Текст книги "Kazanova"
Автор книги: Стефан Цвейг
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Hər hansı bir saraydan belə bir dəvət gələn kimi, haydı baxaq görək, əldən diri olun, tez olun! – deyərək görürsən ki, tökülüşüb gəlirlər. Qarınları yerdə sürünərək, yüzə qədər cürbəcür maskalar taxmış və cürbəcür qılıqda insan, dünyanın hansı nöqtəsindən qaçıb gəldikləri, hansı yuvanın quşu olduqları bilinməyən bir sürü avantürist! Elə ertəsi günü, bir poçt arabası və İngilis faytonları ilə gəlib yetişirlər və dərhal, tənbəl-tənbəl, ən kübar otellərin ən aristokrat görünən otaqlarını kirələyirlər.
Əyinlərinə hansısa Hindistan və ya Monqolustan ordusunun fantastik uniformalarını geymişlər, özlərinə saxta daş-qaşa bənzəyən təmtəraqlı adlar taxmışlar, eynilə ayaqqabılarındakı bəzəkli toqqalar kimi saxta olan adlar.
Onlar bütün dillərdə danışa bilirlər, bütün şahzadələri və
böyük adamları tanıdıqlarını iddia edirlər; bütün ordularda xidmət etdiklərini və bütün universitettlərdə oxuduqlarını 22
söyləyirlər. Cibləri layihələrlə doludur; cəsarətli vədlər dillərindən düşmür; lotoreyalar və əlavə vergilər, dövlətlərarası sazişlər və fabrikalar kimi mövzularla əlaqəli planlar qururlar; qadınlar, nişanlar, axtalanmış müğənnilərdən basıb-bağlayırlar; öz ciblərində on qızıl belə olmadığı halda, qarşılarına çıxan hər kəsə tinctura aurinin (qızıl düzəltmə sənətinin) sirrini bildiklərini pıçıldayırlar. Hər sarayda fərqli bir texnikaya əl atırlar: Bəzən sirli bir şəkildə özlərinə farmazon bəzəyi vururlar, və ya masonluqda bəlli bir dərəcəyə çatmış biri imiş kimi davranırlar; bəzən, pul ehtirası ilə yanıb tutuşan bir şahzadənin yanındaykən, kimyagərlikdə və Teofrastın əsərləri üzrə mütəxəssismiş kimi ədabazlıq edirlər. Zövq düşkünü bir şahzadənin yanında, özlərini dürüst sələmçilər, pul qazanmağı yaxşı bilən təcrübəli şəxslər, vasitəçilər, qadın aradüzəldənlər olaraq göstərirlər; müharibədən xoşlanan bir şahzadənin yanında isə cəsus olaraq, incə ruhlu, düşüncə zövqlərindən xoşlanan bir şahzadənin yanında da filosof və şair olaraq boy göstərirlər; batil inancları olanlara ulduz falları ilə, tez inananlara müəyyən planlarla, qumarbazlara işarəli kartlarla və sadəlövhlərə kübar bir sosyete adamı görünütüsüylə yaxınlaşırlar. Amma bütün bunlar, kəşf edilməsi mümkün olmayan bir sirr və əcnəbiliyin anlaşılmaz haləsiylə əhatə olunmuş və onun cümbüşlü qıvrımları altında gizlənmiş, dolayısıyla daha da ilginc bir hal almışdı. Bataqlıqların üzərində görünən saxta alovlar kimi birdən-birə parlayaraq və
təhlükəli bir şəkildə diqqətləri öz üzərlərinə çəkərək, sarayların sıxıcı və zəhərli havası içərisində titrəşmələr yaradaraq, parıltı saçaraq gah görünüb gah yox olan aldadıcı ruhlar kimi rəqs edərcəsinə, orada-burada dolaşırlar.
Saraya qəbul edilirlər, insanlar onlarla əylənir, amma azacıq da olsa bir dəyər vermirlər; gerçəkdən aristokrat olub 23
olmadıqlarını, nişan üzüyü taxmış olan arvadlarının əsl arvadları olub olmadığını, yanlarında gətirdikləri qızların gerçəkdən bakirə olub olmadığını özlərinə dərd etmirlər. Çünki zövq verən bir şəxs, bir şahzadə üçün xəstəliklərin ən qorxuncu olan can sıxıntısını bir saatlığa da olsa dağıda bilən bir insan, materialist bir fəlsəfəylə pozulmuş o cür əxlaqdankənar şəraitdə yaxşı qarşılanır və ondan heç bir şey soruşulmur. Əyləndirdiyi və
kobud şəkildə oğurluq etmədiyi müddətcə, ona, eynilə fahişələrə
olduğu kimi, istəyərək qatlanılır. Bəzən bu hiyləbazlar və
sənətçilər güruhu, aristokratcasına bir təpiklə bayıra atılır (məsələn, Mozartın başına gəldiyi kimi), bəzən balet salonundan həbsxanaya yuvarlanırlar və hətta, İmperatorluq Teatrının rejissoru Afflisio kimi, kürək məhkumluğuna qədər düşə bilirlər.
Ən ustaları gənə kimi yapışırlar, vergiləri toplayarlar, hamının favorisi olan bir fahişənin sevgilisi ya da bir saray aşüftəsinin lütfkar əri, bir beyzadə, hətta bir baron ola bilərlər.
Amma çox vaxt, özülərnə yer edincəyə qədər gözləməmək ağıllılığını göstərirlər, çünki bütün cazibədarlıqları yeni olmalarından və kim olduqlarının bilinməməsindən qaynaqlanır; kart oyunlarında böyük bir səhvə yol verib nömrə basarlarsa, əllərini başqalarının cibinə uzadarlarsa, sarayda çox uzun bir müddət qalarlarsa, bir gün qəflətən kimsə çıxıb onların iç üzünü aça bilər və bellərindəki qamçı izlərini və ya kürək məhkumu damğasını hər kəsə göstərə bilərdi. Onları dar ağacından qurtara biləcək tək şey, tez-tez yer dəyişdirmələridir; buna görə də bu fırıldaqçılar, qaranlıq peşələrinin səyyar agentləri olaraq, bir saraydan o birinə gedən qaraçılar kimi, heç durmadan Avropanı dolaşırlar, beləcə, bütün bir XVIII əsr boyunca, Madriddən Peterburqa, Amsterdamdan Pressburqa, Parisdən Napoliyə
doğru həmişə eyni insanlardan ibarət, görünməmiş bir dələduz 24
sürüsü qaça-qovda olmuşdur.
Kazanovanın, hər qumar masasında və hər kiçik sarayda eyni dələduz dostlarla rastlaşması -Talvislər, Afflisiolar, Şverin və Saint-Germain kimi şəxslər – əvvəllər bir təsadüf olaraq görünə bilər; halbuki bu işi mənimsəmiş şəxslər üçün bu şəkildə
tez-tez yer dəyişdirmək zövq olmaqdan çox, bir qaçışdır. Ancaq çox az bir zaman üçün təhlükədən uzaqdırlar; lakin birlikdə
hərəkət etdikləri zaman özlərini qoruya bilirlər, çünki hamısı birdən vahid bir ailə olublar, ayrıca bir nişanı olmayan bir farmazonlar dəstəsi, bir macəraçılar qrupu halına gəliblər. Bir-birləriylə qarşılaşdıqları yerlərdə, fırıldaqçılıq məsələsi ortaya gəldiyi zaman, qarşılıqlı olaraq bir-birlərini dəstəkləyirlər; biri obirini kübar cəmiyyətlə tanış edir və qumar yoldaşını tanıdığı üçün onun adını, sanını və ünvanını təsdiq etmiş olur; qadınları dəyişdirirlər, qılıflarını dəyişdirirlər, adlarını dəyişdirirlər, fırıldaqlarından başqa hər şeylərini dəyişdirirlər.
Bu şəkildə, sarayların çevrəsində boş-boş dolaşıb duran bütün bu komediya oyunçuları, rəqqaslar, musiqiçilər, fırıldaqçılar, səfehlər, fahişələr və kimyagərlər (yezuitlər və
yəhudilərlə birlikdə), dar qafalı və dar görüşlü oturuşmuş bir yüksək aristokratlar sinfi ilə hələ özünü xilas edə bilməmiş
naməlum burjuaziya arasındakı yeganə millətlərarası birlik olaraq dünyada yerlərini alırlar. Nə birinə nə də digərinə girə
bilirlər, müxtəlif siniflər və ölkələr arasında dolaşıb dururlar; -
çox fərqli və müxtəlif bir sinifdir bu, bayraqsız və vətənsiz bir piratlar qrupu olaraq oradan oraya gedib gəlirlər. Onlarla birlikdə yeni bir dövr, yeni bir “başqalarını sömürmə sənəti”
başlayır; artıq müdafiəsiz insanları soymurlar, yolçu arabalarına hücum çəkmirlər, özünü bəyənmişlərə qırmaq atırlar və
25
sərsəmlərin
ciblərinə
əl
uzadırlar.
Güclü
əzələlərdən
qaynaqlanan cəsarətin yerinə, onlarda zəka var; hücum etmənin aqressivliyi, soyuq bir laqeydliklə yer dəyişdirmiş; soyğunçunun amansız yumruğunun yerini, psixologiya, ən incə, ən usta sənət almışdır. Pul kisələrinə əl atan bu yeni soyğun forması, dünya vətəndaşlığı və kübar davranışlarla ortaqlıq edir; bir zamanlar olduğu kimi yandırıb yaxacaqları və öldürəcəkləri yerdə, artıq hiyləli qumar kartları və saxta sənədlər işlədərək oğurlayırlar.
Onlarda hələ də, Yeni Hindistana doğru yelkən açanların və
bütün ordularda muzdlu əsgər olaraq çalışıb meyvə və səbzə
bağçalarını talan edənlərin, hər nə bahasına olursa-olsun həyatlarını dürüst burjua xidmətləriylə qazanmaq istəməyənlərin və qarşılaşacaqları təhlükə nə olursa-olsun, ciblərini bir anda doldurmaq istəyənlərin cürətli qanı var; ancaq baş vurduqları yollar, yöntəmlər daha incəlmiş, dolayısıyla üzləri və görünüşləri də daha incə və zərif bir hal almışdır. Artıq ağır yumruqlara, sərxoş üzlərə, boşboğaz əsgərlərin komandirlərinin qaba hərəkətlərinə rastlanmır onlarda; əlləri aristokrat bir şəkildə
üzüklərlə bəzənib və saymaz başlarının üzərində pudralanmış
bir parik daşıyırlar.
Durbinləriylə sağa sola baxırlar və rəqqaslar kimi tək ayaqları üzərində fır-fır fırlanmağı bacarırlar; artistlər kimi bəlağətli bir dilə (parlando) sahibdirlər və əsl filosoflar kimi dərin düşüncələrə dalmış görünürlər. Qumar masasında, əndişəli baxışlarını həyasızca gizləyərək hiyləgərlik edirlər və mənalı söhbətləri sayəsində qadınları saxta məhəbbətlərinə və saxta cəvahiratlarına inandırırlar.
Bir şey inkaredilməzdir: hamısında, onları simpatik edən zəkalı bir davranış və bir ruh bilgisi var; hətta aralarında bir neçəsi dahilik mərtəbəsinə çatmışdır. XVIII əsrin ikinci yarısı 26
onların ən parlaq dövrü, qızıl dövrü, klassik dönəmləri olmuşdur; daha öncə XIV Luis zamanında Fransanın ən parlaq yeddi şairi Fransız şeirinə necə bir incəlik və gözəllik qazandırmışsa və daha sonra Almanyada o heyran olunacaq Veymar dönəmində dühanın yaradıcı şəkli nə cür qalıcı bir dəyər daşıyan bir neçə insanda toplanmışsa, o sıralarda da (XVIII əsrin ikinci yarısında) Avropa dünyası üzərində çox böyük bir şarlatanlığın və əbədi avantüranın yeddi böyük ulduzu zəfərlə
parlamışdır. Çox keçmədən şahzadələrin ciblərini boşaltmaq artıq onları qane etmir; abırsızlıqla və görülməmiş bir şəkildə
dövrün olaylarına qarışmışlar və dünya tarixinin böyük çarxını döndərməyə başlamışlar. Başqalarının tabeliyində xidmət edəcək və boyun əyəcək yerdə, utanmadan ön plana çıxmışlar; XVIII əsrin ikinci yarısını bu avantüristlərin oynadığı rol qədər açıq-aşkar şəkildə xarakterizə edən başqa heç bir şey yoxdur.
Con Lav, qaçaq irlandiyalı, çıxardığı saxta pullarla Fransız maliyyə sistemini partlama nöqtəsinə gətirmişdi. D'Eon, qadınla erkək arasında, cinsiyyəti və reputasiyası şübhəli bu varlıq, millətlərarası politikaya istiqamət vermişdir. Səy qafalı kiçik bir baron olan Neuhoff, gerçəkdən Korsika kralı və gerçək bir kral olmuş, amma bunu da əlavə etmək lazımdır ki, sonunda borclular həbsxanasına düşmüşdür. Kaqliostro, Sicilyalı cavan kəndli, həyatı boyunca əməlli oxuyub-yazmağı öyrənə bilməyən bu adam, Parisin diz çökdüyünü görmüş və məşhur boyunbağısıyla (Tarixə “Boyunbağı məsələsi” olaraq düşmüş
olan olay; XVI Luis dönəmində, Kraliça Mariya Antoinettenin diqqətini cəlb etmək istəyən Kardinal Rohan, intriqaçı bir qadın olan Knyagina de la Motte tərəfindən aldadılır. Knyagina, Kardinala Kraliçanın 1.600.000 frank dəyərində bir boyunbağı istədiyini, ancaq Kralın buna razı olmadığını söyləyir. Kardinal 27
boyunbağını məşhur bir zərgərdən alıb, Kraliçaya versin deyə
Knyaginaya təslim edir; ancaq boyunbağı yoxa çıxır. Rohan pulunu ödəmədiyi üçün məsələ ortaya çıxır. Rohan Parisdən sürgün edilir, Knyagina isə qamçılanır və qızmar dəmirlə
damğalanır. Kaqliastronun da bu işə bulaşdığı söylənir, eyni şəkildə o da Parisdən sürgün edilir – red.) başına corab hörəcək ipi krallığın əlinə vermişdir.
Yaşlı Trenckin hekayəsi ən acınacaqlısıdır, çünki bu avantürist adam, aristokratlara qarşı hər hansı bir günah işləmədiyi halda, axırda başını gilyotinə vermiş və qırmızı papağının altında bir hürriyət qəhramanının kədərli rolunu oynamışdır. Sen-Jermen, (Saint-Germain: Qeyri-adi yaddaşı ilə
XV Luisin sarayını çaş-baş salan və bir neçə əsrdən bəri yaşadığını iddia edən avantürist – red. ) yaşı bəlli olmayan bu sehirbaz, Fransa kralının müti bir şəkildə önündə diz çökdüyünü görmüşdür və doğum tarixinin bilinməyən sirri ilə, bu gün belə, elmi cəhdlərə meydan oxumaqdadır.
Hamısının əlində ən güclü insanlardakından daha çox güc vardır; bütün dünyanın marağını və diqqətini öz üzərlərinə
çəkmişlər, ağıllı adamları ovsunlamış, qadınları yoldan çıxarmışlar; zənginləri soymuşlar və nə bir vəzifə nə də bir məsuliyyət altına girmədən, politika sahəsindəki kuklaların iplərini gizlicə çəkib oynatmışlar. Və bunların sonuncusu olan
“amma ən pisi olmayan” bizim Cakomo Kazanovamız, bu dəstənin tarixini yazan və özündən bəhs edərkən digərlərini də
təmsil edən bu adam, yüzlərcə başarısı və macərası ilə, bu unudulmaz və unudulmayacaq yeddiliyin, “hər biri bütün şairlərdən daha məşhur, dövrünün bütün politikaçılarından daha çox şey başarmış, hələ o zamanlar belə itib getməyə məhkum olan bir dünyaya qısa bir müddət hakim olmuş bu yeddiliyin – ən 28
zövqlü, ən əyləncəli parçasını təşkil etməkdədir.
Gerçəkdən də, Avropadakı bu ağılasığmaz komediyanın və
abırsızlığın bu böyük istedadlarının qəhramanlıq dövrü, cəmi-cümlatanı otuz ya da qırx il sürmüşdür; sonra onların ən tam nümunəsi, ən qüsursuz dühası, gerçəkdən şeytani bir macəraçı olan Napoleonun şəxsində öz-özünü yıxıb tükəndirmişdir.
Talantın, qumar oynamaqdan başqa bir iş görmədiyi yerdə, dahilər böyük bir ciddiliklə hərəkət edər; ikinci dərəcəli rollarla kifayətlənməz, yalnız özü üçün, öz yaradıcı rolunu oynamaq üçün, bir səhnə olaraq bütün dünyaya sahib olmaq istərlər.
Bonapart, bu mayasız balaca korsikalı, Napoleon adını aldığı zaman, burada artıq, Kazanova-Seingalt ya da Balsamo-Cagliostroda olduğu kimi, kübar bir adamın maskası altında qorxaqca gizlənən biriylə deyil, hər kəsin önündə qürurlu bir şəkildə öz dəyərini təsdiq edən və zəfərə çatmaq üçün oyunbazlığa girişəcək yerdə, onu öz haqqı olaraq görən üstün bir ruhla qarşı-qarşıya gəlmişik deməkdir.
Avantüristlik, bütün bu talantlı insanların dühası olan Napoleonla birlikdə, qəbul otağından çıxaraq imperiya taxtının salonuna keçmişdir; Napoleon, avantüranı zirvə nöqtəsinə
çıxardaraq, qanundankənar şeyləri, güclülüyün ucalığına çatdırmış və qısa bir müddət üçün Avantüranın başına, bütün taçların ən gözəlini, Avropanın tacını qoya bilmişdir.
MƏDƏNİYYƏT və İSTEDAD
“Bilikli, oxumuş bir adam olduğunu deyirlər, ancaq 29
gizli biliklər və qabiliyyətlər baxımından da zəngin bir kəlləsi var; İngiltərədə və Fransada olmuş, kübar bəylərdən və xanımlardan qanundankənar mənfəətlər əldə etmişdir, çünki onun yaşamaq prinsipi hər zaman başqalarının hesabına yaşamaq və tez inananları aldatmaqdır. Kazanovanı əməlli-başlı tanıdığınız zaman, onda, inancsızlığın, yalanın, utanmazlığın və
səfehliyin qorxunc bir şəkildə bir araya gəldiyini görərsiniz.”
(Venesiya
İnkvizisiyasının
gizli
hesabatı,
1755)
(Bütün
vətəndaşlar üzərində araşdırma, istintaq, məhkəmə və hər cür cəzaya məhkum etmə səlahiyyətinə sahib olan üç nəfərlik bir məhkəmə, Kilsənin bir Dövlət İnkvizisiyasına dönməsini ifadə edən bu qurum, Venesiyada XVIII əsrin sonuna qədər davam etmişdir.)
Kazanova, bir avantürist olduğunu heç bir zaman inkar etməmişdir; əksinə, Romalıların hələ o zaman fərq etmiş
olduqları kimi, hər zaman aldanmaqdan xoşlanan bir dünya içərisində aldanan biri olmaqdansa aldadan biri olmağı, qırpılmaqdansa
qırpmağı
tərcih
etdiyini
söyləyərək
öyünmüşdür. Ehtiyat etdiyi təkcə bir şey vardır: Meyxanalarda rastlanan fırıldaqçılar güruhundan biriylə, sıradan bir bayağı adamla qarışdırılmaq; bəzi səfehlərdən incə və zərif bir şəkildə
və ustalıqla pul sızdıracaq yerdə, insanların ciblərini yöndəmsiz bir şəkildə və açıq-aşkar soymağa girişən kürək məhkumları və
dar
ağacından
sallanacaq
adamlarla
qarışdırılmaq…
Xatirələrində, kart oyunlarında hiylə gələn Afflisio və ya Talvislə
hər hansı bir yerdə (əslində, ortaq olaraq düzüb-qoşduqları işlərdə) qarşılaşmış olduğunu etiraf etmək zorunda qaldığı 30
zaman, özünü onlardan ayrı tutmağa cəhd göstərir; çünki o və
onlar eyni planda iş görməklə birlikdə, hər şeyə rəğmən, fərqli dünyalardan gəlirlər. Kazanova yuxarıdan –mədəniyyətdən-gəlir, obirilər isə aşağıdan – heçlikdən.
Şillerdə, əxlaqi bir görüş açısından hərəkət edən o əski öyrənci – quldurbaşı olan Karl Moor – cinayət ortaqları olan Spiqelberq və Şufterleni xor görür; çünki özünün, dünyanın alçaqlığından qisas almaq üçün, böyük bir ruh coşqunluğu içərisində etdiyi şeyi, obirilər kobud və qanlı bir peşə halına gətirmişdilər. Kazanova da, özüylə, o parlaq və ilahi avantüra peşəsini hər cür gözəllikdən sıyıran, yol-yolaq nədir bilməyən hiyləgərlər dəstəsi arasındakı fərqi hər zaman xüsusi olaraq vurğulamağa çalışır. Çünki, əslində, dostumuz Cakomo, burjuyların qürur qırıcı olaraq ad verdikləri, dürüst insanların isə
üsyan etdikləri belə bir peşə üçün bir növ kübarlıq ünvanının, fəlsəfi bir ayrımın gərəkli olduğunu irəli sürməkdədir. Şarlatan bir insandakı komediya eşqinin, kirli bir iş olaraq deyil də, incə
bir sənət olaraq görülməsini və bu şəkildə dəyərləndirilməsini istəməkdədir. Əgər ona qulaq asacaq olursaq, filosofun, yer üzündə, bütün sərsəmlərin zərərinə olmaq üzrə əylənməkdən, özünü
bəyənmişləri
aldatmaqdan,
sadəlövh
kəsələri
dolandırmaqdan,
xəsislərin
yükünü
azaltmaqdan,
ərləri
hirsləndirməkdən, qısaca olaraq, ilahi ədalətin göndərdiyi biri olaraq bu dünyanın bütün dəlisovluqlarını cəzalandırmaqdan başqa bir əxlaqi vəzifəsi yoxdur. Aldatmaq, onun üçün, yalnız bir sənət deyil, yüksək bir əxlaqi vəzifədir və bu vəzifəni o, qanundankənar yaşayan cəsur bir şahzadə olaraq, təmiz bir vicdan
və
bənzəri
olmayan
bir
səmimiyyətlə
yerinə
yetirməkdədir.
31
Və Kazanova bizə, pula ehtiyac duyduğu və çalışmaqdan qorxduğu üçün deyil, sadəcə olaraq yaradılışı baxımından və
qarşısıalınmaz bir vergi ilə avantürist olduğunu söylədiyi zaman ona inanmaq lazımdır. Atasından və anasından keçən bir qanla, aktyor olaraq, bütün dünyanı bir səhnə, Avropanı isə kulis kimi görür; blef etmək, aldatmaq, başqalarını torbaya salmaq, Kazanova üçün, daha öncə Ulenşpiegeldə (Till Ulenşpiegel: XİV
əsrdə yaşamış, zarafatcıllığı və hazırcavablığı ilə şöhrət qazanmış
bir adam. Anekdotları aşağı Almanyada o saat hamı tərəfindən bilinən bir kitabda toplanmışdır. Almanyanın Molla Nəsrəddini demək olar – red.) olduğu kimi yerinə yetirilməsi lazım olan təbii bir funksiyadır; Kazanova, bir maskanın altında gizlənmənin və
təlxəkliyin karnavallara xas nəşəsi olmadan yaşaya bilməz.
Dürüst peşələrdə, yaxşı hesab olunan, rahat mövqelərdə yer tutma fürsəti yüz dəfə keçmişdir əlinə; amma ən cəlbedici şey belə onu tutduğu yoldan caydıra bilməz, heç bir şey onu başdan çıxardıb burjua həyatına alışdıra bilməz. Ona milyonlar bağışlayın, vəzifələr və yüksək mövqelər verin, qəbul etməyəcək və hər zaman ilk və təbii şəraitə dönməyə üstünlük verəcəkdir: vətənsiz olaraq qalmaq və quş kimi xəfif olmaq istəyəcəkdir.
Beləcə, haqlı olaraq, özünü bir növ qürurla o biri fırıldaqçılardan ayırd edə bilir, çünki heç bir zaman umudsuzluq üzündən deyil, hər zaman sırf əyləncə olsun deyə bu yolu seçmişdir; üstəlik, gerçəkdən də, nə Kaqliostro kimi pis qoxulu bir kəndçi ailəsindən çıxmışdır, nə də Knyaz Sen-Jermen kimi kim olduğu, haradan gəldiyi bilinməyən biridir (ondan da hər halda o qədər yaxşı qoxu gəlmirdi).
Messer Kazanova, hər nə olursa olsun, qanuni bir şəkildə
dünyaya gəlmişdir və olduqca hörmətli bir ailədəndir; anası La 32
Burunella, Avropanın bütün opera səhnələrində başarılı olmuş
və hətta sonunda Drezdən Krallıq Teatrından ömür boyu təqaüd almağa haqq qazanmış məşhur bir müğənnidir. Qardaşı Françeskonun adını Rafael Mengsin parlaq tələbəsi olaraq, hər sənət tarixi kitabında tapmaq mümkündür.
Bütün qohumlarının çox şərəfli peşələri vardı; vəkil, noter və
keşişlərin sayğıdəyər qiyafətlərini daşımışdılar əyinlərində.
Göründüyü kimi, Kazanovamız, heç də çirkabdan çıxmış
deyildir: O da Mozart və Bethoven kimi sənətlə iç-içə olan eyni burjua sinfindən gəlməkdədir.
O da, onlar kimi, klassik dillərdə və Avropa dillərində
qüsursuz
bir
təhsil
görmüşdür;
bütün
qəribəliklərinə,
çılğınlıqlarına və qadınları vaxtından öncə tanımasına baxmayaraq, parlaq zəkası ilə, latın dilini, qədim yunan dilini, fransız dilini, ibranicəni qüsursuz bir şəkildə öyrənmişdir, bir az ispanca və ingiliscə də bilməkdədir; təkcə almanca danışmağı, hətta otuz il sonra belə, heç cür öyrənə bilməmişdir.
Matematikdə olduğu qədər fəlsəfədə də başarılıdır; teoloq olaraq, ilk dəfə on altı yaşındaykən bir Venesiya kilisəsində vəz verməyə
başlamışdır və bir il boyunca da San Samuel Teatrında skripkaçı olaraq çörək pulu qazanmışdır.
Paduadakı hüquq elmi dərəcəsi (bunu on səkkiz yaşındaykən aldığını iddia edir), gerçəkmidir, yoxsa bizə qarşı bir oyunmu oynamışdır, bilmirik. Bu önəmli problem üzərində, bu
gün
belə,
məşhur
Kazanovaçılar
saçyoldusuna
çıxmaqdadırlar; hər nə olursa olsun, universitetlərdə oxudulan bir çox mövzunu öyrənmişdir, çünkü kimyada, tibbdə, tarix, fəlsəfə və ədəbiyyatda, özəlliklə astrologiya, qızıl düzəltmə
sənəti, kimyagərlik kimi daha gizli, qapalı olduqları üçün daha çox qazanc gətirən bilgilər sahəsində olduqca təcrübəsi vardır.
33
Ayrıca, bu yaraşıqlı və çevik dəliqanlı rəqsdə, eskrimdə, at minməkdə və kart oyunlarında, kübar bəylərin arasında ən çox diqqəti çəkən biri olaraq parlamaqdadır; bu dərəcə erkən və yaxşı bir şəkildə qazanılmış bu sayısız bilgilərə bir də gerçəkdən tayı-bərabəri görünməmiş bir yaddaşı -yetmiş illik bir ömür boyunca heç bir üzü unutmayan, eşitdiyi, oxuduğu, söylədiyi ya da gördüyü şeylərdən heç birinin silinib getməsinə fürsət verməyən qeyri-adi bir yaddaşı– əlavə edin, bütün bunların bir araya gəlməsi elə bir intelektul təcrübə yaratmışdır ki, bu təcrübə
sayəsində Kazanova hardasa bir elm adamı, hardasa bir şair, hardasa bir filosof və hardasa kübar bir əsilzadə halına gəlmişdir.
Bəli, ancaq “hardasa”; və bu
“hardasa” kəlməsi,
Kazanovanın müxtəlif qabiliyyətləri içərisindəki boşluğu amansız bir şəkildə ortaya qoyur. Gerçəkləşdirə bildiyi hər şey, ancaq bəlli bir ölçü içərisində qalmışdir; şairdir, ancaq tam bir şair deyil; oğrudur, amma peşəkar bir oğru deyil. Ən yüksək düşüncə sahəsinə toxunub keçər, kürək məhkumluğuna da toxunub keçər, ancaq heç bir qabiliyyəti, heç bir peşəni tam olaraq gerçəkləşdirə bilməz. Ağıla gələ biləcək hər mövzuda tam bir həvəskar, bir amator olaraq, bütün sənət və elm qollarında çox şey bilir; inanılmayacaq qədər çox şey bilir; gerçəkdən yaradıcı ola bilməsi üçün kiçik bir şey əksikdir onda: İradə, qərarlılıq və səbr. Bir il ciddi bir şəkildə çalışsaydı, ondan daha yaxşı bir hüquqçu, daha ağıllı bir tarixçi ola bilməzdi; bu məşhur kəllə o qədər açıq idi və elə sürətlə işləyirdi ki, hər hansı bir elm sahəsində professor ola bilərdi; amma Kazanova heç bir şeyi tam olaraq yerinə yetirməyi düşünməmişdir heç bir zaman; ciddi olan hər şey, onun oyunçu təbiətinə zidd düşməkdədir; dadsız və
monoton olan hər cür fəaliyyət, yaşama sərxoşluğu ilə
34
bağlaşamamaqdadır.
Heç bir şey olmaq istəmir, hər şeymiş kimi görünmək ona yetir: Görünüşü gerçəkdən də insanları aldadır və bu aldatma ona hər şeydən daha çox zövq verməkdədir. Axmaqlara hər hansı bir şeyi gerçəkmiş kimi göstərə bilmək üçün, o qədər də
çox elmi dərinliyə ehtiyac olmadığını bilir; bu və ya digər bir mövzuda bir parçacıq bir şeylər bildiyi zaman o saat imdadına yetişən qeyri-adi bir yardımçısı var: çox böyük soyuqqanlılıq və
utanmaq
nədir
bilməyən
bir
fırıldaqçının
saymazlığı.
Kazanovaya hər hansı bir problemdən söz açın, heç bir zaman bu mövzuya yad olduğunu etiraf etməyəcəkdir; o saat ən ciddi və ən usta maskasını taxacaqdır. Bir şarlatan olaraq dünyaya gəldiyi üçün, əsən küləyə görə ustalıqla istiqamətini dəyişdirəcəkdir; qumar kartlarını çox yaxşı qarışdırmağı bilən biri olaraq, tezbazar hər şeyin altını üstünə gətirəcək və ən təhlükəli işdən belə hər zaman üzüağ çıxacaqdır.
Parisdə Kardinal Bernis ona lotoreya oyunu barədə az da olsa bir şeylər bilib-bilmədiyini soruşur. Təbii ki, ən kiçik bir məlumatı belə yoxdur, ancaq – yenə təbii olaraq – hər şeyə
toxunub keçən bu adam ciddi bir şəkildə “hə” deyir və bir komissiyanın önündə, özündən əmin bir şəkildə uzun-uzadı danışaraq, sanki iyirmi illik təcrübəsi olan bir bankirmiş kimi finans layihələri hazırlayır. Valensiyada, bir italyan operası mətn yazmasnı istəyəndə: Kazanova əlüstü yazıb bitirir. Musiqi bəstələməsini
istəsəydilər,
heç
şübhəsiz
ustalıqla
əski
operalardan parçalar alaraq onu da yarada bilərdi. Rus İmperatriçasına özünü təqvimdə yeni tərtibat aparan biri və
astronomiya alimi olaraq təqdim edir; Kurlandiyada elə oradaca texnikadan başı çıxan adam kimi mədənləri yoxlayır; Venesiya Respublikasında, özünü kimyagər olaraq göstərib, ipəyi 35
boyamaq üçün yeni bir metod tövsiyə edir; İspaniyada, bir kənd təsərrüfatı mütəxəssisi və bir mülkədar kimi özünü göstərir və
İmperator İkinci Josefə sələmçiliklə savaşmaq üçün geniş bir proqram təqdim edir.
Waldstein Qrafı üçün komediyalar yazır; Urfe Qrafinyası üçün bir Diana ağacı və kimyagərlik sahəsində başqa bir neçə
şarlatan oyunları çıxardır; Bn. Roumainsın evində, Süleymanın açarı (başqa adı: Kral Solomon magiyası – red.) ilə seyfi açır; Fransız hökuməti üçün istiqrazlar satın alır; Auqsbourqda özünü Portuqaliya səfiriymiş kimi göstərir; Fransada bəzən bir sənayeçi, bəzən Kral Heyvanat bağçasını ərzaqla təmin edən biri olaraq görünür; Bolonyada tibbə qarşı həcvlər yazır; Triestedə Polonya Krallığı tarixini yazır və İliadanı ottavarima (Ottavarima: Səkkiz misradan ibarət və üç qafiyəsi olan şeir növü.) şəklində tərcümə
edir. Qısası, bütün atlara minə bilmək imkanı varsa, tək bir atın yox, hamısının üstündə dayana bilir; nə atdan yıxılır, nə də lağ
hədəfi olur. Buraxdığı yazıların listəsini gözdən keçirsək, dünyəvi bir filosofla, bir ensiklopedistlə, yeni bir Leybnislə
qarşılaşdığımızı sanarıq. Bax, Odissey və Kirka operasının yanında nəhəng bir roman; budur, kubun iki qatının alınmasıyla bağlı bir sınaq və budur, Robespierlə siyasi bir söhbət; və biri çıxıb da ondan, teolojik olaraq Tanrının varlığını sübut etməsini və ya ruhun təmizliyini mədh etmək üçün bir mərsiyə yazmasını istəsəydi, bir an belə tərəddüd etməzdi.
Hər nə olursa olsun, görün nə qədər çox qabiliyyət var bu insanda! Bu qabiliyyətlər hər hansı bir yöndə, elmdə, sənətdə, diplomatiyada, iş sahəsində tam olaraq gerçəkləşə bilsəydi, fövqəladə nəticələr çıxa bilərdi ortaya. Amma Kazanova, öz istəyilə, bu qabiliyyətlərini ötəri şeylər üçün gen-bol istifadə
etmuişdir və hər şey ola biləcək olan bu adam heç bir şey 36
olmamağı, ancaq azad qalmağı üstün tutmuşdur. Azadlıq, bağımsızlıq, avaragor bir sərsərilik ona, oturuşmuş bir həyatdan, hər hansı bir peşə içərisində oturub qalmaqdan daha böyük -son dərəcə böyük – bir xoşbəxtlik vermişdir. “Hər hansı bir şeydə
donub qalma düşüncəsi mənə hər zaman cansıxıcı gəlmişdir və
ağıla uygun bir həyat sürmək, mənə belə gəlir ki, tamamən təbiətə ziddir”.
Müəyyən bir müddət daxilində nə Fransa kralının xidmətində yaxşı maaş alan bir lotoreya mühasibi, nə iş adamı, nə skripkaçı, nə də yazar olmağı istəyir; bir yerdə bir atın belinə
atlar-atlamaz günlük yorğa gedişdən dərhal canı sıxılar; dəbdəbəsindən cəsarətlə vaz keçib, yerə atlayaraq, yolun üzərində qarşısına çıxan ilk arabaya –taleyinin arabasına–
minəcəyi anı gözləyər. Əsl peşəsinin heç bir peşəyə sahib olmamaq, bütün işləri və elmləri səthi şəkildə sınamaq və sonra eynilə rol və paltar dəyişdirən bir aktyor kimi başqa bir sahəyə
keçmək olduğunu hiss edər. Nə üçün bir yerdə donub qalsın ki?
Heç bir şeyə sahib olmaq və heç bir şeyi saxlamaq istəmir, heç bir şey olmaq və heç bir şey əldə etmək istəmir, çünkü onun şiddətli ehtirasının istəmiş olduğu şey, təkcə bir həyat deyil, bir həyat içərisində yüz dənəsini yaşamaqdır.
Buna görə də, azad olmaq istəyir və zənginliyi, zövqləri, qadınları, nə etibarlılığa nə də uzun müddətə ehtiyac duymadan, ancaq bir an üçün arzu edir. Grillparzerin o qədər yaxşı ifadə
etmiş olduğu şeyi alayarımçıq hiss edərək evlərin və bu dünyanın nemətlərinin önündən gülərək keçə bilir (çünkü bütün bunlar hər zaman bir bağımlılığın ifadələridir): çünki tutduğun şey səni buraxmaz və ağa olmaq istərkən, nökər olarsan.
Halbuki Kazanova, ilahi təsadüfün xaricində kimsənin 37
nökəri olmaq istəmir; Bəli, bu ilahi təsadüf bəzən onu sərt bir şəkildə sarsıdır, ancaq heç nəyə baxmayaraq, ona hər zaman və
bol-bol yeni sürprizlər hazırlayır; o da ona sadiq qala bilmək üçün, bəsit bir doktrinanın sərhədləri içərisində qalan azad düşüncədən daha artığına sahib olacaq şəkildə, ən zəif bağları belə xor görərək bir yana itələyir. – “En böyük xəzinəm, – deyir qürurla,
–
öz-özümün
ağası
olmağım
və
fəlakətdən
qorxmamağımdır”. Bu cəsur adama, özünə verdiyi Seingalt Kavaleri ünvanından daha çox şərəf verən bir düşüncə
formasının
ifadəsidir!
Başqalarının
onun
haqqında
nə
düşündüklərini vecinə almır; onların əxlaqi qüsurlarını görünməmiş bir laqeydliklə qarşılayır.
Yaşama sevincini, heç bir zaman dincəlmədə və rahat bir tənbəllikdə deyil, yalnızca hərəkətin itələyici gücündə və
sıçrayışda tapır; beləcə hər cür maneədən asanlıqla və ən kiçik bir narahatlıq duymadan sıyrıldığı və budaqdan-budağa uçmaqdan başqa bir məqsəd güdməyən bir dünyagörüşünü mənimsəmiş
olduğu üçün, həmişə eyni peşənin isti yuvası içərisində oturan dürüst insanlar ona çox gülünc gəlir: Maymaq kimi qılınclarını şaqqıldadan, amma generallarından töhmət eşitdikləri zaman əzilib-büzülən komandanlar da, bir kitabdan obirinə keçərək, kağızları, kağızları və yalnızca kağızları gəmirib duran kitab qurdlarından başqa bir şey olmayan alimlər də, pul çantalarının üzərində əndişəli bir şəkildə oturan və kassalarının önündə
növbə tutan pul ağaları da onda hörmət hissi oyandırmır; heç bir mövqe, heç bir ölkə, heç bir uniforma ona cəlbedici gəlmir. Heç bir qadın onu qolları arasında tuta bilməz, heç bir şahzadə onu öz sərhədləri içərisində saxlaya bilməz, heç bir peşənin monotonluğu içərisində sıxışıb qala bilməz: Burada da, bütün 38
qurğuşun damları dəlib keçir; (Sveyq burada, Kazanovanın, damı qurğuşunla örtülü olan qraflıq sarayının altındakı Venesiya zindanlarından qaçışına işarə edir – red.) çürüyüb qalmaqdansa, həyatını təhlükəyə atmağı üstün tutur. Bu ehtiraslı və dözümlü bədənin içərisində, talant, güc, cürət və düşüncə olaraq insanı yandırıb-yaxan və qamçılayan hər nə varsa, hər zaman və
hamısını, nə olduğu qaranlıq olan Taleyin – bu oyun və dəyişiklik İlahəsinin – qabağına fırladır; beləcə həyatı heç bir zaman tək bir qəlib içərisində donub qalmayacaqdır; təzyiq altındakı bir su kimi şəkil dəyişdirəcək, bəzən şəffaf bir fışqırtıyla göylərə doğru yüksələcək, günəş şüalarıyla və sevinclə parlayacaq, bəzən bir şəlalə
kimi
uğuldayaraq
bir
uçurumun
qaranlıqlarına
töküləcəkdir. Qaragün sandığına əl uzatmaq məcburiyyətində
qalan bu israfcıl adam, şahzadələrin masasından həbsxanaya düşərək, qadınları yoldan çıxaran biri olduğu halda adi bir qarovulçu
(qumarxana və
ya
qəhbəxana qarovulçusu)
səviyyəsinə enərək, ildırım sürətilə aşağı düşməyə davam edəcək, ancaq təkrar yüksələcək və sanki bir elektrik cərəyanının gücü ilə yeni bir sıçrayış edəcək, xoşbəxt olduğu zaman parıltılar saçacaq,
fəlakətlə
qarşılaşdığı
zaman
soyuqqanlılığını
itirməyəcək, hər zaman və hər yerdə cəsarət və güvənlə dolub daşacaq.
Həqiqətən də, cəsarət, Kazanovanın seçdiyi yaşama sənətinin əsl təməlidir, ona verilmiş ən yaxşı istedad budur: Heç bir şeyi etibarlı tutmaz, həyatını təhlükəyə atmaqla kifayətlənir; Kazanovanın timsalında, nizam-intizamlı adamların olduğu bir cəmiyyətdə, cürət göstərən birinin – hər şeyini təhlükəyə atmaq cəsarətini göstərən bir adamın – meydana çıxdığını görüruk: Özünü və qarşısına çıxan hər cür şansı və fürsəti təhlükəyə
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?