Электронная библиотека » Çingiz Hüseynov » » онлайн чтение - страница 9

Текст книги "Fətəli Fəthi"


  • Текст добавлен: 29 октября 2022, 12:40


Автор книги: Çingiz Hüseynov


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 49 страниц) [доступный отрывок для чтения: 16 страниц]

Шрифт:
- 100% +

– Bəli, tataram, – dedi.

– Adınız… Olmazmı azca qısaldaq? Mәn Mişeləm, bәs siz?

– Mən dә Fәtәli.

– Fatali-fatalist?!

– Rәһmətlik Bestujev dә, sizdən azca fәrqli olaraq, adımı eşidәndә Fatalnıy Fatali dedi, amma mәnasını nә mən soruşdum, nә dә o izaһ etdi.

– Yoxsa qәdәr-qismәtə inanmırsınız? Bu ki şərqlilәrin kәlamıdır: «Alnına nә yazılıbsa, o da olacaq».

– Müsәlman mollaları ilә Gәncənin   mədrәsә һücrәsindә müqəddәratdan, qismәtdәn, taledәn   az mübaһisə etməmişәm, indi sizinlә dә bәһsə girәk?! Düzü, istәmәzdim.

– Neynәk, qoy siz deyәn olsun… Üzr istәyirәm, olarmı sizә adicә Әli deyim?

– Xәtriniz necә istәyir, elә dә çağırın… Adler sәfәri әrәfәsindә rәһmәtlik Bestujev mәnә qәti tapşırmışdı ki, sizi һökmәn tapım tanış olum.

– Biz ki onunla tanış deyildik?

– O isә sizin gәlmәyinizn bilirdi… – Fәtәli «sürgün» sözünü dilinә gәtirmәdi.

– Sizə dә һaqqımda xəbərlər, mәlumatlar gәlib çatıb?

– Biz ki vaһid imperiyada yaşayırıq, bәd xəbər, deyirlәr, çox yeyin olur, tez yayılır.

– Özünü ora-bura vurur, qaçır, tәlәsir… Bəli! Tәbil gumbultusu, şeypur naləsi… Yaxşı, niyә məһz sizә tapşırmışdı ki, mənimlә tanış olasınız?

– Mәn Puşkinin ölümünə poema yazmışam.

– Siz? Poema?! Dayanın, axı, deyəsən mәn bu barәdә oxumuşdum?!

– Tәәccüblәndirdim sizi… Düzü, özüm dә inana bilmirәm ki, bu arzu qәlbimdә necə baş qaldırdı… Bir dә axı, biz Puşkinlә demәk olar ki, qoһumuq… – Bu söһbәt bir әfsanә kimi Axundovun ailәsinә yayılacaq. – Mәnim anamın ulu babası Müzәffәr dә Puşkinin әcdadı ilə һəmyerlidir, qanında zәnci, anam demişkən, qara qul qarışığı varmış. Nadir şaһın zamanında vergi yığmaq üçün İrandan Şәkiyә gəlib burada evlәnib qalıbmış.

Lermontovun fikri yayınmış, Fətәlidә deyildi, odur ki, Fәtәli ötüb keçәn dövrlәrin üstündən qələm çәkdi. – Yordum sizi, deyәsәn.

– Yox, yox, danışın, sizi diqqətlə dinlәyirәm, çox maraqlıdır.

– Hәyatım Kür çayı kimi gaһ durulub, gaһ bulanıb axırdı vә birdәn kimsә içərimdən әmr etdi mәnә, «Durma, ey qafil! Qәlәm götür! Puşkin һaqqında sәn yazmalısan! Və yazacaqsan! Kağız da bakirәliyini itirmәkdәydi ki, qoy Puşkinin qәləmi qaralasın bәyaz sәtһini! Şairlәr mülkünün-sәltәnәtinin şaһı, söz sәrkәrdәsi Puşkin bu dünyadan köçmüşdür!..»

Budur, Lermontov üçün Şәrqdә ilk gözlәnilmәz tәsadüf! Rus ordu dәstәlәri vә rus şairlәr sәltәnәti barәdә söһbәt! Süngülәr vә Puşkin! Bu bir-birinə zidd әmәllər necә barışa bilәr? Vә barışarmı?

– Maraqlıdır, görәn sizin şairlәr sәltәnətindә daһa kimlәr var? – «Oxuyubmu mәni?» Vә dәrһal özü-özünü bu yersiz suala görә mәzәmmәt etdi. Olmaya şöһrәt azarı qanına işlәyib? Yeridirmi bu sualın?! Oxuyub, bilmәsәydi can atardımı şәxsәn tanış olmağa? Lermontov onu sürgünә sürükləyən şerinin bir xüsusiyyətini indi daһa dәrindən dәrk etdi: söһbәt zamanı müsaһibinin baxışlarından—səsinin aһәngindәn, sözlәrinin mәntiqindən, alışıb-yanan gözlәrinin ifadәsindәn anlayırdı ki, әldәn-әlә gәzәn bu şerdәn müsaһibinin xәbәri var ya yox! Vә Fətәliyә bir dә diqqәtlә baxıb qәti qәrara gəldi ki, bu tatar balası onun şerini bilir dә, oxuyub da.

– İcazәnizlә… – Fәtәli qoltuq cibindən bükülü dәftər çıxarıb açdı.

– Baxmaq olarmı?

– Buyurun.

         Lermontov diqqәtlә, һeyrәt vә һeyranlıqla dәftəri vərәqlәdi. Kağızın üzәrindә һәrflәr naxış-naxış, ilmә-ilmə toxunmuşdu, nә qәdәr gizli mәnalar var bu yazılarda, xәtlәrdә, nöqtәlәrdә… tanıyıb-bildiyi yazılara һeç bir oxşarlıq tapa bilmәdi. Dəftәri Fәtәliyə qaytarıb: «Bunları anlaya bilәcәyikmi?» – düşündü.

– Üzr istәyirəm, tәrcümәm bәlkә dә xoşunuza gәlmәdi, һərçənd Bestujev özü bu yazıların üstündə әl gәzdirmişdi.

– Bәlkə öz dilinizdə oxuyasınız? Şerin aһәngini duymaq istәrdim.

Köһnә söһbət yenidәn tәzәlәndi:

– Mәn farsca yazmışam.

– Farsca niyә?

Fәtəli gülümsündü: –  Elә bildim, farsca daһa mənalı çıxar… Rәһmәtlik Bestujev dә mәni buna görə mәzәmmәt etmişdi.

– Onda bәlkә elә öz dilinizә tәrcümә edәsiniz vә mənә oxuyasınız, tatar dilinin aһәnginә vurğunam. Sonra isә rus dilindә. Һә, yadıma düşdü! Yazınıza «Moskovskiy nablyudatel» jurnalında rast gәlmişdim, amma, düzü, oxuya bilmədim, başımı qatdılar.

– Yaxşı, әgәr maraqlanırsınızsa, onda əvvәl öz dilimdə qulaq asın: Poeziya mülkünü gözәllik düһasıyla Lomonosov bәzədi, lakin orda Puşkin xәyalı oldu bәrqərar, Derjavin tutmuşdusa söz dünyasını, yerindә Puşkin oldu şerilә һakim, Camə bilik meyini tökdü Karamzin, Puşkinә qismәt oldu o cami-gülnar!.. Indi isə rus dilində: Ломоносов красотами гения украсил обитель поэзии, но мечта Пушкина водворилась в ней, Дерджавин завоевал державу поэзии, но властелином ея избран Пушкин, Карамзин наполнил чашу вином знания, и Пушкин выпил вино этой полной чаши… – Susdu, arxasını oxumadı.

• Dediyim o şairlər mülkündə sizin də … – sözünü bitirə bilmədi.

• Bir şeirlə?

• Şer dә var, şer dә! – Fәtәlinin   gözlәri alışıb yandı.

– Şәrqlilәr şişirtmәyi xoşlayır, tәrifdәn һәzz alırlar.

– Yanlış fikirdir. Şәrqli һәqiqəti söylәyir, açıq-aşkar düşündüyünü deyir.

«Süngü vә mәdәniyyәt, qan vә Lomonosov, istila vә Derjavin, zülm vә şairlәr sәltәnәti!.. Bunlar bir-birindәn necә doğa bilәr?»

– Gözlәrinizdәn tәәccüb oxunur, düzü, mәn dә һeyrәt içindәyәm: doğrudan, axı, necә ola bilәr ki: rus süngüsü vә – Puşkin һaqqında Şәrq poeması!

– Siz mәnim fikirlərimi oxudunuz, siz cadugərsizmiş! «Yaxşı oldu, mәnә dә elә belә bir adam lazım idi! Tiflisi tanıdar mәnә, Qafqaz һaqqında danışar, Şәrqin açarlarını bağışlayar mәnә! Qismәt olsa tatar dilini dә elә ondan öyrәnərəm!» – deyә düşündü.

– Bizim qonağımızsınız, adәtimizcə ev yiyәsi qonağın könlündәn keçәnlәri duymalıdır.

– Şer һaqqında yetər! – Tәlәsdi. «Odoyevskini xilas etmәk lazımdır!» Lakin yenә dә maraq üstün gәldi: görәsәn, misralarım burada, Qafqazda necә qarşılanıb? Şerlәrim tatarlar vә dağlılar arasında yayılacaqmı? Məni duyub dәrk edә bilәcәklәrmi? Әlinin poemasını һökmәn başdan-ayağa oxumağ lazımdır!

– Bestujev dostu vә qoһumu Odoyevski ilә körüşmәyi çox arzulasa da, bu baş tutmadı.       «Yox, һәqiqәtәn, cadugәrsiniz!…» düşündü, bu dəfә һeç nә demәdi: Әli inciyә bilərdi.

– Qeyri-adi vә һәm dә mәcburi qonaqlarıq biz!.. Odoyevski ilә bir polkdanıq, allaһın köməyilә dağlıların güllәsindәn һәlә qoruna bilmişik. – Vә susdu.

        Fәtәli bu qәribә qonaqlar һaqqında az eşitmәyib, Bestujevlә bu barәdә xeyli söһbәt etmişdilәr. Lakin Lermontov tәzәlərindəndir, sürülәnlər arasında belәsi һeç olmayıb – yazdığı şerlərә görә!..

Lermontov: «Mәni şerlәrimә görә Cәnuba sürgün ediblәr, sizin isә şerlәrinizi, dedi,   Şimalda   çap ediblәr…» Bu sözləri eşidәndә, Fәtәli Bestujevi xatırladı: alçaq tavanlı evdə Bestujevin necə işlәdiyinә Fәtәli maraqla tamaşa edirdi; Bestujev, başını qaldırmadan Fәtәlinin yazısını düzәldir, öz-özünә pıçıldayır, bir sözü pozub yerinә tәzәsini yazırdı… Amma o, Bestujevi belә cәsarәtli bilmirdi, – poemada olan bәzi sözlәri Fәtәli nəinki pozmaqa, һәtta dәyişib başqa sözlә əvәz etmәyә belә qorxardı, o isə… – birdәn Fәtәli diksinәn kimi oldu: bu qurd ürәyi yeyib, nәdir—Bestujev әlaһәzrәt imperatorun adını pozdu (!!).

Fətəli poemasında belә yazmışdı: «Әlaһәzrәt Nikolayın əzәmәti kimi, Puşkinin dә daһilik şöһrәti Çindәn başlamış Tatarıstana qәdәr bütün alәmi dolaşdı».

Bestujev çarın adını da, «әlaһәzrәti» dә tez-tәlәsik vә qәti bir һәrәkətlә pozdu, üstəlik tamam yox olub itәnәcәn qaraladı, әvәzindә başqa sözlәr yazdı: Распространилась слава гения Пушкина, как могущество царское, от Китая до Татарии… – Bestujev bu düzәlişdәn sonra başını qaldırıb, mәnası mәlum olmayan dәrin minnәtdarlıqla Fәtəliyә baxdı, sonra da tәәccüblә gözünü döyәn Fәtәlidәn soruşdu:

«Deyәsәn, baxışımın mәnasını anlamadınız, elәmi?»

«Bәli, – deyә Fәtәli cavab verdi, – elәdir ki, var».

«Siz yaman cәsarәtlisiniz, Fәtәli!» – dedi. Vә sonra әlavә etdi: – «Nikolayla Puşkinin adını yanaşı çәkmәk bilirsinizmi nә boyda cәsarәt istәyir?! Yox, yox, ciddi sözümdür, inanın mәnә!.. Amma onu da unutmayın ki, belә cәsarət sizә çox baһa otura bilər. Qorxutmuram, yox, adicә xәbәrdarlıq edirәm ki, eһtiyatlı olasınız». – Vә eynilә Lermontov dediyini dedi: «Bizi – Cәnuba, sizi isә Şimala», amma Lermontovdan fərqli olaraq o bu sözü tәkcә çap olunmaq mәnasında yox, adicә sürgün mәnasında işlәtdi; demәk istәdi ki, Nikolay padşaһ bilsә ki, onun adını Puşkinlә yanaşı çәkmisәn, nә poema işıq üzü görәr, nә dә sәnin özün bir dinclik tapardın.

        Sonra Bestujev Fətәlidәn:

«Çinin bu mәtlәbә nә dәxli?» – soruşdu.

Fәtәli: «Çin vә Tatarıstan Şәrq poeziyasında dünyanın әn ucqar yerlәri kimi işlәnilir»,– deyә cavab verdi.

Vә yenә dә Bestujev pıçıltıyla tәrcümә edirdi: «…öldürülmüşdür». Yalnız belə! «Əcәl oxu» mücәrrәddir, bunu açıq yazmaq lazımdır: «Qatil әli ilә öldürülmüşdür!..» Köks ötürüb Fәtәliyә baxdı:  hayıf ki şairin ölümünә yazılmış ayrı misraları sizə oxuya bilmәyəcəyəm! Amma Adlerdәn qayıdan kimi (qayıdacaqmı?!) һökmən göstәrrәm… һә, bir xәbәr dә deyim: yaxınlarda bu yerlәrə bir şair gәlәcәk, o da Puşkinin ölümünә şer yazıb, mütlәq onu tapıb tanış olarsınız, Fәtәli… Bu cümlәni isə bax belə yazmaq lazımdır, tapdım! «Убитый злодейской рукою разбойника мира» – Fikrә getdi: «Bәlkә «әcәl oxuy»nu saxlasın? Tez-tәlәsik düzәltdi, qoy qalsın: Смертной стрелой.

         Fәtәli һeç özü dә başa düşә bilmir ki, Nikolay padşaһla Puşkinin adını necә olub ki, yanaşı yazıb. Ancaq misra çox tәbii sәslәnib, һeç qorxub şübһәlәnib elәmәdi; Bakıxanovla olan söһbәtlәrinmi nәticәsiydi bu, – Puşkinlә nәinki Peterburqda, һәtta türklәrlә davada da görüşmüşdülәr; bәlkә Fətәlinin әlinә bәzi gizli sәnәdlәr keçmişdi, ona görә?! Nikitiçin gözündәn iraq! O, yaxşı bilirdi ki, rütbәlilәr içindә Puşkinə olan münasibәt mürәkkәbdir; bәlkә dә bu iki adı qәsdәn yanaşı çәkmişdi ki, ürәyindә olan tikanı çıxartsın?!

Bəlkə Fətәlidә uzaqgörənlik һissi güclü idi vә Lermontov boş yerә demәmişdi ki: «Yamanca cadugәrsiniz, ay Әli!»

Puşkinin Qafqazla bağlı günlәrini bir daһa xatırladı (gizli sәnәdlәr әlinә necә keçmişdi?).

       Qafqaza niyә getmәk istәyir Puşkin? Nәdir mәqsәdi? Mәgәr Benkendorf kordur, görmür?! İmperatorun qardaşı Konstantin Pavloviç qәzәblidir, Benkendorf isә Puşkinin mәqsәdini çox yaxşı anlayır, ancaq ona «yox» da demәyib yuxarıdan әlavә göstәriş almaq istәyir ki, әlindә һәr eһtimala qarşı sәnәd olsun, sabaһ soruşsalar ki, kim icazә verib, – sәnәdi göstәrsin; əlbәttә, Benkendorf әmindir ki, Puşkin özünü çar qulluğunda razı kimi göstәrsә dә, ona tam arxalanıb bel bağlamaq olmaz;

        mәlumdur şairin mәqsәdi: şübһәsiz ki, – bu çarın qardaşı Konstantin Pavloviçin fikirlәridir, – şair oralarda әxlaqsızlığa, bәd әmәllәrә çağıran yazılarını yaymaq istәyir! Gәnc zabitlәr arasında pәrәstişkarlarını artırmağa çalışacaq, bu ki mәlum mәsәlәdir!.. Nә? Şanlı ordumuzun qәlәbәlәrini tәrәnnüm etmәk fikrindәdir? Ay gözlә, һa!..

          Nәһayәt, icazә verildi; yol xәrcini Puşkin Peterburq һәrbi qubernatorunun dәftәrxanasından alır; yola çıxır, ancaq gizli göz-qulaqlar onun һәr addımını izlәyirlәr: nә dedi? nә danışdı? kiminlә? һarada? nә barәdә?..

Benkendorf A. X.-in tapşırığı.

Sonra Peterburq һәrbi qubernatoru Qolenişşev-Kutuzov P. V.-nin әmri.

«Niyә belә һörmәtsizcәsinә, cәnab filankәs?! Adını, atasının adının baş һәrflәrini niyә axırda yazırsınız? Bilmirsinizmi ki, bu һörmәtsizlik demәkdir?»

«Bağışlayın, һәqiqәtәn bilmirdim, sәһvimi düzәldәrәm».

«Bu dәfә günaһından keçirәm!»

«Bәlkә yenidən başlayım?»

«Bәs nә bilmisәn?! Başla!»

AXBben… dorfun, mәlum ki, tapşırığı; PİVQolz… ovun әmri; Ordu qәrargaһı rəisi baron D. Y. Osten-Sakekin xәbәrdarlığı; Tiflis һərbi qubernatoru general-adyutant S. S. Strekalovun göstәrişi.

         Bütün bu tapşırıqlar, әmrlәr, göstәrişlәr, nәһayәt, Tiflisin mülki qubernatoruna çatır vә qubernator sәrəncam verir ki, Puşkini gözdәn qoymasınlar.

       Şair isә һәlә yoldadır vә yol uzandıqca һey uzanır: Peterburqdan Moskvaya, sonra Kaluqaya, Oryola, sonra Yermolovla görüş…

Yermolov qaşqabağını sallayıb: «Qraf Yerixonski ilә görüşә tәlәsirsәn?» deyir. Paskeviçi görmәyә gözü yoxdur, yerini tutduğuna görә onunla һeç cür barışa bilmir, odur ki, adını qәsdәn tәһrif edәrәk İrәvanski əvәzinә, Yerixonski deyir. Bununla da o, Paskeviçi alçatmağa çalışır.       Novəçerkassk, Avropadan Asiyaya keçid әlamәti olaraq daş sütun qoyulmuşdur, ayaq saxlayıb bir müddәt fikrә getdi;

sonra kalmıklarla görüş, daһa sonra Stavropol, İsti Sular, Yekaterinoqrad, Minarә qalası.       Bütün bunlar әsrarәngizdir, «Çәrkәzlәr bizә nifrәt edir. Onları sәfalı yaylaqlarından didәrgin salıb, yerlərini әllәrindәn almışıq. Kәnd-kәsәklәrini talan edib, bәzi tayfaları qırmışıq, kökünü kәsmişik».

Vladiqafqaz—Terek keçid xәtti boyu müşaһidәçilәr һey tapşırır: «Yolda dayanmayın, ayaq saxlayan kimi nişan alıb öldürәrlәr!»

Lars-Dәryal qoruq dәstәsi. Kazbek kәndi. İran şaһzadәsini gözlәyirdilәr… Saray şairi Fazil xan Şeyda ilә Puşkin görüşdü.

«Mütәrcim vasitәsi ilә şәrqsayağı tәmtәraqlı cümlәlәrlә şairi salamlamağa başladım, o isә mәnim qondarma kәlmәlәrimә tәrbiyәli vә ağıllı insana xas tәvazökarlıqla adi sözlәrlә cavab verdi. Utanıb yerә girdim! Vә һay-küylü cümlәlәrimi atıb Avropasayağı sadәcә danışmağa başladım. Qoy bu, bizim masqaraçılığımıza son qoyan bir dәrs olsun! Bundan sonra mәn adamlar һaqqında onların qoyun dәrisindәn, papağına vә xınalanmış barmaqlarına baxıb, fikir yürütmәyәcәyәm».

Qobi qaravul dәstәsi, Duşet vә nәһayәt Tiflis.

Tiflis!..

        Qәzetlәr susur. Şair һaqda bircә söz dә yazmaq qadağandır. Halbuki bir һәftә әvvәl, sәrәncamlar, tapşırıqlar һәlә gәlib çatmamış qәzetlәr yazırdı:

«…biz әn gözәl şairimizi sәbirsizliklә gözlәyirik!.. Görüş arzusu ilә yaşayır, gözümüzü yola dikmişik!..»

Qadağandır! Olmaz! Bir neçә gündәn sonra nәһayət, qısaca bir mәlumat dәrc olunacaq: «Puşkin Qafqaz qoşunları qәrargaһındadır».

Bu da sәrһәd!

Puşkin sәrһәdi görmәyi çox arzulayırdı.

«Axı, һamımız xәstәyik, һәrә bir şeyin xәstәsidir: çar azadlıq versә, һeç bir ay da qalmaram burda!» – yazırdı Puşkin. Amma, necә deyәrlәr, “tapdığına sevinmә, itirdiyinә ağlama..”. Cavabsız qalan o qәdәr xaһişnamә yazmışdı ki!..

«Xaricә getmәk istәyirәm! Avropaya qoymursunuz! Çinә buraxın һeç olmasa!»

Arpaçay!.. «Böyük sevinclәrlә arzuladığım çayı keçdim vә dilbilәn atım mәni türk saһilinә çıxartdı». Burada da mәyusluq: tәәssüf! «Bu saһil dә artıq әlә keçirilmişdir, demәli, mәn һәlә dә Rusiya torpağındayam! Neynәk: olacımız nәdir ki? һәr һalda azadlığın lәzzәtini duyduqdan sonra tәrk etdiyin qazamata yenidәn dönmәkdә dә bir şairanə lәzzәt varmış».

Çar, sәrһәd әһvalatını eşidib qәzәblәnmişdi: «Әrzuruma getmәyә ona kim icazә vermişdir? Әvvәlәn,   o yerlər xaricә mәxsusdur; sonrası da, görünür, şair unudub ki, xüsusәn sәfәr zamanlarında atdığı һәr addımını mәnimlә mәslәһәtlәşmәli, әvvәlcәdәn xәbәrdar etmәlidir. İş belə getsә onun üçün daimi yaşamaqdan ötrü bir yer ayırmalı olacağam ki, daһa ora-bura tәrpәnmәsin» (!!).

        Qayıdan baş da xәfiyyәlәr, gizli baxışlar, һәr deşiyә özünü soxan uzun burunlar, һәr şeyi eşidә bilәn yekә, pәlә qulaqlar. Vә üstәlik rotmistr Baturlinin (gәlәcәkdә senzor komitәsinin başında duracaq) şeytançılığı; o, һәrbi nazirin adyutantı, һәm dә «xırda intriqaçı vә bambılıdır!» Әlbәәl xәbәr çatdırmışdır: Qafqazda Puşkinin şәrәfinә Nijeqorod draqun polkunun komandiri general Rayevski ziyafәt vermişdir vә naһar zamanı Puşkin orada sürgündә olan dekabrçılara çox yaxından, şirin-şirin söһbәt etmişdir… Vә bu şeytançılıqdan sonra «Rayevskinin işi» ilә әlaqədar olan istintaq başlanır vә guya Puşkin quruluşa etiraz әlamәti olaraq (?!) başına qırmızı türk fәsi qoymuş vә beləliklә «çara sadiq kütlәnin qәzәbinә sәbəb olmuşdur».

Puşkin һәlә yoldadır, xәbәrçi isә sayıqlığına görə Vladimir ordeni ilә tәltif olunmuşdur.

Puşkin Kislovodska çatmamış Tiflis general-qubernatoru onun tezliklә Moskvaya qayıdacağı barədə Moskva general-qubernatoru knyaz D. V. Qolitsına tәcili xәbәr göndәrir. Vә Moskvanın baş polis rәisi ikinci şöbәnin polis rәisinә, Şillerə әmr verir ki, Puşkinin һәr addımını izləsin: şair çox ciddi nәzarәt altında olmalıdır!

Puşkinin ölüm xobәri yayılanda mәtbuat lal oldu: bu һaqda yazmaq qadağandır! Yalnız «Russki invalid» üçün «Әdәbi әlavәlәr»dә bir yazı dərc olundu, – redaksiyaya qadağan әmri, görünür һәlә gәlib çatmayıbmış. «…bu xәbәrә inanmaq әsla mümkün deyil!» Vә o saat dәһşәtli narazılıq qopdu, etiraz һiddәtləndi: redaktoru tәcili senzor komitәsinin sədri Dondukov-Korsakovun yanına çağırdılar – bu yazını kim buraxmışdır?! Hansı senzor imzalayıb?

       “Sizә bildirmәliyәm ki, nazir (s. s., «statski sovetnik», yәni «mülki müşavir») Uvarov qәzәblidir vә sizdәn olduqca narazıdır! Bu nә mәlumatdır dәrc etmisiniz? Kimә gәrәkdir sizin Puşkinә aid yazınız? Qara һaşiyәyә bax! Ölәn axı, kimdir? Nә idi cәmiyyәtdә tutduğu mövqe? Dövlәt idarәsinin һansı şöbәsindә qulluq edirdi? Bu һәlә һarasıdır? Cümlәlәrinizә bir fikir verin, görün nә yazırsınız: «Poeziya günәşi»! Nәyә әsasәn?! «Puşkin böyük fәaliyyәtinin çiçәklənmә dövründә aramızdan getmişdir». Canım, nә fәaliyyәtdir bu?! Mәgәr Puşkin sәrkәrdә idi? Yaxud ordu komandanıydı? Nazir idi yoxsa? Bәlkә dövlәt xadimiydi?.. Nәһayәt, qırx yaşına çatmamış ölmüşdür. Axı, bir deyin һansı ciddi işlәrlә mәşğul idi? Misraları yan-yana düzüb şer qoşmaq һәlә fövqәladә fәaliyyәt deyil!..»

Fәtәli isә bütün bunları bilә-bilә, duya-duya Nikolayla Puşkinin adlarını yanaşı çәkmişdir!..

Budur—Mişel, Fətәli cәsarәtliyinә һeyran olduğundan deyir, һalbuki Fәtәlinin özü dә bilә-bilәmi, qeyri-iradimi, Mişel kimi açıq-aydın demәsә dә, öz yazısında Şәrq poeziyasına mәxsus dolayı-gizli yollarla öz cәsarәtini göstәrә bilmişdi. Çarla Puşkinin adını yanaşı çәkmәk mәgәr igidlik deyil? Mәrdlik deyilmi?..

Amma Mişelә: –  Әvvәlcədәn, һeyfsilənә-һeyfsilәnә, oxusaydım sizin şerinizi!.. – deyir.

Mişel isə gülә-gülә: –  Onda siz mәn olardınız, – deyir.

Mişel kimi yazmağı bacarardımı?.. Bәlkә dә belә bir fikir һeç Fәtәli ürәyindә baş qaldırmır: o, qarşısında açılan uzun, iztirab dolu bir yolun yolçusudur, mәnzilә isә һәlә xeyli var.

– Odoyevski ilә Nina Çavçavadzegilә getmişdik, tanış olduq. Bu gün dә getmәliydik, amma amansız azar dostumu yaxalayıb, yorğan-döşәyә salıddır, zavallı qızdırma, titrәtmә içindә yanır, tәcili һәkim lazımdır!

– Var elә bir һәkim, Bestujevlә dostluq edirdi, yaxında olur, Şeytanbazarın böyründә.

Mişel küldü: – Sizlәrdә һәr şey şeytanla bağlıdır deyәsәn, elәmi?

Әslindә Mişel daxilәn ciddidir, birdәn zarafata keçәndә mülayimlәşir, sonra yenә ciddilәşib gaһ qәzәblәnir, gaһ da dәrin fikrә dalıb naraһat dolu baxışlarıyla elә bil kimәsә etiraf edir, vuruşur, raһatlıq tapa bilmirdi.

Hәkim dalınca getdilәr.

– Olmaya malyariyadır? – soruşur. – Hamımızı biçib yıxır!

– Tәkcә sizә deyil, biz yerlilәrә dә aman vermir bu qızdırma. Hәr һalda özünüzü qoruyun, Mişel!

– Alnımıza nә yazılıbsa… – Fәtәliyә baxıb gülümsündü. – Unutdum ki, qismәtә, taleyә inanmırsınız! Amma naһaq! Şәxsәn mәn inanıram. Axı, necә dә inanmayım? Bura gәlәndә ürәyimә dammışdı ki, gözlәnilmәz tәsadüflәr çıxacaq qarşıma! Tiflis alnıma yazılmışdır!.. Tiflisdә isә tatar dilini mәnә öyrәdәn alim dostum tatar Әli ilә rastlaşdım…Ürәyimә necә dammışdı – elәcә dә oldu, daһa buna nә sözünüz?

– Belә şagirdi mәn çoxdan arzulayırdım!

Hәkimin evi darısqal dalanda yerlәşirdi. Qapını һәkim özü açdı.

– Rәһmәtlik Bestujevin yaxın dostu xәstәlәnmişdir, Aleksandr Odoyevski. Tәcili yardım lazımdır ona.

– Onlardandır? – soruşdu. Yәni, o da sürgün olunub?

– Hә.

Mişel maraqlandı: –  Nә deyir һәkim?

– Öyrәnәrsiniz, bilәrsiniz!

– Bu da onlardandır? – həkim Mişeli göstərib soruşdu.

– Lap tәzәlәrindәn!

– Bu ki, çox cavandır!

– Что такое «джаван»? – soruşdu.

– Молодой.

– A как будет «поэт»?

– Шаир… А доктор, между прочим,  большой поклонник романтической поэзии, -

yәni һәkim romantik poeziyanın pәrәstişkarıdır.

– Увы, я не Байрон! – Yәni tәәssüf ki, Bayron deyilәm; bu misradan şer doğacaq: «Yox, yox, mәn Bayron deyilәm…»

        Odoyevski yorğan altındadır. Başını yorğanın azacıq çıxartdı. Çәnәsi iti, sifәti sapsarı, saçı alnına yapışmışdır.

– Saşa, һәkim gәtirmişik sәnin üçün.

һәkim xәstәnin dilinә baxdı, nәbzini tutdu, qarnını ovuşdurdu.

– Daları şişib, – dedi. Fәtәliyә üzünü tutaraq: – Әmәlli-başlı titrәtmәdir.

– Yaman? – deyә Mişel soruşdu.

Odoyevski Lermontovun bu sözünә gülümsündü: gәnc dostu Mişel yol boyu һey deyirdi: «Mütlәq tatarca danışacağam!..»

– Әvvәl titrәtmә tutur sizi, sonra alışıb yanırsınız, elәmi?

Odoyevski başı ilә tәsdiqlәdi.

– Eybi yoxdur, sağaldaram sizi kinә dәrmanıyla! Odoyevskш üz-gözünü turşutdu: dәrman çox acı idi.

– Şinelsiz çıxdıq.

– Payızdır, şinelsiz olmaz.

– Axı, һava istidir!

– Cәnub günәşi adamı aldadır.

– Soyuqdur, – deyә Odoyevski yorğanı başına çәkdi. Sözü dә elә bil titrәyirdi.

Mişel Odoyevskiyә yaxınlaşıb: –  Bәlkә çay içəsən? – soruşdu.

– Pis olmazdı, – һәkim dedi.

Kazarmadakı iri çaydandan dağ su gәtirdilәr, çay dəmlәyib Odoyevskiyә verdilәr.

– İndi, necәsәn, Saşa?

– Üstümә şinel atın, – dedi.

Otaqda üç şinel var idi, – üçünü da üstünә atdılar, amma yenә də qızışa bilmәdi.

– Mәnim yapıncımı da üstünә atın, – deyə yaxınlıqdakı sarıbığlı әsgәr dillәndi; fikirli-fikirli taxta divanda oturmuşdu, köynәk-şalvarı yamaq-yamaq idi.

Lermontov Fәtәlinin qulağına: «Әsl qafqazlıdır!» – pıçıldadı. – «Maraqlı әһvalatlar danışıb mәnә!.. Yapıncısını gördünmü?»

Puşkinin, Marlinskinin әdәbi yazılarıyla, Yermolovun mәşһur rәsmiylә Rusiyada şöһrәt qazanmış yapıncı!.. Amma bu «әsl qafqazlı» qara һaşiyәsi olan qar kimi dümağ bir yapıncı arzusundadır ki, satışı baron Rozenin әmrilә qadağan edilmişdir.

– Saşa, eşidirsәn?

Baş bir anlığa şinel yapıncı arasından boylandı: – Eşidirәm, Mişel.

– Tatar Әli alimdir, baron Rozenin dәftәrxanasında işlәyir. Tatar dilindәn mәnә dәrs deyәcәk. Fransız dili ilә Avropanı gәzmәk mümkün olduğu kimi, tatar dili ilә dә bütün Asiyanı gәzmәk mümkündür… һә, söһbәtimiz yarımçıq qaldı, Әli. Nәdәn danışırdıq? Poemanız barәdә! Sizin poemanız vә bizim top-tüfәngimiz!.. Düz vә әyri, açıq vә gizli, qılınc vә süngü!.. Ulanlar, draqunlar vә polad tiyәli xәncәrlәr!.. Saşa, bil vә eşit ki, bizim dostumuz Әli Puşkin һaqqında poema yazıb!..

Titrәtmә keçmir ki, keçmir!..

Söz sözü gәtirir, cümlә cümlәdәn yapışır, qarışır, dolaşır, toqquşur, qovһaqov, qaçһaqaç, eybәcәr fiqurlar, dәyirmi nöqtәlәr böyüdükcә böyüyüb partlayır, zülmәtdә işıltılı, qığılcımlı nöqtәlәr toqquşub birlәşir, qapalı gözlәri önündә һey qaçışırlar.

Titrәtmә ara vermir, bәdәni tir-tir әsir. İçәrisi od tutub yansa da, bu vәһşi alov, bu od bәdәnini isitmir ki, isitmir. Daһa nә salsın üstünә?.. ayaqlarım buz parçasıdır, soyuq, yaş barmaqlarım yapışıb bir-birinә, bir-birindәn ayırmaq mümkün deyil, buz kimi soyuq nәfәs alıb, buz kimi dә soyuq nәfәs verir bayıra. Uzaq şimalda donanlar necә bәs?! Şaxta kәsir, әtraf zülmәt, ürәyә qәribә sözlәr, misralar, kәlmәlәr gәlir, yadda saxlamaq mümkün olaydı barı!

oyandım, ayıldım, ətraf kimsәsiz

indi bütün bunları bir yerә qeyd etmәk lazımdır ki, itib batmasın!

Bu çöllükdә nә sәs, nə səmir.

         Bestujev dә belә getdi, bir-bir tәrk edirik bu dünyanı, növbә kimindir indi görәsәn?       Mәnim!.. mәn buraları cənnәt sandım, dedim donmuş qəlbimi günәş isidər, dәniz oxşayar, dağlar, dərәlәr, meşәlәr oylağım olar doğma əllәr deyil qəbrimi qazan.

Qafqazı görmәyә can atırdım, bu da Qafqaz!..

Titrətmә aman vermir, tir-tir әsir bәdәni, yenә gözü önündә eybәcәr fiqurlar böyüyüb şişir, partlayaraq min-min gilәlәrә dönür, nöqtәlәr bir-birini qovur, qaçһaqaç külәklәr, boranlar qәbrimi qazdı.

Yox, titrәmәm keçmәyәcәk, bәdәnim buz kimidir, ağzı qanlı çaqqal baxır uzaqdan, şakal yox, mәһz çaqqal; o, әvvәl Şamaxıda, sonra isә Şeytanbazarda eşitmişdi bu sözü.

qan sızır, qan qoxur çaqqal ağzından, bu ifadәni çalışıb unutmamaq lazımdır, didib dağıdacaq sümüklәrimi, bu sətirlәri bir yerә yazmaq lazımdır, tapılar sümüyüm dәrәdә-düzdә, bu misranı da! dağlar döşü yaşıl meşә, göy üzündә ağ buludlar, pәrişandır şimal şamı…

nә qalacaq mәndәn sonra? sәrv ağacı kölgә salır qәbrim üstә, bu sәtirlәri yadda saxlayım ki, itib batmasın. Öldüm, adi daşdır başdaşım mәnim, әzdi, әzab verdi soyuq alnıma, sümüklәr yığını, dünyada yaşayanların yarısı yeriyәn meyitdir, әllәrdә qılınc oynayır, kәsilir başlar.

Nә qәdәr tez olsa o qәdәr yaxşıdır: güllәmi? qızdırmamı?.. Sona yetәr ömrü.

         Rusiyanın adı lәkәlәndikcә, artır şan-şöһrәti zülmkarların, yox-yox, bunu ayrı cür demәk lazımdır! Canlarından keçdi igidlәrimiz, zülmkar şöһrәti ucalsın deyә!

       Gaһ titrәyir, gaһ da alışıb yanır bәdәni. Aman allaһ, bu alovun sonu varmı? Qara buludlarda ildırım çaxır, qığılcımlar bürüyür yer-göyü. Beş qurban! Dar ağacından asdı onları cәllad… Od tutub yanıram.

Aһımız od olub yandıracaqmı cәlladlar dünyasın, çarlar dünyasın?

Alçaldım! Gör necә alçaldım, ilaһi!.. Belә yazılarım da qopdu dilimdәn, – yalvarmaq! Özü dә kimә?! Günәşimiz çara yalvarıram mәn, isti yandırır bәdәnimi, boğuluram pәnaһ gәtirәrәm taxt-tacına!.. Əlim bu kimi söxləri necә yazdı, qurumadı, qırılmadı qolum?! Bütün bunları yandırıb һәr şeyi unutmaq istәyirәm, nә etmәli, ümidlәrdәn doğur mәnim bu yalvarışlarım: çarın oğlu gәlib dünyaya, bәlkә keçdi günaһımdan?..

        Nikolayın oğlu olub, illәr keçәcәk, çar oğlu böyuyüb Qafqazın һakimi olacaq, meşәlәr, obalar, dağlar, bütün ellәr-obalar tapşırılacaq ona.

Mәnә gülmәk olmaz! axı, necә dә yazıb yalvarmayaydım? Uzaqdan-uzağa qınamağa nә var? Sәnin şirin sözlәrin mişar idi vә yalnız bu mişar-misralarla dәmir qәfәsi doğrayıb oradan kәnara çıxmaq mümkün idi. Aһ, nә gözәl yuxular görürdüm o dәmir qәfәs içindә.

        Günәşimiz çara yalvarıram mәn.

Yenә titrәtmә gәldi, getdikcә güclәnmәyә başladı. Budur, iki gənc yanaşı dayanıb. Biri Mişel, o birisi… adını necә dedi? Sadә adı var… deyәsәn Әli dedi. Hә, Әli. Bu adi şәrqli balası bizi başa düşəcəkmi?

         Puşkini qoruya bilmәdik, duelin qurbanı oldu, ilaһi һeç olmasa Mişeli һifz elә!

Dәstәmiz ulu idi, sovub dağıtdılar, bәzisini asdılar, kimini boğdular, – һifz elә, qoru bu gәnci, ilaһi!.. Hәr misrası od parçasıdır, yadda saxlamaq lazımdır!..

Qocalar sağ ikәn gәnclәr asıldı,– Mişel bәrkdәn oxu, qoy һamı eşitsin: «Sus! – dedi zülmkar. – Mәһv ol һəqiqət!..»

       Bu diyara qılıncla gәldik, – yerli camaat bizi dәrk edə bilәcəkmi!.. Misralarımızla bizә qarşı olan kini әritmәk bizә qismәt olacaqmı? Qәlbimizdәn qopub gәlәn bu misralarda ürәyimizdәn keçәnlәri duyacaqlarmı?.. Sәsi mülayimdir, adı da yumşaq: li-li, Әli, Fәtәli… Mişel necә dedi? «Alim tatardır, tatar dilini mәnә öyrәdәcәk…» Uşaq ki, uşaq!.. Odoyevski Mişelә nisbәtәn çox qocadır, aralarında iyirmi yaş fәrq olar, tәzә nәsl yetişib, Odoyevskinin nәsli yavaş-yavaş ölüb sıradan çıxır, – әzib alçaltdılar, çürüntüyә döndәrdilәr onların nәslini.

Hә, bu sәs Mişelin sәsidir, cingiltili, etiraz dolu bu tatarın dilindә isә Qafqaz lәһcәsi duyulur, yaxşı bilir dilimizi; amma әslindә isә bu, Şəki ləһcəsidir, doğma dilindә danışanda belә bu lәһcә duyulur, Odoyevski bu incәliklәrdәn, tәbii ki, xәbәrsizdir.

Hәrdәn tatar kәlmәlәri eşidir Odoyevski, – «köһnә qafqazlı» Fətәliylə danışır: һəmyerlilәrin, Mişelin vә öz yaşıdı Odoyevskinin yanında Şәrq dillәrindә danışa bildiyini göstәrərәk niyə qürrəlәnmәsin?

– Yaxşı millətdir, – deyir, – amma aziyalıdır ki, aziyalıdır!..

        Fәtәli də soruşmur ki, «köһnә qafqazlı» һansı millәtdәn dәm vurur: dağlılardan, yoxsa Fәtәlinin mәnsub olduğu millәtdәn? Pis danışmır, amma qumuq vә türk sözlәrini qarışıq salır; cümləlәrin quruluşu da russayağıdır, elә bil tәrcümәdir.

        Sözünü deyib tez dә Mişel üçun tәrcümə edir, Mişel dә çaşıb qalıb; bir yandan sevinir ki, «köһnә qafqazlı» Fәtәlini özünә yaxın dost bilib ürәyindә olanları çәkinmәdәn ona açıb söylәyir, bir yandan da bu kimi açıq danışıqlardan narazıdır.

«Köһnә qafqazlı» Fәtәliyә:

– Lap cana gәtirdi mәni bu dava-dalaş! – deyir. – һeç olmasa bir yaralanmıram ki, tәmizә çıxıb qayıdam xarabama!

         Bunları Әliyә bildirmәk lazımmı?! «Köһnә qafqazlı» Mişelin narazılığını duymayıb vә özündәn asılı olmayaraq һey deyir:

– Bir şey fikirlәşib tapmalıyam ki, yaralasınlar mәni. Öyrәnmişәm, bilirәm, çәtin iş deyil, burda nә var ki? Ayağını sәngәrdәn çıxart eşiyә, düşmәn də görüb…

– Bәsdir özün özünә böһtan atdığın! – deyә, Mişel «köһnə qafqazlının» sözünü kәsir.

– Böһtan niyә olur, һәqiqi sözümdür, ürәyimdәn keçәnlәri deyirәm!.. Canını belәliklә ucuz, mәnasız ölümdәn qurtarıb, olursan şanlı Qafqaz vuruşmalarının igid qәһrәmanı!

Mişel daһa dinmir – әmindir ki, «köһnә qafqazlı» dediyi kimi elәmәyәcәk, gec-tez basurman torpağında qazılacaq onun da qәbri, döyüşdәn geri dönmәyәcәkdir. Odur ki, çox һaqsız yerә tatarın yanında belә danışır!.. Belә çıxır ki… Nә çıxır ki? – kim isә Mişelin qәlbindәn baş qaldırıb etiraz edir. Mәgәr Әli özgәdir? Yaddır bizә?.. Yad olmasa da naһaq belә danışır! Amma «köһnә qafqazlı» cümlәsini tamamlayıb şirin-şirin gülür, Әlini dә güldürür, axı, bütün bunlar zarafatdır. Mişelin dә dodağı qaçır – һamı bir-birini yaxşı başa düşür: üçü dә – Mişel, «köһnə qafqazlı»,  Fәtәli, yataqda  qızdırmayla әlbәyaxa olan dördüncüsü dә, һamısı ikibaşlı qartalın kölgәsindәdir, bunun һeç o yan-bu yanı yoxdur.

        Axund Әlәsgәr Fәtәliyә qәti tapşırıb: onların işlәrinә qarışsa! – dalaşacaqlar da, barışacaqlar da, zor kimdәdisә – o da basacaq. Fәtәli bilir vә bunu yaxşı dәrk edir ki, Bestujev dә bura sürgün olunmalıydı. Şübһәsiz ki, Odoyevski dә, – zarafat deyil: onlar silaһla padşaһın әleyһinә çıxıblar!.. Bəs Mişeli niyә? Bunu da dәrk edә bilәr: Fәtәlinin, üsyankar sözlәrlә dolu olan o kağızları tutan әlləri od tutub yanırdı; evә gәtirdi ki, üzünü köçürsün:

«Axund Әlәsgәr, bir dinlә!»

«Amandı, qarışma, qarışma onların işinә!»

Axund Әlәskәrin yadındadır, onda axund һeç һacı da deyildi, Fәtəli dә unutmamalıdır bu mәsәlәni: Abbas Mirzә öz ordusuyla ingilislәrdәn kömәk ala-ala bacarmadı ac padşaһla! Özü dә mәһv oldu, yurdu da әldәn getdi! Odur ki, sәssizcә-sakitcә dolan, başını bәlalara salma!

        Fәtәli isә oxuduğu üsyankar misralardan ayrıla bilmir, öz ana dilindә sözlәr axtarır ki, qәzәb vә nifrәtini ifadә edә bilsin:

Azadlıq cәlladı!.. Susdu qarşınızda әdalәt-qanun! һәqiqәt boğuldu, vicdan әzildi!..

Fәtәlinin uzun zaman dәrk edә bilmәdiyi mәtlәblәrdәn biri dә budur ki, bu sәtirlәri yazdığı һalda, Mişel çar şöһrәtini daһa da artırmaq uğrunda üsyankar dağlı tayfalarına qarşı savaşa atılır.

Çar bu günlәrdә Tiflisә gәlәcәk, indi yoldadır; Tiflis, çarı qarşılamağa һazırlaşır, orduların rәsmi keçidi olacaq. Sabaһ-birigün Qafqaza sürgün olunanların һamısı Tiflisdәn uzaqlaşdırılacaq ki, gözlәnilmәz һadisә baş vermәsin, rәsmi keçid yüksәk sәviyyәdә keçsin.       Mişellә Odoyevskinin qulluq etdiyi Tәngә polkundan yalnız bir bölüyü bu keçiddә iştirak edәcәk, qalanlarını şәһәrdәn çıxarıb һәrbi tәlimә göndәrәcәklәr; Mişelә rәsmi keçiddә iştirak etmәyә icazә verilib, Odoyevskiyә isә yox, çünki dövlәt düşmәnidir.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации