Текст книги "Fələklər yandı ahimdən… Seçilmiş əsərləri"
Автор книги: Məhəmməd Füzuli
Жанр: Зарубежные стихи, Зарубежная литература
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 20 страниц) [доступный отрывок для чтения: 7 страниц]
BU, İBNİ SƏLAMIN LEYLİ VƏSLİNƏ RAĞİB OLDUĞUDUR VƏ BU DƏ'VADA SÜBHİ-ÜMİDİ KAZİB OLDUĞUDUR9090
Bu, İbni Səlamın Leylinin vəslinə çatmaq istəməsi və bu iddiada ümid sübhünün yalançı olmasıdır.
[Закрыть]
Saqi, bizə rahəti-rəvan ver,
Cansızlara himmət eylə, can ver!
Qıl məst bizi meyi-muğandan,
Əvvəl xoşü xürrəm eylə, ondan
Sor kim, necədir səbati-aləm,
Əncami-fərəh, nəhayəti-qəm.
Dünya işi e'tibarsızdır,
Çərxin rəvişi qərarsızdır.
Çox kimsənə gənc üçün çəkər rənc,
Qeyrinə onun nəsib olur gənc.
Gör onu ki, hər nihali-sərkəş
Sudəndirü sərf eylər atəş.
Təqdirədir əsli-əmri-mənsub,
Xoşdur bu ki, talib ola mətlub.
Çün İbni Səlam bildi hali,
Meydani-muradı gördü xali,
Cəm' etdi əkabirin diyarın,
Ə'yanını əhli-ruzigarın,
Göndərdi nikah üçün bəsi mal,
Şərt etdigin etdi cümlə irsal.
Min zərrin nə'l, əsbi-tazi,
Misrivü İraqiyü Hicazi.
Min cariyəvü qulami-ziba,
Pirayələri hərirü diba.
Min naqə nəbatü qənd yüklü,
Nəsrin dərili, bənövşə tüklü.
Min təblə əbirü ənbərü müşk,
Yüz yük gühəri-tərü zəri-xüşk.
Əsbabi-nikah olub rəvanə,
Kabini kəsildi nəqdi-canə.
Leyli bu cəfadan oldu agah
Kim, buldu bəharına xəzan rah.
Ümmidi-gözünə doldu topraq,
Məqsudi-nihali tökdü yapraq.
Əksi-qərəz oldu surəti-hal,
İdbarə mübəddəl oldu iqbal.
Gül istər ikən sataşdı xarə,
Nur istər ikən tutuşdu narə.
Əfğan ilə matəm etdi suri,
Matəmkədə məhfili-süruri.
Məşşatə dilərdi zülfü xalın
Artırmağa zib ilə cəmalın.
Ol ahü sirişk ilə dəmadəm
Xalı güm edərdi, zülfü bərhəm.
Əgməzdi hilalı vəsməyə baş,
Gözdən gedirərdi sürməsin yaş.
Geysusi çəkərdi şanədən sər,
Bir bar idi gərdənində gövhər.
Güzguyə kədər verərdi ahı,
Zülmati-xət istəməzdi mahı.
Pabusinə bulmayıb həna dəst,
Etmişdi onu qəm ilə pabəst.
Əklilə rüxü urardı atəş,
Buyi-xoş ona gəlirdi naxoş.
Tə'nə tikənindən etməyib bak,
Gül kimi qılırdı geydigin çak.
Hər ləhzə qılırdı ahü fəryad,
Derdi ki: "Əlindən, ey fələk, dad!
Səndən bumidi mənim muradım?
Dövranına bağlı e'tiqadım?
Vəslinə təvəqqe etdigim yar,
Billah, bu degil, yanılma, zinhar…
Ol – nəqşi-səhifeyi-vəfadır,
Bu – tərzi-cərideyi-fənadır.
Ol – qərqeyi-bəhri-zövqi-candır,
Bu – məhvi-tənə'ümi-cahandır.
Ol – xeyr yoluna rahbərdir,
Bu – başladığı təriqi-şərdir.
Cananəsi üçün ol dilər can,
Öz canı üçün dilər bu canan.
Mən onunam, ol mənim əzəldən,
Saxla bu əlaqəyi xaləldən.
Ey çərx! Bu əqd olanda möhkəm,
Bəlkə yox idin arada sən həm.
Gəl tərki-təğəllübü sitəm qıl,
Tanrını arada gör, kərəm qıl!
Vermə qəviyə zəif malın,
Düşmənlərə dustlar həlalın!
Məcnunumu sanma kimsədən kəm,
Bir mərdi-rəhi-bəladır ol həm.
Ey İbni Səlami-bisərəncam,
Bilsən sənə məkr edibdir əyyam;
Məcnuna qoyubdur ad – Leyli,
Eylər səni ad ilə təsəlli.
Sən kami-dil istə, mən bəlayam,
Sən gənc dilə, mən əjdahayam.
Əmma deməzəm işin xətadır,
Nisbət mənə qayəti-ətadır.
Qurtar məni atadan-anadan,
Bir qəm yey olur iki bəladan!"
Dərd ilə qılırdı naləvü ah,
Əsbabi-təcəmmülündən ikrah.
Dövrandan edib fəğanü fəryad,
Bu şe'ri oxurdu ol pərizad:
BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR
Xilafi-rə'yim ilə, ey fələk, mədar etdin!
Məni, gül istər ikən, mübtəlayi-xar etdin!
Müruri-ömrdə bir dönmədin muradımla,
Dönə-dönə mənə zülm etməyi şüar etdin!
İhanətimdə nədir, bilməzəm, muradın kim,
Əzizi-aləm ikən xarü xakisar etdin!
Ümidvar idim əvvəl ki, bir nişat görüm,
Binayi-möhnətimi indi üstüvar etdin!
Cəfa əlilə qılıb çak pərdeyi-səbrim,
Nihan olan qəmimi xəlqə aşikar etdin!
Vəfada verməgə can vermədin mənə möhlət,
Məni bu əhd vəfasında şərmsar etdin!
Bir özgəni mənə yar eyləməklə sən guya
Mənimlə yar olanı özgə ilə yar etdin!
Məgər bilindi, Füzuli, sənə fələk halı
Ki, varını bu cəhanın yox e'tibar etdin!
TƏMAMİYİ-SÜXƏN
Ol növ görənlər iztirabın,
Təzyinü ciladən ictinabın.
Eylərlər idi güman ki, ol zar
Bir özgə bəlayədir giriftar.
Qılmışdır ol afitabı müztər
Hicrü-pədərü fəraqi-madər.
Derlərdi: "Haqındır, ey səmənbu!
Tutmuşdun atan-anan ilə xu,
Hala ki, bulardan ayrılırsən,
Qürbət sitəm olduğun bilirsən!
Əfğaninə hiç mən' yoxdur,
Sən kimi yanan fəraqa çoxdur.
Əmma, bu imiş çü xəlqə adət,
Sən həm cəzə eyləmə ziyadət.
Qız daim ata evində qalmaz,
Peyvəstə anaya mehr salmaz.
Lazım meyi-qəflət eyləyib nuş,
Eylərsən atan-anan fəramuş."
Leyli bu sözə qılırdı iqrar,
Deməzdi bir özgə möhnətim var.
Görməzdi onu özünə layiq
Kim, tə'nə edə ona xəlayiq.
Qız hər necə olsa yarə talib,
Əlbəttə, gərək həyası qalib.
Bir əhli-həya, min əhli-ibram,
Üsyan ilə olmaz iş sərəncam.
El tə'nəsi ilə xahü naxah,
Təklifə düşüb bəzəndi ol mah.
Ol ziynətü ziybə ziybü ziynət
Bir şəkl ilə verdi ziybi-surət
Kim, onu görəndə derdi gərdun:
İnsaf… kəmali-səbri-Məcnun!
Pirayəsiz ol məh idi afət,
Pirayədən artırıb lətafət,
Bir həddə irişdi afitabi
Kim, oldu niqab hüsni tabi.
Çün tutdu ərusi-xəlvəti-şam,
Təmkin ilə xəlvətində aram,
Zülmat ziyayə oldu qalib,
Yandırdı məşailin kəvakib,
Əncüm gühəri olub şəbəfruz,
Qıldı şəbi-tari qeyrəti-ruz.
Gülçöhrə sənəmlər oldular cəm',
Hər bir sənəmin əlində bir şəm',
Rəsmi-tərəb etdilər mürəttəb,
Beş yüz büti-gülrüxü şəkərləb.
Yüz qönçə dəhənli mahparə
Gül suyu səpərdi rəhgüzarə.
Yüz gülrüx əlində məcməri-ud
Eylərdi həvayı ənbəralud.
Yüz mahliqa olub qinasaz,
Qoşmuşdu sədayi-sazə avaz.
Yüz nərgisi-məst gəzdirib cam,
Əhbabə verərdi cami-gülfam.
Yüz gül başı üzrə yüz təbəq zər
Olmuşdu nisar üçün müqərrər.
Bir təxti-rəvan içində Leyli,
Nə şövkətə, nə şükuhə meyli,
Hər ləhzə fəğanü ah edərdi,
Sərgəştəvü müztərib gedərdi.
Əndişeyi-zövqü eyşdən pak,
Seylabdə san gedərdi xaşak.
Çün yetdi hərəmsərayə ol mah,
Dağıldı olan rəfiqü həmrah.
Gül xəlvəti oldu səhni-gülzar,
Dur oldu büsatdan xəsü xar.
Bəxt İbni Səfamı etdi agah
Kim, oldu sənə müsəlləm ol mah.
Ol talibi-gövbəri-yeganə
Gövhər həvəsilə girdi kanə,
Nə gördü? Niqab içində bir nur,
Gözdən rüxi-dilfüruzi məstur.
Gərm oldu məhəbbətin məzaqı,
Təprəndi vüsalə iştiyaqı.
Əl urdu ki, aça ol niqabı,
Rəf eyləyə ortadan hicabı,
Leyli dedi: "Ey hərifi-qabil,
Sənsən sərü sərvəri-qəbail!
Övsafın eşitmişəm ziyadə,
Kamilsən ədəbdəvü həyadə.
Mə'lum edibəm ki, Qaf ta Qaf,
İnsafına el veribdir insaf.
Mən kim, degiləm qəni, fəqirəm,
Mehman deməyim, sənə əsirəm!
Zülm eyləmək etmə mən əsirə,
İzhari-tərəhhüm et fəqirə!
Gör canü tənimdə iztirabım,
Sor hali-dilim, eşit cəvabım!
Mən məktəbə getdigim zamanlar,
Hifzi-səbəq etdigim zamanlar;
Bir şəxs mənə göründü nagah,
Oldum pəri olduğundan agah.
Cinnilər içində ol pərizad
Ülfət mənim ilə qıldı bünyad.
Hər ləhzə durar mənə bərabər,
Der kim: "Bəniadəm etmə həmsər!
Yoxsa qılaram dəmində fani,
Bir zərb ilə həm səni, həm ani!"
Çox məkr qılındı, oldu tədbir,
Boynumdan alınmadı bu zəncir.
Dəf olmadı bu bəliyyə hərgiz,
Həm ata, həm ana oldu aciz.
Çün bulmadı kimsə çareyi-kar,
Məndən ata-ana oldu bizar.
Şeydalığım oldu aləmə faş,
Nifrət qılır oldu yarü yoldaş.
Sən həm ki, bizim diyara yetdin,
Əlbəttə, bu qissəni eşitdin.
Hala ki, səninlə düşdü bazar,
Oldun düri-əqdimə xiridar.
Qarşımda həm ol pəri durubdur,
Qeyrət qılıcına əl urubdur.
Tərk et ki, bu vəsl bimi-candır,
Həm özünə, həm mənə ziyandır!
Bir neçə zaman təhəmmül eylə,
Dərmanın elə, təvəkkül eylə!
Ola ki, müyəssər ola məqsud,
Səndən açıla bu babi-məsdud.
Qət' ola zəbani-tə'ni-düşmən,
Həm sən yetəsən murada, həm mən.''
Ol sadəzəmir ona inandı,
Cinni xəbərin səhih sandı.
Vəhm etdi ki, olsa yara vasil,
Nöqsan ola canü caha hasil.
Cananə yolunda ömrü cahı
Ol naqisin oldu səddi-rahı.
Bir rəsmi-qədimdir cahanda:
Sud istəyən, istəmək ziyan da.
Canan diləyən cəfaya dözmək,
Gənc istəyən əjdəhaya dözmək.
Eşq əhli məhəbbət etsə izhar,
Əvvəl onu imtahan edər yar.
Gər görsə onun cəfaya səbrin,
Kəsrini edər təmam cəbrin.
Gör görməsə cövrə ehtimalın,
Salmaz ona sayeyi-vüsalın.
Çün İbni Səlama bimi-nöqsan
Ol vəsldə ruzi etdi hicran,
Meyl etmədi mütləq ol nigarə,
Hərgiz ona qılmadı nəzarə.
Tədbiri-əlaca durdu qaim,
Dərdinə dəva sorardı daim,
Hər qanda görərdi əhli-təsxir,
Divanəsinə dilərdi zəncir.
BU, ZEYD VƏFADARIN MƏCNUNA XƏBƏR GƏTİRDİGİDİR VƏ İBNİ SƏLAM İLƏ LEYLİNİN PEYVƏNDİ MÜJDƏSİNİ YETİRDİGİDİR9191
Bu, vəfalı Zeydin Məcnuna xəbər gətirməsidir və İbn Salam ilə Leylinin evlənməsi müjdəsini verməsidir.
[Закрыть]
Sahibxəbəri-fəsanəpərdaz
Bu tərz ilə qıldı qissə ağaz
Kim, var idi bir nədimi-nadir,
Zeyd adlı, vəfayi-əhdə qadir.
Məşhur idi fəzlivü kəmalı,
Mə'ruf idi hüsnüvü cəmalı.
Olmuşdu əsir bir nigarə,
Büt ziybli Zeynəb adlı yarə.
Çəkmişdi məhəbbətin cəfasın,
Görmüşdü məlamətin bəlasın.
Ol aşiqi-müstəməndi-məhzum
Eylərdi həmişə meyli-Məcnun,
Söylərdi ona kəmali-eşqin,
Ustadına göstərərdi məşqin.
Leyli ərə getdigindən ol zar
Təhqiq ilə oldu çün xəbərdar,
Məcnuna özün yetirdi filhal,
Rəngi-rüxi-zərdi əşkdən al.
Dolmuş gözü, peykəri pozulmuş,
Nitqində təkəllümü tutulmuş.
Məcnun dedi: "Ey vəfalı yarım!
Qəm mərhələsində qəmgüsarım!
Adətcə görünməz ixtilatın,
Hər günküyə bənzəməz nişatın.
Noldu sənə, söylə, zar olubsan?
Bitaqətü biqərar olubsan?!
Əqrəbdə idi bu gün məgər mah,
K'etdin9292
Ki etdin
[Закрыть] bu yana əziməti-rah?
Qandan bu küdurət oldu hasil?
Noldu səbəbi-məlaləti-dil?"
Zeyd ol xəsi-xüşkə urdu atəş,
Suz ilə dedi ki: "Ey bəlakəş!
Dün əxtəri-bəxtin oldu tirə,
Dövran sitəm etdi sən fəqirə.
Yar İbni Səlamə ruzi oldu,
Ruzi sənə dərdü suzi oldu.
Yar özgəyə oldu şəm'i-məhfil,
Qaldı sənə tabi-atəşi-dü.
Əğyar ilə oldu yar Leyli,
Var, indi sən ondan ol təsəlli.
Zaye sənin ol fəğanü ahın,
Suzi-şəbü ahi-sübhgahın".
Məcnun ki, xəbərdən oldu agah,
Gərduna yetirdi şö'leyi-ab.
Vəhşilər içində ol giriftar
Bir dərd ilə qıldı naləvü zar
K'əfğanə9393
Ki əfganə
[Закрыть] gətirdi marü muri,
Ağlatdı vühuşi, həm tüyuri.
Xamə kimi yaş töküb dəmadəm,
Namə kimi qamətin qılıb xəm,
Yazdı alıban əlinə xamə,
Dildarına bir itabnamə.
BU, MƏCNUNDAN LEYLİYƏ BİR NAMEYİ-İTABAMİZDİR VƏ PEYĞAMİ-ŞİKAYƏTƏNGİZDİR9494
Bu, Məcnundan Leyliyə məzəmmətedici bir məktubdur və şikayətli sifarişdir.
[Закрыть]
"Dibaçeyi-namə nami-mə'bud,
Qəyyumü qədimü həyyü mövcud.
Ol pərdəkəşi-hicabi-əsrar
Kim, aləmi yoxdan eylədi var.
Gün güzgüsün eyləyən mücəlla,
Dün türrəsin eyləyən mütərra,
Çün bir neçə həmd toxmun əkdi,
Dərdi-dilini bəyanə çəkdi
Kim, bu mütəhəmmili-bəladən,
Sərgəştəvü zarü mübtəladən
Bir namə ki, məhz dərdü qəmdir,
İzhari-şikayətü sitəmdir,
Ol dilbərə kim, vəfası yoxdur,
Bu aşiqinə cəfası çoxdur.
Ey əhdə vəfası olmayan yar,
Əğyarimə gül olan, mənə xar!
Noldu sənə nəqzi-əhd qıldın?
Sındırmağa əhdi cəhd qıldın,
Tənhalığıma gətirmədin tab
Kim, eylədin arizuyi-həmxab?
Tar oldumu olduğun nişimən
Kim, eylədin onda şəm' rövşən?
İncitdimi dərdi-dil məzacın
Kim, oldu təbibə ehtiyacın?
Pəjmürdəmi oldu sərvi-dilcu
Kim, cəhdlə vermək istədin su?
Bədxahmı etdi qəsdi-gülzar
Kim, böylə uruldu rəxneyi-xar?
Nə bim ilə hifzi-gövhər etdin
Kim, bəsteyi-əqdi-şövhər etdin?
Mucib nə idi məni unutdun,
Tərkim qılıb özgə yar tutdun?!
Hər ləhzə olub güvahi halim,
Xaki-dərinə sirişki-alim
Mütləq güzər eyləməzmi oldu,
Məndən xəbər eyləməzmi oldu?
Aya nə idi bu bivəfalıq,
Biganələr ilə aşinalıq?
Çəkdin yeni yarını kənarə,
Rüxsətmidir indi əski yarə?
Məndən idi möhnətü məlalın,
Xoş oldu ola onunla halın?
Mən əhdü vəfaya aldanırdım,
Əhdində vəfa ola, sanırdım.
Bilməzdim ola zəif rayın,
Nöqsanı ola təmam ayın.
Göftarın ola mənimlə daim,
Könlün ola özgə ilə qaim.
Zahirdə mənimlə olasan yar,
Batində tutasan özgə dildar.
Səndən mən olam cahanda bədnam,
Bir namü nişanı yox ala kam.
Mə'zursan, ey nigar, mə'zur!
Bu dövr ilədir zəmanə məşhur.
Gül qönçəliyində xar iləndir,
Açılsa bir özgə yar iləndir.
Əslində tikan çəkər əzabın,
Fəslində həkim alır gülabın.
Ey arizuyi-dili-figarım,
Qəhri çoxü, mehri az nigarım!
Ey adı olan vəfada məzkur,
Cismimdəki can, gözümdəki nur!
Sevdayi-dimağımın əlacı,
Bazari-cünunumun rəvacı!
Sən mehrcəmalü məhcəbinsən,
Qayətdə lətifü nazəninsən.
Mən xarmizacü xak xuyəm,
Bəs tündzəban, tirəruyəm.
Sən hali-dil ilə eyləyib ar,
Dersən ki: "Sənə nə nisbətim var?"
Mən həm sənə söylədim müvafiq
Kim, mən sənə, sən mənə nə layiq?
Mən xud olubam xəyala qane,
Sən layiqin istəsən, nə mane?
Əmma mənü səndən özgə çoxdur
Kim, sözləri bizdən özgə yoxdur.
Gördükdə mən eyləyən vəfayı,
Bildikdə sən eyləyən cəfayı,
Aya kimə bivəfa deyərlər?
Kimin işini xəta deyərlər?
Yaxşımıdır eyləmək yaman ad
Kim, qılmaya kimsə xeyr ilə yad?
Sən gərçi tutub xilafi-adət,
Bir özgəyə bağladın iradət,
Çoxdur sənə mən kimi cigərxun,
Hər kimə ki, baxdın, oldu məcnun.
Mən kim, kəsəyin derəm səlamı,
Səndən çəkəyin bu intiqamı,
Tutmaq dilərəm sənin kimi yar,
Əmma əcəb, ər9595
Əgər
[Закрыть] sənin kimi var?!
Peyvəndini qeyr ilə eşitdim,
Billah ki, bəsi təəccüb etdim.
Ey çeşmeyi-abi-zindəgani!
Sən canım içindəsən nihani!
Bir ləhzə gözümdən olmadın dur,
Vəslin necə oldu qeyrə məqdur?
Gər İbni Səlama nuri-Leyli
Bir vəch ilə eyləmiş təcəlli,
Leylidən olan xəyalı görmüş,
Öz vahiməsilə eyş sürmüş,
Leyli deməsin, mənə qərindir
Kim, ona xəyalı həmnişindir.
Məcnundan edərmi ol cüdalıq
Kim, qeyr ilə edə aşinalıq?
Ey gövhəri-tac, taci-tarək!
Məqsuduna yetdigin mübarək!
Əshab yığıb, tərəb qılıb şad,
Bu xeyr işi eyləyəndə bünyad,
Çox zövq ilə çəkdim intizarı
Kim, yad edəsən məni-figarı.
Sən xud demədin ki, bir qulum var,
Boynunda təriq ilə yolum var.
Gər sandın isə ki, bihüzurəm,
Şayisteyi -sərvəti-sürurəm,
Şərt idi mənə həm etmək e'lam,
Ta mən həm alam bu bəzmdən kam.
Lillahilhəmd əlim degil dar,
Can kimi nüqudə qüdrətim var.
V'ər sandın isə ki, natəvanam,
Azürdeyi -möhnəti-cəhanam,
Həm şərt idi üzr qılmaq irsal,
Etmək məni bir soz ilə xoşhal.
Nə böylə edib, nə öylə, ey gül,
Yaxşımıdır eyləmək təğafül?!
Ey canım içində cana düşmən!
Hər necə ki, düşmənəm sənə mən,
Ayini-qədimini unutma!
Min yar tut, özgə xuy tutma!
Qeyr ilə olanda şadü xürrəm,
Təqribilə yad qıl bizi həm.
Nəqş et bu mürəbbə'i hərirə,
Gör onu, bizi gətir zəmirə:
MÜRƏBBƏ'
Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdigin?
Bəzm edib, xəlvət qılıb, yüz lütfü ehsan etdigin?
Əhd bünyadın mürəvvətdirmi viran etdigin?
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?
Ləhzə-ləhzə müddəilər pəndini guş eylədin,
Qanə-qanə qeyr cami-şövqünü nuş eylədin,
Varə-varə əhdü peymanı fəramuş eylədin,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?
Qeyrə salıb mehrini bizdən sovutdun aqibət,
Tərki-mehr etdin, təriqi-zülm tutdun aqibət,
Əhdlər, peymanlar etmişdik, unutdun aqibət,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?
Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq?
Sizdə adət bumudur? Böylə olurmu yarlıq?
Qanı, ey zalım, bizimlə əhdü-peyman etdigin!?
Çərxtək bədmehrlik rəsmini bünyad eylədin,
Yaxşı adın var ikən, döndün yaman ad eylədin,
Dönə-dönə bizi qəmnak, özgəni şad eylədin,
Qanı ey zalım, bizimlə əhdü peyman etdigin!?
Könlümüz minbə'd zülfünçün pərişan olmasın,
Bağrımız lə'lin həvasilə dəxi qan olmasın,
Bivəfasan! Çeşmimiz yadinlə giryan olmasın,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?
Və'deyi-vəsl ilə aldın səbrimiz, aramımız,
Olmadı bir gün vüsalından müyəssər kamımız,
Keçdi hicr ilə, Füzulidən betər əyyamımız,
Qanı, ey zalım, bizimlə əhdü peyman etdigin!?
TƏMAMİYİ-SÜXƏN
Payanə çü yetdi sə'yi-xamə,
Təslim olundu Zeydə namə.
Məktubla Zeyd olub səbükpər,
Əzm eylədi öylə kim kəbutər.
Çün yetdi nigar olan diyarə,
Məkr ilə vüsalə qıldı çarə.
Əfsun ilə urdu sehrdən dəm,
Ta İbni Səlamə oldu həmdəm.
Leylinin eşitdi vəsfi-halin,
Keyfiyyəti-möhnətü məlalin,
Dedi: "Bilirəm nədir dəvası,
Üş yazılı məndədir duası".
Bağlandı onun sözünə ixlas,
Xəlvətgəhi-qürbə qıldılar xas.
Çün Leyliyə Zeyd oldu vasil,
Məqsudini etdi bəxt hasil.
Bir dəm oturub gəlib qiyamə,
Əl urdu rəvan çıxardı namə.
"Tə'viz" dedi və qıldı tə'zim,
Əvvəl öpüb ondan etdi təslim.
Çün naməni aldı Leyliyi-zar,
Ol namədən aldı buyi-dildar.
Bildi ki, bir özgə qeyddir bu,
Nə nüsxeyi-Əmrü Zeyddir bu.
Çün naməyə qıldı bir nəzarə,
Can kisvətin etdi parə-parə.
Ol feyzi bilib özünə iqbal,
Göz mərdümünə buyurdu filhal
Kim, dürr ala bəhri-çeşmi-tərdən,
Lə'l ala xəzaneyi-cigərdən,
Ol namənin eyləyə nisarın,
Əfzun edə qədrü e'tibarın.
Çün dürcdən aldı dürri-məknun,
Məktubu oxudu bildi məzmun,
Fəhm etdi məaniyü ibarət,
Bildi nəyədir olan işarət.
Canına qılıb itab tə'sir,
Ol namə cəvabın etdi təhxir.
BU, LEYLİNİN MƏCNUNA PEYĞAMİ-CAVABIDIR VƏ ÜZRÜ İTABIDIR9696
Bu, Leylinin Məcnunun sifarişinə cavabı, üzr və məzəmmətidir.
[Закрыть]
Bu tərz ilə kilki oldu cari
Kim, əvvəli-namə, nami-bari,
Me'mari-binayi-əqdü peyvənd,
Vəhhabi-ətayi-malü fərzənd.
İzhari-vücud edən ədəmdən,
İcadi-hüdus edən qidəmdən,
Məşşateyi-şahidi-zəmanə,
Sultani-bülənd asitanə,
Bu namə ki, bir figardəndir,
Yə'ni məni biqərardəndir,
Bir sahibi-izzü e'tibarə,
Yə'ni Məcnuni-dilfigarə.
Ey xakbüsati xarbəstər,
Kami-dili-təngü dideyi-tər!
Hər tə'nə ki, eyləsən rəvadır,
Səndən xəciləm, üzüm qəradır.
Bəsdir mənə çəkdigim xəcalət,
Şərməndəligimdəki məlamət.
Çün mö'tərifəm ki, var günahun,
Öz lütfünü eylə üzrxahım.
Mən gövhərəm, özgələr xiridar,
Məndə degil ixtiyari-bazar.
Dövran ki, məni məzadə saldı,
Bilmən kim idi satan, kim aldı?
Olsaydı mənim bir ixtiyarım,
Olmaz idi səndən özgə yarım!
Gər töhmətə olmuşam giriftar,
İkrah ilə məndən olma bizar.
Bir dür degiləm ki, ola həkkak
Aldıqda təsərrüfündə çalak.
Gər ibni Səlamə dilfüruzəm,
Şəm'i-şəbü afitabi-ruzəm,
Qanedir iraqdan ala bir nur,
Mən ondanü məndən ol ola dur.
Dur olsa görər füruğü tabım,
Olduqda yaxın, çəkər əzabım.
Fikr etmə ki, mən nişatməndəm,
Bir dami-qəm içrə paybəndəm,
Nə zəhreyi-seyri-kuçəvü kuy,
Nə tabi-təpançeyi-sərü ruy.
Gahi həvəs eyləsəm fəğanə,
Əvvəl ona istərəm bəhanə.
Ya atavü ana eylərəm yad,
Ya söhbəti-həmnişinü həmzad.
Gər rəxtimi etmək istəsəm çak,
Xəyyatına oluram qəzəbnak
Kim, eyblidir bu damənü ceyb,
Cəhd eylə ki, zahir olmaya eyb.
Gahi tələb eyləsəm vüsalın,
Bilmək diləsəm ki, noldu halın,
Bir çeşmə yana olub rəvanə,
Qüsli-bədən eylərəm bəhanə,
Tənha oluram orada üryan,
Muyi-sərim eylərəm pərişan,
Ayinədə eylərəm nigahi,
Halın görürəm sənin kəmahi.
Boynumda yox özgə tövqdən bar,
Lə'limdə bulunmaz özgə göftar.
Boynum qolunu dilər həvadan,
Lə'lim ləbini sorar səbadan.
Candan qəmin içrə naümidəm,
Şəmşiri-cəfa ilə şəhidəm.
Qanlı kəfənimdir al pərdə,
Mən gurdəyəm, saqınma ərdə.
Gəl şəm'i-məzarım eylə ahın,
Zibi-ləhəd et qübari-rahın.
Mən bülbüli-baği-firqətəm zar,
Əmma qəfəs içrəyəm giriftar.
Bilmən bu qəfəsdə nola halım,
Sındırdı bəla pər ilə balım.
Bir vəhşi ilə gər etmişəm xu,
Müstövcibi-sərzəniş degil bu.
Vəhşilər imiş səninlə həmdəm,
Həmrəng olubam səninlə mən həm.
Ey aşiqi-müstəməndü məhcur,
Tutğıl məni-müstəməndi mə'zur!
Səbr et neçə gün, ola ki, gərdun
Bu günləri eyləyə digərgun.
Ancaq özünü nizar sanma,
Sərgəşteyi-ruzigar sanma!
Bu şe'ri gər oxusan dəmadəm,
Mə'lumun olur mənim qəmim həm:
BU MÜRƏBBƏ' LEYLİ DİLİNDƏNDİR
Giriban oldu rusvalıq əlilə çak, damən həm,
Mənə rüsvalığımda dustlar tə'n etdi, düşmən həm.
Rəhi-eşq içrə can qıldım giriftari-bəla, tən həm,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Əgər tutsam qəmim eldən nihan, səbrü qərarım yox,
Və gər şərhi-qəmi-pünhanım etsəm, qəmgüsarım yox,
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarım yox,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Olubdur əşki-xunab ilə gülgun çöhreyi-zərdim,
Yanıbdır atəşi-hicranə cani-dərdpərvərdim,
Cəfayi-çərxi-kəcrəftar əlindən var min dərdim,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Gəhi şövqi-vüsalü gəh bəlayi-hicr ilə zarəm,
Özüm həm bilməzəm dərdim nədir, mən necə bimarəm?
Qəmi-eşq içrə bir dərmanı yox dərdə giriftarəm,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Cüda səndən bəlavü dərdi-hicran ilə tutdum xu,
Qılır hər dəm mənə bidad dərd ayru, bəla ayru.
Bəlavü dərdə düşdüm, ruzigarım böylə, halım bu,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Təbibi-eşqə çün izhar qıldım dərdi-pünhanı,
Məni-bimarə mütləq olmadı bir səhhət imkanı,
Əzəldən var min dərdim ki, yoxdur hiç dərmanı,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
Füzuli, hər zaman bir tə'n ilə bağrım qılırsan qan.
Əcəb, bilməzmisən kim, eşqdən keçmək değil asan?
Bilirsən, düşmüşəm bir dərdə kim, yoxdur ona dərman,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?
TƏMAMİYİ-SÜXƏN
Yazıldı çü naməyə qəmi-dil,
Zeydə dedi: "Ey həkimi-kamil,
Tə'vizin ilə xoş oldu halım,
Zayil oluban qəmü məlalım.
Xəttin mənə nüsxeyi-səfadır,
Tə'vizin əsər qılır, duadır.
Hər gün gəlü yaz böylə tə'vid,
Ta səhhətə tutmaq ola ümmid.
Bir yazılı nüsxə var məndə,
Billah, belə al onu gedəndə.
Gərçi bilirəm onu ki, xətdir,
Bilməm ki, səhih, ya qələtdir.
İğlaqinə ver kəmali-izah,
Gər var isə səhvi, eylə islah".
Təqrib ilə verdi Zeydə məktub,
Böylə gərək əhli-əqlə üslub.
Məcnunə çü namə oldu vasil,
Dür gördü əqiqinə müqabil.
Məfhumdan etdi kəsbi-məqsud,
Leyli tərəfindən oldu xoşnud.
BU, MƏCNUNU ATASI SƏHRADA BULDUĞUDUR VƏ NƏSİHƏTLƏ İSLAHINDAN ACİZ OLDUĞUDUR9797
Bu, atasının Məcnunu səhrada tapmasıdır və nəsihətilə yola gətirməkdə aciz qalmasıdır.
[Закрыть]
Təhrir qılanda əhli-inşa
Böylə bu misalə çəkdi tuğra
Kim, qüsseyi-dəhr mübtəlası,
Məcnuni-şikəstənin atası
Qalmışdı məlamət içrə dün-gün,
Nə günü gün idi, nə dünü dün.
Getmiş idi əldən ixtiyarı,
Gündüz səbri, gecə qərarı.
Qılmazdı tərəddüdündə təqsir,
Bulmazdı bu dərdə hiç tədbir.
Bir gün onu etdilər xəbərdar,
"Key piri-şikəsteyi-diləfgar!
Dün Leyli atası, ol siyəhdil,
Ol mün'imi-süflə, piri-cahil
Sərxeyli yanında dad edərdi,
Məcnuni-həzini yad edərdi "
Kim, bu dəli hökmə olmayıb ram,
Xəlqə bizi eylər oldu bədnam.
Peyvəstə bizə yetər bəlası,
Novfəl qəzəbindən et qiyası.
Hər necə ki, təndə canı vardır,
Namusumuza zıyanı vardır.
Çün məhz şər oldu zati-əf'i,
Vacib gorünür müdam dəf'i.
Namus bizim degil, sənindir,
Dəf eyləyə gör ki, düşmənindir."
Çün kim zərərində gördülər nəf,
Əzm eylədilər ki, edələr dəf.
Yadın degil, eylə oğlunu yad!
Qıl çarə ki, düşmən olmaya şad."
Ol pir düşüb min iztirabə,
Naçar özünü verib əzabə,
Səhralara tutdu seyltək ru,
Cəhd ilə yügürdü gəzdi hər su.
Manzil-mənzil sirişki qanın,
Rəhbər qılıb istədi nişanın.
Çün gecəyə gündüz oldu təğyir,
Oldu gecə zülməti cahangir.
Rəf' oldu əlameyi-mənazü,
Ol pirə tərəddüd oldu müşkil.
Sərgəştə gəzərkən eyləyib ah,
Bir şö'lə ona göründü nagah.
Ol pirin olub dəlili-rahı,
Ruz etdi ol od şəbi-siyahı.
Sandı odu yandıran ərəbdir,
Xeylü həşəm ol oda səbəbdir.
Pərvanə kimi üz urdu narə,
Çün yetdi və eylədi nəzarə,
Gördü ki, bu şö'lə bir nəfəsdir,
Nə şö'leyi-cirmi-xarü xəsdir.
Məcnunundur bu ahi-sərkəş,
Çəkmiş, urmuş cahana atəş.
Qət'i-nəzər eyləmiş cahandan.
Keçmiş sərü çeşmü cismü candan.
Nə mülk, nə mal cüstcusu.
Nə ata, nə ana arizusu.
Getmiş yelə bərgi-e'tibarı,
Ol qalmışü mərg intizarı.
Ol pir çü gördü oğlu halın,
Tökdü rüxi-zərdə əşki-alın.
Yanında oturdu zarü qəmnak,
Əl urdu ki, çöhrəsin edə pak.
Ol şiftə açdı çeşmi-pürnəm,
"Kimsən, – dedi, – ey mənimlə həmdəm?
Gər elçi isən, yetir pəyamın,
Ver müjdəsin ol məhi-təmamın!
V'ər yolçu isən, oturma qafil,
Əzm eylə, gözət bir özgə mənzil!"
Ol pir təzərrö' etdi ağaz:
"K'ey nəqdi-həyata kisəpərdaz!
Mən dürcəmü sən düri-şəbəfruz,
Yə'ni atanam məni-siyəhruz!
Ey hasili-məzrəi-vücudim!
V'ey ömr xəsarətində sudim!
Ey cövhəri-canımın həvası!
V'ey dideyi-bəxtimin ziyası!
Derdim olasan mənim pənahım,
Fəxrim, şərəfim, ümidgahım.
Məndən bu sərir olanda xali,
Sən olasan əhli-mülkə vali.
Xəlq edə səni görəndə yadım,
Baqi sənin ilə ola adım.
Gər tifliliyində məstü bibak
Səhraya düşüb, yaxan qılıb çak,
Oldun rəhi-eşq içində məşhur,
Mə'zur idin ol zamanda, mə'zur!
Hər vəqtdədir bir əmr qalib,
Hər əhddədir bir iş münasib.
Növrəslərə eşq bir hünərdir,
Sərhəddi-kəmala rahbərdir.
Hala ki, məqami-əql buldun,
Təhsili-kəmala qabil oldun,
Səndən nə rəva bu macəralar,
Sərmayeyi-eyb olan sədalar?
Gər qafil idin, ol indi aqil,
Səhralərə düşmə, gəzmə qafil!
Vəhşilər ilə nədir bu birlik,
İnsan ilə xoş degilmi dirlik?
Vəhşi ilə vəhşi, teyr ilə teyr,
Həmcins ilə xoşdur eyləmək seyr.
Rəhm et məni-zarü namuradə,
Qoyma bu məşəqqətü bəladə.
Kafurvəş oldu mişki-nabım,
Bu sübhdə sənsən afitabım!
Olmaq əlifim qərineyi-dal.
Meylim sinə olmağınadır dal9898
Yəni belimin bükülməsi qəbrə tərəf yaxınlaşmağıma dəlalət edir.
[Закрыть].
Dövran sitəmilə canə yetdim,
Mən özgə diyar əzmin etdim.
Gəl, tapşırayım sənə məqamım,
Zəbt eylə büsatü ehtiramım.
Nə sud həmişə məstlikdən,
Nə faidə bütpərəstlikdən?
Ey məst, kəmali-hiddətindən
Yoxdur xəbərin qəbahətindən!
Ol ləhzə ki, huşiyar olursan,
Əlbəttə ki, şərmsar olursan.
Ey bütgədələr sənəmpərəsti!
Çün rəf ola bu hicabi-məsti,
Məzmum olub etdigin bu halət,
Əlbəttə, sənə yetər xəcalət.
Bir dilbərə ver könül ki, daim
Bünyadi-səbatı ola qaim.
Gər olsa yolunda bu cahan xak,
Damanı ola qübardan pak.
Sən seydi olan xücəstə şəhbaz
Hər ləhzə qılır bir əldə pərvaz.
Gəh Novfələdir mütii-fərman,
Gəh İbni Səlama munisi-can.
Sən – böylə bəlalara giriftar,
Ol – öylə çiraği-bəzmi-əğyar.
Şərm eylə bu eşqbazlıqdan,
Bifaidə cangüdazlıqdan!
Yoxdur çü bəqası ruzigarın,
Fərz eylə ki, oldu yar yarın,
Vəsl etmə onunla kim, bilirsən
Bir gün olur ondan ayrılırsan.
Tərk eylə bu hərzə-hərzə seyri,
Yad eylə ilahi, anma qeyri
Kim, nəfsə məadü mərcə oldur,
Qət' et ona söz ki, məqtə' oldur.
Həq sanei-dəhrü kargəhdir,
Bunda əməl etməmək günəhdir.
Hər kimsə gərək gələn məhəldə,
Bu kargəh içrə bir əməldə.
Hər kim nə əməl qılırsa bünyad,
Muzdunu verər əməlcə ustad.
Ey kargəhi-cahana daxil,
Sən həm əməl eylə, olma qafil!
Vəqt oldu səfər qılam cahandan,
Avarə olam bu xakidandan.
Vəqt oldu verəm fənaya təxtim,
Qədr ilə çəkəm bəqaya rəxtim.
Gəl yanıma, eylə fikri-halım!
Biganəyə vermə mülkü malım!
Çün onu yığınca çəkmişəm rənc,
Qıyma ki, nəsibi-qeyr ola gənc.
Eşqin bilirəm ki, böylə qalmaz,
Daim səni qəm bu halə salmaz.
Bəxtin oyananda bu yuxudan,
Hirsin yorulanda cüstcudan,
Qorxum bu ki, özgə ola halım,
Dünyada nə mən qalam, nə malım.
Bikəslik olub sənə müqərrər,
Bikəs olasan müdam, bizər.
Aqil kişi durbin gərəkdir,
Dünyada ümid bir dirəkdir."
Çün pəndi tükətdi ol xirədmənd,
Məcnuna təfavüt etdi ol pənd.
Dövlətli sözünə oldu mayil,
Bir fikr elədi ki, ola aqil,
Qət' edə səlasili-cünunu,
Sövdasının olmaya zəbunu,
Tərk eyləyə arizuyi-dildar,
Eşqə dəxi olmaya giriftar.
Əmma yenə eşq şəhriyarı
Fərmanına çəkdi ol figarı:
"K'ey varı olan mənim cahanda!
Nən9999
Nəyin
[Закрыть] var sənin bu cismü canda?
Canə təmə' etmə kim, mənimdir!
Tərk eylə təni ki, məskənimdir!
Məndən keçü canü təndən ayrıl!
Qoy varlığın, özünlə sən bil!"
Gülbün kimi qanı cuşə gəldi,
Bülbül sifəti xüruşə gəldi:
"K'ey eyni-səlah olan bəyanı!
V'əzi mənə afiyət nişanı!
Mən həm buna qailəm ki, pəndin,
Məzmuni-kəlami-sudməndin
Nisbət mənə xeyrdir, degil şər,
Gər olsa eşitməyi müyəssər.
Gərçi sözünə qulaq tutdum,
Nə sud, eşitdimü unutdum.
Sən demə ki, tut xəbər sözümdən
Kim, yox xəbərim mənim özümdən.
Eşq aldı dərinümü birunim,
Getdi yelə səbr ilə sükunim.
Mən əqlə təvəccöh eylərəm çox,
Sevda yolumu tutar ki: "Yox, yox!
Sən qandanü tərki-eşq qandan?
Eşqi-əzəli çıxarmı candan?"
Tə'nin sitəmilə cana yetdim,
Tərk eylə məni çü tərkin etdim!
Lütf eylə, zaman-zaman verib pənd,
İslahıma olma arizumənd!
Artar ələmim bu macəradan,
Atəş kimi cünbüşi-həvadan.
Bir şişə ki, oldu parə-parə,
Peyvəndinə hiç varmı çarə?
Təklifimi qılma xanimanə,
Gör sürəti-gərdişi-zəmanə.
Çün sən həm onu qoyub gedirsən,
Onda məni əyləyib nedirsən?
Ancaq mənə ərzü-mülkü mal et!
Oğlunu özün kimi xəyal et!
Fərz eylə ki, malə oldu vali,
Getdi, yenə qeyrə qoydu mali".
Ol kişvəri-eşq padişahı,
Ol övci-bəlavü dərd mahı
Üzr ilə qılırdı eyləyib ah,
Babasına şərhi-qəm ki, nagah
Lərzan oluban təni-həzini,
Qan doldu qolundan astini.
Əl verdi atasına təhəyyür,
Məcnun dedi: "Eyləmə təfəkkür!
Fəsd eylədi ol büti-pərizad,
Niş urdu onun qoluna fəssad.
Ol zəxm əsəri göründü məndə,
Biz bir ruhuz iki bədəndə.
Bizdə ikilik nişanı yoxdur,
Hər birinin özgə canı yoxdur.
Sən sanma ki, oldur ol, mənəm mən,
Bir can ilə zindədir iki tən.
Xürrəm oluram, ol olsa xürrəm,
Qəm yetsə ona, mənə yetər qəm".
Ol pir çü vaqif oldu hala,
İnsaf gətirdi ol kəmala.
Bildi ki, degil bu nəqş batil,
Olmaz hiyəl ilə eşq zayil.
Minbə'd nəsihət etməz oldu,
Tə'n ilə fəzihət etməz oldu.
Tərk etdi təriqeyi-nizain,
Nomid olub eylədi vidain.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?