Электронная библиотека » Allahverdi Eminov » » онлайн чтение - страница 4

Текст книги "Payıza qədər"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Allahverdi Eminov


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +


SEKSUAL İNSTİNKT

Biz seksual məsələlərlə əlaqədar söhbətimizi başqa şəkildə davam etdiririk. Aidiyyatı ədəbiyyatlarda da çoxdandır bu haqda (seksual instinkti) söhbət gedir. Xüsusilə, maraqlı fikirlər mövcuddur. Bu terminə başqa yönümdən yanaşılır; hətta seksual ehtirası cinsi orqanlardan öncə yaddaşla, təxəyyüllə, qulaqla və s. bağlayırlar.

Bəllidir ki, şərti və şərtsiz reflekslər vardır və bu təlimin məşhurluğu bir yana-birinci və ikinci erotik stimul da diqqət mərkəzindədir. Belə ki, birinci seksual ehtirası mexaniki yaradır, bir növ çağırır və bu, insanın biliyindən, təcrübəsindən asılı olmur. Məhz birinci–cinsi orqanı daha xoş erotik vəziyyətə gətirir. İkinci erotik stimulu tezqavrama, baxış, yaddaş və s. vasitəsilə yaradır və bu, daha artıq fərdi təcrübənin, insanın hazırlığının nəticəsidir. Əlbəttə, hər iki keyfiyyət, cəhət genişdir, rəngarəngdir. Qeyd edək ki, ikinci stimul bəsitdir və birinci əsasında inkişaf edir, amma güclü təsir göstərir onun qavranılmasına.

Bu mülahizələri əyani görmək və duymaq üçün 2 qadın üzərində müşahidə aparaq. Birinci qadın gözəgəlimlidir, kip bədənlidir və yaxşı da geyimlidir. İkinci qadın da gözəllikdən küsməmişdir; bədəni biçimlidir, lakin çılpaqdır. Təxmini eksperiment aparılır: hər ikisini müşahidə eləyən iki qrup kişilər öz təəssüratlarını bir-birlərindən xəbərsiz yazırlar. Birinci qrupun ümumi qənaəti belədir:

1) Paltarlı qadın daha çox erotik təsir bağışladı. Onunla hətta geyimli halda cinsi əlaqəyə girmək həvəsi oyandı. 2) Çılpaq qadın da xoş təsir oyadır, erotiklik dərhal əmələ gəlirsə bu, keçicidir; bir neçə dəqiqə, 10-15 dəqiqə ona diqqətlə nəzər yetirəndə erotik əhval çəkilir, elə bil əvvəllər “kəşv” etmisən.

İkinci qrup da təxminən eyni həmfikirdədir, onların təəsüratı bu cürdür:

1) Paltarlı qadınla uzun vaxt keçirmək mümkündür, yəni onda erotik hiss oyatmaq ola bilsin dərhal alınmasın, ancaq bu, tədricən baş tutar və dərhal İntim oyunda olarsan.

2) Çılpaq qadın zahirən adamın gözünə tez “soxulur” və dərhal da özündə şəhvət hissinin oyandığını duyursan. Amma qadın erotik hiss yaratmaqda acizdir. Beləliklə, birinci seksual vəziyyət çılpaq qadın üçün xarakterikdir, erotik hiss mexanikidir və şübhəsiz, kişi təcrübəsindən asılıdır. İkinci seksual vəziyyət paltarlı qadın üçün səciyyəvidir, gözəgəlimlilik (baxışda, yaddaşda və s.) aparıcı impuls verir. Buradan da belə bir qənaətə gəlsək necə? İnsan əcdadı məhz lüt-üryan şəklindən paltara təkcə ona görə keçməyibdir ki, soyuqdan qorunsun (həya-abır sonralar qazanılıb), şəhvət hissi adiləşərdi və qadına qarşı soyuqluq xəstəliyi yaranardı.

Emosional əhvalın seksual instinktivdə rolu şəksizdir və bunu sosial və psixoloji mənimsəmə kontekstində götürmək lazımdır. Lakin seksual vəziyyət o vaxt əmələ gəlir ki, emosional iztirab (yaşanma), həyəcan xalis seksual əhvalın mənimsənilməsinə xidmət eləsin. Bunu deməkdə mütəxəsislərin söykəncəyi odur ki, bu prosesdə 2 dərəcə əsas rol oynayır: Seksual həyəcan və onun qiymətləndirilməsi (İ.S.Kon). Qadın cinsi akt prosesində seksuallığı mənimsəmirsə (və ya qiymətləndirmirsə) və kişi partnyoruna qarşı kobuddursa, erotik vəziyyət sıfır dərəcəyə çatır (söhbət orqazmın fiziki başa çatmasından getmir), əksinə, incəlik, oxşama seksual həyəcanın-hissin mənimsənilməsini şərtləndirir. İnsanın fizioloji reaksiyası cinsi konstitusiyadan asılıdır, erotikliyi yalnız seksual kontekstdə başa düşməliyik. Bunu amerikan seksoloqları Conson Qenyuon və Uilyam Saymon işləmişlər. Aşağıdakı qanunauyğunluq belədir:

1. Hər bir insan erotik fantaziyaya malikdir.

2. Real davranış planına malikdir və fantaziyadan asılı olaraq az-çox dərəcədə duyur, hiss edir.

3. Bələdləmədir ki, partnyoru ilə qarşılıqlı əlaqə meydana gəlir.

4. İnsan yaddaşını qoruyur, nisbi dərəcədə tam və ardıcıl keçmiş cinsi vərdişlərini toplayır.

Beləliklə, seksual instinktivlikdə erotik vəziyyət mühüm amildir; ona görə ki, erotika hər hansı bir işarəni, rəmzi hiss etmək və eyni zamanda öz fantaziyası ilə bu prosesi yaratmaq qabiliyyətidir; insanın xüsusi keyfiyyətidir və yalnız ona da məxsusdur (İ.S.Kon).

Şəxsiyyətin erotik təxəyyülü real seksual davranışından daha rəngarəngdir.

Bütün bunlar İnsanı elmə çəkir və bəlkə də instinktiv vərdişin yolunu cəmləşdirir; bir də elmi mülahizə, fikir asanlıqla qavranılmır. Bir həqiqət mövcuddur ki, insan seksual mühitinə yad qalmamalıdır. Hər bir şəxs yaxşı olardı ki, özünün seksual həyatının tarixini qələmə alsın. Əvvəlcə davranışını, sonra yuxusunu və fantaziyasını, nə haqda fikirləşib, hansı obraz cuşa, ehtirasa gətirib onu. Marağını, əyləncəsini və əksinə! Bunlara bir daha sərbəst, ayıq nəzər o deməkdir: İnsan özünə kənardan baxar, keçirdiyi hisslərini dərk edər və güman ki, qarşısına çıxan problemlərin həlli yolunu tapar. Şübhəsiz təxəyyülün güclü təkanı və seksual davranışının sferası bəzən psixi seksual tarazlığın pozulmasına da gətirib çıxarır. Və bu, o deməkdir insan özünün seksual ssenarisini idarəetmədə çətinlik çəkir. Amma səadət və təntənə də, kədər və iztirab da insanın özündən asılıdır. Gəlin, onun məhəbbət işığına güvənək.

`

SEKSUALLIQ. MƏHƏBBƏT

Insan seksual ssenari ilə həyat sürür. Bu, o deməkdir, kişi və qadın seksual həyata qədəm qoyduqda onu iki məsələ düşündürür: Cinsi yaxınlıq və uşaq dünyaya gətirmək. Və bu iki sosial-mənəvi mənbə bir-birini tamamlayır və şərtləndirir. Maraqlı orasıdır ki, şəhvət hissindən uşaq yaranır və doğulur. Təsadüfi deyildir yalnız bir dəfə cinsi aktdan sonra da qadın hamilə olur və ən istedadlı, ləyaqətli insan dünyaya gəlir. Nədənsə bir qrup fikir belədir ki, seksual hisslə məhəbbət hissi ayrı-ayrı şeylərdir; biri şəhvətdən, ehtirasdan başlanan yoldur, digəri ülvilikdən, səmimilikdən, nəsə naməlum bir şeydən süzülüb gələn bəladır, nemətdir. Mən bu mülahizə ilə heç vaxt razılaşmıram; ona görə ki, bir qədər irəli getsəm, əgər kişi sırf sosioloji ölçüdə qadınla yaxınlıq eləyirsə, burada da məhəbbət hissi yox deyildir. Bu hiss olmasa kişinin şəhvani hissi oyanmaz!

Sağ olsunlar mütəxəsislər ki, məhəbbətin təsnifatını verməyə çalışmışlar və bu bölgüyə diqqət yetirsək məhəbbətin insanın varlığından: şüurundan, əsəblərindən, davranışından… gəlmə bir şey olduğuna şübhəmiz qalmaz. K.Xendrik və onun əməkdaşları məhəbbəti üsluba (stilə) bölmüşlər:

1. Həyəcandır, vurulmadır, fiziki görkəmə cəhd etmədir.

2. Hedonik məhəbbətdir –oyundur.

3. Sakit, hərarətli və dostluğa ümidlidir.

4. İkinci və üçüncü tipin qarışığıdır, mühakiməlidir, şüurun nəzarətinə dərhal keçmədir.

5. Birinci və ikinci tipin qarışığıdır: irrasional səciyyəlidir, tipik inamsızlıqdır və subyektin həvəsindən, şövqündən asılıdır.

6. Məhəbbət-özünü fəda eləməkdir, birinci və üçüncü tipin sintezidir.

Belə bir bölgü şübhəsiz nisbidir; çünki məhəbbətin diaqnozunu yalnız Vurulanlar, Məcnunlar verə bilər: onlar da ürəklərində rişə atmış hissin sirrini açmaqda uşaqdan da acizdir. Belə olmasa idi Məcnun onun hüzuruna gələn və özünü Məcnuna təslim eləməyə hazır olan Leyliyə “Get, get, sən Leyli deyilsən” sözləriylə anlaşılmaz bir şeyə qapıldığını deməzdi.

Burada bir maraqlı məsələ də ortaya çıxır. Lap Məcnun olsun: əgər o Leyliylə qovuşsaydı, onunla seksual həyata qədəm qoysaydı-həmin Məhəbbət bakirliyini qoruyardımı? Mən birbaşa deyərdim: Yalnız bakirliyini qoruyardı! Ona görə ki, ən nəhayətdə Leyliylə yaxınlıq meylindən doğan hiss ötəri deyildisə-öz gücünü, qüdrətini saxlayardı.

Amma bir incəlik var ki, Leyli də, Məcnun da cinsi akt prosesində cisimlərini bir-birinə qurban vermək hissinin təsirini yaşayacaqdılar və şəhvətin son həddi gözlənilmədən ötüb keçəcəkdi. Amma onlarda bu, bütün ömürləri boyu davam eləyə bilməyəcəkdi; səbəbini filosoflar, psixoloqlar, bioloqlar daha yaxşı açarlar.

Seksual vəziyyət kişi və qadının məhəbbətinə (Məcnunlu, Leylili məhəbbətə toxunmayaq) ciddi təsir göstərə bilir. Burada iki əxlaqi-etik norma vardır. Birisi qadının yaşadığı, tərbiyə aldığı mühitlə, münasibətlərlə bağlıdır. O qadın ən gənc yaşından ömrünün 70-80 yaşına kimi ərsiz qalır və bu haqda düşünmək belə istəmir. Bunun da səbəbləri vardır. O biri qadında cinsi yaxınlığa meylin vərdişi və tələbidir ki, seksual vəziyyət yox olanda, kişiyə məhəbbəti (istəyi!) tədricən azalır və özü üçün ya açıq, ya da gizli seksual mühit yaradır.

Gəlin, kəsə yolu seçək və seksual vəziyyətə səbəb amilləri qeyd edək.

1. Cinsi qabiliyyət, cinsi iqtidardır. Elmi ədəbiyyatda “seksual potensiya” adlanır. Və bu, 2 cəhətdən əhəmiyyətlidir. Birinci o mənanı verir təxminən ki: seksual şövq həvəsdir, seksual qabiliyyət və reaksiyadır. İkinci məna ona yaxınlaşır ki: müəyyən funksiyanın yerinə yetirilməsidir.

Seksual potensiya, hər şeydən əvvəl, kişinin qadınla cinsi akt prosesini sürətləndirir, onun orqanizminin sağlamlığını təmin edir və özünün də, qadınında orqazmının baş tutmasına nail olur. Belə bir qabiliyyət ən dahiyanə əsərdən, kəşfdən heç də az əhəmiyyətli deyil. Və o dahi kəşflərin, əsərlərin müəllifləri də kişi olublar. Seksual potensiya ilə seksual həvəs, şövq bir-birini tamamlayan və bir-birini inkar eləməyən aktdır. Həm də bu iki məsələni eyniləşdirmək də olmazdı. Seksual potensiya seksual reaksiya qabiliyyətini yaradır ümumilikdə və bu prosesdə seksual şövq, həvəs öz növbəsində cinsi iqtidarı oyadır, daxili ehtirası büruzə verir. Beləliklə, hər iki aktın qarışığında cinsi yaxınlıq baş tutur və erotik hal orqazmı təmin etmiş olur.

Bir qrup kişidə seksual potensiya qenital seksual reaksiya ilə əlaqəlidir. Lakin seksoloqlar dəqiq müəyyənləşdirməkdə çətinlik çəkirlər ki: buna səbəb–morfofizioloji, kişiylə qadının orqanizmindəki fərqlərdir, yoxsa psixi və seksual amillərin təsiridir? Belə bir qanunauyğunluq kişi və qadından asılıdır, hansı ki, seksual potensiya əsasən qadında güclü olur. Əlbəttə, istisnalar olmaq şərtiylə… Qadın və kişinin cinsi akt prosesində – seksual potensiyanın effektivliyində: seksual davranış və seksual hiss xüsusi rol oynayır. Bu qabiliyyət partnyorların həzz almasını şərtləndirir. Seksual potensiyanın normal keçməsində sosial və mənəvi atmosferin də xidməti vardır. Ətraf mikromühit kişidə, yaxud qadında inkar yaradırsa, hədsiz iş və ailə qayğıları axıb gəlirsə və bunun qarşısı lazımınca alınmırsa, seksual potensiyaya mənfi təsir göstərir. Eləcə də havanın pis keçməsinin orqanizmdə mənfi qıcıqlandırıcı oyatması təbii şəkildə potensiyaya imkan vermir. Xüsusilə, qadının (ərli) kişiylə yersiz (lap yerli) mübahisəsi, o vaxt ki, kişi cinsi yaxınlaşmaya həvəslidir – harmoniyanı pozur…

Seksual potensiyanın, yaxud fəallığın aşağı düşməsi yaşla da sıx bağlıdır və özünün bioloji səbəbləri vardır. Yaşlı kişidə ereksiya çətin baş tutur və o, imkanlarını ölçüb biçməyəndə daha pis vəziyyətdə qalır. Lakin bir cəhəti qeyd edək ki, həmin yaşlı kişinin qəlb sirdaşı onu anlayırsa, onun erogen zonasına laqeyd qalmamalıdır…

Yaşla bağlı maraqlı araşdırmalar, sorğular aparılmışdır vaxtilə ABŞ-da (1955-1957; 1959-1961 və 1964) 60 yaşdan yuxarı kişi və qadında tədqiqatçılar seksual fəallığın 4 tipini nəzərə almışlar.

1) Seksual fəallıq bütün vaxtlarda olmur;

2) Azalır;

3) Qorunur;

4) İnkişaf edir (artır).

İ.S.Konun təqdim etdiyi cədvəldə bu mənzərə belədir (faizlə).


Seksual fəallıq

Qadınlar

Kişilər

Bütün seçmələr


Olmur

74

27

48


Azalır

10

31

21


Qorunur

10

32

17


İnkişaf edir (artır)

6

20

14


Buna səbəb cinsi konstitusiya və fərdi şərti-fizioloji ritm götürülür.

Seksual səviyyənin aşağı düşməsi subaylarda, uşağı olanlarda evli və uşaqlı kişilərə nisbətən daha çox müşahidə olunur. Bəllidir ki, ərli qadın-kişi özünün sərbəst, istəkli məişət şəraiti, habelə öz qadını ilə münasib cinsi akt prosesini keçirməsi və s. şərtlər müqabilində təmin olunurlar. Subay kişi isə hər bir qadını psixoloji-əxlaqi yönümdən öyrənməlidir və ola bilsin ki, qadına təqdim elədiyi cinsi yanaşma üslubuna nail olmasın. Yaxud, digər problemlərlə üzləşsin. Bunlar bu gün nəzərə alınmalıdır.

Seksual potensiyada – evlənən kişi və qadının cinsi həyatın təmin olunmasında zahiri görkəmin, bir-birinə simpatiya bəsləməyin – “dominant vəziyyətin” rolu böyükdür. İ.S.Qolodanın şəhadətinə görə, bu vəziyyət aşağıdakı cədvəldə əksini tapmışdır:


Həzzalma

Ər-arvadların sayı

Simpatiya %


Mütləq

Nisbi

Praktik məhrum olanlar


Yüksək dərəcədə həzz alanlar

147

71,4

25,0

3,6


Həzz alanlar

175

41,4

50,0

8,6


Həzz almayanlar

79

15,2

36,7

48,1


II. Seksual coşqunluq. Maraqlıdır ki, seksual coşqunluq da təxminən iki məna daşıyır. Birisi orqazmın reaksiyası kateqoriyası kimi qiymətləndirilir və cinsi akta hazırlayır, daxili çılğınlığı büruzə verir. Orqazmın sürətlə başa çatmasını təmin edir, beləliklə, qadının seksual təminatına ilkin zəmanət verir. Seksual təcrübəli kişi orqazmın xeyli davam etməsinə nail olur. Elə hallar da mövcuddur ki, coşqunluq şəhvət hissini oyatmaqda acizdir. Bəzi yaşlı kişidə seksual coşqunluq özünü göstərərsə, seksual potensiya alınır və orqazmın xeyli davam etməsi prosesi əmələ gəlir. Buna nail olan kişiyə qadın laqeyd qalmır və o, prosesin fəal iştirakçısından birinə çevrilir. Cavan qızlar belə kişilərə daha çox meyllilik göstərirlər. Bu həm də əxlaqi baxımdan gözlənilir. Cavan qızlardan heç kəs şübhələnmir və cinsi akt prosesi də onu tam qane eləyir…

Kişidə seksual coşqunluq mütəmadi vəziyyətdə spermaaxıtma ilə nəticələnir, baxmayaraq cinsi yaxınlıqsız baş tutur və şüurlu mənimsəmə, qəbuletmə xarici seksual qıcıqlandırıcı kimi çıxış edir.

Seksual coşqunluq müəyyən məqamlarda qadına nisbətən kişidə yüksəkdir. Bu qərara ona görə gəlinir ki, kişi qadının zahiri görkəmindən dərhal coşqun hiss keçirir və özünün İdeal fantaziyasını hörür. Ehtiras torunun ipək sapı gözəl qadını əhatə eləyir və son anda hətta onunla cinsi əlaqəsini sanki yaşayır (anonizm də bu zaman özünü diqtə eləyir), eləcə də filmə, parnoqrafik şəklə baxanda. Qadında hərçənd, kişinin zahir effekti qıcıqlandırıcı impuls rolunu oynayırsa, bu, hələ onun seksual coşqunluğa gəlməsini şərtləndirmir…

Təsadüfi deyil ki, kişidə orqazm qadına nisbətən tez baş tutur. Burada bir cəhəti qarışdırmamalıyıq: Kişidə ümumi halda bu, tez yetişir, lakin cinsi aktda qadın ola bilsin orqazmını kişidən tez qurtarsın. Yenə də burada partnyorların münasibətindən çox şey asılıdır.

Coşqunluq kişi və qadın üçün o mənada əvəzsiz nemətdir ki, seksual mikromühitin daşıyıcısıdır; qadın önündə Şahlıqdır. Lakin insani münasibətlərdə, əxlaqi davranış normalarının idarə olunmasında coşqunluq qiymətsiz, gərəksiz bir şeydir. Yersiz coşqunluq münasibətlərdəki səmimiyyəti korlayır və insanın özünün sağlamlığına pis təsir eləyir. İş işdən keçəndən sonra, hansı ki, sınan qəlbi, sarsılan iradəni qaytarmaq müşkülə çevrilir… Seksual mikromühitin şövqünü, ilğım həvəsini qoruyaq, bərpa eləyək.

II. Seksual ehtiras. Adətən, hər iki anlayışın oxşarlığına az da olsa inanırıq və zahirən belədir. Lakin ümumi kontekstdə götürüləndə bu, 3 məna ifadə eləyir. Buna qədər deyək ki, seksual ehtiras seksual hazırlığı özündə ehtiva eləyir və xarici situasiyadan asılıdır. Və eyni zamanda seksual stimulu şərtləndirir. Belə ki, “ümumi” autoerotikheteroerotik ola bilir. Bu, onun birinci mənasıdır. Seksual ehtiras konkret şəkildə interpersonal aspektdədir və məlum partnyorla əlaqədardır; konkret olaraq həmin partnyora seksual reaksiya məqsədiylə istiqamətləndirilir. Beləliklə, bu prosesdə o, seksual tələbat kimi özünü göstərir. Bu, onun ikinci mənasıdır.

Seksual ehtiras interperional kontekstdən asılıdır və burada xarici vəziyyət təsəvvür yaradır. Zəngin təxəyyüllü şəxs üçün belə bir tip cinsi həzzi yüksək səviyyəyə çatdırır. Bu, onun üçüncü mənasıdır.

Seksual ehtirasda daxili həyəcan, hiss də rol oynayır. Daxili faktor, daxili gərginlikdən, cinsi coşqunluqdan əmələ gəlir.

Seksual mühit böyük dəyərli sosial-mənəvi prosesin atributudur və bu məsələyə ötəri, nisbi hiss kimi yanaşılmamalıdır. Bu prosesin arxasında məhəbbət hissi dayanırsa, ehtiyac varmı onları bir-birindən ayıraq, yaxud onları ehtirasın, coşqunluğun ayaqları altına ataq?

Ehtiyac varmı, oxucum?..

ÜÇÜNCÜ SÖHBƏT

QABİLİYYƏTLƏR, POZALAR…

Mən söhbətimə nöqtə qoymaq istəyəndə əzab çəkməli oldum, gözlərimdə ağ-sarı işığın alovu söndü. Və fikrimdən daşındım. Ürəyimdən keçdi ki, İnsanın (qadın və kişinin) İntim aləmdə yaşaması nə qəribə imiş! Bir axşamın kövrək və intimli ab-havasında: Kişi sevimli Afətini ağuşunda əzizləyəndə, onun dodaqlarından damcılayan şirəni çəkəndə, pırtdaşıq saçlarında yuyunanda… bir sərt axşamın soyuğunda isə kimsə gözlərini tavana zilləyib xatirələriylə əlləşir. Cavanlığını qocalığına vermiş pələngsayağı, uzanıb gedən ceyran sürüsünə həsrətlə boylanır. Zərif ceyranlar su içməyə gedir. Və haradasa cavan, yaxud qüvvətli pələng üçün hədəfə çevrilir.

Biz söhbətimizdə heç bir elmi-psixoloji mənbələrə, sitatlara əsaslanmadıq. Bunu özümüz istəmədik. Ona görə ki, bəzən hər gün müşahidə elədiyimiz faktların həqiqiliyini bir yana qoyuruq və başlayırıq dəlilə, kiminsə nəticəsinə inanmağa! Tərəfdarı deyiləm bunun. Bir halda tale insana romantik ovqat və tale qisməti bağışlayıb, ehtiyac varmı istəmədən elmin əsirinə çevrilməyə?!

O da bəllidir ki, yeni cəmiyyətimiz insan taleyi ilə az oyuna başlamadı. Nə ağlına düşdüsə… İnsanın ömrünə bağladı, çürüməyən ipək kəndirsayağı. Necə ki, kişi-qadın münasibətlərindəki İntim münasibətlərin faciəsi. Necə olur ki, Dünyaya uşaq, insan gətirən Kişi və Qadın öz hisslərini gizlədir?

Necə haqdandır ki, lap bir idarədə, bir sahədə bir qadının (yaxud kişinin) kişidən (yaxud qadından) xoşu gəlir və onlar intim-seksual əlaqədə olmaq məqamını qazanırlar, amma qadağanlar ortaya çıxır.

Allahın önündə belə pak sayılan kişi və qadın münasibətlərinin qadağaları. Nə üçün kişi və qadın Dünyanın əvəzsiz və yeganə Zövq payından məhrumluğuna yalandan and içməlidir?! Heç cürə anışdırmaq olmur ki, insanın vücudunu və mənəviyyatını tarıma çəkən, son dərəcə ilğım toxdaqlıq bəxş eləyən ifadəsi qeyri-mümkün bir şeyin (adı yoxdur bu şeyin) yoxluğunun təsdiqinə çalışmışıq.

Seksual mühiti isə nə tibb-fiziologiya elmi, nə də psixologiya-sosiologiya müşahidələri və rəqəmləri saymışdır! Qəribədir, Dünyanın ən dahi adamları, Şahları, Sənətkarları, Milyarderləri bütün varidatından–seksual münasibət naminə əl çəkmişlər və əsla heyfsilənməmişlər!

Bəs XXI əsrlər nə üçün heyfslənməlidir? Amma boşluqda qalan bir həqiqəti burada xatırlatmaq fikrindən vaz keçmədim. İntim münasibətlərə qədər Qadın təbiəti rəngbərəng olduğu üçün–istər-istəməz İntim oyunda müxtəliflik əmələ gəlir. Yəni Qadın Kişiyə baxışıyla bağlı intim oyuna münasibəti dəyişir. Bunu Qadınların ehtiras kateqoriyasına görə qruplaşdırmaq qərarına gəldik.

Ehtiras xüsusiyyətinə görə bu məxluqlar fərqlənirlər. Və onlarda bu qabiliyyət fitridir, anadangəlmədir. Amma belə qabiliyyəti yaşayan kişilər çox vaxt ağzının qaytanını saxlamaqda çətinlik çəkirlər.

Haşiyəyə çıxım ki, sadaladığım xüsusiyyətlər üçün qadınlar inciməməlidir, ona görə ki, əgər belə müşahidələr ümumiləşdirilməsəydi, Qadın vücuduna bəxş olunmuş qabiliyyətlər ömürlük gizli qalardı. Və insan heyvanların qarşısında özünü borclu sanardı.

Qadınların ehtiras kateqoriyasını – bu hələ tam İntim oyuna daxil deyil – aşağıdakılara (bunu qabiliyyətlə əvəz eləyirəm) ayrılır.

Birinci qabiliyyətə estetik yönümlü qadınlar aiddir. Onları əsasən nə maraqlandırır:

Həyat onlar üçün gözəllik mənbəyidir və bu gözəllikdə qadın geri qalmamalıdır. Təbiətin harmoniyasında yuyunmalıdılar onlar. Belə qadınlar ən əvvəl, bədənlərinin harmoniyasından başlayırlar. Onun ayaqları, boyunun qısalığı, yaxud uzunluğu müqabilində olmalıdır. Topuqları təzə yağışdan sonra çıxmış göbələk biçimində və rəngində olmalıdır. Kapron corabın içərisində bu cür topuqlar kölgəyə bürünür. Amma topuq qəhvəyi-qara rəngə çalanda baldırların gözəgəlimliyinə xələl gətirir. Sonra onlar baldırların yoğunluğuna və nazikliyinə diqqət yetirirlər. Yuxarıdan aşağıya qədər mütənasiblik itməməlidir. Xüsusilə, orta oynaqdan üzüaşağıya. Eləsi olur, yuxarı hissəsi qaydasındadır, amma belə yoğunluq oynaqdan üzüaşağı kəskin halda nazikləşir. Və belə qadınlar estetik yönümdən yandırıcı impuls oyatmır. Bədən quruluşu dartınır, göbək hissəsi gümüş zəncir kimi burulur. Belinin ortası bir növ kəsilir. Bunun azarkeşləri var, təbiidir; çünki kişi ortadan beli sıxanda ehtiras üzüaşağı süzülür və onda intim oyuna güclü meyl yaranır. Üzüyuxarı isə bütün ehtiras ağrılarını özünə çəkir. Və qadının vücudu titrəməyə başlayır. Həm də belin incəliyi qadının intim oyununda çox gərəklidir; o, kişiylə göz-gözə bədənini əziyyət çəkmədən oynadır. Və bütün ilğım ehtiras onun incə belini küt bıçaq kimi kəsir.

“Küt bıçaq” anlayışı ola bilsin, qadınlarda etiraz doğursun. Hər halda bu hissləri yaşayan onlardır. Amma İntim oyun zamanı qadının bədəni mütləq ağrımalıdı və kişi özünün hakimiyyətini təlqin eləyəndə onlar ani ötüb-keçən ağrını xoşlamır.

Bir qadının söhbətindən: Bu, əsla sirr ola bilməz; biz qadınlar özümüzü sevdiyimiz kişilərlə İntim oyun zamanı tapırıq. Əgər hər hansı qadın bu oyuna hazır deyilsə o, güman ki xəstədir. Kişinin təması qadını ilan gözüsayağı özünə çəkməlidir. Və buna o, hazır olmalıdır. Mən bədəncə sağlamam, baldırlarım xoşagələndir, belim incədir. İlk görüşlərimdə bunun fərqinə varmamışdım. Bəlkə bu da kişiylə ilkin intim oyunlarımdan asılı idi. Birdən gözlənilməz məqam baş verdi; kişi özündən asılı olmadan şok halını keçirirdi və özünü saxlamağı bacarmırdı, inildəyirdi (Bu, kişinin uzun vaxt qadınla intim oyuna girməməsiydi – A.E.). Belimi qucaqladı, bərk-bərk sıxdı. Bu xoş hal anlarımda elə bildim içərimdəki artıq sudu, qandı… çəkib çıxarırlar. Əlinin belimdən qəfil qopması zamanı mən hiss elədim ki, müvazinətimi saxlayan belimə dolanan əliymiş. Lakin intim oyunda ən optimalı və qadının varlığı ilə özünü duyması –kişinin nazik belimi qucmasıdır…

–o-

Qadın təəssüratından sonra İntim oyunun prosesi haqqında Y.P.Prokopenkonun qeydlərindən və ümumən, məlum faktlardan: İntim oyun nə qədər çəkməlidir? – sualından başlayaq. Vahid normativ yoxdur, amma ki proses uzansa pis olmaz. Lakin bu şərtidir, əsas odur ki, qadın coşqunluğu təmin edilsin və orqazm ya kişidən əvvəl, ya da eyni vaxtda başa çatsın. Təəssüf ki, uzun illərin birgə həyatında koitus vaxtı, bu moment bir növ “gizli” qalır. İntim oyunun vaxtını süni artırmaq da yaramaz. Adətən, birinci halda qadın orqazmın baş tutmasına nail ola bilmir; hissi coşqunluğun zəifliyindən, ikinci halda kişi qadının hissi coşqunluğunu tam təmin edir.

Əgər qadın orqazmı aşılamayıbsa özündə, Partnyor ereksiyanın baş tutması üçün nəvaziş göstərməli və qadını cuşa gətirməlidir. Bu da baş tutmazsa, həkimə müraciət olunmalıdır.

Estetik biçimli qadının sinəsinin qabarıqlığı, döşlərinin şiş qayasayağı irəli çıxması böyük nemətdir. Bu cür qadını, əsasən, zahiri cəhətdən kişinin geyimi maraqlandırır. Hətta qadının bədəni uçunur və belə dəqiqələrdə o, xəyalən həmin kişini soyundurmaq belə istəmir, əks halda o kişi nəzərindən düşə bilər.

Gənc, ərə getməyən qız xüsusilə kişiylə əylənəndə geyimdə olmağı daha çox xoşlayır. Ayaqüstə öpüşsünlər. Və bu zaman daxili güc üstünlük təşkil eləyir.

İkinci qabiliyyətə malik qadını kişinin fiziki sağlamlığı daha çox özünə çəkir. Beləsini zahiri görkəm bir o qədər maraqlandırmır. Boyu qaydasında olsun, enli kürəyi, bir az da kobud sifəti… qadını intim oyuna sövq-təbii cəlb eləyir. Buna təsadüfi baxmamalıyıq. Və bir sıra cəhətlərlə (bəlkə də zövqlə bağlıdır) qiymətləndirilməlidir. O qadın ki, onun intim oyuna meyli güclüdür və xəyalən (əgər ilk dəfə bu cür kişilərlə görüşəcəksə) canlandırır, kövrək əsəbi hal keçirir.

Bir qadının söyləməsindən: Belə suala cavab verməyəcəyəm, hər halda üzbəüz kişiylə belə söhbət çətindir. Onun üçün yazılı qeydlərimi çatdıra bilərəm. Oxuyuruq: “Mən bir qadın vücuduyla özümdən gileylənmirəm. Kişilər qibtə eləyir mənə. Düzü, ərliyəm və ərimlə münasibətimlə əlaqədar sirrim yalnız özüm üçündür. Amma ürəyimdə fiziki cəhətdən sağlam kişiylə əlaqəyə girmək meyli yarandı. Meyl sadə həqiqətdən başladı: Avtobusda tək oturmuşdum. Dayanacağın hansındasa boylu-buxunlu 30-35 yaşlarında bir adam yanımda əyləşdi. Qüvvətli nəfəsi, əllərinin iriliyi, kürəyi və sairə diqqətimdə qaldı. İş elə gətirdi tez düşəsi oldu, avtobusun sol tərəfindən səkiyə çıxdı. Yerişini də gördüm. O gündən fikrimdə belə bir kişini arzuladım, obrazını yaratdım”.

Mən məktubun ardını yazmağı lazım görmədim, hər halda qadındır, bu sətirləri oxuyanda özünü görər və bəlkə də özünü təhqir olunmuş hesab eləyər. Biz kişilər qadınların sirrini saxlamağı bacarmalıyıq.

Fiziki görünmə meyilli qadını ilk anda özünə çəkən onun İntim oyunun oyadacağı hissin dərinliyidir. Qadın kişinin sağlam vücuduna özünü təslim eləyəndə hər şeyi unudur və bütün varlığını oyuna “qurban” verir. Sanki acından heyrətlənən (qəzəblənməyən!) pələng artıq onun ixtiyarına keçən zərif “ovunu” –ceyranı elə həvəslə yeyəcək ki!.. Ceyran isə yorulub, bu dəqiqələrində istəyir onu yalnız pələng həzm eləsin.

Fiziki-sağlam kişi öz növbəsində zərif qadını İntim oyuna çağıranda ən əvvəl, onu başdan-ayağa qədər süzür, bədəninin mütənasibliyinə diqqət eləyir. İntim oyuna qədər isə kişi əylənməyi xoşlamır. Bunun başlıca səbəbi onun gücünə, ehtirasına arxayınlığıdır. O, mütləq boşalma istəyir. Əksinə, qadın xoşlayır ki, onunla əylənsin, məzələnsin. Xüsusilə, onun dizi üstündə otursun, qollarını boynuna, belinə keçirsin və sairə. Belə dəqiqələrdə qadın fiziki yüngüllüyü müqabilində qüvvətə-gücə təslim olmaq istəyir.

Bu gedişdə hər iki tərəf mülki paltarda olmayanda, vəziyyət-psixi-mikromühit dəyişir.

Məncə belə olur: Qadını maraqlandıran kişi təmasıdır. O, arzuladığı vəziyyətə sevinir və özlüyündə keçirdiyi hisslərin axarına qoşulur. Kişi isə titrək vücuda hakim olmasından vəcdə gəlir və təmkinlidirsə, əylənməyə çalışır. Bu anlarda kişi istəyir ki, onu qadın öpsün, özü də sinəsini: O isə qadının döş buğumundan… Bir neçə dəqiqə əllə döşlərə toxunmağa ehtiyac yoxdur. Qadın hələ özünə “qayıtmır”, o hələ bir az da gözləməli olur. Amma kişi sərt dodaqlarıyla öpməməlidir; diliylə döş buğumundakı bakir havanı islatmalıdı. Elə bil sübhdən jaləsiylə darıxan çiçək ləçəyidir. Və sən bu jaləyə dodaqlarını toxundurmaq istəyirsən. Əgər bu an çox sürməzsə, qadın süstlük məcrasından çıxmır. O, özünü İntim oyuna hazırlamaqda çətinlik çəkir. Kişi, nəhayət sol döşün (bu prosesdə ehtiras qadının sol tərəfinə axır) giləsini ağzına almalıdır. O, nübar çiyələk qoxusu və dadını verir (amma döşün giləsi bakir olsun!). Kişi o qədər zövq almır, nə qədər qadın üçün çətin keçir bu. Bədəni dərhal uçunur, ayaqları titrəyir. İstəyir yerə qoysun dabanlarını, amma bu, mümkün olmadığı üçün bütün ağırlığını, əslində şıltaqlığını kişinin üstünə səpələyir.

A.M.Svyadoş müşahidələri bu cür təsvir edir: əsasən qadın arxası üstə uzanır, geniş mövqedə, kişiylə üzbəüz vəziyyət alınır (Kişi üstdə olur). Bu, partnyorların bir-birini görməsinə imkan yaradır. Və həm də qarşılıqlı bir-birini əzizləməyə. Qadının ayaqları kişinin belinə hər iki tərəfdən yapışmalıdır, sinəsi kişinin döşünə toxunmalıdır. Bu mövqe o vaxt effektlidir qadının cinsi üzvü penisin tam yerləşməsinə imkan verir və maxvermənin ritmi gedişində penis klitora sürətlə toxunur, təzyiqi çoxaldır. Bir şərtlə ki, qadının çanağı yastıqda olmalıdır. (Bu vəziyyət qadının cinsi üzvü xəstə olanda, yaxud hamiləlik hiss ediləndə olmamalıdır).

Qadının ayaqları prosesin bütün vaxtında kişinin bel hissəsinə yapışmamalıdır; o, müəyyən anlarda ayaqlarını yerə qoymalı, dizi qatlanmış halda, amma çanağı döşəkdə qalmalıdır; o vaxtadək klitor coşqunluğu artırır və orqazm başa çatır.

Qadının klitorunda hiss-coşqunluq güclüdürsə, əksinə, dərindədirsə, coşqunluq zəifdirsə, onun ayaqları kişinin belinə yapışmalı və çanaq hissəsiylə max ritmini təmin etməlidir. Cinsi akt prosesindən sonra qadın 10-15 dəqiqə arxası üstə qalmalıdır və kişinin sinəsi 2-3 santimetr aralı olmalıdır.

Qadın çox yox, 3-4 dəqiqədən sonra əsəbi (şıltaqsayağı) sağ döşünün giləsini öpməyi tələb edir. Bu zaman onun bədəni titrəyir, gözlərində aydın işıq kölgəyə bələnir. İradəli kişi qadının gözlərinə baxmalıdır. Əlləri kişinin çiyinlərində taqətsiz hala düşür. İradəli qadın da kişinin gözlərindən yan keçməməlidir; o, bu gözlərin işığında ovuna həsrət vəhşi baxışlarla üzləşir. Yaxşı olardı bu zaman qadın kişinin yalnız bədəninə nəzər yetirsin.

Qadın bir az geri çəkilir, dizə yaxınlaşır. Aralarında məsafə qalır və hər şeyi görə bilir. Bu zaman qadının dərhal İntim oyuna girməsi məsləhət bilinmir. Ona görə ki, o, çətinlik çəkmədən boşalacaqdır. Və sonra suda zəhərlənmiş balıq kimi üzə can atacaqdır. Qadın təxminən 5-6 dəqiqə baxmalıdır, içərisindəki seksioloji immuniteti müvəqqəti boğmalıdır. Və yavaş-yavaş hiss eləyəcək ki, İntim oyuna bütün bədəni hazırdır.

Bu prosesdə orqazmın əmələ gəlməsinə bəzən diqqət yetirilmir. Koitus cinsi aktsız başa çatdırılır. Bəzən isə bu hal İntim oyunun gedişində yaranır. Qeyd edək ki, bu, o qədər kütləvi həzzalma deyil. Lakin qadın var orqazm tamama yetəndən sonra cinsi aktı sərbəst keçirir və o, partnyorun hərəkətindən ləzzət alır. Sekspatoloqlar o zaman haqlıdırlar, ideal vəziyyətdə qadın birinci növbədə orqazmı İntim oyunda aşılamalıdır, qalanları isə kaitus zamanı.

Burada da spesifiklik vardır. Bir qrup qadın orqazmı İntim oyunda aşılayır və koitusun gedişində soyuq qalırsa –bu, onu tam qane etmiş olur.

Bir qrup kişi qadını koitusa hazırlayanda onun cinsi üzvünü sığallayır. Amma bunu bir qrup qadın xoşlamır; bu isə hormonal fonla bağlıdır.

Kişinin də vəzifəsi təsəlliverici olmur bu ağır dəqiqələrdə. O, nə qədər təmkinlidirsə, orqanizmini zərbə altına qoyur. Dizlərini sanki çəkiclə döyəcləyirlər. Döşlərinin qaragilə biçimli giləsinin dadını tam çəkməməlidir (burda kişi itirir), “payını” saxlamalıdır. Və onun ən zərif xoşbəxtliyi qadının emosionallığı olur. Ehtiraslı qadındırsa, o hələ can üstə düşən quşla əylənir elə bil. Və bu quş qarşısındakının günahkar olmadığını hiss eləyib, qanadları ilə ona təşəkkürünü eləyir. Xeyli keçəndən sonra qadının cüzi aralanması məqamında o, aşağı hissəyə qəti baxmamalıdır. Əgər o, diqqət eləyirsə, qadın bədənini təhqir eləmiş olur. Aşağı hissə kişi üçün mübhəm qalmalıdır əslində. Amma kişi onun göbəyinin sınan işığını duymalıdır. Əvəzində qadının kürəyindən ehmalca özünə dartmalıdır. Qadın bu gücə hazır və tablı olmalıdır. Və təbii şəkildə kişinin tüklü sinəsinə alnını toxundurmalıdır…

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации