur atası olma xoşbəxtliyini dada bilməyəcəyini anladığını, kiçik gözləri-nə çökən kədərdən oxumuşdum.

Titrək neft lampasının birtəhər işıqlandırdığı dağların yamacın-dakı daş evin içində, gözyaşlarını içinə axıdan igid atamla Məcid da-yı gecəyarısına qədər söhbət etdilər. Bəzən baxışların mənə döndü-yünü, dərin nəfəslərin alınıb verildiyi, başların kədərlə yelləndiyi söhbətlərin məzmununa fikir vermədən, çəkildiyim küncdə öz özü-mü sorğulamaqla vaxt keçirdim.

Bir gün sonra atam məni Məcid dayıya əmanət etdi və kənddən ayrıldı. Gedərkən uzun-uzun sarıldı, öpdü, dəfələrlə, “Özünə diqqət yetir”, – deyə tapşırdı.

Atına minib dağların arxasında itənə qədər onu izlədim. Atının qarınına tez-tez toxunuşundan və arxasına heç baxmadığından, ata-mın ağladığını anlamışdım. Ağlamaq üçün evin arxasına qaçdım. O an bütün ideallarımın coşqunluğu içimdən silinib getmiş, döyüşüm və kapitalist nizamın yıxılması üçün sıxdığım güllə bütün şiddətiylə dönüb öz böyrümə girmişdi. Evdə boyunubükük qoyduğum iki qo-canın dözülməz gözyaşları, peşmanlığımı və özümə olan əsəbimi son həddə çıxarmışdı. Özümə də, həyata da, ideologiyalara da nifrət edirdim artıq!

Yusifin günahsız və əzik baxışları gözlərimin qarşısından get-mirdi. Onun o mehribanlığı və uşaq məsumluğu vicdanımın alınına silinməz bir damğa kimi vurulmuşdu. Kənd küçələrində çiling-ço-maq oynamağımız və yoxsulluğu ən dözülməz nöqtəsinə qədər pay-laşdığımız günlər, yaddaşımın dərinliklərindən bir-bir çıxaraq bü-tün düşüncələrimi alt-üst edirdi. Yusif, günəşdə yanmış üzü, qəmzə-li yanaqları, canlı, incə dodaqları, işıltılı qara gözləriylə, cırıq pencə-yi, yuyunmaqdan rəngini itirmiş köynəyi və kəmərsiz, paçaları yer-də sürünən şalvarıyla, məktəbdəki ilk günlərimizdə “kəndlim” deyə çağıran içdən gələn səsiylə həmişə məni izləyir, xəyallarımda belə məndən əl çəkmirdi.

İlk günlər kəndin boş küçələrində dolaşar, tərk edilmiş evlərin saman, ot, qoyun peyini dolu həyətlərindən içəriyə baxardım. Bir dost, bir yoldaş axtarmaq üçün, evlərə girmək, otaqlardan otaqlara keçmək, səssiz künclərə doğru, “Mən buradayam!” deyə qışqırmaq arzusu ilə dolaşardım. Kəndin səssizliyindən və yaşlıların boyat söhbətlərindən sıxıldığım anlarda özümü dəli kimi dağlara vurar-dım. Yorulana qədər qayadan qayaya atlar, çəmənlərdə göz görə bil-dikcə yayılmış, sarı, ağ, qırmızı, bənövşəyi tarla çiçəklərin içində sa-ğa-sola diyirlənər, beynimdəki zəhəri çölə axıtmağa çalışardım. Bəzi günlər kəndə axşam qaranlığında dönərdim. Məcid dayı hər geci-kəndə maraqlanar, soruşardı:

– Bacıoğlu, haralara gedirsən belə?

Susar, cavab verməzdim. O isə cavab almaq üçün israr edər, mənim onlara bir əmanət olduğumu vurğulayar, başımın yenidən bəlaya girməməsi üçün təcrübələrini dilə gətirər, öyüd nəsihət ve-rərdi. Mən onu səssizcə dinləməklə kifayətlənərdim. O, şahidi oldu-ğu Ağrı üsyanından danışar, günlərlə soyuq və kimsəsiz mağaralar-da silahına sarılaraq qorxudan və soyuqdan necə tir-tir titrəyərək ölümü gözlədiyini, eyni günləri yenidən yaşayırmışcasına izah edər-di.

– Oğul, qaçmağın sonu yoxdur, deyirdi.

Çəliyilə Böyük Ağrını, Kiçik Ağrını göstərərdi.

– Bu gördüyün dağlarda nə qədər igidlər can verdilər. Qaçanın qovanı çox olar, deyərdi.

Onun nə demək istədiyini anlayırdım. Mənim sonumun nə ola-cağını öz-özümə soruşmağımı gözləyirdi. O gözləntilərin içində qorxunun da böyük bir yerə sahib olduğunu bilirdim. Amma çox vaxt ona cavab verəcək gücü özümdə tapa bilmirdim. Danışdıqlarını anlamazlıqdan gəlməyi seçirdim. Çünki özüm də sonumun nə ola-cağını düşünmək istəmirdim. Onun yanından qaçaraq uzaqlaşıb yaylaqlara gedir, çobanlarla qoyunlar, quzular, keçilər, itlər haqqın-da söhbət edirdim. Südün çobanlar tərəfindən necə sağıldığına, ya-ğın, pendirin necə hazırlandığına baxırdım.

Çobanlarla atlara minib yarışardıq. Sonra onlardan öyrəndiyim “Dirədöymə” oyununu oynayardım. Çəkilmiş dairənin içində saga-sola kəmər yelləyən çobana məndən başqa heç biri asanca yaxınlaşa bilməzdi. Çünki mən kəmərin bədənimdə şaqqıldamağını haqq edil-miş bir cəza olaraq görər, bədənimdən içimə doğru yayılan ağrını önəmli hesab etməzdim. Çobanlar bu halıma çox çaşardılar.

– Bu oğlan ağrıdan zövq alır, deyərdilər.

Vəhşi və heybətli dağların ortasında təkliyim və qorxularım art-dıqca artırdı. Heç bir şey məni sakitləşdirmirdi. Onlarla gözəlliyin və dincliyin içində ürək ağrılarımın və peşmanlıqlarımın iztirabıyla yanırdım.

Ölkədə baş verən hadisələr, gün keçdikcə artan təzyiq hekayə-ləri, ən ucqar kəndlərə qədər yayılmış ideoloji savaşlar, ictimai dəli-lik halını almış qarşılıqlı qətllər, hər gün fərqli gündəm tutmağa çalı-şan boşboğaz siyasətçilər artıq məni heç maraqlandırmırdı. İçimdəki yanğını dolanıb dayandığım dərələrə, təpələrə daşımaqla məşğul-dum və hər gün yeni bir peşmanlıqla geriyə dönməyi, yatağımı dü-şüncə tikanlarıyla doldurmağı vərdiş halına gətirmişdim. Hər gün yanlarına getdiyim çobanlar içində yalnız biri, Memo və onun söh-bətləri, davranışları xoşuma gəlirdi. Memo bəzən susqunluğuyla, bəzən də o cəld və şirin ləhcəsiylə mənə yoldaşlıq edirdi. Onun qo-yunları, quzuları, atı, kəkliyi, iti mənə də yoldaş olmuşdular.

Onun işləri səbəbiylə kəndə getdiyi vaxtlarda, kürəyimə onun yapıncısını atar, əlimə onun dəyənəyini götürər, belimə onun tütəyi-ni taxardım. İt, quyruğunu yelləyərək arxamdan qaçarkən, qoyun və quzular da məni Memo sanaraq qorxusuzca otlamağa davam edər-dilər. Ruhumun daraldığı, xəyallarımın tükəndiyi, səbrimin daşdığı, gözyaşlarımın bulaq kimi gözlərimdən fışqırdığı anlar Memonun ağ atına minər, dəli kimi sağa-sola sürər, qışqıra-qışqıra çapardım. Heç bir səs, heç bir gözəllik daşan duyğularımı sakitləşdirə bilməz, heç bir şey, yay kimi gərilən beynimi rahatlaşdıra bilməzdi. Aman Alla-hım, hər şey bir neçə güllə ilə necə dağılmış və paramparça olmuş-du! Ağrıdakı qar qədər ağ ümidlər itmiş, hər şey yerini dərin qaran-lığa və pessimizmə buraxmışdı. Qara və ümidsiz düşüncələrimlə baş-başaykən Memonun səsiylə özümə gəldim. Əlində qalın bir dür-məklə yanımda dayanıb məni çağırırdı.

–Kirvəm, bu kəkliyiin dadına bax, görək bəyənəcəksənmi?

Əlindəki dürüməyi götürüb dişlədim. Çörəklə birlikdə dişləri-min arasında parçalanan isti ət ağlımı başıma gətirdi.

–Memo, əlinə sağlıq, ət çox ləzzətliymiş!

Memo həm öz dürməyini yeyir, həm də yanında dayanan qəfəs-dəki Canonu oxşayırdı.

–Hələ səninlə nə ovlar edəcək, nə ətlər yeyəcəyik, deyirdi.

Mənəmi, yoxsa Canoya müraciət etdiyini bilmirdim. Yeməyimi-zi yedikdən sonra buz kimi bulaq suyundan içdik. Memo suyu saçı-na, başına çırpıb mənə eşitdirirdi:

–Kirvəm, bu su var ha, sirli sudur!

–Necə sirli?

–Nə qədər yemək yesən ye, bu sudan içdiyin zaman çox keçmə-dən yenidən acarsan, həm də mışıl-mışıl yatarsan.

Güldüm.

–Yuxu da görə bilərsənmi?

–Vallah görərsən! Həm də nə yuxu… Bir əlin yağda, bir əlin bal-da! Ye, babo, ye! Yanında huri kimi qızlar öp, babo, öp!

–Memo, – dedim, – bu huri kimi qızları həmişə yuxundamı gö-rürsən? Heç gerçək bir hurin yoxdumu?“

Memo ovucladığı suyu tüklü sinəsinə çırpıb dərindən içini çə-kərək, dikəldi.

–Qurban, vardır, amma qardaşları çox zalımdırlar.

–Öz kəndinizdəndir?

Əliylə qarşıkı dağı göstərdi.

–Bax, bu dağın arxasındakı kənddədir!

–Bəs gözəldirmi?

–Gözəl də sözdürmü kirvəm? Mələkdi, mələk! Bir xalça toxu-mağı var ki, çiçəklərini görsən oturub hönkür-hönkür ağlayarsan. Sanki bütün ürəyini, dərdini xalçanın çiçəklərinə toxuyur.

–Qardaşları nə deyirlər?

Memo bir neçə dəfə ah çəkdikdən sonra bulağın yanındakı çə-mənliyə çökdü. Cibindən çıxardığı qutudan iki kiçik həb çıxarıb ağ-zına atdı.

–Qardaşları bacılarını düşünmür kirvəm, deyə mızıldandı. On-ları yalnız pul düşündürür. Qız xalça toxuyur axı, belə bir sərvəti buraxarlarmı heç?

–Sən yenə də elçi göndərsəydin…

–Göndərdim.

–Nəticə?

–Başlıq pulu əvəzinə əlli qoyun istədilər. Məndə əlli qoyun nə gəzir?

Yanına gedib yumşaq otların üstündə oturdum. Əlimi çiyininə qoyaraq ona daha da yaxınlaşdım.

–Bax, Memo, sizin tərəflərdə qaçırmaq adəti vardır. Nə üçün qı-zı qaçırmırsan?

Başını aşağı əydi.

–Bu elə də asan deyil, kirvəm!

–Nə üçün?

–Birincisi, Dilo var, – dedi. Mən onların bacılarını qaçırsam, on-lar da mənim bacımı qaçırarlar. Dilo yetimdir, nazlıdır, uşaqdır. Dil-onu elə qurdlara yem etməyə könlüm razı deyil. İkincisi, mənim ar-xam yoxdur. Yəni kimsəm yoxdur. Məni heç kəs qorumaz, arxa dur-maz. Hara gedirəmsə, gedim, məni dərhal taparlar.

Bir anlıq Dilonu düşündüm. Bir neçə gün əvvəl Memoya yemək gətirmişdi. Memo kəndə enmişdi və sürülərinə mən baxırdım. Mə-nim darıxdığımdan at üzərində sürünün ətrafında dəli kimi dolan-mağımı uzun müddət narahatlıqla izləmişdi. Mənim yorularaq otla-rın üzərinə uzandığım vaxt yanıma gəlib Memonu soruşmuşdu. “Yoxdur” deyən kimi böyük çantanı götürərək getmək istəmişdi. Onun Memonun haqqında danışdığı bacısı Dilo olduğunu anlamış-dım. “Memo bir azdan gələr, getmə, gözlə” demişdim. Uzaqda kək-lik ürkəkliyiylə oturmuş, gözləmişdi. İncə, zərif, cana yaxın, sevimli bir qız idi. Gözucu utancaq-utancaq mənə baxır və gülümsəyirdi. Qırmızı rənglərin hakim olduğu uzun bir entari geymişdi. Başına da ağ bir yaylıq bağlamışdı. Yanına yaxınlaşanda qorxmuş, amma ye-rindən tərpənməmişdi. Verdiyim suallara qısa cavablar vermişdi. İn-cə qaşlarının altındakı gözləri Memonun gözləri kimi kiçik, amma cazibədardı, gecənin qaranlığını deşən parlaq bir fənər işığı kimi parlayırdılar. Zərif, simpatik bir üzü vardı. Bədəni ağ, yanaqları al-qırmızıydı. Boğazının altından adətdir deyə bağladığı çarşaf və çar-şafdan çölə daşmış uzun qara saçları onu olduqca yetkin göstərirdi. Danışarkən baxışlarını məndən qaçırırdı. Türkcəsi Memonunkun-dan daha pis, amma şirin idi. “Memo yoxdur?” deyə sual verməsi o qədər xoş idi ki, gülməmək üçün özümü zorla saxlamışdım. Gülüm-səyərək, “Yoxdur, yoxdur” demişdim. O, lağ etdiyimi anlamış, nara-zı baxışlarla məni şirin-şirin süzmüşdü.

Bir neçə dəfə gedib-gələndən sonra məni yaxından tanımış, ya-nımda daha rahat hərəkət etməyə başlamışdı. Mən danışarkən ür-kək ceyran kimi yanımda oturar, heç səsini nəfəsini çıxarmadan mə-ni dinləyərdi. Lakin nəfəs alıb-verməsindən həyəcanlı olduğunu an-layardım. Mən nə isə danışarkən fərq etdirmədən çənəmin altını kəsdirərdi. Bədənimin bir yerinə toxuna bilmək üçün özünə əl qatar-dı. Qolumun ona dəyməsi üçün həmişə yaxın oturar, mən qəsdən qolumu çəkdikcə o daha da yaxınlaşardı.

Memonun baxışları dağların zirvəsində idi. Bəlkə də sevgilisini düşünürdü.

–Bəs, bunun heç çarəsi yoxdurmu?” deyə soruşdum.

–Boş ver, – deyə qışqırdı. – Cano bizə bəs edər.

Qutudan bir həb də çıxararaq ağzına atdı.

–Memo, o ağzına atdığın nədir?

–Maraş otudur!

Qutusunu çıxararaq mənə də uzatdı.

–İstəyirsən, yoxla.

Gümüş qutunu açdım və tünd rəngli həbi ağzıma atmaq istə-dim. Memo müdaxilə etdi.

–Dodağınla dişinin arasına qoymalısan!

Elə etdim. Dodaq damarlarımı yalayan bir acılıq bütün ağzımı və damağımı bürüdü. İkrahla üzü-gözümü əydim.

– Memo, bu çox acıdır, içində nə var?

–Tütündür!

–Amma tütünə heç bənzəmir…

Ləzzətlə güldü.

–Kirvəm, tütün dediksə, sadəcə tütün deyil ki…

–Yoxsa marixuana var içində?

–Xeyr, xeyr! – dedi. Bunun içindəkilər tütün, palıd külü və su-dur. Başqa bir şey yoxdur. Mən bunu Maraşlı bir çobandan öyrən-dim. Tütünü yaxşıca ovub sonra palıd odununun ağ külündən üstü-nə səpib sonra yüngülcə sulayırsan. Yaxşıca yoğurduqdan sonra ba-laca-balaca yumrulayırsan.

–Özəlliyi nədir?

Şirin-şirin güldü.

–Birazdan görərsən!

Çox keçmədən başım fırlanmağa başladı. Bulağın yanında diz çökdüm və ovucladığım suyla üzümü yudum. Sonra, Memodan bir az uzaqlaşaraq yerə uzandım. Əllərimi başımın altında qoyub bu-ludsuz, aydın səmanı seyr etməyə başladım. Memo ləzzətlə fit çalır-dı. Mənim başım fırlanırdı. Qırmızı lalələr, lalə cücərtilərinin arala-rında parıldayan ağ və sarı tarla çiçəkləriylə birlikdə yerə yapışmış qatır dırnaqları küləyin təsirindən uçuşurdular. Kiçik bulağın şırıltı-sı bir göy gurultusu kimi qulaq pərdələrimi deşirdi. Gücsüz bar-maqlarımla qulaqlarımı tıxayırdım. Sonra nəmli otların üzərində di-yirlənərək aşağılara sürüşdüm. Yuxarıdan hələ Memonun səsi gəlir-di. İndi də türkü oxuyurdu.

Aman yarım, canım yarım

İgidim, aslanım yarım…

Bu kövrək türkünü əvvəl də eşitmişdim. Hətta onunla bağlı əh-valatı da bilirdim. Türkü, bir ailə faciəsi yaşayan qadının ərindən ay-rılmağını, ölümə nifrini, təkliyin, yorğunluğun, kasıblığın ağrısını izah edirdi. Sanki hər sözü mənə deyilirmiş kimi ağrıyla yerimdə qıvrılırdım. Hər tərəfim titrəyirdi. Özümü daşlara, torpağa çırpmaq istəyirdim. Fırlandıqca, fırlanırdım. Torpağa pərçimlənmiş qapqara daşların iti ucları bədənimə batırdı. Ağlayırdım. Anamı, Yusifi, ölü-mü, Gülü düşündükcə ağlayırdım.

Gözyaşlarım otların yanaqlarını yalayır, torpağa qarışırdı. Mən dərin-dərin tövşüyərək yüksək səslə zarıyarkən sarı qanadlı arılar uçuşurdu. Bənövşəyi bir çiçəyin başına qonan ağ qanadlı bir kəpə-nəyə çatmağa çalışırdım. Sürünərək yaxınlaşırdım. Kəpənək uçub gedirdi. Kəpənəyin dümağ qanadının ortasında qara, qapqara bir nöqtə vardı. Baxışlarımı tam o nöqtəyə zilləyirdim. Bütün varlığım o nöqtədə cəmləşirdi. Əslində mən də qara bir nöqtəydim. Amma qa-nadda deyil, yerdə idim. Sürünürdüm. Kəpənəyə çatanda hər şey bitəcək, “mən də uçacağam” deyə düşünürdüm. Amma bütün səy-lərim nəticəsiz qalırdı. Düşüncələrim kəpənəyin arxasınca düşmüş-dü. Amma mən yerdə idim. Sanki uçan və sürünən iki varlığa bö-lünmüşdüm. Bir tərəfim uçur, bir tərəfim sürünürdü. Köynəyimin düymələrini dartıb açdım. Sinəmi, gözyaşlarımın islatdığı torpağa sürtdüm. Torpaq mənə yanan ocaq kimi gəlirdi. İstilik sinəmdən ürəyimə axırdı. Dərinlərdən anamın yanğılı səsini eşidirdim:

–“Oğul, ölüm ağrıdır”,deyirdi. “Oğul, torpaq sərindir”, deyirdi. “Oğul, ölümün atəşini ancaq torpaq söndürür”, deyirdi. “Oğul, heç bir ölüm bir son, heç bir son qaranlıq deyil”, – deyirdi.

O səsə doğru getmək istəyirdim. Ayaqlarıma sarmaşıqlar dolan-dığını düşünürdüm. Qollarıma, çiyinlərimə yapışmış əllər məni ge-riyə dartır, yerdə diyirləndirirdi. Anamın səsi uzaqlaşırdı. Uçuru-mun dibində uğuldayan “Oğuuul!” qışqırığına cavab olaraq içim-dən, “Məndəki ölümlər heç bitmir, anam!” deyə qışqırırdım. Bütün dərdlərin içində bir səs yaxınlaşır və ürəyimin atışını azaldırdı. Bu yanımda dayanan Memonun səsi idi.

–Qalx kirvəm, qalx qurban, qalx!

Qalxa bilmirdim, sürünürdüm. Gözlərimin qarşısında Dursu-nun qanlı xəyalı canlanırdı. Dursun yerdə idi. Qolu, qıçı parampar-çaydı. Qəhvəyi gözləri suyun içində boğulmuşdu. “Dursun, Dur-sun!” deyə qışqırdım. Dağlara, daşlara, dərələrə, sulara çarpan səs-im məni havalandıraraq məktəbimə geri apardı. Sanki məktəbimizin yeməkxanasına qədər uzanıb gedən geniş meydançada döyüş yeni-dən başlayır, qışqırıqlar, söyüşlər, şüarlar, güllə səsləri göylərə yük-səlir və sağçıların toplandığı böyük sərv ağacının altında Yusifin ye-rinə mən vurulurdum. Sinəmdən axan qanları Yusif ovuclayır və sol

çu tələbələrin üstünə səpirdi. Ətrafa saçılan qanla birlikdə mə-nim qışqırığım məktəbin yüksək daş divarlarına çıpılır, yabanı nar ağaclarının, böyürtkənlərin, ilğınların, qamışların, çəmənlərin ara-sında dağılır, Çoruhun dəli tərəfindən axan sularına qarışıb gedirdi. Təkrar sürünməyə başladım. Təngnəfəs olmuşdum. Dağların arxa-sından insan qaraltıları meydana gəlir, qara lülələr uzanır, qıçlarımı, belimi, başımı nişan alırdılar. Buşlatım çirk-pas içində idi. Jaketim barıt iy verirdi. Barmaqlarım silahımın lüləsində donmuşdu. Yanım-da Çingiz inildəyirdi. Trotskii Sermet özündən getmişdi. Dursun məni çağırırdı. Məni və anasını… Sürünürdüm. Dursunun parçalan-mış qıçını tuturdum. Sonra qorxuyla qolunu, sonra üzünü yoxlayır-dım. Əllərim qana batırdı. Mədəm bulanır, başım fırlanırdı. Bir qa-raltı sürətlə mənə doğru irəliləyirdi. Bu kim idi, nə üçün mənə doğ-ru qaçırdı? Gözqapaqlarım donmuşdu. Oynatmaq üçün məcbur edirdim özümü. Kirpiklərim bir-bir qırılırdılar. Dursunun ağzından qan sızırdı. İncə, qıpqırmızı, isti qan… Qaraltı yaxınlaşdıqca yaxınla-şırdı. Sallanan bığlarında iki dinamit asılmışdı. Dinamitin ucları fitil-lənmişdi. Fitillərdən barıt tüstüsü, barıt qoxusu fışqırırdı. Sürünür-düm. Dursun inildəyirdi. Məni və anasını çağırırdı. Çingiz ağlayırdı. Trotski Sermet səssiz idi.

İsti və sərt əllər əllərimi qavrayınca diksindim. Memo əllərimi əllərinin içinə alıb ovurdu.

–Qurban, sən ilan deyilsən ki, belə sürünürsən, – deyirdi.

Düzdü, mən ilan deyildim, amma biri sanki mənə sürün deyir-di. Ruhum yox idi yanımda və ruhsuz bir sümük yığını kimi sürü-nürdüm. Ruhum bir az əvvəl röyamda gördüyüm ağ kəpənəklə bir-likdə uçub getmişdi. Bədənim yorulmuş, taqətdən düşmüşdü, qalxa bilmirdim. Qısa həyat, güllələr, ölüm, dostluq sızıltısı məni tərk et-mirdi. Memo məni uzandığım yerdən qaldırmağa çalışırdı, mən mü-qavimət göstərirdim. Lakin çox taqətsiz idim, müqavimət göstərmə-yə gücüm yox idi. Qollarım, qıçlarım donub bərkiyib, yerə yapışmış-dı. Memo məni çətinliklə qaldırdı. Bütün gücümlə çiyinlərinə söy-kəndim.

–Kirvəm, “ot” sənə pis təsir etdi! İndi mən səni yaxşılaşdıraram.

Məni çəkib bulağın aşağısındakı sərt və iti qayaların yanına apardı. Böyük və qara qayanın dibində dar və dərin bir yarıq vardı. İçindən uğultular gəlirdi. Sanki aşağıda fırtına qopurdu. Memo ya-rıqdan aşağıya baxdı.

–Bax kirvəm, – dedi, – bura buzluqdur.

Aşağı baxdım. Hələ başım fırlanırdı. Yarıq dar və qaranlıq idi. Üstündəki iti qayanın ucuna bir ip bağlanmışdı. Memo ipi tutub yu-xarı çəkdi. İpin ucuna bağlı köhnə bir yağ qabını çölə çıxardı.

–Kirvəm, fikir eləmə, indi yaxşılaşdıracağam səni! “Ot” başına vurub. Alışmayanlar üçün normaldır bu! Sən kədərlənmə!

Qabdan böyük buz parçası çıxardı və daşa vuraraq parçaladı. Buzun dağılan kiçik parçalarını ağzıma doldurdu. Əvvəl dişlərim qamaşdı. Sonra ağzımı keyidən soyuğa alışdım və buz parçalarını, fındıq kimi tikə-tikə yedim. Buzlar boğazımdan aşağı endikcə mə-dəmdə başlayan bir sərinlik beynimə doğru yayıldı, rahatladım. Gözlərim Memonu daha yaxşı görməyə başladı. Gözlərimin önün-dəki bulanıqlıq, alınımdakı temperatur yavaş-yavaş azalmağa başla-dı. Memo gülümsəyirdi. Zəfərindən əmin bir komandir kimi qar-şımda oturaraq bir əlini çiyinimə qoydu:

–İndi necəsən? – deyə soruşdu.

Memonun qarşısında düşdüyüm haldan utanaraq gülümsəmə-yə çalışdım.

–Yaxşıyam, yaxşıyam, – dedim.

Memo qılınc kimi incə və əsmər üzünü örtən qalın və qara qaş-larının altındakı qurğuşun kimi kiçik gözlərini üzümə yaxınlaşdırdı.

–Kirvə, əminəm ki, dərdin var.

Gözlərimi gözlərindən qaçırdım. Baxışlarımı həsrət dolu üzlərə baxarcasına uzaqlara dikdim.

–Qurban, dərdini gizlətmə məndən! Digər çobanlar sənin adam vurduğunu deyirlər, amma mən inanmıram. Sən mənim bu halıma baxıb məni cahil sanma! Mən dərddən də anlayıram.

Elə isti və səmimi rəftarla qarşımda oturub gözlərimə baxırdı ki, ona yalan danışmaq və o tərtəmiz duyğularını ləkələmək içimdən gəlmirdi. Amma doğrunu necə söyləyə biləcəyim mövzusunda da heç bir hazırlığım yox idi. Hətta Memodan başqa biri bunu soruş-muş olsaydı, heç bir şey izah edə bilməyəcəyimi bilirdim. Ayrıca, güllələdiyim Yusifi, sevdiyim Gülü, ümidlərinə əzab qatdığım ana–mı və atamı, sistemin çarxında pərən-pərən düşmüş, düşmən düşər-gələrə bölünmüş mənim yaşımdakı gəncləri və onların yalnız şüar-larını öyrənə bildikləri ideologiyaları başdan sona qədər Memoya izah etsəm anlayardımı, görəsən? Anlasa belə nə faydası vardı bü-tün bunların? Bu ölkənin qarışıqlığına, müşkülə dönmüş, alt-üst ol-muş problemlərinə çarə tapardımı? Məni düşdüyüm peşmanlıq çu-xurundan qurtarardımı? Mənə haqq verərək bir ölümün günahkarlı-ğını yaddaşımdan silərdimi? Yusifi və bir anlıq hirslərinin qurbanı olmuş minlərlə Yusifi geri gətirərdimi? Heç inanmıram!

–Memo mən ölümü haqq etmiş bir adamam, – dedim. – Ruhu çirklənmiş adam. Anlayırsanmı? Yalnız sonumu gözləyirəm, vəssa-lam.

–Aman kirvəm, elə şeylər düşünmə, – dedi. – Sən hələ gəncsən. Eyni zamanda yanında mən varam. Mən sənin yanında olduqca qorxma, sənə heç bir şey olmaz.

Onun sərt və isti əli çiyinlərimə dəydikcə içimi güvən dalğası doldururdu. Onu çox güclü və bu dağların hakimi olaraq görür-düm. Hətta zaman-zaman, onun yanında bir ömür boyu belə qala biləcəyimi düşünürdüm. Onun qoyunları, itləri, bacısı Dilo ilə birlik-də bu dağların tərtəmiz havasını tənəffüs edər, onların yanında ol-duqca, yaralanmış ruhumu da sağalda bilərdim. Başımdakı düşün-cələrin verdiyi rahatlıqla Memoya sataşdım:

–Memo, sən mənim dərdlərimi boş ver, – dedim. Gəl sənin bu sevdiyin qızı qaçıraq.

Memo həyəcanla yerində tərpəndi.

–Aman Babo, sən nə danışırsan? Bir az əvvəl nə üçün qaçıra bil-məyəcəyimi izah etdim axı sənə…

–Qulaq as, – dedim. – Hər şeyin bir yolu var. İnsan həyatda ən çox arzuladığı şey nədirsə, onu etməlidir. Yoxsa yaşamağının heç bir mənası qalmaz. Qızı, həqiqətən, sevirsənsə və qardaşları da vermir-lərsə, heç nədən qorxma, qaçır qızı!

Memo yanıma çökdü və düşüncələrə daldı. Baxışları yalçın qa-yalıqlarda idi. İndi başından min bir düşüncənin keçdiyini adım ki-mi bilirdim. Müdaxilə etmədim. Susaraq gözlədim. Əvvəl özü dü-şünməli və qəti bir qərara gəlməli idi. Bir müddət sonra düşünməyi buraxıb üzümə baxdı.

–Yaxşı, qızı qaçırdıq deyək, sonra hara gedək, harada gizlənək?

–Onu mən həll edərəm. Yetər ki, sən qərar ver…

Onları kəndimizə göndərəcəkdim. Memonun onsuz da yeri-yurdu yox idi. Qoyunları satar, bir az qazanc əldə edər, onunla da bizim kənddə tarla satın alardı. İşlədikdən sonra ya bura, ya da bi-zim kənd, nə fərqi vardı? Qarmaqarışıq düşüncələr içində tərəddüd edən Memoya planımı izah etdim.

Dinlədi və səsini çıxarmadı.

–Qoy hələ düşünüm, – dedi. – Yaxşı-yaxşı düşünüm.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации