Текст книги "Tera"
Автор книги: Zeruya Shalev
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 22 страниц) [доступный отрывок для чтения: 7 страниц]
2
Yenə də gec gəldin, – donuq səslə dillənir, üzü bürünc firon heykəlinin üzü kimi parıldayır.
– Üzr istəyirəm, vacib bir görüş var idi, – hər zaman olduğu kimi yenə işlə bağlı bir bəhanə uydururam, çünki o, sadəcə, bunu rahat qəbul edə bilir. Otağının qapısında dayanıb, məni içəri keçməyə dəvət edir, və mən kitabla dolu işıqlı otağa keçirəm. Kitablar divar boyunca tavana qədər uzanır, yuxarıdan baxıb mənə qüsursuz toxunulmazlıqları ilə meydan oxuyurlar, yalnız kitablar onun hücumuna məruz qalmır və onun üçün kitablar həmişə bizdən öncə gəlir. Hər zaman olduğu kimi üzərində şüşədən kasa olan böyük iş masasının arxasına keçdi, kasanın içində dilimlənmiş alma vardı, barmaqlarını saçlarının arasından keçirir, bir ayağını digərinin üstünə aşırır, mən pəncərəyə yaxınlaşıram, incə və dik bir palma günəşin altında qayğısızcasına özünü isidir və mənə diqqət yetirərək sanki aslan yalısı kimi mənə əl edir.
Uşaqlıqda danlanacağımı gözləyərək onun qarşısında beləcə oturardım. “Sənə deyəcəklərim var, Ella”. Hər dəfə də sözünə belə başlayardı, o vaxtlar bura mənə yerin altındakı sorğu-sual otağı qədər qaçılması mümkünsüz olan məkan kimi gəlirdi, o məni otağına çağırardı və mən gözucu anama baxardım. Nə etmişəm mən? Məndən nə istəyir? Anamın üzündə acıqlı bir ifadə yaranardı, heç bir fikrim yoxdur, amma qapı onun gözləri önündə bağlanırdı və atamın zindan açarlarının boğuq cingiltisini yalnız mən eşidərdim, daha sonra isə atam ciddi və ağır şəkildə nə demək istəyirdisə deyərdi, sözlərimdən məmnun deyildi, geyindiyim paltarlardan, son vaxtlar məqsədsizcəsinə dostluq etdiyim qrupdan, oxuduğum kitablardan razı deyildi. Anam ona hər şeyi işarələrlə başa salmışdı, sanki onların danışma üsulu belə idi, həmişə fikrini ona bu tərzdə çatdırardı, anam indidən sevgilimin olduğunu ona demişdi və atam daha sonralar peşman olmamağım üçün məni öncədən xəbərdar etmişdi.
– Anan mənə sənin Amnonla ayrılmaq niyətində olduğunu eyham vurdu, – dedi və sözünü deyərək susdu. Səs tonu son dərəcə yüksək və qəzəbli idi, sanki qarşısında oturan, bir tək mən deyiləm, onun tək qızı deyil, üsyankar qadınlardan ibarət izdiham, onun dincliyini pozan və sanki hər cür vasitəyə əl ataraq susdurmaq məcburiyyətində olduğu inqilabçı kütləvi hərəkat idi.
–Bu qəti qərarınızdır? – sərt və yüksək tonla soruşur, bu sualın cavabının yox olacağına və bu görüşü tez-tələsik başa vurub öz işlərinə davam edəcəyinə ümid edir. Zəif bir səslə danışmağa başlayıram:
– Bir neçə ay ayrı yaşamağı yoxlamaq istədik.
– Səbəbini öyrənə bilərəm, yoxsa özəl mövzudur? Özəl sözünü deyəndə yalın ayaqlarını əsəbi halda yelləməyə başladı və mən: – biz əslində, sadəcə, bir -birimizə uyğun deyilik, – deyirəm, – birlikdə xoşbəxt deyilik, bu səbəbdən ayrılmağı düşündük. O an sanki Amnon yanımda idi və dediklərimi təsdiqləyirdi, buna görə cəm şəklində danışmağım işimi asanlaşdırırdı. Daha bir -birimizin gözünün içinə baxmırıq, – deyərək davam edirəm, atamın yanında olarkən hər zaman etdiyim kimi, “danışıq tərzin pozulub, son zamanlar nə oxuyursan?” deməməsi üçün düzgün cümlələr qurmağa çalışıram. Daha sonra susuram, bu dialoqda üç cümlədən artığını istifadə etmək fikrində deyiləm, çünki bu dialoq deyil, bizim aramızda heç bir zaman dialoq olmadı, susaraq ayağını yelləməsinə baxıram, az sonra dizimə, təsadüfən olmuş kimi, hərəkət qabiliyyətimi azaltmaq və planlarımı məhv etmək üçün sərt və yaxşı hədəf alınmış bir zərbə dəyəcək.
– Bilirsən ki, mən heç vaxt sənin şəxsi məsələlərinə qarışmadım, – soyuq səslə deyir, lakin bu dəfə bu məsələyə qarışmağı özümə borc bilirəm, çünki burada məsələ sən və Amnon deyil, səhv edən iki yetişkin insandan söhbət getmir, bu səhvin əziyyətini çəkən balaca bir uşaq var.
Bu uşaq gələcəkdə borcluya dönəcək, – deyərək dərs verməyə davam edir, – borcu ödənilməyəcək bir borcdur, çox keçmədən borclular gələr, Ella, mənim bəhs etdiyim ruhən borclu olanlardı, onlar siz düşündüyünüzdən daha təhlükəlidirlər, nə demək istədiyimi başa düşürsən?
– Ata, bu məsələni çox böyüdürsən, zaman dəyişib, indi boşanmalar insanları belə rahatsız etmir, valideynləri boşanmış bir neçə uşaq tanıyıram, heç bir problemləri yoxdur, bir anaları və bir ataları var. Bir uşaq üçün ən vacibi valideynlərinin xoşbəxt olmasıdır, ayrı və xoşbəxt olmaları, birlikdə olub bədbəxt olmalarından daha yaxşıdır. Lakin o, sanki absurd bir etiraz irəli sürmüşəmmiş kimi dediklərimi inkar edəcək bir əl hərəkəti edir, bunlar indiki zamanın boş sözləridi, günümüz insanları heyvanlar kimi tələskən edib, tamamilə instinktlə hərəkət edirlər və instikdən daha təhlükəli nəsə yoxdur, sən gənc olanda bunu sənə izah etmişdim. Necə ki, bir maşının əyləci var, insanın da öz əyləcinə ehtiyacı var, əyləcsiz maşın harasa çırpılıb paramparça olur və insan üçün də eyni hal gözlənilir, sənə deyirəm, təhdid edərək barmağını qaldırır, oğlunu tanıyıram, o başqa uşaqlar kimi deyil, həssas və zəif, səni xəbərdar edirəm, bu söhbəti bağlamasan bir fəlakət olacaq.
– Sən nədən danışırsan, necə bir fəlakət ola bilər ki, bir az çətinlik çəkəcək, sonra bu çətinlik keçəcək, hər kəsin çətin anları olur, uşaqlar boşanmadan daha ağır problemləri ötürə bilirlər.
Yenə səsini yüksəldir, sanki damarlarından qan donmuşcasına dodaqları gömgöy olur.
– Qulaq as, Ella, sənin fəlakət yaşayacağın dəqiqdir, xoşbəxt olacağın isə sual altındadır, çünki kim sənə Amnonsuz xoşbəxt olacağına əmin edə bilər, onunla evlənmədən öncə xoşbəxt olduğun yadıma gəlmir, mənə qulaq as, səndən, sadəcə, sözlərimi yaxşı düşünməyini ciddiyə almağını xahiş edirəm. Amnon bu gün səndən ayrılandan sonra yanıma gəldi, ayrılma planının sənə aid olduğunu dedi, hər şeyin sənə bağlı olduğunu eyham vurdu, bu səbəbdən sənə bir məsləhətim var, Ella, Amnon bunu qəbul etməyə razı oldu, bu çıxış yolu tam mənada bir anlaşmadı, bu uşağı dünyaya gətirdiyiniz üçün əsla ayrılmayacağınıza bir -birinizə söz verməlisiniz. Dünyaya uşaq gətirmək böyük öhdəçilikdir və bu öhdəçilik hər şeydən daha çoxdur, iki insan bir araya gələrək valideyn olubsa, o andan etibarən birlikdə yaşamaq məcburiyyətindədirlər, görəcəksən, bu anlaşmanı yerinə yetirdiyiniz andan hər şey daha asan olacaq, başqa seçiminizin olmadığını biləndən sonra problemlərinizi rahat şəkildə həll edə biləcəksiniz. Sənə qüsursuz xoşbəxtliyi seçməyi təklif edirəm, Ella, sənin axtardığın dəyişiklik budur, çünki çətinliklər hər yerdə sənin qarşına çıxacaq, həyatın özü çətindir, yeni bir ailə qurmaq çox çətindir, mən təhlükəli seçimlərdən səni uzaqlaşdıraraq işini asanlaşdırmağa çalışıram, nəticədə sən hər yerdə özünü sübut etmək və mübarizə aparmaq məcburiyyətində qalacaqsan, övladının atası olaraq seçdiyin insanla birlikdə mübarizə aparmağın, əlbəttə, daha yaxşıdır.
Ata, bəsdir, başa düşmürsən, kobudca davranışı, özünü bəyənməyi qarşısında uşaqlıqda olduğu kimi qulaqlarımı tuturam, Amnonla birlikdə qala bilmərəm, bizim aramızda hər şey bitib, hansı anlaşmadan danışırsan, biz ayrılırıq, evlənmirik, təhqiredici əl hərəkəti ilə məni susdurur, baxışları soyuqdur, qulaq as, Ella, sən düşündüyündən daha yaxşı tanıyıram səni, iki ildən bir depressyona girirsən, bu günə qədər bu sənin problemin idi və mən müdaxilə etmirdim, amma indi bu problem Giliyə də aiddir. Sən başa düşmürsən, Gili sizin ayrılığınızı qəbul edə bilməyəcək, buna dayana bilməyəcək, bununla yaşaya bilməyəcək.
Yaşamayacaq, deyə pıçıldayıram, sən nə dediyinin fərqindəsən? Başqa seçimim yoxdur, səninlə açıq danışacam, Ella, sən xoşbəxtlik axtarışındasan, amma sənin tək xoşbəxtliyin qurmuş olduğun ailəndir, sənin hisslərini heçə saydığımı düşünmə, Allah eləməsin, əgər səni döyən ərin olsaydı, onunla ayrılmağı sənə məsləhət görərdim, hər cürə dəstək olardım sənə, lakin mən Amnonu tanıyıram, nə cürə problemlərinizin olduğunu təxmin edə bilirəm. Bu ərköyünlük, səsini yüksəldir, bu, sadəcə, sizin nəslinizin dayanılmaz ərköyünlüyü və sən bunun hesabını vermək məcburiyyətində qalacaqsan, sənə nə demək istədiyimi başa düşürsən, yoxsa daha açıq danışım?
Gecdir, Gilini məktəbdən götürməliyəm, deyərək onun sözünü kəsirəm və birdən-birə ayaqlarım əsməyə başlayır, sanki divarlar üzərimə gəlir, toz basmış kitabların altında qalacağım hissi yaranır, bu gün onun kitablarının arasına, qalın daş divarların altına basdrılacağam, bəs onda uşağı məktəbdən kim götürəcək? Çox adi bir iş birdən-birə vacib bir vəzifəyə çevrildi, sanki uşağı bir fəlakət olmadan vaxtında məktəbdən götürməliyəm, qapıya tərəf addımlayıram və o ardımca gəlir:
“Sadəcə, mənə söz ver ki, dediklərimi yaxşı düşünəcəksən”. Dəhlizə açılan qapını açarkən qapı əyilərək qulağını qapıya dirəyən anamın başına dəyir, səndən nə istədi, deyə qorxaraq pıçıldayır, mənə qayğı göstərir və mən orada bir dəqiqə belə qala bilməyəcəyimi deyirəm, sonra danışarıq, Anna, indi mən təcili olaraq məktəbə getməliyəm.
Qaçmaqda gecikmiş və azadlıqdan həzz alma qabiliyyətini çoxdan itirmiş bir məhkum kimi ümidsiz şəkildə evlərinin nərdivanlarından aşağı enirəm, qızmar günəşin altında tutacaq qızıb əlimi yanıdırır, amma mən onu buraxmıram və pillə-pillə aşağı enirəm, son pillədə dayanıb yerə çökürəm, qollarımı dizlərimə dolayıram, içimdə bir qorxu böyüyür, fəlakət düşüncəsinin yaratdığı hiss elə realdır ki, sanki atam dodaqları göyərərək təhdid edəndə o fəlakət baş verdi, sən dəqiq fəlakət yaşayacaqsan və xoşbəxtliyin sual altındadır, başımı titrəyən dizlərimə qoyuram və günün işığı gözlərimin önündə sönmüş kimi təsəvvür yaranır, üzərimə matəm çökür.
Səkidə gurultu ilə bir taksi dayanır, güclə ayağa dururam. Boşsunuz, deyə taksiçidən soruşuram və o məni bura çağırıblar, çağıran siz idiniz? Xeyir, amma mənə bir yaxşılıq edin və məni şəhərin mərkəzinə aparın, çox uzaq deyil və o bir dəqiqə gözləyin, yolumun üstündə olub olmadığını öyrənim, deyir və həmin an tünd rəngli kostyumda, səliqəli daranmış, ağ saçlı bir adam cəld addımlarla yaxınlaşır, görəsən şortunu çıxarıb öz ağır havasına yenidən bürünərkən necə tələsdi, söhbətimizi tam vaxtında sonlandırmağı necə də bacardı, mən isə bunu mən etdim deyə düşünürdüm, onu gözləyən taksiyə əyləşir və sanki adını unutduğu ya da heç bir zaman bilmədiyi tələbələrindən biriyəmmiş kimi mənə əyləşməyi işarə edir, tamamilə yad biri ilə taksiyə minərdim, amma səninlə minmərəm, ata, sən mənə nə dedin? O bunu qəbul etməyəcək, bununla yaşaya bilməyəcək, dedin, sanki söhbət köhnə zamanların köhnə xalqlarının, Hititlərin, Babillərin, Şumerlərin, Akadların, yer üzündə məhv olmuş bütün imperiyaların taleyimiş kimi, dedin, amma burada söhbət yalnız altı yaşında balaca bir uşaqdan gedir, velosiped sürmeyi bacarmayan, ayaqqabılarının bağını bağlamaqda əziyyət çəkən, qaranlıqdan qorxan bir uşaqdan.
Evi yanan bir qadın kimi küçədə qaçır, ətrafdakılara rahatsızlıq verirəm, yanımdan keçib gedənlərin ürəyinə qorxu salıram, sanki gizli bir xəbər, yaxınlaşan hücum, bir zəlzələ xəbərini eşitmişəm və bu xəbər məni belə hərəkətə gətirib. Şübhə dolu gözlərlə ətrafa baxıram, küçələrdə qaçarkən sanki tək deyiləm, çünki həmin an atamın lənəti də küçəni bürüyür və mən qaçaraq onunla yarışıram, ona qalib gəlməliyəm, çünki orada məni altı yaşında, saçlarının kəsdirməməkdə dirənən, gün işıqlarının gözlərinə düşməsinə nifrət edən, valideynləri dünən ayrılmış balaca bir uşaq gözləyir.
Məktəbin gurultusu dəniz dalğası kimi açıq pəncərələrdən çölə vurur, yüzlərcə uşaq balaca stullarda oturublar, əllərində də rəngli qələmlər, onlardan biri mənim övladımdır və mən onu mütləq görməliyəm, əsas qapıya tərəf gedirəm və onu itələyərək açmağa çalışıram, amma qapı bağlıdır, gözlərimə inanmıram, qapıda böyük bir kilid var və bir lövhə asılıb, lövhənin üzərində pozulmuş yazı var: gözətçi nəzarətdədir, xahiş olunur sa… Son hərflər qədim yazılar kimi silinmişdi, heç kim sözü tamamlayaraq özünə əziyyət vermək istəmir, yəqin ki yüz il sonra tədqiqatçılar alınlarını qırışdıraraq olduqca fərqli fikirlər söyləyəcəklər. Üstündə nə yazıldığı bilinməyən yaşıl rəngli qapı mənim oğlumu qorumaq üçün yox, əksinə, onu məndən ayırmaq üçün orada dayanıb, ona düşmən kimi baxıram, vurmadan öncə düşmanı silkələyən kimi silkələyirəm qapını, başqa yolum yoxdur, ona qalib gəlməliyəm, gözətçinin uzun səyahəti bitənə qədər gözləməyəcəm, ətrafıma baxıram, heç kimin baxmadığına əmin oluram və qapının barmaqlarından bərk yapışaraq yuxarıya doğru dırmanıram.
Qapının üstünə çıxmaq təəccübləndirici dərəcədə asandır, sanki güclü bir əl məni saçlarımdan tutub yuxarıya doğru çəkir və artıq yuxarıdayam, amma anidən əhvalım pozulur, çünki aşağı gənc bir qız dayanıb, saçları sarı və qıvırcıq, mənə təəccüblə baxır, ona fikir vermədən ayağımı qapının üzərindən aşırıram, amma orada, Gili tərəfdə ayağımı qoymağa yer yoxdur, ora çox hündür və düzdür, heç bir çıxıntı yoxdur, nə edəcəyimi bilmirəm, aramızda əlavə inşa edilmiş bir əngəl var, oğlum. İzləyicim olmasaydı, bu gənc qız aşağıda tərpənmədən dayanmasaydı, eynən lövhədə yazıldığı kimi belə səbrli olmasaydı, böyük ehtimal geri dönərdim, amma hələki yerimdə qalmağı seçirəm, sanki əyləncəli olsun deyə, baxımsız qalmış bir həyətə baxırmışammış kimi məktəbin bağını seyr edirəm, hətta ağır addımlarla qapı yaxınlaşan gözətçini də görürəm, o öz işini görür, çünki nə də olsa yüzlərcə uşağın təhlükəsizliyi ona əmanət edilib, məni səhv başa düşməyib və öz silahı ilə təhtid etməməsi üçün ona səmimi şəkildə əl edirəm.
Məni qapının üzərində görməsi onun rahat gəzintisini yarıda kəsir, yellənən qarnı ilə qaçaraq mənə doğru gəlir, siz ağlınızı itirmisiniz, kəkələyərək bağırır, səbr edə bilmirsiniz, orada yazılanı gözünüz görmür? Qapının barmaqlıqlarından bərk yapışıram, həqiqətən, təəssüf edirəm, mən çox tələsirəm, evdə körpə uşağı tək qoymuşam, böyük oğlumu götürməliyəm, amma görürəm ki bu çarəsiz bəhanə onu daha da əsəbləşdirir, bir körpəni də evdə tək qoymaq olar, deyərək deyinir, buradakı hər kəs ağlını itirib, mənim səhvim ucbatından bütün valideynləri mühakimə edir, bu ümumi etinasızlığın cəzası olaraq, məni burada, yerlə göy arasında, hər kəsə rəzil etmək üçün məni burada saxlayacaq kimi görünür. Başını yelləyərək kilidi yavaş və diqqətlə açaraq gənc qızın içəri keçməsinə icazə verir, gənc qız da səbr etməyin mükafatı bu imiş kimi başını dik tutaraq içəri keçir və mən yuxarı necə çıxmışamsa eləcə də düşməyə çalışıram. Ayağımla yoxlayaraq qapının dəstəyini tapıram və ayağımı onun üzərinə qoyanda ayağım sürüşdü və düz asfaltın üzərinə, uşaq arabasının yanına yıxıldım.
Əzilsəm də bunu ona bəlli etməyəcəm, güclə ayağa qalxıb üst-başımı təmizləyirəm, sanki başından bəri belə bir adlayışı planlamışam, sadəcə, buna görə qapıya çıxmışammış kimi gözətçiyə səmimi halda gülümsəyirəm, zərifliklə hərəkət etməyə çalışıram, ağrını inkar etsəm keçəcək, ən önəmlisi artıq içəridəyəm və Gilini xilas edəcəm, sinifə aparan nərdivanları çətinliklə çıxıram, yenə o gənc qız, qəzəblənirəm. O, burada nə gəzir, onunla bir daha qarşılaşmayacağıma ümid edirdim. Yaxından o qədər də gənc görünmür, yuxarıdan göründüyü qədər də balaca görünmür, o, gənc qız deyil, anadır, buna görə onu görmək məcburiyyətindəyəm, maraqla mənə baxır və baxışı ilə mənə bağlı olan qapını göstərir, hələ dərsləri bitməyib.
Amma bu gün bağlı qapıların məni saxlamayacağını sübut etdim, qətiyyətlə qapını itələyərək açdım, onlarla göz mənə tərəf çevrildi. Onun payız yarpaqlarının rəngində olan gözlərini sehirbaz papağının altından dərhal görürəm, ayağa qalxır, sürətlə mənə tərəf qaçır və mən o qollarımın arasında olanda rahat nəfəs alıram, o yaxşıdır, ona heç nə olmayıb, pişik kimi burnumu sürtərək onu qoxlayıram, uşaq tərinin qoxusu kakaolu fındıq kreminin çörəyə yaxılmış qoxusu ilə, yapışqan və qum, əyləncə və həsrət qoxusu ilə və mənim sevgimin qoxusu ilə qarışır.
Gilinin anası, bir dəqiqə, bizim dərsimiz hələ bitməyib, müəllimə xoşbəxtliyimizi pozur, üzr istəmək məcburiyyətində olduğumu bilirəm, həyacanla yeni bir bəhanə, üzə çıxmayacaq bir yalan tapmağa çalışıram. Biz bu gün, həqiqətən, çox tələsirik, ailə daxili bir məsələ, amma müəllimə razılaşmır, yarım saat daha gözləməlisiniz, dərsin ortasıdır, yerinə dön, Gili, amma o mənə bərk sarılaraq ağlayır, evə getmək istəyirəm, yerimə dönmək istəmirəm və mən onu sakitləşdirməyə çalışıram: – Hər şey yaxşıdır, Gili, qapının arxasında səni gözləyəcəm, bu uzun çəkməyəcək, – və anidən səhvimin böyüklüyünü başa düşürəm, onu uşaqların önündə alçaldmağa məcbur idimmi? Utanaraq müəllimə baxıram, sürətli və qərarlı addımlarla yanımıza gəlib onu qollarımdan çəkir, Gili boynunu bükərək, lağlağı mövsuzuna çevrilən ağlamasına görə utanıb sıxılaraq yerinə doğru gedərkən sehirbaz papağı başından düşür.
Eyni tərzdə geri çəkilib sürətlə sinifdən çıxır və az qala qıvırcıq saçlı qadının qollarına atılıram, sanki izləyicilərini fərqli nömrələrlə təəccübləndirən bir sirk heyvanıyammış kimi ağzı açıq halda mənə baxır, üzündəki təəccüb kəlmələrə çevrilir, başqa seçimim yoxdur, ondan öncə bu anlaşılmamazlığı düzəltməliyəm. Ona gülümsəyirəm, həmişə belə etmirəm, bu gün olduqca xüsusi bir gündür, o irişir, bəhanə gətirmək məcburiyyətində deyilsiniz, evdə körpəsi olanın itirəcək bir dəqiqəsi belə yoxdur, səsi boğuq, siqaret çəkməkdən qısılmış və mən kəkələyirəm, qulaq asın, əslində, bu doğru deyil, irişməyi bitirib yüksək səslə gülməyə başlayır, açıqlama etmənizə ehtiyac yoxdur, başa düşürəm, evdə körpəniz yoxdur və onun gülməsi mənə də keçir, bu çox asan olur, incə bədənimə tez nəzər yetirir, təzəlikcə dünyaya uşaq gətirmiş kimi görünmürsünüz.
Həyatım boyu əsla bir körpəni evdə tək qoymamışam, buna inana bilərsiniz, sadəcə, gözətçini sakitləşdirmək üçün tez bir bəhanə uydurmalı idim, deyirəm, və o mənə baxarkən hisslərimi başa düşür, onun cəsarət verən baxışına minnətdarlıqla sığınıram, sanki ehtiyacım olan elə bu idi, tanımadığım bir qadının məni başa düşməsi kimi. Çölə çıxıb çəmənlikdə oturaq? Yarım saatımız var hələ, başını yelləyərək razılaşır, yaxşı olar deyərək yanımca nərdivanları çıxırıq, birlikdə addımlayırıq və onun varlığı məni rahatladır.
Yüngülcə hıqqanaraq qarşısından keçərkən gözətçinin şübhəli baxışı məni izləyir, özümü elə aparıram ki, sanki onu görmürəm, hər gün bu günahlandırıcı baxışları görməmək üçün ona yeni iş tapmasını arzu edirəm, yanımdakı qadın onu gülər üzlə salamlayır, nəzakəti ilə məni qoruyur, köhnə parkın önündə dayanırıq. Əvvəllər hava çox isti olanda Gili ilə bura gələrdik, ayaq yalın suvarma kanallarında gəzməyi və oyuncaqlarını üzürməyi sevərdi, amma daha kanallarda su yoxdur, yağışsız keçən qış, suyu qənaətlə işlətməyə vadar edirdi. Kölgəli bir yer tapıb çəmənliyə uzanırıq, ayağım ağrımağa başlayır, amma ciddiyə almıram, qadının yanında uzanıram və sən kimin anasısa deyə soruşuram və o dəqiqə kədərlənərək əlavə edirəm ki, əslində mən sinifdəki uşaqların heç birini tanımıram, heç oğlum da əməlli tanımır.
Yotam bura dostları ilə birliktə orta məktəbdən gəldi, mənim adım Mikal, çantasından bir paket siqaret çıxardır, siqareti tutan dodaqları qəflətən gülümsəməyə başlayır, dəhşətli mənzərə idi, sən yuxarıda, qapının üstündə, çox yüksək bir ağaca çıxmış pişik kimi idin, gülərək əllərini bir birinə çırpır, mənə baxır və mən gülməyənə qədər baxışını məndən çəkmirdin. Həqiqətən, vəziyyət bu qədər gülməli idi, görəsən, son vaxtlarda bundan gülməli nə iləsə rastlaşmadımi? Mənim belə alçalmağım onu əyləndirirdi. Sanki onun evinin qapısına çıxmışam və kilidi qırmağa çalışan biri kimi bəhanəmi təkrar dilə gətirirəm. Oğlumu görmək məcburiyyətində idim, qəribə səsləndiyini bilirəm, amma başqa seçimim yox idi, içəri keçmək üçün hər şeyi etməyə hazır idim və o yan gözlə mənə baxır, gözləri bizi əhatə edən və bütün yay boyunca sulanmayan solğun çəmənlər rəngindədir, bir az öncəki gülüşü hələ də dodaqlarındadır və mən susuram, onun bir az sonra soruşacağı sual barədə düşünürəm, özüm indidən cavab hazırlayıram, nə qədər dərinliyə gedəcəyimi düşünürəm və o an ona hər şeyi danışmaq qərarına gəlirəm. Hər şeyi, bu gün səhər olanları, atamın lənətini və hətta ondan nə fikirləşdiyini də soruşmaq istəyirəm, boşanmanın, həqiqətən, uşaqları ölüdürən çarəsiz bir xəstəlik olub -olmadığını soruşmaq istəyirəm, lakin o məni təəccübləndirərək heç nə soruşmur, arxası üstə uzanıb, saçları başının ətrafında yelpək kimi açılıb, mavi kətan köynəyi səmanın rəngini əks etdirir. Ona göstərmiş olduğum əyləncəli tamaşadan sonra qısa müddətlik yatmaq istəyi yaranıbmış kimi görünür, vermiş olduğum açıqlamalarla maraqlanmır və mən düşmən kimi onun hərəkətlərini seyr edirəm, sözlərimə qulaq asıb-asmadığı bəlli deyil və onu orada, böyük bir məşğuliyyət içində olan qarışqaların qaynadığı, biçilmiş solğun yaşıl çəmənliyin üzərində gözlərini yummağa məcbur edən çox nəzakətli olmağıdır yoxsa hər şeylə maraqlanmayan biri olmasıdırmı, o da bəlli deyil. Qarışqalar uzun bir sürü şəklində bizə tərəf gəlirlər, sanki arasında çörək qırıntıları varmış kimi onun saçlarına yaxınlaşırlar və mən onu xəbərdar etmirəm, qarışqaların necə yaxınlaşdığını gözucu seyr edirəm, yenə də alt geyiminin içində qarışqalar var, anam paltar səbətindən alt geyimlərimi əsəbi halda dartıb çıxaranda və üzərində qarışqaların qaynadığı, az qala qaraya dönmüş alt geyimini havaya qaldırıb yelləyərək demişdi: – bir tək sənin alt paltarlarına gəlirlər, sanki bu mənim günahımdır, -təəccüb içində dəfələrcə deyinmişdi.
İndi gözləri bağlı olduğu üçün onu tam olaraq müşahidə edə bilirəm, kənarından bağlanan qara ətəyi solğun ayaqlarını açıqda qoyub, hərəkətsiz olan bədəninin digər üzvləri kimi baldırları da çox qüsursuz görünür, zərif halda alnında olan biləyində bilərziyə bənzəyən qızıl saat var, barmağına qalın nikah üzüyü taxılıb, öz əlimə baxıram, hardasa on il ərzində bir üzüyün olduğu yerdə indi sadəcə ağ dəri ləkəsi var. Yatığı yerdən cəld duraraq, ayağın deyir, təbbi buna ayaq demək olarsa, günəşin altında unudulmuş, rəngini dəyişmiş bir xəmir yığını kimi görünür.
Pis yıxıldın, – deyir, nəhayət, dodaqlarındakı gülümsəmə itir, – ayağının rentgenini çıxartmalısan, əlləri ilə yumşaq hərəkətlərlə ayaq biləyimin üzərində gəzdirərək sümüyün vəziyyətini yoxlayır, – məncə, sınmayıb, amma burxulmuş kimi görünür, evə gedən kimi soyuq kompres edərsən və mən təəccüblə soruşuram: – Nə, sən həkimsən? – Yox, həkim deyiləm, – saatına baxaraq cəld ayağa qalxır, -bax, vaxtından əvvəl gəlmişdik, indi isə geçikdik, mən ayağa qalmax istəyəndə, burada qal, ayağa durma, mən sənə oğlunu gətirərəm, – deyir.
Amma o səni tanımır, – deyərək etiraz edirəm, -səninlə gəlməz və o, mənə güvən deyir, narahat olma, o məndən uzaqlaşdıqdan sonra yadıma düşür ki, oğlumun kim olduğunu ona heç deməmişdim, bəlkə mənə başqa uşaq gətirəcək və bəlkə də mən bu yalnışlığın fərqinə varmayacam, bəlkə o uşağı Gilini sevdiyim kimi sevəcəm və Gilini başqa biri, bu yalnışlığı anlamayan bir ana götürəcək, bəlkə də bu onun xilasıdır, atasını tərk etməyən bir ana, ailəni dağıtmayan bir ana.
Bu köhnə parkda tək qaldım, mən və qarğalar və günəşin altında qovrularaq ətrafa kəskin bir çürük qoxusu yayan zibillər, sadəcə, uzaqda, əsas küçənin yanında bir qrup əsgər yerə uzanıb, çəmənliyin rəngi uniformalarını gizlədir, əsgərlər zeytun ağaclarının altında hərəkətsiz yatıblar, qarğalar aralarında təkəbbürlə gəzişirlər, qaya çıxıntılarının üzərində atılıb-düşərək təhditkar şəkildə qışqırıqlar yayırlar ətrafa, sanki bir– birilərinə pis xəbər verirlər, eynilə ilk insana, oğlu Habilin öldürüldüyünü xəbər verən qarğa kimi. Sanki qarğaların planetinə düşmüşəm, onların qanunlarına əməl etmək məcburiyyətindəyəm, amma qarğalar ən sadiq quşlardır, ömür boyu yoldaşlarına bağlı olurlar, bu səbəbdən Qədim Misirlilər tərəfindən heroqlif yazılarında evliliyin rəmzi olaraq seçilmişdilər və mən indi onların qanunlarını pozuram.
Mənə tərəf iki balaca kloun kimi atılıb-düşən uşaq gəlir, onlar çox əyləncəlidirlər, əllərində yarısından çoxu ərimiş, qəribə rəngli, qarpızlı dondurma var, bir dəqiqə ərzində onu tanımaqda çətinlik çəkirəm, təəccüblənirəm çünki onun yanında buruq saçlı oğlan görəcəyimi təsəvvür edirdim amma bu oğlanın saçları düz və qara idi, gözləri qara baxışları isə ciddi idi, mənim Gilimdən bir az balaca və zəif, buna baxmayaraq qəribə şəkildə ona oxşayır, Gili onun yanında sevinc içində atılıb-düşür, artıq göz yaşlarından əsər-əlamət yoxdur, sanki əziyyət çəkib qazanmışcasına o möhtəşəm dondurmasını mənə göstərir, xüsusilə də yeni tanış olmuş dostu ilə qürur duyur.
Qadın əlindəki yükü, iki çiyin çantasını, bir sehirbaz papağını, bir sehirbaz çubuğunu və bir plaşı yanıma qoyaraq bayaq uzandığı kimi yerə uzanır, ona gülümsəyərək təşəkkürümü bildirirəm, bir birinizə heç oxşamırsınız deyərək düşüncəmi dilə gətirirəm və o, oğlunu incəliyərək ona baxır, elədir, o atasına oxşayır. Müəllim sabah günortadan sonra birlikdə Şabatı qarşılayacağımızı sənə deməmi istədi, deyir və mən istəksizcə qulaq asıram, sabah? Axı niyə, bunun nəyi yaxşıdır? Mənə təəccüblə baxır, məktəbin ilk günləri necə olur bilirsən, müəllimlər valideynləri tanımaq istəyirlər, bu pis bir şey deyil, hirslə deyinirəm, hal-hazırda bu mənə uyğun deyil, mən gəlməyi fikirləşmirəm.
Ayağına görə? Yox, səbəb ayağım deyil, deyirəm və yenə onun sual verəcəyini gözləyirəm və o yenə susur, bəlkə də sənin üçün pis deyil, deyə hirslə düşünürəm, ərin və oğlunla birlikdə ora gedərsiniz və axşam da evə dönüb şam yeməyi yeyərsiniz, amma mən Amnonun yanında oturub normal bir ailən rolunu oynamağı və ikiüzlü insanlarla Şabat mahnıları oxumağımı düşünərkən belə halım pisləşir. Bir müddət əvvələ qədər bu çox normal və nəfəs almaq qədər asan bir şey idi, təəccüblə özümdən soruşuram, bəlkə bu sadəcə, başlanğıcdır, bəlkə də boşanmış insanların həyatlarında hər gün bir sıra maneələr yaranır, çox bəsit bir problemləri necə həll edəcəklərini bilmirlər? Qərarımı verirəm, onunla birlikdə Amnon gedəcək, mən gəzməkdə çətinlik çəkirəm və təkrar onun yanına uzanıram, balaca itlər kimi boş kanalların üstündən tullanan uşaqlarımızı seyr edirəm, külək Gilinin gülüşünü mənə gətirir, onun kəskin və sevinc dolu gülüşü ürəyimə xoş bir rahatlıq verir. Niyə bu qədər qorxdum axı, heç bir fəlakət olmayacaq, hər kəs boşanır və boşandı ya da boşanacaq, bəlkə burada yanımda uzanan qadın da yeni həyatının planını qurur, heç kimin səni qorxutmasına icazə vermə, o yaxşıdır, onun bir anası var, onun bir atası var, onun bir dostu var, onun bir dondurması var. Bir uşağın bundan artıq nəyə ehtiyacı olar ki?
Ayağa qalxıram, getməliyəm, vaxt keçdikcə bu qadın daha qoca görünür, gözlərimin önündə gənc bir qızdan qadına çevrildi, ən birinci oğlunun olması məni təəccübləndirdi indi isə günəş üzünə düşdükcə dərisi sallanır və mən onun belə balaca oğlu olduğuna heyrətlənirəm. Yotam, Mayanı baletdən götürməliyik, deyə qışqırır, Yotan narazı görünüş alaraq bizə tərəf gəlir, amma, ana, mən buranı sevdim və o, başqa vaxt yenə gələrik, deyir, indi isə getməliyik, Maya bizi gözləyir.
Biz də indi gedirik, deyirəm o mənə tərəf dönür, yeriyə biləcəksən? Sapsarı əlini mənə uzadır və mən ondan tutaraq güclə ayağa qalxıram, yerimək birdən-birə çox çətin bir işə çevrilir: – sizi evinizə apararam, – deyə təklif edir, – harada yaşayırsınız? -Evimiz bura uzaq deyil, – deyirəm və maşına tərəf gedərkən onun qoluna söykənirəm.
Arxa oturacaqdan Gilinin: – Ana, atam evdədir? deyə soruşduğunu eşidirəm, mən uyğun bir cavab düşünən zaman qadın məndən əvvəl cavab verir, sualı verən onun oğlu imiş, mənimki deyil, səsləri belə bir -birinə oxşayır. – Yox, evdə deyil, atan axşam gələcək, – mən Gilinin pıçıldadığını eşidirəm, – mənə de görüm atan sizin evdə yatır? Yotam təəcüblənir, hə, əgər işlə bağlı çağırılmırsa ya da ölkə kənarında deyilsə bizim evdə yaşayır və Gili sirli bir səslə pıçıldamağa davam edir, mənim atam gecə soyuducuda yatdı və soyuducu elə səs edib ki, o yata bilməyib. Sən nə danışırsan, Gili, güclə gülərək müdaxilə edirəm, boş-boş danışma, atanın nə dediyini düz başa düşməmisən, amma o mənə qulaq asmır və əlavə edir, anan və atan mübahisə etmədikləri üçün şanslısan, bəzən edirlər, bəzən isə yox, Yotam deyir, bunun nə əhəmiyyəti var ki, bütün ana və atalar mübahisə edirlər və Gili, amma mənimkilər həmişə mübahisə edirlər, – deyir.
Nə gözəl, gəlib çatdıq, deyirəm, amma hələ küçənin girişindəyik və qarşıda getməli olacağımız uzun yol var, tez ol gəl, onlar tələsir, Gilini tələsməyə məcbur edirəm. Çox sağ ol, Mikal, bu gün məni xilas etdin, həqiqətən, və o mənə baxaraq:
– səni evinə qədər apara bilərdim, – deyir.
– Yox, gərək yoxdur, ev yaxındadır, biz gedərik, – deyirəm və güclə axsayaraq uzaqlaşıram.
– Anam axsayır, anam axsayır, – deyərək ətrafımda tullanıb-düşür, qara plaşı ilə yarasa kimi qanad açır və mən ona əmr edirəm, əlini mənə ver, Gili, yeriməkdə çətinlik çəkirəm, amma o mənə kömək etmək üçün heç məmnun deyil, və nəhayət, əlini mənə uzadır, lakin o an sanki bütün ağırlığı əlin-dəymiş kimi məni dartaraq səkiyə doğru çəkir.
Ağrı, eynilə bir kilsənin zəngləri kimi ağır və kəskin zərbələrlər ayağıma vurur və mən onu qorxuyla dinləyirəm, diqqətimi özünə elə çəkir ki, bu günə qədər olanlar və bundan sonra olacaqlar arasında, mənim bu vaxta qədər nə olduğum və qısa müddətdən sonra da nə olacağım arasında hər an bir az daha da yüksələn bir divar inşa edir, bir ailəsi, güvənli ailəsi olan sözdə evli bir qadın və əri olmayan, evi olmayan, hal-hazırda heç bir şeyi olmayan, boşanmış, uşaqlı bir qadın arasında bir divar, amma “bəlkə” bir gün bu qadın hər şeyə sahib olacaq və uzun bir yoxluqdan sonra bu şübhəli “bəlkə” getdikcə böyüyəcək və mənə elə gəlir ki, bu hər kədəri unutdura bilər. Gilinin sevinclə yastıqlardan düzəltdiyi dağa ayağımı qoyub divanda uzanarkən, bunların yeni həyatımı kədərli, eyni anda da sevincli doğum sancıları olduğu hissinə qapılıram. Yeni həyat, hələ ki, onu tanımıram, amma yenə də onu qucaqlayaraq bağrıma basmağım üçün yeni doğmuş körpə kimi ağlayaraq məni çağırır.
Ana, qapı dirəyini hədəf al, – deyərək yalvarır,– qol vuracağına söz verdin, iki divarın arasındakı görünməyən bir futbol dirəyinin önündə yüngülcə əyilərək dayanıb, mən isə inildəyirəm:
– Gili, bəlkə sabah, gördün axı ayaqda güclə dayanıram, necə oynaya bilərəm axı?
Amma o, israr edir:
– Yox, sabah istəmirəm, bu gün, mənim canım sıxılır, getdikcə üzü qızarır, birazdan ağlamaq ifadəsini alacaq, onu sakitləşdirməyə çalışıram:
– Gəl başqa nəsə oynayaq, domino ya da Monopol, – mən günün menyusunu sayan bir ofisiant kimi oyunları sayarkən onun göz yaşlarına hiyləgər bir gülüş qarışır və etiraf edir:
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?