Электронная библиотека » Pənahi Makulu » » онлайн чтение - страница 4

Текст книги "Xiyabani"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Pənahi Makulu


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

– Dəvələr yox, yükləri bizim idi. – Məhəmməd ca-vab verdi.

      Çayçı başı ilə onu təsdiqləyib, əlavə etdi:

– Düzdür, dəvələr Paşa bəyindir. Onlar bəyin yur-duna düşəcəklər, siz də atları birbaş ora sürün. – Paşa bəyin çadırlarına. Ora sizin üçün karvansaradan daha rahat olar. Süfrəsi açıq adamdır. Həm malınızın yanında qalar, (o, Mə-həmmədlə Əliyə işarə edərək) həm də bu cavan oğlanlar onun gözəl Dürdanəsini görüb bilərlər ki, Həqq-taala dün-yada necə canlar, necə mərifətli insanlar yaradıb!..

      İkinci, üçüncü stəkandan sonra müsafirlər qalxıb getməyə hazırlaşanda, Mir Hadı ağa çayçıdan soruşdu:

– Paşa bəyin obası harada düşüb?

– Zoraba kəndindən yarım ağac (dörd kilometr) ke-çib, sərçeşmə adlanan Ağçayın kənarı ilə sol tərəfə gedəndən sonra sıra ilə uzanan Ələnd dağlarının ətəyində, ağcaqayın-lıqda düşün. Çadırlar uzaqdan görünəcək.

      Çayçının izahından razı qalan Mir Hadı bir sual da verdi:

– Mən heç soruşmadım ki, Paşa bəy kürddürmü?

– Xeyr, bizlərdəndir. Deyirlər, nəsli İravan tərəfdən gəlmədir. Maku sərdarından yaylaq və qışlaq alıb, on ildən çoxdur ki, burada yaşayır. Bu tərəflərdə böyük hörməti var…

      Atlar yavaş-yavaş yoxuşu dırmanırdı. Əli ilə Məhəm-məd qabaqda yanaşı gedirdi.

      Məhəmməd soruşdu:

– Sən heç elatlara qonaq olub, çadırda yatmısan?

– Yox, sən necə?

– Mən heç çadır görməmişdim. Keçən il aşura günü Sərbazxanada gördüm, elə bil məscid günbəzi idi.

       Onlar çadırlara çatanda günün batmasına iki saatdan da çox qalırdı. Paşa bəy evdə yox idi: şikara getmişdi. Arvadı Bahar xanımla qızı Dürdanə açıqlığa çıxmaqla müsafirlərə xoşgəldin etdilər.

      Çoxlu dirəkləri olan qara çadırlar Məhəmmədlə Əliyə qəribə görünürdü. Uşaqlar daha çox onlara hücüm çəkmək istəyən itlərdən özlərini qoruyurdular. Çadırlara yaxınla-şanda bir kişi ilə iki qadın dəyənəklə itləri vurub qovdular.

       Paşa bəyin qırx yaşlı, ancaq otuz yaşında görünən ar-vadı Bahar xanımla, gözəlliyi və mərifəti ilə el içində ad çı-xarmış on beş-on altı yaşlı qızı Dürdanə qonaqları gülərüzlə qarşıladı. Ananın əynində abı, qızın əynində kənarlarına enli zəncirə tutulmuş məxmər küləcə vardı. Başlarına ipək kəla-ğayı bağlasalar da, üzləri açıqdı. Rus çitindən geydikləri pal-tarın çin-çin ətəyi az qala ayaqlarının üzünü örtmüşdü. El xatınları kimi, ikisi də enlidaban, hündür ayaqqabı geymişdi. Boyunlarında qızıla tutulmuş iki-üç cərgə şəvə və müxtəlif dövlətlərin qızıl sikkələri olan muncuq silsiləsi vardı.

      Çadırlardan çıxan kişilər atları tutdular. El qaydasın-ca qonaqlara xoşgəldin deyib, onları böyük çadırdakı qonaq-xanaya apardılar. Xanım ərinin şikara getdiyini, uzağı iki saatacan qayıdacağını xəbər verəndən sonra qonaqların ya-nından çıxdı.

      Təbrizdə yaşadığı müddətdə bir-iki dəfə gördüyü xa-rici qadınlardan başqa üzüaçıq, həm də utanmadan kişilərlə söhbət edən bu qadınlara Məhəmməd lap mat qalmışdı. Utandığından başını qaldırıb nə qıza, nə də anasına nəzər yetirə bilmirdi. Zira din və müsəlmançılıq qadınlara göz do-lusu baxmağı qadağan etmişdi. Lakin Məhəmməd fürsət düşdükcə, qeyri-ixtiyari olaraq göz qapaqlarını qaldırıb, is-tər-istəməz qıza baxırdı. Qızın da gülümsəyərək ona bax-ması Məhəmmədi daha çox utandırırdı.

      Qonaqxana deyilən yer meydan boyda çadırın dörd-də bir hissəsini tutmuşdu. Bəzəkli çığlar ilə ayrılan qonaq-xana istənilən vaxt yekəldilib-kiçildilə bilərdi.

      Ağ samovar hələ qaynamamışdı ki, qara şişək kəsildi. Məhəmməd Əliyə nəsə pıçıldadı.

      Mir Hadı ağa başa düşdü ki, uşaqlar bu qonaqpər-vərliyə məəttəl qalıblar.

– Bura Sufiyan karvansarası deyil, Paşa bəy adlı, qa-pısı açıq bir adamın evidir, – deyə məmnun halda yerini rahatladı.

      Qonaqlara təzədən çay vermək istəyirdilər ki, ev sa-hibi ilə iki nəfər gəldi. Onlar yekə bir dağ keçisi vurub ökü-zün üstünə bağlamışdılar. Əyin-başları tökülmüş elat uşaq-ları öküzü araya almışdılar. Dağ günəşi, küləyin və yağışın altında qaralan dəriləri polad kimi bərkimişdi. Çadırlardan kənar dörd yəhərli atın hörükləndiyini görən Paşa bəy evin-də qonaq olduğunu hələ çox uzaqdan bilmişdi.

      Paşa bəyə otuzdan çox yaş vermək olmazdı. Əslində yaşı qırx beşi keçmişdi. O, gülərüz, çevik və xoşqılıq bir adamdı. Bəy çadıra az qalmışdı ki, qızı ilə arvadı onu çox xoşlandığı sözlə qarşıladı:

– Ovun qanlı, ay bəy!..

– Sağ olun… Maşallah, qonaqlarımız deyəsən, ruzisi bol adamlardır, – deyə hələ üzlərini görmədiyi qonaqlara öz münasibətini bildirdi və elə şikar paltarında qonaqxanaya daxil oldu; qonaqlarla görüşüb, o da oturdu.

      Paşa bəyin ayağında şatırı çarıq, əynində nazik arxa-lıq vardı. O, qonaqlarla o qədər səmimi danışırdı ki, kənar-dan baxan onların ən yaxın tanış və ya qədimdən dost ol-duqlarını zənn edərdi.

      Bəy qonaqlarla söhbət eləyən vaxt Bahar xanımla qızı böyük sacı üç böyük daşın üstünə qoyub, elat arasında ən əziz xörək sayılan sacqovurması tədarükündə idilər.

      Bahar xanımın başıaşağı gəzməsini görən elat qızları qonaqxanaya işarə ilə Dürdanəyə pıçıldadılar:

– Elçiliyə gələnə oxşayırlar ha!..

– Çaşmayın!.. Adamın evinə qonaq gələr.

– Bilirik qonağı. –Bir qız söz atdı. Bahar ona acıq-landı:

– Qız elə bil dəlidir ha!

– Dəli niyə oluram, xanım? İndiyə kimi məgər az elçi gəlib sizə?

– Səfeh, elçiliyə gələn məgər yüklə gələr? Görmür-sən, hərəsinin tərkində bir yekə tənbəlit (xurcun) var?! Bun-lar hər kimdirsə, uzaq səfərə çıxana oxşayırlar.

      Bahar xanım nə üçünsə çadıra girəndə, külfət yenə Dürdanəyə pıçıldadı:

– Mən göz qoyurdum, o cavan oğlan səndən gözünü güclə çəkirdi. Yaman utancaq oğlana oxşayır.

– Nə yaman bicsən, ay qız! Gör nələrə göz qoyur ha!.. – deyə Dürdanə ona sataşdı. – Yəqin şəhərdəki oğlanla-rın hamısı elə belədir, utancaq.

– Yaxşı, nə demək istəyirsən?

– Onu demək istəyirəm ki, elçi olsalar, daha o birilər kimi qovmayasan.

– Ay qız, bəs eşitmədin, anam nə dedi?

– Nə dedi?

– Demədi ki, onlar uzağa gedən müsafirlərdir?

– Uzağa gedən müsafirlərdən məgər elçi olmaz?

– Ay qız, bəsdir, az danış, sən adamın lap abrını, həyasını aparırsan.

      Qızlar söhbət eləyəndə Məhəmmədlə Əli atların hö-rüyünü dəyişmək üçün qonaqxanadan çıxdılar. Bu vaxt Paşa bəyin səsi eşidildi:

– Ey, orada kim var? Qonaqları itdən qoruyun.

       Çadırın yanında odun doğrayan kişi onlara tərəf yü-yürdü:

– Buyurun? Bu tərəfə, – deyə onları Dürdanəgil söh-bət eləyən tərəfdən apardı. Bu dəfə Məhəmməd qızın lap ya-nından keçdi. İndiyə kimi eşitdiyi moizələr onun bu füsun-kar gözələ baxmasına mane ola bilmədi. İki gəncin baxışları toqquşdu. Qızla külfətin söhbəti bir anlığa kəsildi. Dürdanə bir papaqlı görən kimi özlərini itirən kənd qızlarına oxşa-mırdı. Bu dağlar gözəli Məhəmmədə çox əzəmətli göründü. O, sanki bu saat şöhrəti dillərdə gəzən, adları həmişə hör-mətlə çəkilən Zeynəbin15, Həcərin,16 Tahirənin17 qarşısından keçirdi.

      Qızla anasının özlərini bu cür sərbəst aparmaları Məhəmmədə hər şeydən çox təəccüblü görünürdü. Elə buna görə də atların hörüyünü dəyişib çayın kənarında oturanda Əliyə dedi:

– Heç müsəlmana oxşamırlar…

– Nə üçün?

– Görmürsən üzüaçıq gəzirlər.

– Hələ bu nədir ki!.. Deyirlər, onlar lazım gələndə tüfəng götürüb, kişilərlə çiyin-çiyinə vuruşurlar da. Yoxsa bizimkilər kimi… Deyir getmə gözümdən, gedərəm özüm-dən. Mənimki lap pis.

– Məgər sən evlisən, Əli?

– Evlisən də sözdür, hələ bir yaşında oğlum da var. – Ani sükutdan sonra əlavə etdi: – Babalını sal mənim boy-numa, evlənmə, əgər evlənsən də, beləsinə evlən, həm sənə arvad olsun, həm də qardaş…

       Yoldaşlar gözlərini Ağçaya zillədilər. Əli arvadı ilə oğlunun, Məhəmməd də burada görüb bəyəndiyi qızın xə-yalıyla fikrə getdi.

      Sükutu Məhəmməd pozdu:

– Allaha da xoş gəlməz ki, belə bir gözəli aparıb, o aləmdə qara torbaya salasan. “Bülbül bağda, maral dağda yaxşıdır” deyiblər.

      Məhəmmədlə Əli Ağçayda atları sulayandan sonra çadıra döndülər. Qız əlini böyrünə vurub, çadırın sol tərə-fində corab toxuyan qadınla danışırdı. Yenə qonaqları say-madı. Qonaqlar hələ keçib çadırda oturmamışdılar ki, xeyli aralıda, təpələrdən gələn haray səsini açıq-aydın eşitdilər. Paşa bəylə qızının silahlanıb, başqa çadırlardan çıxan silahlı adamlarla bərabər səs gələn tərəfə qaçmaları müsafirləri hey-rətləndirdi. Onlar bu sakitliyi pozan hay-küyün səbəbini bil-mirdilər.

      Mir Hadı ağa hələ də şam yeməyi hazırlamaqla məş-ğul olan ev sahibəsinə müraciətlə soruşdu:

– Nə olub, xanım?

      Qonağın sualına gülümsəyən qadın:

– Heç nə… Osmanlı kürdləridir. Qarabulaqlı Qale ağanın sürüsünü aparmaq istəyirlər… Narahat olmayın, in-dicə saldırarlar, – deyə adi bir iş haqqında danışırmış kimi izahat verdi.

      Dalbadal bir neçə güllə atıldı. Müsafirləri ən çox təəc-cübləndirən qızın da silah götürməsi idi.

      Məhəmməd pıçıltı ilə dedi:

– Beşimiz bir elatlı qızca yoxuq. Bizim də silahımız olsaydı, atmağı bacarsaydıq, qoşulardıq onlara.

      Hava təzəcə qaralmağa başlamışdı ki, havarçılar qayıdıb gəldilər.

– Qalenin sürüsünü saldırdınızmı? – deyə soruşan anaya:

– Bəli, saldırdıq. Oğrulardan birini də tutub Qaleyə verdik, – deyən qız qürurla irəli yeridi. –Yaman susuzam, ana, nəyin var?

       Həddindən çox tərli olmasına baxmayaraq, qız qul-luqçunun gətirdiyi bir kasa ayranı başına çəkdi…

– Qale ağaya deyərdin, ay Dürdanə, gəlib Fərəcin oğlunun yarasına baxaydı.

      Paşa bəy qızından qabaq dilləndi:

– Demişəm, çox mümkün ki, elə indi gəlsin.

      O, qonaqlara tərəf dönərək başa saldı ki, qonşunun uşağının ayağı yaradır, nə çarə edirlərsə, sağalmır, deyirlər ilancıqdır.18

– Paho, ilancıqdır?! – Mir Hadı ağa heyrətlə qışqırdı. – Vay, vay, vay!..

       Paşa bəy təmkinini pozmadı.

– Bəli, “sümük silli” müşkül xəstəlikdir, ancaq Qale ağa onu sağaltmağı boynuna götürüb.

– Bu həkimliyi o, harada oxuyub? – deyə Məhəm-məd soruşdu.

– Savadı yoxdur. Ata-babadan bu sənətin sahibidir-lər.

– Bəs dava-dərmanı haradan alır?

– Hamısını özü ot-ələfiyyatdan hazırlayır.

      Qale ağa alçaqboy bir kişi idi. Üzdən ona qırx-qırx beşdən artıq yaş vermək olmazdı. Özünün dediyinə görə, yetmiş iki yaşı var. Həkim böyük oğlunu da özü ilə gətir-mişdi. Onun əlli yaşı olardı. Atasının yerini tutmaq istəyirdi. Buna görə də Qale ağa hansı xəstənin yanına getsə idi, onu da özü ilə aparırdı. Onlar gələn kimi şam yeməyi gətirildi.

      Şamdan sonra Qale ağa xəstəni görməyə getməmiş-dən qabaq dedi:

– Biz gərək xəstə sümüyü kəsib çıxaraq, qalsa, qa-lanlarını da xəstələndirər, uşağı öldürər.

      Mir Hadı maraqlandı:

– Sümüyü kəsib götürsən, xəstə ömürlük şikəst ol-mazmı?

– Niyə olur?

      Məhəmməd soruşdu:

– Kəsdiyiniz sümüyün yeri bəs boş qalmır?

– Onun yerinə başqa sümük qoyuruq, oğlum.

– Nə sümüyü?

– Oğlanın atasına demişəm, gərək bir köpək tapsın. Oğlunun ayağından çıxarılan sümüyün yerinə köpəyin tə-zəcə çıxarılmış sümüyünü qoyacağam. – Qale ağa inamla ca-vab verdi.

– Allah qoysa, xəstə nə vaxtsa sağalar? – Paşa bəy sevincək oldu.

– Çox çəksə, ikicə həftə… Ondan sonra davara, na-xıra da gedə bilər.

      Məhəmməd Əlinin qulağına pıçıldadı:

– Sabahı burada qalsaydıq, görərdik. – Sonra Qale ağadan soruşdu: – heç indiyə kimi belə xəstə sağaldıbsınız-mı?

– Ən azı əllisini: – Qale ağa özündən razı halda ca-vab verdi.

      Çox çəkmədi ki, hamı çadırlara çəkildi. Qonaqlar da yatdılar. Səhər yenə yol gedəcəkdilər.

       Müsafirlər bir gün yol gedib Türkiyə ilə İran sərhəd-dinə, Qızıldizəyə yetişdilər. Kəndin girəcəyində Ağa Sadıq komisyonçu müsafirləri qarşıladı. Bu gödəkboy, arıq və ba-laca üz kişinin hər qulağının dalından qulaqcığa oxşar artıq ət çıxmışdı. Elə buna görə də ona tanışları Dördqulaq Sadıq deyirdilər. O, həddindən artıq zirək, işaşıran adam idi. Qı-zıldizədəki Türkiyə gömrükxanasında İran tacirlərinin vəkili hesab olunurdu.

      Evdən çıxandan bəri müsafirlər bircə burada –Ağa Sadığın mehmanxanaya oxşar evində nuşicanlıqla şam edib rahat yatmışdılar. Ağa Sadıq nə qədər hörmətcil, yeyib-içən olsa, bir o qədər də xam tacirləri soyan adam idi. Fövqəladə rüsum, gömrük, qurşun parası, anbar parası… Nə bilim yüz cür para! İranla Türkiyə gömrüyü naminə banderol, ədlbən-di, sarayçı, ənam və başqa adlar altında xərclər yazar, pen-dir-çörəyin hər tikəsini tacirlərə az qala bir tümənə satardı.

      Savadlı, alim görünsün deyə, mollalar həmişə ərəbcə qırıldadan kimi, Ağa Sadıq da osmanlı istilahı ilə danışardı.

      Birinci gün Ağa Sadıq qonaqların ancaq istirahəti ilə məşğul oldu. Ertəsi gün səhər yeməyindən sonra qonaqları götürüb, İran gömrükxanasına gəldi. Gömrükxana rəisi uca-boy, enlikürək bir adam idi. O, qara mahud papağını qulaq-larına kimi başına bassa da, keçəlliyi bilinirdi. Narıncı rəngə çalan boynu lak kimi parıldayırdı.

      Burada rəisdən başqa üç nəfər gömrükxanaya fərraşı, iki nəfər süvari da var idi. Onları başqalarından fərqləndirən papaqlarındakı gümüşü şir-xurşid nişanları idi.

      İki otaqda rəisin ailəsi yaşayır, birində isə özü yanına gələnləri qəbul edirdi. Digər otaqda iki kürd kilimi salın-mışdı ki, bu da dörd fərraş və iki süvarinin oturması üçün idi. Həyətin bir tərəfində tövləyə oxşar böyük bir anbar var idi.

      Ağa Sadıq müsafirləri qəbul otağında qarşıladı və Hacı Mir Hadı ağaya işarə ilə onları təqdim etməyə başladı:

– Əfəndim, Hacı Mir Hadı ağa Təbrizin ən məşhur tacirlərindən mərhum Hacı Seyid Hüseyn ağanın oğludur.

      Məhəmməd o dəqiqə dönüb Əliyə baxdı. Bu bax-maqla da o, Ağa Sadığın Mir Hadı ağanı “Hacı Mir Hadı” deyə tanıtdırmasından təəccübləndiyini bildirdi.

      Ağa Sadıq o birilərin də adının üstünə bir şöhrət əlavə edib, gömrükxana rəisinə təqdim elədi.

      Sonra beş pasportun qiymətini verib, hər adama özü demişkən, bir pasport alıb, gömrükxana işlərini qurtardı. Gömrükxana rəisi pasportları verəndə və aldığı gömrük haqqını dəftərə qeyd edəndə Məhəmməd yenə də Əlini dümsüklədi:

– Ora bax!

– Nə var ki?

– Görmürsən, soldan-sağa yazırdı?!

– Əli diqqətlə baxdı.

– Doğru deyirsən…

      Başı yazmağa məşğul olsa da, rəis uşaqların danışı-ğını eşidir, onların nəyə işarə etdiklərini görürdü. Elə buna görə də qələmi dayandıraraq dedi:

– Deyəsən soldan-sağa yazmağım sizə qəribə gəlir…

– Bəli, qurban, – deyə Məhəmməd cavab verdi.

– Oğlum, İranın gömrükxana gəliri özünün yox, baş-qa dövlətlərin girovundadır. Gömrükxananın böyük rəisləri belçikalılardır. Onlar fars dilini bilmirlər. Elə bunun xatirinə bütün gömrükxana işləri fransız dilində aparılır. İnşallah, siz böyüyəndə farsca yazarsınız.

– Azərbaycanlıların min nəfərindən biri farsca təmiz bilmir.

       Məhəmmədin bu sözü rəisi tutdu.

– Sənin buyurduğundan belə çıxır ki, biz gərək os-manlı dilində oxuyub-yazaq?

– Xeyr, cənab rəis!

– Bəs nə?

– Elə danışdığımız dildə yazsaq, işlərimiz də asan olar. Böyük müctəhidlər, vaizlər bizim dildə moizə etməsə, şəri məsələləri başa düşən bircə adam da tapa bilməzsən. Mərsiyəxanlar bizim dildə mərsiyə deməsə, Kərbəla hadisə-lərinə heç kim ağlamaz.

      Rəis eynəyinin üstündən Məhəmmədə diqqətlə baxsa da, bir söz demədi.

      İran və Türkiyə gömrükxanalarının işi qurtaran gü-nün sabahı dan yeri qızarmamış, əvvəlcə dəvələr, sonra da müsafirlər yola düşdülər. Onlar birinci gecəni Bayaziddə qa-lıb, ikinci gün Qara Kəlisaya yetişdilər. Sabah Həsənqalaya, o biri gün Ərzuruma çatacaqdılar.

      Məhəmmədlə Əli artıq yola adət etmişdilər. Daha birinci gün kimi əzgin və yorğun olmurdular. Buralarda da hər şey İrandakı kimi idi. Ancaq bunların yeməklərinin və adamlarının adları İrandakı kimi deyildi.

       Sökmənabad mahalından başlayaraq, yollar get-ge-də yüksəklərə qalxır, havalar sərinləyir, bəzən hətta müsafir-lər də səhərlər üşüyürdülər.


11


      Məhəmməd bu gecə anasını yuxuda görmüşdü. O, ağ çadraya bürünüb harayasa getmək istəyir, Məhəmmədi Fatı nənəyə tapşırırdı.

      Məhəmməd daha yata bilmədi. O, anasının bürün-düyü ağ çadranı kəfənə yozdu. Ağlamaqdan özünü zorla saxladı. Yoldaşları rahatca yatsalar da, o, yorğanın içində fik-rə getmişdi. Xəyalı onu çəkib uzaqlara, doğma Xamnəyə aparmışdı. Mollaxana, axund, onun balış boyda əmmaməsi, eynək üstündən göz ağartması, qəzəbli olanda saatlarla din-məməsi, Qasımağa, Novruz, habelə xanın acgöz oğlu gözləri qarşısında canlanırdı.

      Məhəmmədin qəlbində təkcə Xamnə qəsəbəsi xanına deyil, bütün xanlara, zorakılığa qarşı tükənməz nifrət hissi oyanmağa başlamışdı.

      Dəvəçilərin hay-küyü onu fikirdən ayırdı. Bir saat çəkmədi ki, hay-küy kəsildi. Zənglərin yeknəsəq və ahəng-dar səsi onu qoynuna alıb nənni kimi yırğaladı. Bir o qədər çəkmədi ki, Məhəmmədi təzədən yuxu apardı. Şirin-şirin ya-tırdı ki, Mir Hadı ağa öskürə-öskürə yuxudan oyandı. Kibrit yandırıb saatına baxdı:

– Paho, hələ yarım saat da gecikmişik, – deyib çırağı yandırdı.

      Hamı oyandı. Tövləyə qaçıb atları yemlədilər.

      Karvansaraçı çay qaynatmışdı. Müsafirlər adama bir stəkan çay içib, şor-çörək yeyib, atları bayıra çəkdilər. Onlar hələ karvansara həyətindən çıxmamışdılar ki, bir nəfər bərk-dən asqırdı. Mir Hadı ağa: “Allah xeyir eləsin. Bir az daya-nın, səbir keçsin”, deyə narazılıqla burnunda danışdı. Axşam eşib səliqə ilə tütün qutusuna yığdığı siqarlardan birini çı-xartdı. Mərmərə ağacından kəsib düzəltdiyi müştüyə taxıb çəkməyə başladı. Ağanın alışdırdığı papiros heç yarı olma-mışdı ki, həyətə bir şəxs daxil olub, ucadan karvansaraçıya dedi:

– Əfəndim, şu dəvə karvanını buraxmamalıydınız.

– Nə üçün, əziz əfəndi?

– Dün bizə bir müsafir gəldi. O söyləniyordu ki, İranda cəlali kürdlərindən bir qrup çapqın dün Həsənqalaya tərəf keçmişlər.

– Nə söylüyorsan, yahu?

– Elədir ki, var, əfəndim.

Bu sözləri eşidincə Mir Hadı ağa dedi:

– Səbir nahaq yerə gəlmirmiş… Ya Allah, özün kömək ol!.. Çaparaq gedib dəvələri qaytarmaq lazımdır, yoxsa böyük fəlakət ola bilər.

      Karvansaraçı ilə həmin xəbəri gətirən adam:

– Doğrudur, əfəndim, doğrudur, – deyə təsdiq et-dilər.

      Müsafirlər yola çıxdılar. Onlar atları sürə-sürə dua oxuyur, malların hifz edilməsini Allahdan arzulayırdılar. Mir Hadı ağa özünü hey danlayırdı. “Bir işə bax! Hər gün Ayətəl-kürsi oxuyurdum, bədbəxtlikdən bu gün oxumamı-şam”

      Gün nizə boyu qalxmışdı ki, onlar dəvələri gördülər. Hamısı: “Şükür sənə, ey böyük Allah!” – deyib sakitcə nəfəs aldılar.

       Karvanın axırıncı qatarı oyan-buyanı qayalıq olan dar dərəyə girməkdə idi. Dərənin dibindən axan çayın gu-rultusu dəvələrin zəngindən qopan səsləri boğurdu. Tərlə-miş atlar fınxırır, tövşüyürdü. Dərəyə yaxınlaşanda Mir Ha-dı ağa atın cilovunu yığdı:

– Qoyun heyvanlar bir az nəfəs alsın, – deyib Mə-həmmədlə Əlini səslədi. – Yenə də yoldaşın kiçiyi! Çapın sarbana deyin, qoy karvanı qaytarsın.

      Məhəmmədlə Əli dərənin sağ tərəfindəki fayton işlə-yə bilən (nisbətən geniş) yolda dəvələrə yetişdilər. Bağırsaq dərə deyilən bu yerin üçdə bir hissəsi hələ qabaqda idi. Yo-lun da ən qorxulusu elə bura idi. Karvan irəlilədikcə qorxu azalırdı. Buna baxmayaraq, sarban karvanın qaytarılmasına əmr verdi. Karvan təzəcə dönməyə başlamışdı ki, müsafirlə-rin başı üstündən dörd güllə vıyıldayıb keçdi. Mir Hadı ağa dərhal atın cilovunu çəkdi:

– Evimiz yıxıldı, dayanın! Deyəsən dəvələri çərdə aparacaqlar.

– Gədə, əl-ayaq edin! – Sarban ona məhəl qoymayıb atını geri döndərdi. Məhəmmədlə Əli də onun dalınca çapdılar. On-on beş qədəm getməmişdilər ki, hər daşın di-bindən bir silahlı kürd qalxıb:

“Durun! – dedi. Sarban vecinə almayıb, yoluna da-vam etmək istəyəndə dalbadal neçə güllə açıldı. Sarbanın atı büdrəyib yıxıldı. Güllələr uşaqların yaxınlığında yerə dəyib, toz qaldıranda Məhəmməd atını saxlayıb dedi:

– Dayan, qardaş, yoxsa bunlar bizi qırarlar.

      Çapqınçılar dəvələri dal tərəfə çəkdilər. Məhəm-mədlə Əlinin və sarbanın saymamazlığı soyğunçuların baş-çısına xoş gəlmədiyi üçün onları möhkəm döydürdü. Dəvə-lərin zəngini açıb, adamların gözlərini bağladılar. Karvan hə-rəkətə başladı. İki-üç saat yol gedəndən sonra dincəlmək üçün dayanıb, hamını bir yerə topladılar.

– Ay kirvə, vallah, mən öz razılığımla bütün malla-rımı sizə halal eləyirəm. Təki bu piyada getməkdən məni azad edin.

      Mir Hadının səsini eşidəndə Məhəmməd soruşdu:

– Sizi də tutublar, ağa? Biz elə bildik ki, siz dərəyə girmədiniz?

– Əəə, dilinizi kəsin, yoxsa işiniz pis olar! – Yolkə-sənlərdən biri onları hədələdi.

       Çapqınçılar tacirləri bir gün dolandırandan sonra bir çayın kənarına gətirib gözlərini açdılar.

       Sarban üzünü quldurların başçısına tutaraq dedi:

– Sən kürd ola-ola elatlıqda xəyanət edirsən. Paşa bəy də sənin kimi elatdır. Onun dəvələrini niyə aparırsan?

– Dəvələr Paşa bəyindir?

– Bəli, onundur… –Sarbandan qabaq Mir Hadı ağa dilləndi.

– Yaxşı, öyrənərik. Onun olsa, sizi buraxarıq. İndi isə hərəkət etmək lazımdır. – O kürd dilində nəsə deyib Mə-həmmədgilin hərəsinə bir dənə təndir çörəyi, bir də ağ məc-diyə (pul) verib, iki tərəfi göstərdi: – Bax, belə getsəniz, Hə-sənqalaya çatarsınız, beləsinə getsəniz, düz Ərzuruma çıxa-caqsınız. Xoş gəldiniz…

      Özləri dəvələri sudan keçirib, şərqə tərəf getdilər.

      Müsafirlər çayın kənarında bir qədər dayanıb, zınqı-rovları açılan, səssiz-sədasız gedən dəvələrin ardınca həs-rətlə baxdılar. Onlar ailələrinin həyat sərmayəsini arxaların-da aparan dəvələrdən gözlərini çəkə bilmirdilər. Dəvələr uzaqlaşdıqca, onların arzuları da uzaqlaşırdı. Tacirlər soyu-lub müflisləşdiklərini, elə bil ki, indi başa düşdülər. Sərma-yadarlıq aləmində yoxsulluq elə bir yanğıdır ki, adamı od-suz-ocaqsız yandırır. Əli ilə Məhəmməd bu dərdi hələ yaxşı dərk etmirdilər. Var-dövləti əlindən çıxmış tacirlər oğlu öl-müş analar kimi, ağlayırdılar.

      Məhəmməd durub çayın kənarına gəldi. Yuyunub sə-rinlədi. Sarbanla çapqınçıların söhbəti yadına düşdü. Neçə gün əvvəl Ağçayın qırağında Paşa bəyin gözəl qızı Dürdanə ilə oğrun baxışmaları gözünə dəydi. Qızın təbəssümü, nurlu çöhrəsi xəyalında canlandı. Dərindən köks ötürdü. Hələ də ağlayan yoldaşlarına müraciətlə:

– Ağlamaqdan bir şey çıxmaz! Ərzurum yolunu tutub gedək, görək başımıza nə gəlir.

      Mir Hadı ağa ona ağlaya-ağlaya cavab verdi:

– Beşdə alacağın yox, ay oğul, üçdə verəcəyin, iyirmi beş ildir ki, gecəni gündüzə qatıb, çalışıb, vuruşub, təzəcə əhli-əyalımı firavan dolandırmağa başlamışdım ki, əlim hər şeydən üzüldü. Bu yaşda indən belə nə edə bilərəm?

– Çarə yoxdur, Mir Hadı əmi. Özümüzü Ərzuruma yetirib şikayət edərik. Dünya başlı-başınadır məgər? Nə qə-dər olsa, Türkiyə höküməti buna cavabdehdir.

       Kimdisə Məhəmmədin sözlərini təsdiqlədi:

– Məhəmməd doğru deyir. Bizim dərdimizin əlacı Ərzurumdadır. Böyük şəhərdir. Orada İran konsulu oturur ki, bizim kimilərə kömək eləsin. Durun gedək.

– Getməmiş, buranı kəsib oturan deyilik ki! Amma mənə elə gəlir ki, Həsənqalaya getsək yaxşıdır. Oradan İrana qayıdıb, öz yerimizdə şikayətə başlarıq. – Bu sözlərlə Mir Hadı ağa yoldaşlarının fikrini bilmək istədi.

– Öz yerimizdəkilər buradakı oğurluğa baxa bil-məzlər, – deyə müsafirlərdən biri etiraz etdi.

      Onlar xeyli məsləhətləşəndən sonra Ərzuruma get-məli oldular. Yolu min bir müsibətlə qət etdilər. Ərzuruma çatanda hamısının ayaqları şişmişdi. O qədər əzgin idilər ki, qırx günlük yatalaq xəstəliyindən təzəcə duran adama oxşa-yırdılar.

      Müsafirlər nə olur-olsun, özlərini İran konsulxana-sına yetirmək istəyirdilər. “Burada əcəm19 konsulu olmaz” –sözünü eşidəndə, elə bil başlarına qaynar su tökdülər. Mir Hadı ağa yenə burnunda deyindi: “Cəhd elə işin bəd gəlmə-sin, gələndə lap dədəli-nənəli gəlir”.

      Nəhayət, soraqlaşa-soraqlaşa, günortadan bir az son-ra gəlib Qanbur xananı20 tapdılar. Bura iranlıların düşərgəsi kimi bir yer idi. Xançı Əhməd əfəndi gələn müsafirləri gülə-rüzlə qəbul edib, onların rahatlığını təmin elədi. Ancaq onlar adi müsafirə oxşamırdılar. Nə atları, nə silahları, nə üzəçıx-malı libasları, nə də xalça-xurcunları vardı. Elə buna görə də Əhməd əfəndi soruşdu:

– Əvvələn, doğrusun söyləyin, siz kimsiniz və nə-rədən gəlirsiniz?

      Üç gündən bəri dillərinə çay dəyməyən çayxorları cı-zıldayan samovarın səsi elə valeh etmişdi ki, Əhməd əfəndi-nin nə dediyini başa düşə bilmədilər. O, sualını təkrarlamalı oldu:

– Doğrusunu söyləyin, şu qiyafə nə?

      Mir Hadı ağa dedi ki, biz İran tüccarıyıq.

– Tüccar? –Əhməd əfəndi və orada olan başqa adam-lar qah-qah çəkib güldülər. Onları şübhəli baxışlarda süz-məyə başaldılar. –Şu nasıl tüccar, yahu! Qalibi dilənçi də böylə olmaz!

      Məhəmməd pərt halda cavab verdi:

– Bizi sizin torpaqda bu hala saldılar. Heç bilmirik dərdimizi kimə deyək…

      Onlar pasportlarını Əhməd əfəndiyə göstərərək, baş-larına gələn macəranı da danışdılar.

– Ağalara çay verin, – deyə Əhməd əfəndi tələsik çayxanadan çıxdı.

      Çox çəkmədi ki, o, başqa bir adamla qayıtdı. İran ta-cirlərinə məxsus qiyafədə olan bu şəxsin qırx-qırx beş yaşı ancaq olardı. Bu, xoylu Hacı Abdulla idi. O, İran tacirlərinin Ərzurumdakı nümayəndəsi sayılırdı. Müsafirlərin dediklə-rini eşidəndən sonra soruşdu:

– Yəqin ki, acsınız və istirahətə ehtiyacınız var?

– Bəli, qurban…

O, mahir dərzi kimi müsafirləri gözdən keçirdi və “Bu saat” deyib harasa getdi. Bir azdan iki məcməyidə üç-dörd cür yemək gətirdi.

       Müsafirlər təzəcə yeyib qurtarmışdılar ki, cavan bir oğlan çayxanaya daxil oldu. Onun qoltuğunda iki böyük boxça vardı. Əhmədə müraciətlə dedi:

– Hacı ağa buyurdu ki, böyük otağı ağalar üçün ha-zırlayasan. Bütün hesabını Hacı ağa ödəyəcəkdir. – Üzünü müsafirlərə tutub sözünə davam etdi. – Mən Hacı Ağanın mirzəsiyəm. Hər şey hazırdır. Buyurub hamama təşrif apara bilərsiniz.

       Hamı Mir Hadı ağaya baxdı. O, “Ya Allah”– deyib yerindən qalxdı. Hacının tapşırığı üzrə mirzə özü onları ha-mama apardı.

      Müştəriyə xidmət müsabiqəsi keçirilsə, Türkiyə ha-mamçıları yəqin ki, daim birinci olarlar.

      Müsafirlər yuyunub qurtaran kimi, onları başqa ota-ğa keçirdilər. Burada xeyli yumşaq təxt qoyulmuşdu. Hər təxtin üstünə təmiz mələfə salınmışdı…

      Onlar hamamdan çıxanda, qaranlıq hələ düşməmişdi. Mirzə müsafirləri Hacının evinə gətirdi. Hacı onlara əlindən gələn qədər yaxşılıq etdi. Yatmaq üçün müsafirlər durub karvansaraya getmək istəyəndə qapı ağzında Hacı onları dayandırdı:

– Bizlərdə adət belədir ki, qonaqdan haçan gedə-cəyini soruşmazlar. Ancaq sizin işiniz belədir ki, gərək özü-nüzü ya Təbrizə yetirib, kargüzarlığın (xarici işlər nüma-yəndəsi) vasitəsilə mallarınızı tələb edəsiniz, ya da Trabzona gedib, İran konsuluna şikayət edəsiniz. Ərzurum valisinə isə şikayət etməyi məsləhət bilmirəm. Mənə elə gəlir ki, bu çap-qınları, elə ərzurum valisi özü təşkil edir. Birinci dəfə deyil. Onu dəfələrlə çapqınçıya yoldaş görüblər. Onun rəyi olmasa, Cəlali kürdləri Makudan basa-basa gəlib Ərzurumun ətra-fında – ticarət yolunda qarətçilik edə bilməzlər. Bir də onlar qarət etdikləri malları Azərbaycanda sata bilməzlər. Kürdlər bu malı Anadoluda, yaxud Türkiyənin başqa əyalətlərində əritməlidirlər. – O, səsini yavaşıtdı. – Əlbəttə, bu da yerli pa-şanın və valinin əli ilə ola bilər. Buna görə də Trabzona şika-yət etməyin mənası yoxdur. Təbrizdə şikayət edəndən sonra onlar Tehrana, Tehran da İstambula yazacaq. Mənə elə gəlir ki, düz İstambula gedib Babialiyə şikayət etsəniz, daha yaxşıdır. Bu qədər. İndi siz hansı tərəfə getməyi bu axşam fikirləşin. Sabah hücrəyə təşrif gətirərsiniz. Sizi istədiyiniz səmtə yola salarıq.

      Mənzilə çatan kimi, onlar hacı Abdulla ağanın verdiyi kötüksüz siqarları yandırıb, söhbətə başladılar:

– Gədə, heç belə də iş olar?! Üç gün əvvəl hər şeyin olsun, aduva ümdəti-tüccar desinlər, bu gün çörəkpuluna möhtac qalasan! – deyə-deyə Mir Hadı ağa bir-iki kərə dizi-nə döydü.

– Dünyanın işi elə bundadır! – deyə bir ayrısı təsdiq etdi.

– Ticarət dediyin qumar imiş, baba! Məlumdur ki, qumarbazın anası gah döş əti yeyər, gah da döşünə döyər, deyiblər.

– Məncə belə söhbətlərin xeyri yoxdur. – Məhəm-məd dedi. – İnsan bir az dözümlü olsa, başına gələnlərdən bir nəticə çıxarsa yaxşıdır.

      Mir Hadı ağa siqaretinə möhkəm bir qullab vurub, istehza ilə soruşdu:

– Sən özünçün nə nəticə çıxarmısan bu oyundan?

– Mən belə bir nəticə çıxarmışam ki, məndən heç vaxt ticarət əhli çıxmayacaq. Bundan sonra bir də malım ol-mayacaq ki, talana getsin.

– Bəs nə edəcəksən? – Əli soruşdu.

– Mən sərvəti öz qəlbimə toplayacağam. Bu, yolkə-sənləri, yoldan azanları yola gətirəcəyəm! – deyə Məhəm-məd inamla cavab verdi.

      Mir Hadı ağa başını buladı.

– Əstəğfurulla, əstəğfurulla, demək peyğəmbərlik edəcəksən? Məhəmmədi-dövvüm21 olacaqsan?

      Məhəmməd qaşlarını dartdı:

– İnsanları yaxşı yola, təkcə peyğəmbərlər dəvət et-mirlər. Onu hər birimiz etməliyik. Amma bu, heç də o de-mək deyildir ki, mən qarətkarlardan mallarımızın alınmasını istəmirəm. İstəyirsiniz irəli gedək, istəyirsiniz evə qayıdaq.

– Evə? Allah atova rəhmət eləsin, evə qayıtmalı üz qalıb bizdə? Mən ölsəm də Təbrizə bu kökdə qayıda bilmə-rəm, – deyə Mir Hadı ağa əlini havada yellədi.

– Müsafirlər yer-yerdən səsləndilər:

– Mən də!

– Mən də!

– Mən də!

Nəhayət, Trabzona gedib, konsul vasitəsilə şikayət et-məyi qət etdilər. Elə həmin günün səhəri yerli əhalinin yaylı dediyi (arabasayaq) minik vasitəsilə yola düşdülər. Hacı Ab-dulla onlara bir neçə lirə vermiş, utana-utana əlindən bu qə-dər kömək gəldiyini söyləyib üzr istəmiş, sonra Trabzonda İran tüccarlarının nümayəndəsi sayılan Hacı Məhəmməd Cəfər ağa İsfahanlının da bir həmvətən kimi onlara əl tut-mağa borclu olduğunu əlavə etmişdi.

       Ərzurumla Trabzonarası yollar yaxşı idi. Ərzurum-dan çıxanda Köp gədiyinin başına kimi yollar yoxuşa qal-xırdı.

      Dağın ətəyinə çatanda arabaçı Köp gədiyi barədə bir əfsanə danışmağa başladı. Guya burada bir dəfə yaz vaxtı yeddi yüz dəvəni boran dondurubmuş…

      Atlar çəkmirdi. Müsafirlər çayxanadan gədiyin başı-na kimi piyada qalxmalı oldular. Gədiyin lap kəlləsindəki çayxananın çayı, müsafirlərin dediyinə görə, dünyanın ən əziz nemətlərindən də dadlı idi.

      Axşam azanına az qalırdı ki, müsafirlər, adına layiq olan Trabzona (“Tərəb-Əfzun” – şadlıq gətirən) bu şəhərə varid oldular. Həyətləri mürəkkəbatla (limon, portağal, na-rınc) bəzənmiş, üç tərəfdən bağ-bağça, bir tərəfdən dənizlə əhatə olunmuş şəhərin tamaşasından onlar doymurdular.


12


      Hacı Cəfər İsfahanlı arıq, uzun, ovurdları batıq bir ki-şi idi. O, hücrənin dib tərəfindəki miz arxasında əyləşib, çöt-kə çəkən mirzəyə nə isə deyə-deyə karvansara həyətinə gi-rib-çıxanları gözdən qoymurdu. Elə bu zaman bizim müsa-firlər həyətə girdilər. Hacı üzünü mirzəyə tərəf tutub verdi:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации