Текст книги "Xiyabani"
Автор книги: Pənahi Makulu
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]
– Dur gör, onlar kimdir, haradan gəlib, haraya ge-dəndirlər?
Mirzə: “Buyurun, buyurun” – deyə müsafirlərlə gö-rüşüb hücrəyə dəvət elədi.
– Ağalar haradan təşrif gətiriblər?
– Vətəndən:
– Bəh, bəh! yenə əziz vətənin ətri hücrəni doldurdu, – deyə Hacı döşəkçənin üstündən durub, müsafirləri gülə-gülə qarşıladı. Böyük bir canfəşanlıqla əl verib, özünə yaxın bir yerdə oturtdu. Mirzəyə çay gətirməyi tapşırıb, qonaqların kefini xəbər aldı.
Mir Hadı ağa hamının əvəzindən təşəkkür edib, hacı Abdullanın yazdığı məktubu ona təqdim etdi. İki göz mək-tubun üzərində, səkkiz göz isə Hacının sifətində gəzməyə başladı. Məktubda Hacı Abdulla müsafirlərə üz verən bəd-bəxt hadisəni yazmış, Hacı Cəfərin onlara yardım etməsini xahiş etmişdi.
Hacının üzündəki bayaqkı şadlıq yavaş-yavaş əriyib yox oldu. Hacının uzun-uzadı fikrə getməsi müsafirlərin gö-zündə bəd xəbər gətirən bir qasidin qaraltısı kimi göründü. Hacıda əmələ gələn dəyişikliyi, qayıdıb gələn Mirzə də anla-yıb təəccübləndi. Haçandan-haçana Hacı dedi:
– Siz gərək oradan qayıdaydınız… Keçib. İndi ki, buraya kimi gəlibsiniz, gedib, Darülsəadətdə (İstambulda) şikayət edin. Çünki buradakı İran konsulluğu ləğv olub. Hansı vaporla (gəmi ilə) getmək istəsəniz, sizlərçin bilet ala bilərik. Yenə də deyirəm, nə qədər tez getsəniz, bir o qədər sizin üçün yaxşıdır.
Müsafirlər bir-birinin üzünə baxdılar. Mir Hadı ağa hamının əvəzinə Hacıya təşəkkür etdi:
– İnşallah, İstambula çatıb, sizin vəsaiti yollarıq. Orda qohumumuz var.
Məhəmməd onun sözünü kəsdi:
– Mənim İstambulda qohumum yoxdur, mən Ba-tuma getməliyəm. Batumdakı İslamiyyə müsafirxanəsinin sahibi bizim qohumdur.
– Pək iyi, Hacı ağa qoy səni Batuma göndərsin. –Hacı son sözünü də Mir Hadı ağaya dedi. – Verəsiyə (nisyə) vaporu ilə siz də gedə bilərsiniz. Amma bilməlisiniz ki, İs-tambulda adamınız gəlib, pulu verib, sizi vapordan çıxar-masa, heyət sizi Zonquldağdakı daş-kömür mədənlərinə təq-dim edəcək. Onlar da borcunuz ödənənə qədər sizi mədəndə işlədəcəklər.
Məhəmmədin rəngi ağardı, yerində otura bilməyib dik qalxdı:
– Mir Hadı əmi gedəyin. Atalar sözüdür: “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni!”
Onlar vidalaşmadan Hacının hücrəsindən çıxdılar. Yolda Məhəmməd yoldaşlarına dedi:
– Ürək yanmasa, gözdən yaş çıxmaz. Fələyin çərxi-nə də çərx deyirlər, dəlləyin çərxinə də.
– Hacı Abdulla da komisyonçudur, ayrı cür edə bil-məzdi. – Yaşlılardan biri Məhəmmədi sakitləşdirmək istədi.
– Ya vəlvələdən, ya zəlzələdən! Olan olub, keçən keçib. İndi bizə lazımdır bilək ki, Verəsiyə vaporu gedir ya yox? Getsə, çox korluq çəkməyəcəyik.
– Ağa, belə vapor olsa da, bir neçə gün yaşamaq üçün bizə pul lazımdır. Cəmi bir günlük xərcimiz var. Əgər vapor doğrudan da üç gün sonra varid olub, bizi qəbul etsə, ikicə gün iftardan-iftara oruc tutmaq lazım gələcək.
O birilər danışmırdılar. Deməli, onun fikrini təsdiq edirdilər.
Onlar otaqlarına təzəcə yığışmışdılar ki, qapı döyüldü. Bir adam içəri daxil oldu. O, papaq əvəzinə başına başlıq sarımışdı. Onun cod saqqalı o qədər də uzun deyildi. Əlində tez-tez çevirdiyi kəhrəba təsbehin fındıq boyda danələri bir-birinə dəydikcə şaqqıldayırdı. Dodaqlarından təbəssüm çəkilməyən bu adam evə daxil olan kimi, “Mər-həba” deyərək, sağ əlini əvvəlcə döşünə, sonra da qaşının üstünə apardı.
Müsafirlər baxışdılar. Bununla da, gələn adamın kim və nəçi olduğunu bilmək istədilər. Müsafirlərin fikrini duy-caq özü dedi.
– Bəndənizə laz Məmməd deyərlər. İstambula gedən həmşəhrilərin yarıdan çoxunu bən yola salıram.
–Cibindən bir kağız çıxarıb göstərdi. – Budur, yüz iyirmi kişinin ismini Verəsiyə vaporuna yazdırmışam. Vapor yarın yox, o biri gün Batumdan gələcək, iki gün burada du-randan sonra Qara dənizin sol qıylarındakı bütün iskələlərə vara-vara İstambula gedəcəkdir. Arzu etsəniz, sizi də yazar-dım.
Həqiqətən bir türk şirkətinin Verəsiyə adı ilə məş-hurlaşmış iki köhnə gəmisi var idi. Bu gəmilər o qədər çürü-müş, işdən düşmüşdü ki, onları dənizin ortasına buraxmaq olmazdı. Gəmilər sahil boyu az qala yerə toxuna-toxuna ge-dirdi ki, bu da çox uzun çəkirdi. Elə buna görə də məcbu-riyyətdə qalmayan adamlar bu gəmilərə minməz, səfərə çıx-maz və onlarla yük daşımazdılar. Bununla belə bu gəmilərin gəliri o birilərindən daha çox idi. Onlar bir vaxt Hindistan-dan , Ərəbistandan Amerikaya qul aparıb satan gəmilərə çox oxşayırdı. Gəmilərin ikisi də bir gündə İstambuldan çıxar, hərəsi Qara dənizin bir tərəfindən hərəkət edər, səfərləri iki-üç ay çəkərdi. Sərnişinlərinin yetmiş faizi iranlılar, onların da əksəriyyətini azərbaycanlılar təşkil edərdi. Hər kəsin han-sı şəhərdə adamı varsa, sifariş göndərər, gəlib borcunu verər, adamını çıxarıb aparardı. Gəmi sahibləri adamı olmayanlara daha çox talib idilər. Onlar belələrini İstambulun yaxınlığın-dakı Zonquldağ daş kömür mədənlərinə verib, əvəzində da-ha çox pul alırdılar. Təhvil verilənlər isə borclarını ödəyənə kimi orada işləməli olurdular.
Mir Hadı ağa dilləndi:
– Bizdən dörd nəfəri İstambula yazın. Bu cavan oğ-lan isə Batuma gedəcək.
– Oho, burası bir az eyni olmadı. Şu əfəndiyə Batu-ma getmək üçün mütləq nəqd para lazımdır. Yaxud…
Məhəmməd onu dayandırdı:
– Olmaz ki, mən gəmi ilə İstambula kimi gedəm, oradan məni Batuma qaytarıb, yol kirəsini də elə orada ala-sınız? Batumda mənim qohumlarım çoxdur. Hamısı da varlı-hallı.
– Hay, hay, neçin olmaz? Hər işi yaparsan, olar!..
– Çox yaxşı, bunu belə də edərik – deyə Mir Hadı ağa yarı Osmanlı, yarı Azərbaycan ləhcəsi ilə razılığını bildirdi…
Verəsiyə vaporu suyun içində bir zindana oxşayırdı. Gəminin iki böyük anbarı adamla dolu idi. Bu anbarlar boş-qab boyda çoxlu pəncərələrlə işıqlansa da, hər anbarda an-caq dörd pəncərəni açmağa icazə verilirdi. Dəniz dalğalı ol-duğu vaxtlar onları da bağlayırdılar. Bir sözlə, anbarların ha-vası həddindən artıq ağır və üfunətli idi.
Gəmi Qara dənizin yaşıl sahilindən çox da aralan-madan gedirdi. Səyahətin üçüncü günü gəmidə bədbəxt bir hadisə üz verdi. Bu, Məhəmmədin ürəyini sıxdı.
Gəmi hərəkət edəndən sonra Məhəmmədlə Əli ney kimi inildəyən bir gəncə təsadüf etdilər. Oğlanı ayaqyoluna yaxın bir yerdə uzatmışdılar. Onun heyva kimi saralmış üzünü tük basmış, gözləri çuxura düşmüşdü. Oğlanın döv-rəsində dizlərini qucaqlayıb oturan adamlar əlacsızlıq ifadə edən baxışlarını xəstəyə zilləmişdilər. Məhəmmədlə Əli on-ların yanına yetişəndə qırx dərəcə hərarət içində yanıb-qov-rulan xəstəyə otuz-otuz beş yaşlı bir kişi təsəlli verərək de-yirdi:
– Novruz dadaş, ürəyini sıxma. Allah kərimdir, yaxşı olarsan. Birlikdə işlərik. Bunların borcunu da verərik, vətənə də yollarıq.
Xəstə yoldaşının sözlərini eşitmirdi. Birdən arıq əlini yuxarı qaldırıb, dizinə vuraraq çığırdı: “Ay Şeyx Dərviş ola-cağı, bircə kərə anamı görüm, ondan sonra canım halalın ol-sun!”
Məhəmməd tez xəstəyə sarı əyildi:
– Novruz, Novruz, sakit ol, Novruz…
Elə bil xəstəyə qüvvə gəldi. Gözlərini ətrafa dolan-dırdı. “Kaş bir şey olaydı, dayanıb oturaydım”– deyə zarıdı. Hamı bir-birinə baxdı: Əli keçib xəstənin dal tərəfində otur-du. Mehriban bir ahənglə:
– Mənə söykən, –dedi, –qorxma, səndə heç bir şey yoxdur.
O, xəstənin od kimi yanan başını qaldırıb, sinəsinə basdı.
Məhəmmədin yadına ilk dəfə Novruzla tanış olduğu gün, onun ata-anası və Fatı nənə düşdü, xəstədən hal-əhval soruşdu.
– Soruşma, qurbanın olum, soruşma! – deyə o, zəif bir səslə cavab verdi. –Sən de görüm, necə oldu ki, bu gəmiyə minməli oldun? Mən bu gəmidən salamat qurtar-mayacağam… Məhəmməd, Xamnəyə yolun düşsə, anama…
Xəstə qəhərlənib, sözlərinin dalısını deyə bilmədi.
Gəmi hələ Samsona çatmamışdı ki, xəstənin vəziy-yəti daha da ağırlaşdı. Onun ətrafında oturanların yarısını öz qara gününə, yarısı da xəstəyə, bu nakama, dünya nemətlə-rindən məhrum oğlana ağlaşmağa başladı.
Məhəmməd atasından eşitmişdi ki, bir vaxt onunla bərabər Məkkə ziyarətinə gedən xamnəli Hacını gəmidə xəs-tələndiyi üçün diri-diri dənizə tullayıblar. Bu əhvalat Mə-həmmədin yadına düşcək cəsarətləndi, Novruzu suya atmaq istəyən gəmi xidmətçilərinə təpindi. Bu hay-haraya başqa müsafirlər də qəhmər çıxdı. Kimdisə xidmətçinin ayağından çəkib, üzüstə yerə sərdi. Üz-gözünə neçə yumruq dəydi. Dö-yüş başlandı. Lakin gəmi xidmətçilərindən beş-altı dəfə çox olan sərnişinlər qalib çıxdılar. Məhəmməd dedi:
– Doğrudan da, böyük qeyrət elədiniz. Təəssübü-nüzə görə təşəkkür edirəm. Atalar doğru deyib ki, el bir olsa, zərbi gərən sındırar!
– Əbəs yerə deməyiblər ki, dirilik birlikdədir:
Məhəmmədi kapitanın yanına çağırdılar. Nə öz yol-daşları, nə də başqa sərnişinlər onu getməyə qoymadılar. Ancaq Məhəmməd özü kapitanla görüşmək, onunla üz-üzə gəlmək istəyirdi.
Kapitan öz kiçik otağında oturub, ayağını ayağının üstə aşırmışdı. Onun qızarmış gözləri qatil və məst adamla-rın gözlərinə oxşayırdı. Məhəmməd otağa varid olanda ka-pitan başını qaldırıb, onu diqqətlə süzdü. Bununla da o, Mə-həmmədin üsyankar təbiətini cilovlamaq, onu öz ixtiyarına almaq istədi. Lakin əksinə oldu. Bayaqkı vuruşdan qalib çı-xan Məhəmməd yaxşı bilirdi ki, bu səyyar zindandakı ağır həyat şəraiti onun sakinlərini elə birləşdirmişdir ki, kənar-dan dövlət işə qarışmasa, İstambulun özünə kimi nə kapitan, nə də onun köməkçiləri onlara bir şey edə bilməyəcəklər. Elə buna görə də o, ürəyini boşaltmaq üçün tək-tənha kapitan səkisinə qalxmışdı.
– Mənə nə sözün var?
– Sən nərəyə gedirsən, yahu? – Kapitan mülayim-liklə soruşdu:
– Batuma gedəcəyəm.
– Biz səni Batuma kimi apara bilmərik. Samsonda düşürəcəyik.
– Onu siz edə bilməzsiniz! Biletim birbaş Batumadır. Məni Batuma aparmalı və paranızı orada almalısınız! Mən-dən başqa, dənizə atmaq istədiyiniz xəstənin də Batumda bilet pulunu məndən alacaqsınız.
Kapitan səsini ucaltdı:
– Yahu, sən bənimlə ortaqmı oldun? Budalanın biri budala, sən də xasta da Samsonda düşməlisiniz!
“Ortaq” və “budala” sözlərini söyüş hesab edən Məhəmməd ondan bədtər qışqırdı:
– Ortaq da, budala da sən özünsən! Sən çarvadar kimi bir şeysən. Məni istədiyim yerə çatdırıb, kirayəni alar-san.
“Çarvadar” sözünün mənasını başa düşməyən kapitana elə bil neştər batırdılar.
– Çıx bayıra, çingənə əcəm, Samsonda izini-tozunu da görməyim!
– Mən gedirəm, işlər Samsonda bəlli olar.
Məhəmməd kapitanın yanından çıxıb aşağı düşdü. Hamı onu gözləyirdi. O, kapitanla olan söhbəti müxtəsərcə izah edəndə, Mir Hadı ağa dedi:
– Qələt eləyir, başını daşa döyür! Məgər dünya sa-hibsizdir? İstəyəndə soyub malımızı alırlar, bir az xəstələ-nəndə özümüzü dəryaya atırlar, kefləri çəkəndə çıxarıb şə-hərlərdə azdırırlar.
– Vallah Samson konsulxanasında özümə od vurub yandıraram!.. – Nisbətən yaşlı bir kişi onun sözlərinin üstü-nü götürdü.
– Allah vurub onu! Bizə heç nə eləyə bilməz! Ha-mılıqca düşüb konsulxanaya doluşarıq…
Cavanların çoxu bu sözü deyənə tərəfdar çıxdı:
– Vəli dayı doğru deyir. Biz hazır!..
Kimdisə bu həyəcanı sakitləşdirməyə çalışdı:
– O, bizə güldən ağır söz deməyəcək. Canım, biz ol-masaq, onun gəmisinə kim minəcək! Lirələri ona kim verə-cək? Bizə hədə-qorxu gəlir ki, qiymətini artırsın. Amma söz həmindir ki, ağa buyurdu – konsulxanaya!
…Gəmi Samson limanında dayananda dörd nəfər gə-lib, Məhəmmədə xəbər verdi ki, şeylərini də götürüb gəmi-dən çıxsın. O, etiraz etmədən durub gedəndə anbardan hay-küy qopdu. Hamı onun arxasınca gedib vapordan düşdü.
Körpü adamla dolu idi. Buradakı hambalların da ço-xu iranlı idi. Onlardan biri irəli gəlib, həmşəhrlilərinin dər-dini soruşdu. Əhvalatı biləndən sonra hamıdan qabaqda ge-dən Mir Hadı ağaya dedi:
– Rüşvət verməyə paranız olmasa, oraya getməyin, əfəndim.
Bu sözü eşidənlərin hamısı gülüb, başlarını tovladı.
– Paramız olsaydı, ay rəhmətlik oğlu, Verəsiyə va-poruna nə üçün minirdik?
Elə bu vaxt vaporun xidmətçilərindən bir neçəsi on-ların yanına gəlib, Məhəmmədlə daha işləri olmayacağını bildirdi və onları vapora dəvət etdi. Camaatın bir çoxu qa-yıtmaq istəyəndə Mir Hadı mane oldu:
– Xeyr! Xeyr! Sizin kapitan elə bilir ki, dünya sahib-sizdir? Yox, hərənin özünə görə bir sahibi var!
Bir az sonra saylarının üstünə bir özləri qədər də iş-sizlər və küçə uşaqları artan müsafirlər şahənşah konsulxa-nasının qabağına toplaşdılar.
Konsulxana heyəti konsulun özündən, bir fərraş və təzkirəçidən ibarət idi. Bu qədər həmşəhrlinin görünməsi konsulu qorxutdu. Üzünü fərraşa tutub, amiranə bir tövrlə dedi:
– Müavinlə dəftərdarı tez çağır!
Fərraş özünü itirmədi:
– Qurban, müavin mülk işi üçün valinin yanına ge-dib, dəftardarı da şəhər idarəsinə özünüz yolladınız.
– Süvarilərdən kim var? Tövlə həyətinə bir bax… Həsən bəy, Heydər bəydən birini çağır:
Fərraş yenə də təzim etdi:
– Qurban, Həsən bəy şirkət haqda maliyyə idarəsinə, Heydər bəy isə Bəybulağa, jandarm komandanı ilə görüş-məyə gedib.
Mir Hadı ağada konsulun quldurlardan malları ala-cağı ümidi çoxaldı. Konsul üzünü Mir Hadıya tutub soruş-du:
– Nə hadisə üz verib?
Mir Hadı hər şeyi olduğu ki danışdı.
Əhvalatı anlayıb biləndən sonra həm konsulun, həm də fərraşın gözləri güldü. Yaxşı tütünü ilə məşhur olan bu şəhərdə iranlılardan iyirmi-otuza yaxın alverçi, əlliyə yaxın kəndli, bir o qədər də fəhlə, hambal ailəsi yaşayırdı. Təbii ki, bu, yarımkonsulluğu lazımınca yaşada bilmirdi. Axı, o za-man İranın kifayət qədər büdcəsi yox idi. Əksər hallarda yer-li idarələr öz başlarını dolandırmalı olurdu. İdarənin əmlakı konsulun öz malı idi.
Təxminən, qırx yaşlarında olan konsul arıq, qaraşın adam idi. Nazik qara bığlarını osmanlılar kimi burub yuxarı qaldırmışdı. O zaman türklərin Alafranka modası dedikləri qara surtuk, ağ jilet, zol-zol şalvar onu bir xalqın xidmətçi-sindən daha çox, mehmanxana sahibinə oxşadırdı.
Konsul bir qədər fikirləşəndən sonra üzünü qapı qa-bağında dayanan fərraşa tutub dedi:
– Əli bəy, bu saat iskələyə gedib, əhvalatı bilərsən. O axmaq oğlu kapitanı da özünlə götürüb bura gələrsən. İndi ki, istəmir, qoy bunları haradan götürüb, aparıb oraya da qoysun. Yoxsa onun əlindən Babi-aliyə şikayət yazıb, bunla-rın bütün xasirətini alarıq.
O danışdıqca, “Bəli, bəli,” – deyə Əli bəy də təzim eləyirdi. Axırda “bə çeşm” deyib həyətdən çıxdı.
Mir Hadı ağa Məhəmmədə baxıb qaşlarını oynatdı. Bununla da, “İşə, bax, belə baxarlar! – demək istəyirdi. – Konsul belə olanda gör onda səfir cənabları bu laməzhəblə-rin başına nə oyun gətirər!”
Əli bəy körpüyə tərəf gedəndə kapitan da müavini ilə konsulxanaya, bir sözlə, öz müştərilərinin ardınca gəlirdi. Başındakı qarpıza oxşar qara papağın üstündəki nişandan, onlar Əli bəyi tanıyıb, sərnişinlərin əleyhinə danışmağa baş-layanda, köhnə fərraş gah Babi-alidən, gah xarici İşlər naziri Ziya paşadan, gah sədr-Əzəmdən, gah da onlarla İstambul səfirinin dostluğundan, sultanın özündən o qədər danışdı ki, ömrünü xəyanətkarlıqla keçirən kapitanla müavini qorxu-dan əsməyə başladılar. Odur ki, konsul həzrətləri işə sülh yolu ilə baxarsa, hər sərnişin hesabına ona bir quruş verməyi boyunlarına götürdülər.
Kapitanla müavini görən sərnişinlər şad oldular. Mir Hadı ağaya talanmış mallarını alıb versəydilər, bu qədər se-vinməzdi. “Pədər süxtə, adamı ayağa belə gətirdərlər!”
Əfəndilər otağa daxil olub, salam və əl verəndən son-ra konsulun göstərdiyi səndəllərdə əyləşdilər. Konsul söz aç-maq istəyəndə kapitan onu qabaqladı:
– Bəy əfəndi, yəqin ki, şu din qardaşlarımız biz ol-madan zati-alilərinizə kəndi sözlərini söyləmişlər. Bəy əfəndi bizi də onlarsız dinləsə, ədalətli olmazmı?
Əli bəy konsulla baxışdılar:
– Olar, olar, – deyə konsul Mir Hadı ağa ilə o birilərə baxdı.
– Neyləyək, qoy nə sözləri var, desinlər, – deyə Mir Hadı ağa durub otaqdan çıxdı. O birilər də çölə çıxdılar. Qonşu otağın pəncərəsindən öz həmşəhrlilərinə baxıb, kə-dərlənən təzkirəçi, Məhəmmədi yanına çağırıb dedi.
– Siz nahaq yerə şikayət etdiniz. Şikayət edəndən sonra da gərək konsulla kapitanı tək buraxmayaydınız
– Nə üçün?
– Deyəsən birinci kərədir ki, sənin bu xarabaxanalara işin düşür. Onlar konsulun yanından çıxandan sonra bi-lərsən.
– Sizcə, konsul da ədalətsizlik edəcək?
– Əlbəttə! Bu konsullar ki, var, qoyun dərisinə girmiş canavar kimi bir şeydir.
– Çox qəribədir.
– Burada qəribəlik yoxdur. Məvacibsiz nökər hər cür rəzalətə əl atar.
– Konsulun məvacibi yoxdur?
– Hətta fərraşınkı da yoxdur.
– Bəs sizin?
– Mənə bir cüzi para yardım edilir.
Məhəmməd heyrətləndi:
– Nə üçün sizə məvacib verirlər, onlara yox?
– Axı təzkirəçilik üçün savad və xarici dilləri bilmək lazımdır. Konsul isə savadsız da ola bilər.
Təzkirəçinin bütün dedikləri Məhəmməd üçün təzə idi. O, təzkirəçinin otağından çıxıb, gəmi kapitanının konsu-la rüşvət verəcəyini yoldaşlarına söyləyəndə, kobud bir səs eşitdi:
– Əcəb başıpozuq adamlarsınız?! Gəmidə oturub, gəmiçi ilə dava eləyirsiniz. Axı, nə işiniz var ki, gəminin da-xili işlərinə qarışırsınız.
– Gəminin daxili işləri hansıdır, cənab konsul? –Məhəmməd tez xəbər aldı.
– Gəmiçilər xoşu gələn adamı yaxşı yerdə oturda bilər, xoşu gəlməyəni pis yerdə. Elə şarlatan adam olar ki, onu gəmi sahibi lap döyə də bilər. Gəmidə xəstələnənləri, əgər yoluxucudursa, dəryaya da ata bilər. Bunların kimə nə dəxli var?
Məhəmmədin səsi daha da gurlaşdı:
– Yox, cənab, gəmi sahibi canı ağzından çıxmayınca, heç kəsi dənizə ata bilməz!
Kapitan özünü saxlaya bilmədi:
– Kimi dənizə atmaq istəyirdilər? Yahu, bu iftiradır!
– Mənim həmyerlim Novruz Cəlil oğlunu…
Konsul Məhəmmədi camaatdan ayırmaq istəyərək dedi:
– Ay oğlan, sən çox diliuzunluq eləyirsən, – Mir Ha-dı ağaya işarə edərək: –Bu boyda kişi dura-dura sənin atılıb düşməyin yersizdir.
– Cavanlığına baxmayın, onu biz vəkil təyin etmişik. – Yaşlı bir kişi dilləndi.
Mir Hadı ağa da onun sözlərini təsdiqlədi:
– Onun sözü bizim sözümüzdür!
Arxadan bir neçə adam səsləndi:
– O, bizim vəkilimizdir.
İndiyə kimi başına min oyun açdığı millətdən belə bir ittihad və birlik, dəyanət və möhkəmlik görməyən konsul bir az yumşaldı, səsinin ahəngini dəyişərik dedi:
– Qanı qan ilə yumayıblar, su ilə yuyublar. Yola getmək lazımdır. Kiçik bir işdən ötrü belə mərəkə düzəltmək nəyə lazım?!
Bir qədər də danışıqdan sonra sərnişinlər gəmiyə qa-yıtdılar. Gəmi dərhal yola düşdü…
13
İstambul iskələsində22 qeyri-adi canlanma vardı. Ve-rəsiyə vaporunun bu gün gələcəyini eşidən iranlılar əzizlə-rindən bir xəbər tutmaq üçün buraya toplaşmışdılar.
“Məhəmməd xalaoğlu”, “Əli dayıoğlu”, “Qulu bibi-oğlu”, “Həsən dadaş” deyə çığırışırdılar. Adamlarını görüb sevinənlərin, görməyib kədərlənənlərin, habelə hönkürtü ilə ağlayanların səsi bir-birinə qarışmışdı.
Gəmi xidmətçisi pillənin başında durub, hesabını, borcunu verənləri buraxır, verməyənləri isə geri itələyirdi.
Məhəmməd bir bucağa qısılıb o tərəf, bu tərəfə şütü-yən qayıq və gəmilərə, körpüdə gəzən işsizlərə baxır, gözlə-rinin yaşını saxlaya bilmirdi: “Bədbəxt millət, sən nə vaxt tə-rəqqi yoluna qədəm qoyacaqsan!”
Axşamüstü bir nəfər təbrizli Mir Hadı ağa ilə yol-daşlarının borcunu ödəyib aparmağa gələndə Məhəmmədi də onlardan ayırmaq istəmədi. Lakin Məhəmməd Novruzu buraxıb, getməyi namərdlik hesab edirdi. Mir Hadı ağadan Novruzun atasını tapmasını xahiş etdi.
Sabahı Mir Hadı ağa ilə yoldaşları təkrar gəmiyə gəl-dilər. Onlar Novruzun atasını tapa bilməmişdilər. Əmisi Xə-lilin çoxdan vəfat etdiyini və varissiz olduğundan əmlakına konsulxananın yiyələndiyini xəbər verdilər. Təbrizli yenə də Məhəmmədi İstambulda düşürtməyə cəhd etdi. Mir Hadı ağa hətta səfirin qarət olan malları alacağına söz verdiyini bildirdi. Məhəmməd gülümsəyərək:
– Məni daha dünya malı maraqlandırmır, – dedi. –Mən Qafqaza, oradan da Təbrizə qayıdıb, təhsilimi davam etdirəcəyəm!
Öz millətinin fəlakətli həyatını görən Məhəmməd, nə cür olursa xalqa xidmət etməyi qərarlaşdırmışdı.
Nəhayət, onlar Məhəmmədə bir qədər yolxərci verib, ondan böyük həsrətlə ayrıldılar. Elə həmin günü gəmi Zon-quldağa sarı yola düşdü. İstambula gətirdiyi sərnişinlərin böyük hissəsini düşürən vapor qalanlarını daş kömür mə-dənlərinə təhvil verib, hesablarını alacaq, sonra Qara dənizin sol sahili ilə öz səfərini davam etdirəcəkdi.
Vapor dənizə doğru uzanan iskələnin başında taxta-dan qayrılmış birmərtəbəli evlərə, daxmalara sarı irəliləyirdi. Körpünün başına toplaşan, əvvəlcə qarğa boyda görünən adamlar anbaan böyüyürdülər. Məhəmmədlə Novruzdan və Odessaya gedən bir neçə yoxsul fəhlədən başqa, yerdə qalan sərnişinlərin hamısını qayıqlara doldurub quruya çıxardılar. Quldarlıq dövründə olduğu kimi, insan alveri başlandı. İn-sanlar da qoyunsayaq dərəcəbənd olundu. Yaşca cavan, bə-dəncə sağlam olanlar, o birilərə nisbətən baha qiymətə satı-lırdı.
Axşam qaranlıq düşəndə iyirmiyə qədər sərnişin va-pora mindi. Onlar işləyib, borclarını ödəyənlər idi. Yüzlərlə yoldaşını burada itirən bu adamların da yarıdan çoxu iranlı, ən çoxu da azərbaycanlı idi.
Novruz yavaş-yavaş sağalır, kayutun divarlarından yapışa-yapışa hərəkət edə bilirdi. O, həyata qaytarılmasında Məhəmmədin zəhmətini bilirdi. Novruz yəqin etmişdi ki, atası onu hamıdan əvvəl vapordan çıxarıb aparacaq, Mə-həmmədin ona etdiyi yaxşılıqların əvəzini çıxacaq, dostunun kapitana olan borcunu verib, onu da azad etdirəcəkdir. “Yaxşı, əminin əmlakına konsulxana yiyə durub, bəs atam necə olub? – dedi. – Axı, o, quş qanadında olsa belə, mənə xəbər çatdırardı. Yəqin ki, atamın başında bir qəza var!..”
Novruz indi öz xəstəliyini unudub, ancaq və ancaq atasını düşünürdü.
Məhəmməd isə Cəlilin tapılmamasını tamam başqa cür izah edirdi. Samson konsulunun əməli onda bütün kon-sullara qarşı şübhə yaratmışdı: “Xəlilin əmlakını yeyən adamlar Cəlil kimi varisi üzə çıxmağa qoyardılarmı? Kim bi-lir, yazığın başını harada batırıblar…”
Məhəmməd ürəyindən keçənləri Novruza söyləmir-di. Onun atasını Batumda tapacağına söz verir, xəstəni kə-dərlənməyə qoymurdu.
Zonquldağdan yola düşdükləri gecənin səhəri Mə-həmməd hava almaq üçün göyərtəyə çıxmışdı. Dənizin üstünü çən almışdı. Təkcə vaporun burnu görünürdü. O qədər çəkmədi ki, sərnişinlərdən və gəmi əmələlərindən bir neçəsi də göyərtədə göründü.
Məhəmmədin diqqətini bir qoca cəlb etdi. Bu, dünən axşam Zonquldağda gəmiyə minənlərdən idi. Məhəmməd onu harada isə görmüşdü. Çox fikirləşdi, ancaq yadına sala bilmədi. Kişi gəlib, Məhəmmədin yanında durdu. Onu diq-qətlə süzdü. Başındakı qara tacir papağından, əynindəki qa-ra mahud paltarından bu oğlanın iranlı olduğunu yəqin edən kişi soruşdu:
– Oğlum, haradan gəlirsən?
– İrandan gəlirəm, əmi.
Cavan oğlanın cavabı kişiyə qəribə gəldi. Axı, bu gə-minin İstambuldan gəlib, Batuma yol aldığını bilirdi.
– Yəqin məni yaxşı başa düşmədiniz? İranlı oldu-ğunuz bəllidir. Mən haradan gəldiyinizi soruşdum, – deyə kişi sualını təkrarladı.
–İrandan Trabzona gəlmişdim, oradan da Batuma gedirəm.
– Azərbaycanlısan, eləmi?.. Hansı yerdən olduğu-nuzu bilmək olarmı?
– Nə üçün olmaz? Təbrizin yaxınlığındakı Xamnə-dənəm.
Kişi sevinclə qışqırdı:
– Oğlum, mən də xamnəliyəm ki! – Məhəmmədi bağrına basandan sonra soruşdu. – Hələ bir de görüm köpək oğlu Nəsrulla xan sağdırmı?
– Sağdır, necə məgər?
– Məni yurd yuvamdan didərgin salan o it oğludur!
Kişi arvad-uşağından, qohum-qardaşından, dost-aş-nadan əvvəl, həyatını dağıdan zalım xandan danışdı.
– Nəsrulla xan da durur, oğlu da. Deyirlər oğlu özün-dən də zülmkardır. Bizim Xamnədən qürbətə düşənlərin ha-mısının baisi Nəsrulla xanla oğludur.
– Xamnədə, kimlərdənsən, oğlum?
– Hacı Əbdülhəmidin oğluyam.
Kişi uşaq kimi sevindi:
– Hacı Əbdülhəmidin oğlu?! Zəhra xanımın oğlu?! Bəs məni tanımırsan? – Dözməyib özü öz sualına cavab ver-di: – Yox, tanıya bilməzsən. O vaxt sən uşaq idin, mən də in-diki kimi qocalmamışdım. Sənin anan Zəhra xanımın dayısı evində nökər idim. Kaş ki, ömrüm boyu onların evində qa-lıb, dərbədər düşməyəydim!..
Məhəmmədi xəyal apardı. O, dənizlərdən keçib, dü-zənləri aşıb, dağlardan adlayıb özünü uşaqlıq günlərinə ye-tirdi, Fatı nənə, Gövhər xala, anası… İlk dəfə Novruzla görüşdüyü gün… daha nələr xəyalından keçdi. Məhəmməd, qarşısında dayanmış bu qocanın ağ saqqalına, bir şikayət-namə kimi alnına yazılan qırışlara baxıb birdən qışqırdı:
– Buuy, Cəlil əmi, sənsən? – deyib qocanın boynunu qucaqladı.
Xeyli ağlaşdılar, sevindilər.
– Oğlum, bəs sən bu lənətə gəlmiş, vaporda neylə-yirsən?
– Danışaram, sənə danışaram… Əvvəlcə siz deyin, Zonquldağa necə düşmüsünüz? – Məhəmməd, kişinin sualı-na cavab verməmişdən qabaq onun halından xəbər tutmağı münasib bildi.
– Zonquldağ, demə, oğlum, cəhənnəm de! Elə bil o dünyadan qayıtmışam. Oradan sağ-salamat qurtarmaq özü bir möcüzədir. İndi nigarançılığım bircə Novruzdandır. O, uşağı da mən yerindən oynatdım. Dərbədər salıb bədbəxt elədim. – Qoca gözlərinin yaşını saxlaya bilmədi.
Məhəmməd onu muştuluqladı:
– Novruz salamatdır, qorxma, – dedi. O, səndən ni-garandır, ancaq bir az xəstədir.
– Xəstədir? Mənim balam xəstədir? Bəs haradadır?
– Elə buradadır. Ancaq, Cəlil əmi, bir az səbirli olun. Səni qəfildən görsə, qorxar. Gözlə burda, mən gedim sənin burada olduğunu ona xırda-xırda çatdırım.
Ata istər-istəməz bu şərtə razı olsa da, qəlbindəki oğul həsrəti tufan kimi anbaan güclənir, onu Novruza sarı itələyirdi.
…Məhəmməd Cəlil kişini çağırmağa gedəndə Nov-ruzun çuxura düşmüş gözləri qapıya zilləndi. Atasını tapdı-ğına inana bilmirdi. “Atam ya Batumda, ya da İstambulda olmalı idi. O, Zonquldağa haradan gedib çıxıb?!” Novruz atasının Zonquldağa getmək səbəblərini nə qədər araşdırsa da, araşdıra bilmədi. Birdən gözləri həddindən çox zəifləmiş atasına sataşdı. Qalxmaq istədi, sevincindən ürəyi getdi.
– Oğlum! – Ata yüyürüb balasını qucaqladı. – Mə-nim balam!..
Ata ilə oğlunun görüşü hamının gözlərini yaşartdı.
Cəlil kişi öz sərgüzəştini oğluna nağıl etməyə başladı:
– Batumdan sənə məktub yazdırandan sonra özüm İstambula yola düşdüm, həm də konsul vasitəsilə əmoğluya bir teleqraf yolladım. Yəqin eləyirdim ki, o, məni İstambul-da qarşılayacaq. İstambulda hamının adamı gəldi çıxdı, bircə əmoğludan savayı. Küçədə qoltuğumda boxça gəzirdim ki, bir həmşəhriyə rast gəldim, əmoğlunu soruşdum. Tanımadı. O, məni karvansaraya apardı. Dalandarından tutmuş, böyük tacirinə qədər iranlı idi. İranın elə şəhəri yox idi ki, bu kar-vansarada oranın bir neçə adamı olmasın. Kimdən Xəlili so-ruşdum, dedi ki, o iki ay olar rəhmətə gedib. Həmin karvan-sarada yaşayan axundun əli ilə arvadının kəbinini, həştyeki-ni çıxandan sonra bütün var-yoxunu mənə bağışlamışmış. Amma çifayda ki, konsulxana hamısını nəqd eləyib, guya İrana, mənə göndəribmiş. Qaldım xərcsiz. Konsulxanaya çox get-gəl elədim, bir şey çıxmadı. Tək deyildim… mənim kimi-ləri çox idi. Onlar da konsulxananın yolunu ağartmışdılar. Nəhayət, bir gün cənab konsul bizi yanına çağırıb dedi ki, buradakı həmşəhriləri biqeyrətlik basıb; indi ki, vətənə qa-yıtmaq üçün sizə borc vermirlər, mən verərəm. O, hər biri-mizə yarım lirə yol xərci verib, bir kağız yazdı, biz də barmaqlarımızı basdıq. Bir başıbağlı paket də verib dedi ki, gəmi idarəsinə verərsiniz, sizə Batuma kimi bilet verərlər. Elə həmin gecə, bax, bu gəmi ilə yola düşdük. Səhər sübh işıqlananda gəldilər ki, durun, yetişdiniz. Mən lap məəttəl qaldım! Axı, gələndə o yekəlikdə gəmi bizi üç günə gətirib çıxarmışdı, necə oldu ki, bu cür pis gəmi Batuma bir gecədə çatdı?..
Sən demə, Batum yox, Zonquldağ imiş. Nə isə, bizi idarə kimi bir yerə aparıb, xəbər verdilər ki, hər biriniz cənab konsula beş lirə borclusunuz. Borcunuzu ödəyincə, burada işləyəcəksiniz! Biz çox dedik, onlar az eşitdi. Nə başınızı ağ-rıdım, işləməyə məcbur olduq. Oradakı adamların çoxu iran-lı idi. Onların da əksəriyyəti konsulların əli ilə bəlaya düş-müşdü. Bizi yerin altında işlədirdilər. Daş kömür çıxardır-dıq. Mən orada olduğum müddətdə mədən iki kərə yatdı, nə qədər adam torpaq altında qaldı…
14
Məhəmməd Batumda iki gündən artıq qalmadı. Üçüncü gün bilet alıb Cəlil kişi ilə Novruzu Bakıya yola sal-dı, özü isə Tiflisə getdi. Təbrizdən çıxalı ikinci dəfə idi ki, Məhəmməd səfər yoldaşlarından ayrılırdı…
İstambul da hesaba alınsa, Tiflis onun gördüyü be-şinci şəhər idi. Bu şəhərdə onun ən vacib işi – Mirzə Fətəli Axundzadənin qalan əsərlərini tapıb oxumaq idi. Axı, dostu Badamçıya söz vermişdi ki, imkan olan kimi, əsərlərin üzü-nü köçürüb ona da göndərəcək.
Tiflisdə qaldığı müddətdə dəfələrlə əsərlərinə məftun olduğu o böyük şəxsiyyətin məzarını ziyarətə getdi.
Burada “Kitabi-Əhməd məsaliki–möhsün"23 müəllifi Talıbovla tanışlığı Məhəmməd üçün ikinci xoşbəxtlik oldu. Marağalı tacir Azərbaycan və İran haqqında yeni, maraqlı fikirlər söyləyir, Məhəmmədin indiyədək eşitmədiyi söhbət-lər edirdi.
…Tiflisdən Mahac-Qalaya gələn Məhəmməd bütün vaxtını Qərb ədəbiyyatını mütaliəyə sərf etdi… Nəhayət, o, Təbrizə gəlib arzuladığı talibiyyə mədrəsəsinə daxil oldu. Bu vaxtacan o, iki alimin yanında dərs almışdı: Hacı Mirzə Hə-səndən fiqh-üsul elmini, Mirzə Əbdüləli Təbrizidən isə nü-cum elmini öyrənmişdi.
Günlər ötür… Hər ötən gün isə ona bir yenilik gəti-rirdi. Təbriz gəncləri arasında özünə yeni dostlar, yeni həm-məsləklər tapmışdı…
15
Abağa, Ələnd dağlarından sərçeşmə alan Ağçay, Sək-mənabad, Çaypara, Mərəkan mahallarının arası ilə axıb Arazla qovuşur. Qışın yağıntılı və yağıntısız keçməsindən asılı olaraq Ağçayın suyu gah çoxalır, hədd-səddini aşır, gah da azalır, mahalın əkin yerlərini susuz qoyurdu. Aranda gül-çiçəklər solanda, yaşıl otlar bozarmağa başlayanda, dəniz ki-mi dalğalanan zəmilər qızıl kimi qızaranda, məcməyilər ağ tutla dolanda, bostançının bayramı başlananda yaylaqlara bahar gəlir, yaz gəlir, bülbül oxuyur, gül-çiçək üzə gülür, at-lar kişnəyir, qoyun-quzu mələşir, göy guruldayır, çiskinli ya-ğış aram-aram çiləyir, göy qurşağı kaman kimi əyilir, dağ ba-şını duman, çən alır, çoban-çoluğun səsi dağlara, düzlərə dü-şür; bir tərəfdə bubbu saçını darayır, o tərəfdə kəklik fərəsini arayır, rəngbərəng kəpənəklər uçuşur…
Geniş dərənin sağ tərəfində, yaşıl pərdənin üstündə boz xal kimi görünən Əlişeyx kəndindən çıxan üç atlı get-dikcə genişlənən dərədə yaşıl zəmilərə, yoncalıqlara, neçə at hörüklənmiş çəmənlərə, qobularda otlayan mal-qaraya, dağa səpələnmiş sürüyə, hərdənbir də qabaqlarından pırıldayıb uçan quşlara baxa-baxa gedirdi. Qabaqdakı iyirmi beş yaşlı gəncin tez-tez mızıldaması arxadan gələn yaşlı atlılardan utandığını bildirirdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?