Электронная библиотека » Otar Çiladze » » онлайн чтение - страница 7

Текст книги "Mart xoruzu"


  • Текст добавлен: 29 ноября 2022, 15:02


Автор книги: Otar Çiladze


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 7 (всего у книги 22 страниц) [доступный отрывок для чтения: 7 страниц]

Шрифт:
- 100% +

Öldürülmış şəxs birdən brezenti yenidən üstündən tullayır və ayağa qalxır (bu dəfə brezenti döşəmədə saxlayır – tanış olmayan qadına ona bürünmüş halda görünməyə utanır).Lamara isə onun görünməsi ilə öz saxta bayılmasını də, hətta hamiləliyini də unudur və ucadan çığırır – qış yuxusundan dərhal ayılmış, qorxmuş yarasaların künclərdən qopub, alatoran zirzəmidə başıpozuq şəkildə uçuşacağı dərəcədə ucadan, qulaqbatırıcı şəkildə qışqırır. Bütün bina birdən yarasalarla dolur (kim bilir, bəlkə, onlar bura, Nikogilin evinə də ordan uçub gəlmişlər). Zərif şəkildə, həyəcanla ciyildəyirlər. Nə olub? Nə baş verib? Bu hansı varlıqdır? Belə səs kimdə ola bilər? Belə soyuqda yatmayan kimdir? Zəif, həyəcanlanmış halda ciyildəyirlər, məskunlaşdıqları yerləri – nə əvvəlki, nə də eyni dərəcədə rahat yeni yerlərini heç cür tapa bilmirlər. Əcəb də oldu! Niyə, öz siçan təbiətlərilə, çimçəşirdilər? İndi mümkün qədər dərinə soxularaq, öz isti yuvalarında, rahatlıqda, dinclikdə, özləri dişlərə keçməyincə, onları tapa bilməmələrindən ötrü təhlükədən, bədbəxtçilikdən mümkün qədər uzaqda oturardılar. Bununla belə, harda – torpağın üstündə, yoxsa içində – daha yaxşı olduğunu kim bilir? Eh, istər torpağın üstündə, istər içində, hamısı birdir. Torpaq insana, insan torpağa çevrilir. Torpaqdan yaranmısan və torpağa qayıdacaqsan. Torpaq özününkünü istəyir – amma, hər halda, onun üstündə olduğun müddətdə… Yaxşısı torpağın üstündə olmaqdır. Elə bil, torpağı sevirik, ancaq, hər halda, daha çox torpaqdan qorxuruq.”Qorxu sevgi doğurur” – yəqin, bu barədə danışılıb. Qorxunu saxta biganəlik altında gizlədirik.Lakin, hər halda, axırı yaxşı olacaq – beləliklə, torpaqdan gedərkən izsiz-soraqsız yox olmurlar.Lakin əvvəlcə burda nə isə olmalısan – onda torpaq səni qəbul edər. Burda, torpağın üstündə nə isə etməlisən, yaxud, heç olmasa, nə isə törətməlisən.Şeirə nifrət edən müəllimənin acığına quldurluğa qaçmaq, o da cəmisi iki günlüyə, azdır, bu, hesabdan deyil.

“Qorxma, – öldürülmüş şəxs Lamaraya belə deyir, – gördüklərinin hamısı, həqiqətdə, burda deyil, qorxaq bir oğlanın təxəyyülündə baş verir” Amma Lamara ərindən daha möhkəm yapışır. Hələ də qorxur, amma artıq, qadın marağı ilə, öldürüləni nəzərdən keçirir. Əgər pis insan Danimarkada da pis qalırsa, adi qadın da qorxaq oğlanın təsəvvüründə elə adi qadın kimi qalır. ”Ölü gözləmədi, qalxdı – öldürülmüş şəxs özü-özünə gülür. -Bilirsiz uşaqlıqda hansı nağılı daha çox sevirdim? – deyə birdən Lamaradan soruşur; sanki indi leytenantı tamamən görmür (babanın sözlərinə görə, qadın dənizi də yandıra bilər). – Uşağın ölümdən at oğurladığı nağılı. Xatırlamırsız? Sizə danışmayıblar? “Yəqin, danışıblar…” – deyə Lamara fikri dağınıq halda cavab verir.”Yaxşı, o necə bitir?” – öldürülmüş şəxs onu sınayır (adətən kitabxanaçı, donqar Keto, hər dəfə kitabı ona qaytaranda mütləq belə soruşur – orda hər şey necə bitir; çünki gözəl bilir: bütün kitabxana kitablarında sonuncu vərəqlər çatışmır).”Nə? Məhz nə qurtarır?” – leytenant söhbətə qarışır. Özünü öldürülmüş şəxsə xatırladır: yəni, budur, mən də burdayam. Öldürülmüş şəxs isə vaxtaşırı paltosunun yaxasını qaydaya salır. İndi o bütünlüklə diqqətlilik, həssaslıq, tərbiyəlilik mücəssəməsidir. Yalnız əvvəllər, keçmişdə kişilər qadınlarla bu cür danışırdılar. Lakin leytenantın özü də, hər şeydən əvvəl, kişidir və hamilə arvadına belə müraciət nə qədər xoş olsa da, onu yadla təkbaşına qoya bilməz. Bəli, yad yaddır, istər dirisi, istər

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации