Электронная библиотека » Стефан Цвейг » » онлайн чтение - страница 1

Текст книги "Kazanova"


  • Текст добавлен: 29 октября 2022, 12:40


Автор книги: Стефан Цвейг


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +


ALATORAN


1


Stefan Sveyq


Öz Nəğməsini Oxuyanlar

Kazanova


2


Stefan Sveyq

“Öz Nəğməsini Oxuyanlar” kitabından

Kazanova

Çeviri:

Rasim Q.

Kompüter dizaynı:

Rəmzi Quliyev


100 səh. Qiyməti 3 manat.

Çap tarixi: 15.02.2015

Format: 14x20


©2015 Alatoran


3


.


KAZANOVA


O mənə, azad bir insan olduğunu, bir dünya vətəndaşı olduğunu söylədi.”

Muraltın Albrecht von Hallerə yazdığı 21 İyun 1760 tarixli məktub Kazanova, dünya ədəbiyyatı tarixində özəl bir yeri olan, bənzəri görünməmiş bir uğurun simvoludur, çünki bu məşhur şarlatan, eynilə Ponti Pilat (Pontius Pilate: İsa Peyğəmbərin məhkəməsində oynadığı rolla tanınan Roma Valisi. Məhkum edəcək bir səbəb tapa bilmədiyini açıq söyləməsinə baxmayaraq Hz. İsaya qamçı vurdurur və çarmıxa çəkdirir. Bir rəvayətə görə, daha sonra Xristian olur və övliya dərəcəsini qazanır – red. ) 4


haqsız yerə Kredoya (Credo: Xristian andı. – Latınca, “inanıram”

anlamına gəlir – havarilər tərəfindən təsbit edilmiş ilk və təməl dini qaydalar – red. ) necə girmiş və inam simvolu titulunu qazanmışsa, Kazanova da haqqı olmadığı halda yaradıcı şəxsiyyətlər Panteonuna girmişdir. Həqiqətən də, bir şair olaraq onun istedadı, hərfləri həyasızcasına yan-yana düzərək uydurduğu “Seinqalt Cəngavəri” əsəri qədər boşdur: Hər hansı bir xanımın şərəfinə, yataqla qumar masası arasında tələsik qaraladığı bir neçə misrası xoşa gələn söz oyunu olmaqdan uzağa gedə bilməmişdir. “İkozameron” adlı utopik romanını axıra qədər oxuya bilmək üçün, eşşək dərisinə bürünmüş quzu qədər səbirli olmaq lazımdır və bizim bu əziz “Giacomo”muz (Cakomo Kazanova nəzərdə tutulur – italyanca: Giacomo Casanova – red. ) fəlsəfə uydurmağa başladığı zaman da əsnəməmək üçün, insanın çənəsini bağlamaqdan başqa çarəsi qalmır.

Bəli, Kazanova, şeirin ülviyyətindən o qədər uzaqdır ki,

“Gotha”da (1763-1944 illərı arasında, “Gotha”da, Fransızca və

Almanca olaraq yayımlanan Almanax – red. ) olduğu kimi şeir sahəsində də parazitdən başqa bir şey deyildir: Hər hansı bir haqqı və ünvanı olmadığı halda şeir yazmağa girişmiş biridir, başqa heç nə. Amma həyatı boyunca göstərmiş olduğu cürət sayəsində, səfil bir komedyenin oğlu, sabiq bir keşiş, bir dizertir, kart oyununda hiyləgərlik edən və məşhur arvadbaz olan bu adam (Paris polis müdürü onun xarakter özəlliklərini bu şəkildə

tanımlayır – red. ), imperatorlar və krallarla cici-bacı olmağı və

həyatının sonunda da aristokratların ən aristokratı olan şahzadə

Lignenin qollarında ölməyi bacarır; yenə eyni cürətlə, sərsəri xəyal, gendən baxıldığı zaman balaca xoşagələn bir ruhdan, bir unus ex multisdən (adi bir insandan), zamanın qasırğası içərisində

5


dağılıb gedəcək bir parça küldən başqa bir şey olmadığı halda, ölümsüzlərin arasına girməyi bacarır.


Ancaq çox qəribədir ki, Arkadiyanın bütün o məşhur və

böyük şairləri, onun yerlisi olan müqəddəs Metastasio, aristokrat Parini və bütün o biri şairlər, kitabxanaların qarmaqarışıq yığını içərisində filoloqlara yem olarkən, onun adı, sayqılı bir gülümsəmə ilə, bu gün ağızlarda yaşamağa davam edir. Və bir eşq İliadası olan əsəri də böyük bir ehtimalla, Gerusalemme liberataPastor fido kimi artıq heç kimsənin oxumadığı o əski sayqıdəyər əsərlər kitabxanalarda tozlar altında unudulub getdikdən çox sonra belə yaşamağa və ona pərəstiş edən oxucular tapmağa davam edəcəkdir.

Bu mahir oyunçu, cürətli bir həmlə ilə, Dante və

Bokkaçiodan bu yana, İtalyanın bütün şairlərini mat etmişdir.

Daha da qəribə olanı, belə bir böyük qazanc əldə edə bilmək üçün Kazanovanın heç nəyini təhlükəyə atmamış olmasıdır; ölümsüzlüyün bədəlini birbaşa ondan qopartmışdır. Bu qumarbaz adam, həqiqi bir sənətçinin sözlə anladılması mümkün olmayan sorumluluğunu, qaranlıqlar içində, toplumdan uzaq, bütün günü, alın təriylə çalışmanın mədən ocağında yapılan o ağır işi heç bir zaman ağlına gətirməmişdir. Bir şey yaratmanın verdiği həyəcanlı zövqü tanımadığı kimi, onun acı bir parçası olan və heç vaxt sakitləşməyən bir susuzluğa bənzəyən gerçəkləşdirmə arzusunu da bilməməkdədir; şəkilləri gerçək bir elastikliyə və fikirləri parlaq bir dəqiqliyə çatdırmaq üçün duyulan səssiz və məcburi, ancaq heç bir zaman doyurula bilməyən istəklərdən də xəbəri yoxdur. Yuxusuz keçirilməsi gərəkən gecələri, sıxıntılar içərisində, bir kölə kimi çalışıb kəlmələri dilin iynə gözündən keçirərək, mənaları parlaq, 6


tərtəmiz və eynilə bir göy qurşağı kimi gözqamaşdırıcı bir şəkildə ortaya çıxıncaya qədər onları törpüləməklə keçən günləri bilməz; şairin ağır işindən – çox və müxtəlif olmaqla birlikdə

gözlə görünməyən və mükafatsız qalan, çox vaxt da ancaq bir neçə nəsildən sonra anlaşılan ağır işindən – xəbəri olmadığı kimi, həyatın

rahatlığından

müxtəlif

imkanlarından

qəhramancasına vaz keçməsindən də xəbəri yoxdur.


O, Kazanova (Allah bilir, necə?) həyatı hər zaman asan bir hala gətirmənin yolunu tapmışdır; nəşəsinin ən balaca bir qırıntısını, zövqlərinin ən kiçik bir parçasını, yuxusunun bir saatını, keyfinin bir dəqiqəsini belə o amansız Ölümsüzlük tanrıçasına fəda etməmişdir; həyatı boyunca, şan və şöhrətə

çatmaq üçün ən kiçik bir çaba göstərməmişdir, lakin yenə də, şan və şöhrət bu xoşbəxt faninin ovuclarına bol-bol düşmüşdür.

Cibində bir qızıl lirə və eşqinin qəndilində bir parça yağ

olduğunu hiss etdiyi zaman kəsimində, gerçək dünya onun önünə, başı qarışsın deyə, nəzakətlə bir neçə sümük fırlatdığı müddətcə, bu zövq düşkünü, sənətlə – o çatıq qaşlı xəyalətlə -

əlaqə qurmağı ya da barmaqlarını ciddi bir şəkildə mürəkkəbə

bulamağı ağlından belə keçirməmişdir. Ancaq hər kəs onun üzünə qapısını bağladığı zaman, qadınlar ona lağ etdiyi, tək-tənha qaldığı, dilənçi gününə düşdüyü, gücünü itirdiyi, artıq yıpranmış bir bədənin kölgəsindən başqa bir şey olmadığı zaman, üzü sallanmış bir qoca olaraq, əski həyatının yerinə qoya biləcəyi bir şey aramış və çalışmağa sığınmışdır; başını qarışdıracaq bir şeyi olmadığı üçün, dişləri tökülmüş qotur bir köpək kimi, can sıxıntısından, xoşnudsuzluqdan dingildəyərək, altmış yaşlı Casaneus-Kazanova, hər şeyin dibinə daş atmış bir halda, deyinə-deyinə, donquldana-donquldana, öz həyatını 7


yazmağa qoyulmuşdur.


Öz həyatını yazır və bütün ədəbi irsi də bundan ibarətdir, ancaq doğrusunu söyləmək lazımdırsa, həyat da həyatdır! Beş

roman, iyirmi komediya, bir yığın qısa və uzun hekayə, anekdotlar və dadına doyum olmayan qəribə durumlar və

olaylar bolluğu; bütün bunlar, yetişib ballanmış üzümlər kimi, həyatla dolub daşan tək bir varlığın pres makinasından keçirilmişdir: Burada, sənətçinin və yaradıcının düzənləyici yardımına ehtiyac göstərməyən qüsursuz bir sənət əsərinin bütünlüyünə və yapısına sahib olan bir həyatla üz-üzəyik.

Beləcə, qazandığı şan və şöhrətin, öncə insanı tədirgin edən sirri, ən inandırıcı şəkildə işığa çıxmış olur; çünki Kazanovanın dühasını göstərən şey həyatını danışmaq və yazmaq forması deyil, yaşama formasıdır. Yaşamaq, bu zövq düşkünü sənətçinin həm atelyesi, həm də ilk maddəsi və formasıdır; və o, yazarların çox zaman nəsr ya da şeir yazmaq üçün istifadə etdikləri yaradıcı atəşin hamısını, özünün bu gerçək və orijinal sənət əsərinə

vermək üçün xərcləmişdir; bu əsərin gerçəkləşməsinin hər anına, hələlik dumanlı olan hər cür imkanına mümkün olduğu qədər dramatik bir görünüş verməyə ehtiraslı bir şəkildə qərar verərək, yaradıcı gücünün hamısını bu məqsədlə işlətmişdir. Bir başqasının icad etmək zorunda qaldığı şeyi, o öz nəfəsi ilə hiss etmişdir; başqa birinin beynində planlamış olduğu şeyi, o, isti və

şəhvətli bədəniylə gerçəkləşdirmişdir; buna görə də, burada, qələmin və xəyal gücünün, reallığı sonradan süsləməsinə gərək yoxdur: forma baxımından tam anlamıyla dramatik olan belə bir həyatın içərisində hər hansı bir anı təsvir etməsi yetərlidir. Öz zamanının heç bir yazarı (o gündən bu yana, bəlkə də Balzakdan başqa, demək olar ki, heç bir yazar) Kazanovanın həqiqətən 8


yaşadığı qədər fərqli olaylar və durumlar icad edə bilməmişdir; və yüz illik bir müddət içərisində belə bu dərəcə cürətli enişlər və

çıxışlarla axıb gedən gerçək bir həyat da yoxdur.


Mənəvi siması və ya savadının dərinliyi baxımından deyil, yaşanmış hadisələr baxımından onun bioqrafiyasını, misal üçün Goethenin, Jan-Jak Russonun və ya başqa çağdaşlarının bioqrafiyalarıyla qarşılaşdırmağa çalışaq: yaradıcı bir iradənin hökmranlığı altında, müəyyən bir qayəyə yönəldilmiş olan bu həyat hekayələri, Kazanovanın bir dağ çayı kimi köpüklənib axan və onun kimi özünü təbii axara buraxan ömrünün yanında -

paltar dəyişdirirmiş kimi, ölkə, şəhər, peşə, çevrə və qadın dəyişdirən, hər yerə tez alışan və hər yerdə gözlənilməz fərqli hadisələrlə qarşılaşan bu macərapərəstin ömrünün yanında – bizə

nə qədər məhdud, olaylar baxımından nə qədər qısır, məkan baxımından nə qədər dar və sosial çevrə baxımından nə qədər kiçik gəlir! Kazanovanın ədəbiyyat sahəsində naşı olması kimi onlar da zövq sahəsində naşıdırlar. Gerçəkdən də, fikir adamının faciəsi bundadır: həyatı mümkün olan genişlikdə və şəhvəti ilə

birlikdə tanımaq üçün yaradıldığı və bunu etməkdən ötrü alışıb yandığı halda, yenə də işinə, vəzifəsinə bağlı qalmaq, işinin köləsi olmaq, özü üçün qoyduğu öhdəliklərə boyun əymək, sistemin və dünyanın dustağı olmaq zorundadır.


Əsl sənət adamları, həyatının böyük bir hissəsini tənhalıq içərisində və özüylə yaradıcılıq prosesi arasındakı dueldə keçirir; həyatın arzu edilən müxtəlifliyini dadmaq, sənət adamı üçün, ancaq yaradıcılığın aynası içərisində mümkündür. Yalnız yaşamaq üçün yaşayan, yaradıcı olmayan, zövq almaqla kifayətlənən bir insan hür ola bilər və kefi istədiyi kimi yaşaya 9


bilər. Öz qarşısında bir çox vəzifələr qoyan bir insan, gözəl macəraların yanından keçib gedər: Bir sənətçi çox vaxt yaşamaq fürsətini qaçırdığı şeyləri təsvir edər.

Sənət adamının etdiyinin tam əksini edərək özlərini sorğu-sualsız bir şəkildə zövqün ixtiyarına buraxanlara gəlincə, onlarda da həyatlarının müxtəlif olayları üzərində uzun-uzun işləyib onlara bir şəkil vermə gücü yoxdur. Özlərini yaşadıqları anın içərisində itirərlər və beləcə bu an bütün o biri insanlar üçün yox olub gedər; halbuki sənətçi ən kiçik şeyi belə əbədiləşdirməyi bilər. Buna görə də, bu iki tip insanın qayələri verimli bir şəkildə

bir-birini tamamlayacaq yerdə, bir-birindən uzaqlaşmaqdadır: Birinin şərabı yoxdur, o birinin isə qədəhi. Açıla bilməyən bir düyündür bu: Hərəkət və zövq adamlarının bütün şairlərdən daha çox söyləyəcək şeyləri, yaşanmış təcrübələri vardır, ancaq danışmağı və ya yazmağı bacarmazlar. Bunun müqabilində, yaradıcılar da uydurmaq, icad etmək zorundadırlar, çünkü bir hekayə mövzusu ola biləcək yaşanmış təcrübələri çox zaman yetərli deyildir. Şairlərin maraq doğuracaq bir həyat hekayəsi olması seyrək olaraq göründüyü kimi, gerçəkdən təsirli bir həyat hekayəsinə sahib olan insanların onu yaza bilməsi də nadirən görünür.


Bax, Kazanovanın demək olar ki tayı-bərabəri olmayan, bənzərinə heç rast gəlinməyən, qeyri-adi başarısı buradan irəli gəlir: İlk dəfə olmaq üzərə, bir zövq və keyf adamı, hər anın sonuna qədər dadını çıxarmasını bilən, üstəlik taleyin ona ağlasığmaz macəralar bağışladığı, şeytani bir yaddaşı olan və

xarakter baxımından ən kiçik bir vicdani narahatlıq duymayan bir adam, qeyri-adi olan həyatını yazmağı başara bilmişdir, həm də əxlaqi məsələlərə görə hər hansı bir dəyişiklik etmədən, mətnə

10


qafiyələrlə şirinlik qatmadan, fəlsəfəylə bəzək-düzək vurmadan, obyektiv bir şəkildə, olduğu kimi yaza bilmişdir həyatını: Azartlı, təhlükəli, dəlilik və gicbəsərliklə dolu, əyləncəli, bayağı, abırsız və sayqısız, ancaq hər zaman güc və enerjiylə və gözlənilməz şeylərlə dolu olaraq… Ayrıca, bunu, ədəbiyyat ehtirasıyla ya da doqmatik bir lovğalıq duyğusu ilə, peşmanlıq və ya özünü göstərməyə dönüşən bir növbəti etirafla deyil, nəşəylə, keyflə, qeyd-şərtsiz bir şəkildə etmişdir: eynilə bir meyxanədə, ağzında piposuyla bir masa başında oturan və tərəfsız bir şəkildə onu dinləyənlərə duzlu, hətta bibərli bir macəra ziyafəti verən qocaman bir yaşlı əsgər kimi.

Burada danışan, qüdrətli bir yaradıcı və ya xəyalpərəst deyil, bütün şairlərin ustası olan həyatdır, – bənzərsiz ilham qaynağının mümkün ola biləcək zənginliyi və inanılmaz dərəcədə güclü qanadları olan həyatın özü. Kazanovaya gəlincə, sənət adamından gözlənən ən bəsit şərti yerinə yetirməkdən başqa bir şey etmir: İnanılması mümkün olan şeyləri inanılır hala gətirmək.

Bunu gerçəkləşdirə bilmək üçün, fransız dilini pis bilməsinə

baxmayaraq, sənəti də, gücü də yetərlidir. (Not etməyi sevmirəm, yazılı bir dartışmaya girməyi isə heç sevmirəm. Amma dürüst olmaq

qayğısı

ilə,

bir

məsələni

diqqətə

çatdırmaq

məcburiyyətindəyəm: Kazanovanın nəsrinin sənət dəyərini dəqiq müəyyən

etməkdən

ötrü

etibarlı

bir

təməldən,

yəni

“Xatirələr”inin orijinal mətnindən bu gün hələ də məhrumuq.

Bizim bildiyimiz, təəssüf ki, orijinal əlyazma nüsxəyə sahib olanların, F.A. Brockhaus Yayınevi sahiblərinin, heç bir təminat göstərmədən, keyfi bir şəkildə, yüz il öncə bir Fransız professoruna gördürdükləri bir tərtibatdır. Artıq heç olmazsa elm adamlarına, Kazanovanın gerçək mətninə bir göz atma iznini verməkdən daha təbii nə ola bilər? Və şübhəsiz, bütün ölkələrin 11


alimləri və müxtəlif akademiyaların üzvləri belə bir iznin verilməsini şiddətlə dəstəkləməkdədirlər. Məsələ burasındadır ki, Brockhausa qarşı tanrıların savaş açmasının belə faydası ola bilməz: sahiblərinin kaprizləri və inadkarlığı üzündən orijinal mətn firmanın seyfində kilidli olaraq gözlərdən uzaq tutulmaqdadır; bunun üçün və yalnızca bu özbaşına davranışa görə, dünya ədəbiyyatının ən maraqlı əsərlərindən birini, ancaq kobud bir şəkildə başqasının danışdığını oxumaq və

dəyərləndirmək kimi əcaib bir hadisə ilə qarşılaşırıq. Brockhaus Yayınevi, bu günə qədər, sənətə qarşı düşməncəsinə bir münasibətdən başqa bir şey olmayan bu inadkarlığını açıqlaya biləcək məntiqə uyğun səbəbləri ictimaiyyətə bildirmək zəhmətinə belə qatlanmamışdır. Stefan S.) ancaq podaqra xəstəliyinə görə əsməcəli bir hala gəlmiş olan və burmadan deyinən bu yaşlı adam, Duksda, heç bir iş görmədən maaş aldığı vəzifəsində qaldığı zamanlarda, bir gün gələcək çal saqqallı tarixçilərin və filoloqların, XVIII əsrin ən dəyərli perqamenti halına gələn xatirələrinin üzərinə əyiləcəklərini və bütün mahiyyətini içlərinə sindirə bilmək üçün tər tökəcəklərini ağlına belə gətirə bilməzdi; və bizim sadəlövh Cakomomuz aynada özünü nə qədər bəyənirsə bəyənsin, ölümündən yüz iyirmi il sonra, bir zamanlar ona girilməsi qadağan edilmiş olan o sevimli Parisində bir “Kazanovaçılar Dərnəyi”nin qurulacağını və bu Dərnəyin, yalnız, vaxtıyla onun əlindən çıxan hər kağız parçasını, atdığı hər tarixi təsdiq etmək və bu kağız parçaları üzərində, bir zamanlar ona görə xoş bir şəkildə adı çıxmış olan qadın adlarının kim olduğunu kəşf etmək məqsədi ilə qurulacağını ona söyləsəydilər, bunu, o lənətə gəlmiş düşməni, eşikağası Feltkirchnerin axmaq bir zarafatı olaraq görərdi.

Belə olan halda, bu özünü bəyənmiş adamın, bir gün gəlib də

12


bu dərəcədə məşhur olacağını öncədən hiss etməməsini, dolayısıyla əxlaqi qayğılara qapılmamasını, anlatdığı şeyləri bəzəyib düzəməyə çalışmamasını və psixoloji təhlillərə özünü qaptırmamasını xoşbəxt bir təsadüf olaraq görək; çünki ancaq müəyyən bir məqsədlə hərəkət etməyən bir insan, beləsinə

qayğısız bir səmimiyyətə çata bilər və yalnız ibtidai və təbii şeylərdə rastlana bilən bir özəlliyə sahib ola bilər. Bu yaşlı qumarbaz, Duksda, çalışma masasına hər zaman olduğu kimi tənbəl-təmbəl yaxınlaşır – bura onun son oyun masasıdır – və son kozırını oynayaraq xatirələrini taleyin üzünə çırpır: Sonra, başqa bir dünyaya çağrıldığı üçün, bu sıçrayışının nəticəsini görməyə

vaxt qalmadan, qalxır yerindən.

Ancaq, necə fövqəladə bir şey! Ölümsüzlük içərisində

cingildəyən də yalnız elə bu son sıçrayışı olur: Duksdakı o köhnə

kitabxanaçı, artıq kimsənin onu qova bilməyəcəyi bir şəkildə əks mövqedə olduğu Volterin və başqa böyük şairlərin yanında, ölümsüzlük ölkəsinə yerləşir; onun haqqında yazılmış hələ bir yığın kitab olacaq orada, çünki ölümünün üzərindən bütöv bir yüz il keçib getdiyi halda hələ də həyatını anlaya bilmiş deyilik: Bu tükənməz material, yazarlarımıza, durmadan, onun portretini yenidən çəkmək istəyini verməkdədir.

Bəli, bu yaşlı commediante in fortuna, taleyinin bu bənzərsiz aktyoru oyunu qazanmışdır və bu həqiqətə qarşı hər cür etiraz, hər cür təmtəraqlı söz boşunadır. Sayqı duyduğumuz bu dostumuzu, əxlaq qaydalarına əhəmiyyət vermədiyi və bu məsələdə ciddi davranmadığı üçün xor görə bilərlər; tarixçi olaraq onun söylədiyinin tərsini müdafiə edə bilərlər və sənətçi olaraq onu inkar edə bilərlər.

Edə bilməyəcəkləri bir tək şey var: Onu yenidən öldürə

bilməzlər, çünkü bütün şairlərə və bütün filosoflara rəğmən, 13


dünya o zamandan bu yana onun həyatından daha maraqlı bir roman ortaya qoyamadığı kimi, onunki qədər canlı və fövqəladə

bir portret də yaratamamışdır.


KAZANOVANIN GƏNCLİK PORTRETİ


– Nə qədər yaraşıqlı bir kişi olduğunuzu bilirsinizmi?

(1764-cü ildə San-Susinin bağçasında Böyük Fridrixin birdən-birə dayanıb ona baxaraq söylədiyi sözlər)


Kiçik paytaxtlardan birinin teatrındayıq: Müğənni xanım söylədiyi ariyanı qorxmadan yüksələn incə bir səslə təzəcə

bitirmiş; birdən-birə boşalan bir leysan kimi, salonu alqış

yağmuru bürümüşdü; ancaq indi ağır bir templə davam edən səhnədəki danışıqlar zamanı ümumi maraq və diqqət zəifləmişdi; gənc lovğa cənablar lojaları gözdən keçirirdilər; xanımlar durbinləriylə oynayır, gümüş qaşıqlarla ləzzətli tortlarını yeyirdilər və portağal rəngində likörlü şərbətlər içirdilər;

bu

əsnada

səhnədə

Arlekin,

fır-fır

fırlanan

Kolumbinenin ətrafında güldürücü pantomimlərini sərgiləyirdi tamaşaçılara, ancaq boş yerə özlərini həlak edirdilər!

Birdən-birə baxışlar, maraqla bir əcnəbiyə çevrilir: Rahat və

arxayın bir şəkildə, zərif görünüşlü bir cənaba yaraşan tam bir sərbəstlik və laqeydliklə, heç kimsənin tanımadığı bir cənab, orkestr çalmağa başladıqdan sonra girir içəriyə. Güclü bədəninin ətrafında, sanki bir halə kimi, zənginliyin parıltısı var; zərif güləbətin işləmələrlə bəzənmiş bir brokart jiletin üzərini qıvrımlarla saran kül rəngli parlaq mahuddan bir kostyum geymiş;

bahalı

krujevalar,

Brüssel

tipi

bir

yaxalığın

14


düymələrindən başlayaraq ipək corablara qədər, bir qala qiyafətinin ciddi görüntüsünü sərgiləyir.

Əlində sərbəst tutduğu bəyaz tüklü bir mərasim şapkası var; bu əsilzadə əcnəbidən xəfif və xoş bir gülab ya da son moda bir krem qoxusu yayılır ətrafa və indi o, ilk sıradakı kreslolardan birində rahatca yerləşir, kürəyini kreslonun arxasına dayayır, üzüklərlə dolu əlini, qürurlu bir şəkildə, ingilis dəmirindən düzəlmiş qılıncın üzərinə qoyub. Hamıda maraq oyandırdığının fərqində deyilmiş kimi, qızıl sağanaqlı gözlüyünü qaldırır və

saxta bir laqeydliklə lojaları gözdən keçirir. Lakin, artıq indidən, bütün kreslolarda və bütün sıralarda, kiçik şəhərin maraq duyğusu oyanmış və pıçıltılar başlamışdır: Bir şahzadəmi, zəngin bir səyyahmı? Başlar bir-birinə yaxınlaşır, sayqı dolu bir pıçıltıyla, əcnəbinin sinəsində sallanan tünd qırmızı bir lentin ucundakı almazlarla örtülü bir medalyondan söz açırlar (elə

parlaq daşlarla bəzənib ki, kimsə bunun bir ovuc böyürtkəndən daha bahalı olmayan adi, uzuc bir nişan olduğunu başa düşmür).

Səhnədəki musiqiçilər onlara göstərilən marağın azaldığını o saat hiss edirlər; söhbətlər daha maraqsız bir hal alır, çünki skripkanın və violanın arxasınca rəqqaslar da kulislərə qaçırlar, biri-birlərindən – Əcəba, bizə karlı bir gecə keçirdəcək çox zəngin bir hersoqmu? – deyə soruşaraq onu diqqətlə süzürlər.

Ancaq salonda olan yüzlərcə tamaşaçı, hələ bu əcnəbinin sirrini öyrənməmiş, kim olduğunu kəşf etməmiş, lojalardakı qadınlar, həyəcandan çaşqına dönmüş halda, başqa bir şeyi müşahidə edirlər. Bu adam nə qədər yaraşıqlıdır! Nə qədər gözəl və erkəkcəsinə bir görünüşü var! Boylu-buxunlu, enlikürək; dolğun və əzələli əlləri var; qamətli və kişiyana möhkəm görünüşündə qadınsayağı heç bir iz yoxdur; indi orada ayaq üstə

durub, boynunu bir az önə əymiş, eynilə hücuma keçmədəyə

15


hazırlaşan bir buğaya bənzəyir. Yandan baxıldığı zaman bu üz, bir Roma medalyonunu xatırladır, hər cizgi qumral başın mis zəmini üzərinə metallik bir açıqlıqla işlənmiş kimidir sanki. Zərif bir hərəkətlə alnını yuxarı doğru qaldırır. Xəfifcə dalğalı şabalıd rəngi saçların arasından birdən-birə ortaya çıxan belə bir alnı görsəydi, bütün şairlər heyran qalardı; burnu bir qarmaq kimi çıxıntılı, güclü sümüklərdən yaranmış çənəsi də qabarıq idi; və

onun altında da iki qoz böyüklüyündə bir hulqum (sadəlövh qadınlar bunu erkəklik gücünün ən etibarlı ifadəsi olaraq görürlər); üzdəki hər cizginin bir sərtlik, cəsarət və qərarlılıq ifadə etdiyi inkar edilməz idi. Yalnız dodaqları yumşaq və

nəmliydi; bu dolğun şəhvətli və qırmızı dodaqların arasından mirvari kimi dişləri görünürdü. Yaraşıqlı adam indi yavaşca üzünü zəif işıqlanmış anfiteatra doğru döndərir; biçimli, sıx kirpikli, qüsursuz bir qövs şəklində aralanmış göz qapaqlarının altından qara göz bəbəkləri həyəcanlı və səbrsiz bir baxışla parlayır: Ov arxasınca qaçan və birdən-birə bir qartal kimi qurbanının üzərinə atlamağa hazır olan əsl ovçu baxışları kimi…

Amma hələlik yeni-yeni tutuşmağa başlayan bir alovla parlayır bu gözlər, hələ yandırıcı bir atəş halına gəlməmiş; lojaları gözdən keçirən və erkəkləri saya salmadan, satışa hazır bir mal kimi qadınların bulunduğu bu yarımqaranlıq yuvalardakı istiliyi, çılpaqlığı və bəyazlığı incələyən bir növ gizli atəş… Bir-birinin ardınca hamısını diqqətlə gözdən keçirir, eynilə maldan başı çıxan bir adamın etdiyi kimi; və bu arada qadınların da onu diqqətlə süzdüyünü hiss edir. O zaman şəhvətli dodaqları bir az boşalır və cənublulara xas dolğun ağzının kənarında görünən xəfif bir gülümsəmə qar kimi bəyaz dişlərinin parlaq sırasını açığa çıxarır.


16


Bu gülümsəmə, indilik ayrıca bir qadına yönəlmiş deyil, hər zaman, hamısına, orada paltarlarının altında imisti və çılpaq bir şəkildə gizli duran bütün qadınlara yönəlib. Amma, tanıdığı bir xanımı görür; o saat baxışı onun üzərində cəmlənir və hələ bir an əvvəl naməlum bir arayış içində olan gözlərində məxmər kimi yumşaq parıltı görünür; sol əli xəncərini buraxır, sağ əliylə böyük tüklü şapkasını tutaraq, tanış birini görüncə söylənməsi gərəkən nəzakət sözlərini söyləməkdən ötrü ona doğru yaxınlaşır. Ona doğru uzanan əli öpmək üçün əzələli boynunu zərif bir şəkildə

önə doğru əyərək çox böyük bir sayqıyla qadına bir şeylər söyləyir; qadının, bundan məmnun olmaqla birlikdə, xəfifcə

geriləməsindən və yerində qurcalanır kimi olmasından, erkəyin səsinin tembrindən nə qədər təsirləndiyi, bu səsin necə bir dadlı yumşaqlıqla içinə işlədiyi bəlli olur, çünki çaşqın bir şəkildə

geriyə dönüb əcnəbini yanındakılara təqdim edir:

–Seingalt Kavaleri.

Reveranslar, nəzakət sözləri, kübar davranışlar; qonağa lojada bir yer göstərilir, ancaq o bunu təvazökarlıqla rədd edir və

beləcə bütün bu nəzakətli söz alış-verişindən sonra, söhbət artıq əməlli-başlı canlanır, Kazanova səsini yüksəldir və söylədiyi sözlər ətrafdan da eşidilməyə başlayır. Eynilə artistlər kimi, kəlmələrin sonundakı saitləri mahnı oxuyurmuş kimi dadlı bir şəkildə uzadaraq və samitləri də əməlli-başlı vurğulayaraq, getdikcə daha çox diqqəti çəkəcək və bitişik lojalardan da eşidiləcək şəkildə güclü və cingiltili bir səslə danışır; çünki nə

qədər nüktəli danışdığını, Fransızcanı və İtalyancanı nə qədər yaxşı bildiyini və söz arasında sevgili Horatiusundan necə söz açdığını yan lojalardakı insanların da eşitməsini istəyir.

Təsadüfən edilən bir hərəkətmiş kimi üzüklü əlini lojanın kənarına dayayır: bahalı krujevayla bəzəkli qol qapaqları və

17


özəlliklə barmağında parlayan tək qaşlı üzük uzaqdan da görünə

bilsin deyə. İndi oradakı cənablara almaz işləməli bir burunotu qutusunu uzadıb, Meksikadan gətirtilmiş burunotuna qonaq edir.

–Dostum İspanya səfiri bu burunotunu mənə dünən bir kuryerlə göndərdi – deyir (bu sözlər bitişik lojanın o biri ucundan belə eşidilir); xanımların kavalerlərindən biri, qutunu süsləyən minatürə heyran olduğunu nəzakətli bir şəkildə söyləyəndə, rahat və laqeyd bir tövrlə, ancaq salondan da eşidiləcək qədər yüksək bir səslə deyir:

–Dostum və lütufkar əlahəzrət Köln Prinsinin hədiyyəsidir.

Heç bir özəl niyyəti yoxmuş kimi danışır, ancaq bu gopçu adam, bir yandan bu şəkildə özünü göstərməyə davam edərkən, bir yandan da, insanlar üzərində necə təsir buraxdığını anlaya bilmək üçün, yırtıcı baxışlarla heç durmadan sağa-sola boylanır.

Bəli, hər kəs onunla meşğuldur; qadınların maraq duyğusunu üzərinə çəkdiyini hiss edir; nəzərə çarpdığını, ona heyran olduqlarını və sayqı duyduqlarını görür və bu onu daha da cürətli hala gətirir. Böyük bir ustalıqla, söhbəti bitişik lojaya da keçirtməyi bacarır: Orada, şahzadənin favorisi olan və

Kazanovanın tam bir Parisli ləhcəsini xoşbəxt bir şəkildə

dinləyən (bunu hiss edir) bir xanım var; gözəl bir qadından söz edərkən, təbii bir hərəkətlə, dönüb, nəzakətli bir söz söyləyir bu xanıma və o da gülümsəyərək cavab verir.

O zaman yanındakı dostlarının da bu kavaleri həmin kübar xanımla tanış etməkdən başqa çarəsi qalmır. Oyun artıq indidən qazanılmışdır. Ertəsi gün günorta yeməyini şəhərin ən kübar insanları ilə birlikdə yeyəcək; axşam da, saraylardan birində, kiçik bir faraon (kart oyunu) partisinə qatılacaq və ev sahiblərini soyub soğana döndərəcək; gecəni bu göz qamaşdıran 18


qadınlardan biriylə keçirəcək; və bütün bunlar, sərbəst, özünə

güvənən və enerjili davranışı, güclü iradəsi və hər şeyi borclu olduğu əsmər üzünün arxayın, özündənrazı və kişi gözəlliyi sayəsində gerçəkləşəcək:

Qadınların gülümsəməsini və barmağındakı tək qaşlı üzüyü, brilyantlı saat zincirini və kostyumundakı sırma zolaqları, banklardakı kreditini və aristokratların dostluğunu və bunların hamısından da gözəl olan, həyatın sonsuz rəngarəngliyi içərisindəki azadlığını ancaq ona, o gözəl əsmər üzünə, borcludur.

Bu arada, primadonna yeni ariyasına başlamağa hazırlaşır.

Qüsursuz bir kübar cəmiyyət adamı olaraq etdiyi söhbətlərdən sehirlənmiş olan kavalerlər tərəfindən israrla dəvət edildikdən, hamının sevimlisi olan xanımı teatrdan çıxarkən müşaiyət etmə lütfünə də çatdıqdan sonra, Kazanova təzim edərək salamlayır onları və gedib yerinə oturur, sol əlini yenə

qılıncına dayayır, musiqidən başı çıxan biri olaraq ifanı dinləyə

bilmək üçün gözəl əsmər başını önə doğru uzadır. Arxasında, lojadan lojaya, gizli suallar və cavablar ağızdan-ağıza dolaşır:

–Seingalt Kavaleri.

Onun haqqında kimsə başqa bir şey bilmir, haradan gəldiyini, haraya getdiyini, nə iş gördüyünü heç kəs bilmir; yarımqaranlıq və maraqla dolu salonun hər yanında pıçıltılarla onun adı dolaşır və (dodaqlar üzərində titrəşən görünməz bir alov kimi) bu ad səhnəyə, eyni şəkildə onun kim olduğunu maraq edən musiqiçlərin arasına da sıçrayır. Amma birdən-birə

Venesiyalı gənc bir rəqqas gülməyə başlayır:

–Seingalt Kavaleri? – Ha-ha! Bu oyunbaza baxın! Brunellanın oğlu Kazanovadır bu, beş il öncə, şirin sözlər söyləyərək bacımı yoldan çıxaran adam, qoca Braqadini əyləndirən təlxək, şarlatan, 19


şorgöz və avara.

Halbuki, qızcığaz onun pisliklərindən çox da narahat olmuş

görünmür, çünki kulislərdən Kazanovaya gülümsəyərək əl edir və barmaqlarının ucunu şux bir hərəkətlə dodaqlarına aparır.

O da onu görür və xatırlayır: ancaq qorxulu bir şey yoxdur, bu aristokrat səfehlərlə oynadığı bu kiçik oyunu pozmaq istəməyəcək, bu gecə onunla yatmağa üstünlük verəcək!


AVANTÜRİSTLƏR


-Bu qadın, sənin tək şansının, insanların axmaqlığı olduğunu bilirmi?


(Kazanovanın, kart oyununda hiyləgərlik edən Croceyə dediyi sözlər)


Yeddi illik müharibədən Fransız inqilabına gəlincəyə qədər keçən İyirmi beş illik qısa bir müddət içərisində Avropada tam bir durğunluq hakim olur. Habsburqlar, Burbonlar və

Hohenzollernlər savaşmaqdan yorğun düşüblər. Burjuaziya səssizlik içərisində, qalın bir tütün dumanının arxasında sakit-sakit oturub; əsgərlər saçlarının ucunu pudralayır və artıq işə

yaramaz hala gəlmiş silahlarını parıldadırlar; fəlakət yaşamış

ölkələr axır ki bir azacıq nəfəs ala bilirlər. Amma savaş

olmayanda hökmdarların canı sıxılır. Bütün Alman və İtalyan kiçik şahzadələri və daha başqaları, kiçicik paytaxtlarında beləcə

sıxılırlar və özlərinə bir əyləncə tapmaq istəyirlər.

Bu zavallı şahzadələr və hersoqlar, böyükləri təqlid etdikləri və önəmli işlər görə bildikləri zaman xoşbəxt idilər, ancaq indi, 20


yenidən inşa edilməsi təzəcə bitmiş və hələ soyuq və rütubətli olan rokoko stilindəki şatoları içərisində qorxunc dərəcədə

hüzünlü bir həyat sürürlər; bütün o gözəl bağçalarına, çeşmələrinə, limonluqlarına, qala bürclərinə, qalerilərinə, ov qoruqlarına və xəzinələrinə baxmayaraq canları sıxılır. Xalqdan topladıqları pullarla və Parisdən gələn rəqs müəllimlərindən alayarımçıq öyrəndikləri davranışlarla Trianon və Versaillesa bənzəmək istəyirlər və böyük şəhər ya da paytaxt həyatını yaşamaq və XIV Luis kimi bir kral olmaq istəyirlər.

Buna görə duyduqları həsrət hissi ilə bəzən bir sənətsəvər və

fikir adamı halına belə gəlirlər; Volter və Didro ilə

məktublaşırlar; Çin porselenləri, Orta Əsrlərə aid medalyonlar, barokko tərzində sənət əsərləri toplayırlar; Fransız aktyorlarını, İtalyan musiqiçilərini və rəqqaslarını evlərinə dəvət edirlər və

yalnız Veymar hersoqu, sərrast bir hərəkətlə, sarayına Şiller, Göte və Herder adlı bir neçə Almanı dəvət edir. Ayrıca çol donuzu ovları, su üzərində göstərilən tamaşalar və teatr əyləncələri bir-birini izləyir, çünki dünya özünü yorğun hiss etdiyi zamanlar, hər dəfə, oyunlar, teatr, moda və rəqs özəl bir önəm qazanır; şahzadələr pul xərcləmə və cürbə-cür hünərlər göstərməkdə bir-birləriylə yarışırlar və bir-birlərini heyran etmək üçün, əyləndirməyi ən yaxşı bilən ən maraqlı adamları, ən yaxşı rəqqasları, musiqiçiləri, xədim edilmiş müğənniləri, filosofları, kimyaçıları, xoruz döyüşü ustalarını və orqan çalanları gətirdirlər.

Belə bir hərraca, Gluck və Hendel, Metastasio və Hasse kimi adamlar qədər ruhlarla təmas quran şəxslər və yüngül qadınlar, hava fişəngçiləri, böyük ovçubaşılar, librettoçular və balet ustaları da girə bilirlər, yetər ki bu şahzadəciklərdən hər biri, ən yaxşı, ən gözəl, ən moda olan şeyi öz sarayında görmək istəsin, 21


əslində bütün bunları öz zövqləri üçün deyil, yeddi mil aralıdakı qonşularını hirsləndirmək üçün edirlər. Beləcə mərasimlər düzənləməkdə ustalaşmış müxtəlif insanlara və çeşid-çeşid mərasimlərə, daştan tikilmiş bir teatr binasına və opera salonlarına, səhnələrə və balet qruplarına sahib olanda özlərini xoşbəxt hiss edirlər; indi kiçik şəhərin can sıxıntısından qurtula bilmək və hamısı da bir-birinin bənzəri olan altmışa qədər aristokratın üzünə baxıb durğunluqdan irəli gələn qaçılmaz monotonluğa gerçək bir kübarlıq görüntüsü verə bilmək üçün təkcə bir şeyləri əksikdir: Əsilzadə ziyarətçilər, diqqəti çəkən qonaqlar, ara vermədən dünyanı dolaşan səyyahlar; bütün bunlar, cansıxıcı kiçik şəhərin ağır ritminə bir parça canlılıq toxumu qatacaq və sadəcə otuz küçəsi olan bir paytaxtın boğucu havasına, böyük dünyadan bir parça əsinti gətirəcəkdi.


Страницы книги >> 1 2 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации