Текст книги "Avtoritar şəxsiyyətin necəliyi"
Автор книги: Теодор Адорно
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 21 страниц)
Theodor Adorno
Avtoritar şəxsiyyətin necəliyi
BİRİNCİ FƏSİL
A.
GİRİŞ
Bizim tədqiqatımız antisemitizmlə əlaqəli sərbəst sorğulamalardan yola çıxaraq başladı. Buna baxmayaraq tədqiqatımız davam etdikcə onun vurğusu get-gedə yavaşladı. Biz başa düşdük ki, antisemitizmi yaxud başqa bir milli azlığa qarşı qərəzli11
Kitabda “qərəz”, “ön mühakimə”, “xurafat” terminləri müxtəlif yerlərdə eyni mənanı (“prejudiced”) verir -sübutsuz inanc. “Qərəzli insan”, “xurafata inanan”, “ön mühakiməli” sözləri bir insana və ya qrupa haqsız və əsassız yerə (və məntiqsiz olaraq) nifrət edən yaxud sevən insanı bildirir (tərc.)
[Закрыть] düşüncələri öz özlüyündə sosio-psixoloji bir anlayış kimi yox, daha çox, azlıqlara qarşı qərəzli düşüncənin daha geniş ideologiyasını və şəxsi keyfiyyət modelləri ilə əlaqəsini araşdırmaq başlıca vəzifə olmalıdır. Beləliklə, antisemitizmin əsas mövzusu kimi antisemitizm gedərək tamamilə aradan çıxdı və görüş proqramımızın əhatə eləməli olduğu bir çox mövzudan sadəcə biri kimi görünməyə başladı.
Araşdırmamıza paralel olaraq, İctimai Araşdırmalar İnstitutunun qismən eyni heyəti tərəfindən həyata keçirilən bir başqa araşdırma, yəni işçi, fəhlə sinfi içərisindəki antisemitizm barədə bir araşdırma22
Institute of Social Research: Anti-Semitism within American Labor: A Report to the Jewish Labor Committee (4 cild, May 1945).
[Закрыть], antisemitizm sualı üstündə işləyib və eyni vaxtda bu cilddə təqdim olunan mövzulara yaxın sosiopsixoloji mövzularla da maraqlanırdı. Bu fəsildə müzakirə ediləcək materialın böyük hissəsi Berkli danışıqlarının qərəzlə bağlı seqmentindən alınıb və biz çalışdıq ki, işçi sinfi haqda sözügedən tədqiqatın bəzi nəticələrini yeni tədqiqat üçün hipotezlər kimi istifadə edək. Söhbət Los Ancelesdə aparılan tədqiqatın bir hissəsindən gedir. Biz C. F. Braun və F. Palokla birgə işləyərək yəhudilərlə əlaqəli əlavə və xüsusi müsahibə proqramı hazırladıq. Biz bu sualları müsahibə götürdüyümüz insanlara verəndə onların xəbər tutub daxili fikirlərini gizlətməmələri üçün guya əsas mövzu işçi sinfi haqda incələmələr imiş kimi qələmə verdik. Bu görüş proqramın əsas məqsədi qərəzin ümumi strukturu içərində müəyyən fərqliləşmiş modellər yaradılıb yaradılmadığını təyin etmək idi.
Bu müsahibələrdə subyektlərimizə verdiyimiz sualların siyahısı aşağıda təqdim olunur. Bu sualların hamısının hər bir subyektə verilmədiyini və hər sualın bütün subyektlərə eyni formada verilmədiyini qeyd etmək lazımdır. Ancaq sualların aid olduğu mövzu hər bir halda yaxşı əhatə olunurdu.
Yəhudilər haqda sualların siyahısı:
– Yəhudi probleminin mövcud olduğunu hesab edirsiniz? Əgər cavab müsbətdirsə, nə mənada mövcuddur? Bu haqda fikirləşmisinizmi?
– Sizin yəhudilərlə əlaqələriniz olub? Hansı formada? Bu əlaqə ilə bağlı hər hansı bir adam yadınızdadırmı? Əgər cavab mənfidirsə, onda baxışlarınız nəyə əsaslanır?
– Yəhudilərlə əlaqədə olanda mənfi xüsusiyyətlərə malik təcrübəniz olub (yaxud bu barədə eşitmisinizmi)? Əgər belədirsə, hazırki şərait sizin fikrinizi dəyişə bilərdimi? Əgər cavab xeyrdirsə, onda nə üçün?
– Digər insanların arasından yəhudini seçə bilərsinizmi? Necə?
– Yəhudilərin dini haqda nə bilirsiniz?
– Yəhudilər qədər pis olan xristianlar varmı? Onların sayı pis yəhudilərin sayından faiz olaraq çoxdur?
– Yəhudilərin ağır zəhmətə münasibətləri necədir? Bədnam yəhudi işgüzarlığı barədə nə bilirsiniz?
– Yəhudilərin kinomatoqrafiya, radio, ədəbiyyat və universitetlərdə nəzərə çarpan nüfuza malik olmaları doğrudurmu? Əgər belədirsə, burda pis nə var? Buna qarşı nə tədbir görmək lazımdır?
– Yəhudilərin ticarətə, siyasətə, həmkarlar ittifaqına və s. böyük təsir göstərmələri doğrudurmu? Əgər belədirsə, bu necə bir təsirdir? Bu təsiri zəiflətmək üçün hər hansı tədbir görmək lazımdırmı?
– Nasistlər alman yəhudilərin başına necə müsibətlər gətirib? Bu haqda nə fikirləşirsiniz? Amerikada belə bir problem varmı? Onu həll etmək üçün nə edərdiniz? Onlarda nə kimi günah görürsünüz?
– Yəhudilər aqressivdirlər? Pis vərdişləri var?
– Yəhudilər bankları əllərində saxlayırlar? Qara bazarda ticarətlə məşğuldurlar? Dələduzluq edirlər? Onlar İsa Peyğəmbərin qatilləridirlərmi?
– Öz aralarında möhkəm əlaqə saxlayırlar? Onlar komunistdirlər? Rüşvətə aldanandırlar? Pintidirlər? Saxtakarlıqla məşğuldurlar? İstismarçıdırlar? Öz mənşələrini gizlədirlər? Həddən artıq ağıllıdırlar? Beynəlmiləlçidirlər? Bəzi sənətlərin qarşısında bənd çəkiblər (özünküləşdiriblər)? Tənbəldirlər? Film sənayesini öz əllərində cəmləşdiriblər? Tamahkardırlar? Hay-küylüdürlər? Uyğunlaşmağı bacarırlar? Özlərinə güvənəndirlər? Həddən artıq seksualdırlar? İmtiyaz axtarışındadırlar? İntriqaçıdırlar? Ölkəmizi öz əllərində saxlayırlar? Həddən artıq kəskindirlər? Qonşularla əlaqələri pozurlar? Dükanları həddən artıq çoxdur? Nizam-intizama riayət etmirlər? Yəhudi olmayanlara qarşı əxlaqsız davranırlar? Aşağı təbəqəyə aiddirlər? Fiziki əməkdən qaçırlar?
– Siz sosial diskriminasiya yaxud xüsusi qanunvericiliyin tərəfindəsiniz? Yəhudiyə xüsusi qrupun üzvü kimi yanaşmaq lazımdır? Təklifləriniz konstitusiya hüquqlarına nə dərəcədə uyğundur?
– Ayrı-ayrı yəhudilərlə şəxsi əlaqələrin əleyhinəsinizmi? Siz yəhudilərə ən çox xoşagəlməzlik yaxud təhlükə simvolu kimi baxırsınız? Təsəvvür edə bilərsinizmi ki, yəhudiyə ərə gedirsiniz (yaxud evlənərsiniz)? Yəhudi problemin haqda müzakirələr etmək xoşunuza gəlir? Yəhudi olsaydınız, nə edərdiniz? Yəhudi nə vaxtsa həqiqi amerikalı ola bilərmi?
Müsahibənin əlavə materiallarının köməyi ilə aşkar antisemitizmin üstünlük təşkil edən formaları haqda onun daxili dinamikasından çox şey öyrənəcəyik. Ətraflı tərtib olunmuş suallar hər bir halda psixoloji konfliktin xurafatları ilə bağlı məsələləri anlamaq üçün faydalı olub. Növbəti vacib müşahidə subyektlərimizə yəhudilərin pis xüsusiyyətlərinin sadalamaq təklifinə olan reaksiyalarına aiddir. Cavabların çoxunda müsahibədə iştirak edənlər siyahını tam olaraq təsdiqləyiblər, yəni fikir müxtəlifliyi azlıq təşkil edib. Xurafat (ön mühakimə) hissi çox olan şəxslər, yəhudilərə qarşı hər hansı bir qınağı qəbul etməyə meylidirlər. Bunu fərqli olaraq, ya antisemit ideologiyasının “daxili ardıcıllığı” simptomu kimi, yaxud metoddan və cavabları əvvəlcədən verilmiş sualların qoyuluşunun avtomatik reaksiyaya sövq edəcəyi faktından asılı olmayaraq, müsahibədə istifadə olunan çoxlu sayda balların dini cəhətdən neytrallığı kimi izah etmək mümkündür. Hətta əgər anketlərin özlərində yuxarı bal yığanlarda33
Anket suallarına verdikləri cavablara görə qiymətləndiriləndə yuxarı bal yığanlar qərəzli, xurafata inanan və hegemon tipli insanlar olur (tərc.)
[Закрыть] antisemit ideologiyası hiss olunurdusa da, buna siyahıdakı səhvlərin səbəb olduğunu demək olmaz. Görünür, bu məsələdə antisemitizmdən söhbət gedir, lakin əvvəlcə qaranlıq qalır, yaxud bu bizim sorğunun çatışmamazlıqları ilə bağlıdır. Zənnimizcə, ən qəti antisemit mülahizələr təhqir kimi deyil, məntiqi cəhətdən izah etsək, öz daxili mənliyini sakitləşdirən və müsahibə verənin reaksiyası daha az ifrat dərəcəli olanda özünü təqlidlə stimullaşdıran padzəhər kimi qəbul olunur. Bu mülahizə alman xalqının bütünlüklə radikal antisemit metodlarını qəbul etməsi fenomeni ilə izah edilə bilər, ancaq, güman ki, onlardan hər biri bizim sorğuda iştirak edənlərdən çox da antisemit deyildilər.
Bizim hipotezadan belə bir praqmatik nəticə çıxarmaq olar ki, antisemitizm haqda saxta rasional müzakirələrdən hər vasitə ilə qaçmaq lazımdır. Faktlara əsaslanan antisemit mülahizələri ya təkzib etmək, ya da antisemitizmin formalaşması ilə bağlı psixodinamikanı izah etmək lazımdır.
Lakin “yəhudi problemində” dayanmaq lazım deyil. İndiki dövrdə, insanlar Avropada xalqların məhv edilməsindən sonra “yəhudi problemindən” danışırsa, (yumşaq formada olsa belə) bu nasional-sosialistlərin törətdiklərinə dəstək vermək sayılır.
Qeyd etmək lazımdır ki, birinci olaraq plana subyektiv nöqteyi-nəzər çıxır. Nümunələrimizin seçimi “obyektin” bizim məsələmizdə yəhudilərin xurafatların formalaşmasında oynadığı rolların tədqiqini istisna edib. Biz heç bir halda həmin rolun “obyektə” məxsus olduğunu inkar etmirik, buna baxmayaraq, marağımız yəhudilərə qarşı yönəlmiş reaksiyaların səbəblərinə deyil, hər şeydən qabaq bu reaksiyalara cəmlənib. Bizim antisemit xurafatların yəhudilərin ayaqlarına yazılan xüsusiyyətlərlə az əlaqəli olmaları barədə ilkin fərziyyəmizin əsasında diqqətimizi dindirilənlərin dəqiq bilinən tipinə cəmləmək durur.
Ümumi fikrin məğzi əsassızlığa və inkara köklənmiş və sosial planda öz şəxsi fikrindən yaranan (çox düşünülməmiş) düşmənçiliyin subyekt üçün realistik aspekt almağına kömək edən, reallıqla pozulmuş əlaqənin radikal ifadələrindən, yəni psixozdan uzaqlaşmalı olan obyekt əvəzçisini tələb edir. Öz funksiyasına uyğun olmaq üçün heç bir halda yəhudiləri “qurban” kimi görməyən, düşünülmədən məhv etməyə köklənmiş bu obyekt müəyyən şərtlərə cavab verməlidir. Xurafat kifayət qədər konkret olmalıdır, lakin öz reallığı tərəfindən məhv oluna biləcək qədər konkret olmalı deyil. O, tarixi cəhətdən möhkəmlənmiş olmalı və ənənənin danılmaz elementi kimi çıxış etməlidir.
Xurafat donmuş və yaxşı tanınan stereotiplərdə44
Stereotype. Stereotip bir qrup insanın (məsələn bir millət, bir etnik qrup, sosial qrup, dinin davamçıları və s.) hamısının eyni olduğu inancıdır. (tərc.)
[Закрыть] müəyyənləşdirilmiş olmalıdır, və nəhayət, əvvəlcədən yaranmış mənfi rəylərin pozucu tendensiyalarına mane olan əlamətlərə malik olmalıdır, yaxud ən azı əlamət kimi qəbul olunan və aydın olmalıdır.
Danılmaz olan budur ki, bütün bu şərtlər həddindən artıq “yəhudi” fenomeni ilə doludur. Bu o demək deyildir ki, yəhudilər yalnız nifrət qazanmalıdırlar, yaxud qarşısıalınmaz tarixi zərurət onları digərlərindən daha çox sosial aqressiyaya ideal hədəf edir. Elə onların bu funksiyanı bir çox fərdlərin ruhi aləmində yerinə yetirə bilmələri kifayətdir.
“Yəhudi fenomeninin” bənzərsiz olmağını yalnız verilmiş tədqiqatın çərçivələrindən kənara çıxan nəzəriyyə daxilində ekskursun köməyi ilə izah etmək olar. Belə bir nəzəriyyə “faktorların” müxtəlifliyini saymazdı, yaxud səbəb kimi spesifik fiqur seçməzdi, böyük ehtimalla, bütün elementlərin öz aralarında möhkəm əlaqəli olduqları qapalı çərçivələr hazırlayaraq, müasir cəmiyyətin tam olmağı nəzəriyyəsinə gətirib çıxarardı.
Əvvəlcə biz antisemitizmin “funksional” xüsusiyyətini, yəni obyektin nisbi müstəqilliyini müəyyənləşdirməyə çalışaq. Sonra kimə lazımdır sualını aydınlaşdıraq: antisemitizm soyuq, yad və çox şeydə anlaşılmaz dünyada oriyentasiya üçün güc sərfi tələb etməyən bir vasitə kimi. Siyasi və iqtisadi ideologiyanın analizində olduğu kimi, burada da stereotiplərin köməyi ilə bu oriyentasiya əldə edilir. Belə stereotiplik arasında mövcud uçurum bir tərəfdən faktiki təcrübə və hələ də qəbul olunan demokratik dəyərlər, digər tərəfdən müsahibələrdə üzə çıxan konfliktli vəziyyətlərə gətirib çıxarır. Sonra biz bu konfliktin həlli sayılan məsələni tədqiq edəcəyik: dərk edilməyən yaxud anlaşılmaz mövhumata malik fərdlə əlaqəli olan amerikan sivilizasiyası mühitində böyümüş antisemitizm fövqəladə vəziyyətlərdə özünü vicdan və rəsmi demokratik dəyərlərdən artıq büruzə verir. Bu antisemit reaksiyaların dağıdıcı xüsusiyyətlərini sübut edir. Bu konfliktin qalıqları kimi müəyyən yəhudi xüsusiyyətlərinə qarşı simpatiya və ya daha doğrusu "bəyənmə" izləri görülür hansı ki, bunlar daha diqqətli müşahidə vaxtı eyhamlar ehtiva edir.
Sonra antiyəhudi fikirlərinin strukturu haqda bəzi spesifik müşahidələrə baxacağıq. Bununla belə, diqqət mərkəzində antisemitizmlə antisemit sosial identifikasiyasının köməyi ilə tanınan müxtəlifliklər var. Antisemit dinamikanın şərhini biz mövhumatla əlaqəsi olmayan fərdin davranışı haqda bəzi qeydlərlə yekunlaşdıracağıq.
Ən axırda söhbət antisemitizmin daha ümumi sosial mahiyyəti barədə olacaq, yəni amerikan demokratiyasının prinsiplərinin inkar edilməsi barədə.
B.
ANTİSEMİTİZMİN “FUNKSİONAL” XÜSUSİYYƏTİ
Bizim güman etdiyimiz kimi “antisemit çıxış nöqtəsini” tələb edən psixi proseslərin dinamikası əslində bu kitabın digər fəsillərində qismən təsvir olunan avtoritar və qiyamçı həvəslərin ambivalentliyidir55
Ambivalentlik hər hansı bir insan, hadisə, əşya haqqında eyni vaxtda bir-birinə zidd fikirlər və münasibət bəsləməkdir. (tərc.)
[Закрыть].
Burada biz ayrı-ayrı qeyri-tipik, buna baxmayaraq antisemitizmin subyektin psixoloji ehtiyac və meylləri kimi obyektin təbiətindən asılı olmamasını göstərən konkret nümunələri araşdırmaqla kifayətlənəcəyik.
Bəzi hallarda yanlış fikirlərin “funksional” xüsusiyyəti lap aydın görünür. Burada söhbət öz təbiətinə əvvəlcədən yaranan yanlış fikirlə yanaşan, fikirlərinin hansı istiqamətə yönəldilməsi əhəmiyyət kəsb etməyən fərdlərdən gedir. İki nümunə ilə kifayətlənək. 5051 nömrəsini verdiyimiz fərd bütün cədvəllərdə çoxlu sayda bəndlərlə ən yuxarı bal yığan adam kimi lider hesab olunur. O, instinktiv olaraq baş versə də, güclü nəzərə çarpan faşizmə meylliliyi üzə çıxarır. Antisemit kimi yanaşa raq, o, öz fikirlərini müəyyən yarımrasional qeydlərin köməyi ilə yumşaltmağa çalışır.
Bizim 5051 nömrəli subyektə özünün anladığı kimi, nəzərəçarpacaq dərəcədə saxta demokratik ideologiyası və amerikan ideallarının həyata keçirilməsinə saxta cəhdlə aktiv kömək etmək kimi cəhətlər xasdır. O, özünü konservativ fikirləşən fərd kimi deyil, “başlıca liberal” kimi görür: öz müzakirələrində başqa qrupu cəlb edərək, bununla qaradərililərə qarşı öz antisemitizmini və düşmənçiliyini yumşaldır. Öz obyektivliyinin sübutu üçün o ermənilərin adını çəkir, bununla belə sadə antisemit stereotiplərindən asanlıqla istifadə etməyə imkan verən ifadələrdən istifadə edir. Hətta yəhudilərin üzərindən “hiyləgərlik” qınağını götürəndə belə, bu həqiqətdə öz şəxsi qrupunun şöhrətləndirilməsi üçün vasitədir: “onlar bizdən zirəkdirlər” fikri onda nifrət doğurur.
Ön mühakiməlilərin qatı nümunəsi, əgər belə demək olarsa, dənizçilik məktəbi tələbəsi M1225a-nı göstərmək olar. Onun sorğu vərəqində yalnız orta bəndlərin göstərilməsinə baxmayaraq, onunla aparılan müsahibədə “manipulyasiya olunan” antisemitin aydın ifadə olunan xüsusiyyətlərini üzə çıxarır. O, azlıqlar barədə aşağıdakıları deyir:
–İrqi azlıqlar probleminə olan münasibətiniz?
–Mən tamamilə əminəm ki, belə problem var. Güman ki, burada mən qərəzsiz olacam. Qaradərili problemində olduğu kimi. Onlar daha mərhəmətli ola bilərdilər. Onda bu belə bir problem yaranmazdı.
Onun qaradərililərə qarşı aqressivliyi bütün aqressivliklərinin yalnız yəhudilərə qarşı yönəldiyi ekstremist əhval-ruhiyyəli antisemitlərdə müşahidə olunan qəribə üsulla hopdurulmuşdur:
“Bəzən hesab edirlər ki, yəhudilər kütlə cəhətdən ağlara nisbətən daha zirək iş adamıdırlar. Ancaq mən buna inanmıram, bu fikir məndə nifrət yaradır. Yəhudilər yaxşı olardı ki, yaxşı adaptasiya üçün millətlərinin ən pis nümayəndələrini müştərək əmək fəaliyyətində tərbiyə etməyi öyrənərdilər. Həqiqətdə ermənilər yəhudilərə nisbətən qaranlıq bizneslə daha çox məşğul olurlar. Lakin ermənilər o qədər də tanınmış və şöhrətli deyillər. Qeyd edirəm ki, mən bəzi yəhudilərlə tanıyırdım ki, onları hər münasibətdə özümə bərabər sayıram və çox yüksək qiymətləndirirəm”.
Bu E. Ponun yoldan keçənlərin oranqutanın qışqırıqlarını onlara tamamilə tanış olmayan müxtəlif dillərin sözləri kimi səhv başa düşdükləri məşhur “Ryu Morqda ikili qətl” hekayəsini xatırladır. Hamı özünün bilmədiyi başqa bir dildə nə isə eşitdiyini hesab edir. İlkin düşmənçilik reaksiyası öz-özünə nə-isə “murdar” kimi qəbul olunan özgələrə yönəlib. Yalnız sonra qeyri-müəyyənliyin uşaqlıq qorxusundan qalan bu məqsəd üçün stereotip və uyğun olan müəyyən qrup barədə təsəvvürlərlə “dolur”. “Adam yeyən xoxanın” sevimli əvəzedicisi yəhudilərdir. Lakin öz-özünə instinktiv qorxunun xüsusi obyektə keçməsində həmişə nə isə təsadüfilik var.
O halda yeni faktorlar qismən də olsa, yəhudilərə qarşı olan aqressivliyi uzaqlaşdırar və onu sosial planda başqa qruplara ötürə bilər.
“Mən donanmada heç vaxt qaradərililərlə birlikdə xidmət etməzdim. Məni onların təkcə iyi belə təhqir edir. Əlbəttə, çinlilər də deyir ki, biz qoyun iyi veririk”.
Qeyd etmək lazımdır ki, başqa bir dindirilən özü qaradərili olduğu halda, yəhudilərdən gələn iydən şikayətləndi. Bizim müsahibə apardığımız şəxs şübhəli formada da olsa, qaradərililər barədən müzakirələrlə kifayətlənir.
–Yəhudi problemi ilə bağlı məsələlər nə yerdədir?
–Mən burada ciddi bir problemin olduğunu fikirləşmirəm. Onlar problemli olmaq olmaz, çünki çox hiyləgərdirlər. Onlar yaxşı iş adamıdırlar.
– Bəs onların böyük nüfuzu barədə fikriniz necədir?
– Fikirləşirəm ki, onlar böyük nüfuza malikdirlər.
– Hansı sahədə?
– Ola bilsin ki, film sənayesində.
– Onlar bu nüfuzdan sui-istifadə edirlərmi?
– Həddən artıq tez-tez eşidirsən ki, yəhudilərə kömək lazımdır. Amma heç vaxt digər irq yaxud millətlərin nümayəndələrinin köməyə ehtiyacı olmasını eşitməzsən.
– Onlar kino istehsalında öz nüfuzlarından sui-istifadə edirlərmi?
– Hətta buna yol verilirsə də, bu elə edilir ki, təxərrüş yaratmır.
Həmçinin burada da qaradərililərə qarşı nifrət qiymətləri dəyişəndə antisemit stereotip, ancaq təsviredici olaraq saxlanılır. Bu halda “problem” sözünün təhrif olunmuş halı diqqətəlayiqdir. “Yəhudi probleminin” mövcudluğunu inkar edərək, danışdırılan qəsdən yanlış fikirli fərdlərin tərəfini saxlayır, lakin “çətinliklərin olması” kimi ifadələri birləşdirərək və yəhudiləri “həddən artıq hiyləgər” sayaraq, özü də bilmədən neqativ münasibətini üzə çıxarır. “Biclik nəzəriyyəsinə” əsasən, onun yəhudilər haqda dedikləri danışdırılanın ambivalentliyini göstərən rasionalist səslənmə əldə edir: bütün irq nifrəti paxıllıqdır, lakin o, belə paxıllıq üçün əsası olmasına demək olar ki, əmindir. Məsələn, o alman sənayesinə nəzarət edən yəhudilər haqda mifi qəbul edir. Bu müsahibə bizim etnosentrizm66
Ethnocentrism. Öz milli mədəniyyətinin digər bütün milli mədəniyyətlərdən yaxşı olduğunu düşünmək tərzi (tərc.)
[Закрыть] barədə olan fikirlərimizin istiqamət müxtəlifliyini göstərir. Hətta antisemitizm və qaradərililərə aid düşmənçilik arasındakı mütənasibliyin (müsahibəmizdə və sorğularımıza cavablarda eyni sayda üzə çıxan fakt) yüksək dərəcəsində belə, xurafatların yeganə kompakt kütlə təşkil etdiyini demək olmaz. Milli azlıqlara aid düşmənçilik fikirlərini qəbul etməyə hazırlığın olmasını az və ya çox dərəcədə vahid əlamət kimi nəzərdən keçirmək olar. Buna baxmayaraq, sorğuda iştirak edənlərə fikirlərini tez-təcili izah etmək imkanı veriləndə, onda hər hansı milli azlıq xüsusi nifrət obyekti kimi başqalarından artıq çıxış edir.
Bu fenomeni, artıq dəfələrlə qeyd olunduğu kimi, təqib etmə maniyası77
Psixologiyada “persecution mania” olaraq bilinir, hər bir adamın başqalarının onu əzmək istədiyi qorxusu və pis vəziyyətə görə başqalarını günahlandırmasını nəzərdə tutur (tərc.)
[Закрыть] ilə müqayisə edərək, antisemitizmə aid çoxlu struktur xüsusiyyətlərini aşkar edərək, izah etmək olar. Əgər paranoik88
Paranoid. Heç bir əsas olmadan davamlı olaraq insanların sizə zərər vurmağa çalışdığını və ya sizi xoşalmadığını düşünən. Psixologiyada mental nasazlıq hesab olunur. (tərc.)
[Закрыть] şəxs ümumi nifrətlə silahlanıbsa, onda o, öz düş mənini əsassız olaraq tutmağa, onun fikrini oyadan müəyyən fərdlərin sakitliyini pozmağa meylli olur: bir sözlə o, neqativ mənada aşiq olur. Bunlar potensial faşist üçün də xarakterikdir. O, sosial saxta reallığın formalaşdırılması üçün lazım olan müəyyən və konkret antikateksisi99
Mental enerjinin eqo tərəfindən xoşlanılmayan və istənməyən impulsların şüura daxil olmasını əngəlləmək üçün istifadə etməsi (tərc.)
[Закрыть] nə qədər tez inkişaf etdirsə də, o, adətən ancaq müəyyən obyektə bağlılığı olmayan aqressivliyi təyin edə və güman olunan tədqiqatın digər obyektlərini rahat buraxa bilir. Şübhəsiz, bu prosesləri dindirilənə “özünü azad ifadə etməyə az imkanlar yaradan” sorğu vərəqi vasitəsilə deyil, müsahibə gedişində müşahidə etmək asan olardı.
Əlavə etmək lazımdır ki, bizim seçimimizdə iştirak edənlər yəhudilərlə yanaşı başqa etiraz obyektləri, məsələn, meksikalıları və yunanları tapırlar. Sonuncular, ermənilər kimi, adətən yəhudilər tərəfindən assosiasiya yaradan xüsusiyyətləri səxavətlə bölüşürlər.
Antisemitizmin funksional xüsusiyyətinin digər aspektini xatırlatmaq yerinə düşərdi: biz tez-tez digər azlıqların antisemit xüsusiyyəti daşıyan reaksiyalara malik dəqiq “konformist”1010
Çoxluq tərəfindən qəbul edilən tərzdə hərəkətləri edən, baş əyən (tərc.)
[Закрыть] meylli nümunələr ilə görüşürük. Müxtəlif “yad” qruplarda1111
Bu tədqiqatın daha əvvəlki hissələrində “daxili qrup” və “xarici qrup” anlayışları sosioloji deyil, sosiopsixoloji mənada istifadə edilir. Kitabda bu terminlər fərdin rəsmi olaraq üzv olduğu qrupu deyil, özünü üzvü kimi gördüyü (daxili) və özünə yad kimi gördüyü (xarici) qrupları izah edir. (tərc.)
[Закрыть] həmrəyliyin heç izi də yox idi: bundan əlavə, öz sosial statusunu daha parlaq nümayiş etdirmək üçün “yükünü” başqalarının üstünə atmaq, başqa qruplara qarşı şübhə yaratmaq bir qayda halını almışdı. Məsələn, əslən meksikalı olan və qorxu fobiyasından əziyyət çəkən psixonevrotik bir subyekt Meksika mənşəli amerikalı olaraq, özünü “ağ” sayır və hesab edir ki, “biz onlardan yaxşıyıq”. Xüsusilə qaradərililəri, ən çox isə yəhudiləri sevmir. O, qaradərili və yəhudilərin eyni olduğunu hesab edir və onlarla əlaqəli heç nə istəmir. Ziddiyyətlərlə dolu olduğundan, təəccüblü deyil ki, danışdırılan həqiqətən yəhu diyə aşiq olsaydı, ona evlənə bilərdi. Digər tərəfdən, o, qaradərililəri və yəhudiləri nəzarətdə saxlayar və əlində olsa “onların əsl yerini” göstərərdi.
Müxbirin fikrincə, 5068 nömrəsini verdiyimiz nümunə özünü italo-amerikalı hesab edən Amerikada ikinci nəslin kifayət qədər geniş yayılmış tiplərindəndir. Onun fikirləri faşist siyasi oriyentasiyasına malik olub, paranoik fantaziyaları ilə boyanmışdır. O, italyan mənşəlidir və I Dünya müharibəsi vaxtı təbəəliyə alınıb. Həddən artıq öz kökü ilə fəxr edir, Mussolinin fəaliyyətinin ilk illəri dövründə uzun müddət italo-amerikan təşkilatları ilə aktiv əməkdaşlıq edib. İndiyədək əmindir ki, İtaliya ilə müharibə böyük səhv idi. Digər azlıqlarla müqayisədə o, kifayət qədər şəxsi fikirlərinə üstünük verir. Onun duyumuna görə, meksikalılar italyanlarla oxşardırlar, əgər onlar daha yaxşı tərbiyə olunsaydılar, hər şey əla olardı. Lakin hal-hazırda onun fikrincə, onların hələ də yaxşı tərbiyə almağa ehtiyacları vardır. O, hesab edir ki, yaponlara Kaliforniyada normaldan daha qatı münasibətlə yanaşılırdı və davranışı şübhə doğurmayanlara tədricən vətənlərinə qayıtmağa icazə verilməlidir. Qaradərililərə qarşı münasibəti gərgin sayır. Onun sözlərinə görə, ilk növbədə qarışıq nikahlara aid lazımi qanunlar çıxarmaq, həmçinin yaşamaq mümkün olan yerdə “ayrıcı rəngli xətt” çəkmək lazımdır. Deyilənlərə baxmayaraq, qaradərililər Cənubda “ən xoşbəxt” sayılırlar. Yəhudilərlə bağlı xoşagəlməzliklər onların kommunist olmağı və bu səbəbdən də təhlükə yaratmaları ilə bağlıdır. Onun yəhudilərə qarşı şəxsi münasibəti həmişə yaxşı olmuşdur. İşgüzar sferada, onun dediklərinə görə, onlar “dələduzdurlar” və bir-birinə dayaq olurlar. O, hesab edir ki, bu problemin həll olunması üçün “yəhudilər özləri özlərini tərbiyə etməlidirlər”.
Yəhudilərin bir olmağı qeyri-yəhudilərin onların haqqında yanlış fikirdə olmalarından daha çox, onların yəhudi olmayanlar barəsində pis fikirdə olmalarını göstərir. Bu nümunə bir tanış barədə uzun hekayəni misal gətirir, hansı ki, yəhudi qadınla evlənərək, yəhudi ailəsində yaşayıb və onlarla eyni qabdan yeməyə haqqı olmayıb.
İspan-qaradərili mənşəli açıq homoseksual meylliliyini büruzə verən 5052 saylı antisemiti sonra xatırlayarıq. O, gecə klubunun sahibidir və müxbir onun barəsində təəssüratlarını ifadə edir, bu insanın nə demək istədiyini izhar edir: “Mən qaradərili deyiləm, mən gecə klubunun sahibiyəm”.
Sonda, bir türklə müsahibəni göstəririk, amma onun yüksək intellektuallığının gücünü mətnə daxil etməmişdik. Onun özünün yəhudi olmağı aydın olana qədər bu insan güclü antisemit hücumlar etdi. Azlıq qruplarında və yəhudilərin arasında antisemitizmin bütün kompleksi özü-özlüyündə ciddi problemdir və xüsusi tədqiqə ehtiyac duyur. Materiala ötəri nəzər saldıqda belə, sosial cəhətdən sıxışdırılanlar çox vaxt özlərini həmtayfaları ilə bağlamaqdansa, təzyiqi başqalarının üzərinə ötürməyə üstünlük vermələri aydın olur.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.