Текст книги "Gözəlçə"
Автор книги: Süzanna Şaybler
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]
IV fəsil
Edvard maqnit kartını açar deşiyinə salıb qapını açdı və Vivyeni irəli buraxdı.
Qız bu vaxtadək aşağıda – vestibüldə gördüklərindən sonra heç şübhə etmirdi ki, «Beverli Uilşir» çox yüksək səviyyəli mehmanxanadır. Lakin yuxarı mərtəbədə yerləşən nömrədən açılan möhtəşəm mənzərə bu mehmanxananın səviyyəsinin nə dərəcədə yüksək olduğunu daha yaxşı nümayiş etdirirdi.
Nömrənin sahəsini orta villa ilə müqayisə etmək olardı. Burada holl, qonaq, yemək və yataq otaqları var idi. Ayrıca qarderob nəhəng vanna otağına bitişik idi. Bütün bu möhtəşəmliyi geniş eyvan tamamlayırdı.
Vivyen holla girəndə ayaqları çəhrayı rəngli yumşaq xalçanın xovları arasında batdı. Mehmanxananın vestibülündə olduğu kimi, burada da hər tərəfdə gül dibçəkləri gözə dəyirdi. Edvard dəhlizdəki düyməni basıb bütün otaqlarda işıqları yandırdı. Vivyen qonaq otağına keçdi, bahalı ağacdan düzəldilmiş mebelə, büzməli məxmər pərdələrə, çoxsaylı kiçik divanlara, kreslo və masalara tamaşa etməyə başladı.
– Necədir? – Edvard soruşdu. – Təəccübləndirir, elə deyil?
Qız ona yaxınlaşıb saymazyana dedi:
– Bəlkə, kimisə təəccübləndirər, amma məni yox. Mən belə nömrələrdə hər gün oluram. Elə düşünməyin ki, beləsini saathesabı vermirlər. Elə verirlər ki!
– Məlum məsələdir, – Edvard yüngül istehza ilə gülümsədi və yazı masasına yaxınlaşdı. O, lampanı yandırıb kresloya əyləşdi, məktubları və faks kağızlarını oxumağa hazırlaşdı.
Vivyen eyvana çıxdı.
– Lənət şeytana, mənzərəyə bax! – Qız aşağıda şəhərin sayrışan işıqlarını görəndə qışqırdı. – Mərc gələrəm ki, buradan okean da görünür.
Edvard zərfi açıb məktubu çıxardı:
– Mən hələ eyvana çıxmamışam, amma sizə tam inanıram.
– Necə yəni, «çıxmamışam»? – qonaq otağına qayıdan Vivyen təəccübləndi. – Niyə?
– Yüksəklikdən dəhşətli dərəcədə qorxuram.
– Doğrudan?
Edvard başını tərpətdi.
– Elədə eyvanı olan nömrə nəyinizə gərəkdir?
– Çünki belə öyrəşmişəm, – Edvard məktubu kənara qoydu. – Məlum məsələdir ki, mən birinci mərtəbəyə üstünlük verərdim, amma aşağıdakı bütün nömrələr tutulmuşdu.
Yalnız indi Vivyenə çatdı ki, o, hələ də Edvardın plaşındadır. Qız plaşı soyunub kanapenin üstünə qoydu, bir az qonaq otağında gəzişdi və qərara aldı ki, birbaşa mətləbə keçmək zamanıdır.
– Hm, sizinlə neyləyəcəyik? – o soruşdu.
Cavab gözləyən Vivyen servanta yaxınlaşıb onun tunc tutqaclarını sığalladı, mebeli gözdən keçirməyə başladı. O, hələ də belə şəraitlərdə özünü naqolay hiss edir və təşəbbüs göstərməyi o qədər xoşlamırdı.
Edvard diqqətini məktubun üzərində cəmləməyə çalışırdı.
– Düzünü deyim, özüm də bilmirəm, – o, dalğın-dalğın cavab verdi.
– Heyif, – Vivyen ağzından qaçırdı. Qız yenidən otaqda gəzişdi və oval formalı şüşə masanı diqqətlə nəzərdən keçirməyə başladı.
– Əslində, mənim planımda belə bir iş yox idi, – işindən həvəssiz ayrılan Edvard cavab verdi.
– Hətta belə? Siz hər addımınızı planla atırsınız?
– Məlum məsələdir! – Edvard inamla dedi.
– Elə mən də! – qız yalan danışdı, amma Edvardın gözlərindəki şübhəni görüb sözünü dəyişdi: – Hərçənd yox, mən plan qurmağı o qədər də sevmirəm. Düzünü deyim, adət eləməmişəm. Mən ovqat adamıyam və məni harada soyundururlarsa, orada özümü evdəkitək hiss edirəm. Bir günlə yaşayıram. Neylək, mən də beləyəm.
Vivyen kresloya əyləşdi və qollarını sinəsində çarpazladı, bir qədər susub sanki çox vacib nəsə söyləyəcəkmiş kimi öskürdü:
– Bilirsiniz nə var? Siz mənim haqqımı verə bilərsiniz. Məncə, bu, vəziyyəti bir az asanlaşdırar.
Edvard fırlanan kreslosu ilə birlikdə döndü və gözlərini heyrətlə Vivyenə dikdi:
– Ah!.. hə… üzr istəyirəm. Məncə, nağd pul yarayar?
Onun pencəyinin iç cibindən çıxardığı pulqabını görəndə qızın üzünə işıq gəldi:
– Yalnız nağd!
Edvard masanın üstünə bir neçə dollar qoydu. Vivyen yerindən sıçrayıb tez onları götürdü, masanın küncündə – Edvardın düz qarşısında əyləşdi və pulları çəkməsində gizlətdi.
Edvardın baxışları istər-istəməz qızın ayaqlarına dikildi. O karıxdığını gizlətmək üçün nəzərlərini yayındırdı və narazılıq etdi:
– Siz mənim faksımın üstündə oturmusunuz. Bu sizi narahat etmir?
– Bilmirdim ki, buna faks deyirlər, – qız məftunluqla gülümsədi. – Ömrümdə ilk dəfədir ki, faksın üstündə oturmuşam. – O, yana əyilib yumru dalını qaldırdı, Edvardın faks kağızını dartıb çıxarmasına imkan yaratdı.
– Hər şey qaydasındadır, – Edvard mızıldandı və kağızı masanın o biri küncünə sürüşdürdü.
– Əntiqə! – Vivyen xısın-xısın güldü, masanın üstündə yerini rahatladı, uzunboğaz çəkməsinin zəncirbəndini açıb oradan bir ovuc prezervativ çıxardı. Qız prezervativləri kart açırmış kimi yayaraq Edvarda göstərdi.
– Seçə bilərsiniz! Qırmızı, yaşıl, sarı… Yasəmən rəngdə olanlar, təəssüf ki, qurtarıb. Amma əvəzində bir dənə qızıl medallısı var. Yalnız çempionlar üçündür!
O, ağzıbağlı prezervativi əlinə alıb əsl bazar alverçisi kimi onu Edvardın burnunun qabağına tutdu:
– Əla, dünyada ən üstün qoruyucudur! Bundan heç nə keçməz! Nədi, nə baxırsınız?
– Tam təhlükəsizlik zəmanəti! – Edvard zarafat etmək istədi.
– Nahaq lağ edirsiniz, əvvəl-axır siz də maşında təhlükəsizlik kəməri taxırsınız? – qız ağızdolusu güldü.
Bu söz Edvardın kefini açdı. O ayağa qalxdı, Vivyen prezervativi masanın üstünə qoyub onun şalvarının kəmərinə nəzər saldı. Qız bilmirdi ki, özü başlasın, yoxsa Edvardın hərəkətə keçməsini gözləsin. Bəlkə də, qızın təşəbbüs göstərməsi onun ürəyincə olacaqdı.
Nəhayət, Vivyen seçim etdi və Edvardın kəmərini aramla açmağa başladı.
– Bəlkə, əvvəlcə jileti? – Vivyen soruşdu.
– Yox, yox, – Edvard onun əlini saxladı, – mən sadəcə… istəyirdim ki, sizinlə söhbət edim.
– Söhbət edəsiniz? – Vivyen sualı təkrarladı. Sürətlə fikirləşməyə, Edvardın nə demək istədiyini anlamağa çalışdı. Olmaya, bu kişi telefonla seks həvəskarıdır?
Amma Edvarda bir də diqqətlə baxandan sonra qız bu nəticəyə gəldi ki, onun dediklərinin sətiraltı mənası yoxdur. Bəlkə, müştəri onu bəyənməyib?
– Buyurun, – kefi bir qədər pozulmuş Vivyen dilləndi. – Söhbət etmək də olar. Necə istəyirsiniz.
Edvard pencəyini soyunub onu kreslonun dirsəkliyinin üstünə qoydu. Vivyen ehtirassız səslə dostyana söhbətə başladı:
– Deyin görüm, sizin burada şəxsi işiniz var, yoxsa rəsmi? – qız maraqlandı. – Bəlkə, həm ondan, həm bundan?
– Rəsmi, – Edvard ona baxdı. – Hər halda, mənə elə gəlir.
– Rəsmi, – deyə qız alt dodağını dişlədi. – Elə isə, tapmağa cəhd göstərək. Siz, yəqin… yəqin ki,.. – o, gözlərini iri açıb fikrə getdi və nəhayət, bərkdən dedi:
– Siz vəkilsiniz!
Vivyenə qulaq asa-asa Edvard kresloda yerini rahatladı, ayaqlarını məxmər üzlüklü kətilin üstünə qoydu. Qız yazı masasından sürüşüb düşdü və onun yanında oturdu. Vivyen üçün bu şıq geyimli, şübhəsiz, yaraşıqlı kişinin onu istəməməsi ilə barışmaq çətin idi. Buna görə də yenidən cəhd göstərməkdə qərarlı idi. Hər halda, o, Vivyenə yüz dollar vermişdi və qız minnətdarlıq etmək istəyirdi.
– Vəkil? – Edvard güldü. – Niyə belə düşünürsünüz?
Qız iti nəzərlərlə ona baxdı.
– Çünki adam sizinlə darıxacağını elə uzaqdan hiss edir!
Zərbə hədəfə dəymişdi. Vivyen gördü ki, Edvardın üzündə məyusluq ifadəsi yarandı.
– Görünür, sizin vəkil tanışınız az olmayıb, – o cavab verdi.
Vivyen dodağını büzdü, barmaqlarının ucuyla onun yanını qıdıqladı və mənalı-mənalı gülümsədi:
– Hə… Bəziləri ilə ünsiyyət imkanım olub. – Bu yerdə Edvard ona tərəf əyildi. Vivyenə elə gəldi ki, kişi onu öpəcək, amma həmin dəqiqə qapı zənginin ahəngdar səsi gəldi. Qız həyəcanlandı, boynunu uzatdı.
– Kim olar?
Edvard da bir qədər özünü itirmişdi, amma bu çaşqınlığı zəng yaratmamışdı. Qısa fasilədən sonra o dilləndi:
– Şampan şərabı…
– Oho! Əladı ki! – Vivyen sevinclə yerindən sıçradı. – Onda qapını mən açım, heç olmasa, bir xeyrim dəysin!
Edvard bu dəfə maraq dolu baxışlarla qızı qapıyadək ötürdü.
Zəng ikinci dəfə çalındı. Vivyen dəhlizin qapısını taybatay açdı və ofisiantla üz-üzə gəldi. Ofisiantın əlində üstünə dəsmal salınmış boşqab və gümüşü vedrəcikdə buzun içinə qoyulmuş şampan şüşəsi olan gümüşü məcməyi var idi. O, nəzakətlə baş əydi:
– Axşamınız xeyir!
– Xoş gördük! – Vivyen ofisiantla dost kimi salamlaşıb qapını örtdü və onu qonaq otağına ötürdü.
– Hara əmr edirsiniz? – otel qulluqçusu dayanıb qıza baxdı.
– Hara qoysun? – Vivyen sualı Edvarda ünvanladı.
Ofisiant heyranlıqla Vivyenin çılpaq belini süzdü.
– Yəqin ki, bara, – Edvard dilləndi. Gözoxşayan mənzərədən təəssüf hissi ilə ayrılmalı olan ofisiant bara yaxınlaşdı. Vivyen dabanbasma onun ardınca getdi. Otel qulluqçusu məcməyini qoyub dönəndə az qaldı ki, qızla toqquşsun.
– Oh, pardon! – Vivyen gülümsədi və yana çəkildi, amma ofisiant da eyni tərəfə addım atdığından az qaldı ki, alınları bir-birinə dəysin. Vivyen şaqqanaq çəkib yoldan çəkildi.
– Sizin hesabınıza yazacağam, mister Lyüis, – ofisiant dedi və yerə mıxlanmış kimi qonaq otağının ortasında dayanıb gah Edvarda, gah Vivyenə baxdı.
– Nə gözlərini zilləmisən? – qız heyrətlə soruşdu. Amma onun kimə müraciət etdiyi bilinmədi.
Ofisiant cavabında hündürdən öskürdü. Vivyen sual dolu nəzərlərlə Edvarda baxdı:
– O nə istəyir?
Edvard sanki yuxudan ayıldı və cibindən pulqabını çıxardı:
– Oh, doğrudan da. Götürün. Çox sağ olun.
Ofisiant pulu alıb baş əydi və getməyə tələsdi:
– Çox təşəkkür edirəm! Xoş istirahət!
Ofisiant gedəndən sonra Vivyen pərt halda başını buladı:
– Axmağam da! Mən çaypulunu necə unutdum axı?
– Mühüm deyil, – Edvard bara tərəf yollandı.
Vivyen qollarını yellədə-yellədə otaqda gəzişdi.
– Mən çəkmələrimi çıxarsam, etiraz etməzsiniz? – qız soruşdu.
– Buyurun.
Edvard iki qədəh götürüb barın üstünə qoydu və şampan şüşəsini vedrədən çıxardı.
Vivyen qonaq otağını dəhlizdən ayıran hündür kandarın üstündə oturdu və çəkməsinin zəncirbəndini açdı:
– Bir söz soruşum, arvadınız var? Ya görüşdüyünüz qız?
– O da var, bu da, – Edvard şüşənin ağzına dolanmış zərli kağızı aça-aça cavab verdi.
Vivyen uzunboğaz çəkməsinin bir tayını döşəməyə atdı:
– Bəs onlar hardadırlar? Yoxsa indi hardasa birgə şam edirlər?
Vivyen öz sözünə güldü və dodağını əyib çəkmənin ikinci tayının zəncirbəndini açmağa başladı.
– Mənim keçmiş arvadım, – Edvard bu sözləri xüsusi vurğuladı, sonra ehmalca şampan şərabını açdı və izahatına davam etdi, – Lonq-Aylenddə, mənim əvvəlki evimdə, mənim keçmiş itimlə bir yerdə yaşayır. Mənim keçmiş rəfiqəm Cessika isə Nyu-Yorkda, mənim mənzilimdədir. – Edvard qədəhləri doldurub acı-acı əlavə etdi: – Ola bilsin ki, biz burada söhbət edən vaxt o artıq çamadanlarını qablaşdırır.
Edvard qədəhləri əlinə alıb Vivyenə yaxınlaşdı və onları hündür kandarın üstünə qoydu. Sonra ofisiantın şampan şərabı ilə birgə gətirdiyi boşqabı götürmək üçün bara qayıtdı.
Vivyen uzunboğaz çəkmənin ikinci tayını və corablarını soyunub qədəhi əlinə aldı. Qız gördü ki, Edvard öz şərabını mineral su kimi yarıyadək birdəfəyə içdi. O, qapağı qaldırıb boşqabı Vivyenə uzatdı.
– Çiyələk götürün.
– Niyə? – qız təəccübləndi.
– Çiyələk şampanın dadını artırır, – Edvard başa saldı.
– Nə gözəldirlər, – qız çiyələkləri qiymətləndirdi və onlardan ən irisini götürüb dişlədi. Üstündən qədəhdəki şərabdan hortuldatdı. – H-mmm, pis deyil. Bəs siz daha içmirsiniz?
– Yox. – Edvard boşqabın qapağını örtüb onu yerinə qoydu.
– Mən sizə etiraf etməliyəm ki, – Vivyen dişlənmiş çiyələyinə və boşalmış qədəhinə baxdı, – siz adamı yoldan çıxarmağı bacarırsınız. Amma buna zərrəcə ehtiyac yoxdur. Vaxt – puldur, madam ki artıq razılaşmışıq, bəlkə, başlayaq?
Edvard barın qarşısındakı kətildə oturdu və üzünü Vivyenə tutdu.
– Belə görürəm, sizin vaxtla bağlı probleminiz var.
Qız dinməzcə başını tərpətdi.
– Belə olan halda, bəlkə, bu yükü sizin çiyinlərinizdən götürək? – Edvard təklif etdi.
– Mən elə bunu istəyirdim! – qız dərhal rahatlandı.
Edvard qətiyyətlə soruşdu:
– Bütün gecənin haqqı nədir?
– Bütün gecənin? – Vivyen heyrət dolu nəzərlərini ona dikdi, amma tez də üzünə biganəlik ifadəsi verməyə çalışdı. Sonra qəfildən güldü və gözlənilmədən «sən»ə keçdi:
– Buna pulun çatmaz!
– Haradan bilirsən? – Edvard halını pozmadan cavab verdi.
Vivyen bu oyunda «müştərisini» bacardığı qədər «yükləmək» qərarına gəldi. Nə olar, olar. Hətta «müştəri» imtina etsə də, artıq bir yüzlük qazanıb!
– Mənim muzdum üç yüz dollardır!
Edvardın başında bir tük belə tərpənmədi:
– Üç yüz? Bu qədər xərcləməyə imkanım çatar. – O, kətildən enib boş qədəhi Vivyendən almaq üçün ona yaxınlaşdı. Qız başını qaldırdı və heyrətlə Edvarda baxdı. Edvardın ət görmüş pişik kimi iştahla onu süzdüyünü gördü.
– Çox sağ ol. İndi rahatlanmaq olar.
Edvard qızın qədəhini yenidən doldurdu. Birdən Vivyen yerindən sıçradı.
– İndi gəlirəm! – o, çantasını qamarlayıb vanna otağını axtarmağa getdi.
Vanna otağına iki qapı açılırdı – biri dəhlizdən, o biri yataq otağından. Vivyen mərmərlə döşənmiş, qızılı kranları bərq vuran otağa keçib əllərini yudu, onları tiftikli hamam dəsmalına sildi, sonra çantasındakı plastik qutunu çıxardı.
– Bu şampanda doğrudan da nəsə var, – o qışqırdı.
– Sən nə dedin? – Edvard yataq otağından vanna otağına boylandı.
Vivyen diksinərək çevrildi, Edvardı görəndə özündən asılı olmayaraq yumru qutunu arxasında gizlətdi. Amma Edvard onun hərəkətini güzgüdən gördü.
– Mən? Mən dedim ki, indi çıxıram, – Vivyen əsəbi halda güldü.
Edvardı qəfil şübhə bürüdü, o, gözlərini qıyıb qızın üzünə baxdı:
– Belə elə… əlindəki nədir? Nəyi gizlədirsən?
– Elə bir şey deyil, – Vivyen karıxdı. Edvardın rəngi boğuldu. Bir saniyədə özünü qıza yetirdi, güzgünün qarşısındakı çantasını götürüb çığırdı:
– Narkotikdən zəhləm gedir! Cır-cındırını yığ, pulunu götür, rədd ol burdan!
– Bu hardan çıxdı! – Vivyen Edvardın qarşısından çəkilib sakitcə qapıya tərəf getdi. – Narkotik nədir? Mən onu on dörd yaşımda tərgitmişəm.
Edvard qızın hələ də arxasında gizlətdiyi əlindən yapışdı və qəzəblə soruşdu:
– Bəs bu nədir?
O, Vivyenin barmaqlarını zorla araladı, qutunu əlindən aldı. Üstündəki yazını oxuyub içindəkini görəndə heyrətləndi:
– Diş təmizləyən sap?
– Hə də, çiyələyin tumu dişimə ilişib, – Vivyen incik halda mızıldadı. – Dişlərisə qorumaq lazımdır!
Edvard qutunu ona qaytardı:
– Bağışla, – deyə özünə də qəribə gələn yüngüllüklə günahını boynuna aldı.
O, Vivyenin gözlərinə baxdı, bu gözlərdə yazılanları oxumağa cəhd etdi, amma təkcə onu başa düşdü ki, qızın vanna otağından çıxmaq fikri yoxdur.
– Nədi, elə durub üzümə baxacaqsan? – Vivyen soruşdu.
Edvard indi fərqinə vardı ki, Vivyenin çantası hələ də onun əlindədir. Çantanı sahibinə uzatdı.
– Çox sağ ol, – Vivyen donquldandı və çantanı yerinə qoydu.
Edvard onun qarşısında dayanıb nə edəcəyini bilmirdi:
– Düzünü deyim, heç düşünməzdim ki, məni heyrətləndirə biləcək adamlar hələ də var.
– Məndə hər şey əksinədir, – Vivyen sərt səslə dedi. – Başdan-ayağa sürpriz!..
O, qutunu açdı, amma Edvardın hələ də qapının çərçivəsinə söykənib dayandığını güzgüdə görəndə əsəbiləşdi:
– Nədi, tamaşa edəcəksən?
– Getdim, getdim, – Edvard gülümsədi.
Sonradan Vivyen bu axşamı sərsəm gecə adlandıracaqdı. Ömrünün ən möcüzəvi və sərsəm gecəsi!
Edvard televizoru qız üçün açıb yazı masasının arxasında əyləşdi. O hansısa işgüzar kağızları nəzərdən keçirir, arabir tərəfdaşları ilə telefonda nəyisə uzun-uzadı və çılğınlıqla müzakirə edirdi.
Xalçaya sərilmiş Vivyen qurtum-qurtum şampan içir, fındıq yeyirdi. Televizorda «Mənim məhəbbətim Lüsi» filmini verirdilər. Gen ətəyinin altından ağ pantalonu görünən baş qəhrəmanın üzündə xoşbəxtlik ifadəsi vardı – o, iri çəndə nəsə əzirdi, bir italyan xala isə üzüm tapdalamaq üçün yekə çəlləyin üstünə dırmaşmağa cəhd göstərirdi. Bu səhnə Vivyeni yaman əyləndirirdi.
Otaq qaranlıq idi, yalnız Edvardın arxasında əyləşdiyi yazı masasının üstündəki lampadan işıq süzülürdü. O, işçisi Venslə telefonla danışa-danışa arada qayğısız uşaq kimi bərkdən gülən Vivyenə nəzər salırdı.
– Bəli, Vens, ola bilər, – Edvard deyirdi. – Bilirəm. Amma mənə «Mors İndastriz» haqqında dəqiq məlumatlar lazımdır.
Vivyen yenə şaqqanaq çəkdi, onun səsi filmin fonoqramına yazılmış teleserial tamaşaçılarının gülüş səslərini batırdı.
– Londondan almışam, – Edvard işçisi ilə söhbətini davam etdirirdi, – amma mənə Tokionun məlumatları da lazımdır. Bir az sonra zəng vuracağam, məlumatları mənim üçün yığın. Təşəkkür edirəm.
O, dəstəyi yerinə qoyub stuldan qalxmadan Vivyenə tərəf döndü. Qız barda nə vardısa, hamısını xalçanın üstündə qabağına düzmüşdü. Edvardın nəzərlərini hiss edən Vivyen gülümsədi:
– Mən burada balaca məclis qurmuşam. Sən, doğrudan, heç nə içmək istəmirsən?
– Görmürsən ki, iş məni məst edib, – Edvard imtina etdi. O nəsə yazmağa başladı, Vivyen təzədən gözlərini televizora zillədi.
Elə bu vaxt Lüsi üz-gözünü əzabdan əyə-əyə yekə çəlləyin üstünə dırmaşdı, üzümü tapdalamağa başladı, yaşlı üzümçü italyan qadınsa ittiham dolu nəzərlərini Lüsiyə dikmişdi. Vivyen yenidən uğundu.
– Bu hissəni heç görməmişdim, – deyə o izahat verdi və qarnı üstə uzandı.
Edvard da sakitcə güldü, amma onu şənləndirən ekranda baş verən hadisələr yox, qızın saf heyranlığı idi. O ayağa qalxdı, qıza yaxınlaşdı, kresloda əyləşib ayaqlarını o biri kreslonun dirsəkliyinə qoydu.
Bir azdan onun barmaqları incə hərəkətlə Vivyenin kürəyinə toxundu. Qız çəlləkdə təpik döyən Lüsinin ağız-burnunu əyməyinə gülürdü, kürəyinə toxunan əli hiss etmirdi.
Edvard isə qızı oxşamaqda davam edirdi. Nəhayət, Vivyen gözlərini qaldırdı. Edvardın baxışlarındakı istiliyi sezdi və bu istiliyin ona da sirayət etdiyini duydu.
Qızı qəribə qərarsızlıq bürüdü. O hiss edirdi ki, bu kişi ilə keçirdiyi axşam bütün başqa axşamlardan nə iləsə fərqlənir. Nə ilə? İzah edə bilmirdi, amma hər şey başqa cür və gözəl idi.
Vivyen dikələrək dizləri üstündə oturdu, kresloya bir qədər də yaxınlaşdı, Edvarda baxmadan onun ayaqlarına toxundu. Edvard qımıldanmadı. Qızın əli onun şalvarına uzandı, ayağını sığallaya-sığallaya aramla yuxarı qalxmağa başladı.
Televizor işləməkdə idi. Lüsi tamaşaçıların gülüşü altında üzüm dolu çəlləkdə çapalayırdı.
Ekrana qısa nəzər salan Vivyen yenidən Edvarda tərəf döndü. Hər toxunuşunda kişinin tənəffüsünün tezləşdiyini hiss edirdi. Vivyen işvəkar, şirin və incə təbəssümlə onun üzünə gülümsədi.
Edvard əlini qızın əcaib köynəyinə təzəcə uzatmışdı ki, o özü əynindəkiləri ətəyi ilə birlikdə dartıb çıxardı, təkcə qara, tor tumanda və büstqalterdə qaldı.
Vivyen başını Edvardın dizinə qoydu, sonra birdən qalxıb divandan yastığı götürdü, kreslonun yanında dizlərinin altına atdı. Televizorun pultu böyürdəki masanın üstündə idi, qız əlini uzadıb televizorun səsini aldı. Bir daha ekrana nəzər saldı. İtalyan qadının əzik üzüm salxımını Lüsinin sifətinə necə çırpdığını görüb güldü və yenidən Edvarda tərəf döndü.
O, yastığı götürməyə qalxanda Edvard qızın incə belini, ombalarının yumşaq cizgilərini, dik döşlərini seyr etdi. Qızın əla bədəni var idi, dərisindən təravət yayılırdı.
Vivyen aramla, işvəkar, incə təbəssümlə Edvardın qalstukunu açmağa başladı. Masaüstü lampanın və televizorun səyriyən işığı fonunda qızın gözləri tünd-məxməri rəngə çalır, bir qədər də sirli görünürdü.
Edvard onun saçlarını sığallamaq istədi, amma saçına toxunan kimi qəribə nəsə hiss etdi və əlini Vivyenin çiyninə sürüşdürdü.
Qız isə artıq qalstuku xalçanın üstünə atmışdı, köynəyin düymələrini açırdı. Onun barmaqları Edvardın sinəsini qıdıqlayır, incə hərəkətlərlə aşağıya, kəmərinə doğru sürüşürdü. Axır ki, Vivyen kəməri və şalvarın zəncirbəndini açdı.
Edvardın getdikcə artan istəyini hiss edən Vivyen onun gözlərinin içinə baxdı, sakit səslə soruşdu:
– Sən hansını istəyirsən?
– Bəs sən hansını bacarırsan? – Edvard suala sualla cavab verdi.
– Hamısını, – qız dedi. – Bircə dodaq-dodağa öpüşmürəm.
– Elə mən də…
Vivyen gülümsədi və bu təbəssüm Edvardın çəkingənliyinə son qoydu. Vivyen aşağı sürüşdü, Edvard qızın isti nəfəsini hiss etdi. Qızın dili və dodaqları onun qarnına
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?