Текст книги "Hekayələr"
Автор книги: Əbdürrəhim bəy Haqverdiyev
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]
Usta Zeynal fikrə getdi. Bu halda Mirzənin kiçik oğlu atasına üzünü tutub dedi:
– Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən?
– Yox, oğul, gücüm çatmaz. On manat, bəlkə… Bəs sən?
– Mən bir belə fikir eləmişəm, qardaşım getsin oxumağa. Mən də burada başlayım dövlətlilərin uşaqlarına dərs verməyə. Qazandığım pulu göndərim qardaşıma. O qurtarıb gələndən sonra da mən gedərəm, o mənə pul göndərər. Bəlkə, mən dərs verməkdən o qədər pul qazandım ki, heç sənin on manatına ehtiyac olmadı.
Bu məsləhəti hamı xoşladı.
Bir gün Mirzə Səfər Rastabazardan ötərkən qulağına səs gəldi:
– Mirzə Səfər, Mirzə Səfər!
Dönüb gördü ki, o səsləyən Həsən ağadır, tacir Hacı Qulunun dükanında oturub, oradan əl edir.
Mirzə, Həsən ağaya tərəf getdi.
– Ağa, nə buyurursan? Hacı Qulu, salaməleyküm!
Həsən ağa dedi:
– Mən səni gözaydınlığı verməyə çağırdım, eşitdim uşaqların məktəbi qurtarıblar, gözün aydın!
– Sağ ol, ağa!
– Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma, gəlsinlər, bir söhbət edək.
– Nə üçün gəlsinlər, ağa?
– Necə nə üçün? Məktəb qurtarıblar, ağsaqqala gərəkdirmi bir vizit versinlər5555
Vizit versinlər – görüşə gəlsinlər
[Закрыть]. Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum, işləsinlər, sən də bir qədər istirahət elə.
– Ağa, qulluğa qoymaq fikrim yoxdur. İstəyirəm, uşaqlarımı ali təhsil almış görüb gözlərimi yumum.
– A kişi, sən bir kasıb adamsan, ali təhsil görmüş uşaqları sən neyləyirsən? Ali təhsilin ildə min manatdan çox xərci var. Mən oğluma ayda yüz manat göndərirəm, yenə "gördüm" demir. Sənə varlılarla tarazıya girmək nə yaraşar? Yorğanına bax, ayaqlarını uzat!
– Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Onlar ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır.
Həsən ağanın rəngi dəyişdi:
– Nə demək istəyirsən, bu eyhamların mənası nədir?
– Bir məna yoxdur, ağa! Ovqatınız təlx olmasın. Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vagüzar5656
Vagüzar; vagüzar etmək – köhn. həvalə etmək, öhdəsinə qoymaq
[Закрыть] ediniz. Nə vaxtda sizin qapınıza gəlib çörək istəsəm, nökərlərə buyurun məni qovsunlar. Bağışlayın, başağrısı verdim. Xidmətinizdən mürəxxəs olaq. Xudahafiz, Hacı Qulu.
Mirzə Səfər getdi. Həsən ağa Hacı Quluya:
– Görürsən, Hacı, xalq nə payədə5757
Payədə – dərəcədə
[Закрыть] qudurub?! Hər qor– qoduq özünü adam cərgəsinə qoşur. Buna deyən gərək: "Ay qoturun biri, sən neyləyirsən ali təhsil görmüş oğulu? İki oğlun məktəbi tamam edib, çox gözəl, hərəsini bir işə qoy, səni dolandırsınlar". Camaat gəldikcə qudurur. Verdiyi cavaba bax!
Həsən ağa ovqatı təlx qalxıb getdi evinə.
İki aydan sonra Mirzə Səfərin böyük oğluna tədarük görüb Rusiyaya yola saldılar. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol və müvəffəqiyyət diləyib bir qızıl saat da peşkəş verdi.
Mirzə Səfərin kiçik oğlu başladı dövlətli balalarına dərs verməyə. Müəllimlikdə böyük qabiliyyət göstərdiyinə işləri günü-gündən tərəqqi etməkdə idi, qardaşına nəinki artığınca pul göndərirdi, hətta aybaay bir qədər də öz gələcəyi üçün kənara qoyurdu.
Bahar fəslinin axırında Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi.
Bir-iki gündən sonra Həsən ağa Mirzəni bazardan keçən görüb çağırdı:
– Mirzə Səfər, bir buraya zəhmət çək.
Mirzə gələndə onun əlini bərk sıxdı:
– Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşayır, ona deginən, bir mənim yanıma gəlsin, deginən, əmin xahiş edirdi ki, sabah axşama çaya qonaq gələsən.
Mirzə təəccüblə ağanın üzünə baxdı:
– Bilirsiniz, ağa, mənim oğlum bu saat məndən ağıllıdır. Mən ona heç bir məsləhət görə bilmərəm, öz təklifini özü yaxşı bilir.
– Sən ona deginən, oğlun Yevropa adətlərinə, yəqin, bələddir, özü bilir ki, ağsaqqallara vizit vermək lazımdır.
– Baş üstə, deyərəm. Xudahafiz.
Həsən ağa dübarə Mirzəyə əl verdi.
***
Mirzə Səfər ölüm bəstərində5858
Bəstər – yataq, yorğan-döşək
[Закрыть] idi. Böyük oğlu təbib bir yanında əyləşib tez-tez atasının sinəsinə yaş məhrəba salırdı, lazım olduqca atasına dərman içirdirdi. Kiçik oğlu mühəndis böyük qardaşının əmrlərinə itaət edirdi: əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Usta Zeynal da bir tərəfdə məyus əyləşib dostunun üzünə baxırdı.
Mirzə gözlərini açdı.
– Balalarım, yavuğa gəlin, əlinizi mənə verin.
Oğlanlarının əllərini aldı əllərinə:
– Balalarım, dünyada mən çox ömür etmişəm. Sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Cəmi ömrümü işimdə təmiz olmuşam. Bir adama təməllüq, yaltaqlıq eləməmişəm, sizə mənim vəsiyyətim: ac qalsanız da, Həsən ağa kimi adamlara gedib yalvarmayın. Onuntək adamlardan uzaq qaçın. Siz təmiz, namuslu dolanırsınızsa, həmişə müvəffəqiyyət sizi tapar. Mən gedirəm. İkinci sizə vəsiyyətim: bu usta Zeynalı həmişə ata gözündə görərsiniz. Mən dünyada ancaq onda etibar gördüm.
Mirzə Səfər bu sözləri deyib həmişəlik gözlərini yumdu.
Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Oğlanlarının xatirəsi üçün tamam şəhərin tüccarı5959
Tüccar – köhn. tacirlər
[Закрыть], əyanı onun dəfnində iştirak edirdilər. Hətta Həsən ağa da təşrif gətirmişdi.
Mirzənin dəfnindən sonra neçə gün xalq oğlanlarının yanına sər-səlamətliyə gəlib-getdilər. Bu gəlib-getməklik rəsmiyyət idi. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı. O adam usta Zeynal idi.
ŞEYX ŞƏBAN
– Şeyx Şəbanı siz tanıyırsınızmı?
– Xeyr!
– Heyif, sədd heyif. Mən haman o Şeyx Şəbanı deyirəm ki, yolun qırağındakı məhəllə məscidinin qabağında əyləşib pinəçilİk edirdi. Yağış yağanda sel gətirən köhnə başmaqları, çustları, çəkmələri, çarıqları yığıb, qəlibə vurub, yamayıb ucuz qiymətlə – cütünü bir abbasıdan, altı şahıdan satardı. Fəqir-füqəranın ayaqqabıları hamısı ancaq Şeyx Şəban əməli olardı.
Deyəsən, yavaş-yavaş yadınıza düşür? Bir toy, bir ehsan Şeyx Şəbansız keçməzdi. Meyit qabağında Şeyx Şəban: "La hövlə və la qüvvətə", – deyəndə səsi şəhərin o biri qapısında eşidilirdi. Hər sabah tezdən durub, enib, sübh namazını məsciddə qılıb, sonra çıxıb, öz yerində əyləşib peşəsinə məşğul olardı. Günorta və axşam azanını da verməyi özünə fərz hesab edərdi. Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah! Azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi.
Şeyx Şəban gödəkboylu, uzunsaqqallı bir kişi idi. Baharda, yayda abaya6060
Aba – köhn. müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun kişi paltarı (əslində, ərəb milli paltarıdır)
[Закрыть] bürünərdi və qış fəslində çiyninə bir Xorasan kürkü salardı. Bir nəfər deyə bilməzdi ki, mən Şeyx Şəbanın saqqalının dibini zərrəcə ağarmış görmüşəm. Heç Şeyx Şəban elə adam deyildi. Otuz il bir abada gəzməyi, qırx il bir kürkə bürünməyi qəbul edərdi, amma saqqalına rəng və hənadan korluq verməzdi.
Rəng və hənanı da həmişə əttar Kərbəlayı Məqsuddan alardı. Hər adamın satdığı hənanı bəyənməzdi. Düşəndə də deyirdi ki, Kərbəlayı Məqsudun hənası cəmi İranda tapılmaz! Gör nədir ki, qazı ağa özü də onun hənasını işlədir və dəlilinin də ki müqabilində heç bir irad ola bilməz. Yemək tərəfindən həmçinin Şeyx Şəban özünə korluq verməzdi. İlin çox hissəsini toylarda, ehsanlarda plov yeyərdi. Fəqət plov olmayan günü də hökmən gərək bir abbasılıq ət alıb göndərəydi evə, ta arvad axşam abgüşt bişirsin. Əti də Şeyx Şəban qəssabdan almazdı. Qəssabbaşı İmaməli ilə müştəri idi. Nisyə ət alıb əlinə pul keçdikcə hesablaşardı. Ondan əlavə, düşəndə axşamlar yemişdən, üzümdən, qarpızdan alıb özü abanın altında evə gətirərdi.
Şeyx Şəban belə Şeyx Şəban idi.
Şeyx Şəbanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi, çünki yaxşı ruf tutardı, çöp ötürərdi, noxud falı açardı və həcəmət6161
Həcəmət – xalq təbabətində: xəstə adama küpə salıb qan almaqdan ibarət müalicə üsulu, habelə müalicə məqsədilə qan almaq, qanı sormaq üçün işlədilən buynuzşəkilli alət
[Закрыть] qoyardı, boğaz basardı. Nəinki şəhərdən, hətta ətraf kəndlərdən də boğazlarında çöp qalan uşaqları birbaş Gülsüm xalanın yanına gətirərdilər. Gülsüm xala uşağın ağzını əli ilə örtüb üzündən üflərdi, sonra barmağını uşağın ağzına salıb əzgil çəyirdəyindən, gavalı çəyirdəyindən, kömür qırığından çıxarardı.
Bir dəfə Şeyx Şəbanın çəpərinin yanından ötürdüm, gördüm həyətdə bir nəfər kişini uzadıb yerə, boğazına bir ip bağlayıb, ipin bir ucunu da ağaca bağlayıbdır. Uzananın yanında neçə nəfər şəxs və Gülsüm xala da, üzü örtülü, durubdur. Bir də gördüm kişilərdən ikisi uzananın ayaqlarından yapışıb gücləri gəldikcə dartırlar. Bunun boynu belə şaqqıldadı, guya bir böyük ağac şaxı sındı. O saat ipi boğazından açdılar. Durdu ayağa, əlini cibinə salıb, sonra cibindən çıxardıb Gülsüm xalaya tərəf uzatdı. Bildim ki, pul verdi. Kişilər həyətdən çıxanda birinə yaxınlaşıb dedim:
– Bu nə keyfiyyətdir?
Dedi:
– Bu şəxsin boynuna qıyıq girmişdi. Allah imanını kamil eləsin, Gülsüm xala sağaltdı.
Gülsüm xala da belə Gülsüm xala idi.
Şeyx Şəbanın yaşı altmışdan addamışdı. Gülsüm xalanın sinni əlli beşinə yaxınlaşırdı. Bu iki ər-arvadın bir-birinə olan məhəbbəti dillərdə deyilirdi. Hər sübh Gülsüm xala Şeyx Şəbandan tez oyanıb, yerindən qalxıb samovar hazır edərdi. Samovar qaynayantək otağın ortasına çəhrayı rəng, hər iki tərəfinə "məclis arast6262
Arast – bəzəkli
[Закрыть]" yazılı çitdən bir süfrə salıb, pendirdən, çörəkdən süfrəyə düzüb ərini oyadardı.
– A kişi, daha durginən, azanın vaxtı keçir.
– Bu saat durram, çay hazırdırmı?
– Əlbəttə hazırdır. Məgər özün bilmirsən ki, mən çay dəmləməmiş səni oyatmaram?
Şeyx Şəban arvadının adətini bilə-bilə yenə hər sübh ona bu sualı verərdi. Çünki arvadının cavabı ona ləzzət verirdi və ürəyində də fəxr edirdi ki, onun belə qeydinə qalan arvadı var. Şeyx Şəban cəld durub, dəstəmaz alıb, iki stəkan çay içib qalxırdı ayağa. Arvadı isə tez durub ərinin başmaqlarını cütləyib abasını, ya kürkünü çiyninə salıb, darvazayadək ötürüb qayıdardı otağa. Hər cümə axşamı şeyxin saqqalına həna qoyub, qoz yarpağı yapışdırıb və atası evindən gətirdiyi cehiz hənabəndi ilə bağlardı və gecəyarısı onu hamama göndərərdi. O idi ki, Şeyx Şəbanın saqqalı həmişə şəvətək olardı. Özü də cavan oğlana bənzərdi.
Şeyx Şəbanın atası başmaqçı idi. Özü də bir neçə müddət atasının dükanında başmaqçılıq edib, axırda peşəsini unudub, bir neçə avara yoldaş tapıb qurşandı cahıllığa. Toylarda hamıdan yaxşı oynayan kim idi? Başmaqçı oğlu Şəban. Qumarbazlar arasında ürəkli aşıq atan kimi idi? Başmaqçı oğlu Şəban. Şəhər cavanları arasında hamıdan igid sayılan kim idi? Başmaqçı oğlu Şəban. Hər il məhərrəm ayında məhəllə dəstəsinin başını kim çəkərdi? Başmaqçı oğlu Şəban. Bağışlayın, mən sizin gözlərinizdə sual nişanəsi görürəm, guya siz sual edirsiniz: aya, bu cavan ki, avara idi, bəs bu, haradan pul qazanırdı ki, toylarda, qumarda, səyahətlərdə xərc edirdi? Mən də sizdən sual edirəm:
– Bəs Xoca Sərkizin ki evi yarıldı, yüz put ipəyi getdi, o ipəyin pulu necə oldu? Hacı Qafarın dükanı yarıldı, on beş min manatlıq malı getdi, o malın pulu kimin cibinə doldu? Baron Arakelin dükanından gedən on min manatlıq cavahirat necə oldu?..
Xülasə, nə ərz edim, mədaxil yolu bir deyil idi, beş deyil idi. Bu evləri, dükanları yaranların hamısının başçısı başmaqçı oğlu Şəban idi. Şeyx Şəban cavanlığında məhəllə oğlanlarının arasında çox gözəl sayılırdı. Özü nağıl edərdi ki, məhərrəm ayında başı açıq dəstə başında durub bazarla gedəndə, "Heydər!" deyib başımı silkələyəndə birçəklərim ki üzümə tökülürdü, cəmi damlardan tamaşa edən arvadların, gəlinlərin, qızların ağılları başlarından çıxardı. Bu əhvalatı ona qonşusu ağıçı Mələk nənə gəlib nağıl edərdi.
Bir gün Şəban evdə əyləşmişdi. Mələk nənə daxil oldu.
– Salaməleyk!
– Əleykəssalam! Mələk nənə, əyləş görək.
Mələk nənə əyilib, əvvəl əllərini yerə dayayıb, sonra “ax, ay vay” edib yanını yerə qoydu. Bir az nəfəsini dərib üzünü Şəbana çevirdi:
– Qadan alım, məni neyləyirdin?
– Dincini al, danışarıq, deyəsən, uzaqdan gəlirsən ki, belə yorulmusan?
– Bəli, qadan alım! Zeynal bəyin evində yasda idim. Evə gələndə nəvəm dedi ki, Şəban əmim səni çağırır. Dincimi almamış buraya gəlmişəm, nə var, xeyir ola?
– Doğrudur, ağıçını şərə çağırarlar, amma mən səni, həqiqət, xeyir işə çağırmışam. Səni bir yerə göndərəcəyəm! Gərək gedib Məşədi Məmmədvəlinin qızını mənə istəyəsən.
– Gedərəm, ayağın altında ölüm, bəlkə, vermədi?
– Ağzı nədir, verməyə? Kimin nə həddi var, mənə qız verməsin? Bilmir ki, bazarın içində atasına od vuraram?
Şəban burada dayanıb bir qədər fikir edib dedi:
– Heç sən qızın atasına söz demə, canı çıxsın. Danışarsan, o da artıq-əskik söylər, mən də, bilirsən ki, dilimin, ağzımın sahibi deyiləm. Axırda görərsən, bir biabırçılıq çıxdı. Sən qızın özü ilə danış. Elə ki razı oldu, gəl mənə xəbər gətir. Daha sənin işin yoxdur… Xərclik də istəyirsənmi?
Mələk nənə bir üçlük alıb cibinə qoyub dedi:
– Qızın nə sözü olacaqdır? Şəhərdə qız yoxdur ki, sənə bənd olmaya. Hələ çox sevinsin ki, sənin kimi oğlan onu istəyir, qızın heç sözü olmaz.
– İndi ki sözü olmaz, iş də düzələr. Sən dayanma, get.
Mələk nənə əvvəl diz üstə çöküb, sonra ayağa dayanıb, əziyyətlə qalxıb yola düşdü.
***
Baharın axır ayının gözəl gecələrinin biri idi. Şərqdən əsən nəsim güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən bir məqamət bərpa etmiş idi. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Bədirlənmiş ay bunların arasında ahəstə-ahəstə məbhut6363
Məbhut – sakit
[Закрыть] gəzib dünyaya tamaşa edirdi. Bülbüllər yanıqlı nəğmələr ilə ürək dərdlərini güllərə söyləyirdilər. Şəhər yatmışdı. Tək bir şəhər pasibanlığı6464
Pasibanlıq – köhn. qarovulçuluq
[Закрыть] edən xoruzlar bir-birlərinə oyaq olduqlarını xəbər verirdilər.
Bu gecə iki nəfərin yuxusu gəlmirdi. Bunların biri başmaqçı Məşədi Məmmədvəlinin cavan qızı Gülsüm idi. O birisinin də kim olduğunu mən deməsəm də, qarelər6565
Qare – köhn. oxucu
[Закрыть] anlarlar. Gündüzdən Şəban ona xəbər göndərmişdi ki, gecə hazır olsun ki, gəlib onu aparacağam. Ona görə Gülsümün rəxtxabına guya od dolmuşdu. İlan vurmuştək qıvrılır-açılırdı və vəd olunmuş fitə müntəzir idi.
Qarelər soruşarlar ki, axı Gülsümü Şəban harada görmüşdü ki, ona belə təəşşüq6666
Təəşşüq – aşiq olma
[Закрыть] etmişdi?
Yuxarıda söhbət olundu ki, Şəbanın atası başmaqçı idi. Gülsümün atası ilə şərik olduğundan oğlu Şəban uşaqlıqda tez-tez Məşədi Məmmədvəlinin evinə gedərdi. Gülsüm də uşaq olmağına binaən6767
Binaən – köhn. görə, əsasən
[Закрыть] qaçmazdı. Məşədi Məmmədvəli həmişə Şəbana deyərdi:
– Yaxşı başmaqçı ol, mən də qızımı sənə verim!
Şəban qızarıb, başını aşağı dikib bir söz deməzdi. Uşaqlıqdan bir məhəbbət toxumu bunların qəlbinə düşüb, gəldikcə kök atıb göyərməkdə idi. Gülsüm on yaşına çatandan sonra atası ona Şəban ilə görüşməyi qadağan etdi. O gündən Şəban onu görmürdü, amma bir an – gecə, gündüz yadından çıxarda bilmirdi. Gülsümün atasının onu Şəbana vermək fikri var idi, amma o gündən ki Şəban başmaqçılığı unudub oğurluğa, qumara və sair bəd əməllərə qurşandı, Məşədi Məmmədvəli fikrini dəyişib deyirdi: "Qızımı parça-parça edib itlərə ataram, amma Şəbana vermərəm".
Gülsümə atasının bu qərarı belə təsir etmişdi ki, yazıq qız gündən-günə mum kimi əriməkdə idi. Məşədi Məmmədvəli də qızının naxoşluğunu səhl6868
Səhl – yüngül, qolay
[Закрыть] bilib ona əlindən gələn müalicəni edirdi. Şəban ağıçı Mələk nənəni Gülsümün yanına göndərəndən qabaq özünə söz vermişdi ki, əgər Gülsüm bunun evində arvad olsa, o da bəd əməldən əl çəkib ticarətə yapışacaq.
Gecə yarıdan addamışdı. Vəd olunmuş fit səsi Gülsümün qulağına gəldi. Gülsüm cəld başını yastıqdan qalxızıb durdu ayağa. Bir atası yatan tərəfə qulaq verdi, ondan gəldi anasına qulaq verdi, gördü hər ikisi dərin yuxuya qərqdir. Gülsüm anasının üstündən ahəstə yorğanı qalxızıb onun sinəsindən öpdü. Gülsümün gözlərindən iki qətrə yaş anasının sinəsinə düşdüsə də, oyanmadı. Yenə anasının üstünü örtüb çarşabını götürdü (libasını axşamdan soyunmamışdı). Qapıya tərəf getdi. Qapını ahəstə açıb çıxdı həyətə və sinəsini sərin hava ilə doldurub boşaltdı. Dörd ətrafına göz gəzdirib əvvəl bir ayrıldığı evlərinə baxdı. Sonra gözlərini həyətə döndərib öz əli ilə əkib-becərdiyi qızılgüllərə qəlbən vida etdi. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən: "Get, Allah səni xoşbəxt eləsin!" – deyirdilər. Gülsüm darvazanı açıb, darvazanın dalında durmuş Şəbanla qucaqlaşıb, uzun öpüşdən sonra aşiq və məşuq əl-ələ verib yola düşdülər.
Sabahdan Mehdi bəyin evində böyük izdiham var idi. Çünki Şəban Gülsümü onun evinə gətirmişdi. Qonşulardan neçə adam bir yanda əyləşmişdi. Məşədi Məmmədvəli əlində bir yekə ağac qapıda durub deyirdi: "Gərək bu saat məni binamus edən qızı parçalayam". İki nəfər şəxs onu güclə saxlayırdı. Gülsüm bir küncdə üzüörtülü, başında çarşab əyləşmişdi. Onunla üz-üzə qazı və polis naziri əyləşib sual verirdilər. Qazı deyirdi:
– Qızım, sən heç kəsdən ehtiyat etmə. Heç kəsin cürəti yoxdur sənə bir çırtma vursun. Əgər Şəban səni güclə gətirib, deginən, ta ona divan lazımınca tənbeh eləsin və səni də bu saat verək, atan aparsın evinə!
Polis naziri həmçinin qazının sözünü təsdiq edib deyirdi:
– Həqiqət belədir. Zorla qız aparmağın, zakona görə, böyük cəzası var.
Gülsümü nə qədər danışdırmaq istəyirdilərsə də, cavab verməyə həya edib dinmirdi. Axırda polis naziri dedi:
– Görünür, bu qız atası ilə getmək istəyir və güclə gətirilməyini iqrar etməyə qorxur.
Gülsüm bu sözü eşidəntək səsini çıxardıb dedi:
– Heç kəs məni güclə gətirməyib. Mən özüm öz xahişimlə gəlmişəm.
Bu sözü üç dəfə Gülsüm təkrar edəndən sonra qazının və polis nazirinin çıxıb getməkdən savayı bir çarələri qalmadı. Məşədi Məmmədvəlini də güclə öz evinə apardılar. Haman gün kəbin kəsib Gülsümü aparıb Şəbanın evində qoydular. Şəban necə ki özünə söz vermişdi, Gülsüm onun evinə gələndən sonra hər bir bəd əməldən əl çəkib, bir dükan açıb başmaq dərisi alış-verişinə başladı və bir-iki aydan sonra qayınatası ilə barışmaq fikrinə düşdü. Çünki Gülsümün də könlü anasını çox istəyirdi. Amma görüşmək mümkün olmurdu. Şəban gedib qazıdan təvəqqe etdi ki, onu bir növ Məşədi Məmmədvəli ilə barışdırsın. Qazı isə cümə axşamına söz verdi. Çaharşənbə günü qazı qəsdən Məşədi Məmmədvəlinin dükanına gedib qabaqca özü üçün bir cüt başmaq tapşırdı və əsnayi-söhbətdə dedi:
– Sabah axşam azanına iki saat qalmış gələcəyəm. Amma özümlə də bir neçə qonaq gətirəcəyəm.
– Cəmi şəhəri gətirsən, cənab qazı, gözüm üstə yer elərəm.
Söz yox ki, Məşədi Məmmədvəli qazının xahişini anladı və artıq da fəxr etdi ki, qazıtək vücud Şəbanı onun ayağına gətirəcək. Öz ürəyində deyirdi: “Əlbəttə, beş gün tez, beş gün gec, iş olacaq idi. Bir qız bir oğlana qismətdir. Nə düşübdür, qazıtək şəxsi özümdən rəncidəxatir edim?”
Qazı məşədi ilə xudahafiz edib dedi:
– Məşədi, lumu, mürəbbə, əlbəttə, yadından çıxmasın. Gərək sabah çay hər barədə şirin olsun.
– Gözüm üstə, canım üstündə, istəyirsən, xanəndə də gətirim.
Qazı bu sözə gülüb dedi:
– Bəd olmaz! Xanəndə məhz qazılar üçün yaranıb. Xülasə, sabah axşam sənə qonağıq, xudahafiz!
– Müşərrəf, göz üstə gəldin.
Cümə axşamı müəyyən vaxtda Məşədi Məmmədvəli samovarı ağacın altında dəmləyib, göy ot üstündə sərilmiş süfrədə mürəbbə və doğranmış lumu hazır edib, özü də samovarın yanında dizi üstündə əyləşib stəkanları təmizləməyə məşğul idi.
Bu əsnada qazı, iki nəfər molla və neçə nəfər ağsaqqal təşrif gətirdilər. Gələn qonaqların arasında Şəban da görünürdü. Qonaqlar bir-bir salam verib əyləşdilər. Amma Şəban hamıdan dalda başını aşağı salmış dayandı. Qazı üzünü Məşədi Məmmədvəliyə tutub bir növ nitq söylədi:
– Məşədi, müsəlman taifəsinin gözəl bir adəti var. Bir şəxs, görürsən, gedib bir ayrı şəxsi öldürür. Sonra haman qatil gəlib məqtulun6969
Məqtul – köhn. öldürülmüş, qətl olunmuş
[Закрыть] evinə girəndə onun təqsirindən keçirlər. Sən belə güman et ki, bu oğlan sənə çox əziz olan bir vücudun qatilidir. İndi biz onu sənin qulluğuna gətirmişik. Gərək bizim xatirimizi mülahizə edib bunun təqsirindən keçəsən. Doğrudur, bu, çox qəbih7070
Qəbih – köhn. pis, yaramaz
[Закрыть] əməl tutub. Sənin namına toxunub, amma sən özün də cavan olubsan və yaxşı bilirsən ki, cavan naqisül-əql olar. Bundan əlavə, gərək bunun cavanlığını mülahizə edib təqsirindən keçəsən. Ta bu, bu gündən sənə oğul olsun. Sənin qızın da bunun evindədir. Sənin və anasının həmişə korluğunu çəkir. Gərək ona da rəhm eləyəsən. Məsəldir: "İnsan, övladının ətini yesə də, sümüklərini çölə atmaz".
Qalan qonaqlar da həmçinin Məşədi Məmmədvəlini səsə, küyə basıb Şəbanı çəkdilər ortaya. Şəban isə irəli gəlib qayınatasının əlindən öpdü, qonaqlar da Məşədi Məmmədvəlini Şəbanın üzündən öpməyə vadar etdilər.
Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru etdilər7171
Şüru etmək – başlamaq
[Закрыть] çay içməyə. Çay üstündə qazı həmçinin vəz edib böyüyün kiçiyə məhəbbəti, kiçiyin böyüyə itaəti barəsində uzun bir söhbət elədi. Azan deyiləndə qonaqlar qalxıb, bir-bir Məşədi Məmmədvəliyə əl verib: “Allah sizin qohumluğunuzu başadək eləsin”, – deyib getdilər.
O biri cümə axşamı Məşədi Məmmədvəlinin evində böyük ziyafət idi. Məşədi öz qızını və kürəkənini bir cəmi-kəsir ilə axşam çörəyinə ayaq açmağa çağırmışdı. Şəban kişilər məclisinə daxil olub, salam verib qapı ağzında əyləşdi. Gülsüm arvadlar otağına keçib qapıda anası ilə uzun öpüşdü. Həm ana, həm bala şadlıqlarından ağladılar. Cavan qızlar Gülsümün ətrafını alıb hər biri bir növ suallar verirdilər. Binəva bilmirdi hansının sualına cavab versin. Axşamdan neçə saat keçincə bir podnosda bir dənə qızıl saat gətirib Şəbanın qabağına qoydular. Qonaqlar durub dağıldılar. Neçə gündən sonra rəsmə görə bir qonaqlıq da Şəban edib, qayınatasını və qayınanasını qonaq çağırıb əlli manatadək xərc etdi.
Bu gündən qohumlar bilaməmaniət7272
Bilaməmaniət – köhn. arada heç bir maneə olmadan; maneəsiz,
[Закрыть] bir-birinin evinə gedib-gəlməyə başladılar. Şəbanın alış-verişi yaxşı getməkdə idi. Onun keçmişdə igid sayılmağına görə başmaqçılar hamısı gönü ondan alırdılar. Bu səbəbdən də sair gön satanların bazarı kasad düşmüşdü. Şəbanın ticarətinin tərəqqisi hamıdan artıq gön satan Səlmana təsir edirdi. Gecə-gündüz Səlmanın fikri Şəbanı yıxmaq idi. Amma qorxudan bir iş görə bilmirdi. Axır davam edə bilməyib, camaat bazardan evinə çəkiləndən sonra dükanı bağlayıb birbaş polis nazirinin evinə getdi. Polis naziri bir neçə qonağı ilə əyləşib qumara məşğul idi. Nökər daxil olub xəbər verdi ki, bir nəfər qapıda durub deyir: “Gərək bu saat naziri görüm, vacib ərzim var”. Elə bil nazirin başından bir qab qaynar su tökdülər.
– Məgər bu nainsaflar bir dəqiqə adama rahatlıq verməzlər? Məgər polis qulluqçusu da insantək dincələ bilməz? Hər kimdir, çağır, gəlsin içəri!
Nökər çıxdı, bir dəqiqədən sonra qapı açılıb uzunboylu, qarasaqqal, başının ortası qırxılmış bir adam qapıda peyda oldu. Nazir yerindən durmayıb üzünü Səlmana tutub hirslə soruşdu:
– Nə var, nə istəyirsən?
– Ağa, ərzim tək sizə məxsusdur. Təvəqqe edirəm ki, məni xəlvət danışdırasınız.
Nazir bir ayrı otağa keçib Səlmanı da oraya çağırdı:
– De görüm, nə var?
– İstəyirsinizmi, ağa, baron Arakelin dükanından gedən malı bu gecə tutasınız?
– Bu nə sözdür? Məgər Arakelin dükanını yaran sənə məlumdur?
– Bəli, məlumdur, təvəqqe edirəm ki, bu gecə gedib başmaqçı oğlu Şəbanın evini axtarasınız. Əgər Arakelin şeylərindən onun evində tapılmasa, cavabdehində mənəm. İstəyirsiniz, siz qayıdınca mən buradan getməyim. Əgər ərzim yalan çıxsa, mənim özümü dustaqxanaya göndərə bilərsiniz.
Şəban yatmışdı. Gecənin yarısı darvazanın döyülmək səsi onu oyatdı. Durub, çiyninə bir yapıncı salıb qapıya çıxdı.
– Darvaza döyən, kimsən?
– Pristavdır, gəl, aç qapını!
Şəban qapını açdı. Neçə nəfər polis əmələsi və qazaqlar daxil oldular. Qazaqlar Şəbanı əhatə etdilər. Pristav məlum etdi ki, gərək onun evi axtarıla. Gülsüm qorxusundan nanə yarpağıtək əsirdi. Bir növ özünə cürət verdi. Gedib pristavın ətəyindən yapışdı, istədi ondan ərinin buraxılmasını təvəqqe etsin. Şəban onun üstünə qışqırdı:
– Get, yerində otur! Sənin işin yoxdur, qoy nə bilirlər, eləsinlər!
Şəbanın evini alt-üst etdilər. Həqiqət, Arakelin dükanından getmiş şeylərdən iki dəst gümüş çəngəl-bıçaq, neçə gümüş qəndqabı və sair şeylər tapıldı.
Pristav Şəbana məlum etdi ki, gərək onunla getsin polis idarəsinə. Şəban itaət edib, paltarını geyib pristav ilə bir yerdə getdi. Gülsüm ərə gedəndən bəri, əvvəlinci dəfə idi ki, tək qaldı. Bu təklik ona əl verib o qədər ağladı ki, axırda bihal olub ürəyi getdi, yıxıldı.
Sabah Şəbanın tutulmaq xəbəri cəmi şəhərə yayıldı.
Yıxılan ağaca balta çalan çox olar. Şikayət şikayət dalınca divanın üstünə töküldü. Şəbanın var-yoxunu, evinin müxəlləfatının hamısını satıb xərc etdilər, heç bir əlac olmadı. Üç il həbsxanada saxlayandan sonra işə baxıb qət etdilər ki, on iki il getsin Sibirə. Və qətnamədən sonra yenə sair məhkəmələrə də şikayət olundusa da, heç bir nəticə bağışlamadı. Axır Şəbanın getmək günü müəyyən oldu.
Şəban gedən günü Məşədi Məmmədvəli, arvadı Gülsüm, neçə dost-aşna gedib yığıldılar dustaqxananın qapısına. Şəbanın getməyini eşidib sair bikar tamaşaçılar da kənardan yığılmışdılar. Şəbanın üç yaşında bir balaca oğlu da Gülsümün qucağında idi. Sabahdan camaat günortayadək dustaqxananın qabağında müntəzir oldu.
Axır dustaqxananın zəncir səsi camaatın qulağına gəldi. Hamı bir adamtək yerindən qalxıb gözlərini qapıya dikdilər. Qapı açıldı, qabaqca üç nəfər əlitüfəngli soldat çıxdı. Onların dalınca altı nəfər dustaq, kimisi zəncirsiz, soldatlarla əhatə olunmuş çıxdılar. Dustaqların biri Şəban idi.
Cavanlıqda şəhərin qızlarının ürəyini cəlb edən Şəbanı indi tanımaq olmurdu. Rəngi saralmış, başının tükləri ağarmış Şəban altmış yaşında nəzərə gəlirdi. Şəban arvadını, uşağını görəntək qollarını açıb istədi balasını bağrına bassın, amma soldat mane olub daldan bir tüfəng dürtməsi vurdu, yoldaşların gözünün qabağında döyülmək Şəbana o payədə təsir etdi ki, özünü saxlaya bilməyib neçə qətrə yaş gözündən axıtdı. Əlacı kəsilib gendən dost-aşnaya vida edib yola düşdü.
Dustaqlar gözdən qeyb olanacan camaat dallarınca baxırdı. Gülsüm ağlamaqdan bir payədə bitab olmuşdu ki, yolu gedə bilmirdi. Axırda qoltuğuna girib bir tövr evə gətirdilər. Şəban dustaq olan gündən Gülsüm gedib atasının evində oturdu.
Gülsümün yükü və dərdi-qəmi günü-gündən artmaqda idi. Şəban gedəndən iki il sonra beş yaşında oğlu çiçəkdən öldü. Atası da o qədər qocaldı ki, daha gözləri qüvvətdən düşüb, başmaq tikməyə qadir olmayıb xanənişin oldu. Qışda Gülsümün anası vəfat etdi. Bu gündən Gülsüm başladı əli ilə işləyib həm özünü, həm də qoca atasını saxlamağa. On iki il bu minval ilə keçdi və bu müddətdə bir yandan qəm-qüssə, bir yandan istəkli ərin fərağı, bir yandan gecə-gündüz işləyib, atasından xəlvətə çəkilib ağlamaq Gülsümü bir halətə salmışdı ki, uşaqlar adına Gülsüm nənə deyirdilər.
Şəbanın vədəsi tamam oldu. Amma qayıtmağı üçün gərək şəhər əhlindən rizaməndlik alına idi. Qoca Məşədi Məmmədvəli qapı-qapı düşüb bəylərə, mollalara, hacılara, sövdəgərlərə yalvarıb bir neçə günün müddətində haman kağızı düzəltdi. Bir il də bundan sonra Şəbandan kağız gəldi. Qurtarıb yola düşdü. Biçarə Gülsüm nə növ ərinin yolunu gözləyirdi, onu qələm yazmaqda acizdir. On üç il istəkli ərindən ayrı düşmüş xanımlar onun halını nəzərə gətirə bilərlər. Amma əfsus!.. Sədd əfsus! Bu macəranı çox xanımlar oxumaqdan məhrum qalacaqlar.
Cavan vaxtından cavan ərindən ayrılmış, ərinin fərağından saçı ağarmış, məşğuliyyəti olan balasını itirmiş Gülsüm gecələr sübhədək vaqiədə ərinin səsini eşidib hövlnak ayılıb sübhədək ağlayırdı.
Axır bir gün məlum oldu ki, bu axşam Şəban şəhərə varid olacaq. Haman bir gün Gülsüm üçün keçmiş on ildən uzun görünürdü. Sübh Məşədi Məmmədvəli ağacını götürüb getdi bazara. Bir az düyüdən, yağdan, ətdən alıb gətirib verdi Gülsümə ki, axşama plov bişirsin. Axşam azanına plov hazır idi. Yatağa təmiz fərş salıb Şəbanı gözləyirdilər. Gülsüm də bir dəst çit libas geyib ərinin gəlməyinə müntəzir idi. Gah pəncərədən baxırdı, gah tez-tez darvazaya gedib qayıdırdı. Bir də gördü qonşusunun oğlu qaranəfəs gəlir:
– Gülsüm xala, muştuluğumu ver! Şəban əmi gəldi!
Gülsüm olan yarım manat pulunu çıxarıb uşağa verib getdi darvazaya. Gülsüm belə güman edirdi ki, Şəban bu on üç ilin müddətində əsla dəyişməyib. Yarım saatdan sonra neçə nəfər köhnə rəfiqlərlə Şəban daxil oldu. Bilmərrə qocalmış, baş, saqqal qartək ağarmışdı. Gülsümün və Məşədi Məmmədvəlinin şadlıqlarının intəhası yox idi. Şəban gəlib əyləşəntək qonşularından bir neçə adam gözaydınlığı verib, bir az da söhbət edib getdilər.
Xalq çəkiləndən sonra plovu ortalığa qoyub Məşədi Məmmədvəli, Şəban və Gülsüm bir qabda yeyib: "Əlhəmdülillah", – deyib çəkildilər. Şəbanla Gülsüm o gecə sübhədək yatmayıb qabaq-qabağa söhbət etdilər. Bir neçə gün Şəbanın yanına dost və aşna gəldi. Axırda Şəban arvadını da götürüb öz evinə köçməyə qərar qoydu.
Məşədi Məmmədvəli dedi:
– Bala, Şəban, mənim sinnim yetmişdən addayıb. Gözlərim çoxdan xarab olub. İş görə bilmirəm. Məni sən bu halda qoyub hara gedirsən? Mən bilirəm, sənin əlində mayan yoxdur. Yaxşı olar ki, hamımız bir evə yığılaq. Bu evi də sataq, əlində maya qayır, dolandır.
Belə də elədilər. Şəban köçdü öz evinə və bir neçə gündən sonra Məşədi Məmmədvəlinin evini səkkiz yüz manata satdılar. Şəban yenə bir dükan açıb başladı gön alış-verişinə. Amma bu dəfə Şəbanın işi tərəqqi edə bilmirdi. Əvvələn, qocalmışdı, əlavə, ticarətdən on altı ilin müddətində yadırğamışdı və yeməyi, geyməyi, qonaqlığı çox dost tutduğundan gündə iki manat qazananda üç manat xərc edirdi. Bu da ticarət qaydası deyildir:
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?Популярные книги за неделю
-
Антонио Наставник всегда появлялся неожиданно и всегда пешком. На вечерней или на…
-
Исторический роман признанного классика японской литературы Сюсаку Эндо рассказывает о…
-
Литературная основа сериала «Настоящая кровь», получившего премии «Золотой глобус» и…
-
Одна ночь. Ночь, которая решит многое для пассажиров легендарного «Восточного экспресса»,…
-
Готовьтесь, достойные жители Анк-Морпорка, ибо вас ждет самое необычное зрелище во всем…
-
Американский писатель Говард Филлипс Лавкрафт при жизни не опубликовал ни одной книги,…
-
Королева секретов. Роман об Анне…
Недавно овдовевший Генрих VIII, собравшись в очередной раз жениться, решает взять в жены… -
Дао дэ цзин. Книга пути и достоинства
Книга «Дао Дэ Цзин» является древнекитайским философским трактатом, написанным Лао-цзы,… -
– Почему отец от меня отказался, ма? Почему?! – зло откидывая одеяло в сторону,…
-
Пришло время показать всем жителям Озерного края свое могущество. Артем землянин,…
-
Большую часть жизни человек тратит на то, чтобы найти необходимое сочетание компонентов…
-
Никогда не интересуйтесь, что происходит с теми, за кем уже закрылась последняя дверь… В…
-
Адель – теневой призрак, она способна становиться неосязаемой и прятаться во мраке.…
-
Четыре крыла… Белое-черное, черное-белое… Пропавшие без вести. Их было двое – простой…
-
Начинающий искусствовед Энн Стилуэлл приезжает в Нью-Йорк, надеясь провести лето на…
-
Морозко ждал от своих подданных ежегодного жертвоприношения. Получив отказ, разгневанный…
-
ОСНОВАНО НА РЕАЛЬНЫХ СОБЫТИЯХ. ОТ ОБЛАДАТЕЛЬНИЦЫ МЕКСИКАНСКОЙ НАЦИОНАЛЬНОЙ ПРЕМИИ…
-
В «Рассказах о людях необычайных» Ляо Чжай говорит о простых вещах, а читатель становится…
-
Талантливый юрист Ханна Кэмпбелл хочет перемен в жизни, поэтому она записывается во…
-
Цветы со шрамами. Судьбы женщин в…
Мы привыкли видеть историю в батальных сценах и героических биографиях полководцев,… -
Дворец потерянных душ. Наследник…
Китана возвращается в Зираков и понимает, что за время ее отсутствия в королевстве… -
Аксил Мун разбил мое сердце, когда мне было пятнадцать, и с тех пор я неустанно грезила о…
-
Все дома хранят историю своих обитателей. Этот дом был построен сутенером и превратился в…
-
ОТ АВТОРА БЕСТСЕЛЛЕРА «МИЛЯ НАД ЗЕМЛЕЙ»! Вторая часть цикла «Город ветров». Райан –…