Текст книги "Müharibə qadın simalı deyil"
Автор книги: Светлана Алексиевич
Жанр: Прочая образовательная литература, Наука и Образование
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 22 страниц) [доступный отрывок для чтения: 7 страниц]
Beynimdə xor səsi duyulur. Böyük bir xor, bəzən söz-lər demək olar ki, eşidilmir də, ancaq ağlaşma səsi gəlir. Etiraf edirəm: heç də həmişə inanmırdım ki, bu yolu get-məyə gücüm çatacaq, onu başa vura biləcəyəm. Sona çat-dıracağam. Şübhə və qorxu dolu dəqiqələrim olurdu; da-yanmaq və kənara çəkilmək istəyirdim, amma artıq bacar-mırdım.
Mən Şərin əsirinə çevrilmişdim, dərin uçuruma boy-lanmışdım ki, nə isə başa düşüm. İndi isə mənə elə gəlir ki, müəyyən məlumatlar əldə etmişəm, amma beynimdə yaranan sualların sayı daha da artıb, cavablar isə, əksinə, azalıb.
Amma o zaman – yolun lap başlanğıcında bu mənim heç ağlıma da gəlməzdi.
Məni bu evə şəhər qəzetində dərc olunmuş kiçik bir qeyd gətirib çıxardı. Orda, “Zərbəçi” Minsk Yol maşınları zavodunda baş mühasib Mariya İvanovna Morozovanın təqaüdə yola salınması haqqında məlumat verilmişdi. Hə-min məlumatda o da bildirilirdi ki, o, müharibədə snay-perçi olub, on bir mükafat alıb; snayperçi kimi hesabında yetmiş beş öldürülmüş adam var. Bu qadının hərbi peşəsi ilə onun sülh zamanı gördüyü işi təsəvvürdə bir araya gətirmək həddindən artıq çətin idi. Gündəlik iş geyimin-də bir şəkil də verilmişdi. Adiliyin bütün əlamətləri ilə birgə.
Qızlığın çələngi olan hörüklərini başına dolamış bala-caboylu qadın üzünü əlləri arasına alaraq böyük kresloda əyləşmişdi:
– Yox, yox, danışmayacağam. Yenidən o zamana qa-yıtmaq? Bacarmaram… İndiyə qədər də müharibə haqqın-da filmlərə baxmıram. Mən o zaman lap gənc qız idim. Xəyal qurur və böyüyürdüm, böyüyür və xəyal qurur-dum. Elə bu vaxt – müharibə… Hətta özümə yazığım da gəlir. Mən nə dediyimi yaxşı bilirəm. Sən nə üçün bütün bunları bilmək istəyirsən ki? Dəhşətdir… İncimə ki, o də-qiqə “sən” deyirəm. Qızımla danışırmış kimi danışıram.
Sonra soruşdu:
– Bəs nə üçün mənim yanıma gəldin? Ərimin yanına getməlisən, o yada salmağı çox xoşlayır. Komandirlərin, generalların adı nə idi, hərbi hissələrin nömrələri – hər şey yadındadır. Mənimsə yox. Ancaq öz başıma gələnləri xatırlayıram. Öz müharibəmi. Ətraf adamla doludur, am-ma sən hər zaman təksən, çünki insan ölüm qarşısında yalnız olur. Mən dəhşətli bir tənhalıq xatırlayıram.
Sonra maqnitofonu götürməyimi xahiş etdi:
– Danışmaq üçün mənə sənin gözlərin lazımdır. O isə bizə mane olacaq.
Amma bir neçə dəqiqədən sonra onu tamam yaddan çıxardı…
MARİYA İVANOVNA MAROZOVA (İVANUŞKİNA)
yefreytor, snayperçi
“Bu sadə bir əhvalat olacaq… O zaman çox olan sadə rus qızlarından birinin əhvalatı… Mənim doğma kəndi-min – Dyakovskoyenin olduğu yerdə indi Moskvanın Proletar rayonu yerləşir. Müharibə başlayanda heç on səkkiz yaşım da yox idi. Uzun-uzun hörüklərim vardı, dizlərimə çatırdı. Heç kim inanmırdı ki, müharibə uzun sürə bilər; hamı gözləyirdi ki, tezliklə bitəcək. Düşməni qovacağıq.
Mən kolxoza gedirdim, sonra mühasibat kurslarını bitirdim, işləməyə başladım. Müharibə isə davam edirdi… Mənim rəfiqələrim.... Onlar mənə deyirdilər: “Cəbhəyə getmək lazımdır”. Bu söz artıq havadan asılı qalmışdı. Hamımız hərbi komissarlıq yanında kurslara yazıldıq. Bəlkə də kimsə yoldaşlıq xatirinə etdi, bilmirəm. Amma orada bizə döyüş tüfəngindən atəş açmağı, qranat atmağı öyrətdilər. İlk vaxtlar… Etiraf edim ki, tüfəngi əlimə al-maqdan qorxurdum, xoşagəlməz bir şey hiss edirdim. Ağlıma da gəlməzdi ki, kimisə öldürə bilərəm; sadəcə cəbhəyə getmək istəyirdim, vəssalam. Dərnəkdə qırx nə-fər məşğul olurdu. Kəndimizdən dörd qız vardı – biz ha-mımız qonşu kənddən rəfiqələrdik. Bir sözlə, hər kənd-dən kimsə vardı. Özü də ancaq qızlar… Kişilərin isə hamı-sı müharibəyə getmişdi – kim yarayırdısa. Mən artıq xa-tırlamıram – bizdə rəqslər olurdumu, əgər olurdusa, o zaman yəqin ki, qızlar bir-birilə rəqs edirdilər, çünki oğ-lan qalmamışdı. Kəndlərimiz səssizləmişdi.
Tezliklə Komsomol və Gənclərin Mərkəzi Komitə-sinin hər kəsi Vətənin müdafiəsinə səsləyən çağırışı mey-dana çıxdı, çünki almanlar artıq Moskvaya yaxınlaşmaq üzrə idilər. Necə yəni, Hitler Moskvanı ələ keçirəcəkdi? Yol vermərik! Təkcə mən deyil… Bütün qızlar müharibəyə getmək istədiklərini bildirdilər. Mənim artıq atam mü-haribədə idi. Elə bilirdik ki, döyüşən yeganə qadınlar biz olacağıq… Fərqlilər… Amma hərbi komissarlığa gəldiyi-mizdə – orada çoxlu qız var idi. Mən heyrətə gəldim. Ürə-yim od-tutub alışdı – güclü bir şəkildə… Seçim isə həddin-dən artıq ciddi aparılırdı. Əvvəlcə, təbii ki, sağlam olmalı idin. Qorxurdum ki, məni götürməsinlər, çünki uşaq vaxtı tez-tez xəstələnirdim… Sümüklərim də – buna anam hə-mişə təəssüf edirdi – zəif idi. Elə buna görə də bütün uşaqlar məni tez-tez incidirdilər. Bundan başqa, əgər cəb-həyə getmək istəyən qızdan başqa evdə heç bir uşaq qalmırdısa, onda da rədd cavabı verirdilər, çünki ananı evdə tək qoymaq olmazdı. Of, bizim analarımız! Onların gözlərinin yaşı qurumurdu. Bizi danlayır, bizə yalvarır-dılar… Amma mənim özümdən başqa iki bacım və iki qardaşım da var idi; düzdür, hamısı məndən balaca idi, amma hər halda, nəzərə alınırdılar. Bundan başqa, bir məsələ də qalırdı: kolxozdan hamı getmişdi, çöldə işləmək üçün heç kəs qalmırdı, sədr də bu səbəbdən bizi buraxmaq istəmirdi. Bir sözlə, bizə rədd cavabı verildi. Rayon komsomol komitəsinə getdik və orada da “rədd edildik”. O zaman rayonumuzdan olan nümayəndə heyə-ti ilə vilayət komitəsinə getdik. Hamıda böyük bir coş-qunluq var idi, ürəklərimiz yanırdı. Bizi yenə də oradan evə göndərdilər. O zaman qərara gəldik ki, bir halda ki, Moskvadayıq, ən yuxarıya, komsomolun mərkəzi komitə-sinə, birinci katibin yanına gedək. Sonuna qədər istəyimiz uğrunda mübarizə aparaq. Kim məruzə edəcəkdi, aramız-da ən cəsuru kim idi?
Düşünürdük ki, burada mütləq ancaq biz olacağıq, amma dəhlizdə irəliləmək olmurdu, o ki qala katibin qa-pısının ağzına çatmaq ola. Orada hər tərəfdən gələn gənc-lər var idi; işğal altında olmuşlar var idi ki, öz doğmaları-nın ölümü üçün qisas almağa can atırdılar. Bütün İttifaq-dan. Bəli, bəli. Qısası, biz bir müddət özümüzü itirdik də.
Hər halda, axşama yaxın katibin qəbuluna düşə bil-dik. Bizdən soruşdular:
– Yaxşı, siz atəş açmağı bacarmırsınızsa, cəbhəyə ne-cə gedəcəksiniz?
Bu zaman biz xorla cavab verdik ki, artıq öyrənmişik.
– Necə? Harada? Bəs sarğı sarımağı necə, bacarırsı-nızmı?
Bilirsinizmi, hərbi komissarlıq yanındakı o dərnəkdə rayon həkimi bizə sarğı sarımağı da öyrətmişdi. Onlar ar-tıq susdular və bizə daha ciddi nəzərlərlə baxmağa başla-dılar. Hə, daha bir üstünlüyümüz də onda idi ki, tək de-yildik, qırx nəfərdik və hamımız da atəş açmağı, ilk tibbi yardım göstərməyi bacarırdıq.
Qərar belə oldu:
– Gedin və gözləyin. Sizin məsələniz müsbət həll olu-nacaq.
Oradan qayıdanda necə də xoşbəxt idik! Heç yadım-dan çıxmaz. Hə, hə…
Və cəmi bir neçə gündən sonra çağırış vərəqlərimiz artıq əllərimizdə idi.
Hərbi komissarlığa gəldik, burada bizi o dəqiqə bir qapıdan içəri saldılar, o birindən isə çıxardılar. Mənim elə gözəl hörü
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?