Электронная библиотека » Теодор Адорно » » онлайн чтение - страница 3

Текст книги "Avtoritar şəxsiyyətin necəliyi"


  • Текст добавлен: 29 ноября 2022, 15:00


Автор книги: Теодор Адорно


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 21 страниц)

Шрифт:
- 100% +

Digər tədqiqatların nəticələrinin göstərdiyi kimi, daha çox hüququ pozulmuş sayılan “yəhudiləri sezmə qabiliyyətli adam” anlayışından burada əlavə kimi istifadə etmişik. Amma, şübhəsiz ki, ekstremist fikirli antisemitlər bir qayda olaraq, əsassız yerə yəhudini ilk baxışdan müəyyən edə bildiklərini güman edirlər. Bu bizim yanlış fikirli fərdlərin düşüncələrində mühüm əlamət kimi müəyyən etdiyimiz “oriyentasiya mexanizminin” əyani ifadəsidir. Eyni zamanda çox vaxt yəhudilərin çətin təsvir olunan müxtəlifliyi onların identifikasiyasının meyarlarını həddən artıq sarsıdır. Lakin o, “duyan fərdlərin” qəti surətdə öz bacarıqlarını təsdiqləməyə mane olmur. Bu struktur tipin təsviri üçün bir misal da kifayətdir. Onu elə onun özünəməxsus qəribə fantaziya və dəqiq müşahidənin ahənginə uyğun gətirmək lazımdır.

5039 nömrəli, F şkalası üzrə yuxarı bal toplayan, müharibə veteranı Cənubi Kaliforniyanın 27 yaşlı tələbəsi belə deyir: “Bəli, mənə elə gəlir ki, onları müəyyən edə bilərəm… Əlbəttə, həmişə alınmır, bilirəm. Burunları böyük və başqa olur. Üzləri daha ensizdir. Yerişləri başqadır… Amma ən çox onlar çox danışır və özlərini başqa cür aparırlar. Demək olar ki, həmişə suala sualla cavab verirlər (məktəb vaxtlarında misallar gətirir); çox vaxt tənqid edirlər, azca təmtəraqla danışırlar, ümumiyyətlə, aqressivdirlər, hər halda mən bunu o dəqiqə sezirəm…”.

E.
YƏHUDİLƏRİN İKİ TİPİ

Yuxarıda təsvir edilən stereotiplər yad dünyada saxta oriyentasiya vasitəsi kimi və eyni zamanda bu dünyanın dərk edilməsi üsulu kimi onun neqativ aspektlərini tam və dəqiq təsnif etmək bacarığının köməyi ilə tərcümə olunublar. “Problemə çevrilmiş” münasibət paxıllıq və hirslə dolu fərdləri yəhudilərin eyni olmasını təsdiqini rasional düşünən və təhlil edənlərin mövqeyinə gətirir, problemi “dəliklərin” olmadığı düşünülmüş və mütləq biliklərin sferasına ötürür. Yəhudini həmişə düzgün ayırd etmək bacarığı axırı əvvəl hökmün həlledici ola biləcəyi cisimlərdə hakim olmaq iddiasına gətirib çıxarır. Bununla yanaşı daha böyük diqqətə layiq olan bir stereotip də vardır ki, o, “topoqrafik” funksiyanı böyük dəqiqliklə təyin etməyə imkan verir və çox vaxt sorğu materiallarında keçirilir. O, antisemit fikirlərində “saxta rasional” elementi “yəhudi problemi” haqda müzakirələrə nisbətən daha dəqiq aparır – biz yəhudilərin geniş yayılmış iki-pis və yaxşı qruplara bölünməsini nəzərdə tuturuq. O, ən çox “ağ yəhudilərlə” “tacirlərin” üz-üzə qoyulmağında özünü göstərir. Etiraz etmək olar ki, bu bölünmə obyektiv olaraq yəhudilərin cəmiyyətlə fərqli dərəcədə qaynaşması ilə əsaslandırılmışdır və buna görə də subyektiv münasibətin əlaməti kimi görülə bilməz.

Biz etirazin obyektiv olmadığını və əsasən onun istiqamətləndiyi azlıqlar qrupundan asılı olmayan məsələnin olmadığını göstərə bilərik.

Daha əvvəl təyin olunmuşdur ki, xurafatlarla fikirləşən fərd üçün özü və yad qruplar arasında dəyişməz düşüncə xarakterikdir. Hal-hazırda nəzərdən keçirdiyimiz şablon fikirlər dixotomiya1717
  İki əks şeylər arasında fərq (tərc.)


[Закрыть]
olub, yad qruplara yaxud əlacsız halda müəyyən qrupa aid edilir. Çox güman ki, bu tendensiya “hər şeyi iki yerə bölmək” xüsusiyyəti olan ağ-qara düşüncənin avtomatlaşdırılması ilə bağlıdır. Lakin bu həm də düşmənçilik münasibətlərində obyektivlik görünüşünü saxlamaq arzusu ilə, düşüncələr obrazına tam olaraq tabe olmaq istəməyən gizli fikirlərə malik insanın iftiraları ilə bağlıdır.

Bu “iki tip” fərdin fikirlərinə xas stereotipini düşmən tendensiyalar arasındakı kompromis kimi görmək olar. Bu həmin fərqi anlayan fərdlərin öz fikirlərində ekstremal həddə nadir halda çatmalarını təxmin etməyə əsas verir. Bizim “oriyentasiya nəzəriyyəmiz” tərəfindən baxanda “iki tip” haqda təsəvvürün ümumi stereotiplik və şəxsi təcrübə arasında uçurumu dəf etmək üçün son üsul olduğunu gözləmək olardı. Bu vəziyyətdə yad qrupda olan “yaxşı” nümayəndələr subyektin şəxsən tanıdıqlarıdır, “pislərə” isə, əksinə, onun sosial plan üzrə uzaq münasibətdə olduğu nümayəndələr aiddir. Yəni söhbət yadların qrupların assimilyasiya olunmuş və assimilyasiya olunmamış hissələri arasında fərqlərdən gedir. Və bu məlum səviyyəyə qədər təsdiqlənir, baxmayaraq ki, “iki tip” haqda təsəvvürün bir çox hallarda belə qeyri-müəyyən və abstrakt xarakter daşıması görünür və hətta tanışların və yadların bölünməsinə uyğun gəlmir. Bu təsəvvür stereotipliyin dəf edilməsi üçün vasitə ola bilməz, belə ki, o, özü-özlüyündə tam olaraq stereotipdir.

Bütün şkalalar üzrə yuxarı bal yığmış 5007 nömrəli dindirilən belə qeyd edir: tanıdığım yəhudilər ağdərili idilər və çox yaxşı adamlar olublar. Yəhudilər aqressivdirlər, əlbirdirlər, bütün ətraflarını zəbt edirlər və yalnız maliyyə məsələləri ilə maraqlanırlar. Hər halda bu dediklərim “ağ yəhudilərə” aid deyil. Mənim bu məsələdə iki cür təcrübəm olub. Bəzi yəhudilər tanıdığım yəhudilər kimi çox xoşagələn və savadlı adamlardır. Amma, onlarla münasibət təcrübəm az təsəlli verir. Ümumiyyətlə, mənə elə gəlir ki, azad peşələrdə yəhudilər öz yerlərindədirlər, amma həyatın işgüzar sferasında mənim onlara qarşı bir çox etirazım var.

Buradan yəhudilərin “yəhudilərin xoşagəlməz xüsusiyyətləri” siyahısı ilə nişanlanmış universal stereotipliyin bu vəziyyətdə daha insaflı olan dixotomiya ilə necə konfliktə girdiyi aydın olur.

Qərəzli fərdlər tanınmışla tanınmamışı müqayisə edir, ancaq bu iş ikinci fərqin azad peşə tutan yəhudilər (güman ki, daha yüksək təhsil və mənəvi dəyərləri olan) və maliyyə-biznes sferasında dələduzluqla məşğul olan ticarətçilər arasında fərqin köməyi ilə çətinləşir.

“İki tip” haqda təsəvvürün klassik forması ən çox adı çəkilən, həmçinin ermənilər barədə öz fikirlərini bildirən oğlan ekskursiya qrupunun rəhbəri 5051-in dediklərində də rast gəlinir:

“Məsələn, yəhudiləri götürün. Bürün irqlərdə yaxşılar və pislər var. Bunu biz bilirik və onu da bilirik ki, yəhudilər irq deyillər, onlar dini cəmiyyətdir; məsələ ondadır ki, yəhudilərin iki tipi mövcuddur. Bunlar ağ yəhudilər və “tacirlərdir”. Mənim sevimli nəzəriyyəm ağ yəhudilərin bizim kimi, “tacirlərə” nifrət etmələrindən ibarətdir. Mən hətta mağaza sahibi olan bir yaşlı yəhudi tanıyırdım ki, bir neçə taciri küçəyə qovaraq, onlarla heç bir iş görmək istəmədiyini bildirmişdi”.

Yəhudilər arasında antisemitizm barədə tədqiqatlar çox güman ki, onun bu “sevimli” ideyasını xoşlayardılar. Ən azı uzun müddət Almaniyada yaşamış yəhudilər Şərqdən olan qaçqınları və immiqrantları diskriminasiya ediblər. Təsəlli kimi onlar fikirləşirdilər ki, millətçi-sosialistlərin siyasəti ancaq Şərqdən olan yəhudilərə istiqamətlənib.

Görünür, belə hədd qoyma xoş rasionallaşdırmanın köməyi ilə özününkü olmayanları aradan götürmək üçün yəhudilərin pilləli təqibinə kömək edir (qruplar ardıcıl olaraq dalbadal).

Antisemit təqibin struktur elementi kimi, bu proses əvvəlcə yalnız ayrı-ayrı qruplara bölünür, sonra genişlənir və beləcə davam edir. Bu “yəhudilərin iki tipi” klişesinin1818
  Cliché. Tez-tez istifadə olunan, çox adam tərəfindən qəbul olunan, marağını və orijinallığını itirmiş söz və ifadələr (tərc.)


[Закрыть]
köməyi ilə öz hədələyici aspektini əldə edən mexanizmdir. “Ağ” yəhudilər və “tacirlər” özü-özlüyündə əsassız və ədalətsiz olub, nəticə etibarilə, həm də gələcəyin “ağlarının”, “tacirlərinin” əleyhinə yönəlib.

M1222t bütün şkalalar üzrə yuxarı ballı matros peşə məktəbinin kursantıdır və onun fikirlərindən görünür, bu fərq obyektlə bağlı deyil. O, yəhudiləri başqa ştatların sakinlərinin qaradərililərə qarşı olan münasibətləri kimi fərqləndirir. Burada görünür, ümumi irqi xurafatları arasında və azad şəxsi münasibət və təcrübə ilə bağlı uçurum yaranır.

–Yəhudi problemi haqda nə düşünürsünüz?

–Qətiyyən gərgin deyil. Mən onlarla ümumi dil tapıram. Cənub yəhudiləri Şimal yəhudilərindən fərqlənirlər. Onlar belə tamahkar deyillər.

–Qızınızın yəhudiyə ərə getməsinə razı olardınız?

–Bəli, problemsiz. Qalvestonda bir çox yəhudi ailəsi yaşayır. Texasda yəhudilərə qarşı xurafatlar yoxdur.

Deyilənlərdə yəhudilər barədə belə şəxsi xarakterli istisnalar aşağıdakı kimi ifadə olunur: məsələn, yüngülcə antisemit meylli radioverilişlər danışanlar yəhudilər barədə heç nə bilmədiyini (“ən yaxşı dostlarımın bəzisi yəhudidir”) deyir. Ola bilsin ki, “ən yaxşı dostlarımın bəzisi” haqqında klişe “insani marağın” xidmətlərini xoş bir formada – güman ki, gizli düşmənçiliyə ciddi surətdə maneçilik törətməyərək, öz mənliyinə itaətlə yanaşan şəxsi təcrübə birləşdirir. Hərdənbir tanışlarla münasibətlərdə güzəştlər mətndə səpələnmiş irqi xarakterli qeydlərlə izah edilir, belə ki, onlar yüngül paranoik çalar alırlar.

Bütün şkalalar üzrə yuxarı bal toplamış qız olan F109-u misal çəkmək olar. Onun atası şotland-irlandiyalı, anası isə ingilis-irland mənşəli idi. O özünü onlarla identifikasiya etmir. “Mənim yəhudilərə qarşı münasibətim elə əvvəldən yaxşı olmayıb, qaradərililərə qarşı bir qədər antipatiyam var”. Yəhudilər əlbirdirlər, tamahkardırlar, başqalarını aldadırlar. Yəhudilər böyük biznes qururlar. Güman ki, tezliklə onlar ölkəni idarə etməyə başlayacaqlar. Mən mənşəcə yəhudi olan həqiqətən gözəl insan olan bir neçə insan tanıyıram, amma onlar safqanlı yəhudi deyillər. Yəhudilər iri burunlu, gözəl bədən quruluşuna malik olurlar, bunlar balaca hiyləgər adamlardırlar. Qadınlarının tünd saçları, tünd rəngli gözləri olur. Kifayət qədər ucadan danışırlar”.

“Tərbiyə” ideyasını daha çox əhəmiyyətli hesab edən bu tələbə vicdanı təmiz olmayan insanlar sırasına aiddir. O, münasibətinin yanlış olduğunu bilir. Hesab edir ki, onun təlimə ehtiyacı var və yaxşı olardı ki, özü digər irqlərin nümayəndələri ilə işləsin. İnsan təcrübəsinə stimul verməsinə baxmayaraq, onun həyata keçməyən “mənim ən yaxşı dostum” barədə olan klişenin daxili zəifliyi növbəti sitatda aydın görünür, burada dost və “tacirlər” arasında xətt elə keçir ki, dost da tam olaraq tanınmır.

–Yəhudilər haqda fikirləriniz nədir?

–Yəhudilərdə qeyri-yəhudilər arasında fərq var. Mənim çox yaxşı yəhudi rəfiqəm var. Hətta onun yəhudi təşkilatlarında üzv olmasına baxmayaraq ki, bizim münasibətlərimizdə bu heç bir rol oynamır.

–Onu öz təşkilatınızda görmək sizə xoş olardımı?

–Nə bilim, … (pauza)… Mənim etiraz etməzdim.

–Bütün yəhudi qızları qəbul edərdiniz?

–Xeyr, bir yəhudi kifayətdir, çox olanda isə…

–Onda nə baş verəcək?

–Onlar hər yerə burunlarını soxurlar və hər şeyi nəzarət altında saxlamaq istəyirlər. Öz maraqları xatirinə hamısı əlbir olacaqdır. Tacirlər ölkəyə gəldikləri vaxtlarda olduğu kimi əliəyridirlər. Onları San-Fransiskodakı Filmor küçəsində görmək olar. Tacir yəhudilərlə münasibət saxlamıram. Görünür, bu onların ailəmizə olan münasibəti ilə bağlıdır. Atamın onlardan zəhləsi gedir, heç bilmirəm niyə.

–Nasistlər haqda fikirləriniz necədir?

–Onlara ehtiyac yox idi, yəhudilərin yaşamaq hüququ var, nə qədər ki, başqalarının hüquqlarını pozmurlar, onları aradan götürməyə ehtiyac yoxdur. Mən universitetdə bir çox yəhudi tanıyıram, onlar başqaları ilə demək olar, ünsiyyət saxlamırlar. Elə fikirləşməyin ki, mən sadəcə boşboğazlıq edirəm. Əgər onların tipik əlamətləri-tipik burunları, ağızları, səsləri olmasaydı, mən onlara simpatiya bəsləyərdim. Yəhudinin olmağı gərginlik yaradır. Bu qıcıqlandıran səs, uzun, iti burun. Mən burada antisemit qrupların adlarnı çəkə bilmərəm, amma fikirləşirəm ki, onlar mövcuddurlar.

Bu qızın iddiası xüsusi diqqətə layiqdir, yəhudilərin iştirakı “gərginlik” yaratdığına görə müxbir onu “həddən artıq sıxılmış” kimi xarakterizə edir. Bu hissin kifayət qədər yayılmasını güman etməyə əsas var və onu boğulmuş günah hissi və ya “özgəlik”lə əlaqələndirmək çətindır. Bu “özgəliyin” konkret formalarının sosial kontekstdə daha ətraflı tədqiq edilməsi vacibdir.

Yəhudilərin özlərinin yəhudi olmayanların yanında narahatlığı və qeyri-əminliyini, həmçinin onların məşhur olan və tarixən əsaslandırılmış “stimul verən” ünsiyyətə və andan həzz alma tendensiyası ilə məsum özünü unutmaya qarşıdurmasını səbəb gətirən hipotezaya inanmaq lazımdır. Burada antisemitizmin və ənənəvi stereotiplərdən uzaq faktorun uğurlu formalaşmasından söhbət gedə bildiyindən gələcək tədqiqatlarda bu kompleksi analiz etmək lazımdır. İddiamızın təsvirində yəhudilərin “iki tipi” təsəvvürünün obyektlə deyil, daha çox fərdin psixi strukturu ilə əlaqədar olmağı təsvirini vermək üçün iki misalla kifayətlənək:

Bütün şkalalar üzrə yuxarı bal yığmış 5013-ün meksikalılara, yaponlara, qaradərililərə qarşı hissləri, yəhudilərə qarşı olan münasibəti kimidir. Bütün hallarda o, özünəməxsus dualistik nəzəriyyə təqdim edir: Kaliforniyaya qayıtmalarına imkan verilməsi mümkün olan yaxşı və qayıtmağına qadağa qoyulası pis meksikalılar var. Qaradərililər kimi, meksikalıları da iki qrupa bölmək lazımdır.

Onun ətraf dairəsini həmçinin yaxşı və pis insanlara bölmək gərək olduğunu qeyd etdikdə, bu nöqteyi-nəzərdən o, razılaşdı, ancaq yaxşılar və pislər arasında seçim xəttinin kəskin olacağına etiraz etdi. Qaradərililərin problemini daha ciddi hesab edir, amma tibb bacısı kimi təhsil aldığı xəstəxanada qaradərili tibb bacıları və həkimlərlə ünsiyyət saxlamasını da deyir. Sonra qulluq etdiyi bir qaradərili qadın haqqında uzun əhvalat danışdı və ona dedi ki, qaradərililər onlara olan münasibətdə özləri günahkardırlar, çünki ağdərililərlə bərabər hüquqa malik olmağı arzulayırdılar. Bu qız güman edir ki, o qadın ağıllı idi və onunla razılaşır.

Cənub ştatlarının sakinləri çox vaxt qaradərililərə qarşı münasibətlərində “iki tip” formulundan istifadə edirlər: Cənub mənşəli qaradərililər bəyənilir, Şimaldan gələnlər isə layiq olmadıqları bərabərhüquqluluğu tələb etdiklərindən qınaq mənbəyidirlər. Cənub qaradərililəri ağdərililərin gözündə daha itaətkar, istismar üçün daha əlverişli olduqlarından onlara aid edilən patriarxal və feodal məna kəsb edən rasional əsaslı bu münasibəti yarımrealist adlandırmaq olar. Lakin “qaradərililərin iki tipi” konstruksiyası bəzən tamamilə başqa məna daşıyır. Məsələn, F34 ilə olduğu kimi (F və PEC şkalaları üzrə yuxarı, E şkalası üzrə orta bal toplamış qadın): qaradərililər o dəqiqə sırtıqlaşırlar. Birjaya gəlirlər və bu yaxud digər işin onlar üçün uyğun olmadığını bildirirlər. Birjada başqaları da var– xoş və nəcib. Axı bizdə də xoşagələn və pis insanlar var. Oklenddə daimi yaşayan qaradərililər normal insanlardır. Amma onlar Cənubdan gələnlərlə nə edəcəklərini bilmirlər. Onlar özləri ilə bıçaq gəzdirirlər. Əgər nə isə xoşlarına gəlməsə, onlar həmin an bıçağı adamın qarnına soxurlar.

Görünür, burada “iki tip” ideyası təqib etmə maniyasına keçir.

F.
ANTİSEMİTİN DİLEMMASI

Əgər antisemitizm subyektin psixikasında “iqtisadi” funksiyanı yerinə yetirən simptomdursa, bu simptomun təbii mənşəli olmayıb, konflikt əsasında formalaşmasını güman etmək olar.

Onun irrasionallığı fərdi ən azı bəzi sferalarda reallıq prinsiplərindən imtina etməyə məcbur edən psixi qüvvələrin sayəsində yaranmışdır. Fikirləri konfliktin nəticəsi kimi nəzərdən keçirmək olar, lakin burada bizi determinant konfliktin sübutlarından daha çox, antisemitizmin əmələ gəlməsinə səbəb olan konfliktin izləri maraqlandırır. Bu bəndə aid bəzi misalları artıq yuxarıda vermişik. “Problemin” təsvir edilməsi və özgələr qrupuna əlavə edilmiş dixotomiya bir tərəfdən şəxsi maraqlar və düşmən stereotiplər arasında özünəməxsus kompromisi, digər tərəfdən vicdanın tələblərini və konkret təcrübənin nüfuzunu ifadə edir. Yəhudilərin problemini “müzakirə edən” sorğulananlar rasional düşüncələrinin məzmunu dəyərsiz, nəzarətə ehtiyacı olan saxta tədbirliliyi isə instinktiv başlanğıcla təhrif edilməsinə baxmayaraq, adətən rəsmi də olsa məşhur tənasübü saxlamağa can atırlar.

Bir qayda olaraq yuxarı bal yığmış subyektlər özləri konflikti belə fraza ilə ifadə edirlər: diqqətəlayiq irəliləyişinin nəticəsi olaraq onlar sözlərinə “Belə etməyim düzgün deyil, amma…”. başlayır.

Qeyd etdiyimiz kimi, antisemit neqativ stereotipin və bu stereotipə zidd olan şəxsi təcrübənin arasında bölünür.1919
  Yazıçı R. H. Qundlakın bu mövzudakı məqaləsini tədqiqatı başa çatdırdıqdan sonra görüb. “Confusion Among Undergraduates in Political and Economic ideas”. Journal of Abnormal and Social Pyschology. 32:357-367,1937


[Закрыть]
O, öz davranışını təhlil etməyə başlayan kimi, stereotip və təcrübə arasında münasibət dəyişir və o, səbirliliyə ümumi qanun, stereotip kimi baxır. Əslində daha güclü olmağı aşkara çıxan şəxsi düşmənçilik stereotipi təcrübənin qaçılmaz nəticəsi və ya qeyri-adilik kimi təqdim edərək, fərdiləşdirir. Bunun qismən izahatını biz xurafatları nə isə səhv hesab edən rəsmi demokratik ideologiyada tapırıq. O, fərddə cəmiyyətin psixi agenti olan qismən Məndən xaricdə adətən “donmuş qanun” kimi onun arzularının və instinktlərin təmin olunmasının arasında qoyulan subyektə asan təqdim edilən hansısa universallığı əldə edir. Ancaq bu çətin ki, tam izahat versin. Stereotipin və təcrübənin arasında olan ziddiyyət qabaqcadan əmələ gəlmiş rəyə xidmət etmək üçün yaradılır. Qabaqcadan əmələ gəlmiş rəyə malik olan fərd stereotipin məzmununun təxəyyül olmağı kimi anlaşılmaz hissi yaşayır və şəxsi təcrübəsi isə həqiqətə çevrilir, ancaq dərin psixoloji səbəblərlə hərəkət edərək, o, yenə də stereotipdən yapışır. O, klişeni şəxsi xüsusiyyətin ifadəsinə çevirərək, antistereotip elementləri isə, əksinə, abstrakt öhdəliklərə çevirərək, buna nail olur. Həm də gizli əqidələr ona ictimai reallıqda toleransın xəyali klişesinin heç də təsəvvür etdiyi qədər güclü olmadıqlarını dərk etməyə kömək edir. Əslində o, guya tam olaraq, şəxsi motivlərə görə, demokratiya və ya bərabərlik kimi əsas anlayışlara qarşı etiraz edərək, həqiqətdə güclü ictimai axında hərəkət etdiyini yaxşı anlayır. Amma eyni zamanda o, yad fikrin təsirinə məruz qalmayan, səmimi və müstəqil hərəkət edən insan kimi ad qazanmaq istəyir… Bundan başqa o şəxsi hisslərin həmişə bütün konvensiyalardan daha güclü olmasına istinad edir. O, sadəcə onları izləməlidir və onun mənfi rəyləri eyni zamanda uğrunda mübarizə aparılması faydasız olan labüdlükdür. Görünür, antisemitin münaqişəli vəziyyəti qabaqcadan yaranmış fikirlərin xeyrinə tez-tez səmərələşdirilir.

Obyektiv olaraq, o, tipik ziddiyyətdə nümayiş etdirilir: xüsusi məsələlərə cavab vermək lazım gələndə bir tərəfdən qərəzsizliyin ümumi tələbinin arasında olan, digər tərəfdən isə mülahizələrdəki fikirlər arasındakı ziddiyyət.

5056 bütün şkalalarda yuxarı ballarla 29 yaşlı evdar qadındır və iddia edir ki, nə o, nə onun əri hər hansı qruplara qarşı xüsusi antipatiyalar bəsləmir. (Bu izah E şkalasının ballarının yuxarı sayı və növbəti fikirlə müqayisə olunarsa, maraqlı görünər): “Qaradərililər özlərinə bərabər olanlarla qalmalıdırlar. Mən qardaş-bacımın qızının qaradəriliyə ərə getməsini istəməzdim, mən qaradərililərlə qonşu olmaq istəmirəm”. Müsahibə alınan üçün qaradərili məsələsi “ehtimal ki, azlıqların ən ciddi problemi” sayılır. O, “Cənub metodlarına” üstünlük verir, onun fikrincə, qaradərililərin əksəriyyəti orada xoşbəxt yaşayırlar. Doğrusu, yaxşı olardı ki, onların öz dövləti olsun. Bu o demək deyil ki, biz onlara daha diqqət yetriməməliyik, ayrı dövlətin olmağı pis olmazdı, belə ki, bizim onları idarə etməyimizə baxmayaraq, onlar orada şəxsi administrasiyaya malik olacaqlar. Hazırki konflikti son təklifdəki təzaddan daha həqiqi formada ifadə etmək çətindir.

Yəhudilər barəsində dindirilən qərəzsiz nöqteyi-nəzəri söyləməyə çalışır. Müsahibədə qaradərililərin və yəhudilərin problemi birgə araşdırıldıqda onun qızğın surətdə buna qarşı çıxmasını müşahidə etmək maraqlıdır. “Mən məmnuniyyətlə yəhudilərlə ünsiyyət saxlayardım, – əslində, onların arasında mənim dostlarım var. Onlardan bəziləri – abırsızdır, amma axı yəhudi olmayanların arasında da belələri var”.

Amma nə vaxt ki, söhbət “şəxsi münasibətindən” gedir, o stereotipə tabe olur və faktiki olaraq antisemitizmin təsdiqinə gətirən münaqişəni onun passiv qəbul etməsi ilə həll edir.

Yəhudilərin xarici siması haqqında suala cavab verərək, o əvvəlcə “yəhudi burnunu” xatırlayır. Bundan başqa, o hesab edir ki, yəhudilər xasiyyətlərində yalnız onlara məxsus və həmişə dəyişməz qalan bir sıra xüsusiyyətlərinə malikdirlər, “Onlar daima mübahisə etmək istəyirlər, onlardan bəziləri xəsisdir (hərçənd başqalar da var: bəziləri alicənabdırlar); danışıqlarda onlar həddindən artıq əl-qolla hərəkət edirlər və onların nitqləri dramatikdir”. O, yəhudilərə antipatiyanın gücləndiyini güman edir, ancaq bu tendensiyaya qarşı etiraz edir. “Mənə elə gəlir ki, məhz yəhudiləri qınadığımıza gözə biz bir qədər eqoistik hərəkət edirik”. O, yəhudilərin cəzaları haqqında eşitmək istəmir, ancaq o mübahisələrdə onların tərəfini tutmazdı. Görünür, bu ümumiyyətlə həm onun antipatiyasının əsaslandırmaya olan funksiyası, həm də antisemitizm məsələsinə qarşı laqeydlikdir.

Stereotipin və təcrübənin arasında münaqişənin subyektiv əks etdirilməsi M1230a fikirlərində izah edilir (o bütün şkalalarda orta bal toplamışdır).

–İrqi azlıqların problemi barədə düşünürsünüzmü?

–Bəli, gəlmə əcnəbilər üçün bu sadə iş deyil. Amerika sadəcə bütün hər şeyin əriyib bir-birinə qarışdığı yerdir. Məncə çoxlarının ölkəyə girməsinə imkan veriblər. Sonra qaradərililərin də problemi… Mən liberal olmağa çalışıram, amma axı mən cənub ştatlarında böyümüşəm. Nə vaxtsa hər cəhətdən qaradərililərə bərabər hüquqlar verməyə razılaşacağımı düşünmürəm… Amma bu əcnəbilər, onlara qarşı təbii antipatiya bəsləyirlər. Ancaq bizim hamınız nə vaxtsa əcnəbi olmuşuq…

Antisemit dilemmasının xülasəsi 5005-də, F və Y şkalalarında yuxarı bal və RES şkalasında aşağı bal yığmış tələbə qızın aşağıdakı sözlərində verilib.

– Məncə yəhudilərə qarşı münasibətdə heç bir problem olmamalıdır. Heç kəsi etibardan salmaq olmaz, insanları onların şəxsi xidmətlərinə görə qiymətləndirmək lazımdır. İnsanların hansısa bir problem haqqında danışıqlarından xoşum gəlmir. Şübhəsiz, mən mənfi rəylərə qarşıyam… Yəhudilər aqressivdirlər, onların pis ədalı olurlar, həmişə əlbirdirlər, onlar intellektualdır, təmizkardır, ətrafı özləri ilə doldurublar, çox hay-küylüdürlər və həddən artıq seksualdırlar… Ancaq fikrimin kifayət qədər böyük şəxsi təcrübəyə əsaslanmadığını etiraf edirəm, ancaq mən hər gün bu haqda eşidirəm. Bizim məktəbimizdə yəhudi şagirdlər azdır, mən bir yəhudi qızla dostluq etməyim haqda isə artıq danışmışam.

Burada düşüncə və təcrübə arasındakı ziddiyyət yalnız yanlış fikirlərin güclü psixi impulslarına görə maraq doğurur.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации