Текст книги "Göydən yerə"
Автор книги: Yalçın İslamzadə
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Bir yazımda qeyd etdiyim kimi, bizim dünyamız qalaktikalar içərisində balaca bir gəmidir.-Bu orta məktəb bilgisidir və müəllim bunu daha öncələri ifadə
etdiyini niyə xatırlatmaq istəyir? Əslində biz normal təhsilli olsaydıq, bu tezis o qədər aydın görünərdi ki 35
Rafiq müəllim bunu təkrar vurğulamazdı-“Okeanlarda su var” kimi bəsit həqiqəti vurqulamadığımız kimi.
Bütün zamanların dahisi Üzeyir bəyin “O olmasın, bu olsun”unda Məşədi İbad müsəlmanlıq sərhədini aşıb
“əsl müsəlman” anlayışına girir. Bu cümlədə müəllifin nəyi nəzərdə tutduğu tam aydın deyil.
Qeyri-səlis məntiq təfəkkürünə keçən insanlarda tolerantlıq, dözümlülük, ağlın çevikliyi o qədər inkişaf etməlidir ki, müqəddəs kitabların sakral mənasını anlaya bilsinlər.
Burada Sokratik yanılqı var, Sokrat düşünürdü ki insanlar doğrunu bilmədikəri üçün pislik edirlər, pisliyin qaynağı cəhalətdir. Doğrunu bilsələr, davranışları yaxşıya doğru dəyişəcək. Odur ki Sokrat işini gücünü atıb özünü insanları söhbətə çəkməyə onlara həqiqəti anlatmağa həsr etmişdi, axırda Sokratı öldürdülər.
Digər tərəfdən məşhur iqtisadçı Şumaxerin buddizmdən təsirlənmiş yeni iqtisadi yanaşması ya da Kapranın Kartezyen düşüncəni tənqid edən ekoloji yanaşması da mütərəqqidir, ancaq insanların bunlara ciddi maraq göstərmədikləri məlum oldu. Nəzəri olaraq qulağa xoş
gələn sistemlər vardır, ancaq bunlar praktikada tətbiq 36
oluna bilərmi? İnsanların mənimsəyəcəyi və davamlı ola bilən bir sistemin bazisi ola bilərlərmi? Mütərəqqi, faydalı sistemi papaq kimi başa qoymaq olmur. Rafiq müəllimə görə əvvəlcə qeyri səlis məntiq təfəkkürrünə
keçilməli, sonra ağlın çevikliyi çox inkişaf etdirilməli, daha sonra müqəddəs kitabların sakral mənası anlaşılmalı, sonra bunlar praktik həyata tətbiq olunmalıdır-çox faydalı bir yol kimi görünmür açıqcası.
Baxça təhsilinə və orta təhsilə, Adler və Pestalozzi nəzəriyyələrinə daha çox önəm vermək daha effetiv olar.
Əslində Rafiq müəllimin yazısı haqqında daha çox yazmaq olar, ancaq bir anda biz Ramiz Rövşən şeirində
“Tanrı məntiqi”-nin -ki qeyri-səlis məntiqdən də üstün məntiq sistemidir Rafiq müəllimə görə -tapıldığını görüb kifayətdir deyə bilərik.
“Bircə Allah bilir hardasan indi”. Yox, bu fikir Tanrı məntiqinə söykənir. Nə demək olar? Ənənəvi şərq qeyri-müəyyənliyi, “biz kimik ki, biz bilmərik O bilər”
fatalizmi, bilinməzlik şahəsəri olan bu cümlədə Rafiq müəllim məntiq görür. Digər səhv Aristotel məntiqinin Xristiyanlığa təsiri haqda mülahizələrdir. Rafiq müəllim iddia edir ki Aristotelin yaratdığı binar məntiq Xristiyanlığa təsir etmişdir. Ancaq İslamda olduğu kimi 37
Xristiyanlıqda da cənnət-cəhənnəm, Allah-Şeytan kimi binar qütblər Xristiyanlıq Aristoteli tanımazdan əvvəl var idi. Arsitotelin Xristiyanlığa təqdim olunması üçünsə
xristiyanların
heretik
saydıqları
monofizit
və
Nesturilərin Abbasilərə sığınması, Aristoteli ərəb dilinə, bir neçə əsr sonra isə ərəb dilindən latın dilinə
tərcüməsi lazım gəldi. Qaldı ki Xristiyanlığın zəifləməsində Aristoteli Xristiyanlıqla uzlaşdırmağa çalışmalarının da əhəmiyyətli rolu olmuşdur.
Emprisizmin
yaranması,
sxolastiklərin
məntiqi
bütləşdirmələrinə, “biz dünyaya gec gəlmişik, deyilən hər şey deyilib, vəzifəmiz həqiqəti durmadan təkrar etməkdir, hazır (dini) öncüllərdən məntiqlə nəticə
çıxarmaqdır” yanaşmasına qarşı çıxılması ilə mümkün olmuşdur. Aristotel fizikası və məntiqi əvvəl sxolastikanı zəiflətmiş, bu fizika və məntiqin aşılması (məntiqin aşılması çox sonra oldu və kvant mexanikası yarandı) isə elmin -Qaliley və Nyuton fizikasının yaranmasına kömək etmişdir. Bu prosesdə sxolastiklərin qarşısına yeni yaranan intellektuallar sinifi çıxmışdı.
Rafiq müəllim yazısının sonunda Ramiz Rövşən poetikasına intensiv applikasiyası, şairin “ölüm” və
“Allah” mövzularında avtoritet olması və bunların hətta 38
qeyri səlis məntiqin də idrakından yuxarıda dayanmasını deməsi ilə artıq tənqidə gərək qalmır.
Rafiq müəllimin qeyri səlis məntiqi təkcə dinə yox həm də Ramiz Rövşən poeziyasına gətirir– o poeziya ki başdan başa qaradır, insanı əməli fəaliyyətdən çəkindirəndir– və Rafiq müəllim bu məntiqi təqdir edir.
Bu pessimizm şahəsərləri ilə dünya necə qurtulacaq?
Ramiz Rövşən poeziyasından bəzi dillər əzbəri cümlələrə diqqət edək:
–Göy üzü daş saxlamaz.
–İlan balası böyüyüb ilan olar.
–Burax gedim Ay işığı mən o deyiləm.
–Bu yaz gecəsində ölməyə nə var.
–Bilsək dünyaya gəlməzdik, analar aldatdı bizi.
–Dünya qəfil işıqlansa görərik kim kimin evindən çıxır.
–Qara paltarlı qadın, qəbrim damır ağlama.
–Yuxuda ölmək asan deyil.
–Ümidim yox bir adama.
39
Bu
təslimçilik,
ölüm
təbliğatçılığı,
insana
inamsızlıqdırmı Tanrı məntiqinə aparan poeziya?
Qaradan başqa rəng yoxdur, stimul, müsbət çalar yoxdur. Şairlərimizin sevimli mövzusu olan ölümü-ki əksərən təbii ölümdür-bioloji hadisə kimi qəbul edib poeziyadan çıxarmaq çətindirmi? Əzrayılla əlləşməkdən nə çıxacaq?
Olduqca sadə və dəfələrlə təsdiqlənmiş bir həqiqəti qəbul etmək lazımdır : Dinlə inkişaf etmiş bir cəmiyyət belə yoxdur, eləcə də elmsiz inkişaf etmiş cəmiyyət mövcud deyil. Şərqin dindarlığından, təslimçiliyindən, nəsihət nəzmindən, elmə, prozaya, bəşəri elmlərə
(sosiologiya,
psixologiya,
antropologiya,
sosial-
psixologiya, menecment nəzəriyyəsi), Webervari bürokratiyaya (bilgi təməlli idarə) keçmək lazımdır.
Dini-mifolojik-poteik
təfəkkürdən
elmi-rasiyonal
düşüncə müstəvisinə yüksəlmək lazımdır. Bir ulusun tarixin hansı mərhələsində olması onun düşüncə
sisteminə baxaraq anlaşılar, mütərəqqi dünyanın ölkələri elmin, sekulyar düşüncənin, sosial elmlərin və
menecmentin sferasındadırlar.
40
Afina kitab bazarı
Bizim eradan təxminən 530 il əvvəl diktator Peysistratın göstərişi ilə Afina şəhərində dünyanın ilk kitab bazarı qurulur. Papirus qalaqları formasında olan kitabların üzlərinin köçürülüb satışa qoyulduğu bu bazarda satılan ilk kitablar Homerin “İliada” və ”Odisseya” dastanları idi.
Kitab üçün lazım olan papirusu Misirdən gətirdirən və
üzünü köçürmələri üçün savadlı kölələr satın alan da diktator Peysistrat idi. Diktatorun digər bir xidməti Afinada teatrın qurulmasıdır.
Kitab bazarının yaradılmasından əvvəl Yunanıstanın digər şəhərlərində fəlsəfə, təbiətşünaslıq, politologiya, riyaziyyat, ədəbiyyat , şeir və incəsənətin digər formaları ilkin formada mövcud idi. Ancaq bu ilk müəlliflərin çox azı Afinada anadan olmuşdu, bazarın qurulmasıyla Afina düşüncənin və sənətin mərkəzinə çevrildi. Oxuyub yaza bilənlərin sayı artdı və yaradıcı insanlar digər şəhərlərdən Afinaya köçməyə başladılar, burada kitablarını “çap etmək” və yaymaq imkanları var idi, 41
həm mədəniyyəti formalaşdırır həm də ondan təsirlənirdilər. O dövr üçün qısa sayılacaq zamanda Afinada keçmişin və gələcəyin ən görkəmli mədəniyyəti yarandı, Platon və Aristotellə öz zirvəsinə çatdı.
Bu gün elm və elmi disiplin statusu almış istənilən zehni məşğuliyyətin, sənətin bütün növlərinin, riyaziyyat və
həndəsənin, məntiqin, ilk tibbi nəzəriyyələrin təməlləri qədim Yunanıstanda atıldı. Elə bir sahə yoxdur ki, orada yunanca terminlər olmasın, hansısa disiplinin tarixi qədim Yunanıstandan başlamasın.
Yunan düşüncəsinin üstünlüyü sırf bilmək üçün bilməyə
çalışması idi, bilik öz– özlüyündə bir dəyər sayılırdı, hansısa maddi qazanc gətirməsi və ya hansısa inancı təsdiq etməsi gözlənilmirdi. Pul qarşılığında elm öyrədən sofistlərə o zaman da münasibət yaxşı deyildi, indi də bu termin mənfi assosiasiaya daşıyır.
Bu gün Yunan mədəniyyətinin “Hippokrat andı”, “Troya atı”, “Axilles dabanı”, “Demokl qılıncı”, “Edip kompleksi”,
“Diana kompleksi”, “Elektra kompleksi”, “Kassandra lənəti”, “Sokratçı sorğulama”, atom, materiya, dialektika, simpozium, sintez, gigiyena, akademiya, litsey vs. kimi 42
metaforları, prinsipləri və anlayışları gündəlik həyatın və ədəbiyyatın istifadəsindədir.
Yunan mədəniyyəti Roma İmperiyasının süqutundan elmin və sekulyarizmin yenidən yaranmağa başladığı 1000-ci ilə qədər əvvəl Platonla, sonra Aristotellə kilsə
sxolastikasının belə hesablaşdığı bir düşüncə sistemi yaratmışdı. Təbiət haqqında yazan filosoflar heç bir fövqəlgücə istinad etmədən təbiəti təbii qanunlarla açıqlamağa çalışırdılar. Sokratın düşüncənin obyektini təbiətdən insana çevirməsi ilə Yunan düşüncəsi insanı da bir dəyər olaraq tədqiq etməyə başladı. İnsan Yunan düşüncəsində xəlq edilmiş deyil, bioloji, sosioloji və
psixoloji varlıq olaraq öyrənilməyə başlandı. Yunan düşüncəsinin təbiətə və insana bu münasibəti bu mədəniyyətin yüzillərlə canlı qalmasının səbəbidir.
Uaythed, “Bütün Qərb fəlsəfəsi Platona istinaddır”
deməklə Yunan düşüncəsinə lazımı qiymətini vermişdi.
Bu gün Avropa mədəniyyətinin dini hissəsi Orta Şərqlidirsə, elmi-sekulyar-siyasi düşüncəsi Yunanıstan və Roma mənşəlidir. Sonrakı əsrlərdə elə Yunan mədəniyyəti Avropada Orta Şərqdən gəlmə dini düşüncənin ağıl üzərində son “qələbəsinə” mane oldu.
Kilsə ideoloqu Akvinalı Fomanın, Aristotelin irsini göz 43
ardı edə bilməməsi və onu da həqiqətin fərqli ifadəsi olaraq xristian sxolastikası ilə birləşdirməyə çalışması kilsə doktrininin çat verməsinə səbəb oldu. Aristotelin universal zəkası kilsəni onunla hesablaşmağa vadar etmişdi. Növbəti mərhələyə, bir neçə əsr sonra Kepler ve Qalileyin Aristotelin avtoritetini rədd edib elmi inqilabın əsasını qoymaları ilə keçildi.
Afinadakı kitab bazarının yaranması miqyasında ikinci bir hadisə Qutenberqin səyyar hərflərlə çapı mümkün edən mətbəəni icad etməsi oldu. Bu, tarixdəki ən böyük demokratikləşmə hadisələrindən biri idi, bilik daha uzaq məsafələrə daşınır, daha çox insan üçün əlçatan olurdu, kitablar say və qiymətcə əlçatan idilər.
Kitablar və mövzular kilsənin nəzarətindən çıxır, müstəqil bir ədəbiyyat və düşüncə dünyası formalaşırdı.
Biliyin qapalı və nəzarətdə olması hər zaman kiçik bir qrupun mənfəətinə xidmət etmişdi, insanın harada yaşaması və hansı qrupa aid olması nə bildiyini ya da ümumiyyətlə, bilib– bilmədiyini müəyyən edirdi. Ancaq mətbəənin icadı ilə vəziyyət dəyişirdi. Marko Polonun XIII əsrdə yazdığı “Marko Polonun səyahəti” kitabı 180 il əlyazma olaraq qalsa da, mətbəənin icadından cəmi 21 il sonra kitab formasında nəşr olundu və məhz çap 44
formasında Kolombun qarşısına çıxıb ona məşhur səyahəti üçün stimul verdi. Bu gün səyahətlər kitabının Kolumbun səhifə kənarlarına qeydlər etdiyi nüsxəsi Sevilya şəhərindəki bir muzeydə saxlanılır.
Bu icad şübhəsiz, İntibah və Reformasiyanın, Maarifçilik hərəkatının, Elmi inqilabın və kütlələrin savadlanmasının zəruri texniki əsası və stimullaşdırıcısı idi. Qutenberqin icadı nəticəsində Avropa, Yunan mədəniyyətini yenidən kəşf edib insana və təbiətə
dönürdü, insanın düşüncə və dünyagörüşü mexanikiləşir (kənar güclərə istinad etmədən, təbiətin və cəmiyyətin qanunları əsasında düşünmə), insan və təbiət haqqında dini-mifik düşüncədən qurtulurdu.
Biliyin yayılması, genişlənməsi, yaradılması və
sistemləşdirilməsi nəticəsində bu günkü formasıyla qəzetlər və jurnallar, universitetlər və dərs proqramları, eksiklopediyalar və açıq kitabxanalar ya yaranır, ya da son halını alırdı. Biliyin işlənməsi və dövriyyəsi yeni peşələr yaradırdı. Qutenberqin səbəb olduğu ən böyük yenilik isə ziyalıların bir sinif olaraq yaranması idi. Onlar bilgini kəşf edir, yaradır və yayırdılar. Karl Manheymə
görə ziyalılar, vəzifəsi hər cəmiyyətdə o cəmiyyət üçün dünyanı şərh etmək, açıqlamaq kimi xüsusi missiyaları 45
olan ictimai qruplar idi. Onlar boşluqda üzən intelligensiya, bir yerə lövbər salmamış, nisbətən sinifsiz bir təbəqə idilər. Aydınlar dəstəsinin babalarının Renessans humanistləri olduğu qəbul edilir. Biliyin əldə
edilməsinin mümkünlüyü onu ticariləşdirir və aydınlar sinfinə az da olsa, maddi müstəqilləşmə imkanı da yaradırdı. Ziyalılar eyni zamanda müəyyən qurumlar ətrafında təşkilatlanır, periodik olaraq bir quruma bağlanıb ondan ayrılır, sərbəst fəaliyyət göstərə
bilirdilər.
XV əsrdən etibarən ziyalılar özlərini “Yazı Respublikası”-
nın vətəndaşları saydılar, özlərini ölkə sərhədini aşan bir qrupa aid edirdilər, bir– birlərinə kitablar və
məktublar göndərir, imkan olduqca üz üzə görüşürdülər.
Sərhədləri aşan bir düşüncə və dəyərlər sistemi ilə
əlaqədə olduqlarından (F.Bekona görə doğrunu kəşf etməyə qarşısındakı əngəllərdən biri olan ) “qəbilə
bütlərinin” təsirində deyildilər. Buna ən bariz nümunə
yaşadıqları cəmiyyətə tam inteqrasiya olmayan, öz mədəniyyətlərini də tam qəbul etməyən yəhudilərin arada qalmışlıq və bilginin demokratikləşməsi nəticəsində əldə etdikləri intellektual nailiyyət idi, yəhudi mənşəli müəlliflər bəşəriyyət düşüncəsinə
orijinal və çoxşaxəli töhfələr verməyə başlamışdılar.
46
Avropadakı maariflənmə qonşuluğundakı Rusiyaya da təsir edirdi. Rus əsilzadə Menşikov 1714-cü ildə İnglis Kral Dərnəyinə üzv seçilir və o il Rusiyada ilk xalq kitabxanası açılır. Riyaziyyatçı Leybnits çar Pyotrla bir neçə dəfə görüşür və ona məsləhətçi kimi maaş ödənilir, 1724-cü ildə Peterburq Elmlər Akademiyası qurularkən Leybnitsin Berlin Elmlər Akademiyası üçün hazırladığı model tətbiq olunur. Rusiyada coğrafiyaşünaslığın və
xəritəçiliyin inkişafına Leybnitsin tövsiyəsi ilə diqqət ayrılır. Eyler kimi görkəmli alimlər Rusiyada elmin inkişafına çalışırlar, Lomonosov Avropada təhsil alır.
Rus dilinə tərcümələr və Avropaya tələbə göndərilməsi dövlət siyasətinə çevrilir.
İslam aləmində isə mətbəə rədd edilmiş və 1800-cü illərə qədər sözə və əlyazmasına əsaslanan bir İslam dünyası mövcud olmuşdur, bu gün hələ də İslam ölkələri şifahi və mifik düşüncə mərhələsindədirlər. İslam dünyasının aydınlanma yaşayan iki ölkəsi, Azərbaycan və Türkiyəyə elmi və sekulyar düşüncə uzun və dolaylı yoldan gəlmişdir. Türkiyədə Avropa ilə təmasları olan, İspaniyadan qovulub Selanikə, sonra isə İzmir və
İstanbula yerləşən yəhudilər türk maarflənməsinin aparıcıları idi. Azərbaycan Avropa düşüncəsi ilə Rusiya vasitəsiylə tanış oldu. İslam ölkələrində azad düşüncə
47
dinin hegemonluğunu yenə bilmədi. İslam hüquqçusu İbn Cemaanın kitabların təsnifatına dair tövsiyəsi İslam dünyasında bilginin yerini göstərir: “Aralarında Quran varsa, əvvələ o qoyulmalıdır, sonra hədis kitabları, sonra Quran təfsirləri, sonra hədis şərhləri, sonra ilahiyyat və
hüquq. Əyər eyni bilgi sahəsinə aid kitab varsa, Quran və
hədislərə daha çox istinad edəni daha əvvəldə
olmalıdır”.
Tarixdə biliyin yayılması və maarifçilik marksist, faşist və şəriət sistemlərinin müdaxiləsiylə kəsintiyə uğradı, bəzi ölkələrdə hələ də uğramaqdadır. Bu sistemlər ən yaxşı halda sənətin və biliyin bütününə yox, seçilmiş bir hissəsinə icazə verirlər. Bu gün Afinadakı kitab bazarının yaradılmasına və Qutenberqin icadına oxşar hadisə informasiya texnologiyalarının-əsasən İnternetin və komputerin icadıdır. Axtarış motorları, sosial şəbəkələr və internet bazasında mövcud olan kitablar, məqalələr, ensiklopediya və lüğətlər bilginin yaradılması, yayılması və paylaşılmasında üçüncü və çox vacib mərhələdir. Bu yeniliklər artıq birbaşa və anında mütərrəqqi düşüncə ilə təmas imkanı verir, səyahətin asanlaşması və insanların üz -üzə təmaslarının artması da proses üzərində müsbət təsirə malikdir. Ancaq hələ
ki, Avropanın qalib gəldiyi Orta Şərq mənşəli mistik 48
düşüncə coğrafiyamızda söz sahibidir. Bu düşüncə
texnoloji yeniliklərdən istifadə edərək insana və təbiətə
dair obyektiv bilginin yayılmasına qarşı çıxır. Mütərəqqi düşüncənin tərəfində olanlar mütərəqqi bilginin yayılmasında ənənəçilərdən və sabit tarix tərəfdarlarından daha effektiv çalışmalıdırlar.
49
Göydən yerə
Son beş yüz ildə elmin inkişafı dinin insan haqqında uydurduğu yalanları ifşa etdi. Yerin, insan üçün kainatın mərkəzi olaraq yaradılmayıb Günəş
ətrafında fırlanan planet və insanın Tanrının əsəri olmayıb daha alt növlərdən təkamül etmiş canlı olduğu anlaşıldı. Törətdiyi şər əməllərin isə
şeytanın
fəaliyyətinin
nəticəsi
olmayıb
şüuraltındakı
dağıdıcı
psixi
güclərdən
qaynaqlandığı ortaya çıxdı. Din hakimiyyətini yaymaq və qorumaq üçün həm insanı əsas olmadan ucaldır, digər tərəfdən onu öz ağlını istifadə edə
bilməyən, şeytanın təsirinə düşən zəif varlıq olaraq aşağılayırdı.
1589-cu ildə Qaliley Piza şəhərindəki əyri qüllədən müxtəlif kürələr ataraq sərbəst düşmə
təcrübələri aparmaqla Aristotel fizikasına kor koranə
50
inanmağı rədd etmişdi. O dövrdə yeganə legitim dünya görüşü kilsənin formalaşdırdığı sxolastik görüş idi və
Aristotel fizikası bu görüşün ayrılmaz hissəsi idi.
Sxolastik görüşün əsas prinsipləri doqma sayılıb şübhəyə bağlı elan olunmuşdu. Ancaq Qaliley şübhələrində haqlı çıxdı və iki min ilə yaxın bir zaman ərzində doğru olduğuna inanılmış Aristotel fizikasının səhv olduğunu göstərdi. Kilsə Qalileyi cəzalandırsa da o müasir elmin qurucusu statusu qazandı.
Qalileydən bir müddət əvvəl, 1543-cü ildə
Kopernikin “Səma kürələrinin hərəkəti haqqında” adlı əsəri çap olunmuşdu və əsərdə kilsənin müdafiə etdiyi yer mərkəzli (geosentrik) günəş sistemi əvəzinə günəş
mərkəzli (heliosentrik) modelin doğru olduğu göstərilmişdi. Kilsə Ptolomeyin geosentrik modelini müdafiə etdiyi üçün Kopernik əsərinin nəşrini ölüm ilinə
qədər təxirə salmalı olmuşdu.
Aristotel fizikasına görə, dairə simmetrik fiqur olduğu üçün planetlər dairəvi orbitlərdə fırlanırdı və göy efir adlı maddə ilə dolu idi, göy yerdən üstün, oradakı qanunlar
yerdəkilərdən
fərqli
idi.
Planetlərin
hərəkətlərinə dair bəzi müşahidələr dairəvi orbit tezisi ilə uyğun gəlmədiyindən onlara davamlı olaraq müxtəlif 51
dairəvi hərəkətlər yaraşdırılırdı. Dairəvi orbit yerinə
başqa bir trayektoriyanı sınamaq əsrlərlə heç kimin ağlına gəlməmişdi. Lakin Kepler özündən əvvəlki müşahidələrə əsaslanaraq planetlərin dairəvi deyil elliptik orbitlərdə hərəkət etdiklərini göstərdi. Dairənin ellipslə əvəz olunması lazımsız riyazi və həndəsi qarışıqlığı aradan qaldırdı və planetlərin elliptik orbitlərdə hərəkət etməsi həm əvvəlki, həm də sonrakı müşahidə və hesablarla təsdiqləndi.
Təxminən eyni vaxtda baş verən bu kəşflər kilsənin nüfuzunu sarsırdı və elm tarixçisi E. J.
Dijksterhuis-un “dünya görüşünün mexanikləşməsi”-
təbiət hadisələrinin mexaniki qüvvələrlə açıqlanması-mərhələsi başlamışdı. Bir müddət sonra İsaak Nyuton səmadakı və yerdəki qanunların eyni olduğunu qəbul edərək həm səmada ayın fırlanmasını həm də yer üzündə almanın düşməsini açıqlaya bilən Nyuton mexanikasının qanunlarını kəşf etdi.
Elliptik orbitlərin mümkünlüyünün, göylə
yerdəki fiziki materiyanın eyni ola biləcəyinin və yerin günəş sisteminin mərkəzi olmaq məcburiyyətində
olmadığının düşünülməsindən az sonra bu elmi hipotezlərin fiziki-riyazi açıqlaması tamamlandı, insan 52
zəkası təbiəti anlamağa tamamən hazır olsa da, doqmalara qarşı çıxmaq cəsarətinin yaranması üçün əsrlər lazım gəldi. Fizikanın kilsə doqmaları və
insanların illüziyaları üzərində bu qələbəsi sonralar elmin digər sahələrində çalışan elm adamları üçün nümunə və cəsarət qaynağı oldu. Canlı və cansız dünyanın, sosial institutların dinin fərz etdiyindən daha qədim keçmişə sahib olmasının anlaşılması ilə təkamül və tarix şüuru ortaya çıxdı. Kainatın, Günəş sisteminin, materiklərin, mineralların, ümumilikdə təbiətin bir tarixi olduğu anlaşıldı. Xüsusiylə insanın mənşəyi haqqında yaradılışçı görüşə Çarlz Darvinin qarşı çıxması önəmli idi. Darvin insanın təbiətüstü bir güc tərəfindən yaradılmadığını, daha alt səviyyədə təşkilatlanmış
orqanizmlərdən təkamül etdiyini göstərdi. Darvin ibtidai insanla qarşılaşmasını “İnsanın yaranışı” əsərində belə
təsvir etmişdi:
“Bu əsərdə gəldiyimiz əsas nəticə, yəni insanın daha alt səviyyədə təşkilatlanmış bir növdən gəlməsi təəssüf ki çoxları tərəfindən məmnuniyyətsizliklə
qarşılanacaq. Ancaq əcdadlarımızın barbarlar olduğuna şübhə azdır. Bir qrup Fuegialı ilə vəhşi bir sahildə ilk dəfə
qarşılaşdıqda
yaşadığım
çaşqınlığı
əsla
unutmayacam; çünkü beynimdə birdən birə bir fikir 53
yarandı, əcdadlarımız da bunlar kimi idilər. Bu adamlar tamamiylə çılpaq idilər, bədənləri rənglənmişdi, uzun saçları bir birinə qarışmış, ağızları həyəcandan köpmüşdü, hərəkətləri vəhşi, qorxuducu və inamsızlıqla dolu idi. Özlərinə məxsus heç bir sənətləri yox idi, heyvanlar kimi ovlaya bildikləri ilə qidalanırdılar, bir metodları yox idi və öz qəbilələrindən olmayanlara qarşı qəddar idilər. Bir ibtadi insanı təbii mühitində görən insan özündən daha aşağı səviyyədəki birinin qanının damarlarında axdığını qəbul edərkən çox utanmayacaq”.
İnsanın kosmosdakı yerinin və mənşəinin müəyyənləşdirilməsindən sonra növbə insan şüuruna çatdı. Psixoanalizin qurucusu Freyd insan təbiətini şüuraltındakı irrasional motivlərin təyin etdiyini, şüurlu fəaliyyətin ibtidai mənlik olan “id”-lə sosial eqo olan
“supereqo” arasında tarazlıq qurmağa çalışan eqonun mübarizəsi olduğunu, eqonun uğursuz olduğu dərəcədə
insanların nevrotikləşdiyini göstərdi. İnsanı yoldan çıxaran şeytan onun şüuraltındakı dağıdıcı və egoist motivlər idi. Sosial institutlar vasitəsiylə libidinal enerjisi faydalı işə istiqamətləndirilməyən bir insanın, özünə və cəmiyyətə problem yaratdığı anlaşıldı.
54
Ancaq bu nəzəriyyələr tamamlanmış son nəzəriyyələr deyildi; elmin ruhu hər hansı elmi nəzəriyyənin doqmaya çevrilməsinə mane olur. Elmin daha sonrakı inkişafında Eynşteyn Nyuton mexanikasına düzəliş etdi. Özünün sabit kainat nəzəriyyəsi isə tənqid edildi, təcrübələr nəzəriyyənin səhvliyini ortaya qoyduqda “həyatımın ən böyük fiaskosu” dediyi səhvini qəbul etdi. Darvin , “Növlərin mənşəyi” adlı əsərinə
“Nəzəriyyənin çətinlikləri” adlı fəsil əlavə etmişdi.
Psixoanaliz də psixologiya və digər disiplinlərdən olan alimlər tərəfindən tənqid edildi. Popper psixoanalizin hər şeyi açıqladığı üçün əslində heç nəyi açıqlamayan bir nəzəriyyə olduğunu yazdı. Yunq, Freydin “psyche”-sinin möhtəvasında seksuallığın şişirdildiyini, şüuraltının daha çox arxetiplərdən ibarət olduğunu, insan təbiətində inanmağa təbii meyl olduğu üçün ruhun dini-mifolojik möhtəvasının da nəzərə alınmalı olduğunu vurğuladı. İnsan, təbiəti öyrənməyə uzaq kosmik cisimlərdən başladı, mövzusu insan olan elmi araşdırmaların tarixi yenidir və mübahisələr var. Ancaq elmi fəaliyyətin ümumi sahələri, çərçivəsi və metodları artıq müəyyənləşdirilib, bundan sonra ortaya çıxacaq hansısa yeni nəzəriyyə özündən əvvəlkini də
açıqlamalıdır. Eynşteynin nisbilik nəzəriyyəsi daha çox 55
fenomeni daha dəqiq açıqlayır, ancaq böyük kütlələr və
aşağı
sürətlərdə
Nyuton
mexanikası
nisbilik
nəzəriyyəsinin xüsusi halı olaraq qüvvədə qalır.
Adətən doqmalar – bir bilgiyə sahib olduğunu iddia edən ancaq bu bilgini əldə etmə metodu şübhəli olan bir inanc– istismarın vasitələridir. Dinin əsas məqsədi teolojik bir insan modelini qəbul etdirib insanları bu modelə uyduqları ölçüdə dəyərləndirmək, insanı əsir tutmaqdır. Elmin inkişafı, informasiyanı əldə
etmə imkanlarının asanlaşması və individuallaşma nəticəsində daha çox insanın öz ağlına istinad etməsinə
paralel olaraq dinlər şübhəçiliyə və elmi düşüncəyə
şiddətlə qarşı çıxır. Bu mövqeyi ideologiyalar da paylaşır, elmi nəzəriyyələr konspiroloji skeptisizmlə
qarşılanır. Bilginin demokratikləşməsi və sosiallaşması müasir dövrün ən ümidverici trendlərindəndir.
İdeologiyanın ya da teologiyanın müdaxiləsi olmadıqda insan öz ağlına müraciət etməyi tez öyrənir. İnsanın öz ağlı ilə formalaşdırdığı görüşləri, ona mənimsədilən hazır
reseptlərin
verməyəcəyi
savadlı
insanın
məsuliyyət hissini aşılayır.
Oxşar olaraq demokratiya da əvvəllər göylərdən alındığı iddia edilən legitimliyin yerdən, tək tək 56
insanlardan alınmalı olduğunu, hər bir vətəndaşın siyasi sistemə görə məsuliyyət daşıyıb ona nəzarət hüququna sahib olduğunu müdafiə edir. Həm elmdə, həm də
demokratiyada təcrübə ilə-elmi təcrübə və seçki vasitəsiylə– səhvi düzəltmə mexanizmi mövcuddur.
İnsana, təbiətinə aid olmayan bir modellə
yanaşmaqdansa, təbiətinin doğru anlaşılması onu ömürlük nevrozdan xilas edə bilər . İnsanın inkişafı ancaq onun ilkin şərtlərinin doğru anlaşılmasıyla və
müvafiq sosial institutların bunu nəzərə alaraq qurulması ilə mümkündür. İnsanı idarə etmək mümkün deyil, ona cəmiyyətdə özünü idarə etmək-davranış, bilgi və siyasi sistem olaraq-imkanı verilməlidir.
57
Tanrı zərrəciyi-Higgs bozonu
50 ilə yaxın vaxt və 3 milyard avrodan çox pul xərclədikdən sonra nəhayət 4 iyul 2012-ci ildə Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN), Higgs bozonun varlığının təcrübədə müşahidə edildiyini açıqladı. Bu gün Standart Model adlanan və yüksək enerji fizikasının hələ ki ən uğurlu sayılan nəzəriyyəsinə görə Higgs bozonu materiyanın kütləyə sahib olma mexanizmini izah edir.
Elm tarixindəki ən bahalı və uzunmüddətli, müxtəlif profilli minlərlə mühəndis və alimlərin koordinasiyalı əməkdaşlıqlarını qaçılmaz edən bu eksperimentin Higgs bozonun varlığına dair müsbət nəticəsi olduqca önəmlidir. Higgs bozonun varlığının sübutu Standart Modelin elmi vizasıdır, götürülmüş istiqamətin doğru olduğunun sübutudur.
Adını maddənin kütlə qazanma mexanizmini Sdandart Model əsasında açıqlayan Peter Higggsdən alan Higgs bozonuna Nobel mükafatçısı Leon Lederman “Tanrı zərrəciyi” adını verib onu bu adla məşhurlaşdırsa da, bu ad alimlər arasında bir mənalı qarşılanmır. Allimlər bu 58
ləqəbin dini nüansına etiraz edir və digər zərrəciklərə
haqsızlıq edildiyini düşünürlər. Onların fikrincə bütün zərrəciklər eyni dərəcədə vacibdirlər, “Tanrı zərrəciyi”
ifadəsi işlədiləcəksə, onda bu bütün zərrəciklərə şamil edilməlidir.
Standart Modelin varlığını nəzərdə tutduğu hansısa bir zərrəciyin təcrübədə müşahidə edilməməsi nəzəriyyə
üçün ciddi qüsur olar və o elmdə legitimlik qazanma hüququnu itirərdi. Əgər ən sonda üzə çıxan bu zərrəciyin varlığı təcrübədə təsdiqlənməsəydi (bu vacib zərrəcik-dünyanın niyə kütləyə sahib olduğunu və
fotonun niyə kütləsiz olduğunu açıqlayan mexanizmin təsdiqidir) Standart model bir kənara atılacaq, fiziklər depressiyaya düşəcəklərdi. Çox vacib bir mərhələnin astanasındaykən Sdandart Modeli tərk edib yeni model axtarmaq-xüsusilə Standart model məğlubiyyətinin psixoloji təsiri altında– asan olmayacaqdı.
Yüksək enerji fizikasında təcrübələr düzxətli və dairəvi sürətləndiricilərdə müxtəlif atom, nüvə və atom altı zərrəciklərin yüksək enerjilərə qədər sürətləndirilib toqquşdurulması ilə aparılır. Toqquşmadan yaranan saysız hesabsız zərrəciklər detektorlarda qeyd edilir və
çox güclü kompüterlərdə bu nəticələr xüsusi proqramların köməyi ilə analiz edilir. Alimlərin bilavasitə qiymətləndirəcəkləri maraqlı nəticələr isə
onlara ötürülür.
59
Maddənin daha dərininə nüfuz etmək daha yüksək enerji və daha ciddi texniki tələblər gətirir. Daima inkişaf etdirilən super maqnitlərin, soyuducuların, kompüter proqramlarının hazırlanmasına yüzlərlə üzvü olan komandalar məsuldur. Toqquşma enerjisinin hər artışı yeni zərrəciklər və fenomenlər ortaya çıxarır.
Sırf Higgs bozonun müşahidə edilməsi üçün “LHC”
(Large Hadron Collider-Böyük Hadron Sürətləndiricisi) inşa edilmişdir. 175 m dərinlikdə yerləşən və çevrəsinin uzunluğu 27 km olan bu qurğunun tikintisi 10 il davam etmişdir. Məhz bu sürətləndirici əks istiqamətdə hərəkət edən iki proton selini yüksək enerjilərə sürətləndirib toqquşdurmaqla Higgs bozonun görünməsini mümkün etmişdir.
Bu gün Standart Modelə görə maddəni elementar zərrəciklər, dörd fundamental qüvvə və bu qüvvələrin daşıyıcısı olan sahə zərrəcikləri ilə açıqlamaq mümkündür. Kainat sonsuz ağır, sonsuz enerjili və
sonsuz kiçik bir nöqtənin genişləməsiylə yarandı.
Əvvəlcə ən fundamental güclər və zərrəciklər, daha sonra isə elementlər və mürəkkəb maddələr yarandı.
Kainat genişlədikcə müxtəliflik artdı və maddənin yetərincə mürəkkəbliyinin nəticəsi olaraq şüur yarandı.
Fizikanın əsas stimulu müxtəlifliyin mümkün qədər az 60
parametrlə açıqlanması və bu müxtəlifliyin, eyniliyin manifesti olmasını göstərməkdir. Maksvellin elektrik və
maqnetik qüvvələrin təməldə eyni-elektromaqnetik qüvvənin iki müxtəlif təzahürü olduğunu sübut etməsi elmdəki ən böyük ümumiləşdirmələrdəndir. Pauli prinsipinin köməyi ilə atomda elektron orbitlərinin dolması fiziki parametrlərlə açıqlandı və kimya fizikanın bir sahəsi halına gəldi.
Sürətləndiricilərdə toqquşma enerjisi artırılaraq sanki zamanda geriyə gedilir, partlayış filminə tərsindən baxılır və kainatın yaranması zamanı mövcud olan ilkin şərtlərə yaxınlaşılır. Çox olan qüvvə və elementar zərrəcik sayı minimuma enir. Bu gün Standard Model çərçivəsində dörd fundamental qüvvədən (zəif nüvə
(radyoaktivliyi açıqlayır), güclü nüvə (nüvədə protonları bir arda saxlayır), cazibə (kütlələrin bir birlərini cəzbettiyi güvvə) və elektromaqnetik (işiq) ikisinin -zəif və elektromaqnetik güclərin eyniliyi sübut edilmişdir.
Hazırda standart model təcrübə ilə təsdiqlənmiş tutarlı bir nəzəriyə olsa da bunun son nəzəriyyə olduğunu heç kim düşünmür. Çünkü bu modeldə fundamental qüvvə
və hissəciklərin sayı onların fundamental olmadıqlarını düşündürəcək qədər çoxdur, elektrozəif, güclü nüvə və
qravitasiya güclərini Standar Model çərçivəsində
birləşdirmək mümkün görünmür.
61
Standart Modelin təsdiqi indiyə qədər gəlinən yolun düzgünlüyünü sübut edir. Bundan sonra Böyük Birləşdirmə Nəzəriyyələrinə və ya post-Standar Model nəzəriyyələrinə diqqət ayrılacaq.
Əminliklə demək olar ki fizika yeni mərhələyə daxil olur.
Daha yüksək enerjilər, daha detallı açıqlamalar və daha əhatəli ümumləşdirmələr zamanıdır. Yeni nəzəriyyələr, yeni çətinliklər, suallar və eksperimentlər yaxındadır. Bu prosesin bir sonu yəqin ki olmayacaq. Elm “kifayətdir”
deyib qane olmaq deyil, dayanmadan yeni suallar yaratmaqdır. Sualların cavabını təcrübədə axtarmaqdır.
Avropa mədəniyyəti isə bu ali məşğuliyyət üçün milyardları əsirgəməməkdir.
P.S. Higgs bozonunun təcrübədə müşahidə edilməsi üçün milyardlarla vəsait xərclənsə də Peter Higgsə
dəyəri bundan yüzlərlə dəfə az olan Nobel mükafatı verilməyib. Ancaq 2012-ci ilin dekabr ayında Nobel mükafatları verilərkən siyahıda Peter Higgsin də adının olacağına artıq heç kim şübhə etmir. İtalyan rejissor Liliana Cavali isə bu tarixə qədər Hİggs bozonu haqqında film çəkmək fikrindədir.
P.S.S. Peter Higgs 2013-cü il fizika üzrə Nobel mükafatınalayiq görüldü.
62
Gerontokratiya və Maslov pirmidası
Təqvim bütün dünya üçün eyni dəyişsə də, cəmiyyətlər hər coğrafiyada eyni sürətlə dəyişmir. Dəyişikliyin sürətinə görə “dinamik” və “statik” tarixə sahib cəmiyyətlər fərqləndirilir. Dinamik cəmiyyətlərin dəyişmə sürəti də -artmaqla– dəyişir.
Uzaq tarixi minilliklərə, əsrlərə bölmək mümkündürsə, yaxın tarixin dünya miqyaslı hadisələri onilliklərdə
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?