Текст книги "Bakı – 1501"
Автор книги: Əzizə Cəfərzadə
Жанр: Историческая литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 8 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Zənbil içində keçən gün (davamı)
Günəş bir cida boyu qalxmamışdı ki, iri qapılar laybalay açıldı, gələn qoşunun başçıları içəri buraxıldı. Bəhram qazi geniş həyətdə atdan endi. Təəccüb içində idi. Rüstəm padşah ona sufi şeyxi İsmayıl ibn Şeyx Heydərin burada gizləndiyini və bir neçə qasidə rədd cavabı verildiyini, çocuğun amanda saxlandığını demişdi. O, Mirzəli hakimi yaxşı tanıyırdı. Cəngavər adam olduğunu bilirdi. Bilirdi ki, qapısından döyüşsüz bir at deyil, qatır da aparmaq olmaz. Əgər şeyx burda isə, darvaza gələnlərin üzünə nə üçün açılsın?
Hakim Mirzəli gələnləri gülərüzlə, əziz qonaqlar kimi qarşıladı.
– Buyurun, buyurun, Bəhram qazi, siz bu diyara xoş gəlmisiniz, səfa gətirmisiniz.
Gələnlər Mirzəli hakimin ardınca sarayın geniş otaqlarına daxil oldular. Səhər süfrəsi açıldı. Yemək-içmək gətirildi. Bəhram qazi başının adamları ilə bir qədər yeyib-içdikdən sonra üzünü Mirzəli hakimə tutub dedi:
– Padşaha çatan xəbərə görə, Ərdəbil sufilərinin şeyxi İsmayıl ibn Şeyx Heydər ibn Cüneyd burda, sənin amanındadır. Mənim adamlarımı belə xoş üzlə qarşıladığına görə sənə minnətdaram, qardaşım! Amma rica edirəm, əgər iş belə isə, ağzımızı boza vermədən şahın hökmünü icra et və İsmayılı təslim elə. Sənə sərkərdə sözü verirəm ki, o bizdə də amanda olacaq. Özü də şahın dost-doğma bibisi oğludur. Ona heç bir zaval toxunmaz.
«Guya Şeyx İsmayılın qardaşlarının həmin dayıoğlunun öz əli ilə öldürüldüyünü sən də bilmirsən, mən də». Mirzəli düşüncələrinin gözlərindən oxuna biləcəyindən ehtiyatla cəld dilləndi:
– Mən padşahımızın qasidlərinə həqiqəti demişəm. Şeyx İsmayıl adında adam mənim hökmümdə olan torpaqlarda yoxdur. İstəyirsən, əlimi Qurana basım, and içim.
– Nə olar. Mən də şahın hüzuruna gedib olanı deyərəm.
Qızıl suyu ilə işlənmiş qədim Quranı gətirdilər. Lahican qazısı ilə birlikdə qoşunun mollası da gəldi. Mirzəli yerindən durub saray hamamına keçdi. Başına üç qab su töküb qüsl elədi, pak oldu, dəstəmaz alıb məclisə qayıtdı. Sağ əlini Quranın üstünə qoydu. Həyətdə tutun sıx yarpaqları arasında budaqdan asılmış zənbilə tərəf baxmamağa çalışırdı. Sonra üç dəfə salavat çevirib hər bir kəlməsi yaxın və uzaqda durmuş padşah adamlarının beyninə həkk olunsun deyə ucadan səsləndi:
– Qurana and içirəm, İsmayıl ibn Şeyx Heydər ibn Şeyx Cüneyd mənim torpaqlarımda yoxdur. Onun ayağı mənim torpaqlarıma dəymir.
Bəhram qazi igid sərkərdə idi. Cəngavər bir döyüşçünün sözünə inanmadıqları səbəbindən and içməsinə xeyli mütəəssir olmuşdu. «Qəribədir, vallah! Dost-doğma bibisi balalarının ikisini yox eləyib, ürəyi soyumayıb. İndi də düşüb bir xırda uşağın dalına. Guya o, sağ qalsa, ölkə viran olacaq. Mən boyda kişi ilə bu hörmətdə bir zatı yüngülsaqqal eləyib». Bu düşüncələrlə də yerindən dikəlib dilləndi:
– And olsun indicə əl basdığın Qurana, nə qədər ki mən Rüstəm padşahın xidmətindəyəm, sənin qapın amanda olacaq! Məni bağışla, əmr qulu olmaqdan betər şey yoxdur dünyada.
Mirzəlinin qəlbinə bir rahatlıq gəldi. Mehribanlıqla qonağına cavab verdi:
– Nə danışırsan, qardaşım?! Məgər sənin vəziyyətini başa düşmürəm? Pis adamların dili lal olsun, padşahı da yoldan çıxaran, qulağını dolduran onlardır.
Bəhram qazi ev sahibi ilə vidalaşıb çıxdı. Qoşununu da çəkib getdi. Onlar heç yarım ağac evdən uzaqlaşmamışdılar ki, Mirzəli hakim İsmayılın havadan asılmış «həbsxana»sına yaxınlaşdı, öz əli ilə bağladığı ipləri açdı. Uşağın solğun sifətində gözləri çox iri görünürdü. «Solğun!.. Olar daa!.. Gün işığını harada görüb? Külbədə! Göyü harada görüb? Bacada! Yazıq uşaq!»
Gülümsəməyə çalışaraq dedi:
– Şeyxim, daha heç nədən qorxmaya bilərik. Mən Bəhram qazinin sözlərinə inanıram. Nə qədər ki şahın xidmətindədir, bizim ev də amandadır, sən də. Amma yenə də ehtiyatı əldən verməməliyik.
İsmayıl bu gedişlə Mirzəlinin sarayında tam altı il qaldı.
* * *
Qabaqda Bayram bəy Qaramanlı gedirdi. Atlı qoşun onun ardınca düz-dünyanı tutmuşdu. Bayram bəy çaya çatınca durdu. Bir atdöşü qədər ondan aralı gələn çarvadar-bələdçi Hüseynə dönüb dedi:
– Kür budur?
– Elədir, bəy!
– Nə lal axır?
– Lallığına baxma, bəy, adı kimi özü də kürdür.
– Bu çayı keçmək çətin olacaq?
– Elədir, qurban!
– Nə edək?
– Ayrı yol yoxdur. Ən dayaz, keçməli yer buradır.
– Bunun harası dayazdır?! – deyə Bayram bəy atının cilovunu çəkdi. Qoşun onlara çatdı. Kimisi çayın lap sahilində atını sulayır, kimisi yəhərdən enib əl-üzünə su vururdu.
Bayram bəy tərəddüd içində yəhərdə oturub qalmışdı. «Keçin» əmrini verməyə dili gəlmirdi. Atı bu dilsiz axan qorxulu, nabələd suya salmağa cürəti çatmırdı.
Birdən arxasında dayanmış atlılar aralandılar. Gənc padşah irəli gəldi. Üzü niqablı idi. Şeyx oğlunun üzünü natəmiz adamlar görməməli idi. Niqabı qaldırmadan Bayram bəy Qaramanlıya üz tutub dedi:
– Niyə durmusunuz? Niyə keçmirsiniz?
– Hökmdarım, atları bu sulara salmaqdan ehtiyat eləyirəm. Deyirəm, bəlkə, axtaraq, keçməli başqa bir yer tapaq.
– Bələdçi nə deyir?
– Buranı məsləhət bilir, hökmdarım!
«Qibleyi-aləmin» on dörd yaşı vardı. Amma onu yəhər üstündə görənlər iyirmisini haqlamış bir cavan zənn edərdilər. Hərbi zirehli geyimdə qədd-qamətli pəhləvana bənzəyirdi.
İsmayıl niqabın gözlüklərindən Bayram bəy Qaramanlıya iti bir nəzər saldı: «Görünür, sənin qəlbində düşmənə qarşı kin və qəzəb odu qalanmayıb. Görünür, sən körpə ikən İstəxr qalasında nəm zirzəmilərdə anan və qardaşlarınla birgə yatmamısan. Balışın daşlar, yorğanın buludlar olmayıb. Görünür, səni hər xısıltıdan gizlətməyiblər. Zənbilə qoyub ağacdan asmayıblar. İki qardaşın və bütün nəslin, arvadlı-kişili, uşaqlı-böyüklü qırılmayıb. Yox!.. Onda sən tərəddüd etməzdin. Mənim isə cismim düşmənə nifrət hissi ilə doludur».
Gənc hökmdar:
– Ardımca! – deyib qamçısını qaldırdı və atını birinci olaraq lal axan çaya vurdu. Bayram bəy, Lələ Hüseyn bəy, Div Sultan və başqa sərkərdələr gənc hökmdarın qətiyyət və cürətinə heyrət və iftixar edərək onun ardınca düşdülər. Onlar İsmayılın dalınca çayı keçdikcә gәnc hökmdarın nә isә dediyini gördülər. Lәlә Hüseyn bәy sükut işarәsi verdi vә dinlәdi. İsmayıl öz ordusunu ruhlandırmaq, ürәklәndirmәk, yaxın adamlarını daha da cürәtlәndirmək üçün oxuyurdu:
Nә yerdә әksәn bitәrəm,
Dada çağırsan yetәrәm,
Sufilәr әlin tutaram,
Qazilәr, deyin şah mәnәm.
Onun sakit, sadә sözlәrinin deyilişindә bir çağırış, qәlblәrә coşqunluq gәtirәn bir deyiş var idi. Bu sәs adamlarının qәlbini ümidlә doldurur, onlara inam tәlqin edirdi. Az sonra dostları, әrәnlәr, ozanlar bu sözlәri dillәrdә әzbәr edәn musiqi parçalarında oxuyub az qala ibadәt himninә çevirәcәkdilər.
Qırmızı taclı, boz atlı,
Ağır leşkərә nisbәtli,
Yusif peyğәmbәr sifәtli,
Qazilәr, deyin şah mәnәm.
Xәtaiyәm, al atlıyam,
Sözü şəkәrdәn dadlıyam,
Mürtәza Əli zatlıyam,
Qazilәr, deyin şah mәnәm.
Beləcə, ordu çayı keçdi. Bir nəfər də tələfat vermədilər. Sonuncu qızılbaş çayı adlayanda Lələ Hüseyn bəyin qəlbindən «şir balası şir doğular» sözləri keçdi. Zahirən gözəl, mənən pak gənc yetirməsinə görə qürur duydu. Sinəsindən hamını riqqətə gətirən «Afərin!» nidası qopdu. Səslər, nidalar göyləri dəldi, ordunu titrətdi.
– Şeyximiz, mürşidimiz min yaşasın!
– Var olsun mürşidi-kamil!
– Yaşasın şahımız!
Bir tayfanın sonu
Xəzərin sahilindən xeyli uzaqlarda Ləngəbiz dağ silsiləsinin lap qurtaracağında bir tayfa yaşayırdı. Tayfa karvan ayağından xeyli uzaq, şəhərlərdən aralı bir yerdə məskən salmışdı. Yüz illər idi ki, bu torpaqlar gündə bir cahangirin əlinə keçirdi. Gah monqollar, gah teymurilər, gah ağqoyunlu və daha bilmirəm kimlər gəlib-gedirdilər. Amma tayfanın bu keşməkeşlərdən, demək olar, xəbəri yox idi. Doğrudur, bir zamanlar hansısa islam təbliğatçısı bu yerlərə də gəlib çıxmış, onları islama dəvət etmiş, uzun müddət kənddə yaşamış, burada da ölmüşdü.
Tayfa ağsaqqalları onu qəbiristanda dəfn etmişdi və məzar müqəddəs bir yerə çevrilmişdi. Amma qoca öləndən sonra tayfanın bir çox köhnə adətləri öz yerinə qayıtmışdı. Adətləri qarılar qoruyub saxlayırdılar. Məsələn, görürdün ki, təzə gәlin gәlәn günün ertәsi günәş çıxan kimi qarılardan biri gәlini yerindәn qaldırıb onu günəşi salamlamağa apardı. Andlar da başqalarının yanında dini olurdu, ailә içindә isә yenә dә «O gün haqqı», «Bu ocaq haqqı», «Şam-çıraq haqqı» vә s. deyәrdilәr.
İslam təbliğatçısının vaxtında doğulan uşaqlara «Qurandan ad çıxarıb» verilirdi. Beləliklə, bu yerlərdə Məhəmməd, Bəkir, Əhəd, Əhməd kimi adlar meydana gəlmişdi. Tayfanın nənələri bu adları qəlbən qəbul eləməz, öz aralarında uşağa tayfa adətincə doğma ana dilində ad verərdilər. Beləcə, uşaqların iki adı olurdu. Biri dini, biri isə evdə ata-ananın çağırdığı.
Əslində isə bineyi-başdan bu yerlərdə adı uşağa təbiətin özü qoyardı. Boran, Yağmur, Bulud, Toran, Səhər, Güney, Quzey, Gündoğdu, Aydoğdu, Aydoğmuş, Ayaz, Duman, Çovğun, Günəş, Aytəkin, Ayxanım, Güntəkin, Tuğay, Aysel, Aysu… Uşağın görünüşü ilə bağlı adlar da qoyurdular: Qaraçığa, Qaratel, Altıntel, Altınsaç, Altıncığa, Gülümsər, Ağçiçək, Alçiçək, Çəmən, Qaysı…
İldə bir dəfə biçin vaxtı böyük şəhərdən vergiyığan gəlir, tayfadakı adət-ənənəyə maraqla, bir qədər də qorxu ilə baxırdı.
– Əşi, siz necə müsəlmansınız?! Vallah, ayırd eləyə bilmirəm. Gavur sizdən yaxşıdır…
Vaxtilə islamı təbliğ edən qoca bu tayfanın «Odlu» adını dəyişib «Məhəmmədli» qoymuşdu. Amma şəhərlilərin dilində kənd «Gavurlar» olub qalmışdı.
Hekayәtimizin baş verdiyi illәrdә qәbilә yarımköçәri hәyat keçirirdi. Əslindә, köçәrilikdәn yalnız iz qalmışdı. Belә ki, qәbilәlilәr hәm heyvandarlıq, hәm də әkinçiliklә mәşğul olurdular. Kişilәr Günәşli çayının hәr iki sahilindәki torpaqları әkir, elə Günәşlinin suyu ilә də suvarırdılar. Bu il sağ sahildә taxıl әkәndә gәlәn il hәmin yerdә bostan becәrirdilәr. Çox da uca olmayan vadini әhatә edәn dağların hamar döşlәrini dә becәrirdilәr. «Dәmyә yeri» adlandırdıqları bu yerlәrin çoxunu meşәlәri qıraraq əldə etmişdilәr. Qalan dikdirlәrdә mal vә qoyunlarını otarırdılar. Yazın axırına yaxın arvad-uşaq bir neçә çobanın müşayiәti ilә dağa köçürdü. Kişilәr vә qarılar aranda qalır, taxılı, bostan mәhsulunu yığıb yerbәyer elәyirdilәr. Biçib-sovurmağa, adәtәn, yayın lap axırında, payızın əvvәllәrindә başlayırdılar. Çünki yalnız bu zaman məhsulu sovurmaq üçün münasib külәk olurdu. Elə bu zaman da kәndә yadların ayağı açılırdı. Öncə vergiyığan gәlirdi. Onun dalınca da xırmanın qırağını dәrvişlәr, gәzәri seyidlәr, mollalar, әfәndilәr, daha kimlәr, kimlər kәsdirir, çuvalının ağzını açıb biri şahın, biri әmirin, bir çoxu da cәddinin payını istəyirdi. Öz qәdim dәdә-baba dinindәn ayrılan, lakin həlә dә yeni dini dәrk etmәyən tayfa əhli seyidlərdən, mollalardan xüsusilə qorxur, onlar nə istәsә verirdilər.
Qalan buğdadan bir qәdәrini payızın әvvәli üçün kәndin qənşərindәki su dәyirmanında un çәkdirәr, qış azuqәsini də evlәrin böyründә, damların dibindә qazılmış quyularda basdırardılar.
Qәbilәlilәr bazar-dükan tanımaz, şәhәrin yolunu bilmәzdilәr. Kәndә arabir «məmələsatan» adlandırdıqları səyyar satıcılar gələr, özlәri ilә buraya meyvә, hәmin kәnddә olmayan başqa matah gәtirər, buğda-arpa ilә dəyişərdilər. Hərdən də qəbiləyə çәrçilərin, xırdavatçıların yolu düşәrdi. Qız-gәlinlәr dərhal onları dövrələyib güzgüdәn, daraqdan, әlvan sap, qaytan, hәrәmi, bafta, saçaq, müxtәlif parça vә s. alardılar. Əksәr geyim evlərdә, yer hanalarında toxunan parçalardan olardı. Xüsusilә kişilәrin geyimi yer hanasında toxunan şal, çuxalıq, patavalıq idi. Ayaqları çarıqdan başqa ayaqqabı tanımazdı.
Qәbilәdəkilər dünyada baş verәn hadisəlәrdən yalnız səyyar satıcılar sayəsində xəbər tutardılar. Bir ay, bəlkә dә, beş ay sonra bilәrdilәr ki, dünyada qan su yerinә gedirmiş. Çünki üç ay qışı, üç ay da yazı bu yerlərə çərçi ayağı dəyməzdi. İlin, demәk olar ki, altı-yeddi ayını qәbiləlilər özlərindən başqa heç kimin üzünü görmәzdilәr.
Qəbilənin çobanı, naxırçısı, biçinçisi olmazdı. Bütün bunlar ev başına növbə ilә görülür, «nobat» kimә düşsә, hәmin ailәnin bir üzvü naxıra gedәrdi. Başıpapaqlısı olmayan evlәrdә arvad naxıra getmәz, onu qonşu başıpapaqlı әvәz edәrdi.
Günlərin bir günü qəbilədə söz gəzdi ki, Ərdəbil şəhərində bir padşah peyda olub, özü ilə də təzə din gətirib. «Müsəlman olmağına müsəlmandır, amma bizim kimi müsəlmanları qırır. Deyir, Şirvanşahın dədə-babası ilə onun dədə-babası qanlıdırlar. Gəlir intiqamını almağa».
Xəbəri gətirən çərçiyə qulaq verən qəbilə ağbirçəklərindən Çiçək arvad əlindəki sərnicini yerə qoyub soruşdu:
– Bəs necə müsəlmandırlar ki, müsəlmanı qırırlar?
– Başqa cür müsəlmandırlar. Padşahları batman Qurana, on iki imama and içdirir, sonra iman gətirdir, – deyə çərçi cavab verdi.
– Batman Quranı görmüşәm. On iki imam kimdir?
– Mәn dә sәnin kimi, nә bilim.
– Yaxşı, bәs bizim kimlәrnәn nә işi var? Hәrә öz dinində, öz yolunda qalsın, dayna.
– Yox! Bizi dә o dinә çәkmək istәyir. Dönmәyәni dә, deyir, qılıncdan keçirir.
Çiçək qarı ilə yanındakı Gümüşbikә hәr ikisi birdәn sәslәndi:
– Allah, sәn saxla!
– Düzdür, deyəsən, elә «Allah, sәn saxla»dan başqa çarәmiz yoxdur, – kənd ağsaqqallarından Məhəmməd-Bulud dilləndi, sonra da üzünü çərçiyə tutub soruşdu: – Yaxşı, sənin bu xәbərlәrinin kökü düzdür, görәsәn, ya elə ağzını avara qoyanların uydurmasıdır?
– Nә danışırsan, qardaş? Elə bu xәbәrlәri düz-tamam bilməsәydim, ilin bu çağında bura gәlib at bağrı çatladardım? Dedim, mәn sizə xәbәr elәyim, sәrvaxt olasınız, hәm dә buralarda bir az alacağım var, onu yığım…
– Çox yaxşı elәmisən, xәbәr elәmisәn. Amma alacağın barәdә zәhmәt çәkmisәn. İndi camaatda borc qaytarmağa güc hanı? Yaman quraqlıqdır, məhsul-zad yoxdur.
– Orası elədir, amma Tanrı haqqı biz dә siz gündәyik. Evlәrdәn qulağa kәfkir səsi gәlmir. Quraqlıq biz tәrәflәrin da amanını kәsib. Dedim, bəlkә, azdan-çoxdan bir şey әlimə düşdü.
– Heyvan, bәlkə də, oldu, amma dәn söz verә bilmәrəm…
– Bu qırğının, davanın içindә mәn heyvanı neynirәm, qardaş?
– Nә deyim, özün bil, onu alacaqlı olduqlarına deyәrsәn. Hәlә keç çörәkdәn-zaddan bir şey ye! Ağa durub, ağacan durub.
Məhəmməd-Bulud çərçini evinə dəvət elədi, Çiçәk qarı isə sərnicini götürüb bayaq eşitdiklərindən təlaşlanmış halda öz-özünə danışa-danışa yola düzəldi.
«A gözәgörünmәz Tanrı, elә bircә bu qalmışdı fağır-füqəranın başına gəlmәmiş? Bu nə işdir düşdük, Tanrı? Bu dava salanı milçәk olsun divara yapışsın, it olsun öz qapısında hürsün. Biznәn nə işi?»
Çərçi çörәyini yeyib-qurtarmamış dava xәbәri ayaq alıb kәndi gәzdi.
Bütün dünyası bircә öz qәbilәsindәn – kəndindәn ibarət olan Çiçәk qarı müharibә haqqında yalnız nağıllarda eşitmişdi. Cavanlığında bir neçə dәfә əqrəba davası görmüşdü. Məsələn, bir dəfə kәnddә iki cavan oğlan bir gözәl qızı sevib istәmiş, qız bunlardan birinә meyil etdiyi üçün cavanların arasına küdurət düşmüş, qohum-әqrәbaları ikiyә bölünmüş vә sapand davası başlamışdı. Hәr iki tәrәf sapandlara qoyduqları daşları bir-birinә tullamış vә xeyli yaralanan olmuşdu. Axırda kənd ağsaqqalları araya düşüb mәrәkәni yatırtmışdılar. Bir dәfә dә hansısa köçәri tayfa onların yerlәrinә gәlib çıxmış, otlaqları otartmış vә qәbilә əhli bütünlükdә köçәrilәri qovub öz yerlәrindәn çıxarmışdı. Onda da kişilәr çuxalarını qollarına dolayıb çomaqlarını işә salmışdılar. Yenә xeyli yaralanan, başı-gözü әzilәn olmuşdu. Amma ölәn olmamışdı. Çiçәk qarı ölümü yalnız xәstәlikdәn vә qocalıqdan bilirdi. Ağlına da gәlmirdi ki, nağıllardakı kimi azğın bir hökmdar onunla işi-gücü olmayan adamları qarının anlamadığı namәlum sәbәblәrә görə qıra bilәr. Odur ki çərçidən eşitdiyi xәbәrә hәm inanmış, dәhşәtə gәlmiş, hәm dә ürәyinin dәrin bir guşәsində bu xәbәrin, bәlkә dә, bir nağıl olduğuna şübhә oyanmışdı. Ancaq yenə də özünü qarşısına çıxan hər kəsə çərçidən eşitdiklərini söyləməkdən saxlaya bilməmişdi.
Elə bu səbəbdən Mәhәmmәd-Bulud ilә çərçi çörәklәrini yeyib qapıya çıxanda xeyli adam gördülәr. Hamı gözünü qәbilә ağsaqqalının ağzına dikib dayanmış, onun nə deyəcəyini gözlәyirdi.
Mәhәmmәd-Bulud kәndin başbilәnlәrindәn bir neçә kişini otağına dәvәt etdi, qalanlara hәlә ki bir tәhlükә olmadığını söylәyib iş-güclәrinә getmәlәrini tapşırdı.
Camaat dağılışdı. Ağsaqqallar evә girib mәşvәrәtә başladılar. Kәnd camaatı bu davanın da dədə-babadan gördüklәri çomaq vә sapand vuruşmalarından olacağını zәnn edib hazırlıq qərarına gəldi. İri çomaqlar, böyük sapandlar hazırladılar, uşaqlara çoxlu daş yığdırdılar, xəndəklər qazdırdılar. Bununla da hazırlıq bitdi. Hәrә yenidən öz iş-gücünә daldı…
* * *
Mәhәmmәd-Bulud qonağı yola salandan sonra qәlbindә anlaşılmaz bir tәşviş duyurdu. Odur ki çərçinin dava getdiyini söylədiyi səmtə adam göndәrib doğru xәbәr öyrәnmәk istәdi. Bunun üçün dә oğlu Əhmәd-Güntəkindәn münasib adam bilmirdi. Sәhәri gün dan yeri qızaranda Güntәkinә lazımi göstәrişlәr verib yola saldı. Güntәkin hәmin gün evә qayıtmadı. Ertәsi gün şam namazı qayıtdı. Atasını evin bir küncünə çәkib gördüklәrini xәbәr verdi:<
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?