Электронная библиотека » Лев Толстой » » онлайн чтение - страница 4

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:00


Автор книги: Лев Толстой


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 13 страниц)

Шрифт:
- 100% +

– Bu, xəyalın canlanmasıdır, – Delesov dedi.

– Yox, yox… mən danışa bilmirəm, – deyə Albert üz-gözünü büzüşdürüb cavab verdi. – Mən elə o zaman da yoxsuldum, mənzilim yoxdu və teatra getdiyim zaman bəzən elə orada gecələyirdim.

– Necə? Teatrda? Boş, qaranlıq zalda?

– Ah! Mən bu boş şeylərdən qorxmuram. Ah, dayanın. Hamı gedəndən sonra mən onun oturduğu benuara qalxır, orada oturur və yatırdım. Bu mənim yeganə fərəhim idi. Bilsəniz orada necə gecələr keçirmişəm. Ancaq bir dəfə yenə tutmam tutdu. Gecə gözümə çox şey göründü, lakin sizə çox danışa bilmirəm. – Albert gözlərini aşağı dikib Delesova baxdı. – Bu nə deməkdir? – soruşdu.

– Qəribədir! – Delesov dedi.

– Yox, dayanın, dayanın! – O, Delesovun qulağına pıçıldayıb sözünə davam etdi. – Mən onun əlini öpürdüm, orada yanındaca ağlayırdım, onunla xeyli danışırdım. Mən onun ətrini duyurdum, səsini eşidirdim. Bir gecənin ərzində o mənə çox söz deyirdi. Sonra mən skripkanı götürüb yavaşdan çalmağa başladım. Özü də əla çalırdım. Ancaq məni qorxu bürüdü. Mən bu boş şeylərdən qorxmuram və onlara inanmıram. Lakin mən öz başım üçün qorxuya düşdüm, – deyib əlini alnına toxundurdu və mehribancasına gülümsədi, – yoxsul ağlım üçün qorxuya düşdüm: mənə elə gəldi ki, başıma nə isə olub. Bəlkə, bu da bir şey deyil? Necə bilirsiniz?

Hər ikisi bir neçə dəqiqə susdu.

 
Günəşi buludlar örtsə də ancaq,
O, yenə əbədi işıq saçacaq…
 

– Albert sakitcə gülümsəyib oxudu. – Doğru deyilmi? – deyə əlavə etdi:

 
Mən də ömür sürdüm, çox keflər çəkdim…
 

– Ah, qoca Petrov bütün bunları sizə elə izah edərdi ki!

Delesov susaraq dəhşət içərisində müsahibinin həyəcanlı və rəngi qaçmış sifətinə baxırdı.

– Siz “Yuristen-valtse”ri4040
  “Yuristen-valtser” – Avstriya bəstəkarı İohann Ştrausun (1825-1899) valsı


[Закрыть]
bilirsiniz? – deyə Albert birdən çığırdı və cavab gözləmədən yerindən sıçrayıb skripkanı götürdü və şən bir vals çalmağa başladı. Özünü tamamilə unudan və görünür, arxasında bütöv bir orkestrin çaldığını zənn edən Albert gülümsəyir, yırğalanır, ayaqlarını tərpədir və əla çalırdı.

– Eh, kef çəkəcəyik! – qurtarandan sonra skripkanı yellədib dedi.

Bir az sakit oturdu. Sonra dedi:

– Mən gedim. Bəs siz getmirsiniz?

– Hara? – deyə Delesov təəccüblə soruşdu.

– Yenə Anna İvanovnanın yanına gedək, ora şəndir, gurultu, camaat, musiqi…

Delesov əvvəl-əvvəl az qalmışdı ki razılaşsın. Lakin özünə gəlib Alberti dilə tutmağa başladı ki, bu gün getməsin.

– Mən bir dəqiqəliyə…

– Düzünu deyirəm, getməyin.

Albert dərindən nəfəs aldı və skripkanı yerə qoydu.

– Demək, qalırıq?

O, yenə də stola baxdı. Şərab qurtarmışdı. Xeyirli gecə arzulayıb çıxdı.

Delesov zəngi çaldı.

Zaxara dedi:

– Bax ha, cənab Alberti mənim icazəm olmadan heç yerə buraxma!

VI

Ertəsi gün bayram idi. Delesov oyanıb qonaq otağında qəhvə içir və kitab oxuyurdu. Qonşu otaqda Albert hələ heç qımıldanmırdı da.

Zaxar qapını ehtiyatla aralayıb yemək otağına baxdı.

– Dmitri İvanoviç, inanırsınız ki, divanda üstüaçıq yatıb, Allah haqqı, qoymadı ki, üstünə bir şey salım. Elə bil körpə uşaqdır. Doğrudan da, artist ki, artist!

Saat on ikidə qapının dalında nıqqıltı və öskürək səsi eşidildi.

Zaxar yenə yemək otağına getdi. Ağa qonaq otağından Zaxarın mehriban səsini və Albertin zəif, yalvarıcı səsini eşidirdi.

Zaxar yemək otağından çıxanda ondan soruşdu:

– Hə, nə olub?

– Darıxır, Dmitri İvanoviç, yuyunmaq istəmir. Çox dilxordur. Hey içki istəyir.

Delesov öz-özlüyündə dedi: "Yox, əgər başlamışamsa, xarakterimi göstərmək lazımdır". Ona şərab verməməyi tapşırıb yenə kitab oxumağında davam etdi, lakin bununla belə, qeyri-ixtiyari olaraq yemək otağında baş verənlərə qulaq asırdı. Orada heç bir şey tərpənmirdi, ara-sıra sinədən gələn ağır öskürək və tüpürmək səsi eşidilirdi. İki saat keçdi. Delesov geyinib eşiyə çıxmamışdan qabaq mənzil yoldaşına baş çəkməyi qərara aldı. Albert hərəkətsiz halda pəncərənin qabağında oturub başını əllərinin üstünə qoymuşdu. O qanrıldı. Sifəti sapsarı idi, nəinki kədər, bəlkə də, dərin dərdlə qırışmışdı. Salamlaşmaq üçün gülümsəməyə cəhd etdi, ancaq sifəti bundan daha dərdli bir ifadə aldı. Elə bil bu saat ağlamağa hazırdı. Çətinliklə qalxıb baş əydi.

– Bir qədər adi araq olsaydı… – yalvarıcı bir ifadə ilə dilləndi, – elə zəif düşmüşəm ki… xahiş edirəm.

– Qəhvə sizi daha yaxşı möhkəmlədər. Sizə məsləhət bilərdim.

Albertin sifəti özünün uşaq ifadəsini itirdi. O, soyuq və sönük bir nəzərlə pəncərəyə baxıb stula oturdu.

– Bəs səhər yeməyi istəmirsiniz?

– Xeyr, təşəkkür edirəm, iştaham yoxdur.

– Əgər skripkada çalmaq istəsəniz, mənə mane olmazsınız, – deyə Delesov skripkanı stolun üstünə qoydu.

Albert istehzalı bir təbəssümlə skripkaya baxdı.

– Xeyr, mən çox zəifəm, çala bilmərəm, – deyib aləti özündən uzaqlaşdırdı.

Bundan sonra Delesov ona nə deyirdisə, gəzməyə çıxmağı və axşam teatra getməyi təklif edirdisə də, o yalnız itaətlə baş əyir və inadla susurdu. Delesov həyətdən çıxıb bir neçə yerə baş çəkdi, qonaqlıqda nahar elədi və teatra getmək üçün paltarını dəyişmək və çalğıçının nə etdiyini öyrənmək məqsədilə evə gəldi. Albert qaranlıq dəhlizdə oturaraq başını əllərinə dayayıb yanan sobaya baxırdı. O, səliqə ilə geyinmiş, yuyunub saçını daramışdı. Lakin gözləri sönükdü və bütün görkəmində səhərkindən daha çox zəiflik və üzüntü hiss olunurdu.

– Hə, cənab Albert, nahar eləmisiniz? – deyə Delesov soruşdu.

Albert başı ilə təsdiqedici işarə verdi və Delesovun sifətinə baxaraq vahimə içərisində gözlərini aşağı dikdi.

Delesov özünü narahat hiss etdi.

– Bu gün direktora sizin barənizdə dedim. – O da gözlərini aşağı dikdi. – Əgər qulaq asmağa icazə versəniz, sizi məmnuniyyətlə qəbul edəcək.

– Təşəkkür edirəm, mən çala bilmirəm, – deyə Albert burnunun altında mızıldanıb öz otağına keçdi və arxasınca qapını xüsusi ehmallıqla örtdü.

Bir neçə dəqiqədən sonra qapının dəstəyi yavaşdan hərləndi və o, əlində skripka öz otağından çıxdı. Delesova ötəri, qəzəbli bir nəzər salaraq skripkanı stolun üstünə qoydu və yenə içəri keçdi.

Delesov çiyinlərini çəkərək gülümsədi.

"Mən daha nə edə bilərəm? Günahım nədir?" – fikirləşdi.

O, evə gec qayıtdığı zaman birinci sualı bu oldu:

– Hə, musiqiçi necədir?

– Pis! – deyə Zaxar qısa və ahəngdarlıqla cavab verdi. – Hey ah çəkir, öskürür və dinmir, ancaq azı beş dəfə araq istəyib. Mən də bircə dəfə vermişəm. Olmaz axı, Dmitri İvanoviç, onu məhv eləyə bilmər


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации