Электронная библиотека » Sabir Əhmədli » » онлайн чтение - страница 3

Текст книги "Yasaq edilmiş oyun"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Sabir Əhmədli


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Deməli,qadınların həmən ilk yığıncağında,klubda,salonun başındakı ala-toran səhnədə,eninə qoyulmuş qırmızı örtüklü masanın arxasında cərgə ilə bir kişi,bir qadın əyləşmişdi.Səhnədəki qadınların hamısının başı açıqdı.Başlarının açıq olduğunu göstərməkdən ötrü hər biri qara saçın yoğun hörüyünü atmışdı irəli,sinəsinə.Hörüklər şahmar təki qıvrılmışdı kökslərində.Evlərdə də neçə şallaq,qamçı,şahmar təki qıvrılıb,onların oradan qayıdıb gəlməyini gözləyirdi;bir bunların boyun-boğazına dolanıb,kürəklərini yalasın.Hökumətlə hökumətlik eləyə bilməzdilər.Halal,doğma arvadlarıyla doğma ev-ocaqda ürəyi istəyən təki davranmağa hələ ixtiyarları çatırdı.Hökumət,ya ər-arvadın üstündə hansının hökmlü olduğu beləcə görünəcəkdi.Şallağın dili kürəyindən üzaşağı şaqqıldayanda,cıqqırını çəkəcək,"Laldinməzdən"çıxacaqdımı,ya şikayətə qaçacaqdı?Bacarır qaçsın.

Bütün hədə-qorxuya baxmayaraq gəlmişdilər.Əyləşmişdilər cərgə-cərgə aşağıda,uzun-uzun oturacaqlarda yanaşı.Bir-birinin ətrini-hənirini alır,öyünür,çiçəkləri çırtlayırdı.

Səhnədə ortada Nazxanım,bir yanında Verdiyev,bir yanında Gəldiyev,o biri başıaçıq qadınlar əyləşmişdilər.Dedilər, danışdılar.Axıramacal kənd əməkçiləri adından söz verildi kolxoz qabaqcılı Rəğibə.

İki yüz altmış beş nümayəndə qadının göz dikdiyi mübarək məclisdə Rəğib coşdu ,nə coşdu.Qabağı necə başlamışdı-o, heç.Maraqlı onun nitqinin axırıydı:

– Qadınlar bizim başujalığımız ,dayağımızdı.Ağız dadımız ,duz şəkərimizdi qadınlar.Biz qadınları sevməliyik !– Rəğib xitabət kürsüsündən yana çıxmış ,qollarını açmış ,var səsiylə bəyirmişdi:

– Qadın can-ciyarımızdı ,onlarsız bircə günümüz-gecəmiz olmasın! Biz qadınları var gücümüzlə qucub,bağrımıza basmalıyıq !

Bu sözləri əgər Gəldiyev ,Verdiyev kimi abırlı ,ağzı-gözü düz bir kəs söyləsə ,hətta nitqində buna oxşar təkliflər irəli sürsəydi ,heç kim inciməzdi.Bu muzdur zırramanın ləfzi , danışığı elə şüursuzdu ,düz söz də əyri çıxırdı ağzından ,alaşıq-dolaşıq bir şey alınırdı.Odur ki ,səhnədə əyləşmiş yoldaşlar tərpənişdilər.Aşağıdakı qadınlar vaysındılar ,qızardılar ,çoxunun ürəyi sıxıldı ,peşmanlıq baş qaldırdı.Ev ,ər ,şallaq qamçı!Bilsə idilər, burada kim nə danışıb, idimsiz Rəğib nə sözlər deyib və onların arvadları da bu sözləri eşidiblər,qurtardı.Şillə-şapalaq altından çıxa bilməyəcəkdilər.

Rəğibi, əlbəttə,susdurmaq gərəkdi.Yoxsa qızışıb qımzanırdı.Bircə-bircə siftə səhnədəkiləri qucub bağrına bassın,bərk-bərk öpsün ,ondan düşsün aşağı ,daraşsın oradakıların canına.Bu şorbadan nə desən gözləmək olardı.

Gəldiyev Verdiyeve baxdı, Verdiyev Nazxanıma.Kamiyev yoldaş başını dikəldib diqqət etdi Rəğibə ,heç biri dillənmədi.

Rəğib bir də ağzını açmaq istəyirdi ki,gözü salona sataşdı.Oradaca ,xitabət kürsüsünün bu yanında ,qolları açıq donub qaldı.

Qadınlardan bir neçəsi nə qədər həyalı ,utancaq olsalar da dəbərmiş, qabarmışdılar.Rəğibi söyüb,abrını alıb çıxıb getsinlər ev-eşiklərinə.Qalmışdılar əsə-əsə.Rəğib də qurumuşdu.Gözü dikilmişdi bir neçə cərgə geriki yerdə ,sol yandan ağaca qalxmış ,səsini çıxarmadan onu bələdləyən qadına.Rəğib onu görmüş ,udquna-udquna qalmışdı.Bu , ağaca qalxan övrət qopur Səlimin arvadı Həliməydi.Həliməyə baxa-baxa Rəğibin niyə susduğunu,bəlkə birinci anlayan Nazxanım oldu.O günlər qəsəbədə ,kənddə gedən bir oyunun hansı mərhələyə çatdığını Nazxanım bilirdi.

Onda nə Gər Xəlil padşah taxtına çıxmışdı,nə də Mürşüd ,nə Cəmşid vəzir-vəkildilər.Padşah ,Həlimənin əri çopur Səlimdi.Elə xırsız, əzazildi,bircə adamın on ağaclıqda xata çıxardığını bilsə,oradaca ən ağır-amansız cəza verəcəkdi.Onda ,qadın bayramının ilk kərə baş tutduğu o günlərdə çopur Səlimin başçılığıyla gedən oyun Laldinməzdə idi.Kişilərin oynadığı oyunda bir adamın, məsələn,Rəğibin dalda-bucaqda deyil,kütlə qabağında ,adam yığnağında,özünün dediyi təki,qutab kürsüsündən danışmağı ona çox baha otura bilərdi.Bir halda ki,o il çopur Səlimin arvadı da padşah xanımı sayılırdı,onun da hökmü keçirdi.İndi o, ayağa qalxıb,Rəğibi nəinki susmağa vadar edir,hələ desən ,Laldinməzlə çatal oynayan Donmanı da yadına salırdı.Təkcə çopur

Səlimin yox,çoxlarının Rəğibi gözü götürmürdü.Muzdur komitəsi,müsadirə daha sonra artel-kooperativ yaradılmasındakı çalışqanlığını xorlayır,girəvə axtarırdılar.Rəğib qurşandığı oyundan da qalmır,bütün şərtə əməl edirdi.Bu yerdə onun susmağı, donmağı yalnız oyunla bağlı ola bilərdi.Burasını hamıdan qabaq iki adam anladı:Rəğib özü,bir də Nazxanım.

Rəğibi çağırdılar,hay vermədi,tərpətdilər,tərpənmədi.Eləcə qolları açıq ,ağzı açıq donub bostan uyuğu təki qaldı səhnədə.

Ara qarışdı.Övrətlər duruxdular.Yığıncaqda siravi qadınlardan savayı ,Nazxanım da gözəl danışmışdı,kişi qisminin Gəldiyevin,Verdiyevin ,hətta Kamıyevin dinib,bircə kəlmə söyləmədiyi də içəridəkiləri şəkləndirmişdi.Belə bir söhbət gəzirdi:Gəldiyev, Verdiyev ,hətta Kamıyev yoldaş da oynayırlar.Eldən ayrılmayıb,onlar da bu yerin çox maraqlı əyləncəsi olan haman oyunda gizlincə iştirak edirlər.Neçə dəfə görülmüşdü ki ,bu yoldaşlar Bazarbaşında padşahı,onun əyanını görcək laldinməz ötüb keçmiş,yaxud ayaqlarının ucuyla yeri qurdalayırmış təki balaca burcunmuş,daha sonra ,o biri silsilə oyunları da örtülü şəkildə başa çatdırmışdılar.Belə olduğu halda,Rəğib nə karə idi,padşah arvadı qızıl– qırmızı ayağa qalxıb onu gördüyü,özünü göstərdiyi yerdə yenə danışa,tərpənə idi.Nə danışmaq olmazdı-Laldinməz,nə də tərpənmək –Donma .Ta səni buna vadar edən kəs,bu yerdə,çopur Səlimin arvadı əyləşməyincə.O da nə əyləşir,nə də donmaq halından çıxır ki,Rəğib tilsimdən qurtulsun.

Rəğibin bütün qulluqbazlığı,nitqlər,çıxışlar bu hadisədən sonra bitdi.Onun qutab kürsüsünə sinə gərməyinə də son qoyuldu.Nazxanım işdən agahdı,Gəldiyev və Verdiyev yoldaşları başa salmışdı ki,Rəqibin səhnədə quruyub qalmağının kökü hardandı,nədi!

Oradaca səhnədəki qadın-kişi güc– bəla ilə Rəqibi donduğu yerdən qoparmış,çəkib aparmışdılar.Bunun üstdən,Rəqib düz bir həftə heç kimlə,evindəki övrətiylə də kəlmə kəsməmişdi.Nə oyun,nə oynamaq.Guya onun səhnədə doğrudanca dili batıbmış,quruyubmuş,ona görə də o kökə düşübmüş.

Buna uyan kimdi!Oyun iştirakçıları,padşah heyəti rəqibin bu hoqqasnı oyun tarixində misilsiz bir davranış təki qiymətləndirilmiş,silsilə bitəndə rəqibə bir cüt güllü-gözəkli corab,bir dağarcıq buğda bağışlamışdılar.O da bundan kövrəlib,sınıb sıtqımışdı.Yeni yaranan kolxozun dayağı idi:qəşəng bağ suvarsın,arx atlasın,kehriz lağımlarını təmizləyib,dol çəksin.Əkin-biçində kolxoz yaranışının sahəsində göynən gedirdi.

Bununla yanaşı,Rəqib daha xitabət kürsülərinə çağrılmadı,kütləvi tədbirlərdən yadırğadı,pisikdi.Soldan sağa meyillənmiş,hətta Padşah oyununa onda yeni bir həvəs baş qaldırmışdı.Çındırından çin ürkən rəqib padşah varlığının belecə bir oyun,rəmz şəklində yamsılanmağında muzdurla ağa arasında minillik qarşılığın bir yeni ,xoş nişanəsini anıb,başını qoşmuşdu!Bu həm də onun çıxış kitabını bağlayan yoldaşlara ibrətdi.Muzdurun yolundan dönməyi böyüklərin canına üşütmə salırdı.Bir halda ki,deyilənə görə,özləri də oynayırdılar.

Səhər– səhər hələ bir siftə eləməmiş Rəqibin ortaya çıxmağı,burcutmanın ilk qonağı təki görünməyi Gər Xəlili,Cəmşid və Mürşidi açmadı.Doğrudur,həmişə olduğu tarixdən bilindiyi təki ,oyun olsa da,padşahın,bəybəyin paxıllıgını çəkər,qanına yerikləyər. Bu sarıdan Gər Xəlil çox istərdi ki,çopur Səlimin hökmranlığı ilində baş vermiş oyun,kulubda qadın yığıncağındakı hal onun hakimiyyəti günündə olmuş olaydı.Belə işlər unudulmur.Su gələn arxdan bir də gələr,deyiblər.Göydə Allah, yerdə padşahdı.Hər halda ,bu rəqibdən yenə nə isə gözləmək olardı.

Rəqib Bazarbaşında var-gəl elədi.Harayasa birliyin bir işinə gedəcəkdi.Siftələrdəki təki o başdan getmirdi,sava çıxmışdı evdən.İş-gücdən qabaq bazarı yoxlayır,Gər Xəlili güdürdü.

Gəldi bunların qabağına.Dayanıb üç addımlıqdan baxdı.Tük basmış qarışıq bığ-saqqal arasından ağzı açıla qaldı.

–Səbbahın xeyir olsun,Rəqib-deyəcək Mürşid kişi,Rəqib dörd addım geri çəkildi.Dayanmayıb xeyli aralandı.Oradan tərpənib gəldi.Bunların qarşısından qovzanıb,qollarını ata-ata,burcuna-burcuna ötüb keçdi.

–Ə,dədayın goru haqqı ,məndən bir şey qopara bilməzsiz!– deyib,Bazarbaşına düşən harayı ilə bunlara bir gəliş gəlib aralandı.On addım gedəndən sonra oradan bir vida burcunması göstərib,baş aldı çatsın kolxoz işinə.

Beləliklə,Burcutmanın siftə gedişini Rəqib yerinə yetirdi.Qalan nə ki kütlə ,ötüb gedən vardı,bunlar da haman qaydaya əməl etdi.

Aydındı,Laldinməzdən sonra əgər vəzir-vəkilin ,ondan yuxarı-padşahın bir göstərişi-dəyişikliyi yoxdursa ,bu da az halda ola bilərdi,deməli ,başlanır Burcutma .Oyun silsiləsinin bu parçasının dəb-dəbərkəsi bu idi ki,gərək hər bir kəs istər qadın ,istər kişi Burcutmanın getdiyi millətdə harada kiminlə qarşılaşdısa ,ona salam verməklə birlikdə,özünü bir balaca burcutsun;o da qarşıdan gələn ,yandan çıxan da.Bundan sonra istəyir dayanıb söhbət etsinlər,istər çıxıb getsinlər.Yaxşı olar,gedəndə,ayrılarkən də azacıq burcunub,xoşluqla aralansınlar.Qaldı padşah və onun başındakı dəstəyə ,o da belə idi:onların civarına ,mətəsinə çatmağa ən azı on addım qalmış ,bir də on addım uzaqlaşmış,gərək iki kərə gəldikdə və aralandıqda burcuna idin.Burada elə bir çətinlik yoxdu,əksinə,xoş və məzəli davranışdı.İnsandi, həmişə ölçülü-biçili yaşamaqdansa,qoy bir gün ,bir kərə beləcə işvələnsinlər;kişi oldu kişi,qadın ,oldu qadın.Qadının bu oyuna əməl etməyi bir yandan baxanda asandı.Biz bunu Nazxanımın timsalında görəcəyik.Özgə yandan baxanda müşküldü,biz bunu da ŞKM məktəbinin gözəl müəlliməsi Nazlının timsalında görəcəyik.

Bazarbaşına ötən ,oradan qayidan bir neçə kəsin Üçlük qarşısından ötəndə iki-üç yol burcunmağına göz yumsaq ,onda gəlib çıxırıq o ana ki,Nazxanımla onun əri,yeni dildə desək,yoldaşı– həyat yoldaşı Ataş kişi ,onda hələ cavanca cahıldı,ona görə də Ataş deməliyik,bəli,Ataş göründülər.Çinar altından çıxıb,Bazarbaşına doğru qoşa yerişlə irəlilədikcə,padşah əyanı qarşısında bunların nə kökə düşüb,hansı davranışla davrandığını canlı şəkildə göstərməkdən ötrü ,qabaqca hər ikisinin bir yığcam təsvirini verək.

Nazxanım bəstə,buğdayı,duzlu bir gəlindi.Gəlin sözü o zaman dəbdən düşdüyündən qadın da demək olar-Rəqibin söylədiyi qadın yada düşməməklə.Nazxanım bizim mahalın ən suyuşirin zənənəydi,açıq-saçıq,şaqraq;gözlər hər biri albuxara,saçı kəsik,omuzlar yumru-yeriyəndə oynayır…Bir də sağrısı xəfifcə titrəyir.Belə qadınlar var,onların təbii yerişində nazlanma-burcunma sezilir.Nazxanımın da yerişi elə idi.Özgəsi o sayaq getsə gülər,deyərdilər,bu nə həkətdi törədir,yeridiyi yerdəcə özünü əsdirir.Nazxanım siftədən o cür yeridiyindən ,əndamı ,bədən quruluşu elə qurulduğundan o sayaq yerimə,burcunma büsbütün anadangəlmə bir haldı,kimsəni darıxdırmırdı.O,qadınlar şurasının sədriydi.Əzəlcə sədr seçiləndə ,qadınlar şöbəsinə müdirə qoyulanda ,onu uzaq kəndlərə ,hələ isti keçməmiş oba-oymağa göndərməkdən çəkindilər.Gedib çıxacaqdı kəndin arasına,qız-gəlin bununca elə bu yerişini görüb,başını bürüyüb qaçacaqdı.Kişilər də həsdəyir,baxa bilmirdilər bu yerişin gedişinə.

Əri-həyat yoldaşı Ataşa gəlincə,bu da yaraşıqlı,boy-buxunlu bir cahıl,önülçüldü.Yeni yüksəliş məramında bir kişinin öhdəsinə nə düşürdüsə,can-başla yerinə yetirir,kənd-obalarda mədəni guşə,oyun-tamaşa ocaqlarının yaranıb canlanmasına əl tuturdu.Özü də Torqsində çalışırdı.

Arvadı Nazxanımla o qədər mehriban ,onca istəkliydilər,bir-birinə elə inanırdılar,köhnəlik qalığı qısqanclıq bunların heç böyründən keçməzdi.Ataş ömründə Nazxanım sarıdan bircə gilə şəklənməzdi.Gəldiyev,istər Verdiyev yoldaşlara qoşulub,qadınlar arasında təbliğatı gücləndirməkdən ötrü lap beləcə ucqara ,əlçatmaz oba-oymağa getsin.Üç gün də orada qalıb,meşədə, dağda bu kişilərlə yatıb,gecələməli olsun.Ataşın könlü bulanmazdı.İnam böyük işdi.

Beləliklə,Nazxanım saçı çiynində ,başaçıq,özü də Aadan iki qarış alçaqda,gödərək,bel boğma,əynində alışdım-yandım ipəyindən don ,ayaqlarında dikdaban qara çəkmə ,ərinin əlində yulaf zənbil ,Çinar altından çıxıb,üzübəri qoşdular.Həndəvərdəkilər qulaq kəsildi.

Bazarbaşında qırx yolayrıcında dayanmış heyət,başda Gər Xəlil olmaqla özlərini doğrultdular.

Ataşla Nazxanım şirniyyat dükanına üz tutdular.Görünür,bu günlərdə nə isə bir ziyafət quracaqdılar.

Nazxanım eşikdə,kütlə arasında iş aparmaqla toxdamayıb,öz evində hərdən qonaqlıq düzəldir,sayılan yoldaşlar gəlir,onun püstə-badamlı süfrəsində yeyib şənlənir, mahalda yeganə patefon çalğısına qulaq asır , eləcə də , işgüzarlıqdan qalmırdılar.

Bu axşam da qonaqlıq olacaq , Gəldiyev , Verdiyev , bəlkə Kamıyev yoldaş da gələcəkdi. Nazxanımgilə. Bu da , şübhəsiz kənddə , mahalda yeni tədbirlərin coşmasına təkan verəcəkdir. Bolluqdu, irisdən tutmuş noğula, şokalada , qoz halvasınacan , konyakdan , çaxırdan,hətta o zaman kolbasadan belə gəlib yığilmışdı mağazaıarın taxcalarına. Kolbasa nə olduğunu yerli kütlə anlamır, heç adını da bilmirdi. Xudaqulunun dükanında ipə düzülüb , tavandan cərgə ilə sallanan pazları görəndə , coxsu ürkmüşdü. Bu azuqəni rayondakı sərhədçi dəstəsindən ötrü göndərmişdilər.Nazxanım və əri Ataş da yemək –içməklə milli ayrı– seçkiliyi aradan qaldırıb , xalis beynəlmiləlçi təki həmin pazlardan yarınırdılar.

Bu səhər “Padşah oyunu” nun ikinci dolamasında Ataş yalnız zövcəsi ilə deyil , tək başına görünsəydi də , maraq oyadacaqdır. Burada kiçik bir aydınlaşma verilməlidir.

Bütünlükdə köhnə oyunların qalıb-qalmamaq , oynanıb-oynanmamaq söhbəti ortaya çıxdıqda ,Gəldiyev , Verdiyev , onlardan qabaqdakılar da bu işi götür –qoy etmiş, iki yerə ayrılmışdılar . Bir qism belə sanmışdı : ciddi işlərin başlandığı illərdə hər hansı oyun yığışılmalı, köhnəliyin, kütlüyün , korluğun timsalı təki aradan götürülməlidi.Oyun havaya,mühitə yalan ,məsxərə ruhu gətirə bilər.Məzəlliklər adamları soyudar,qolunu boşaldar.Zamanın sərt,dönməz üzünə uyuşmayan bir boyadı bu.

Qalanlar,bunların tutduğu tutqu bir az çətin olsa da ,çəkilmədilər.Oyun mudriklik rəmzidir,insan xislətinə xas olan doğma bir əyləncə,işdi.Onu elin əlindən almaq,yasaq qoymaq ,oyunları qadağan eləmək bütünlükdə yaşayışının solğunlaşmasına ,küskünlüyə ,hələ desən,quraqlığa aparıb çıxarır.Bəşəriyyətin dəyərli ,düşüncəli bütün nəyi varsa hamısının əsl varisi bizik.

Gəldiyev və Verdiyev yoldaşlar Çinarlıda işə başladıqdan sonra yuxarıda söylənən düşüncə özünə yer tapdı.Oyun gərəkli,şirin bir ünsür təki yeni quruculuqla qovuşdu.Bunun səmərəsini də görmüşdülər.Məsələn,kolxozlaşmağa bir az sava başlamış,dağ kəndlərində,el arasında bir söz dilə düşmüşdü.Kim ki,kolxoza kəc baxır,təsərrüfatın ,kəndçinin birləşib güclənməyini xorlayır,eləsinə deyirdilər:Burcudur!Sağdan sola,soldan sağa çevrilib duruxanlarıda o adla damğalayırdılar.

Beləliklə,qədim oyunun bir halqası,eləcə də ondan qabaqki Laldinməz qara gəlmişdi.Bundan ötrü də Padşah oyunu ilbəil yenidən qurulub başlandıqda qabağına almırlar.Əksinə,ayıq-sayıq,düşüncəli yoldaşlarda qoşuldular.Elə lap bu yaxınlarda Rəqibin səhnədə,yeni klubun xitabət kürsüsündə susub,donub qalmağı.Bircə kəsin dil-ağzı açılıb,onu səhnədən uzaqlaşdırmağa hünəri çatmadığı yerdə Çopur Səlimin övrətinin ayağa qalxmağı “Laldinməz” işarəsiylə Rəqibi yağlmağı bəs eləmişdi ki, gözəl bir yığıncağı məsğərəyə çevirən Rəqib izal olub getsin. Azdımı bu?

Ataş yeniliyin əsgəri , həvəskarı , elecə də ancaq, şux cahıldı. El oyunlarının qorunub saxlanma qayəsinin ən qızğın döyüşçüsü kimi tanınır , özü də oynayırdı.

Lakin orasını da unutmamalıyıq ki , axır vaxtlar qabaqcıl qadınlar bu işdən bir balaca şəklənmişdi.

Ataş – Nazxanım düşüncəsi ilə Gəldiyev və Verdiyev yoldaşlar hesablaşırdı. Budur ki , bir oyunçu kimi böyük məharət yiyəsi olan Ataşın yeriş duruşundakı şirinliyə– oynaqlığa baxmayaraq , oyun söhbətinə və gedişinə şübhə ilə yanaşan Nazxanımla ortaya çıxçağı bir işə ikili baxışın sınağı sayılacaqdı.

Cəza məsələsi belə idi. Kimin harada , hansı qaydanı pozduğu , şərti tapdadığı oradaca ayırd edilirdi. Üçlük hər bir kəsin bütün təqsir– günahını üst – üstdə yığıb,silsilənin bitməyini gözləyə bilərdi. Hakimiyyət dəyişib , yenisi seçilmək ərəfəsində qırx silsilə oyundan kimin necə çıxdığı , alqış –qarğış , əxşiş –cəza tam aydın olurdu. Birdə vardı ki, oyun gedə – gedə bu , ya özgə davranışa görə oradaca cəza kəsir təqsirkarı yaxalayırdılar. Məsələn , “Burcutma” gedirmi? Burada çaşan , yalnışlığa yol verən adama elə hamanca oyuna uyar cəza kəsilirdi. O, bütün mərhələ bitincə , hətta oyunun lap axırınadək neyləyir , nə iş görür –görürsün hər yerdə , qapı-qonşu, hətta özcə balalarının , külfətinin də gözü qabağında elə hey burcutmalıydı .

Həndəvərdən Ataşla Nazxanımın gəlişini güdür , deyirdilər:

– Ataşa nə var ! Kefcil cahıldı. İstəyirsən lap belə , gecələr yerinin içində də burcutsun. Ona tay da ləzzət eləyəcək Gər Xəlili kəsdiyi cəza !

– Nazxanıma və var ! Cəza kəsdin kəsmədin , oda öz yerişini yeriyəcək.

Nazxanımın bu şit oyunla arası yoxdu. Bu kələk elə bil onun can alan yerişini sarımaq üstündə qurulmuşdu. Bəlkə Gər Xəlilin önündən ötdükcə o , qəsdən , anadangəlmə yerişini dəyişib, bir elə yeriş gedəcəkdi, büstbütün tərsinə, qup-quru,düp-düz. Qoy bunların kişiliyi çatırsa, ona cəza versinlər!

Çıxdılar meydana. Sağda Ataş , solda onun çiynindən aşağı Nazxanım . Ataş bilir, bayaqdan gözaltı baxırdı,oradadı Xəlil də , Mürşüd də , Cəmşid də .Vaxtilə Ataşın özü də padşah heyyətində olmuş , gözəl də oynayıb oynatmışdı.

O,arvadının necə yeridiyinə bas qoşmadi,o sarıdan arxayındı,bununku allahvergisidi.özüycə.aralıdan,iyirmi addımlıqdan kecdi oyun çalğısına.Qolunu qaldırıb,bazar piştaxtasına süykənmiş Cəmşidə,Xəlilə əl elədi,barmağını gerisinə doğru tuşladı;''Baxın,ibrət götürün.Sonra şərrəməyin.gör necə canidildən,ustalıqla burcuduram''.

Burası da vardı ki,bir neçə il qabaq,Bazarbaşında,açıq havada''Arşın mal alan''tamaşasını göstərmişdilər.Bu,mahalda ilk mədəni tədbirdi.Ataş meydana Vəli sifətində çıxmış,qəşəng oynamışdı.Həm də,axırda hamının evlənib süzdüyü toyda o,əllərini qoşalayıb,çırtıq çala-çala elə burcutmuşdu ki,aləm qəşş eləyib,gülməkdən ölmüşdü.

Yeri gəlmişkən,soyləyim.Bizim vilayətdə burcutmaq elə də man sayılmır.Toyda,mağarda istər kişi,istər cahil,onda görürsən əllərini,qollarını uzadıb qabaqda qoşalaşdı,keçdi şaq-şaq şaqqıldayan çırtığa;gerisini elə burcutdu,elə oynatdı ki,bundan hər kəsin içində bir şeytan gəzdi,azışıb qızışdılar.Lap indinin özündə bizim gözəl rəqqasələrimiz,əgər yanını, sağrısını işvə ilə,naz sata-sata oynadıb tərpətmirsə,bunun heç bir sövqü duyulmur,bütünlüklə oyun quru çıxır.

O illərdə haman ünsür daha bəyənilirdi.

Ataş o sövqlə başlamışdı ki,qınamasalar, hamının,hər kəsin önündə,Bazarbaşını genişcə dolanar,burcuna-burcuna gedib çıxardı Xəlilin düz qabağına.Burada da gir-girə təki ilə fırlanıb,bulayardı ki,heyət özü qalardı yana-yana.Nə deyəcəksən?Bir işi artıqlamasıyla yerinə yetirdikdə buna cəza düşür,ya bəxşiş?!

Düz on addım o şuxluqla getdi.Bazarbaşında aralı-yaxın dayanıb,bu iki yeriyənin yerişini güdənlər ''əhsən''dedilər.Qaldı Nazxanım.

''Xeyr,Ataş!Sən öl,bizi allada bilməzsən,hər kəsin öz borcu var,özü də öz borcunu ödəməlidir.Kişi arvada cavabdeh deyil,lap da indi.Sen elədin,çox yaxşı.Qaldı Nazxanım!''

Ataş Nazxanıma sığınıb,dirsəyilə ehmalca toxundu;''Baxırlar!''

Elə bu anda,Bazarbaşından yuxarı,nalbənd dükanı önündə Gəldiyev ve Verdiyev yoldaşlar göründü.

Çaylağın başında,yamacın ətəyində,əlbəttə,sel tutmayan yerdə bir böyük məktəb tikintisi gözlənilirdi.Verdiyevle Gəldiyev yoldaşlar oradan,yerə baxmaqdan gəlirdilər. Hər birinin ''lekkovoyu'' vardı,minməmişdilər. Düşübcə kəndin başından,məktəb yerinə baxmaqla yanaşı,həm də qəsəbənin arasını gözdən keçirirdilər.Qaçaq-macaq qurtarmış,kökü kəsilmişdi.Sirik-Alyanli meşələrində iki-üç qırıq-qalıq kirləncə də,bundan zaval yoxdu.Odur ki,keçmişdilər açıqürəklə quruculuq işlərinin başlanmasına.Bu savaşma-atışmadan öz ruhuna görə qat-qat fərəhli bir calışqanlıqdı.Hər iki yoldaşın asudə,damaqlı yerişindən də orası sezilirdi,əmin-amanlıqdı.

Nazxanım bacı Gəldiyevlə Verdiyevi görcək yavaşıdı.Onlarda yaxinlaşdılar.Nazxanım oynar-gülər bir yerişlə onların qarşısına getdi.El verib görüsdü,hal-əhval tutub,gülümsədilər.bu öz yerində,Ataşsa arada girəvə tapıb Xəlil səmtə bir əl yellətdi.;''siz sağ,mən salamat!hər şeyi gördünüz,əliniz qaldı quru yerdə''.

Təkcə o yoldaşları görəndə özünü yığışdıran,soluxan və elə bil taxtından düşən Xəlilgil yox,Bazarbaşına toplaşmış insan,Gəldiyevle Verdiyevin onların cocuqlarına məktəb,yeni,gözəl bilik ocağı tikməkdən ötrü yer seçməkdən gəldiyini görən kütlə bir şeyi gözdən yayındırmadı.Iş bunda idi ki,Nazxanım bacı o yoldaşlarla görüşməyə can atanda,onlara doğru yeriyəndə,Xəlilgil,oyunu unudub,öz təbii yerişinə girmişdi.Bu da,əlbəttə,burcutmasız deyildi.Bunu qandırırdı Ataş güdümcül padşaha və onun heyətinə.

Ataş,Verdiyevə və Gəldiyevə arvadı təki əl vermək istiqanlığında bulunmadı.Nazxanımın,zövcəsinin əlin gözü qarşısında Bazarbaşı meydanda iki kişi ilə,hörmətli yoldaşlarla görüşəndə əl verməyi igidlik əlaməti,ən ümdəsi,qadınlarımıza,eləcə də kişilerimizə örnəkdi.Ataşsa əl tutmasa da olar.Başını yırğalamaqla,kök bir salam yetirdi;''çox sağ olun, a kişilər!Bizi Gər Xəlilin qanından qurtardınız!Siz çıxmasa idiniz,görünməsə idiniz,Nazxanım anadangəlmə yerişini buradaca yadırğayacaqdı''.

Bunlar burada,onlar da orada.Oldu,olmadı?Mürşüd kişi dedi;''Oldu''.Cəmşid dedi;''Olmadı.Nazxanım burcutmadı''.Xəlil bunların höcətindən bir aydınlıq anlamayacağını kəsdirib,qaldı öz anlayışında.Nazxanımın yoldaşların qarşısına gedərkən yeridiyi yerişi bir də gözünün qarşısına gətirdi.Doğrudanmı Ataşla Nazxanım,Ataşın dediyi kimi keçmişdilər yasaq zolağından?

Oyun aparan yüksək heyətden savayı,bu əyləncə mərasimində bir də araşdırma kolleksiyası vardı.Bunun tərkibi üçün illər dəyişmir,ölənəcən qalırdı.Qazılar kolleksiyasının işi oyunun gedişatında ayrı-ayrı halları,dolaşıq,şikayət və haqsızlıqları aydınlaşdırmaq,ədalətli,doğru yola yönəltməkdən ibarətdi.Bu həm də,hökmdarla kütlə arasında yuyşuq-qovuşuğu,pərçim-düyünləri açan el,pərçəng timsalıydı.Buradaca Gər Xəlilin ağlına gəldi ki,''Burcutma''nın birinci günü,Bazarbaşında baş vermiş Nazxanım və bir az da onun əri Ataşla bağlı dolaşıqlığı kellekiyanın vəsadətinə versin.Baxar,aydınlaşdırar.Burada,qara kütlə qabağında bazar açmasınlar,görən,baxan da desin,bunlar öz arasında necə çalışır,içləri necədir.Hər halda Nazxanımın gediş-yerişi axırıncı günədək ayırd ediləcəkdi.Xəlilin də heç şübhəsi yoxdur ki,bu dolaşıqlıq onların damağınca ayırd olunacaq.Hərgiz,burada,bu dolaşıqlıq anında,bunun üstündə bir elə iş baş verdi,Nazxanımın özü,müıgüləsi keçdi arxaya.

Belə ki,bir yanında Gəldiyev,bir yanında Verdiyev,Nazxanım,onlardan iki-üç addım geridə Ataı üz tutub,qənnadı-ıirniyyat dükanına yeridikdə,bütün bəndəvərdəkilərin,Bazarbaşındakıların gözü dikildi bunlara.Ya o idi ki,Gəldiyev və Verdiyev yoldaşlar əksərən maşında,atda getdiklərindən yeriməyi yadirğamışdılar.Ya da,burada bir ayrı incəlik sezilməkdə idi.Iki kişinin arasında yeriyən,onları gördüyü andan öz yerişinə düşmüş Ataş arvadı Nazxanımın indi həmişəki təbiylə bir elə yeriş gedirdi ki,az qalırdı sağrısının bir tayi Gəldiyevə,bir tayı da Verdiyevə toxunsun.Bəlkə bunu sezdiklərindən hər iki yoldaş özünü sağa-sola verir,çəkinirdi,çox sıx görünməsinlər.Bu isə onları elə göstərirdi ki,guya bunlarda burcunur.

Hə,iş bu idi,görenüş,yeriş-duruş bundan başlaıirdı.

Üstündən keçmişdi.Ataşla Nazxanım mağazaya girmiş,Gəldiyev,Verdiyev çıxıb getmişdilər.Nazxanımla Ataş mağazadan dolu zənbillə çıxıb,gəldikləri yola düzəlmişdilər.Bunlarınsa heç biri daha nə padşah heyətini,nə tamaşaçı kütləni maraqlandırmırdı.Hamı pıçhapıçda,heyrət içində Xəlilgili disnəməkdə idi;Eləmi?Habelə!Bax belə!Deyəndə ki,Gər Xəlil nəinki ömürlük padşah olmağa layiq kişidir,mız qoyan tapılır.Di bir bax!

Sen öl,başına and olsun,o qızil günə baxmayım,necə görmüşüksə,elə də olub…

Atanın,ərvahına and olsun,özüm,bax,bu iki gözümlə gördüm.Bəli,yeni məktebin tikiləsi yerə baxmaqdan gəlirdilər.Gəldiyevlə Verdiyev.Nazxanımla Ataş da qənfet almağa çıxmışdı.

Bu minvalla,el oyunlari arasında hamısından maraqlı,şüurlu bir dəstgah olan ''Padşah oyununda'',bu oyunun ikinci mərhələsində Gəldiyevlə Verdiyev yoldaşın da aşkarca oyuna qoşulmağı,Bazarbaşında ''Burcutma''ya əməl etdiyi büsbütün inandırıci,elə bəzənib boyandı ki,oyun tarixində hələ belə hal olmadığını söyləsək,yanılmarıq,şişirtməyə də yol vermiş olmarıq.

ikinci mərhələ bitməmiş çapar göndərib,əsl padşah Isfəndiyar bəyə çatdırdılar;''Padşah-aləm sağ olsun!Sur dağının ən ucqar obası olan Dosuludan tutmuş bu yan,Araz oymağı,Dərziliyədək el qoşulub bizim gözəl oyunumuza''.

Oyun deməyə də dil varmırdı.Oyun nə oyun!Gör kimlər baş qoşmuş,alınıb salınmışdı cərgəyə.Dağ-aran arası neçə kənd,oba-oymaq şirinkmis,həvəsə gəlmişdi.Oyunun gerisinin hər yerdə,hər kəs sarıdan düzgün aparılmağından ötrü üstəlik şərtlər kəsildi,çaparlar göndərildi,yerlərdə elata çatdırıldı.

Bazarbaşında düz günü başlayıb,qızışmağa üz qoymuş oyuna sayılan,istəkli yoldaşların qoşulmağı,zira,onların elə olan sevgisi,qaynayıb qarışmaqdısa,bunun başlıca baisi Gər Xəlildi.Isfəndiyar bəyin onu bircə gilə qısqanmayacağına,uğuru açılmış oyunun şöhrətinə araya əsla çəkişmə düşməyəcəyinə əmin olub,Gər Xəlil adına yeni bağlamalar,qoşmalar qoşuldu.Deyilənə görə,bu adamın varlıq-vücudunda elə siftədən sehr,ofsun varmış.Bunu bir kərə,Sirik meşələrində Kor Abdullanın qaçaq yığıntısıyla atışmada gördüklərini söyləyənlərin ayağı yer aldı.Deyənde inanmırdınız.And içirdilər ki,Səngər qayanın altında,iki yandan iki ingilis tüfənginin lüləsini dirəyiblər Xəlilin düz gicgahına.Ha hlqqanlblar tətiyi çəksinlər,tətik bir tilsim olub,halqa-məzəkden qopmayıb....

Ondan sonra Gər Xəlilin adıyla bağlı bundan daha artıq möcüzələr söylənilirdi.Indi,doğrudur,adi günlərdən,daha gərgin anlardakı təki sehr,möcüzə qaynaqlanmırdı.Bu halda Gəldiyevlə Verdiyevin əhvalatı,bu sonuncu macəra Gər Xəlilin şöhrət yazısında sonuncu şirinlik olsa da,bəsiydi.

Ortada Gər Xəlilin başında qızıl-qıvrım iri buxara papaq,bir yanında Mürsüd kişi-başında 11-ci ordunun gəlib bu mahala çıxmış əsgərlərindən aldığı ulduzu sökülmüş ''budyonnovka'',ondan bu yanda Cəmşid-damağında ''gənc işçi''qəzetinin dörddə birinə bükülmüş zurna uzunluğunda eşmə,Bazarbaşı meydanından Çinar altına yönəldikdə,hər biri ayrılıq,vida burcutmasıyla aradan çıxdıqda,oyunun bundan da ovsunlu çesnilərinin gizləndiyi Çinar altına doğru addımladıqda,bütün Bazarbaşı meydandakılar üçlük heyətinin həmrəylik,sevinc və alqış əlaməti olaraq,saqınmadıqları davranışla yola saldılar.

Meteni deyişdikdən sonra ikinci mərhələnin nə səpgidə,hansı çalar,ilişkilərlə getdiyinin üstünde çox dayanmayacam.Buraya yönələndə,doğrusu,Gər Xəlilin böyük bir nailiyyətdən sonra,daha nə isə bir umacağı olduğunu,onun başçılığı altında gedən oyunda daha hansı yüksək xallar aradığını söyləmək gümansızlıqdı.onun sarsılmaz kişi ürəyini çətin,gərgin sınaşmadan sonra zərif bir titrəyiş dilləndirirdi.Bunu böyründəki sağdış-solduş tutquncasına sezsə də,Xəlilin içindən qopan ''Laldinməz''ahın,qurcuxma-burcuxmanın sarsıntısını onun kimi damaqlarında duya bilməzdilər.

Gər Xəlilin qəlbində qırx cocuq sədasına qoşulan bir qu nəğməsi,bülbül nəvası mizrablanırdı.Bazarbaşındakı qələbənin soraği indi,biləks,WKM dəhlizlərinə,müəllim otağına,kişili-qadınlı müəllim heyətinə də çatmış,çatdırılmışdı.Gər Xəlilin bu sorağı oradakı tərbiyəçilərdən birinin necə qarşılandığını düşündürürdü.

Burada mən,WKM məktəbinin körpələrə nəğmə öyrədən otağın yanından keçərkən oyunun ''Burcutma'' mərhələsində özünü necə apardığını da göstərməyəcəm.Doğrusu,kövrək,saf bir varlıq olan Nazlı müəlliməyə elə bir sayğı-sevgi bəslənir,onun adıyla yanaşı adını da çəkmek istəmədiyim oyun mərhələsində nəğmə müəlliməsinin necə izləndiyini,üç kişinin kəhrizdən doldurduqları mis parçda su içə-içə,gəlib aşağı ötən Nazlıya necə qıymazcasına baxdıqlarını hər üç heyət üzvünün alicənablığı təki qiymətləndirirəm.Gəlib,kəçib getdi Cəmşid onun səmtinə,nəinki burcunmalı yerə gözlərinin ucuylada baxmadilar. Kəhriz pilləsində,bir-birindən aşaği-yuxarı dayanmış üç kişi,parçı doldurub bir-birinə ötürə-ötürə elə yanğıyla içirdilər,bəlkə buna görə,ya nə üzdən,məktəb cığırına çatdığı yerdə Nazlı müəllimə duruxdu,geri qanırildi.Azacıq ayaq saxlayıb,dönüb gəldi bəri.Nə isə itirmişdi,salmışdı buralarda.Yerə-yurda baxa -baxa kəhriz üstünə gəldi.Yaxında,daş pillədə dayanmış kişilərə göz gəzdirdi.Guya onun itiyini bunlar tapmışdı. Sonra qaldı bir az da qabağa getsin,getməsin.Bundan sonra çöndü.Əynində qara don,ağ ipək kofta,başında ''torqsin''örpəyi,sima da ki,Mir Kazımın bağçasındakı ağ qızıl güllərin hələ qönçəsi pardaqlanmamış ən safı,ən istəklisi.Bundan sonra nə Cəmşid,nə Mürşüd və nə də Gər Xəlil gəlib qayıdıb,bir də dönüb arxasını onlara çevirib,məktəbə,cocuqların qarşısına yollanan müəllimədə heç nə görmədilər,gözləmədilər.

Nazlı müəllimənin adı,varlığıyla bağlı sonrakı mərhələlərdə daha qəribə işlər baş vərəcəyində,onun indiki iştirakını çözələmək də,nəyi qoyub,nəyə yumaq sayılard.

İkinci mərhələdəki bütün əyinti-deyintiləri Bazarbaşında baş verənin qarşısında bir solğunluq sanıb,bunlarindan üstən keçirik.Keçirik sonrakı-üçüncü mərhələyə.

Üçüncü fəsil. Üçüncü mərhələ – ''Yançıxdı-qolçıxdı''

Oyun kim tərəfindən,Allah bilir,elə qurulmuşdur ki,başlanğıcından axıra doğru keçdikcə çətinləşir,qəlizləşirdi.siftəcən,adicə hal sayılan ''Laldinməz'',sonra çoxunun elə canında olan ''Burcutma'',daha sonra indi göstərəcəyimiz ''Yançıxdı-qolçıxdi''.Silsilənin bütün birinci yarısı balaca uşaqlarında bacaracağı işdi.Görünür,əzəlcədən belə başlayırlar ki,şirnikib qoşulan çox olsun,adamları ürküdüb qaçırmasınlar.Cəngəl-çətinlik geridən gəlir.Ilk gedişlərsə tora salmaqdan ötrü kələkdi.Bunu görüb-götürmüş kəslər bilir,özlərini soyuqqanlı tutur;güdükcü-duyuqcu onu görüb,gözaltı eləyib qaralamasın.Eləsi də olur,birinci gündən hakim heyətle düşünüşüb çəkişir;''Kim kimi?''

Bunlardan biri elə hamanca Rəğibin özüdü.Oyunun üçüncü mərhələsinin ilk günü,ilk olaraq Bazarbaşına çıxan yenə də o oldu.

Doğrusu,''Yancixdi-qolcixdi''nin basladığı birinci günün birinci səhərində yenə də hər kəsdən qabaq Rəqibin Qayaburundakı daxmasından atdanıb,ortalığa düşməyi ,Bazarbaşında görünməyi nə Gər Xəlili,nə də Cəmşid-Mürşüdü açmadı.Rəqib onlarla oyun içində oyun oynayırdı.

Çaylağın yuxarısından Bazarbaşına çıxan təki Reqibin gözləri bazar taxtalarından bu yanda,üçbir dayanmış padşah heyətini aldı.Sahib zamanın artıq meydanda olduğunu o,bəlkə yamacın başındakı komasından görmüş,bələdləmişdi.Keçini kolxoza könüllü verib,oraya qoşulduqdan sonra Rəqib yüngülləşmişdi.Elə bil bu muzdur oğlu muzdur kolxozu özünə muzdur saymışdı ,heyvanıda ona görə ora vermişdi ki ,kolxoz buna keçi otarandı.Özüycə belə asudələşib,bazar-dükan arasında gəzib dolanırdı.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации