Электронная библиотека » Тове Дитлевсен » » онлайн чтение - страница 4

Текст книги "Kopenhagen trilogiyası"


  • Текст добавлен: 29 ноября 2022, 15:41


Автор книги: Тове Дитлевсен


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 24 страниц) [доступный отрывок для чтения: 8 страниц]

Шрифт:
- 100% +
XI BÖLÜM

Qerda uşaq doğmağa hazırlaşır və Tin Snout yox olub. Rut deyir ki, onun arvadı, uşaqları var, sonra deyir ki, gərək heç vaxt evli kişilərlə mənim alış-verişim olmasın. Mən heç evli olmayan kişilərlə alış-verişimin olduğunu təsəvvür edə bilmirəm. Amma bu düşüncəmi özümə saxlayıram. Anam deyir ki, nə zamansa evə körpə ilə dönsəm, məni evdən atacaqlar. Qerdanısa evdən atmayıblar. O, sadəcə olaraq fabrikdə işləməyini saxlayıb – orada həftədə 25 kron qazanırdı – indi evdə olur, bütün gün mahnı oxuyur, zümzümə edir. Görürsən ki, yaxşı əhval-ruhiyyəsindən zərrə qədər də itirməyib. Onun qızılı kəkili artıq çoxdan kəsilib və mən onu artıq ürəyimdə Rapunzel çağırmıram. Hərçənd nağıldakı qızı kor edilmiş şəhzadə səhranın ortasında tapdığı anda onun artıq əkiz tayı vardı. O qədər gözəl, o qədər uzaq səslənir ki, əhvalatı rahatlıqla nəzərdən qaçırda bilərsən və uşaq olanda mənə maraqlı gəlirdi ki, bu necə baş verə bilər? Keçən il kəndçi Olqanın izsiz-tozsuz yoxa çıxan qızının bir əsgərdən uşağı olmuşdu. Amma sonradan o, uşağın kimdən olduğu ilə maraqlanmayan, heç nəyi vecinə almayan bir polis nəfəri ilə ailə qurdu. Nə vaxt ki, böyük qarınlı qadın görürəm, çalışıram yalnız onların sifətlərinə baxım və orada Yohannes V. Yensenin şeirindəki kimi keçici xoşbəxtliyin işartılarını görüm: Mən öz qabarmış sinəmdə şirin və narahat yazı daşıyıram. Onların gözündə işıldayan ifadə yoxdur, düşünürəm ki, mən bir gün uşaq gözləyəndə gözlərimdə məhz bu ifadə olacaq. Bundan əminəm. Nəsr əsərlərində gərək şeir tapam, çünki evə kitabxanadan kitab yüklənib gətirəndə atam bunu bəyənmir. “Havadakı qəsrlər” o, nifrətlə deyir. Onların gerçəkliklə heç bir alış-verişi yoxdur. Gerçəklik heç vaxt mənim vecimə olmayıb və mən heç vaxt gerçəklikdən yazmamışam. Herman Banqın “Yolüstü” kitabını oxuduğumda atam kitabı iki barmağı arasına götürür və nifrət dolu baxışlarla deyir: – “Onun yazdığı heç nəyi oxumağa icazən yoxdur! O, normal biri olmayıb.”

Bilirəm, normal olmamaq dəhşətlidir, mənim özümün yalandan normal görünməyə cəhdlərimlə bağlı problemlərim var. Belədə Herman Banqın da normal olmaması məni sakitləşdirir və mən onun kitabını kitabxanada oxuyub bitirirəm. Sona yetişdiyimdə ağlayıram. Mariana qəbir torfunun altında yatır. Gəlin qızlar, gəlin yazıq Mariana üçün hönkürüb ağlayın. Mən də elə şeiriyyat yazmaq istəyirəm, istəyirəm yazdığımı hər kəs və hamı başa düşsün. Atam heç Aqnes Henninqsendən də nəsə oxumağımı istəmir, çünki o, ictimai qadındır. Atam belə deyir, amma zəhmət çəkib davamını izah etmir. Əgər mənim şerlər yazdığım kitabımı görsəydi, ehtimal ki, həmin kitabı yandırardı. Edvin kitabı tapıb ona güləndən sonra mən kitabı hər zaman üstümdə saxlayıram-gündüzlə məktəb çantamda, qalan vaxtlar isə tumanımın içinə salıram. Orada elastik rezin qoymur onu düşsün. Gecələr yorğanımın altında qoyuram. Yeri gəlmişkən, sonradan Edvin dedi ki, şerlərimi bəyənibmiş, kaş onları mən yox, başqa kimsə yazardı. –Hər şeyin yalan olduğunu bildiyində, o dedi, sən gülməkdən ölmə dərəcəsinə kimi gülürsən. Onun tərifindən məmnun qalıram, çünki şerlərimin yalan-palan olması ilə bağlı dedikləri məni narahat etmir. Çünki bilirəm, bəzən həqiqəti ortaya çıxartmaq üçün yalan danışmağa məcbursan.

Ketti və anası bayıra atıldıqdan sonra yeni qonşularımız var. Yaşlı bir cütlük köçüb-qızlarının adı Cittidir. O, şokalad dükanında işləyir və axşamlar atam qəbirstanlıqda növbədə olduğunda o, tez-tez gəlib bizə baş çəkir. Anamla onunku yaxşı “tutur”. Çünki anam ən yaxşı ondan bir neçə yaş qadınlarla yola gedir. Citti Edvinlə mənə sevə-sevə şokalad gətirir və biz onu xoşbəxtliklə yeyirik. Hərçənd atam deyir, çox güman bu şokalad oğurlanıb. Cittinin səxavəti nəticəsində başıma dəhşətli bir iş gəlir. Bir gün məktəbdən evə döndüyümdə anam deyir: Hə, qəşəng lanç idi hə bu gün özünlə apardığın lanç? Mən qızarıram və deyirəm ki, nədən danışdığından xəbərim yoxdur. Hər zaman lançıma toxunmadan onu atıram çünki o, qəzetə bükülü olur. Başqaları gümüşü kağıza bükür evdən gətirdikləri yeməyi, anam ömr boyu belə şey etməz. –Hə, yadıma, düşdü. Hə, mən deyirəm. Əntiqə idi. Mənə maraqlıdır, görəsən doğrudan da o, bunu oğurlayırmı? Anam söhbətcil əda ilə dedi. Yəqin ki, dükanın sahibi ona göz qoyur. Hə, yüngüllük duyuram. Yəqin ki, anam onun verdiyi şokaladdan bir parça bu gün məktəb üçün qoymuşdu. Və mən özümü çox xoşbəxt hiss edirəm, çünki bu sevgi əlamətidir. Çox qəribədir, anam heç zaman ona danışdığım yalanları aşkar etməyib. Əksinə, heç zaman doğru danışdığım şeylərə inanmır. Mənə elə gəlir, uşaqlığımın çox hissəsi onun şəxsiyyətini müəyyənləşdirməklə keçib. Çünki bəzən hədsiz sirli, hədsiz narahatedici olub. Praktiki cəhətdən ən pis şey onun bəzən günlərlə deyinməsidir, davamlı olaraq səninlə danışmaqdan, sənə qulaq asmaqdan imtina edir. Və sən onun harada, necə xətrinə dəydiyini heç zaman müəyyənləşdirə bilmirsən. Eyniylə atam kimidir. Bir dəfə qızlarla oynadığı üçün Edvini lağa qoyanda atam dedi: Hə, elədir. qızlar da bir növ insandır da! Hmm, anam dodaqlarını bir-birinə sıxıb dedi. Və sonra ən azı bir həftə keçməmiş dodaqlarını bir daha bir-birindən ayırmadı.

Əslində mən onun tərəfində idim. Çünki əlbəttə, oğlanlarla qızlar biryerdə oynamamalıdır. Heç məktəbdə də, təbii ki, əgər bacı-qardaş deyillərsə. Amma oğlan da cəsarət edib kiçik bacısı ilə görünə bilməz. Və nə zaman ki, Edvinlə mən küçə ilə üzüaşağı getməyə məcbur qalırıq, onda mən ondan 3 addım geridə getməliyəm və heç bir halda onu tanıdığımı bildirməməliyəm. Mən kiməm ki? Anam da belə düşünür. Çünki biz qeydetmələr üçün xalq evinə getdiyimizdə anam məni bir qədər tərbiyəli göstərmək üçün dəridən-qabıqdan çıxır. Mənim sarı, buruq saçlarımı saç ütüsü ilə düzəldir və mənə deyir ki, tez baş barmağımı içəri yığım ki, ayağım Cittidən borc aldığımız ayaqqabıya yerləşsin.– Lənətə gəlsin! O, çox gözəldir! Atam təsəlli vermək üçün dedi. Onun özünün məhz bu hal üçün alınmış köynəyinin ağ yaxalığı ilə problemi vardı. Edvin indi o qədər böyüyüb ki, ailəsi ilə harasa çıxmaq zorunda qalanda dəliyə dönür. İndi həm də mənə tez-tez dediyi “ sən necə eybəcərsən, ərə gedə bilməyəcəksən” kimi atmacalarını da tərgidib, az edir. Bu çox xüsusi bir axşamdır, çünki işçilər üçün çıxış etdikdən sonra Stauning Vesterbronun bütün işçilərinin hər biri üçün hədiyyə təqdim edəcək və onların arasında mənim atam da var. Hər bazar bizim evin yaxınlığındakı pilləkənləri tapdalaya-tapdalaya qalxıb düşür siyasi klubu üçün yeni üzvlər əldə etməyə çalışır. Anam isə hər dəfə 50 öre olan üzvlük haqqı ödəmək lazım olanda klub üzvlüyündən çıxır və bununla da atamı dəli edir. Sonra atam köhnə söyüşləri dodaqaltı söyür, şlyapasını götürür və yenidən imza toplamaq üçün kişilərin arcasınca yüyürür. Onun içində Stauninqə qarşı ağlasığmaz nifrət məskən salıb. Və tez-tez atamın bir zamanlar komunist olmasını fikrini xatırlayır. Heç nəyi ucadan demir, buna cəsarəti çatmır, amma mən bəzən onun mənim erkən uşaqlıq yaşlarımda oxuduğu qadağan olmuş kitabı xatırlayıram. Xoşbəxt fəhlə ailəsi əlində qırmızı bayraq dayanıb harasa baxır. Ola bilər bu şəkil onun bütün düşüncələrini təcəssüm etdirirdi.

Stauninq səhnəyə qalxdığında ürəyim sürətlə döyünməyə başlayır və əminəm ki, eyni hal atamla da baş verir. Stauninq adətən necə danışırsa, indi də elə danışırdı və ən yaxşı halda mən onun danışdıqlarının yarısını başa düşürdüm. Amma mən onun ürəyimə sərinlik səpən sakit, qaranlıq səsindən həzz alırdım. Onun səsi məni əmin edirdi ki, stauninq var olduğu sürədə heç bir pis şey baş verə bilməz bizimlə. O, səkkiz saatlıq iş saatlarının təqdim edilməsi ilə bağlı danışırdı. Hərçənd bu uzun müddət öncə baş verib. O, heç bir iş yerində dözməli olmadığımız həmkarlar ittifaqları, cinayətkar dairələr haqqında. Mən tez özümə, Allaha və Stauninqə söz verirəm ki, onun haqqında danışdığı cinayətkar ünsürlərdən olmayacam. O, yalnız partiyanı dağıdan, parçalayan komunistlər haqqında danışdığında səsi şimşək kimi çaxır, amma tez də sakitləşir və sakit, incə tonla işsizliyin– bu məsələdə onu təkcə anam günahlandırmır– izahına başlayır. Amma o deyir ki, bu bəlaya səbəb sadəcə ümumdünya fəlakətidir və mənə görə bu izah xoş və inandırıcıdır. Hər kəsin yıxıldığı, kölgələrini çəkdiyi, işıqları söndürdüyü dərin matəm içində olan bir dünya təsəvvür edirəm. Eyni zamanda bir ulduz da olmayan boz, təsəlliedilməz səmadan yağış sırhaşırla yağır. İndi isə, Stauninq nəhayət ki deyir, mən istərdim bizim möhtəşəm işimizə dəstək verən zəhmetkeş, yorulmaz sənaye işçilərimizə mükafatlar təqdim edim. Mükafatçılar sırasında atamın da olmasına görə qızarıram və onun oturduğu yerə çəpəki bir nəzər salıram. Əsəbi şəkildə bığlarını çeynəyib sanki onun sevincini bölüşdüyümü bilirmiş kimi mənə sarı baxır. İş yeri məsələsi ilə bağlı dava hələ də onunla Edvin arasında soyuqluq yaratmaqdadır. Edvinin elə görkəmi var sanki yuxusu gəlir, bu dəqiqə yatacaq. Sonra Stauninq hər bir adı ucadan və aydın şəkildə çəkir, hər bir kişinin əlini möhkəm sıxıb onlara kitab təqdim edir. Növbə atama çatanda hər şey göz önümdə üzməyə başlayır. Ona verilən kitabın adı “ Şeriyyat və vasitələr” adlanır və Stauninq ilk səhifədə onun adını bir də bir neçə kəlmə yazıb. Evə döndüyümüzdə laiq görüldüyü şərəfə görə hələ də sevinc içində olan atam deyir: Sən böyüyəndə icazə verəcəm oxuyarsan, bilirəm şer xoşla-yansan. Anam və Edvin bizimlə deyil. Onlar daha sonra rəqs partisinə gedəcəklər, bu isə atamı elə də maraqlandırmır və mən sadəcə hələ uşağam. Sonra anam o kitabı rəfin ən hündür gözündə elə bir yerə qoydu ki, şüşə qapı bağlı olduğunda onu görmək mümkün deyildi. “Hər mübarək bazar günü ayağını yorduğun üçün sənə verilən gözəl bir hədiyyə” Anam üz-gözünü turşudaraq dedi. Sonra o, yenə də iş yerindəki pis şəraitdən və az məvacib almaqdan danışmağa başladı. Aman Allahım! Anama heç xoşbəxtliyini də hüzur içində yaşamağa imkan vermirlər.

XII BÖLÜM

Zaman keçdikcə mənim uşaqlığım da bibərə oxşamağa başlayırdı, uzunsovlaşır, yastılaşırdı. Bağlı və yivsiz idi, ehtimal yox idi ki, mən böyüyənə kimi o orada qalacaq. Başqa insanlar da onu görə bilirdi. Aqnete xala hər dəfə bizi ziyarət etdiyində deyərdi: – “Aman Allahım! Sən necə də böyüyürsən!” – “Hə”, – anam cavab verər və yazıqlıq dolu baxışlarla mənə baxardı. – “Bircə bir az kökəlsəydi.” Haqlı idi, kağız oyuncaq kimi yastı idim və bütün paltarlar çiyinlərimdən asılqandan asılan kimi asılırdılar. Mənim uşaqlıq dövrüm 14 yaşım olana kimi davam etməli idi əslində, amma birdən onu daha tez yekunlaşdırsam, onda nə olar? Heç zaman bu önəmli suallardan hansınasa cavab almaq mümkün olmur. Rutun tam, çatlarsız, aramla gedən uşaqlıq dövrünə paxıllıqla baxırdım. Onun uşaqlıq dövrü sanki onu ötüb keçəcək, sanki ondan sonra kiməsə miras qala bilər və ondan sonra da onun uşaqlığından kimsə istifadə edə bilər. Rutun özünün bundan xəbəri yox idi. Oğlanlar küçədə onun üstümə qışqıranda ki, “bacı orada hava necədir?” yazıqların üstünə elə qışqırıb-bozarıb söyürdü ki, qorxu içində əkilirdilər. Mən zərif idim, utancaq idim və o, hər zaman məni müdafiə edirdi. Amma artıq tək Rut mənə kifayət etmirdi. Xanım Mollerup da həmçinin, çünki onun qayğısına qalmalı olduğu çoxlu uşağı vardı və mən onlardan yalnız biri idim. Mən bir nəfərin, yalnız bir nəfərin xəyallarını qururdum ki, şeirlərimi ona göstərə bilərdim, o da oxuyub onları tərifləyərdi. Ölüm haqqında çox düşünməyə başlamışam və onun haqqında dost olaraq düşünürəm. Öz-özümə ölmək istədiyimi deyirəm və anam şəhərə gedən kimi çörək bıçağını götürüb aortamı tapmaq ümidi ilə qoluma çəkdim. Bütün bu zaman ərzində yalnız bir səhnəni düşünürdüm: ümidsiz anam gəlir, bağıra-bağıra çökür mənim meyidim üzərinə və hönkürtü ilə ağlayır. Nəticədə qolumda bir neçə kəsik əmələ gəldi, hələ həmin kəsiklərin bəzi zəif izləri qalıb. Bu qeyri-müəyyən əsən dünyamda yeganə təsəllim aşağıdakı yazdığım şeirlərim idi:

 
Bir zamanlar cavan idim, par-par yanardım,
Gülüş, əyləncə həyatım idi.
Mən bərq vuran qızılgül kimi idim.
İndi isə mən yaşlıyam və unudulmuşam.
 

Onda 12 yaşım vardı. Bundan başqa yazdığım şerlərin hamısı Edvinin dediyi kimi “yalanla dolu idi”. Onların əksəri sevgi haqqında idi və əgər onlara inansaydın, mən maraqlı fəthlərlə dolu olan axmaq bir həyat sürürdüm. Əmin idim ki, valideynlərim nə zamansa belə bir şer parçasını görsəydi, məni birbaşa uşaqlar üçün islah əmək koloniyasına göndərərdi.

 
Mənim dostum, hiss etdiyim sevinc idi,
Bizim dodaqlarımız qovuşanda,
Mən bilirdim biz məhz bu an üçün doğulmuşuq.
Amma yenə də…
Mənim dumanlı, gənc xəyallarım yox oldu.
Həyata qapım hələ də açıq qalıb.
Həyat gözəldir, mənim dostum,
Sən məni ehtirasla xristiana çevirdin.
 

Mən sevgi şeirlərimi aydakı kişiyə, Ruta, ya da ümumiyyətlə heç kimə yazırdım. Mənə elə gəlirdi ki, mənim şeirlərim uşaqlıq dövrümün çılpaq qalan hissələrini sürtülmüş dəriyə vurulan yamaq kimi yamayırdı. Böyüklüyüm şeirlərim vasitəsilə formalaşacaq? Bu mənə maraqlı idi. Həmin dövr ərzində mən demək olar ki, həmişə depressiyada olurdum. Küçənin küləyi dünyanın hörmətsiz nəzərlərlə baxdığı hündür, arıq bədənimdən elə əsib keçirdi ki… Məktəbdə həmişə oturub heyran nəzərlərlə müəllimlərimə tamaşa edərdim – bütün böyük insanlara belə edərdim. Bir gün əvəz edən musiqi müəllimi sakitcə mən oturduğum yerə yaxınlaşdı, sakit amma aydın səslə dedi: – “Mənə sənin üzün xoş gəlmir.” Evə gedib dolabdakı güzgüdə diqqətlə özümə baxdım: girdə yanaqlar, avazımış sima və qorxmuş gözlər gördüm. Ön dişlərim boyunca bir neçə yerdə kiçik cürüklər vardı. Səbəb uşaqlıqda keçirtdiyim raxit xəstəliyi idi. Bunu məktəbdə müəllimimdən eşitmişdim, o, demişdi ki, xəstəliyə pis qidalanma səbəb ola bilər. Əlbəttə ki, bunu yalnız içimdə saxladım, çünki evdə müzakirə ediləsi bir mövzu deyildi. Getdikcə artmaqda olan melanxoliyamı özümə izah edə bilmədiyimdə düşündüm ki, bütün dünyanı bürüyən depressiya axır ki, məni də haqladı. Mən eyni zamanda erkən uşaqlığım haqqında da çox düşünürdüm. Həmin dövr heç zaman geri dönməyəcəkdi və mən həmin dövrün daha yaxşı olduğu düşüncəsində idim. Axşamlar pəncərə kənarında oturub şeir albomuma yazırdım:

 
Qırılan nazik iplər,
Bir daha heç vaxt birləşməz.
Bunun üçün vəziyyət dəyişməli.
Bunun üçün ton dəyişməlidir.
 

Həmin dövrdə fərqli idi, qulağıma Kai Fris Möller kimi “Sözlərin inversiyasına fikir ver, xanım Ditlevsen!” cümləsini qulağıma pıçıldayan hələ yox idi. Həmin dövrdə mənim ədəbi modellərim himnlər, balladalar və 90-cı illərin şairləri idi.

Bir gün səhər yuxudan oyananda özümü həqiqətən də çox pis hiss edirdim. Boğazım ağrıyırdı, yataqdan ayağımı yerə qoyanda gördüm ki, donuram. Anamdan məktəbdən qalmaq üçün icazə istədiyimdə bir dənə sifət elədi ki, dedi: – “Xahiş edirəm boş-boş şeylərlə mənim beynimi xarab eləmə.” Daha öncədən elan edilməyən gözlənilməz ziyarətlərə, hadisələrə dözümü yox idi. Qızdırmadan yana-yana durdum getdim məktəbə, amma elə ilk dərsdəcə məni evə qaytardılar. Onda artıq anam özünü yığışdırdı və xəstə olduğumu qəbul etdi. Yatağa uzanan kimi məni yuxu apardı. Yuxudan oyananda gördüm anam bütün evi təmizləməyə qərar verib və indi həmin işin ortasında idi. Təmiz pərdələri yataq otağından asmaqda idi və onu çağırdığımda geri çevrildi. “Nə yaxşı oyandın”, – o dedi, – “həkim bir neçə dəqiqəyə gələcək, bircə o gələnə kimi işimi yekunlaşdıra bilsəydim”. Mən sahə həkimindən dəhşətli dərəcədə qorxurdum, elə anam da! O, döşəküzlərimi dəyişəndən və qulaqlarımı uşaq qulaqçöpü ilə təmizləyəndən sonra qapının zəngi çalındı və anam təlaşlı üz ifadəsi ilə qaçaraq qapını açmağa yollandı. “Salam”, – o, hörmətlə dilləndi. “Narahat etdiyim üçün üzr istəyirəm.” Sonra onu ağır öskürək tutdu və sözünün dalını gətirə bilmədi. Öskürərək, yaylığını ağzına tutub həkim əsası ilə anamı bir kənara itələdi. “Hə, hə.”, – öskürəyi dayanıb danışmağa macal tapdığında dilləndi. “ Ah bütün bu pilləkənlər – onlar mənim üçün ölüm olacaq. Həm də burada nəfəs almağa yer yoxdu ki! Bədən tərbiyəsi ilə məşğul olmağa da yoxdur! Mən səni yaxşı xatırlayıram, sən həmin o dişləri olansan! Yaxşı bəs, Tanrı eşqinə, xəstə kimdir? Hə, qızındır. Yaxşı, indi haradadır?” – “Buyurun, buradadır”, – anam qabağa düşüb yolu göstərdi, həkim isə qarnını dalınca güclə sürüyə-sürüyə çarpayını keçib mənə yaxınlaşdı. – “Həə…”, – o qışqırdı və üzərimə əyildi, – “Nə olub ay bala? Yalandan eləmirsən də, elə?” Təkəbbürlü görünüşü vardı və yorğanı çənəmə kimi üzərimə çəkdi. Donba, qara gözlərini üzərimə zillədi, istədim deyəm ki, kasıb olsaq da, burada kar adam yoxdur. Əlləri qalın tük qatı ilə örtülü idi. Qulaqlarının içində bitən tük də bayıra çıxmışdı. Qışqırıb qaşıq istədi və anam qaşıq dalınca mətbəxə yüyürdüyündə az qala ayağı sürüşüb yıxılacaqdı. Boğazımın yolunu işıqlandırıb ora baxdı, sonra əli ilə boynumu yoxladı, sonra məşum səslə dilləndi: – “Məktəbinizdə difteriyaya yoluxan var? Sinif yoldaşlarının arasında bəs?” Mən başımla ona təsdiq cavabı verdim. Sonra sanki nəsə turş bir şeyin dadına baxıbmış kimi sifət eləyib dedi: – “Qız difteriyaya tutulub. Təcili hospitala aparılmalıdır.” – “Lənətə gələsən!”, – anam məzəmmət dolu nəzərlərlə mənə baxdı. Sanki məşğul bir həkimə belə ədəbsiz davranacağımı gözləmirmiş. Həkim qəzəbli şəkildə əsasını götürdü, mənə qəbul forması yazmaq üçün qonaq otağına keçdi. Dəhşət içində idim. Hospital! Şeirlərim! İndi onları harada gizlətməliyəm? Yenidən yuxu mənə güc gəldi və yuxudan oyandığımda anam çarpayımın ayağında oturmuşdu. Məndən çox nəzakətlə nəsə istəyib-istəmədiyimi soruşdu, mən də onu məmnun etmək üçün bir parça şokolad istədim. Cittinin sayəsində indi evimizdə hər zaman şokolad vardı. Ambulansı gözlədiyim sürədə anama izah etdim ki, şeir albomumu da özümlə götürmək istəyirəm, birdən hospitalda kimsə ora nəsə yazmaq istəyər. Etiraz etmədi. Bütün yol boyu ambulansda yanımda oturdu və gah alnımı, gah əllərimi sığalladı. Daha öncə belə şeyi nə zaman etdiyini xatırlaya bilmədim və bu durum məni həm utandırdı, həm də sevindirdi. Küçə boyu gəzdiyimdə, yaxud dükanda olduğumda hər zaman uşaqlarının əlindən tutan onlara sevgi, qayğı göstərən analara baxıb paxıllıq edirdim. Ola bilər, anam da nə zamansa belə edib, amma indi xatırlamırdım. Hospitalda məni böyük bir palataya yerləşdirdilər. Orada hər yaşdan uşaq vardı. Hamımız difteriya xəstəsi idik və onların əksəri elə mənim kimi xəstə idi. Şeir albomumu siyirtməyə qoydum və mənim orada albomumum olması heç kimə qəribə gəlmədi. Hospitalda üç ay qalsam da, oradakı dövrümdən demək olar ki, heç nə yadımda deyil. Ziyarət saatlarında yadımdadı ki, anam gəlib pəncərənin qarşısında dayanar və nəsə qışqırardı. Məni evə buraxandan az sonra o, yaxınlaşıb baş həkimlə danışmışdı. Həkim ona mənim anemiya xəstəsi olduğumu, çəkimin az olduğunu demişdi. Hər iki məsələ anamın hisslərini incitmişdi. Evdəki ilk günlərimdə o, mənim üçün çovdar sıyığı və başqa kökəldən yeməklər hazırlayırdı. Mənim hospitalda olduğum müddətdə Rut ev sahibəsinin kök, ağ saçlı qızı ilə oturub-durmağa başlamışdı. Onun 13 yaşı vardı, demək olar ki, bütün günü bir yerdə idilər. Mən özümü tərk edilmiş və yalnız hiss edirdim. Yalnız gecələr, yağış və mənim sakit gecə ulduzum, hə, bir də şeir albomum həmin günlərdə mənə müəyyən qədər komfort verirdi. Mən şeirlərimi istisnasız olaraq məhz belə yazırdım.

 
Məşum, qarğa kimi gecə,
Nə olar öz qaranlığınla məni sar.
Elə sakit, elə hüzur içində qəlbimi də sərinlət.
Mənə işıq ver, yuxu ver!
Yağış sakit-sakit gözəl yağır,
Pəncərələrə aramla döyəcləyir.
Başımı yastığa qoyuram
Asta-asta yuxuya dalıram
Mübarək gecə mənim ən yaxın dostumdur.
Sabah yenidən həyata oyanacam
Qəlbim dərin kədər içindədir.
 

Bir dəfə qardaşım dedi ki, yazdığım şeirləri jurnallardan birinə satmağa cəhd etməliyəm. Amma kiminsə onları almaq üçün pul ödəyəcəyini heç sanmırdım. Amma kimsə əgər onları çap edəcəkdisə, belə şeylər vecimə deyildi. Həmin “kimsə” ilə heç zaman üzbəüz gəlmək şansı qazanmamışdım. Bir gün mən böyüdüyümdə onsuz şeirlərim kitab formasında çap ediləcəkdi. Amma bunun necə olacağını bilmirdim. Bəlkə də atam bilirdi, bir dəfə o, qızın şair ola bilməyəcəyini demişdi. Ona görə ona bu haqda heç nə deməmişdim. Hər bir halda mənim üçün təkcə şeir yazmaq kifayət edirdi. İndiyədək yalnız onlara üstdən-aşağı baxan, gülən, lağ edən dünyaya göstərməyə bir gərək, tələskənlik yox idi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 | Следующая
  • 4.6 Оценок: 5

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации