Электронная библиотека » Cəfərzadə Əzizə » » онлайн чтение - страница 4

Текст книги "Bəla"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Cəfərzadə Əzizə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Qoca danışdıqca Şahbanunun ürəyindən belə sözlər keçirdi: “Qızılbaşlar! Ərim, övladlarım bu soydan olsa da, zəhləm gedir onlardan. Atamın intiqamını aldım. Amma hələ ürəyim soyumayıb. Qoy boğsunlar bir-birilərini. On-da hakimiyyət daha yaxşı idarə olunar. Onda hakimiyyətə can atanların sayı azalar. Və biz də qulağı dinc yaşaya bilərik, bəlkə… Və mənim övladlarımdan hansı haki-miyyətə gəlsə, bu bəlaları çəkməz. Daha doğrusu, onları yatırtmaq, barışdırmaq, onları bir-birindən ayırmaq, kü-sülüləri barışdırıb, hamısını bir taxt-tac altında birləş-dirmək, bəlkə də, onlara nəsib olacaq. Qoy bu tayfalar bir-birini qırsın (az qala partiyalar deyəcəkdim, əziz oxu-cum!), azalsınlar. Azalsınlar. Azalsalar, balalarımın hökm-darlıq, hakimiyyət bayrağı ucalar. Daha möhkəm olar səl-tənətləri”.

Ərən Baba isə düşünürdü: “Bəli, bir zaman xuda bən-dəsi olan Şahzadə Məhəmmədin hakimiyyətə gətirilməsi-nə çalışdığım zaman, həmin Bəyimi nəzərdə tutmamış-dım. Ağlıma da gəlməzdi, sənin bu qədər qəzəb, qərəz, kin, öc almaq, intiqam almaq hislərilə dop-dolu olmağın. Bö-yük səhv etmişəm. Böyük səhv etmişəm; ölkəni Məhəm-məd Xudabəndə deyil, sən idarə edirsən. Müharibələri Məhəmməd Xudabəndə, şahzadələr, qızılbaş əmirləri de-yil, sən aparırsan”.

Şahbanu özünü saxlaya bilməyib hündürdən dedi:

– Dədəm, sözlərində həqiqət var. Amma qoy o tayfa-lar azalsın, zəif düşsün; bəlkə, onda dövlətin qulağı dincə-lə. Şahənşah rahatlıq tapa. İbadətinə mane olan olmaya. Qoy o türksoylu dediyin osmanlılar, tatarlar, qızılbaşlara düşmən kəsilmiş bütün başqa hökmdarlar zərbəmizi görsünlər. Böyük Şah İsmayıl kimi bir gözəl hökmdarı darda qoyanlar… Və gələcəkdə hakimiyyətimizin möh-kəmlənməsi buna bağlıdı, bəlkə. Əl çəkələr bəlkə, bizdən; zəif düşər, daha bir də cürət eləməzlər.

Qoca bir söz demədən, məsləhətinin “gümbədi-dəv-vara” dəyib qayıdan qoza bənzədiyini gördü və məyus-luqla Məhdi-Ülyanın alaçığını tərk etdi. Şahbanu heç özü də bilmədi ki, bu xəyal niyə, neyçün indicə əmr verdiyi anda gəlib onun yadına düşdü. Bəlkə, bunda da bir hik-mət, bir xəbərdarlıq vardı.

Heç beş hovur çəkmədi ki, əvvəlcə Mirzə Salman, onun ardınca da qızılbaş qoşun başçıları – əmirlər Şah-banunun xeyməsində hazır oldular. Alageyimlisi, yarı-yuxulusu, yarıkeflisi də vardı. Bu gün heç biri hücum gözləmədiklərindən hərə istədiyi kimi istirahətə məşğul idi çadırında. Hətta Şahbanunun şəxsi vəziri Mirzə Sal-man belə, bu qəfıl həyəcanın səbəbini anlamadan ayaq üstə durub Bəyimin ağzına baxır, nigarançılıq içində olduğun-dan səbəbi öyrənmək üçün sual belə verməyə cürət et-mirdi.

Şahbanunu hərbi libasda bu gecənin gec çağında silahlanmış, qılınc, qəmə qurşanmış görən sərkərdələrdən ən əvvəl Mehrdar Şahrux xan düşündü: “Allah xeyirə ca-lasın. Görəsən, nə baş verib? Kimiysə günahlandırıbmı yoxsa?”

Hamının hazır olduğunu görən Şahbanu Xeyrənisa Bəyim, yalnız ən sonda çadıra girən istəkli oğlu Həmzə Mirzəni görüncə ürəyi sızıldadı. Cavanın gözlərindən yu-xu tökülürdü. Güclə aralayırdı kirpiklərini. Məhdi-Ülya ürəyinə dolan ANA sızıltısını yenib udqundu və özünü ələ alıb sözə başladı:

– Həzərat, möhtərəm əmirlər! Xəbəriniz olsun ki, düşmən artıq mövqeyimizə yaxın, yarım fərsəxlikdə qərar tutub, cərgələnib. Alobaşdan qəfıl hücuma keçmək fikrin-dədi. Hər bir sursatı hazırdı. Sizi buna görə qaldırdım…

Əmir xan Türkman düşündü: “Allah, sən bunu, de-yəsən axı, səhvən arvad yaratmısan. Şükür cəlalına. Sər-kərdələr qalıb, xəbəri Şahbanu verir”.

Mirzə Salman: “İlahi! O, bu xəbəri hansı “qulaq-çı”sından alıb ki, mən də xəbər tutmamışam?”

Səfiqulu xan Bayat: “Bəyim, kaş Allah sənə bu sər-hesablıqla birgə, kişilik də verəydi. Onda haqqında bu “arvad” sözü də deyilməzdi. Əmrin indiki kimi narazılıq-la deyil, “ləbbeyk” deyə yerinə yetirilərdi”.

Saleh xan Qacar: “Afərin sənə, Şahbanu! Ərindən də, oğlundan da, vəzirlərindən də sən sərvaxtsan. İşini bilən sərkərdəsən”.

Rza xan Şahsevən sanki Bayat tayfası əmirinin fıkrini davam etdirərək düşünürdü: “Vallah, sənin başçılığınla döyüşə girənlər nahaqca yerə “arvad” deyib, xəcalət çəkir-lər”.

Xeyrənisa Bəyim sanki bu fikirləri sərkərdələrin göz-lərindən oxuyurdu. Daxilindəki qəzəblə onları süzür: “Bəziniz kimi ev yıxan, tüp dağıdan, bir-birinin qanına susayan kişi olmaqdansa, vətənin dərdini çəkib, düşməni dörd gözlə gözləməkdənsə, məmləkəti bir fağırın əvəzinə idarə etmək eşqilə çarpışa-çarpışa, yağıları, dörd tərəfdən vətəni əhatə edən qarı düşməni güdüb, hiylələrinə vaqif olub çarə çəkməkdənsə…” dalını gətirmədi. Sözlərinə da-vam etdi:

– Əgər məsləhət bilsəniz, gəlin biz onları qabaqlayaq. Gündoğandan əvvəl Karvanqıran ulduz görünən kimi şəbxun vuraq. Bu qələbə də ki, yalnız və yalnız sizin öz qoşunlarınızı hansı bir sükunət və sakitlik içində qaldırıb, mövqeyə hərəkət etməyinizdən asılıdır.

Yığıncaqdan xəfıf bir uğultu keçdi.

Xışıltılı səslərlə olsa da, təhsin vardı bu uğultularda:

– Afərin, Şahbanu!

– Mərhəba, Məhdi-Ülya!

– Gözəl nəqşədir, Bəyim!..

Məhdi-Ülya tələsirdi. Bəzilərinin güclə dilə gətirdiyi tərifləri dinləməyə nə macalı vardı, nə hövsələsi, nə səbri, nə də vaxtı.

– Mürəxxəssiniz. Amma zəfər yalnız sizin ehtiyatlı olmanızdan asılıdır, düşmən sayıq düşməsin…

Əmirlər bir-bir çadırı tərk etdilər. İçəridə yalnız ana ilə bala – Məhdi-Ülya ilə Həmzə Mirzə qaldı. Həmzə Mirzə anasına yanaşdı. Əlindən tutub öpdü:

– Anacan, – dedi, – Şah atam deyərdi ki, şəbxun vur-maq günahdı…

– O günahı mən götürürəm çiyinlərimə, övladım! Ayrı çarəmiz yoxdu. Düşmənin xeyli qüvvəsi var. Bu xəmir çox su aparacaq, bala! Mən siz cavanları tədbirsizzadsız hədəfə çevirə bilmərəm. Get, geyin, yaraqlan, dostlarından bir addım da geri qalma! Atanın, mənim, xanədanımızın adna ləkə vurma.

Sözləri cəngavər sərkərdə deyirdi, ana ürəyi isə sızıl-dayırdı içəridə.

Çadırdan o yana şəbxun hazırlığıyla məşğul olan yarıyuxulu oyanmışlar pıçıldaşırdı:

– Ayə, bu arvad…

– Arvad kimdi?

– Allahın bəlası!… Bizə əmrlər verən!…

– Əh, sən də söz tapdın da… O arvaddı bəyəm?

– Bə nəmənədi?

– Beş yüz, sənin kimi yox aaa, beş yüz igid kişiyə bərabər…

– Hər nəmənədi. Mənim qeyrətim götürmür ki, mənə zənən xaylağı əmr verə… Vuruşmaq öyrədə. Mənim qey-rətim də var, qolumun gücü də var. Əlimdə qılıncım var.

– Olsun da…

– Necə yanı olsun da? Gədə, mən tayfamın içinə necə çıxaciyam? Deməzlər ki, ay başı börklü, sənə ki, başı çar-ğatlı arvad başçılıq eliyey, day sən o börkü nöşün qoymu-san təpövə? İsti-soyuqçun? Hardadı sənin namusun, qey-rətin? Götürə bilməyəcəm bu təhnə-tərizi!

Ətrafa göz gəzdirib əlavə elədi:

– Gədə, sən ölmiyəsən, qurban canı, əlimə təkə-təkdə keçə ha… Cücə boğazı kimi üzərəm boğazını.

– Soora da şahənşah sənin axıruva çıxar.

– Yooox! Allah ona elə ürək vermeyib. Bəlkəm hələ, qurban canı, özü də boğaza yığılıb bu çəpəlin əlinnən.

Müsahiblər yaxından şıqqıltı eşidib diksindilər.

– Yavaşşş… Yerin də qulağı var. Baş hərəmə “çəpəl” demək, sənə ucuz başa gəlməz. Qulağına çatdıran tapılar. Səni iynənin gözündən keçirər…

– Əh, Allah vurmuşdu onu. Gör bir neçə tayfa ondan “əlaman” deyir.

Yenə də səsini alçaldıb soruşdu:

– Eşitməmisən?

– Nəyi?

Deyillər o heç nə zənəndi, nə də kişi. Ərəmikdi.

Müsahibi qaqqıltıyla güldü:

– Külüm başuva! Bəs onda o dörd şahzadanı sənin arvadın doğub?

Şəbxun gözlənilməz olsa da, düşmən sayıq durmuş-du mövqeyində. Axı elə bu şəbxundan az sonra dan uldu-zu doğacaq, onlar özləri qəfıl hücuma keçəcəkdilər… Gecə də olsa, payızın axır ayı da olsa, quru, on beş gecəlik ayın işığı yardımçıydı döyüşçülərə. Hər iki tərəfə. Çarpışsalar da, qanlar axıtsalar da, heç olmasa, qaranlıq gecə şəbxun-ları kimi bir-birini tanıyıb ayırd etmədən, özününkünü də öldürə bilən düşmənlər, bu dəfə yaxşı seçirdilər özlərinin-kiylə düşməni. Dan ulduzu da doğdu. Üfüq yerlərə hopan qan kimi qızardı da; az sonra payız günəşi boy da verdi. Bu payız günəşi boylandıqca düzənliyi, döyüş meydanını işıqlandırdıqca, çöl lalələr açmış bahar gülzarına bənzə-yirdi; qanlı lalələrdi ancaq. Göy çəməndə payızın azacıq göyərtdiyi otlar arasında bu qanlı “lalələr” hələ çox axa-caqdı.

Şahbanu alçaq bir təpənin üstündə dayanıb, göstəriş-lər verir, əlinin altındakı bir neçə çavuş vasitəsilə əmr və təkliflərini tayfa başçılarına – əmirlərə çatdırırdı.

İkinci gün heç bir tərəf şəbxun vurmaq qərarına gəl-mədi.

Hər iki tərəf sarvaxt idi. Axşam namazının azanı veri-ləndə, döyüşçülər meydanı tərk edib, mövqelərinə çəkildi-lər. Cənazələr hələ düşdükləri yerdəcə qalırdı. Ağsu çayı-nın sularında hər iki tərəf dəstəmaz alıb şam namazını qıldı. Döyüşün ümumi qanununa görə, meyitləri mey-dandan yığmağa, dəfn tədarükü görməyə başladılar. Nə qədər ki, hələ payız qaranlığı çökməmişdi, nə qədər ki, hələ Şəbiyeldaya bənzər qaranlıq payız gecəsi düşməmiş-di, nə qədər ki, on beş gecəlik ayın doğmasına qalırdı, cənazələri dəfn etmək vacibdi.

Bu gün ağır itkilər bahasına olsa da, kimin üstün gəl-diyini, kimin üstün olduğunu, sabahkı döyüşdə kimin qa-lib gələcəyini, daha nə qədər belə canların kəfənsiz-təlqin-siz məzara gömüləcəyini, daha nə qədər ananın ağlar qalacağını, bacıların, nişanlıların göz yaşı axıdacağını, nə qədər gəlinin dul qalacağını demək mümkün deyildi. Qılınclar, qalxanlar, oxlar, nizələr, əmudlar kimi arabir “dayandoldurum” tüfənglərinin də təkbir səsi eşidilirdi. Yaralar açmış, sinələr yarmış, öfkə və bağırları çölə tök-müş bu köhnəli-təzəli silahlar çox cavan ömrə son qoy-muşdu. Belə silahı olmayanlar da əllərinə nə gəlmişdisə, yabayla, zəncirlə “silahlanmış”dılar. Heç kəs düşmənə Şirvana yol vermək, Adil Gərayı Şamaxıya buraxmaq istə-mirdi…

Aylardan noyabr, günlərdən 28, illərdən 1578-ci il idi (28 ramazan, 986 hicri). Ağsu çayının Mollahəsən kəndi-nin böyründəki geniş meydanda, kəndin ətrafında və qar-şı təpənin yaxasında qanlı vuruşma gedirdi. Yer-göy qırmızıydı; elə bil ki, belə təsəvvür yaranmasına səbəb nar bağlarıydı. Hər budaqdan sanki qızıl-qırmızı bir dəyirmi fənər asılmışdı. Narlar ağacları elə bəzəmişdi ki… Dünya-nın düz vaxtında narın bu qırmızı bayramı göz oxşayır, fərəh doğurur, Allahın möcüzəsinə şükranla, heyran-hey-ran baxırdı insan. İndiysə nar bağlarının qırmızı geyimi, sanki yerə də al cuna çəkmişdi. Dikdirin üstündə dayanıb əliqılınclı meydanı seyr edən sərkərdə – Xeyrənisa Bəyim arabir əlaltılarına göstərişlər verdikcə, bu qırmızı duvağa bürünmüş qanlı aləmdən daxili bir ana titrəyişiylə, gözləri ilə oğlunu – Həmzə Mirzəni axtarırdı çarpışanlar ara-sında.

Adil Gərayın on iki minlik qoşunundan qızılbaşlar xeyli qırmışdı. Öz aralarında da seyrəlmə getmişdi. Şah-banu arabir oğlunu düşünsə də, daha çox fıkrini meydana verirdi. Kömək… ona indi kömək lazımdı. Elə bu vaxt, Al-lahdan olmuş kimi, Ağsu dolaylarından bir böyük dəstə atlı qızılbaş nəfərləri əmirləriylə birlikdə göründü. Əsas döyüşdən, qələbədən kənarda qalmağı özlərinə sığışdır-mayan bir dəstə qızılbaş, Şamaxının mühasirəsini bura-xıb, buraya köməyə gəlirdi. Şahbanunun ürəyindən bir “afərin” qarışıq rahat nəfəs keçdi.

Qızılbaşlara kömək gəldiyini Adil Gəray da üzbəüz təpədəki müşahidə nöqtəsindən görmüşdü. Ordusunda qarmaqarışıqlıq, ruh düşkünlüyü əmələ gəlməməsindən ötəri yavərinə dedi:

– Leşgərin ruhunu qaldırmaq lazımdır. Dalımca gə-lin!

Adil Gəray yalın qılınclı olduğu halda, cürət və sürət-lə özünü leşgərin ən qızğın çarpışan yerinə vurdu.

– Adil Gəray bizimlədi…

– Yaşasın sərkərdəmiz…

Ya Allah, ya Allah…

Lakin elə bu anda təpədən enən təzə qüvvə, başda Baba Xəlifə Qaramanlı olduğu halda Adil Gərayın dəstə-sini əhatə etdi. Qaramanlı nizə zərbəsilə Adil Gərayı atdan saldı. Qızılbaşlar onun dəstəsini əsir götürüb, yaralı Adil Gərayı elə yerindəcə daha bir nizə zərbəsilə o dünyalıq eləmək istədilər. Kimsə bağırdı:

– Ya əmir, bu Adil Gəray özüdü…

– Necə?

– Bəli, Adil Gəraydı. Mən də onu tanıyıram, – deyə bir başqası da təsdiq etdi.

Qaramanlının əmrilə yaralı Adil Gərayı at üstünə qaldırıb birbaşa Şahbanunun dayandığı təpəyə yola saldı.

Adil Gərayın bir neçə adlı-sanlı sərkərdəylə birlikdə əsir alınmasını görən tatarlar meydanı tərk etməyə, geri çəkilməyə, qaçmağa başladılar.

Qızılbaşlar tam qələbə çalmışdı. Təpənin üstə Xeyrə-nisa Bəyim Baba Xəlifə Qaramanlı ilə söhbət edirdi. İndi o niqabını üzünə çəkmişdi. Deyirdi:

– Qələbədə sənin böyük yardımın oldu, ya əmir! Təşəkkürə layiqsən. Şahənşaha hədiyyən – Adil Gəray da qəbul olunur. Amma Şamaxı indi mühasirəni zəiflədə bi-lər. Osman paşa… Dərhal Şamaxıya.

Bəyimin tərifindən və qazanılan qələbədən ruhlanan Baba Xəlifə Qaramanlı səsləndi:

– Eşidib itaət edirəm. Qəlbim, qılıncım və gözlərim şahənşahımızın yolunda həmişə qurbandı. Qurbana ha-zırdı bütün Qaraman tayfası.

Dərhal atına atıldı, dəstəsiylə birlikdə Ağsu dolay-larında üzüyuxarı Şamaxıdakı mühasirə mövqeyinə yol-landı…

Şahbanu bütün sərkərdələrlə birlikdə qoşuna qarət əmri verib, yaralı Adil Gərayı gözdən keçirirdi.

“Cavandır, gözəldir. Bunun yerində Həmzəm ola bilərdi. İlahi, şükür sənə”, – düşündükcə yarasından axan qanların sapsarı saraltdığı gözəl gənc simaya baxırdı. Bir-dən ona elə gəldi ki, yaralı cavan Adil Gəray şahzadə taxt üstündə əyləşib və onu – Bəyimi ağuşuna çəkir…

Dəhşət doldu qəlbinə. Acı fıkri ləyaqətsizlik hesab et-di. Günahdı, rüsvayçılıqdı. Düşüncədə, xəyalda belə xə-yanət etməyən pak ürəyinə hardan dolmuşdu bu şeytani xəyal? Bilmədi. Cəld gözlərini bərk-bərk yumub qovdu xəyanətkar fıkri təmiz qəlbindən. Niqabını az əvvəl əmir-lər əmr alıb gedəndən sonra qaldırmışdı, yenidən üzünə çəkib yavərini səslədi:

– Bəli, qurban!

Üzünü yaralıdan və yavərdən, xüsusilə daxili bir xə-calət çəkdiyi oğlu Həmzə Mirzədən yana çevirdi:

– Həkimbaşı Mirzə Sədrəddin hardadı?

– O birisi həkimlərnən, əlaltılarının köməyiynən ya-ralılara məlhəm qoyur, qan kəsir…

– Deynən şahzadə Adil Gərayı da burdan aparsınlar. Mirzə Sədrəddin həkimbaşıya çatdırın ki, ona lazımi yar-dımı göstərsin. Əsir şahzadə ölməməlidi… Qonaq kimi baxsın…

–İtaət borcumuzdu, ya əmir!

Yavər əmri yerinə yetirməkçün yüyürdü. Şahbanu çadırına gedərkən düşünürdü: “Kimi “zənən xaylağı”, kimisi “ya əmir”… Yerinə, adamına baxır belə şeylər…”

Qələbədən fərəhlənən Bəyimi bu müqayisədən sarı gülmək tutmuşdu. Həmzə Mirzənin çiynini qucaqlayıb alaçığına girdi. Ana ürəyi bəxtiyar idi ki, balası bu qanlı vuruşdan salamat çıxıb.

O Şahbanuydu, elə düşünən. Amma əsir gedən, ölən, yaralanan şirvanlıların əzizləri, deyəsən, elə orda, Şirvan uğrunda döyüşlər gedən yerdə yaratmışdı bu bayatını:

Apardı tatar məni,

Qul elər, satar məni.

Vəfalı dostum olsa,

Axtarar, tapar məni.

Hansı əsir düşmüş qız-gəlin çəkmişdi bu nalə dolu misraları? Allah bilir…

DƏDƏ BUDAĞ VƏ… “ELÇİLİK”

Səhər çayından xeyli əvvəl məşşatə Şahbanunun tələ-bilə saraya gəlmişdi. Qonaq otağının qənşərindəki bala otaqçada gözləyirdi ki, nə vaxt Şahbanu səhər yeməyini – sübhanəsini yeyəcək, naxışlı, əlvan şəkilli gül-çiçəklə bəzədilmiş mürəssə qəlyanına bir qullab vurandan sonra, məşşatəni tələb edəcəkdi. Kənizlər də gəlib onu Xeyrə-nisa Bəyimin xüsusi otağına aparacaqdılar.

Qayda beləydi, yoxsa məşşatə saray otaqlarının “Şah-nişin”dən başqa bütün cikinə də bələddi, bikinə də. Dol-ğun əndamlı bədənini hələ ki, yaxşı saxlaya bilən ayaq-larıyla bu otaqlarda Xeyrənisa Bəyimdən əvvəl də çox gə-zib dolanmışdı. Çox otağa dəvət olunmuşdu, şahlarçın gələn təzə gəlin, cariyə, kəniz, şahın əqrəbasından bacıları, vaxtilə hələ anası və başqa sarayda xüsusi hörmətlə yaşa-yan xanımların, əmir arvadlarının bəzək-düzəyi onun əlin-dən keçirdi həmişə.

Məşşatə Şahbanunun otağına girəndə Bəyim artıq qəlyana bir neçə qullab vurmuşdu. Bəzək-düzək kənizi-nin gətirdiyi xonçada müxtəlif biçimli çini, qızıl, gümüş qablarda, fincan və masquralarda, piyalələrdə ənnik, kir-şan, sürmədanlarda sürmə, rasıx, xına, vəsmə, basma… vardı. Qırmızı ipək ləçəklər əl-ayaq xınasından sonra bağ-lamaqçündü. Hamısının da üstünə darayı örtük çəkil-mişdi. Bu darayı örtük də lazımlıydı.

Məşşatə içəri girdi, baş əyə-əyə, əlləri döşündə sədr-də əyləşən Şahbanuya bir qədər qalmış diz çökdü, diz üstə sürünə-sürünə Xeyrənisa Bəyimə yaxınlaşdı. Ətəyi qızıl sərmə, əlvan qızılı zəncirə – baftayla bəzədilmiş kimxa tumanın ön ətəyindən yapışdı, öpdü:

– Sabahınız xeyir olsun, gözlər giləsi.

– Aqibətin xeyir, məşşatə…

Bir dəfə də məşşatənin adını deməmişdi, deyəsən, heç bilmirdi (elə biz də bilmirik, oxucum, axı məşşatə kimdi ki, Şahbanu onun adını bilsin? Biz hardan öyrənək?), eləcə də kənizə, qulluqçuya, cariyəyə, hətta bayır-bacaq nökərləri-nə, hətta əmirlərə belə bir “ad” taxıb qoşan və özü bildiyi ayamayla çağıran xanımın bu adlandırmalarını hamı, onun əmrinə müntəzir kəniz və cariyələr əzbər bilməliydi. Yoxsa, Şahbanu bir nəfəri istəyəydi və kəniz ayamanı bilməyib ləngiyəydi, Şahbanu ona “Əlləzinə”ni əzbər oxudardı.

Məşşatə hələ yaxşısıydı, heç olmasa. Sənətinin adıyla çağırılırdı. Yoxsa, “cücə”, “hır-hır”, “dahradı”, “ləvərə”, “calağay” kimi sözlərdən kimi nəzərdə tuturdu Şahbanu? Bir özü, bir Allahı, bir də onun əmrini yerinə yetirməli olan kəniz bilməliydi və bilirdi də.

Qərəz, məşşatə ədəb salamını yerinə yetirəndən son-ra Şahbanunun önündə diz çökdü. İplik çıxarıb xüsusi tərzdə barmaqlarına dolayırdı ki, Şahbanu qəlyanın qəmi-şini ağzından çıxardıb qəlyanaltı siniyə atdı:

– Məşşatə, bu gün üzümü almayacaqsan. Çox ip salanda dəri quruyar, qırışar deyirlər. Sən elə qaşlarımı gözdən keçir, artıq-əskiyini düzəlt, sonra da ənnik-kirşana keçərsən.

Məşşatə ürəyindən keçirmək istədiyini bir növ hənəg yoluyla dilinə gətirdi. Qarşısındakının belə sözlərdən xoşu gəldiyini bilirdi… Və qırımından anlamışdı ki, Şahbanu-nun bu gün kefı kökdü; hənəyə güləcək, yoxsa xoşuna gəlməsə… Allah o gündən saxlasın:

– Ey İran-zəminin gözünün giləsi! Çakərinə artıq-əskiyini deyirsən. Dərdin mənim bu quru canıma gəlsin, artığı allam, bu əskiyi neynərəm, hardan qondarram?

– Taparsan, yolun tapanlardansan. Bir də əcəb quruca canun var. Bir dəvə yüküsən ki… Yanuvu qaşı, göz dəy-məsin sənə.

Şahbanu gülürdü. Xoşlanmışdı öz sözündən də. Məş-şatə də güldü; xırdaca ensiz, Mazandaran gözəllərinin “qaş pıçağı” adlandırdığı bıçağın “ağzını” aça-aça dedi:

– Təki mənə sənin gözün dəysin, canım bir az da can-lanar. Dərdin ürəyimə.

Xonçanın üstündən darayı bükülüsünü aldı, açdı, Şahbanunun boyun qarışıq çiyinlərinə doladı və səhərdən ədviyyat çeynəməkdən hil-mixək qoxusu verən dodaq-larını marçıldadıb, bir də Şahbanunun əlindən öpdü. Mi-xək qoxulu dodaqlarını sımsıx sıxıb Şahbanunun üzünə yaxınlaşdı, qaşlarını hamarlamağa başladı. Əvvəl bar-maqlarıyla sığal verdi, sonra balaca bıçağın ucuyla bir iki artıq tükü çəkdi:

– İncitmədim ki, qurbanın olum?

– Bıçaq incitdi. Sən incitsəydin, canını alardım.

– Al, qadaların mənə gəlsin, al canımı. Təki sən al…

– Məşşatə, nə təmtəraqlı danışırsan, elə bil aşiqinin yanındasan? Səhv salmamısan məni ki?

– Sənə atam-anam qurban, əmim-dayım qurban, sən-dən yaxşı aşiq hardadı ki, tapıb deyəm də?

– Qurbanlığa day adamın qalmadı ki? Atan-anan ölüb gedib, day onlardan nə qurban?

– Xalam-bibim qurban, bütün qohum-qəbiləm qur-ban. Sənə bütün İran qurban.

İranın da qurbanlıq kağızın almısan?

Məşşatə söz tapa bilmirdi. Yaxşı ki, Şahbanu özü məşşatənin gəvəzəliyinə son qoydu:

– Rəngləri çox tünd eləmə, eləcə bir az qaraya, bir az ağa, bir azca da qırmızıya kömək elə, vəssalam!

– Başım üstə.

Məşşatə mələkənin qaşlarına vəsmə çəkəndən sonra, kiçik, qızıl sürmədanı aldı, milçini sürmədan içində hərlə-yib çıxardı və Şahbanunun qırpımsız kirpiklərinin dibinə nazikdən-nazik, incədən-incə sürmə zolağı çəkdi, gözlər badamiləşdi. Arxasında ayna tutan qızın narın hərəkətlə o yan-bu yan etdiyi güzgüdə Şahbanu özünü seyr edirdi. Deyəsən, vəsmə və sürmə əməliyyatı xoşuna gəlmişdi. Gözəlliyini bir az da artıran bu əməliyyat, onu bir qədər də rahatlatmışdı. Axı gözəllik qarşısında heyrət, gözəllik qarşısında heyranlıq, gözəllik qarşısında susqunluq… O bütün bunların təsirini yaxşı bilirdi. “Düşmən də olsa, ya-ğı da olsa, kişidilər. Lal elər onları, kor edər onları…” Ki-min, nəyi suallarına heç ürəyində də cavab vermədi; ver-mədi sualları və cavab da lazım deyildi. Amma bütün hazırlıq qarşıda, bir saat sonra baş verəcək olan görüşçün-dü. Bu gün o qılıncla, oxla, təzəcə öyrənməyə başladığı “dayandoldurum”la deyil, qadın gözəlliyinin hökmü və natiq dilinin gücüylə çarpışacaqdı. Meydanda qan tökül-məsə də (əslində zahirdə tökülməyəcəkdi bu qan, əziz oxucum), əsl müharibə meydanından seçilməyəcəkdi. Qa-lib də olacaqdı (əlbəttə, o özü – Şahbanu. Biz bunu bilirik, o qalib gəlməyə bilməzdi), məğlub da olacaqdı.

Məşşatə kirşanı qurtarıb, mələkənin yanaqlarının qır-mızısını azca artırdı. Yüngül, qu tükündən hazırlanmış fırçayla üzün ətrafında, çənə və buxaqda olan artıqları üfürdü.

Mələkə qəlbində dərin-dərin, məşşatə qulağı üçün olmayan düşüncələri keçirsə də, gözləri öndən məşşatə-nin arxasından tutulan, Şahbanunun üzünü aydınca gös-tərən aynadaydı. Razı qalmışdı Şahbanu bəzəkdən. Məş-şatə özü də azca mələkədən aralanıb əl işinə baxır, düşü-nürdü: “İlahi, gözəldi, bir az da gözəlləşdi. Kaş xoşuna gələydi”.

– Bəsdi, məşşatə. Keçək o birinə…

O      biri deyəndə ki, Şahbanu başqa bəzək-düzəklə məşğul olan kənizin gətirdiyi xonçaya nəzər saldı. O demədən, əmr vermədən məşşatə və əvvəlki kəniz ənnik-kirşan xonçasını yığışdırdı, yeni bəzək-düzək xonçasını qarşısına çəkdilər mələkənin. Zərxara örtüyün altından mürəssə sandıqça göründü.

Kəniz sandıqçanı açdı. Burada Şahbanunun üstündə olanlardan əlavə, qəbul vaxtlarında taxdığı sırğalar, üzük-lər, gərdənbəndlər, kəmərlər, bilərziklər… göz qamaşdırır-dı. Və… Mələkə, bunlardan da artıqlamasıyla yox, yerinə, qəbulun növünə görə, gərəyincə istifadə etməyi bacarır-dı…

Demək olar ki, həmişəki kimi, icazəsi daimi olduğun-dan bir ağız öskürüb gəldiyini xəbər vermiş kimi, Mirzə Salman içəri daxil oldu. Kənizlər dərhal xonçaları qapıb otağı tərk etdilər. Məşşatə “xala xətrin qalmasın” şəklində yaşmaqlandı. İndicə mələkənin “mürəxxəssiniz” sözlərinə itaətlə otağı tərk etdi. Artıq gərək olmayacağını bilsə də, kənizlərin otağına keçib, orada Şahbanunun əmrini gözlə-məyə başladı. “Bəlkəm, başqa bir sözü oldu?” – deyə düşündü, sonra da, – “A külbaş, sənnən mələkənin nə al-veri? Başqa nə sözü ola bilər sənnən?” – fikirləşsə də, özü öz sözünə gülümsəsə də, hər halda, ehtiyat üçün bir xeyli müddət kənizlərin otağında əyləşdi. Qızların təqdim etdi-yi bir fincan qəhvəni təzəcə içib qurtarmışdı ki, mələkədən əmrlər gəlməyə başladı. O əmrlərin biri də məşşatəyə aiddi. Gedə bilərdi.

Mirzə Salman Şahbanunun xüsusi möhtərəm vəziri, qızı Süheylə banu Həmzə Mirzənin arvadı, saraya xeyli yaxın, şahzadə qayınatası olsa da, öz yerini bilirdi. Həm də Xeyrənisa Bəyimin xasiyyətinə bələd, düşüncəli adam idi. Bilirdi ki, Şahbanunun təklifsiz müamilədən xoşu gəlmir; çox qəzəblənir və gözdən düşmək bir yana, hətta başıynan da vidalaşmalı olur belə adam. Bu dəfə təklifsiz içəri girməsinin xüsusi səbəbi vardı və dünəndən bu xəbəri eşidəndən bəri, mələkəylə məsləhətləşmişdi.

“Elçilərin” saraya çağırılmasının və gəlməklərinin vaxtını o özü şəxsən Mələkəyə xəbər verməli, lazımi bina-güzarlıqda olmalıydı. Elə buna da baxmayaraq, qədim ki-şi adətincə öskürməklə gəlməsini xəbər verib, içəri girdi. Ədəb məqamına gəlib baş əydi, ikiqat oldu:

– Mələkeyi-ma, qurbanət-şəvəm.

– Qalx, Mirzə! Nə xəbər?

– Mələkəmiz! Buyurduğunuz kimi hər bir sərəncam-da bulunmuşam. Şamlu və ustaclulardan bir neçə tayfa başçısı dəvət etmişəm. Dədə Budaqgildən bir yarım hovur tez gələcəklər ki, cənabınız onlara lazımi göstərişlərini verə bilsin. Onlardan bir qədər sonra “elçilər” gələcək. Şam-lularla türkmanların bir-birindən zəndeyi-zəhləsi getdiyi cənabınıza məlumdur…

Mələkə gülümsədi:

– Xub, bə şamlulardan, ustaclulardan kimləri çağırt-dırmısan?

– Yeddi nəfər: Vəli xəlifə, Əliqulu xan, Qorxmaz xan, Əli bəy, bir də Soltan Hüseyn xan, Məhəmməd xan, Mu-rad xan.

– Çox gözəl, bəs elçiliyə kim gələcək?

– Buyurduğunuz kimi, ordan beş nəfər gəlməlidi: Qız atası (bu sözdə hər ikisi gülümsədi) Dədə Budağ, yaxın-larından Məhəmməd xan, Əmir xan, Süleyman xan, bir də Heydər Soltan.

– Bəs siz tərəfdən?

– İzin versəniz, bizim tərəfdən heç kəs olmasın…

Mələkənin bir az əvvəl məşşatənin böyük ustalıqla düzəltdiyi qaşları çatıldı; baş-başa durmuş iki qəməni andırdı:

– Neyçün, cənab Etimadüddövlə?

Mirzə Salmanı bu kinayəli “Etimadüddövlə” kəlmə-sindən çox, o qoşa qəməyə bənzər qaşların çatılması dik-sindirdi. Necə deyərlər, içində ürəyi guppuldadı. “Allah, sən saxla”, – düşünüb dedi:

– Hər necə olsa, məni şahzadənin qayınatası hesab…

Vəzir kəkələdi. Şahbanu xəfifcə gülümsədi:

– Hə… unutmuşdum o məsələni.

“Çətin ki, sən bir şey unudasan, mələk”, düşündü vəzir. Şahbanu isə sözünə davam etdi:

– Qəzvin – paytaxt kələntəri Mövlana Əfzəl Münəc-cim Qəzviniyə cəld xəbər göndər, tapşır ki, burada barı-şıqdan-filandan söz getməyəcək.

Çeşm… Amma evində hüzür düşüb.

Xeyrənisa Bəyimin kefi lap səhərkindən də artıq du-ruldu.

– Hə?.. Qoy indi hər iki tərəf boğuşsun. İtin dişi, donuzun dərisi… Çayın daşı, çölün quşu… – sonra da gülərək əlavə etdi (indi də vəzirinə sataşdı), – Öz aramız-dı, Mirzə, türklərnən aram olmasa da, çox yaxşı ata sözlə-ri yaradıblar ha… Düz demirəm? Sözə bax eyyy! İtin dişi, donuzun dərisi. Çayın daşı, çölün quşu… at bildikcən. Yoxsa qoduğ atasını görməsə, özünü xanzadə bilər. Qu-durub, bu əcamir, ovbaş… Xanlar, xanzadələr kimi istər şamlu olsun, istər ustaclu olsun, istər türkman, ya təkəli… Hansı olur-olsun, Mirzə, bu türk tayfa əmirlərinin heç birinə ürəyim qızmır… Hamısını saraya, ad-sana, xəzinə-yə, məmləkəti-idarəyə göz dikənlər bilirəm. Elədi də. Bir-birinin boğazını üzür; biri bircə qədəm irəli keçsə… başla-rına qiyamət qopur. Bu onnan deyir, o bunnan. Di gəl, gör hansı haqlıdı. Əslində heç biri.

Son cümlələri ürəyində deyirdi Şahbanu, hətta oğlu-nun qayınatası, şəxsi vəziri olan bu Mirzə Salmana da eti-barı birinci döngəyəycəndi. Mirzə Salmansa düşünürdü: “Elə bil heç özü türkəsilli deyil. Allah səni biz farslara bir göylər hədiyyəsi göndərib. Ömrün uzun olsun, Mələkə! Sənin sayəndə mən də, tayfam da, millətim də, siz türklər demişkən, “yağ içində böyrək kimi dolanırıq”.

Nəhayət, Xeyrənisa Bəyim Mirzə Salman vəzirə ge-dib-gələnləri qarşılamaq üçün icazə verdi:

– Mirzə, necə deyərlər, “söhbət dananı qurda verər”. Zəhmət çək… Mürəxxəssən hələlik.

Mirzə Salman qalxdı, bayaqdan Mələkənin göstərdiyi yerdən durub qapıya tərəf irəliləməkçün baş əydi və ehti-yatla soruşdu:

– Əfv buyurun, Mələkəmiz! Şahənşah şəxsən də işti-rak edəcəkmi?

Yenə qəmə qaşlar baş-başa çatıldı:

– Bu nə sualdı, vəzir? Məgər oğlunun elçilərinə Şa-hənşah özü cavab verməli deyil? Bura kişi məclisidi. Mən oldum, olmadım, axır söz Şahənşahındı, əlbəttə.

Vəzir, – “Allah, sən saxla, az qala ilişəcəkdim”, – düşünərək cəld baş əydi:

– Mürəxxəss olum qu… qullu…ğunuzdan.

– Hə… Hə… Mürəxxəssən, Mirzə.

Məclis arəstəydi. Şahənşah Xudabəndənin qəbul ota-ğında, sədrdə, mürəssə taxt yanında Şahbanuyçün tirmə üzlüklü, zəncirə bafta tikməli kətil qoyulmuşdu. Onlar-dan aşağı vəzir-vəkillərçün məxmər döşəkçələr salınmış-dı. Şahənşah taxtının sol tərəfində şamlu və ustaclular əy-ləşmişdi. Onlarla üzbəüz taxtın sağında Türkman tay-fasıyçün yer hazırlanmışdı. Az keçmiş onlar da, başda Dədə Budağ olmaqla Məhəmməd xan Türkman, Əmir xan, Süleyman xan və Heydər Soltan otağa daxil oldular.

Göstərilən səmtdə Vəli Xəlifə, Əliqulu xan, Qorxmaz xan, Məhəmməd xan, Murad xan və Soltan Hüseyn xan ilə qabaq-qənşər əyləşdilər.

Bütün qonaqlar diz üstündə əyləşmişdi. Hər ikisi bir-birinə kin-küdurət bəsləyən, bir bayraq altında çarpışsalar da, döyüşlərdə, bir-birinin ətini yeyib hakimiyyətə can atan partiya (bağışla, oxucum! Əzizim! Sən Allah, bağışla. Neynim, dilim öyrəncəlidi), tayfa nümayəndələri bu gün, buraya, məhz bu seçməliklə çağrılmalarının səbəbini anla-madan, bilmədən ciddiyyətlə bir-birini seyr edir, hər biri önündəki “onun” nə düşündüyünü anlamağa səy göstə-rirdi. O vaxtlar “ürək oxuyan makina” hələ icad olunma-mışdı.

İki xidmətçinin iki tərəfə qaldırdığı qapı pərdəsi ara-landı, əvvəlcə Şahənşah-İran-zəmin Məhəmməd Xuda-bəndə daxil oldu. Rəsmi qəbul geyimindəydi. Bu qonaq-ları bir qədər də təəccübə saldı. Hamı dik ayağa qalxıb, hərə bacardığı şəkildə baş əydi: kimisi yerəcən, kimisi “zəminbus”acan, kimisi sağ əlini sol döşünə qoyub belə-cən… Adamına, mövqeyinə, şəxsi şərəf, nəsil şərəfı və lə-yaqətinə görə.

Şahənşah Xudabəndənin ardınca qapıda nazik ipək niqablı Şahbanu Xeyrənisa Bəyim göründü. Aram addım-larla şahın ardınca irəliləyib taxta yanaşdı və yalnız Xuda-bəndə taxta əyləşib, yerini rahatlayandan sonra onun yanındakı əlvan tirmə kətilin üstündə əyləşdi. Gözucu məclisdəkiləri nəzərdən keçirdi. Onlar hələ də baş əymiş vəziyyətdəydilər. Astadan, yalnız onun eşidə biləcəyi şə-kildə şahənşaha nə dedisə, gözləri yaxşı seçməyən Mə-həmməd Xudabəndə yerini rahatlayandan sonra və Şah-banu da əyləşəndən sonra dilləndi:

– Əyləşin, ağalar, əyləşin! Xoş gəlib, səfa gətirmisiz.

“Bax, bunu nahaq dedi. Amma neynəyəsən? Allahın məğmun bəndəsidi. Birini söyməli olsa, cəzalandırmalı olsa, onu da belə bir nəzakət, hələ bəlkə, nəvazişlə söylə-yəcək. Halbuki, bugünkü məclisin məqsədini hələ axşam namazından sonra, gecə yarıyacan ona izah etmişəm. Bu ağır tayfaları bir-birinə salışdırmaq qəsdim, məmləkəti-mizdə qulaq dincliyiyçündü, demişəm”.

Bunları Mələkə düşünürdü. Məclissə susurdu. Şahən-şah üzünü nəyçünsə hələ oturmayıb, ayaq üstə duran və-zir Etimadüddövlə Mirzə Salmana tərəf tutdu:

– Mirzə, əmr eləyin ağalara çay, istəyinə görə qəhvə və qəlyan təarüf etsinlər.

Məclisə qəlyanlar, çubuqlar, qəhvə fincanları, çay do-lu piyalələr, şirniyyat verildi. “Bax, bu şirniyyatı da ya-dımdan çıxarmışdım; gərək məxsusi deyəydim. Heç şirni yeri deyil, “yox” demək hara, şirni hara: Şirni içmirik ki!” – yenə də Şahbanu düşündü… Və qaşları baş-başa gəldi. Dərhal da fıkrini dəyişdi: “Elə bu yaxşıdı. Şaha qonaq dəvət olunublar. Şirni də verilə bilər. “Yox”un gücü şir-niylə lap zəhərə dönəcək səninçün. Dədə Budağ Türk-man! Gedəndə zurnovu qoltuğundan çıxarıb piləyə-pilə-yə gedəcəksən. Dalınca da sürün töküləcək. Hələ sizi fıtə basan, şəki bağlayan da olacaq, – düşünürdü Şahbanu, – atamı, seyid-peyğəmbər övladı Mir Abdulla xanı bircə Mazandaran hakimliyindən ötrü öldürən Murad xan oğlu Mirzə xanı öldürtməyim sizə ağır gəlib. Bəs mən?.. Mən atamın intiqamını almamalıydım? Hamınızı bircə-bircə, böyüklü-kiçikli, arvadlı-uşaqlı qırsam, yenə də ürəyim so-yumaz. Qanınızı içsəm, atəşim sönməz. İndi siz belə ağız-burun bəhəm eləmisiz ki, mən dura-dura mənim yu-xaürək oğlumu ələ alıb, qızınızı onun döşəyinə salmaqla dərgaha, şahnan qohumluğa soxulasız?.. Yox, yox, yooox!!! Mən bu hiyləni heç vaxt sizə bağışlamaram. İntiqamımı axıracan almasam, atamın qulluğuna, qiyamətə üzü qara gedərəm. Heç şamlılarnan ustaclular da sizdən qalan deyil. Onları da görən gözüm yoxdu. Boğuşun, köpəy uşağı. Qırın bir-birinizi! Bircə bu qızılbaş əmirlərindən Şahın da, gələcəkdə şah olası balalarımın da yaxasını qurtarsam, ölmərəm. Canım rahat olar”, – deyə düşünürdü. Hələ ki, müdaxilə etmirdi.


Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации