Текст книги "Atəşkəs və sürgün xatirələri"
Автор книги: Əhməd Ağaoğlu
Жанр: Биографии и Мемуары, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]
AĞAOĞLU ƏHMƏDİN “ ATƏŞKƏS VƏ SÜRGÜN XATİRƏLƏRİ”
Haqqı Uyar
Osmanlı dövlətinin son 40 ili (1878-1918) dövləti xilas etmə və ölkə ziyalılarının qurtuluş yolu axtarışları ilə keçdi. Bu axtarışlar eklektik çözüm yollarının da ortaya çıxmasına gətirib çıxardı. İkinci hökumətin elanını təmin edən İttihad və Tərəqqi Cəmiyyəti də, homogen (eyni mənşəli) ideoloji xəttə sahib deyildi. İttihadçılar, “Hürriyyətin elanı” (1908) ilə problemi asanlıqla həll edə biləcəkləri, ittihadçıların çoxluğunu təmin edərək imperatorluğu qurtara biləcəkləri fikrində idilər. Ancaq ard-arda gələn müharibələr zənciri (Trablusgarp savaşı, Balkan savaşları və Birinci Dünya Müharibəsi) və etnik problemlərin gərginləşməsi çözümün deyil, çözüm cəhdlərinin sonuna gəlindiyini açıqca göstərdi.
Mondros atəşkəsini (30 oktyabr 1918) izləyən dövrdə, Müttəfiq dövlətləri (Antanta) problemin həllini Osmanlı dövlətinin qalan torpaqlarını paylaşmaqda görürdü. Bunun infrastrukturu, Birinci Dünya Müharibəsi sırasında edilən gizli razılaşmalarla hazırlanmışdı. Beləcə, Şərq məsələsi Müttəfiq dövlətlərin xeyrinə həll edilmiş olacaqdı. Atəşkəs, ordunun tərxis edilməsi və silahların müsadirə edilməsi, Şərqi Anadolunun Ermənistana verilməsi və Müttəfiq dövlətlərinə təhlükə olduqda hər hansı bir strateji nöqtəni işğal edə bilmələrinə imkan verəcək bir zəmində təşkil edilmişdi. İttihadçılar hakimiyyətdən düşmüş və müxaliflər iqtidara gəlmişdi. Ancaq Müttəfiq dövlətlər İttihadçıları və ordunun üst qatındakı zabit heyətini hələ də böyük bir təhdid olaraq görürdülər. Çünki Atəşkəsdən sonra Müttəfiq dövlətlərin siyasətlərinə (Mondros və Sevr anlaşması) maneə yarada biləcək bir güc olaraq qalmaqda idilər. İngilislər başda olmaq üzrə Müttəfiq dövlətlərin təhdid olaraq gördükləri İttihadçıların yerini qısa bir müddət Kamalçılar (milliyyətçilər) alacaqdı. Bu coğrafiyada Müttəfiq dövlətlər üçün bir başqa təhdid də bolşeviklər idi.
Müttəfiq dövlətlər, öz siyasətlərinin önündə maneə olaraq gördükləri İttihadçı liderləri (köhnə vəzirlər, nazirlər, deputatlar…) və təcrübəli zabitləri, padşah və İstanbul hökuməti ilə anlaşaraq həbs etdirdi. Bəkirağa bölüyündə bir neçə ay saxlanıldıqdan sonra adı keçən kişilər ingilislər tərəfindən Maltaya sürgün edildi. Sürgünlərin bir hissəsi Maltaya çatmadan Limni adasında Mondros limanında düşürüldü. 12 nəfərlik qrupun arasında Ağaoğlu Əhməd də vardı. İngilislərin əlində, tikanlı məftillər arasında yaşanan sürgün həyatının bütün çətinliklərini Ağaoğulunun gündəliklərində oxumaq mümkündür. Buradakılar da daha sonra Maltaya aparılacaqdı.
Maltaya sürgün olunanların sayı 150-yə yaxın idi. Bunlar fərqli zamanlarda və fərqli yerlərdən Maltaya gətirilmişdilər. Sürgün müddəti iki il yarıma qədər davam etdi. 1919-un martında başlayıb, 1921-in noyabrına qədər sürdü.
Maltaya sürgün edilənlərin bir hissəsi yaşadıqlarını xatirələrində yazdılar. Bu xatirələrin bəziləri belə sıralana bilər:
Əli İhsan Sabis, Hərb xatirələrim, 5 cild, Ankara, 1951.
Fevziyə Abdullah Tansel, Ziya Gökalp külliyyatı – II, Limni və Malta məktubları, Ankara, 1965.
Ziya Gökalp, Malta konfransları, (Haz. M. Fəxrəddin Kırzıoğlu), Mədəniyyət Nazirliyi Yay., Ankara, 1977.
Osmanlı Məbusan (parlament) Məclisi rəisi Xəlil Menteşenin xatirələri, (Giriş: İsmayıl Arar), Hürriyyət Vəqfi Yay., İstanbul, 1986.
Ömər Hakan Özalp, Mehmed Ubeydullah Əfəndinin Malta, Əfqanıstan və İran xatirələri, Dərgah Yay., İstanbul, 2002.
Bu xatirələrə əlavə olaraq Tunayanın mənbə olaraq göstərdiyi Tarik Mümtaz Göztəpə, Əhməd Əmin Yalman, Hüseyn Cahid Yalçın və Əli F. Türkgəldinin xatirələri də diqqətə layiqdir.
Malta sürgünləri haqqında edilən elmi tədqiqatların ən əhatəlisi Bilal Şimşirin kitabıdır.
Bilal N. Şimşir, Malta sürgünləri, Milliyyət Yay., İstanbul, 1976. Bu kitabın daha sonrakı nəşri Bilgi Yayınları tərəfindən hazırlanmışdır. (Ankara, 1985)
Maltaya sürgün olunmuşlardan biri olan Ağaoğlu Əhməd, İkinci hökumətdən Cümhuriyyətə qədər keçən müddətdə – düşüncə baxımından bəzi fərqliliklər göstərsə də, ümumilikdə liberalizm ilə milliyyətçilik/türkçülük xəttinə sahib idi.
Malta dönüşündən sonra ikinci və üçüncü Türkiyə Böyük Millət Məclislərində (TBMM) millət vəkili olaraq yer alan Ağaoğlunun 1930-cu illərdəki nəzərə çarpan fəaliyyəti arasında Sərbəst Cümhuriyyət Firqəsi (SCF) daxilində yer alması, Birinci Türk Tarix Konqresinə qatılması, universitet müəllimliyi və bu vəzifədən ayrılması, “Akın” qəzetini çıxarması və yenə eyni illərdə Heyətçilərlə (kadro) girişdiyi ideoloji polemikalar sayıla bilər.
SCF-in mənəvi öndəri sayılan Ağaoğlunun, partiyanın proqram və nizamnaməsinin hazırlanmasında böyük zəhməti olub. Ağaoğlu, “liberal fikirləri müdafiə edən, tək partiyalı rejimin nəzarətsizliyini və CHP rəhbərliyini tənqid edən” biri kimi diqqət çəkirdi. O, partiya bağlandıqdan sonra da digər SCF-çilərin əksinə olaraq CHP-yə girmədi, liberal fikirlərini yazılarıyla müdafiə etməyə davam etdi.
Ağaoğlu, Heyətçilərlə girişdiyi polemikada, “əsas olaraq demokratiya, dövlətçilik və (onların) ziddiyyətlər”i üzərində dayandı. Heyətçilərin demokratiya ilə əlaqədar düşüncələrinə qarşı çıxdı. Demokratiyanın yerinə avtoritar və totalitar görüşlərin ağırlıq qazandığı 1930-cu illərdə Ağaoğlu, Heyətçilərin demokratiyanın çöküşülə bağlı yazılarına etiraz etdi və demokratıyanı müdafiə etdi.
Tək partiya idarəçiliyinin getdikcə möhkəmləndiyi bir mühitdə Ağaoğlu, CHP-yə müxalif və liberal mövqeyilə diqqət çəkən “Akın” qəzetini nəşr etdi. 1930-ların avtoritar, dövlətçi mühitində liberal düşüncəni müdafiə edən “Akın” uzun ömürlü ola bilmədi. Bununla birlikdə, “Akın”, 1930-lar Türkiyəsində Sərbəst Cümhuriyyət qəzeti ilə birlikdə özünəməxsus mövqeyinə görə seçilən liberal qəzetlərdən biri idi. Dövrün avtoritar mühitində səsi boğulsa da və qısa ömürlü olsa da, Türkiyə liberalizminin tarixindəki əhəmiyyətli təməl daşlarından biri oldu.
İlk sayı 29 may 1933-də bazar ertəsi günü çıxan “Akın” qəzetinin cəmi 119 sayı işıq üzü gördü. Yayım həyatı, 24 sentyabr 1933 tarixli 119 sayı ilə sona çatdı. İstanbulda nəşr olunan və redaktoru Ağaoğlu Əhməd olan qəzetin alt başlığı belə idi: “Yevmi-Siyasi-İctimai-Müstəqil Türk Qəzeti”.
Qəzetin sahibi və ümumi nəşriyyat işləri müdiri isə Hacı Ağa oğlu Yusif Ziya bəydi. Yusif Ziya bəy, qəzetin ilk buraxılışından bağlandığı tarixə qədər eyni funksiyanı yerinə yetirir. Ağaoğlu Əhmədin 10 avqust 1933 tarixindən etibarən manşet yazılarına rast gəlinmir. Bu tarixdən sonrakı manşetlər imzasız olaraq çıxır. Qəzetin 24 avqust 1933 tarixli 88-ci sayına qədər, qəzetin baş redaktoru rəsmi olaraq Ağaoğlu Əhməd göstərilirdi. 25 avqust 1933 tarixli 89-cu saydan etibarən Ağaoğlu Əhmədin adına rast gəlinmir. Ağaoğlunun baş redaktor olduğu dövrdə, qəzetdə Ağaoğlu Əhmədin “Atəşkəs və Malta xatirələri” (67 felyeton, 29 may-19 avqust 1933 tarixləri arasında) da nəşr olundu.
Ağaoğlunun tarix yazaraq gündəlik şəklində tutduğu qeydlər çox təəssüf ki, natamamdır. Xatirələrin bir hissəsi Bəkirağa bölüyündəki günlərə və geri qalanı da Limnidəki əsirlik həyatına aiddir. Bu səbəbdən xatirələrdə Malta günləri də yer alıb. Bu xatirələrin davamı Maltadan sonrakı günləri əhatə edir. Ağaoğlu burada Maltadan dönüşünü və Anadoluya gəlişini qələmə alıb. Fevral-mart 1978-də “Həyat məcmuəsi”ndə nəşr olunan xatirələrin bu hissəsi də gündəlik şəklində tutulub. Ağaoğlunun Ankaradakı ilk günlərini və hiss-həyəcanını ortaya qoyur.
Ağaoğlu Atəşkəs müqaviləsindən sonra, dekabr 1918-də İstanbula gəlir. Gəldiyi günlərdəki mühiti, iki ayrı İstanbulu gündəliyində belə vəsf edir:
İstanbulun göyü qara buludlar ilə örtülüb. Şiddətli və fırtınalı bir yağış şəhəri yumuş, islatmışdı, artıq yağış kəsilmişdi. Lakin yağış damlaları bir duman pərdəsi kimi havada sanki asılı qalmışdı.
Buna baxmayaraq Bəyoğlu tərəf sevincli, nəşəli idi. Bütün evlər, mağazalar, otellər və restoranlar sanki böyük bir bayram imiş kimi iztihamlı idi. İngilis, fransız və yunan bayraqları evlərin dirəklərindən, mağazaların qapılarından sallanır, küçələr başdan-başa insan axını ilə dolu. Gəzənlər arasında xaki paltarları ilə, təkəbbürlü və qürurlu yerişləri ilə hər kəsin diqqətini çəkən ingilis zabitləri qızğın-qızğın danışırlar, söyüşlər yağdıran fransız əsgərləri, sərxoş yunan dənizçiləri o tərəf-bu tərəfə gəzişirlər. Hərdənbir fransız əsgər dəstələri musiqi sədaları ilə küçədən keçir, xalq alqışlayır, “yaşasın Fransa”, “yaşasın İngiltərə”, “yaşasın Yunanıstan” bağırtıları qopur. Bəzən bir dəstə gənc rum vətənpərvər mahnılar oxuyaraq xalqın içindən keçir və bütün evlərin pəncərələrindən, dükan və mağazalardan “zito! zito!” səsləri yüksəlir.
Küçələrdə osmanlı dövrünün qırmızı papaqlı kişiləri yox kimidir, hərdənbir yolunu çaşmış biri görünsə də, dərhal gizlənməyə, qaranlıq yan küçələrə sığınmağa çalışır. Fürsəti qaçıranların dərhal qırmızı papağı başından alınır və min bir qəhqəhə və təhqir içincə parçalanaraq havaya tolazlanırdı.
Şəhərin Bəyoğlu tərəfi əyləncə, nəşə içindəykən, körfəzin o biri tərəfi başqa bir mənzərəyə şahidlik edirdi. Eminönündən Topqapıya və Eyüpə qədər bütün o geniş ərazi sanki bir məzarlıq idi! Küçələr dərin bir qaranlıq içindədir, kimsəyə rast gəlmək olmur! Bağlı məhəccərlərdən gələn sönük işıqlar, məzarlar üzərinə yanan şamları xatırladırdı, insan səsi eşidilmirdi. Hərdənbir tərk edilmiş bir pişiyin acı miyoltuları, sahibsiz itlərin ümidsiz hürmələri insana izah edilməsi çətin olan dəhşətli bir hiss verirdi. İstanbul sanki yerin dibinə girmişdi; Yeniqapıdan Eyüpə qədər sıralanan o möhtəşəm abidələr, köhnə xarabalıqlar arasında yıxılmış məbədlərin dağıntılarını xatırladırdı. Bu nəm hava, bu boş və qaranlıq küçələr, məbədləri bürümüş bu əzab, ardı-arası gəlməyəcək bir fəlakət və matəm hissi insanı içindən üşüdürdü; lakin bu yalnız bir matəm də deyildi.
Evlərinə qapanmış, ətrafla əlaqəni kəsmiş türklər, dünyadan da gizlənirlər, insanlardan da çəkinirdilər! Bəli! Körfəzin bu biri tərəfi həm utanır, həm də içindən özünü yeyirdi! Və bu hal onun küçələrinin daşlarında, evlərinin məhəccərlərində, məscidlərinin minarələrində açıq-aşkar görünməkdə idi!.. Hər şey başını aşağı dikmiş, çəkinir və içindən ağlayır! Mən də aylardan bəri ayrıldığım ailəmə utanaraq, ağlayaraq qovuşdum!
Ağaoğlu, gündəliklərində Müttəfiq dövlətlərin siyasətləri qarşısında izlədiyi təslimçilik siyasətinə bəzən üsyan edirdi. İstanbula gəldikdən qısa bir müddət sonra xəstələnən Ağaoğlu, 14 mart 1919-cu il tarixində fransız əsgərləri tərəfindən nəzarətə alındı və 19 martda Bəkirağa bölüyünə göndərildi. Ağaoğlunu burada izdihamlı bir qrup gözləyirdi və onlara yeniləri də əlavə olunacaqdı. Bu müddətdə onları üzən bir hadisə meydana gəldi: erməni məsələsinə görə Boğazlıyanın kaymakamı55
Kaymakam – Türkiyədə inzibati-ərazi bölgüsü olan ilçə rəhbərlərinə deyilir.
[Закрыть] Kamal bəyin edamı…
Hökm Bəyazid meydanında icra edildi; bizim gözümüz qarşısında oldu. Pəncərələrdən baxırdıq, dar ağacının uclarını görürdük. Hər kəs ağlayır, həbsxana məmurları, zabitlər və biz ağlayırıq. Əsgərlər söyüş yağdırırdılar; padşaha, hökumətə lənət edirdilər. Mən də dərindən sarsıldım; gözümün qarşısında zəkası, tərbiyəsi, ağlı və mətanəti ilə hər kəsin diqqətini çəkmiş olan bir türk gəncinin birdən-birə yarım saat içində məhv edilməsi, məndə edam cəzasına qarşı izahı çətin olan bir nifrət və qorxu hissi yaratdı! Bir çox ölkələrdə bu cəzanın ləğv olunmasının səbəbini bu dəqiqədə anladım!
12 aprel 1919-cu il tarixində Ağaoğlu gündəliyinə belə bir qeyd yazır:
“Aləmdar” qəzeti bugünkü sayında Kamal bəyin edamından bəhs edərkən deyir ki: “İttihadçıların övladları yetim, qadınları dul qalmalı və evlərinin işığı sönməlidir.”
Mustafa Kamal Paşanın Anadoluya göndəriləcəyini Bəkirağa bölüyündə ikən öyrənən Ağaoğlu, bu mövzuda gündəliyinə bunları yazır:
Anafartalar qəhrəmanı66
Çanaqqalanın Böyük Anafarta və Kiçik Anafarta kəndlərinə yaxın bir mövqedə böyük bir zəfər qazandığı üçün Mustafa Kamal Paşaya verilən ad.
[Закрыть] Mustafa Kamal Paşa Anadoluya əsgəri müfəttişi-ümumi (baş hərbi müfəttiş) təyin edildi. Bu şəxsin hərbi sahədəki uğurları haqqında çox eşitsəm də təəssüf ki, özü ilə görüşmək şərəfinə nail ola bilməmişdim. Çanaqqalanı dostlarla birlikdə ziyarət etdiyimiz zaman Anafartaya gedən qrup77
16 iyul 1915-ci il tarixində qəzetçi, yazıçı və şairlərdən ibarət olan bir qrup müharibə bölgəsini ziyarət etmək üçün İstanbuldan Çanaqqalaya getmişdi. Bunlar arasında Həmdullah Sübhi (Tanrıöver), Ömər Seyfəddin və Mehmed Emin (Yurdakul) kimi şəxslər də vardı.
[Закрыть] arasına düşə bilmədim. Fəthi bəy yaxın dostu imiş. Fəthi bəy ondan böyük sayğıyla bəhs edir.
Anadoluda vəziyyət getdikcə qarışırmış və Mustafa Kamal Paşa oraya, xalqı sakitləşdirmək və silahların yığılmasını sürətləndirmək üçün təyin edilir!
Ağaoğlu, 25 mayda, yəni İzmirin yunanlar tərəfindən işğalından sonra gündəliyində Həsən Təhsindən söz edir. Bunu gündəliyinə həqiqətənmi o tarixdə yazmışdır, yoxsa sonradanmı əlavə etmişdir?
İzmir hadisəsi əsnasında, əlində yunan bayrağını tutaraq İzmir sahilinə çıxan ilk yunan zabitini öldürən və bundan öncə də Bakston qardaşlarına Bükreşdə sui-qəsd etmiş “Hüquq-u Bəşər” qəzetinin sahibi Həsən Təhsin bəy İzmirdə şəhid olmuşdur. Çox təəssüf ki, İstanbul qəzetləri bu hadis
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?