Электронная библиотека » Тове Дитлевсен » » онлайн чтение - страница 6

Текст книги "Kopenhagen trilogiyası"


  • Текст добавлен: 29 ноября 2022, 15:41


Автор книги: Тове Дитлевсен


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 24 страниц) [доступный отрывок для чтения: 8 страниц]

Шрифт:
- 100% +
XVI BÖLÜM

Uşaqlığımın son yazı soyuq və küləkli keçirdi. Dadı tozludur və ondan tərk etmələr, dəyişikliklər iyi gəlir. Məktəbdə hər kəsin başı imtahan hazırlıqlarına və konfirmasiyalara qarışıb, mənsə bütün bunlarda bir anlam görmürəm. Yad adamlar üçün ev təmizləməyə, qab yumağa görə orta məktəb atestatına ehtiyac yoxdur. Və konfirmasiya mənim üçün indi parlaq, təhlükəsiz və xoşbəxt görünən uşaqlığımın məzar daşı idi. Bu zaman ərzində baş verən hər şey məndə dərin, izahedilməz təəssürat yaradır və sanki bütün həyatımı, orada baş verən ən adi, mənasız hadisələri belə gün kimi aydın xatırlayıram. Anamla çıxıb konfirmasiya üçün ayaqqabı alanda o danışır, satıcı isə qulaq asır: Hə, bu bir cüt ayaqqabı bizim sənə verdiyimiz son ayaqqabıdır. Bu sözlər mənim gələcəyim üçün dəhşətli perspektivlər açırdı və həmin dövrdə özüm-özümü necə dolandıracağımı bilmirdim. Ayaqqabı sırmalı ipək parçadan idi və qiyməti 9 kron idi. Hündürdaban idi, həm onlarda rahat gəzə bilmədiyim, topuğumu ağrıtdığı üçün, həm də anamın onları geyinərkən göydələnə oxşadığımı sandığı üçün atam onların dabanlarını qopartdı. Belədə baş barmaqlarım çıxdı bayıra, amma onları cəmi bir gün geyinəcəkdim, anam mənə təsəlli verdi. Özünün 18-ci ad günündə Edvin Baqerstradedə bir otaqlı evə köçdü və mən indi artıq yataq otağında çarpayıya çevrilən divanda yatıram. Bunu da uşaqlığımın sona çatması haqqında digər bir əlamət olaraq qəbul edirəm. Burada mən pəncərə kənarında otura bilmirəm, çünki ora sardunya bitkiləri qoyulub. Və oradan yalnız bir dəfə məni qışqırmağa məcbur edən qaz nasosu və qaraçı vaqonu qoyulan meydana mənzərə açılır. “Ana, ay batıb!” Mən özüm bunu xatırlamıram və böyüklərin sənin haqqında xatirələri sənin özün haqqında xatirələrindən tamam fərqli olur. Bunu uzun müddətdir ki, bilirəm. Edvinin xatirələri mənimkindən fərqlidir. Və hər dəfə birlikdə yaşadığımız hansısa hadisəni xatırlayıb-xatırlamadığını ondan soruşduğumda “yox” cavabı verir. Qardaşımla mən bir-birimizə heyranıq, amma bir-birimizlə çox da yaxşı söhbətləşə bilmirik. Otağında onu ziyarət etməyə yollandığımda qapını qaldığı evin sahibəsi açır. Qara bığları var və anam kimi eyni şübhələrdən əziyyət çəkir. Onun bacısı olduğumu deyir. Bu yaxşı biridir. Onun kimi çoxlu bacıları və əmiuşaqları olan ikinci kirayənişin tanımıram. Hərçənd indi Edvinin yalnız özünə məxsus olan otağı var, amma yenə işləri qaydasında getmir. Siqaret çəkir, pivə içir və tez-tez Torvald adlı dostu ilə axşamlar rəqs etməyə gedir. Onlar birlikdə şəyird olublar və hər ikisi bir gün öz emalatxanalarını açmağın xəyallarını qurur. Mən Torvaldla heç zaman görüşməmişəm, çünki bizlərdən heç biri cinsindən asılı olmayaraq kimsəni evə gətirə bilməz. Edvin özünü bədbəxt hiss edir, çünki Sulvayq onu tərk edib. Bir gün o, qardaşımın otağına gəlir, nəhayət ki, onlar tək, birlikdə ola bilərdilər. Orada qız ona deyir ki, hər şeyə rəğmən onunla evlənmək istəmir. Düzdür, Edvin anamı günahlandırır, amma məncə Sulvayq özünə başqasını tapmışdı. Bir yerdə oxumuşdum ki, gerçək sevgi dirənişlə, problemlərlə böyüyür, amma bunu özümə saxladım. Güman ki, elə Edvinin anamın onu qroxudub qaçırmasını fikirləşməsi daha yaxşıdır. Onun otağı çox balacadır və mebellərin elə bir görüntüsü var ki, sanki onlar zibilə atılmağa hazırdır. Mən Edvinin evində heç zaman çox qalmıram, çünki danışıqlarımız arasında uzun fasilələr olur və mən onu tərk edəndə onun duyduğu xoşbəxtlik varid olduğumda yaşadığı sevincə bərabər olur. Mən evlə bağlı xırda şeylərdən danışıram. Misal üçün, deyirəm ki, hər zaman olduğu kimi ondan mənə miras qalan nəyisə – bir cüt yağlı dəri çəkmələri geyinirəm. Atam onları cilalayıb ki, ömrü uzansın, bundan əlavə bağlarını da qaraldıb, indi çəkmələrim qəhvəyi, bağları isə qara rəngdədir. Bir dəfə anam bir-iki cır-cındırı üzərimə tulladı: Çəkmələrini onlarla təmizlə, sonra onları sobaya at. – “Öz çəkmələrimi?” deyə bildim. O, uzun müddət sərtliklə güldü: – “Yox, ay vələdüzina, əlbəttə cındırları!” Belə şeylər Edvini də güldürür, buna görə bu haqda indi ona danışıram. Artıq bizim ailəmizin gündəlik həyatının bir hissəsi deyil axı. Yalnız İstedsqata küçəsi eynidir və indi mənə axşamlar da ora getməyə icazə verirlər. Mən ora Rut və Minna ilə bərabər gedirəm və deyəsən Rut mənimlə Minnanın arasında olan nifrəti başa düşməyib. Bəzən Saksoqata küçəsinə gedib Olqanı ziyarət edirik. Olqa Minnanın böyük bacısıdır, o, polislə ailə həyatı qurub və güzaranı yaxşıdır. Olqa icazə verir ki, körpəsini qucağımda saxlayım. Bu inanılmaz dərəcədə xoş hissdir. Minna da həmçinin uniformalı biri ilə ailə qurmaq istəyir, çünki onların çox yaraşıqlı olduğunu deyir. Onlar Hedebiyqata küçəsində yaşayacaqlar, çünki evlənən bütün cütlüklər məhz belə edir. Rut razılıqla başını tərpədir və özünü hər ikisi üçün arzulanan olan eyni taleyə hazırlayır. Mən razılıqla gülümsəyirəm, sanki mən də məhz belə bir gələcəyi səbrsizliklə gözləyirəm. Və adətim üzrə ifşa edilməkdən qorxuram. Mənə elə gəlir, bu dünyada yad adamam və heç kimlə gələcəyimlə bağlı mənə görünən son dərəcə böyük problemlər haqqında danışa bilmərəm.

Qerdanın balaca, sevimli oğlu var. Və o, valideynləri işdə olduqda fəxrlə küçə boyu yuxarı-aşağı gəzişir.

Onun yalnız 17 yaşı var və bir qız uşağı olması üçün gərək on səkkiz yaşında olsun. Onu xoşlamırlar, çünki o, hadisələrin onun üçün uğursuz olduğunu, nəticədə küçələrin ona təklif etdiyi mərhəmət hissini qəbul etməyə məcbur olduğu etiraf etmir. Olqanın anasının onun körpəsi üçün yığdığı bir səbət uşaq paltarını götürməyib rədd etdiyində hamının ona qəzəbi tutmuşdu. Və budur, taleyi belədir ki, yaşı ötsə də, hələ də valideynlərinin himayəsində qalması ilə barışır. – “Əgər onun yerinə sən olsaydın”, – anam deyir, – “səni çoxdan atmışdılar.” Ah, mən öz körpəmi kaş bir dəfə qucağımda tuta bilərdim! Onu dəstəkləyib qayğısına qalardım, hər bir problemi bu və ya başqa cür həll edərdim. Bircə oralara gəlib çata biləydim.

Gecə vaxtı yatağıma girdiyimdə xəyal qururam: yaraşıqlı, dostcanlı, cavan bir oğlanla qarşılaşıram və ondan nəzakətli ifadələrlə xahiş edirəm ki, mənimçün nəsə etsin. Ona deyirəm ki, çox istəyirəm övladım olsun, xahiş edirəm, bu sahədə mənə yardım etsin. O razılaşır və mən dişlərimi bir-birinə sıxıb gözlərimi yumuram, guya ki, bu mənim yox, bir başqasının başına gəlir. Sonradan onu bir daha görmək istəmirəm. Amma belə cavan oğlanı bizim kvartalda, ya küçəmizdə tapmaq olmazdı və mən şeit albomuma birini daha yazıram ki, indi o bufetin ən aşağı siyirtməsindədir:

 
Balaca bir kəpənək uçdu
Ucalara, mavi çalarlı səmaya.
O, bütün sağlam düşüncəyə, mənəviyyata
Məhəl qoymadan uçur.
Yaz gününün şövqündən sərxoş olub,
Əsən qanadlarını nizamsız çalaraq
Günəşin qızılı şüaları altında doğulub
Bu dünyaya atılıb.
Və solğun çəhrayı alma ağacı çiçəklənib
Yenicə gözəlliyə bürünüb.
Və kiçik kəpənək
Öz nişanlısını orada tapıb.
Və solğun çiçəklər solur
Və kəpənək onların üzərindən uçur.
Ah, çox sağ olun kiçik çiçəklər,
Siz mənə məmnunluqla sevməyi öyrətdiniz.
 
XVII BÖLÜM

Atam bizi dövlət kilsəsinə aparanda nənəm hələ heç qəbirdə soyumamışdı. Bu ifadə anama məxsusdur. Nənəmin qəbri yoxdur. Onun külü Bispebyerq krematoriyasındadır və həmin axmaq güldan qarşısında dayanıb baxarkən heç nə hiss etmirəm. Amma anam istədiyi üçün ora tez-tez gedirəm. Hər dəfə biz orada olanda anam ağlayır və o, “sən niyə ağlamırsan?” soruşanda özümü günahkar hiss edirəm. – “Sən niyə ağlamırsan? Axı dəfn mərasimində ağlamışdın.” İndi ki, Edvin bizi tərk edib, məktəbdə, küçədə olmadığım bütün vaxtlarda anamın yanındayam. Onunla həmçinin Folkets Hüsdə də rəqsdə olmuşam, amma onunla bərabər rəqs etmək əyləncəli deyildi, çünki mən ondan bir baş hündür idim və onunla müqayisədə özümü çox böyük və yöndəmsiz hiss edirdim. O, başqa bir centlmenlə rəqs etdiyi əsnada bir cavan oğlan mənə yaxınlaşıb rəqsə dəvət etdi. Belə bir şey daha öncə heç baş verməmişdi və mən yox deməyə hazırlaşırdım, çünki anamın kefi yaxşı olanda mənə öz qonaq otağımızda öyrətdiyi bir-iki hərəkətdən başqa ümumiyyətlə necə rəqs edildiyini bilmirdim. Amma cavan oğlan artıq əlini belimə qoymuşdu və o, yaxşı rəqs etdiyindən mən də elə etdim. O, tamamilə sakit idi və sadəcə nəsə demək xətrinə ondan nə iş gördüyünü soruşdum. – “Kuryer komandasındayam”, – qısaca dedi. Mənə elə gəldi onun işinin “müalicə” etmək olduğunu düşündüm, qərara gəldim ki, o həkimdir. Bu “sabit, bacarıqlı fəhlə” olmaqdan fərqli bir şey idi. Ola bilərdi, bütün axşam mənimlə rəqs edərdi, ola da bilərdi ki, artıq bir azca mənə vurulmuşdu. Ürəyim daha sürətlə döyünməyə başladı, bir qədər, azca ona söykəndim. – “Gecədir, artıq oğrular iş başındadır”, – o, musiqinin ahəngi ilə qulağıma oxudu. Qəfildən musiqi dayandı, o, gəlib anamın yanında oturdu, key-key təzim etdi və həmişəlik yox oldu. – “O, yaraşıqlı idi”, – anam dedi, – “kaş geri dönərdi.” Çiynimi çəkib dedim ki, kuryer komandasında çalışır. – “Oh, aman Allahım”, – anam güldü, – “o, sadəcə xəbər aparıb-gətirmə xidmətindədir.”

Biz dövlət kilsəsinin üzvü deyilik ona görə də mən mülki konfirmasiyaya gedirəm. Bu məni sinfimizdəki bütün keşiş yanına gedən digər qızlardan fərqli edir, amma vecimə deyil, çünki onlar kimi olmaq istəyimi çoxdan dəfn etmişəm. Onlar şənbə günləri növbəlilik prinsipi ilə bir-birlərini ziyarət edirlər. Viktor Kornelius radioda şənbə rəqsləri üçün ifalar edir. Oğlanlar da dəvət edilir və sinif yoldaşlarımın əksərinin davamlı bir yerdə olduqları sevgililəri var. Evdə radiomuz yoxdur və artıq qulaqcıqları taxıb qardaşımın məktəbdə düzəltdiyi geydirmə mahnılara qulaq asmaq ləzzət eləmir. Və hətta radiomuz olsa da, valideynlərim mənim üçün Şənbə konserti verməyə meylli olmazdı. Hazırda imtahanlar verirəm və qiymətlərimin pis və ya yaxşı olması heç vecimə deyil. Bəlkə də universitetə gedə bilmədiyim üçün məyus olmuşam. Sinfimizdəki qızlardan yalnız birinə icazə var. Onun adı İnqer Nörqarddır, o da mənim kimi arıq və uzundur. Oxumaqdan başqa gördüyü bir iş yoxdur və bütün fənlərdən A alır. Başqaları deyir ki, o məktəbdə qalıb kariyerasına davam etmək istəyir. Heç zaman onunla danışmamışam. Ən azından başqaları ilə nə qədər danışmışamsa, onunla da o qədər ünsiyyət saxlamışam. Hər şeyi içimdə saxlamağa məcburam və bəzən mənə elə gəlir ki, boğulmaq ərəfəsindəyəm. Minna və Rutla axşamlar İstedsqada küçəsində dolaşmağı dayandırmışam, çünki getdikcə oradakı söhbətlərimiz çevrilib olub yalnız kobud atmacalar və yersiz irişmələr! Getdikcə hissiyyatlı olan qəlb onları ritmik, zərif sətirlərə çevirməkdə acizdir. Mən anamla yeməyimiz, aşağıda yaşayan insanlar kimi adi şeylərdən danışıram. Edvin köçüb gedəndən sonra atam çox sakit biri olub və onun üçün mən sadəcə “yaxşı bir başlanğıc” etməli olan biriyəm. Bu ifadəni o, bütün dəhşətli hadisələri göz önünə gətirib işlədir. Bir gün qardaşımı ziyarət etdiyimdə, təəccübümə səbəb olaraq deyir ki, dostu Torvald mənimlə tanış olmaq istəyir. O, Torvalda mənim şeir yazdığımı deyib və indi məndən Torvaldın onları oxuması üçün icazə istəyirdi. Qorxu içində “yox” deyirəm. Amma sonra qardaşım deyir ki, Torvald “Social Demokraten” qəzetində bir redaktor tanıyır, əgər şeirlərim yaxşı olarsa, onları bəlkə də çap edə bilər. Qardaşım bu sözləri öskürə-öskürə deyir, çünki seluit lakla işləyir və onun qoxusuna dözə bilmir. Nəhayət ki, mən növbəti gün öz şeiriyyat kitabım ilə axşam onlara yaxınlaşacağıma söz verirəm. Onda Torvald şeirlərimə nəzər yetirə bilər. Torvald da həmçinin rəngsazdır, 18 yaşı var və nişanlı deyil. Sonuncunu öyrənib yoxlamışam, çünki artıq onun haqqında demək olar ki, bir kəlməsiz hər şeyi başa düşən cavan oğlan olaraq xəyallar qurmağa başlamışam.

Növbəti axşam şeiriyyat albomumu da qoltuğuma vurub yollanıram Baqerstrade küçəsinə. Gördüyüm insanlara səbatlı baxışlarla baxıram, çünki tezliklə tanınmış olacağam, o zaman onlar mənim ulduzlara yüksəliş yolunda mənimlə qarşılaşdıqları üçün fəxarət hissi duyacaqlar. Dəhşətli dərəcədə qorxuram ki, Torvald da uzun illər öncə Edvin etdiyi kimi şeirlərimə baxıb güləcək. Onu qardaşıma oxşar təsəvvür edirəm, bircə fərqlə: onun nazik bığı var. Mən Edvinin otağına daxil olduğumda Torvald qardaşımın yanında yatağın üzərində oturmuşdu. Ayağa qalxıb əlini uzadır. O balaca və möhkəmdir. Saçı sarışın və cod, üzü cizvələrlə doludur – bəziləri yetişib. Utancaq biri kimi görünür, dayanmadan əlini saçına çəkir və saçı havada biz-biz dayanır. Qorxu içində gözlərimi ona zilləmişəm çünki şeirlərimi ona göstərə biləcəyimi sanmıram. – “Bu mənim bacımdır”, – tam bir laqeydlik ədası ilə Edvin məni təqdim etdi. – “Lənətə gəlsin, o yaman gözəldir,” – Torvald belə deyib barmaqları ilə saçlarını qarışdırdı. Mənə görə belə söz deməsi onun tərəfdən nəzakət nümayişi idi və gülə-gülə otağın yeganə stulunda əyləşirəm. İnsanların xarici görünüşü gərək adamın başını gicəlləndirməsin və mənə görə, ola bilər, adam həqiqətən də məni gözəl bilib. Hər bir halda, o, bu sözləri deyən ilk şəxsdir. Kitabı çantamdan çıxardıram və bir müddət əlimdə saxlayıram. Çox qorxuram ki, birdən bu nüfuzlu insan mənim şeirlərimin pis olduğunu düşünər. Heç özüm də onların bir işə yaradığın-dan əmin deyiləm. – “Kitabı indi ona ver”, – qardaşım səbrsizliklə deyir və mən könülsüz şəkildə kitabı ona uzadıram. Kitabı vərəqləyir, qaşlarını çatıb orada yazılanları oxuyur, bu əsnada özümü sanki başqa qalaktikada mövcudammış kimi hiss edirəm. Mən qorxuram, təsirlənmişəm, həyəcanlıyam mənə elə gəlir kitab əsir və hazırda bədənimin hər an bir kəlmə pis sözdən, qaba rəftardan qopub tökülə bilən canlı bir hissəsidir. Torvald onu səssiz oxuyur, üzündə təbəssüm yoxdur. Nəhayət ki, kitabı bağlayır, solğun, mavi gözləri ilə heyran-heyran mənə baxır və empatik səs tonu ilə deyir: – Lənətə gələsən! Onlar doğrudan çox qəşəngdir. Torvaldın dili mənə Rutun danışığını xatırladır. O da demək olar ki, heç bir cümləsini söyüşlə bəzəyib-düzəməmiş ağzından çıxarda bilmir. Amma adamı bu kefiyyətinə görə gərək mühakimə etməyəsən və hazırda Torvald mənə həm yaraşıqlı, həm də ağıllı biri olaraq gəlirdi. – “Doğrudan da belə düşünürsən”, – mən xoşbəxtliklə xəbər aldım. – “Lənət sənə, hə!”, – o söyür, – “sən onları asanlıqla sata bilərsən”. Edvin izah edir ki, onun atası mətbəədə çalışır və bütün redaktorları tanıyır. – “Hə!”, – Torvald fəxarətlə dillənir, – “Allaha and içirəm ki, mən bu məsələni həll edərəm. Sadəcə icazə ver ki, kitabı evə aparım və onu atama göstərim.” – “Yox”, – mən cəld cavab verirəm və kitabı qucaqlayıram, – “Mən… Mən istəyirəm oraya özüm gedəm və kitabı da redaktora özüm göstərəm. Sadəcə onun harada yaşadığını mənə desən bəsdir.” – “Yaxşı”, – Torvald üzüyola dillənir, – “mən Edvinə deyəcəyəm, sonra o, sənə izah edər.”Yenidən kitabı məktəb çantamda qablaşdırıram və tələsik evə yola düşürəm. Xoşbəxtliyim haqqında xəyallar qura bilməm üçün yalnız olmaq istəyirəm. İndi konfirmasiya, böyümək, yadların arasına çıxmaq vecimə deyil. İndi sadəcə bir şeirimin qəzetdə çap olunmasının möhtəşəm perspektivindən başqa heç nə vecimə deyil.

Torvald və Edvin sözlərini tutdular və bir neçə gündən sonra əlimdə bir qeyd tutmuşdum: Bazar günü qəzeti “Social Demokraten” redaktor Broşman, Nörre Farimaqs küçəsi 49, Çərşənbə axşamı saat 2. Bazar günü paltarlarımı geyindim, anamın çəhrayı salfeti ilə yanaqlarımı silirəm, onu inandırıram ki, Olqanın uşağına baxmağa gedirəm, özüm isə Nörre Farimaqs küçəsinə yollanıram. Böyük binada redaktorun adı olan otağı tapıram, ehtiyatla qapını döyürəm. – “Gəlin”, – o biri tərəfdən səs gəlir. Ağ saqqalı yaşıl kişinin böyük, dağınıq masa arxasında oturduğu böyük bir ofisə daxil oluram. – “Otur”, – o nəzakətlə deyib əli ilə stulu göstərir. Otururam, utancaqlıq gəlib dəhşət mənə. – “Həə”, – o deyir, – “sən nə istəyirsən?” Bir kəlmə də olsun danışmaq iqtidarında olmadığımdan artıq kifayət qədər əzik-üzük görkəm almış kitabımı ona təqdim edirəm. – “Bu nədir?” – o, bir neçə səhifə vərəqləyir, bəzi şeirlərimi yarı ucadan oxuyur. Sonra eynəyinin üzərindən mənə baxır, – “Onlar çox həssasdır, elə deyilmi?”, – o təəccüblə soruşur. Qıpqırmızı qızarıb deyirəm: Yox, hamısı yox. Oxumağa davam edir: Yox, amma Allaha and olsun ki, həssas, şəhvətli şeirlərin ən yaxşıdır. Neçə yaşın var? – “On dörd.” – “Hmm”, – əlini saqqalında gəzdirir, – “bilirsən, mən yalnız uşaq üçün olan səhifələri redaktə edirəm. Biz bunu istifadə edə bilmərik. Get, bir neçə ildən sonra gəl.” Mənim zavallı kitabmı şappıltı ilə bağlayıb gülərək özümə qaytarır. – “Xudahafiz, əzizim.”, – o deyir. Necəsə birtəhər, sınmış ümidlərimlə bərabər özümü qapıdan çölə atıram. Yavaş-yavaş, keyiyib-uyuşmuş halda, şəhərin yaz fəslini – başqalarının yazını – qəbul etmiş, başqalarının sevincli hisslərinə bürünmüş, başqalarının xoşbəxtliyini tərənnüm etdirən şəhər boyu irəliləməyə başladım. Mən heç zaman xoşbəxt olmayacağam, mənim şeirlərim dəyərsizdir. Mən bacarıqlı, sabit gəliri, qocalanda sabit təqaüdü olan fəhlə ilə evlənəcəyəm. Həmin ölümcül məyusluqdan sonra növbəti şeirimi yazmaq üçün kifayət qədər vaxta ehtiyac duydum. Hərçənd yazdığım şeirlər heç kimin vecinə deyil, çünki şerlərim mənim qəmgin, darıxdırıcı ürəyimə su səpir.

XVIII BÖLÜM

Konfirmasiyam üçün hazırlıqlar ərəfəsində ən böyük sual “Böyük deşikli ayağın” dəvət edilib-edilməməsi idi. O, daha əvvəl bizi heç ziyarət etməmişdi və qəfildən içməyi tərgitmişdi. İndi isə əvvəl nə qədər pivə içirdisə, o qədər qazlı su içir. Anamla atam deyir ki, bu Rozalia xalam üçün böyük sevincdir. Amma o, xoşbəxt görünmür, çünki adamın sifəti qaraciyərinə görə sapsarı olub və açıq-aşkar görünür ki, çox ömrü qalmayıb. Ailə bunun da onun üstünlüyü olduğunu düşünür. İndi mənə icazə verirlər ki, onları ziyarət edim və artıq hansısa söhbətlər mənə ziyan vurar deyə, nələrdənsə məni kənar tutmurlar. Amma Karl əmim heç də dəyişməyib. Yenə də çürük cəmiyyət, bacarıqsız hökümət nazirləri haqqında masa arxasında deyinməyə davam edir. Fasilələrlə o, hər zaman olduğu kimi indi də ona kiçik etirazsız belə itaət edən Rozalia xalaya qısa, teleqrafik göstərişlər verir. Qazlı su içkiləri qarşısında qalanıb və bir insanın bu qədər çox maye istehlak edə bilməsi anlaşılmazdır. Valideynlərimin davranışı mənə qəribə gəlir. Kömür üçün zirzəmiyə endiyində sən adətən orada yatan, cır-cındır plaş parçalarına – bürünmüş bir sərxoşa ilişib yıxılırsan. Küçələrdə isə sərxoş yatanlar səhnəsi o qədər adiləşib ki, heç kimin vecinə deyil, heç olmasa onları çevirib bir sifətlərinə baxsınlar. Demək olar ki, hər axşam bir dəstə adam qapının ağzında dayanıb pivə, araq içirlər və bu zaman azyaşlı uşaqlar onlardan qorxur. Amma bütün uşaqlıq dövrümüz ərzində bizə Karl əmini görməyə icazə vermirdilər, hərçənd bu görüş Rozalia xalanı təsvirəgəlməz dərəcədə məmnun edə bilərdi. Anamla atam və Aqnete xala arasında uzun sürən müzakirələrdən sonra qərara alındı ki, onu da mənim konfirmasiyama çağırsınlar. Beləliklə dörd əmioğlumdan savayı bütün ailə orada olacaqdı, onlar üçün isə qonaq otağında sadəcə yer yox idi. Anam bu böyük olaydan dolayı yaxşı əhval-ruhiyyədədir. Və o deyir ki, mən nankoram, minnətdar ola bilmirəm, sanki bütün bu hazırlıqların mənə heç bir aidiyyatı yoxdur.

İmtahanlar bitdi və məktəbdə məzun günü keçirtdik. Hər kəs hazırda “qırmızı həbsxananı” tərk etdiyi üçün sevincli idi. Və hamıdan çox mən sevinirdim. Artıq heç bir gerçək hissə sahib olmamağım məni çox narahat edir. Hər zaman başqa insanların hisslərini, reaksiyalarını təqlid edib özümü yalandan göstərməliyəm. Sanki mənə yalnız dolayı yolla gələn hisslər təsir edir. Evindən qovulan bədbəxt ailənin şəklini qəzetdə gördüyümdə ağlaya bilərəm. Amma eyni səhnəni gerçəkdə gördükdə mənə heç təsir etmir. Hər zaman olduğu kimi indi də poeziyadan, nəzmdən təsirlənirəm. Amma təsvir edilən şeylərə tamamilə etinasızam. Gerçəklik haqqında çox da düşünmürəm. Xanım Matiasenə xudahafiz dediyimdə o, məndən iş tapıb-tapmadığımı soruşdu. Hə, cavabı verdim, sonra yalandan dedim ki, hələlik bir qadının evində işləyəcəyəm, onun körpəsinə baxacağam, sonra isə bir ildən sonra iqtisadiyyat məktəbinə qəbul olacağam. Başqa hamı ya ofislərdə, ya da dükanlarda işləməyə hazırlaşırdı, yalnız mən utanırdım, çünki ana köməkçisi olacaqdım. Xanım Matiasen nəsə axtaran, müdrik gözləri ilə məni nəzərdən keçirtdi. – “Belə…”, o ah çəkdi. Hər halda universitetə gedə bilməməyim biabırçılıqdır. Konfirmasiyam bitən kimi, işimə başlamağı planlaşdırıram. İşə müraciət etmək üçün anamla gedirəm. Qadın boşanıb və bizi soyuq rəsmiyyətlə qarşılayır. Mənim şeir yazmağım, yenidən “Sosial Demokraten” qəzetində redaktor işləyən Broşmanın yanına qayıdana kimi bir qədər zaman – bir neçə il – keçirməli olmağımı aşkarlamaqda heç maraqlı görünmür. Apartamentinin səliqə-səhman içində olduğunu söyləmək olmaz. Hərçənd döşəməyə xalılar sərilmişdi və otağa nəhəng piano qoyulmuşdu. Gündüz vaxtı o, işdə olacaqdı, mən isə həmin saatlarda evi təmizləməli, yemək bişirməli və oğlan uşağının qayğısına qalmalı idim. Bu şeylərdən heç birini daha öncə etməmişdim və mənim üçün aylıq olaraq nəzərdə tutulan 25 kronu necə qazanacağımla bağlı heç bir fikrim yox idi. Uşaqlıq dövrümü və məktəbimi arxamda buraxmışam, qarşımda isə yadlar arasında cansıxıcı və bilmədiyim bir həyat məni gözləyir. Məni içəri salıb bu iki sütünün arasında bağlayıblar, ucu düz, məxmər ayaqqabılarım da ayağımı sıxır. Mən Odd Fellou zalında valideynlərimin arasında oturub gənclərin necə Danimarkanın gələcəyi olacağı haqqında çıxışı dinləyirəm. Qızların hamısı mənim kimi bir dəstə gülü qucağına qoyub oturub. Hər birinin üzündən darıxdıqları hiss olunur. Atam dimdik dayanan yaxalığı ilə oynayır, Edvini isə öskürək boğur. Həkim ona deyir ki, işini dəyişməlisən, amma bu, əlbəttə ki, mümkünsüzdür, o dörd ildir təlim keçir ki, rəngsaz olsun. Anam boynunda 3 qızılgül olan yeni, qara, ipək donunu geyinib. Yenicə dümdüz daradığı saçları gözəl görünür. Saçını belə formaya salmaq üçün savaşmalı olmuşdu. Bir tərəfdən ona görə ki, atam buna imkanlarının çatmadığını düşünürdü, ikinci də ona görə belə saç düzümü çox təmtaraqlı və çəkicidir. Mən onun saçlarını uzun olanda daha çox bəyənirim. Ara-sıra dəsmalını gözlərinə sürtür. Doğrudan da ağlayıb-ağlamadığından əmin deyiləm, bunun üçün bir səbəb görmürəm. Mən bir fakt barədə düşünürəm: bir zamanlar dünyada mənim üçün ən önəmli məsələ anamın məni xoşlayıb-xoşlamadığı idi. Həmin uşaq elə böyük həsrətlə həmin sevginin əlamətlərini axtarırdı ki… Həmin sevgini orada görməyəndə də axtarmağa davam edirdi. İndi anamın məni sevdiyini düşünürəm, amma indi də artıq vecimə deyil.

Axşama donuz qızartması və limonlu desertimiz var və anam evdə nəsə hazırlayanda hər zaman əsəbi, qıcıqlı olur. Desert vaxtına kimi dincəlmək nədir bilmir. Karl əmi sobaya yaxın əyləşib və davamlı olaraq tərlədiyi üçün bir əli keçəl başındakı təri silməklə məşğuldur. Masanın o biri tərəfində dülgər olan və Aqnete xala ilə birgə ailə filialını təmsil edən Peter əmi oturub. O, kilsə xorunda uşaq kimi oxuyurdu. Mənim üçün bir nəğmə yazıb, çünki bütün belə tədbirlərdə onun “damarı tutur”. Nəğmə mənim uşaqlıq dövrümün müxtəlif maraqsız olayları haqqındadır və hər misra belə bitir: Allah səninlə olsun yolunda– fa-la-la. Qoy xoşbəxtlik, uğur hər zaman sənin tərəfində olsun. Biz nəqarəti oxuyanda Edvin gözlərindən gülərək mənə tərəf baxır və mən gülməmək üçün nəğmənin çap olunan sözlərinə baxıram. Peter əmi badəsini cingildədib ayağa qalxır. Nəsə söz deyəcək. Çıxış Odd Fellou zaldakı kimidir, bir qulağımla güclə dinləyirəm. Çıxışı böyük həyata qədəm qoyma, ağır işləmək və valideynlərim kimi ağıllı olma haqqında birşeylərdir. Bir qədər uzundur. Karl əmi sanki çaxır içibmiş kimi tez-tez qulaq asın, qulaq asın deyir. Edvin dayanmadan öskürür. Anamın gözləri parıldayır və mən narahatlıqla yerimdə qurcuxuram. Çıxışını bitirəndən, hər kəs “Uraa” qışqırandan sonra Rozalia xala məni isti baxışları ilə ağuşuna basıb deyir: “Böyüklərin çeşidlənməsi” Aman Allahım! O, nə ətdir, nə balıq! Hiss elədim ki, dodaqlarım əsir, başımı aşağı salıb boşqabıma baxmağa başladım. Bəlkə də bu deyilənlər mənim konfirmasiyamda deyilən ən sevimli, ən doğru sözlər idi. Axşam yeməyindən sonra nəhayət ki, hər kəs ayağını uzadatdı və hər kəs gəldiyindən daha yaxşı əhvalda oldu. Mənim də xoşuma gəldi və mənə elə gəldi ki, bu məclis mənim nazik biləklərimi bir qədər daha ətli-qanlı etdi. Başqalarından pul aldım– 50 krondan artıq yığıldı-amma həmin pullar gələcəyim üçün banka qoyulacağından məni elə də həyəcanlandırmırdı.

Qonaqlar çıxıb gedəndən və anama yır-yığışa kömək edəndən sonra masa arxasında oturub bir qədər söhbət edirik. Gecə yarısını keçməsinə baxmayaraq beynim tam oyaqdı, eyni zamanda məclisim bitib deyə çox böyük yüngüllük duyurdum. – Aman Allah özünü necə sıxmışdı” Anam bu sözləri Peter əmim haqqında dedi. –Gördün? Hə, atam əsəbi şəkildə təsdiqlədi. Özü də sərxoş idi. –Pulsuz olanda həqiqətən də dayanmadan içə bilər. –Həm də özünü elə apardı ki, sanki Karl orada yoxdur. Anam davam edir. –Rozaliaya görə çox pis oldum. Qəfildən mənə baxıb gülür və deyir: Tove, gözəl gün oldu, elə deyilmi? Mən bu günün ona nə qədər xərcə, nə qədər əziyyətə başa gəlməsi haqqında düşünürəm. Ah, hə. Gözəl komfirmasiya günü oldu. Anam əsnəyib başı ilə razılığını bildirir. Sonra qəfil bir fikir gəlir ağlına. –Ditlev, o xoşbəxt səslə deyir. Madam ki, Tove artıq pul qazanmağa başlayacaq, imkan edib radio ala bilməz? Qan qəzəblə və sürətlə başıma vurur. – Siz mənim pulumla radio ala bilməzsiniz! Mən hirslə deyirəm.– Özümün o qədər dərdim-sərim var ki! – Başa düşürəm, anam buz kimi soyuq səslə deyir, ayağa qalxıb qapıdan çıxır. Qapını elə zərblə çırpır ki, çərçivə az qala yerindən çıxacaqdı. Atam utanıb mənə baxır. –Ciddiyə alma, o izah edir. –Özümüzün bir qədər bankda pulumuz var, həmin pula radio ala bilərik. Sən sadəcə burada yaşamağın üçün kirə haqqını verərsən, bəsdir.– Hə. Mən əsəbləşdiyim üçün peşmançılıq çəkərək deyirəm. İndi, bilirəm, bundan sonra bir neçə gün anam mənimlə danışmayacaq. Atam mənə nəzakətlə “gecən xeyrə” deyib öz yataq otağına keçir, orada isə mən heç zaman bir daha pəncərə kənarında oturub xəyallar qurmayacam.

Mən uşaqlığımın qonaq otağında yalnızam. Bir zamanlar qardaşım burada masaya mismaralr çalardı, anam nəğmələr oxuyardı, atam isə mənim illərlə üzünü görmədiyim qadağan olunmuş kitabı oxuyardı. Elə bil üstündən əsrlər keçib, indi düşünürəm ki, onda çox xoşbəxt günlər imiş. Hərçənd uşaqlığım bitdiyi üçün hədsiz və sonsuz acılı hisslər yaşamışdım. Divardan gözlərini dənizə zilləyən dənizçi arvadının rəsmi asılıb. Stauninqin ciddi siması yuxarıdan aşağı mənə baxır və uzun zamandır ki, Allah mənzərəsi onun rəsmlərində təsvir edilmir. Mənə elə gəlir, bu gün axşam bu otağa xudahafiz deyirəm. Yatağa getməyə həvəsim yoxdur, heç yuxum da gəlmir. Nəhayətsiz bir qəmginlik bədənimi sarıb. Pəncərə kənarındakı qeranium güllərini bir kənara çəkir səmaya baxıram: yeni doğan ay beşiyininin lap dibində kiçicik bir ulduz parıldayır. Ay isə dəyişən buludların arasında zərifliklə, səssizcə qərar tutub. Yohannes V Yensenin Bren əsərindən bəzi misraları özüm üçün əzbərdən deyirəm. O qədər çox oxumuşam ki, bütov bir bölümü əzbərdən bilirəm. “Və indi axşam ulduzu kimi, sonra səhər ulduzu kimi anasının köksündə öldürülən qız bərq vururdu” Göz yaşlarım yanaqlarım boyu süzülür, çünki bu sətrlər həmişə mənə Rutu xatırladır. Onu birdəfəlik itirmişəm. Gözəl, ürək formalı ağzı, güclü, saf, təmzi gözləri olan Rut… Mən kəskin dili və sevən ürəyi olan itmiş kiçik dostum…Bizim dostluğumuz uşaqlıq dövrü kimi bitib! İndi isə onun son qalıqları günəş yandırmış dərinin qabıqları kimi soyulub yox olur. Aşağıda isə yöndəmsiz, mümkünsüz böyük gözləyir. Gecə pəncərəmin qarşısından ötüb keçərkən mən şer albomuma yazdığım şerləri oxuyuram. Uşaqlıq dövrüm isə səssiz-səmirsiz yaddaşımın, qəlb kitabxanamın küncünə sıxılır, həyatımın qalan hissəsində b


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 | Следующая
  • 4.6 Оценок: 5

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации