Текст книги "Dalğa"
Автор книги: Svetlana Turan
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 8 страниц) [доступный отрывок для чтения: 2 страниц]
İnanıram ki, bu gün bəxtim gətirəcək. Dəniz mənə ümid verdi. Amma səbirli və iradəli olmalıyam. Heç bilməzdim ki, belə bir şey mümkündür. Bircə dəfə görmüşəm, ancaq neynim ki, unuda bilmirəm. Bəlkə də, bu niyyətim ağılsızlıqdır, lakin başqa çıxış yolum yoxdur. Saat neçədir? On bir. Əla. Meydanda elə çox adam yoxdur. Saat ikiyə kimi buralardayam. Sonrasına baxarıq. Əslində, gərək doqquzun yarısında burada olaydım. Nədənsə indi ağlıma gəldi, amma eybi yox-dur. Ürəyimə damıb ki, bu gün onu görəcəyəm.
Yaxşı, indi tutaq ki, onu gördüm, bəs sonra neylə-yim? Onun arxasınca getmək nə qədər düzgündür? Bu ona qarşı haqsızlıq deyilmi? Onu izləyərkən hü-quqlarını pozmuş olacağam axı. Amma başqa əlac yoxdur. Əgər onu ya evinə, ya da oxuduğu yerə qədər izləməsəm, onda gərək hər gün bura gəlib “Ümid Al-laha” deyəm.
Görəsən, bəs mənim özümü kimsə izləsə, bu mənə necə təsir edər? Əvvəlcə anlamasam da, sonradan mütləq hiss edərəm. İzlənilmək heç xoşuma gəlməzdi. İl boyu aramsız olaraq dəniz sahilinə getdiyimdən heç kəsin xəbəri yoxdur. Bunu kiminsə bilməsini istəmi-rəm. Yaxşı ki, məni heç kim izləmir. Həm də acı olsa da, kimə lazımam axı? Atam gör neçə ildir, bizi atıb gedib, düzdür, anamı hələ də pulla təmin edir, amma onun harada və kimlə olduğundan xəbərimiz yoxdur. Anamı bu heç maraqlandırmır da. Atam gedəndən sonra düz bir ay qanıqara gəzdim, bəlkə, anamın ata-mın getməsini heç vecinə də almaması məni depressi-yaya düşməyə qoymadı. Uzun müddət onun üçün da-rıxırdım. Artıq anam məndən narazı olanda “Qoy atan işdən gəlsin, ona danışacağam” demirdi. İndi dönüb arxaya baxanda özümü anlaya bilmirəm. Axı atam üçün niyə darıxırdım? Bizimlə yaşayanda onu, demək olar ki, heç görmürdüm. Həmişə işdən gec gələrdi, mənə heç vaxt fikir verməzdi, bəzən anamdan elə-belə soruşardı: “Oğlun necədir?” Halbuki bunu özümdən soruşa bilərdi. Nə qədər yadıma salmağa çalışsam da, amma on beş yaşıma qədər atamla danışdığım heç bir cümlə yadıma gəlmir. Sonra da getdi. Nə zəng edir, nə məktub yazır. Bəlkə də, onu artıq heç vaxt görmə-yəcəyəm. Neyləmək olar? Buna görə əhvaldan düşmü-rəm. Onu itirmək o qədər də ağır deyildi. Pişiyi itir-mək bundan daha ağır gəlmişdi mənə. Pişik məni se-virdi. Aytəndən çox mənə bağlıydı.
Gör nə qədər vaxt keçdi, ötüb keçən bütün qızlara baxıram, hərəsi bir reaksiya verir, bəziləri heç reaksiya da vermir. Belə etməyi xoşlamıram, amma əlimdən başqa heç nə gəlmir. Keçən gün onun yanındakı qızla-ra da fikir vermədim ki, indi heç olmasa, onları görsəy-dim… Odur! Odur! O!
İnana bilmirəm! İnana bilmirəm ki, onu tapdım. İndi əsas odur ki, onu gözdən itirməyim. 28 May stan-siyasına tərəf gedir. Deməli, səhər dərsdə olur. Onun tələbə olmasından əmin olmasam da, içimdəki səs məhz tələbə olduğunu deyir. Gözəl deyil, amma yerişi xoşuma gəlir.
Yaxşı ki, vaqonda adam çoxdur. Onu izlədiyimi ba-şa düşməyəcək. Əlində jurnal var, onu vərəqləyir. Oxumur, sadəcə, vərəqləyir. İşə bir bax, birinci dəfədir ki, metroya kitabsız minmişəm. Ancaq yaxşı ki, kita-bım yoxdur. Oxumağa başlayanda hər şey yadımdan çıxır, çox keçməz, onu da gözdən itirərəm.
Görəsən, nə oxuyur? Elmi məqalələr, yoxsa müasir qızların yorulmadan oxuduğu “şou-biznes xəbərləri”-ni? Nə isə… Maraqlarımızın üst-üstə düşüb-düşmədi-yini öyrənmək üçün hələ vaxtımız olacaq.
Ayağa qalxdı. Deməli, çıxacaq vaqondan. Hansı stansiyadır indi? “Neftçilər”dir. Nə tez çatdıq bura-ya… İcazə verin, zəhmət olmasa. İcazə verin, çıxım. Of. Axır ki… Sürətli soxulcan yoxa çıxdı. Hanı o? Hə, budur… İndi ən çətin hissə. Yəqin ki, evinə gedir. Mən də onu izləməliyəm. Amma bundan sonra insanların arasında gizlənə bilməyəcəyəm. Görəsən, onu necə iz-ləyim ki, arxasınca düşdüyümü başa düşməsin?
VIHə, buradır. Saat yeddi. İndi qalır gözləmək. Üçüncü mərtəbənin işığı yanır, bəlkə də, onun otağı-dır. Necə də soyuqdur. Çoxdandır ki, səhər tezdən ha-vada olmuram. İlin bu vaxtı da ki, əsl soyuq elə səhər-lər olur. Amma eybi yox, insan öz məqsədinə çatmaq üçün çox şeyləri qurban verməli olur. Mənimsə qurban verdiyim tək şey hələ ki, ancaq şirin yuxumdur.
Məqsəd demişkən, bəs mənim məqsədim nədir? Görəsən, insanlar belə incə məsələlərdə qarşılarına məqsəd qoyacaq qədər cəsarətlidirlər?
Məncə, indi konkret məqsədim yoxdur. Hələ ki, özümü və öz hisslərimi anlamalıyam. Belə düşünürəm ki, onu sevirəm. Amma yenə də, buna tam əmin olma-lıyam. İmran mənim bu sözlərimi eşitsə, qulaqlarına inanmaz, deyər, bəs hanı o cavan oğlan ki, hamıya in-sanın kiminsə xarici görünüşünü deyil, təkcə mənəviy-yatını sevməli olduğunu sübut etməyə çalışırdı? Nə bi-lim… İnsanın öz başına gəlmədiyi şeylər barədə fikir söyləmək asandır. Əvvəl dediklərim indi mənə çox uzaq görünür. İndi sevirəm, amma bu barədə deyəcək başqa bir sözüm, ya da şərhim yoxdur. Bilirsiniz, bu nəyə oxşayır? Oğurluqdan, narkomaniyadan, adam öldürməkdən tamamilə xəbəri olmayan, daha doğru-su, özü bu cinayətləri heç vaxt etməyən biri bunları elə pisləyir ki! Belə işlərə qurşanan insanların hansı vəziy-yətdən, yəni hansı səviyyədən belə işləri görəcək qədər alçalmalarını pillə-pillə təsvir edir və s. Gəl indi cina-yətkarlardan bu işlərlə nəyə görə məşğul olduqlarını, onları cinayət etməyə nəyin vadar etdiyini soruşanda çiyin çəkirlər. Yaxşı bir söz tapıblar: “Peşmanam”. La-kin nədən peşman olduqlarını heç özləri də bilmirlər. Hətta cəzalarını çəkib normal həyata döndükdən son-ra belə əvvəlki cinayətləri barədə soruşanda deyirlər ki, nə bilim, oldu da, cavanlıq idi.
Cavanlıq… Bəlkə, mən də cavanlığımı hədər yerə sərf edirəm…
Gəlir! Hanı qəzet? Yaxşı ki, mən tərəfə baxmadı. Saat səkkizdir. Deməli, hər gün səkkizə qalmış burada olsam, bəsdir. İndi vaxtımı ona sərf edəcəyəm, amma hədər olub-olmadığını zaman göstərəcək. Bu da ca-vanlığa məxsus bir şeydir, hər şeyi zamanın öhdəsinə buraxmaq.
Yerişi aktiv insan olmasından xəbər verir. Hava so-yuqdur, amma başını bağlamayıb. Soyuğa davamlı in-sanları çox xoşlayıram, bir az da onlara həsəd aparı-ram. Yenə metro. Deməli, onun hər gün istifadə etdiyi nəqliyyat vasitəsi budur. Metronu xoşlamıram, elə bil, Aidin səltənətinə girirsən, Letanın yerinə isə qatarlar axır. O isə özünü burada çox rahat hiss edir. Metronu xoşlayanlar çoxdur, o da onlardan biri. Bu gün hara getdiyini öyrənsəydim, elə həmişə getdiyi yerdə gözlə-yərdim, metrodan da canım qurtarardı.
Görək, qəzet nə yazır… Yenə Saakaşvilidən, mi-tinqdən, nə bilim, nədən. Çox maraqlıdır, hələ dünən Saakaşvilini elə mitinqlərlə, müxalif çıxışlarla haki-miyyətə gətirən qüvvələr bu gün də başqalarını irəli çəkirlər, dünən canlarını Saakaşviliyə qurban verməyə hazır olanlar bu gün onun canını almağa hazırdırlar. Bu hadisəyə oxşar hadisələr bütün dünyada baş verir, ali varlıqlar sayılan insanlarsa başa düşmürlər ki, onlar sadəcə vasitədir, güclü, ya da gücə meyil edən insanla-rın əlində oyuncaqdır. Məni mitinqə heç bir qüvvə apara bilməz, çünki bunun ağılsızlıq olduğunu yaxşı bilirəm. İndi də yadımdadır, bir neçə il bundan əvvəl prezident seçkilərinin nəticələrinə narazılıq edən bir yığın adam Azadlıq meydanında mitinq edirdi. Mən də İmranla həmin gün şəhərdə idim. Mitinq olacağın-dan heç xəbərim də yox idi. İmran, demə, bilirmiş, mənə qəsdən deməyib. İşlərimizi həll edib avtobusa mindik. Avtobus da Azadlıq meydanının yanından ke-çirdi. Mitinq iştirakçıları başladılar bizim avtobusu daşqalaq etməyə. Ağılsızlar! Biz də sizin kimi sıravi və-təndaşlarıq, bizə xətər yetirməklə əlinizə nə keçir ki?!
İmran az qalırdı, özünü atsın avtobusdan aşağıya, onlara qoşulsun, güclə saxladım. “Nədir, mənə daş atacaqsan?” soruşdum. Onda da başa düşmədi, indi də başa düşmür. Bir yığın adam anlamır ki, onların istə-diklərini heç də bütün millət istəmir.
Aha! 28 May. Çıxır. Zibil qutusu yoxdur? Qəzeti atardım…
VIITəsadüfə bir bax. İmranın işlədiyi universitetdə təhsil alır. Heyif ki, içəri keçməyə cəsarət etmədim. Görəsən, hansı fakültədə təhsil alır? İmranla da çox-dandır danışmıram. Bəlkə də, artıq sağalıb, işə çıxır…
– Alo? İmran? İşdə deyilsən bəs? Həmişə ayaq üstə. Bağışla, başım bir qədər qarışıq idi. Vallah, danışsam, heç məndən incikliyin qalmayacaq. Yox. İndi yox. Ar-tıq gecdir. Hələ axşamımı yeməmişəm. Sabah sənə hər şeyi danışaram. Deyirsən, birinci gündən işdəsən? İn-şallah, sənə zəng vuraram. Sağ ol.
Niyə yalan danışdım? Axı İmrana baş verənləri hələ danışmaq istəmirəm. Qoy gedim, bir tikə yemək ye-yim.
Yenə telefon? İndi kimdir?
– Alo? Hə… ana. Salam, salam. Yaxşıyam. Nə olub? Əhvalın yoxdur? Bəs həkimə getmisən? Təzyi-qin var?! Sənin? Ola bilməz. Yox, yox. O mənada de-mək istəmirdim, sadəcə, sənin heç xəstə olduğun vaxt yadıma gəlmir, ona görə də təəccübləndim. Eybi yox, ana, sağalarsan. Sən güclü qadınsan. Elə yaxşı ki, zəng vurdun, səndən bir söz soruşacaqdım. Yadındadır, mən balaca olanda qonşumuz Aytəngil vardı? Aytən-gil də. Aytənin pişiyi də var idi, yadındadır? Yox? Nə əcəb yadında qalmayıb? Elə-belə soruşuram. Pişiyin adını yadıma salmaq istəyirdim, amma alınmadı. De-dim, ola bilsin, sənin yadındadır. Hirslənmə…
Dəstəyi yerə atdı. Heç sağollaşmadı da. Gələn dəfə anam zəng vuranda dəstəyi özüm yerə atacağam. İnanmıram ki, belə etsəm, anam məni bağışlasın. Am-ma nədənsə mən anamın çıxardığı bütün hoqqalara dözürəm. Bütün iştahamı öldürdü. Pişiyim də yoxdur ki, ətin qalanını ona verim…
Bir az kitab oxuyum, yoxsa sakitləşməyəcəyəm. Dovlatov üçün darıxmışam. İnsanın əhvalı olmayan-da, gərək ancaq Dovlatovu oxusun. Adama öz həyatı-na ironiya ilə baxmağı öyrədir. Gəlsənə, anama da bu məsləhəti verim? Ancaq çətin ki, məni dinləsin.
Bayaqdan oxuyuram, amma fikrimi toplaya bilmi-rəm, hey istəyirəm ki, anamı başımdan atım, ancaq alınmır. Elə bilirsən ki, hər növbəti səhifənin altında öz kölgəsini gizlədib. Səhifəni çevirməyə ürək etmirəm ki, indi oradan çıxıb ani bir hərəkətlə əhvalımı daha da pozacaq.
Anam… Bəlkə də, atamın əvəzinə, anam bizi tərk etsəydi, daha yaxşı olardı. Mənə həmişə elə gəlir ki, atam məni də anamdan bir parça daşıdığıma görə sev-mirdi. Qan qrupum atamınkı ilə eyni olsa da, zahirən ancaq anama bənzəyirəm. Amma ancaq zahirən! Da-xilən ona bənzəməyimi heç istəməzdim, heç bənzəmi-rəm də. Ruhən bir az atama oxşayıram, hərəkətləri-mizdə, dünyaya baxışımızda da oxşarlıqlar var. Hər ikimiz anamı tərk etmişik. Bir fərqimiz var, o bunu həmişəlik etməyi bacardı, mənsə yox. Anamı tərk et-mişəm, yəni on səkkiz yaşım tamam olan kimi heç azərbaycanlılara xas olmayan bir şey etdim. Azadlıq is-təyirdim. Əsl demokratiya arzusundaydım. Anamın yanında hər sözü demək, hər hərəkəti etmək olmazdı. Anam uşaqlıqdan bütün sərbəstlik istəklərimi ürəyim-də qoyardı. Əgər həyətə getmək istəyirdimsə, icazə verməzdi. İstəməyəndə məcburən sürüyə-sürüyə apa-rardı. Xoşladığım yeməkləri heç vaxt bişirməzdi, bə-yəndiyim oyuncaqları almazdı. Bir sözlə, xoşbəxt de-yildim. Ən əsası, azad deyildim. Çıxış yolu bir idi.
Bir-iki paltarımı götürdüm, gedib balaca bir yük maşını gətizdirdim, kitabların hamısını yüklədik ona. Sürdük bukinistə.
Elə bilirdim, anamın yanından gedəndən sonra azad olacağam. Lakin olmadım. İndi yaşadığım ev də anamındır, yediyim çörək də.
Azad olmaq üçün atamın etdiyini etməliydim, am-ma atam qədər güclü ola bilmədim. Bacarmadım. İndi də azad deyiləm, azad olacağıma da artıq inanmıram. Bəlkə də, azadlıq eşqi ilə artıq alışıb-yanmıram da…
Maraqlıdır, bəs atam necə? Təkcə anamdan azad oldu, yoxsa əsl azadlığa nail oldu? Bəlkə də, anamdan canını qurtardıqdan sonra bir başqa qadın onun azad-lığını buxovlarda saxlayır?
Elə mən özüm… İndi də həyatıma məni azadlıqdan bir az da uzaqlaşdıran ikinci qadın girir. Ancaq bunu özüm istəyirəm.
VIIIHarada olsa, gəlməlidir. Şənbə-bazarı necə keçirdi-yimi heç özüm də bilmirəm. Deyəsən, səbrimi basmaq üçün ancaq yatdım. Heç düz-əməlli yemək yediyim də yadıma gəlmir.
Təki İmranla qarşılaşmayım. Burada nə üçün da-yandığımı bilsə, başlayacaq elə hamının yanında mənə söz atmağa. Nə çox adam var. Yaxşı ki, əksəriyyəti oğ-lanlardır, qızlar azdır. Deməli, onu görmək elə də çətin olmayacaq.
– Salam, necəsən?
– Salam. Çox sağ ol. Bəs sən?
– Yaxşıyam. Neynirsən burada?
– Mən? İmranı gözləyirəm, onunla işim var.
– İmran saat 10-dan tez gəlməz. Gəl keçək içəri.
– Yox. Çox sağ ol. Başqa bir işim də var.
– Necə istəyirsən. Sağlıqla qal.
– Sağ ol.
Buna bax da. Yalan danışmalı oldum. İmranın dostlarını görəcəyimi heç nəzərə almamışdım. İndi də İmranı görən kimi mənim onu gözlədiyimi deyəcək. Deyəsən, İmrana bu gün hər şeyi danışmalı olacağam. Ona yalan danışmaq mümkün deyil. Müstəntiq kimi ortanı qatacaq bir-birinə, nəhayət, nəyin nə olduğunu araşdırıb tapacaq. Yaxşısı budur, elə bu başdan özüm hər şeyi deyim.
Gəlir! Bu gün çox gözəldir. Yaxşı ki, indiki qızların xoşladığı anlaşılmaz dəblə geyinmir. Çox sadə, eyni za-manda, özünə çox yaraşan tərzdə geyinir. Amma uzaqdan baxanda yenə də mənə elə gəlir ki, burnu yoxdur. Yaxınlaşdıqca, təbii ki, bunun belə olmadığı görünür. Elə bilirsən ki, burnunun üzərini buludlar alıb, ona diqqətlə baxmaq istəyəni görəndə yavaş-ya-vaş çəkilir, sonra yenə də öz yerini tutacaq.
Yox oldu. Qapılar onu uddu.
Onu heç doyunca görmədim.
Gedim. Yoxsa bir də görəcəyəm ki, İmran durub qarşımda. Gərək ona bu gün zəng edim, təfsilatı ilə ol-masa da, məsələnin əsas yerini danışım.
Amma bu, axşamın məsələsidir. Nə deyəcəyimi sonra düşünərəm. İndi daha vacib işim var.
Yəni dəniz…
Bu gün xoşbəxtəm. Onu tapmışam. Məsələ məhz o qızı tapmağımda deyil. Birinci növbədə, mənim üçün qiymətli olan, sevə bildiyim bir insan tapmışam. Dal-ğalar… Sizi çağırıram. Məni dinləyin. Həmişə mən sizi dinləyirdim. Bu gün siz məni dinləməlisiniz. Çünki ürəyim doludur. Mən sevirəm! Bunu burada, bu boş sahildə qışqıraraq bəyan etməkdən zövq alıram. İnsan-lar məni eşitmirlər, məni anlamırlar, amma siz hər za-man dinləməyə hazırsınız. Sizi dinləyə bilənlər az olur, siz isə hamını yorulmadan dinləyirsiniz.
Onu tapdım. Qəribədir. Çox axtarmalı olmadım. Bəzi insanların tapılmasına illər, hətta bütöv bir ömür lazım olur. Mənsə… bunu çox tez bacardım. Bəlkə də, belə demək düzgün deyil. Deyilənə görə, alın yazısı in-sanların həyatında böyük rol oynayır. Kim bilir, bəlkə, bu inanmadığım bir şey, əslində, mövcuddur və bu də-fə də mənə kömək etmək istəyir?
Ürəyimdə çox sevinirəm. Lap çox. Lakin hislərimi büruzə vermək mənə çətindir. Amma bilirəm, siz dal-ğalar mənim əhvalımı anlayırsınız. Mən gələndə sakit idiniz, ancaq indi sanki oynamaq istəyirsiniz. Çox sağ olun. Sağ olun ki, sevincimi sizinlə paylaşmağa icazə verirsiniz. Artıq getmək vaxtıdır. İmranla danışmalı-yam. Gərək ona nə deyəcəyimi düşünüm.
İmranın zarafatlarına tuş gəlmək istəmirəmsə, nə deyəcəyimi indidən dəqiq qərarlaşdırmalıyam.
Bura baxın, bəlkə, siz də mənə gülürsünüz? Hələ-lik, dəniz.
Artıq üç saatdır ki, düşünürəm, amma mən hələ də İmrana məsələni necə deyəcəyimi bilmirəm. Bəlkə, heç nə deməyim? İmran, onsuz da, xasiyyətimə bələd-dir. Deyərəm ki, keçən gün danışmaq istəyirdim, bu gün fikrimdən daşındım. Düzdür, o özünü hiyləgər aparacaq, çalışacaq ki, məndən söz alsın, amma mən… Ah! Məni İmranın iş yoldaşı görüb axı. İmrana univer-sitetin qarşısında nəyə görə olduğumu izah etməli ola-cağam. Üstəlik, bundan sonra, ola bilsin, onun özü ilə də orada qarşılaşım. İşə düşdük də. Gərək qız mütləq Neft Akademiyasında oxuyaydı, elə bil, mənim bəx-timdəndir. Bu dünyada təkcə dənizə getdiyimi heç kəs bilmir. Qalan gizlətmək istədiyim şeylərin üstü daim açılıb. Neyləmək olar? İmrana baş verənləri danışmaq-dan başqa çarəm yoxdur.
İşdən artıq gəlmiş olar.
– Alo? İmran, salam. Yaxşıyam. Sən? Hə, gəlmiş-dim. Yox səni görməyə gəlməmişdim. Başqa bir məsə-lə var. Yox, yox. İşə düzəlmək üçün yox. Sən bir az hövsələ et. Yoxsa, dəstəyi yerə atacağam, bilirsən ki, məni tələsdirəndə özümü itirirəm. Hə, qulaq as, am-ma gülmə. Əgər gülsən, hətta açıq-açıq yox, ürəyində belə gülsən, dostluğumuz elə indi bitəcək. Eşidirsən, İmran? Bir həftə bundan qabaq sənin dediyin ətriyyat dükanına getmişdim. Hə, aldım. Nə fərqi var? Mən sənə ətir barədə yox, daha vacib bir şeydən danışmaq istəyirəm. Sözümü kəsmə. Həmin gün orada bir qız gördüm, bir neçə gün sonra öyrəndim ki, Neft Akade-miyasında oxuyur. Ona görə də, bu gün orada idim. Niyə heç nə demirsən? Bunda təəccüblü nə var ki? Elə həmişə sən qızlara vurulacaqsan? Qızı təsvir edim? Nə bilim, yaxşısı budur, bir dəfə sənə göstərərəm. Yox, yaxınlaşmamışam. Hələ çox tezdir. Bura bax, İmran, artıq vaxtım yoxdur, sonra danışarıq. Yox, heç nə giz-lətmirəm, səndən heç nə vaxtsa bir şey gizlətmişəm? Gec deməyimin səbəbi odur ki, hələ özüm üçün də ay-dın olmayan şeylər vardı, indi ona olan münasibətimə əminəm, ona görə də, sənə indi deməyi lazım bildim. Yaxşı, İmran. Sağ ol.
Uff. Axır ki, canımı ondan qurtardım. Yaxşı ki, gülmədi. O qədər təəccüblənmişdi ki, gülmək heç ağ-lına da gəlmədi. Nə yaxşı ki, İmranın işi hər gün saat 10-dan tez başlamır. Beləliklə, ona rast gəlmədən hər gün akademiyaya rahat-rahat gedə bilərəm.
IXBircə bu çatmırdı. İndi də açar tapılmayacaq ki, qa-pını bağlayıb gedim. Haradadır axı? Kitabların yanın-da yoxdur. Kompüterin də. Dünən geyindiyim şalvarı hara qoymuşam? Hə, budur. Tapıldı. Axır ki!
Təki vaxtında çatım. Bircə bu əskik idi. Tahir yenə səhər tezdən kəsdirib blokun qarşısını.
– Sabahınız xeyir.
– Sabahın xeyir, cavan oğlan.
Tahirə nə olub? Niyə qaçıb getdi? Neçə vaxtdır, başım özümə qarışıb, ağlıma da gəlmirdi ki, Tahirlə bu günlərdə heç rastlaşmamışam. Yəqin, Sevil xalanın sözlərindən sonra camaat arasına çıxmağa ehtiyat edir. Yəni, doğrudan da, onun, əslində, kim olduğunu heç kəsin bilmədiyini düşünürmüş? Belədirsə, onda ağılsız adamdır.
Axır ki, gəldim. Deyəsən, gecikməmişəm. Tahiri gördüm, Sevil xala yadıma düşdü. İnciyib, yəqin, ona görə də gəlmir. Ev-eşik də ki, əldən gedir. Heç nəyi tapa bilmirəm. Gərək bu gün onlara gedib onunla söhbət edim. Görək nə alınır.
Tələbələrin sayı getdikcə azalır, bəs o niyə gəlmir? Bəlkə, gecikmişəm? Artıq gəlib də, içəri də keçib, am-ma mən gecikmişəm? Yox, axırıncı tələbə içəri keçənə kimi gözləyəcəyəm, bəlkə, gəldi.
Xeyri yoxdur! Gecikmişəm. Artıq doqquza on də-qiqə qalır. Gedim.
Sevil xala bu vaxt evdə olur, görəsən?
– Kimdir?
– Mənəm, Sevil xala.
Sevil xalagilə artıq ikinci dəfədir ki, gəlirəm. Birinci dəfə iki il bundan qabaq gəlmişdim. Qapı elə ondakı kimi cırıldayır.
– Xoş gəlmisən, ay oğul. Necəsən?
– Sağ olun. Yaxşıyam. Sizinlə danışmaq üçün gəl-mişəm.
– Bir dayan. Əvvəl içəri keç, bir stəkan çayımı iç, sonra danışarsan. Hara tələsirik ki?
– Yaxşı, olsun.
Sevil xalanın üç oğlu var. Amma heç biri onunla ya-şamır. Analarına heç nə ilə kömək etmirlər. Əlli altı yaşında qadının ev-ev gəzib xadiməlik etməsi onların qeyrətinə toxunmur. Buraya gələndə imkansızlığın nə olduğunu yaxşı başa düşmək olar. Sevil xala isə təmiz-kar olduğu qədər də əliaçıqdır. Özü kasıbdır, amma yetim-yesirə bacardığı qədər əl tutur.
– Bu da çay. Elə sən gəlməmişdən qabaq dəmlə-mişdim. Buyur!
– Sağ olun, əziyyət verdim sizə. Gərək, narahat ol-mayaydınız.
– Nə danışırsan, neylədim ki?!
Çoxdandır ki, heç kəsdən üzr istəmirəm. Sevil xala-ya səsimi ucaltdığım üçün necə üzr istəyəcəyimi heç bilmirəm.
– Çayı həmişəki kimi, çox yaxşı dəmləmisiniz.
– Nuş olsun.
– Sevil xala…
– Bəli?
– Bilirsiniz, heç bilmirəm, necə izah edim, keçən gün bir az özümdən çıxdım. Xətrinizə dəydim. Əslin-də, istəyərəkdən olmadı. Sadəcə, bəzi şeylərə kimsə to-xunanda… Nə isə, gərək məni bağışlayasınız, istəmə-dən xətrinizə dəydim.
– Mən də günahsız deyiləm, ay oğul. Nə olar, indi ki bunun üçün gəlmisən, əhsən sənə! Elə bilirdim, heç vaxt üzr istəməzsən. Soyuqqanlı insanlar həmişə özlə-rini düzgün sayırlar. Sənə olan hörmətim daha da art-dı. Günahından keçirəm. Səni çox istəyirəm də, bilir-sən. İndi de görüm, evin nə haldadır? Olmaya, aləm bir-birinə dəyəndə yada düşmüşəm?
– Yox, nə danışırsınız?! Sadəcə…
– Yaxşı, yaxşı. Sabah gələrəm.
Sevil xala ilə dil tapmaq asandır. Lakin ona görə yox ki, mən belə bacarıqlıyam. Əksinə, mən heç vaxt in-sanlara Sevil xala qədər asan yovuşa bilməmişəm. Bu cəhətinə görə ona heyranam. Ona nəyə görə ehtiyac duyduğumu da yaxşı bilir, buna görə də qətiyyən inci-mir. Sevil xalaya desəm, başa düşməz, amma işinin əsl peşəkarıdır, ancaq əsl peşəkarlar onlara birinci növbə-də bacardıqları işə görə qiymət verildiyini çox gözəl anlayırlar. Sevil xala adi xadimədir, amma işində peşə-kar olduğu qədər də düzgün, nəcib insandır. Bizim zə-manəmizdə insanlarda əxlaqi keyfiyyətlər çox nadir hallarda bir-birini bu cür tamamlayır. Sevil xalada və onun kimi insanlarda bircə problem var: bu da dünya-görüşü. Dünyagörüşü, demək olar ki, sıfırdır. Xarici ölkələr bir tərəfə, heç öz Azərbaycanımızdan xəbəri yoxdur. Nə ədiblərimizi tanıyırlar, nə musiqimizi, nə də tariximizi bilirlər. Ona görə də savadsızların sayı gündən-günə artır. İnsanlar elə hesab edirlər ki, əsl şərq mentalitetinin varlığı və pul qazanmaq üçün fəra-sətin olması hər şeyə bəsdir. Ona görə də beş-altı ədi-bin çalışıb-vuruşub üzə çıxartdığı işin də heç bir məna-sı olmur. Onsuz da, savadı aşıb-daşan kiçik bir kütlə-dən başqa, heç kəs müasir mədəniyyətlə maraqlanmır. Bu da kütləvi mədəniyyətsizliyə gətirib çıxarır.
Buna bir bax! Tahir gözə dəymir. İlanın quyruğunu tapdalayıblar. Əminəm ki, bir plan cızır.
Ev yenə mənə dar gəlir. Səbəbini bilirəm, amma neyləyim, günahkar özüməm. Bundan sonra səhər ge-cikməmək üçün axşamdan hazırlıq görəcəyəm. Onu hər gün görməliyəm, artıq buna böyük ehtiyacım var.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?