Текст книги "Hekayələr"
Автор книги: Əbdürrəhim bəy Haqverdiyev
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]
Əbdürrəhim bəy Haqverdiyev
Seçmə hekayələr
ATA VƏ OĞUL
I
Hacı Xəlil, müsinn11
Müsinn – yaşlı, qoca
[Закрыть] şəxs həştad beş il dünyada ömür edəndən sonra xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında Hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti-Quran22
Tilavəti-Quran – Quranı avazla oxumaq
[Закрыть] etməyə məşğul idi. Sağ tərəfdən Hacının övrəti əyləşib, əlində dəsmal həzin-həzin Hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə Hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli, iranlı qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü Hacının üzündə idi.
Hacı Xəlili böht aparmışdı33
Böht aparmaq – fikrə getmək
[Закрыть] və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil səkkiz yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa, bu uşağı oxudaq, bəlkə, savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub: “Oğul, Allah özü sənə yar olsun”, – deyib məktəbə yola saldı.
Hacının mollası və yoldaşları bir-bir onun gözünün qabağından keçirdilər. Budur, Mirzə Nəsib, iranlı qoca kişi yuxarı başda əyləşib, qabağında bir dəstə çubuq, gözlərində eynək, uşaqlara məşq başı yazmağa məşğuldur və uşaqlar divarın dibində cərgə ilə düzülüb oturublar. Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır və kimisi yoldaşlarının papaqlarından yun qopardıb manqala salır ki, bəlkə, gün çıxa. Amma Xəlil özü bir küncdə əyləşib, əlində çərəkəsi44
Çərəkə – köhn. keçmişdə: mollaxanalarda ərəb əlifbasını öyrənmək üçün dərslik, əlifba kitabı
[Закрыть], diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ələlxüsus yadına gəlir Quran çıxdığı gün ki, atası ona bir dəst təzə libas tikdirib dedi: “Bala, Allahdan arzu edirdim sənin qazancından bir çörək yeyib ondan sonra öləydim”. Atasının bu sözləri Xəlilin ürəyində bir nisgil olub ölənədək qalmışdı, çünki atası onun qazancını görməyib, onu bir balaca bacı ilə ana əlində yetim qoyub Allahın rəhmətinə getdi.
Biçarə Xəlil on beş yaşında yetim qalıb, bir xırda savadla məktəbi tərk edib anasına və bacısına çörək qazanmaq fikrinə düşdü.
Xəlilin atasından bir balaca, iki otaqdan ibarət ev və iyirmi iki manat kağız pul qalmışdı. Bir neçə gün binəva uşaq çalışıb-vuruşdu, amma heç yerdə özünə qulluq tapa bilmədi, axır anası görüb ki, kişidən qalan pulun çox yarısı xərclənib və halət bu günə keçsə, pulun qalanı da qurtarsa, elə acından öləsidir. Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Yazıq övrət Mirzə Nəsibin övrətinin yanına gəlib bu sözləri dedi: “Xanım, bu uşaq axundun dəstpərvərdəsidir55
Dəstpərvərdə – köhn. birinin yetişdirməsi olan, birinin yanında tərbiyə alan, sənət öyrənən adam
[Закрыть]. Neçə il buna dərs verib, savad sahibi eləyib, indi də axundun özünə məlumdur ki, bunun atası ölüb, heç bir şey də özündən sonra qoymayıb. Bir külfət gözünü dikib bir balaca yetimə. Bu bir cüt corabı qoy axundun qabağına, mənim dilimcə ona yalvar, degilən, Allah xatirinə indiyədək bu uşağa ata olub, indi buna rəhm edib bunu bir yerə nökərçiliyə də olsa versin ki, bəlkə, ayda beş-altı manat məvacib alıb onunla özünü və yetim bacısını saxlasın”.
Anasının bu sözləri heç Hacı Xəlilin yadından çıxmazdı, tez-tez bu sözləri övrətinə və aşnalarına deyərdi və həmişə də Mirzə Nəsibə rəhmət oxuyardı və deyərdi ki, mənim bir parça çörəyimin səbəbi o mərhum olub.
Mirzə Nəsib Xəlilin anasının danışığını o biri otaqdan eşidirdi, qoca mirzəyə övrətin sözləri o qədər təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu. Hövlnak yerindən qalxıb övrətin otağına keçdi. Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub, mollasına təzim edib ədəblə durdu. Mirzə Nəsib corabı qəbul etməyib, Xəlilin anasını xatircəm edib yola saldı və Xəlili özü ilə götürüb öz dostu Ağa Hüseyn xüşkəbarfüruşun66
Xüşkbarfüruş (xüşkbar, xüşkbər – meyvə qurusu) – köhn. meyvə qurusu satan adam
[Закрыть] yanına apardı.
Ağa Hüseyn bir dövlətmənd77
Dövlətmənd – köhn. dövlətli, varlı,
[Закрыть] şəxs idi. İranla böyük xüşkəbər alış-verişi edirdi. Amma bisavad olmağına görə həmişə bir yazı bilən adama möhtac idi. Mirzə Nəsib o qədri ki bacarırdı, Xəlili Ağa Hüseynə tərif edib təvəqqe etdi ki, onu öz yanında saxlasın. Ağa Hüseyn öz dostunun təvəqqesini qəbul edib ayda altı manat məvacibə Xəlili dükanda qulluq etməyə qəbul etdi. Hətta ona çörək və ildə də bir libas verməyi həm boynuna götürdü.
Xəlil şadlığından bilmədi ki, nə tövr gəldi evə çıxdı. İndi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi və bu hiss onun üçün bir mayeyi-iftixar olmuşdu. Altı manat o vədə böyük pul idi: ətin beş girvənkəsi bir abbasıya, yağın pudunu üç manata verirdilər və Hacı Xəlilin yadındadır ki, altı manatla onun anası və bacısı mürəffəülhal88
Mürəffəhülhal – yaşayışı gen-bolluqla, ehtiyacsız keçən
[Закрыть] dolanırdılar.
Xəlil başladı Ağa Hüseynə qulluq etməyə və əvvəl gündən ixlas, çapıqlıq və doğruluq göstərdi və bunun bu sifətləri Ağa Hüseynin məhəbbətini günü-gündən ona artırdı. Hər bir vaxt Mirzə Nəsibi görəndə Ağa Hüseyn rizaməndlik99
Rizaməndlik – klas. razılıq
[Закрыть] edib deyirdi ki, mən əlli ildir alış-veriş edirəm, bu cür qoçaq oğlan görməmişəm.
Bir il qulluq edəndən sonra Ağa Hüseyn Xəlilin məvacibini on manat etdi. Xəlil ağasının qulluğa qədr və qiymət qoymağını görüb bir az da ixlas və iradətini ona artırdı.
Dörd il bu növlə Xəlil Ağa Hüseynə qulluq etdi və bu dörd ilin müddətində məvacibi otuz manata yetişmişdi. Bu məvacibə Xəlil nəinki ağayana dolanırdı, hətta bir-iki yüz manatadək də pul cəm edib Ağa Hüseynə tapşırığa vermişdi və Ağa Hüseyn hər mal alanda Xəlilin puluna əlahiddə mal alıb, satıb mənfəətini onun pulunun üstünə qoyurdu.
Bir gün Xəlil anasına xəbər gətirdi ki, bəs Ağa Hüseyn istəyir bunu özü ilə İran səfərinə aparsın və iki gündən sonra yola düşəsidilər. Bu xəbər anasına və bacısına nə tövr təsir elədi, heç Hacı Xəlilin yadından çıxmaz idi. İki gün balasını gözündən qoymayan ana və qardaşından ayrılmaq istəməyən bacı xəlvətdə ağlayırdılar, amma Xəlilin yanında toxtaqlıq göstərib ona tədarük görürdülər.
Səfər günü Xəlil əmisi kəlləpəz1010
Kəlləpəz – köhn. kəlləpaça bişirib satan adam
[Закрыть] İmanı gətirib, evlərində həyan qoyub anası və bacısı ilə ağlaya-ağlaya vida etdi. Biçarə övrət Quran götürüb, əziz oğlunu Quranın altından keçirib, dalınca bir qab su atıb ağlaya-ağlaya mənzilə qayıtdı.
Xəlil Ağa Hüseynlə bahəm varid oldular İran torpağına. Ağa Hüseyn cəmi xüşkbərə mərkəzlərini və alış-veriş yollarını ona göstərdi və axırda üzün ona tutub dedi:
– Bala, mən səni buraya özüm üçün kömək gətirmişəm. Mən, budur, neçə ildir İrana səfər edirəm. Heç bir səfərdə köməyə ehtiyacım olmayıb, ancaq çünki sən həmişə qulluqçuluq etməyib axırda özün üçün bir alış-veriş etmək fikrinə düşəcəksən, ona görə mən istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini1111
Qaidə – köhn. qayda
[Закрыть] sənə öyrədim.
Xəlil Ağa Hüseynin bu sözlərinə bilmədi nə tövr rizaməndlik etsin. İrana əvvəl viruddan Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı Ağa Hüseyni təəccübə gətirdi. Ağa Hüseyn öz dəstpərvərdəsinin bu qabiliyyətini görüb, artıq xoşhal olub fəxr edirdi.
Lazım olan qədər xüşkəbər alıb, ulaqlara yükləyib yola saldılar. Xəlil Ağa Hüseyndən soruşdu ki, nə üçün ulaqları kirayəsinə tutursan?
Ağa Hüseyn soruşdu ki, bəs necə olsun?
Dedi:
– Yaxşı olar ki, ulaqları da pulla alaq, tainki vətəndə həm xüşkəbəri, həm də ulaqları qazancına sataq.
Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir az böhtə gedib dedi:
– Bala, bu maddə ki səndə var, inşallah gələcəkdə çox böyük sövdəgər olarsan. Gələn il dəxi mən gəlməyib səni İrana tək alış-verişə göndərəcəyəm.
O il Ağa Hüseyn çox böyük nəf elədi1212
Nəf (klas. xeyir, fayda, mənfəət) eləmək – fayda götürmək, xeyir görmək, mənfəət qazanmaq
[Закрыть] və bu nəfi də Xəlilin ayağının sayəsindən hesab edirdi. İkinci il Ağa Hüseyn Xəlilin əlinə böyük məbləğ verib tək İrana göndərdi və bu səfərdə Xəlil yenə artıq diqqət və qabiliyyət göstərib, güclü mal alıb qayıtdı və o il Ağa Hüseynin nəfi keçən ildən artıq oldu. Xəlilin bu zəhmətinə görə Ağa Hüseyn o ilin mənfəətinin yarısını ona bağışladı. Bu ildən də sonra yenə Xəlil üç dəfə İran səfərinə gedib, hər dəfə baqaidə xeyir edib qayıtdı.
Bir gün Ağa Hüseyn Xəlili çağırıb dedi:
– Oğul, budur, neçə ildir mənim yanımda qulluq edirsən və mən də bu müddətdə sənin mənə aybaay verdiyin pullarla sənin üçün alış-veriş etmişəm. Bu gecə hesaba baxıb görürəm ki, sənin məndə səkkiz min manata qədər pulun var. Bu pulla sən özün üçün məxsus bir alış-veriş aça bilərsən. Özün də qabil oğlansan, demək olar ki, anadan dünyaya tacir gəlibsən. Mənim borcumdur sənə təklif edim, istəsən, mənim yanımda qalarsan, ya ayrı iş başlamaq xahiş edərsən.
Xəlil cavab verdi ki, əmi (axır vaxtlar Xəlil Ağa Hüseynin öz xahişinə görə ona əmi deyirdi), o yaxşılıq ki indiyə qədər mənim haqqımda edibsən, məni sənə həmişəlik qul edib və səndən ayrıla bilməyəcəyəm. Amma təvəqqe edirəm ki, məni özünə öz puluma görə şərik edəsən, ta yenə bir yerdə ticarət edək.
Ağa Hüseyn Xəlilin üzündən öpüb dedi:
– Oğlum, sən ki belə istiqamətli oğlansan, Allah sənin başından tökəcək. Başqa adam səkkiz min adı eşitsə idi, o saat azıb yolundan çıxardı.
Haman il Xəlil bacısını ərə verib özü də evlənmək fikrinə düşdü. Fikrini anasına izhar etdi və anası gedib, Mirzə Nəsibin nəvəsini ona istəyib aldı (haman o qızı ki, bu saat Hacı Xəlilin yanında oturub ağlayır).
Mirzə Nəsib vəfat etmişdi və külfəti həmişə Ağa Hüseyndən və Xəlildən ianə alıb dolanırdı. Xəlilin toy xərcini Ağa Hüseyn öz öhdəsinə götürüb əlavə yaxşı peşkəşlər özünə və övrətinə verdi.
Bundan sonra yeddi il Xəlil və Ağa Hüseyn bir yerdə alış-veriş etdilər. Səkkizinci il Ağa Hüseyn vəfat etdi və onun var-yoxu keçdi qardaşının əlinə, çünki Ağa Hüseynin özünün zürriyyəti1313
Zürriyyət – klas. övlad, nəsil
[Закрыть] yox idi.
Ağa Hüseynin vəfatından sonra Xəlil ayrılmaq istədi, hesab çəkdilər. Xəlilin payına yetmiş iki min manat pul düşdü.
Bu gündən Xəlil həm ev və həm alış-veriş sahibi olub, özü üçün məxsus bir dükan açıb başladı İranla ticarəti. Bir neçə ildən sonra Xəlilin alış-verişi böyüdü və Xəlil İrandan başqa, Buxara və İstanbulla əlaqə bağladı. Əlli yaşına yetişəndə Məkkeyi-mükərrəməni ziyarət edib Hacı ləqəbi ilə müləqqəb oldu. Hacı Xəlil öz qabiliyyətinin, bacarığının və kəmalının səbəbinə şəhərdə, tacirlər arasında əvvəlinci şəxs hesab olurdu. Axirüləmr1414
Axirüləmr – nəhayət
[Закрыть], öləndə iki böyük evi və milyondan ziyada pulu var idi.
Hacının zikr olan günləri, necə ki ərz olundu, bir-bir gözünün qabağından keçirdi. Zamani ki Hacı öldüyünü hiss etdi, yerindən hövlnak gözün açıb, yastıqdan başını qovzayıb üzünü tutdu oğluna, dedi:
– Bala, Əkbər, yaxınıma gəl.
Əkbər kürsünün üstündən düşüb atasının yanında əyləşdi. Hacı Xəlil Əkbərin əlin əlinə alıb bir basdı ürəyinə, dedi:
– Oğul, mənim ömrümdə Allah mənə neçə oğul və qız verib, yenə məsləhət bilib əlimdən alıb. Mənim və bu yazıq ananın ümidi və gözünün axır dikəcəyi dünyada sən olubsan. Yüz zəhmətlə səni mən bu boya yetirmişəm, lazım olan tərbiyəti sənə vermişəm. Hərçənd işqoladan yarımçıq çıxıbsan, amma yenə, heç olmasa, sənin savadın və qabiliyyətin işqola qurtarmış adamların savadından və qabiliyyətindən az deyil idi. Bala, mənim ömrüm qurtarıb, ölürəm. Ona görə istəyirəm sənə bir neçə vəsiyyət eləyim.
Mənim vəsiyyətim qoca, dünyagörmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir. Əgər əməl eləyəsən, ziyan çəkməzsən.
Əvvəl, bala, bu qoca anan ki burada oturub, sənin çox zəhmətini çəkib, sənə süd verib, gündüzlər və gecələr gözlərini sənin gözlərinə dikib və rahat olmuyub, nə yatmayıb, səni dizlərinin üstə bəsləyib, sənin barəndə cəmi analıq haqqını yerinə yetirib. İndi də ömrü keçib, əldən düşüb, sən də onu axır günündə gözdən qoymuyasan, həm mənim ruhum səndən razı olar, həm Allah.
İkinci vəsiyyətim sənə budur: əgər yenə istəyəsən, mənim ruhum səndən razı olsun, bu qoca Kərbəlayı Qulaməlidən muğayat ol. Çünki onun ömrü bu qapıda nökərçilikdə keçib. Bu Kərbəlayı yaxşı kişidir, Allah bəndəsi, doğru, dürüst adamdır. Hörmətəlayiq kişidir. Necə ki mən onu indiyə qədər saxlamışam, sən də onu elə saxla, Allah səndən razı olar.
Kərbəlayı Qulaməli Hacının bu sözlərini eşidəndə uca sövt ilə hönkürüb bihal dizi üstə çökdü: “Ağa, Allah məni səndən sonra dünyada qoymasın”, – deyib qışqırtı ilə ağladı. Hacı əli ilə ona işarə edib guya “sakit ol” dedi və sonra yenə üzünü çöndərdi oğluna tərəf və söylədi: “Bala, mən həştad beş il dünyada ömr etmişəm. Bu tul1515
Tul – köhn. dan. uzun
[Закрыть] ömrümdə çox vilayətlər gəzib cürbəcür adamlara rast gəlmişəm. Deyirlər, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Ona görə bir neçə nəsihət də sənə eləyəcəyəm. Amma dürüst qulaq asıb, dürüst də qulağında saxlayasan. Əvvəla, bala, bu gündən ömrünün axırınadək sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan. Quranın və peyğəmbərin şəriətinin hökmlərinə həmişə itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən səvay, dünya xoşbəxtliyi də səninlə olar və Allahın əli və kölgəsi heç vaxt sənin üstündən kəm olmaz. Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış xəta etmə. Əgər, xudanəkərdə1616
Xudanəkərdə – Allah eləməsin
[Закрыть], səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə heç kəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəysin. Bacar dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir.
Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa, bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan. Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu1717
Abru – abır-həya
[Закрыть] əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yaman yoldaş əlindən!
Hacı Xəlilin səsi gəldikcə zəifləşirdi, axırda nəfəsi bilmərrə qət olub yavaş-yavaş dodaqları tərpənirdi. Yəqin, nəsihəti qurtarmamışdı, hərçənd səsi gəlmirdi, axır qalan nəfəsi ilə ürəyini boşaldırdı. Axirüləmr, nefti qurtarmış çıraqtək Hacı Xəlil söndü, əli boşalıb Əkbərin əli xilas oldu.
Hacının evindən nalə bülənd olub məhəllə əhlinə onun vəfatını bildirdi.
Hacı Xəlil vəfat etdi. Yəni dünyadan bir şəxs rehlət etdi1818
Rehlət etmək – köçmək, vəfat etmək
[Закрыть] ki, neçə füqəra əlini tutmuşdu, ac qarınlar doydurmuşdu. Çılpağa libas vermişdi. Ona görə bu şəxs nəinki öz xiş və əqvamının1919
Xişu-əqvam – qohum-əqrəba
[Закрыть], bəlkə, cəmi şəhər əhlinin əlindən getdi.
Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala və ehtiram və rəhmətlə yad ola:
II
Əhli-şəhr Hacı Xəlilin vəfatından müxbir olub cəm oldular onun evinə. Aparıb nəşini dəfn etdilər və el adəti ilə üç gün baqaidət təziyə saxlayıb, üçüncü gün Əkbəri gətirib, atasının dükanını açıb əyləşdirdilər və xeyir-dua verib, “Allah səni atayın yurdunda qayim və qədim eləsin”, – deyib hər kəs öz evinə getdi. Bu gündən Əkbər hər bir ixtiyaratı əlinə alıb Hacı Xəlil mərhumun məsnədində əyləşdi.
Əkbər dükanda əyləşib başladı alış-verişi. Bir neçə aydan sonra bir gün Əkbər dükanda ikən gördü, onun qədim şkola yoldaşı Rüstəm dükana girdi. Əkbər yoldaşının gəlməyinə çox şad olub nökəri göndərdi, çayçı dükanından çay gətirsin, əyləşdilər söhbətə.
Əkbər Rüstəmi neçə il idi görməmişdi, ona görə gözün onun üzündən kəsməyib danışığına qulaq asırdı. Amma Rüstəmin sifətində heç cavanlıq nişanəsi görünmürdü, hərçənd onun sinni Əkbərdən artıq deyildisə də, yenə ondan on beş yaş böyük görünürdü. Gözlərinin altının göyərtisi onun yuxusuz gecələr keçirməyinə şəhadət edirdi.
Əkbər yoldaşının bu neçə ildə harada olduğunu sual elədi.
Rüstəm papağı götürüb yerə qoydu və cibindən bir gümüş papiros qutusu çıxardıb Əkbərə təklif elədi və Əkbərin papiros çəkməməyini bilib, özü birini yandırıb, bir-iki qullab alıb dedi:
– Qardaşım Əkbər! Bu neçə ildə başıma o qədər qəzavü-qədər gəlib ki, nə deməklə və nə yazmaqla qurtarmaz. Vallah, bilmirəm, haradan sənə söyləyim – Parisdənmi, Berlindənmi, Vyanadanmı və yaxud bizim Peterburqdanmı?! Sən bilirsən ki, mən burada oxumaq istəməyib atama dedim ki, gərək məni hökmən Parisə göndərəsən. Yazıq kişi də nə anlayır ki, dördüncü klasdan qaçmış heyvanı Parisin heç bir tövləsinə qoymazlar. Kişidən min manat pul vurub “ağam Allah saxlasın”… birbaş Parisə. Paris nə Paris! Yer üzünün behişti desəm, yenə xəta eləməmişəm! Nə küçələr, nə bazarlar, nə mehmanxanalar, nə teatrlar və kafeşantanlar!.. Görəsən, bilmərrə əqlini itirib dəli olarsan. O xanımları ki mən Parisin kafeşantanlarında görmüşəm, sən görəsən, Məcnunə dönüb biyabanə düşərsən. Necə xanımlar: şəhbaz baxışlı, ahu gözlü, şirin hərəkətli, şəhd sözlü! Sən də deyirsən, dünya görürəm? Ərik, kişmişin şirəsinə bulana-bulana gün keçirirsən, deyirsən ki, elə dünyanın zindəganı budur.
Bu yerdə Əkbər Rüstəmin sözünü kəsib dedi:
– Rüstəm, bağışla, sən dünyagörmüş adamsan, amma mən avamam, bəs bir-iki dəfə kafeşantan sözü dedin, o nə deməkdir?
– Kafeşantan, yəni xurma çuvalı… xa-xa-xa!.. Kafeşantan, yəni behiştin bir guşəsi! O yerdir ki, orada həm ruhun ləzzət aparır, həm bədənin! O yerdir ki, orada cəmi dünyanın qeydi yadından çıxır, yəni gözəllər məclisi, yəqin, Sədidə oxuyubsan: “Bə məcmən ki, dər ayənd şahidani dü aləm!”2121
Bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər.
[Закрыть] Kafeşantanda cəm olurlar Parisin gözəlləri. Həm sənin üçün teatr gətirirlər, həm oynuyurlar, həm oxuyurlar və xahiş etsən, səninlə şam edib sübhədək sənə mehman olurlar. Xülasə, nə deyim, görməmisən, bilməzsən. Şənidən key büvəd manəndi didən2222
Eşitmək hara, görmək hara!
[Закрыть]. Dəxi nə ərz eləyim, üç aydan sonra baxdım gördüm min manatdan ancaq iki yüz frank ki, eləsin bizim pul yetmiş beş manat cibimdə pul qalıb. Atama tel vurub min manat da istədim və daldan da bir kağız yazdım ki, hər ay mənə üç yüz manat pul göndərməsən, özümü öldürəcəyəm. Atam min manatı göndərib sonra da bir kağız yazmışdı ki, bala, mənim gözümün ağı-qarası sənsən, dövlətim hamısı sənə qalasıdır, mən sənə ayda beş yüz manat da göndərim, ancaq sən oxu, adam ol və korluq çəkmə. Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal2323
Yaranal – keçmişdə “general” sözünün canlı dildə işlənən təhrif edilmiş forması
[Закрыть] olub gələcək. Mən də ona baxıb fəxr edəcəyəm, dəxi demirdi ki, oğlu pulu ondan ötrü istəyir ki, onun vasitəsilə dünyadan kam alsın. Bir də sənə deyim ki, mənim atamdan axmaq kişi dünyada az tapılar. Belə güman edir ki, dünya ondan ötrü yaranıb ki, bazara gedib, evə gəlib çörək yeyib, namaz qılıb yatasan. Neyləyim, bircə gecə kafeşantanda əyləşə, onda görər ki, dünya nədən ötrüdür və insan nə üçün yaranıb. Yazıq kişi, əvam kişi!
İndi, Əkbər, bircə mənə de görüm, sən nəyə lazımsan, oturubsan bu fındığın, şabalıdın içində, özünü də çəkibsən, elə bilirsən, adamsan? Adam deyilsən, heç zad deyilsən! Amma mənim sənə yazığım gəlir, gərək sənə dünyanın ləzzətin göstərəm. Sən bir fikir elə, gör bu növ alış-veriş sənin özünə, dövlətinə yaraşarmı? Atan kişmiş, xurmaya uşaqlıqdan adət etmişdi, ona görə ayrı alış-verişə həvəsi yox idi. Amma keçmiş zaman bir ayrı, bu zaman bir ayrı! Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyə2424
Bəzzaziyyə – köhn. parça, arşınmalı
[Закрыть] mağazası aç, get Moskvadan, Peterburqdan, Parisdən mal gətir. Həm alış-veriş elə, həm də dünyadan ləzzət apar. Əgər xahiş etsən, əvvəl səfərdə mən özüm də sənə yoldaş ola bilərəm. Sən belə güman etmə, mən işrət mədənlərindən savayı, heç bir yerə bələd deyiləm. And olsun sənin canına, elə alış-veriş elərəm ki, bir tacir bacarmıya.
Xülasə… Rüstəm öz sərgüzəştindən bu növ nəql edib Əkbərin halətini digərgun etdi. Axır ayağa qalxıb, Əkbərdən üç günün müddətinə yüz manat qərz2525
Qərz – borc
[Закрыть] alıb yola düşdü.
Rüstəm getdi, Əkbər isə dükanda qərarı gəlməyib axşama bir-iki saat qalmış dükanı bağlayıb evə getdi. Anası sual etdi ki, bala, nə üçün belə tez qayıtdın?. Cavab verdi: “Ana, başım bərk ağrıyırdı, otura bilməyib gəldim yatağa”.
Bu, əvvəlinci yalan idi ki, Əkbər anasına dedi. Əkbərin anası qalxıb istəkli oğlu üçün rəxti-xab2626
Rəxtxab – yorğan-döşək, yataq
[Закрыть] hazır elədi və onu yatırtdı və Kərbəlayı Qulaməli də başının üstündə oturub onun alnını ovmağa məşğul oldu.
O gecə sübhədək Əkbər yata bilmədi. Çünki onun xəyalatı gah Parisin Bulon meşəsini və kafeşantanlarını, gah Peterburqun Nevski prospektini, gah Berlinin Cökə xiyabanını gözünün qabağından keçirirdi. Sübh Əkbər bir şiddətli baş ağrısı ilə oyandı və o günü naxoş olub dükana gedə bilmədi. O biri gün dəftəri qoltuğuna vurub gəldi dükana. Günorta vaxtı Rüstəm gəlib soruşdu ki, qardaş, nə üçün dünən dükanda yox idin. Cavab verdi ki, başım ağrıyırdı, naxoş idim. Çünki səndən ayrılandan sonra gedib bədxab olub2727
Bədxab olmaq – yuxusu qaçmaq
[Закрыть] sübhədək yata bilməmişəm. Rüstəm dedi ki, bu gecə də mən səni qoymayacağam yatasan; mən səni bir qəribə yerə aparacağam ki, indiyədək elə yer görməyibsən və məndən də soruşma ki, səni hara aparacağam. Gedərsən, görərsən. Get evə, faxır2828
Faxır – fəxr edilməyə layiq olan, gözəl
[Закрыть] libasını gey, azandan bir saat keçmiş mən özüm sənin dalınca gələcəyəm.
Əkbər cavab verdi ki, bəlkə, anam razı olmadı. Bu cavaba Rüstəm qarnından yapışıb, yarım saat gülüb dedi: “Ay yazıq uşaq, hələ sən ana ixtiyarından çıxmayıbsan? Rəhmətlik oğlu, sən böyük kişisən, ana nədir, səni qurd yeməyəcək, pişik yeməyəcək! Amma indi ki belədir, deyərsən: “Rüstəm məni evlərinə qonaq çağırıb və deyibdir ki, gəlməsən, inciyərəm” və söz də verərsən ki, tez qayıdarsan”.
Bir az da Rüstəm keçmiş günlərindən laf vurub getdi.
Axşam Əkbər evə gəlib anasından izin istədi və vədə də verdi ki, tez qayıtsın. İzin alıb, təzə libas geyib Rüstəmə müntəzir oldu. Bir az vaxtdan sonra eşitdi ki, qapını dəqqilbab edirlər, bildi ki, Rüstəmdir. Çıxdı küçəyə, gördü Rüstəm bir faytonla qapıda durub. Rüstəm Əkbəri yanına alıb faytonçuya buyurdu: “Sür!” Faytonçu tiri-şəhabtək2929
Tiri-şəhab – iti sürətlə
[Закрыть] sürüb bir mehmanxananın qabağında dayandı. Əkbər sual elədi ki, Rüstəm, bu nə yerdir, məni gətirdin? Mən indiyədək bir mehmanxanaya girməmişəm.
Rüstəm dedi:
– Heç danışma, sənin borcun itaətdir.
Faytonçunu yola salıb, Əkbərlə qol-qola verib pilləkəndən yuxarı çıxdı. Yuxarıda qulluqçu otağın qapısını açıb, özü iki əlini yanına qoyub, soldat misal durub onları içəri saldı. Əkbər otağa girəndə gördü ki, ortalıqda ağ süfrə ilə örtülmüş mizin ətrafında iki nəfər cavan rus oğlan və iki rus xanımı əyləşib söhbət edirlər. Əkbər belə güman etdi ki, səhvən özgə otağa giriblər, çox xəcalət çəkdi, amma Rüstəm onun çiyninə vurub dedi:
– Qardaş, bu məclisi mən qabaqca burada hazırlayıb sənin dalınca gəlmişəm. İrəli gəl, səni aşna eləyim.
Əkbərin qolundan tutub əyləşənlərə tərəf çəkdi və oğlanlar ayağa qalxıb onların qabaqlarına gəldilər. Rüstəm əvvəl Əkbəri onlarla tanış elədi və sonra xanımlara tərəf Əkbəri aparıb dedi:
– Xanımlar, təvəqqe edirəm, bu balaca ana uşağı ilə tanış olasınız, hələ bunun dodağından ana südü qurumayıb, özü də çox yaxşı uşaqdır və anasından nəhayət dərəcədə qorxur.
Xanımlar təbəssümlə ona əl uzatdılar. Əkbər burnunun ucunadək qızarıb bir tövr öz familiyasını dedi. Dərhal çay və həlviyyat3030
Həlviyyat – şirniyyat
[Закрыть] mizin üstündə hazır oldu. Əkbər bir stəkan çay götürüb başladı içməyə, ancaq binəva özünü belə itirmişdi ki, bilmirdi çayı qulağınamı, ya burnunamı içsin. Amma Rüstəm, iki nəfər rus və xanımlarla otağı bir sərçəli samanlığa döndərmişdilər. Orada olan danışıqlar, şivələr, hərəkətlər – hamısı Əkbər üçün bir təzə şey idi. İkinci dəfə çay gələndə Əkbər stəkanı götürüb, çəkilib kənarda bir divan üstündə oturdu. Rüstəm isə xanımların birinə göz elədi və xanım gedib Əkbərin yanında əyləşib başladı onunla şivə ilə söhbət etməyə. Biçarə Əkbər xəcalətdən bir hala düşmüşdü ki, əgər bir hazır qəbir yerdə tapsa idi, əlbəttə, təvəqqe elərdi ki, onu orada dəfn etsinlər.
Gah tərləyirdi, gah qızarırdı, gah saralırdı. Bilmirdi nə desin, nə cavab versin. Hər şeydən ağır Əkbərə yoldaşlarının xəlvət gülməyi gəlirdi. Nökər daxil olub, mizin üstünü təmizləyib, başladı onun dörd ətrafına rəngbərəng şamlar düzməyə. Əkbər təəccüblə buna baxanda xanım soruşdu ki, yəqin, bəs bunlardan bir şey başa düşməyirsən, görünür, sən, həqiqətən, balaca uşaqsan, qoy mən səni başa salım. Bu büsat şampanski büsatıdır.
Şamları yandırandan sonra nökər gedib bir neçə şüşə şampan şərabı gətirdi, şüşənin ağzı tapança kimi açılanda Əkbər səksəndi və buna da xanımlar artıq güldülər. Əkbərin yanında əyləşən xanım qalxıb, iki piyalə şərab töküb, birini özü alıb, birisini Əkbərə uzatdı, dedi:
– Təvəqqe edirəm, bu piyaləni mənim sağlığıma içəsən!
Əkbər dayandı. Bilmədi nə eləsin. Məclis hamısı töküldü binəva Əkbərin üstünə ki, əgər bu şərabı içməsən, əvvəl öz avamlığını sübut edirsən və ikincisi, bu xanımı özündən artıq incidirsən. Rüstəm əlində piyalə qalxıb üzün Əkbərə tutub dedi:
– Qardaş, xahi nəşəvi risva, həmrəngi cəmaət şov!3131
Biabır olmaq istəmirsənsə, camaatla həmrəng ol.
[Закрыть] Heç danışıq yeri deyil və dayanmağın da mənası yoxdur, labüd gərək içəsən, begir in cami-təlx əz dəsti-şirin3232
Bu acı piyaləni şirin əldən al.
[Закрыть].
Əkbər bilmərrə özün itirib, bixud3333
Bixud – ixtiyarsız
[Закрыть] şərabı xanımın əlindən alıb başına çəkdi. Məlumdur ki, hər bir günaha əvvəl qədəm qoymaq çətindir.
Əkbər şərabı içəndən sonra o biri xanım ayağa durub xahiş etdi ki, onun sağlığına da içsin. Binəva Əkbər labüd qalıb ikinci piyaləni həm boşaltdı. Sonra Rüstəm əlində piyalə ayağa qalxıb dedi:
– Camaat, bizim bu gecəmiz çox əziz gecələrdən oldu. Çünki bu gecə bir dünyadan bixəbər ana uşağını səvəba daxil etdik və mən bu məlum gecədə sizə söz verirəm ki, bir azdan sonra Əkbər kimi şürbi3434
Şürbi – şərab düşkünü, əyyaş
[Закрыть] cəmi şəhərlərdə tapılmasın, ona görə təvəqqe edirəm ki, şeytan kargahının3535
Kargah, kargəh – emalatxana
[Закрыть] bu təzə fəhləsinin sağlığına içək. Əkbər qardaş, sağ ol!
Qonaqlar hamısı piyalələrini Əkbərin sağlığına boşaltdılar. Rüstəm Əkbəri başa saldı ki, gərək o, yığıncağın sağlığına içsin. Çünki qayda belədir. Əkbər naəlac qalıb yenə şərabı içdi. Üçüncü piyalədən sonra Əkbərin dili açılıb başladı bilafasilə danışmağa və piyalələri boşaltmağa. Axır keflənib, divanın üstə yuxulayıb yatdı. Bir vədə eşitdi ki, bağırırlar. Oyanıb gördü ki, sübh açılıb, amma yoldaşlar içirlər. Rüstəm dedi:
– Əkbər, bu dəfə sənə kifayət elər. Belə-belə öyrənirsən! Ayaq bir-bir qoyarlar nərdivana.
Camaat ayağa qalxıb, nökəri çağırıb buyurdular, hesab gətirsin. Əkbər istədi pul versin, qoymadılar. Amma dedilər ki, gələn bu gün həmən bu mənzildə sənə qonaq ola bilərik. Əkbər çox şadlıqla onları qonaq çağırdı.
Əkbər çıxıb faytona minib yola düşdü və yolda fikir edirdi ki, anasına nə cavab versin. Evə gəlib gördü anası yatmayıb və gecəyarısı Kərbəlayı Qulaməli də iki dəfə Rüstəmin evinə gedib, hər dəfə deyiblər ki, Əkbər orada yoxdur.
Əkbər anasının sualına başladı növbənöv hədərən-pədərən cavab verməyə: gah dedi, Rüstəmgildə gecə keçməyinə görə yatmışdım, onun üçün elə deyiblər. Gah dedi, xoş gecə olmağına görə Rüstəmlə şəhər kənarına səyahətə çıxmışdıq. Axır, elə gördü, anası onun yalanını anlayıb dedi:
– Ay rəhmətliyin qızı, az çürüyünə çəksənə, nə çox çövürüb soruşursan! Nə vaxtadək məni uşaq kimi güdəcəksən!
Əkbərin anasına bu növ cavabı nə tövr təsir etdisə, binəva övrət o gün axşamadək ağladı və bir-iki dəfə Kərbəlayı Qulaməliyə dedi ki, Kərbəlayı, deyəsən, Hacı Xəlilin yurdunda bayquş uluyacaq! Amma Kərbəlayı cavab verdi ki, uşaqdır, beyni qandır, mən ona nəsihət elərəm, inşallah, düzələr.
Əkbər anasının məğlubə olmağından əvvəl dilgir olub və sonra öz-özünə dedi ki, bu, yaxşıdır, bundan sonra yoldaşlar mənim adımı “ana uşağı” qoyub tənə etməzlər.
Gələn həftə Əkbər Rüstəmə xəbər verdi ki, axşam məclisi tərtib eləsin və axşam anasından biizn evdən çıxıb mehmanxanaya, haman otağa gəlib gördü, Rüstəm bir böyük övrət və kişi məclisi tərtib eləyib.
Əyləşdilər kefə. Amma Əkbər içən deyildi. Rüstəm yeyirdi, içirdi, söhbət edirdi və hamı da, ələlxüsus xanımlar ona afərin deyirdilər. Sübhədək kef edib, Əkbər min manatdan artıq pul verib evə gəldi.
Evdə anası oğlunun nə yerdə olduğunu nə qədər soruşsa da, Əkbər cavab verməyib, axır qəzəbnak: “Bir yol, sənin borcun deyil!” – deyib gedib yatdı.
Binəva övrət xiffətindən naxoşluğa düşüb, bir neçə gün yatıb Tanrı rəhmətinə getdi.
Bir-iki ay anasının vəfatından sonra Əkbər dükanı bağlayıb, evi Kərbəlayı Qulaməliyə tapşırıb Rüstəmlə bir yerdə yola düşdü Moskva şəhərinə, bəzzaziyyə malı gətirib təzə mağaza qoymağa. Moskvadan yolları düşdü Peterburqa, oradan Berlinə, Berlindən Parisə. Bir ay sərasər Rüstəm Əkbəri Parisin işrətxanalarında gəzdirib öz gününə saldı və bu səyahət Əkbərə yüz min manatdan artığa durdu. Axır Parisdə bir gözəl (madam San Fua adlı) xanıma bənd olub, ildə iyirmi dörd min manata danışıb və qabaqca neçə min manatlıq libas və cavahirat alıb, özü ilə vətənə gətirib, mehmanxanada mənzil verdi. Və başladı evin övzaını3636
Övza – 1) biçim, tərz; 2) vəziyyət
[Закрыть] dəyişməyə. Otaqları Yevropa qaydasına salıb, baha qiymətlərə miz və sandallarla müzəyyən edib və madam San Fua üçün bir gözəl otaq hazırlayıb köçürtdü evinə və qoca Kərbəlayı Qulaməliyə yüz manat verib rədd etdi və əvəzinə bir aşpaz, bir lakey və madam üçün bir qız qulluqçusu baha qiymətə tutdu və sonra bir fayton, bir karet və dörd rəs3737
Rəs – baş
[Закрыть] Orlovski at böyük məbləğə alıb madama peşkəş elədi.
Madam San Fua Əkbərin canına bir yaman zəli olub başladı müdam3838
Müdam – daim, həmişəlik
[Закрыть] onun qanını sormağa. Bir gün Əkbər evə peşkəşsiz gələndə axşamadək madam onu dindirmirdi. Hər gecə Əkbərin evində qumar məclisi qurulub, otuz minlərlə pullar uduzulurdu və hər gecə də Rüstəm öz yoldaşları ilə Əkbərin evində qonaq idi. Əkbər ticarəti əldən buraxmışdı və işi ancaq eyş-işrət və qumar idi.
Bir gün Əkbər ayılıb gördü ki, atasından qalan evlərin ikisi də girov qoyulub və cibində də pul qalmayıb. Hacı Xəlildən qalan dövlətin hamısı Yevropa səyahətinə, içkiyə, qumara, madamın məvacibinə və peşkəşlərinə gedib.
Axır bir gün madam San Fua Əkbərə məlum etdi ki, daha onunla ola bilməyəcək, çünki budur, iki aydır ona pul çatmır və peşkəş gəlmir. Xülasə, Əkbər dövləti itirib, ona sahiblik etməyə qabil deyildir.
Əkbər nə qədər ağladı, yalvardı, kar görmədi. Madam öz şeylərini yığıb mehmanxanaya köçdü. Əkbər hirsdən və xiffətdən naxoş oldu.
Rüstəm bir-iki dəfə onun yanına gəlib sonra tərəddüdü kəsdi. Axır Əkbər ona yazıb təvəqqe etdi ki, bir yanına gəlsin. Cavab gəlmədi. Bir gün Əkbərə xəbər gətirdilər ki, Rüstəm madam San Fua ilə yaxınlaşıb və madamın xərci ilə onunla mehmanxanada olur. Bu xəbər Əkbəri lap mütəğəyyir etdi.
Əkbər bir aydan ziyadə naxoş yatıb durdu ayağa. Bir gün küçə ilə gedərkən gördü, bir gözəl faytonda Rüstəmlə madam San Fua çox mehriban əyləşib ona tərəf gəlirlər. Əkbər əl elədi, faytonu saxladılar. Yaxına gəlib bir güllə madama, birini də Rüstəmə vurub hər ikisini öldürdü və oradan gedib özünü divana təslim etdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?