Текст книги "Dərbənddən başlanan əzablı yol"
Автор книги: Ağababa Rzayev
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Kazımbəy ömrünün iyirmi dörd ilində taleyin xeyli acı oyunlarını görmüşdü. Amma qatı bir zülmət içində birdən-birə günəşin doğduğuna və
taleyin gülər üz göstərməsinə çaşıb qalmışdı.
Kazımbəyin sətəlcəm xəstəliyi çox uzun çəkdi.
Dünyada nə qədər xeyirxah adamlar varmış…
Fuks və arvadı sanki öz doğma balalarını görməyə gəlirdilər. Son görüşdə Fuks dedi ki, Peterburqa məktub yazıb, Maarif nazirindən şəxsən xahiş edib ki, Kazımbəyi Kazanda saxlasınlar, onu universitetin sərəncamına versinlər. Aleksandra Andreyevna da Kazımbəyə bir neçə kitab 66
gətirmişdi. Bunlar Kazımbəyin rus dilində oxumağa başladığı ilk kitablar idi.
1826-cı il oktyabrın əvvəllərində Kazımbəy Kazandan Dərbəndə atasına aşağıdakı məktubu göndərdi: “Özümə bir təsəlli verirəm ki, bu əzab da ömür boyu sənə dərd olacaq. Yaxşı bilirəm ki, o dünyada günahlarımın hamısını məndən soruşacaqlar… Xəta bir anın işidir, əzabını isə bütün ömrün boyu çəkirsən… Sən deyirdin ki, müdrikliyi öyrənmirlər, onu həyat özü insana bəxş edir. Mən istəyirəm ki, müdrikliyi səndən öyrənim… Sən hər şeydən məhrum oldun, hər şeyi itirdin, var-yoxdan çıxdın, amma özünü şə-rəfsiz sanmadın. Mövqeyindən məhrum oldun, lakin xalqın məhəbbətindən məhrum olmadın.
Mən sənin o qıvrım saçlarına, qapqara şəvə saq-qalına xal saldım… Sənə verdiyim əzab ömrüm boyu mənə iztirab verəcək, əziz atam! Vüqarda, doğruluqda, seçdiyim əqidədə, sədaqətdə, xalqı-ma xidmətdə, həyatdakı davranışımda, hər şeydə, hər şeydə mən sənə oxşamaq istərdim, ata.
Sənə dediyim fikri bir də yada salmaq istəyirəm: mən dinimdən dönmüşəm. İslam dinindən üz döndərməklə mən sığınacaq axtarmamışam, yox, bu sığınacaq deyil, mənimçün mübarizə vasi-67
təsidir, bu bir dinə nifrət edib, o biri dinin qarşısında diz çökmək, baş əymək deyil… Mən xalqı aldadan, onun saf qəlbini oynadan, xalqın hesabına varlanan mollalardan üz döndərmişəm, ata. Onların məclislərdə danışıqları əfsanələrdən, cəfəngiyatlardan üz döndərmişəm. Ağa Məhəmməd şah xalqı qırdı, çapdı, taladı, onun ən yaxşı oğullarını məhv etdi. İran şahları vətənimin ən gözəl qızlarını hərəmxanalara doldurdular, balalarının dalınca ağlayan ata-anaları atların ayaqları altında əzdilər, mollalar isə camaatı məscidə yığıb şahlara dua oxudular… Ağalar kəndləri yerlə yeksan etdilər, mollalar isə dedilər ki, bu Allahın buyruğu imiş… Qara camaat inandı, xalqın müdrik oğulları inanmadı… Yəqin ki, Xaqani yaxşı yadındadır, ata:
Dünya həm ucadır, həm də ki, alçaq.
Belə dünya nə vaxt, de, məhv olacaq?
İnsanlar nə zaman bir gün görəcək?
Ümidlə, inamla ömür sürəcək?
Sonrası nə oldu? Onu zindana saldılar, vətənindən didərgin düşdü, Şirvanın üzünə həsrət 68
qaldı… Hansını deyim, ata, Firdovsinimi deyim, Nəsiminimi, yaxud Füzulinimi…
Məni cənab Yermolovun göstərişi Sibirə, Omsk şəhərinə göndəriblər. Xəstələnib Kazan şəhərində qalmışam, nigaran olma, indi yaxşıyam.
Hökumətin qərarını hərə bir təhər yozur. Bəziləri deyir ki, bu sürgündə məqsəd mənim din-sizliyimdən hiddətlənmiş həmvətənlərimi sakit etməkdir, kimi də deyir ki, hökumət mənim xaricə qaçmağımdan qorxub, Sibiri mənim üçün məskən seçib. Birinci məsələ haqqında mən heç bir şey deyə bilmərəm, bəlkə də, bu, acı bir həqiqətdir… Amma səndən yaxşı məni heç kim başa düşə bilməz… Bircə sən bilirsən, ata, mən vətənimdə, doğma Dərbəndimə necə bağlıyam.
Dərbənd mənim üçün ana beşiyidir, ana laylasıdır. Dərbənddə mən anamı torpağa tap-şırmışam. Həm də Dərbəndi tərk edəndən ən əziz, mehriban, istəkli adamlarımı itirmişəm.
Təkcə ümidim sənsən, ata, sən məndən üz döndərmə, məni tərk etmə. Görünür, Dərbəndin taleyi əvvəldən belə yazılıb, əvvəldən bu yerlərin torpaqları qanla yoğrulub, kimlər gəlib, kimlər gedib… Kimlər gedib, bir daha bu yerlərə
qayıtmayıb. Bəlkə, mən də onlardan biriyəm.
69
İndi Dərbənddə mənim bir qardaşım böyüyür.
Anadan ayrı olsaq da, bir qardaşıq. Məni ona pis tanıtma, ata. Mən istəyirəm ki, biz iki qardaş, aramızda on altı yaş fərq olsa da, bir-birimizə
arxa olaq. Mən ömrüm boyu sənin adını yüksək tutacağam. Bütün ömrümü elmə sərf edəcəyəm, sənin öyrətdiyin kimi elmdə sədaqətli, ədalətli olacağam. Bircə günüm də hədər getməyəcək.
Yeganə məqsədim Şərqi, onun xalqlarını bəşəriyyətə, Azərbaycan xalqını dünya xalqlarına tanıtmaqdır.
Bu
yolda
mən
canımı
əsirgəməyəcəyəm. Mən bəşəriyyətə Nizamini, Xaqanini, Füzulini tanıtmaq istəyirəm, dilimizin qrammatikasını yazmaq istəyirəm, doğma Dər-bəndimin tarixini yazmaq arzusundayam…
Məqsədim odur ki, öz əməyimlə sənin adını, vətənimin adını yaşadım. Mən məlum həqi-qətləri açmaq istəyirəm, sən də həmişə deyərdin ki, qəlbin və zəkanın da səadəti yalnız bundadır, vətənə məhəbbətdədir. Mən indi ümidlərimlə
yaşayıram, onlardır insanı yaşadan… Ümid ölüm yatağında da insanı tərk etmir. Mənim əziz, mehriban, müdrik atam! Deyiləsi sözüm çoxdur… Səninlə üzbəüz olanda deyə bilmədiyimi məktubda yazmağa cürət edirəm: başıma gələn 70
əhvalatlara baxmayaraq, bilirəm ki, Dərbənd əhli səni çox sevir, səninlə hesablaşır, sənə inanır…
Camaatı başa sal, ata, millət ayılmalıdır…
Xalqımızın cəsarət, qəhrəmanlıq, müdriklik, qonaqpərvərlik… kimi gözəl xüsusiyyəti var, ata.
…Amma bu ölkənin hökmdarları uzaqgörən olmayıb… Ağası xanın, Məhəmməd Seyid xanın, sonra da Mustafa xanın dillərindən Şirvan, Hüseyn xanın, Hacı Çələbinin, Məhəmməd Həsən xanın dillərindən Şəki, Pənah xanın, İbrahim xanın dillərindən Qarabağ, Fətəli xanın dilindən Quba, Dərbənd, Məlik Məhəmməd xanın dilindən Bakı düşməyib… Amma gözəl torpaqları, xanlıqları birləşdirmək, bir-birinə arxa olmaq heç birinin ağlına gəlməyib. Elə götürək Əmir Həmzəni. Niyə min-min qardaşın qanını tökdürüb Dərbəndi Qubadan ayırdı? Niyə?
Mən sənin ruslara olan rəğbətini yaxşı an-layıram. Biz belə bir möhtəşəm qüdrətə
arxalanmalıyıq… Xalqımız Ağa Məhəmməd şahları, Fətəli şahları, Nadir şahları, saysız-hesabsız sultanları sınaqdan çox keçirib… Biz hələ çox qurbanlar verməli olacağıq… Bizə indi canından keçməyi bacaran igid oğullar lazımdır… Mübarizə hələ qabaqdadır…”
71
Çox təəssüf ki, Hacı Qasımın oğluna məl-tubundan xəbərimiz yoxdur. Şeyxülislamın heç bir əlyazması bizə gəlib çatmayıb. Amma o, oğlunun günahını bağışlamış, ömrünün axırına ki-mi məktublaşmışdı. Kiçik oğlu Əbdülsəttarın da məktublarını Məhəmmədəliyə göndərirdi.
72
Qaynar Kazan
Həştərxandan sonra Kazan Kazımbəyə möhtəşəm bir şəhər təsiri bağışladı. Sağalıb ayağa durandan bəri onun ilk bələdçisi Alek-sandra Andreyevna Fuks oldu. Bu qadın öz dərin zəkası, ağlı və savadı, xoş xasiyyəti, incəliyi və zərifliyi ilə Kazımbəyi sehrləmişdi. Həm də bu böyük şəhərdə hələlik onunla danışa biləcək ikinci bir adam tanımırdı.
1826-cı il oktyabrın 31-də Fuks Kazımbəyə şad bir xəbər verdi. Rusiya Maarif naziri onu Kazan universitetinə Şərq dilləri üzrə mühazirəçi təyin etmişdi… Bu təyinat tilsimli yollardan keçmiş, işə
Rusiya Daxili işlər naziri, Xarici işlər naziri, Kazan quberniyasının qubernatoru müdaxilə
etmiş, çox ciddi yoxlama və arayışlardan sonra Kazımbəyin həyatında geniş üfüqlər açılmışdı.
Aleksandra Andereyevna Fuks Kazımbəyi şəhərlə tanış etməyə Kremldən başladı.
Kremlin XVI-XVII əsrlərdə tikilmiş divar-larını, qalalarını göstərdi: “Bu, Blaqoveşşenski kilsəsidir, bu, Pyotr və Pavel kilsəsi, bu, Spasski qülləsidir, bu isə çoxmərtəbəli Syobeks qülləsi, 73
bu, Apanayev məscidi, bu da Mərcani məscidi.”
Sonra Aleksandra Andreyevna şəhərin şərq is-tiqamətində 1552-ci ildə Kazanı alarkən həlak olmuş rus əsgərlərinə qoyulmuş abidəni Kazımbəyə göstərdi.
Onlar Kazanca çayının sahillərinə endilər.
Çayın sağ sahilində universitetin Anatomik teatrının binası və Kazan Astronomik rəsəd-xanası ucalırdı. Daha uzaqlarda Kazanca çayı boyunca mahud manufakturası, gön za-vodu, sabun, şam hazırlayan emalatxanalar uza-nırdı…
Onlar şəhərin iqtisadi qüdrətini təmsil edirdilər.
Kazımbəy və Aleksandra bünövrəsi 1788-ci ildə qoyulmuş ilk təhsil ocağı olan Kazan gim-naziyasının qarşısında duranda Fuks məlumat verdi ki, gimnaziyada yazıçılardan Derjavin və
Aksakov, riyaziyyatçı Lobaçevski, kimyagər Butlerov oxumuşlar. Əsası 1804-cü ildə qoyulmuş və onun dərs deyəcəyi yerli universitetdə isə həmin Lobaçevski və Butlerov, kimyagər Zinin, astronom Simonov, böyük həkim-alimlər Bexterov, Leskavt, Vişenvski təhsil almışdı.
…Sabah Kazımbəy öz vəzifəsini yerinə yetirmək üçün ilk dəfə sinfə girəcək, tribunaya çı-74
xacaq, ilk mühazirəsini oxuyacaq… Oxuya-caqmı? Oxumağa nə var? Nə kitab var, nə vəsait, nə proqram, nə də bir yazılı göstəriş var.
Tələbələrlə üz-üzə… Özün proqram yaz, vəsait yarat, özün kitab yaz, çap elətdir, özün axtar, özün də tap. Yoxdan var yarat. Rusiya Şərqi öyrənmək üçün hələ çox iş görməlidir. Rusiyaya Şərqi, onun xalqlarını, mədəniyyətini, dilini və
dinini, ədəbiyyatını bilən adamlar lazımdır.
Rusiyada
şərqşünaslıq
elminin
bünövrəsi
qoyulur, özü də burada, bu sinifdə, Kazımbəyin qalxdığı bu tribunada. Latın və alman dilində
mühazirə oxuyan müəllimlər bu bünövrəni yarada bilməyiblər. Universitetin ümid bağladığı professor Erdman illər boyu bir nəfər də şərqşünas hazırlaya bilməyib. Hanı, hanı bəs Rusiyanın ağıllı, zəkalı, istedadlı oğulları? Niyə onları cəlb edib oxutduran yoxdur?
Vaxt isə gözləmir. İngilislər Şərqin yarısını pəncələrinə keçiriblər. Yaxın və Orta Şərqdə, Hindistanda hökmranlıq edirlər. Şərq dillərini öyrənən univesitetlər yaradıblar. Şərq muzeyləri təşkil ediblər, Şərqin ən qiymətli zinətlərini, kitablarını, əlyazmalarını daşıyıb bu muzeylərə
gətiriblər. Niyə? Bəlkə Şərq mədəniyyətinin keşi-75
yində durmaq üçün? Xeyr! Bəlkə Şərq xalqlarını qoruyub yüksəklərə qaldırmaq üçün? Xeyr! Məqsəd, xalqların dilinə, dininə, mədəniyyətinə, xalqın xarakterinin incəliklərinə bələd olandan sonra onları daha incə yollarla istismar etmək, daha məharətlə cilovda saxlamaqdır. Elə ona görə də, ingilis malları daşınıb Şərqə gedir, əvəzinə
Böyük Britaniyanın böyük ticarət gəmiləri İngiltərə dövləti üçün, ingilis taxt-tacı üçün qızıl, gümüş, mirvari, daş-qaş daşıyır. Bəs Rusiya?
Rusiya cilovları ingilislərin əlinə verib? Böyük Britaniya hara, Şərq hara? Rusiyanın ətrafı Şərq-dir. Rusiya imperiyasının özündə nə qədər Şərq xalqları yaşayır.
Rusiyanı Şərqə bağlayan nədir? İllər keçəcək və Kazımbəy günlərin bir günü yazacaqdır:
“Tarix, təbiət, ümumdünya iqtisadi maraq məsələləri Rusiyanı Şərqə o qədər yaxınlaşdırmışdır ki, ruslar Şərq xalqlarının maarifləndirilməsi ki-mi böyük, müqəddəs işi başqa dövlətlərdən fərqli olaraq, daha çox öz möhtəşəm çiyinlərində
aparmalıdır…
Rusiyanı Şərqə yaxınlaşdıran nədir? Bizi Şərqin taleyi ilə sıx bağlayan minillik şüurlu var-lığımızın tarixidir… Bütün Şərq ilə Amurdan 76
Dunaya kimi saysız-hesabsız dənizlər, çaylar, səhralar vasitəsilə, bütün Asiya ilə ayrılmaz və
sıx birləşdirən ölkəmizin coğrafi mövqeyidir. Və
ən nəhayət, iqtisadi əlaqələrimizdir. Axı Rusiya Avropa isə Asiya arasındadır, Qərbin Şərqlə
ticarəti və bütün əlaqələri yalnız Rusiyadan keçməlidir.”
Biz Şərqin həm keçmişini, həm də bu gününü hərtərəfli öyrənməliyik… Niyə farsların, ərəblərin, türk tayfalarının tarixini yazan yoxdur?
Niyə Şərq şairlərinin əsərləri ilə bizi az da olsa, tanış edən yoxdur? Hələlik, bu gün, indi təxirə
salmadan Şərq dillərini bilən adamlar lazımdır.
Tarix bu imkanı səninçün yaradıb, cənab Kazımbəy. Özün deyirdin ki, kimin alnına nə
yazılıb, o da olmalıdır. Tale sənin qarşında böyük üfüqlər açır. Üç böyük Şərq xalqının dillərini mükəmməl bilən, bu yolda acizmi qa-lacaqsan? Proqram düzəlt, dərs vəsaitləri yaz, kitablar yarat. Ümid sənədir, tarix bu imkanı səninçün yaradıb, cənab Kazımbəy.
Doktor Fuks Kazımbəyi tələbələrə təqdim edib getdi. Bir Kazımbəy qaldı, bir də tələbələr.
İyirmi dörd yaşı bu yaxınlarda tamam olacaq müəllim ilk dəfə tribunaya qalxdı. Tələbələr öy-77
rəniblər ki, onlara mühazirəni ya almanca, ya da latınca oxuyacaqlar… Bu gənc müəllim isə üç dildə dərs deyəcək, üç xalqın həm tarixini, həm qrammatikasını öyrədəcək. Harda, hansı universitetdə bir Kazımbəyin özünün yazdığı cədvələ görə bu gün altı saat mühazirə oxumalı idi: iki saat türk, iki saat fars, iki saat da ərəb dilində.
Türk dilindən başladı. Danışır, danışdıqca auditoriyada olduğunu unudurdu… Sonra ərəb şairlərinin şeirlərindən nümunələr oxudu. Üçüncü saatı da fars ədəbiyyatına ayırdı. Dərslərini dedi, yorğunluq bilmədi. Tələbələr müəllimin dediklərinin çoxunu anlamadılar, amma heç kimdən səs çıxmadı. Şərq şeirni ahəngi, musiqisi, gözəlliyi onları valeh etmişdi. Onlar indi bilirdilər ki, Şərq dilləri nədir.
Dərslər, mühazirələr, proqramlar… yeni dərslər, yeni axtarışlar… yeni tapıntılar…
Yox, Kazımbəy narazıdır, çox narazıdır.
Özündən narazıdır. Rus dilini bilməməyi onu çox sıxır, öz-özünə sual verir: “Erdmanla mənim aramda nə fərq var ki?”
Dili öyrənməkçün yollar axtarır, müəllim axtarırdı. İlk rus dili müəllimi o özü olmalıdır…
78
Yoxsa kəndli qızına həsr olunmuş “Bədbəxt Liza” povesti ona çox təsir etmişdi. Rus dilini öyrənməkdə Karamzinin “Rus səyyahının məktubları” əsəri çox kömək edirdi, ədəbi rus dili və
danışıq dili məsələlərini bu əsərin köməyi ilə
özünə aydınlaşdırırdı. Kazımbəyin ayrıca bir dəftəri də Karamzinin şeirləri üçün ayrılmışdı.
Sonra yazdıqlarını öz-özünə bərkdən oxuyur, əzbərləyir, şeirin sözlüyünü düzəldirdi. Karam-zindən Puşkinə keçir, “Baxçasaray fontanı”nı köçürür, bir də oxuyur, bəzi yerlərini əzbərləməyə
cəhd göstərirdi.
Rus dilini öyrənməkdə Kazımbəyə Aleksandra Andreyevna da kömək edirdi. Aleksan-dranın evi Kazan şəhərinin mədəni həyatının mərkəzinə çevrilmişdi. Şəhərin ən görkəmli adamları bura yığışır, mübahisələr edir, yeni əsərlərin müzakirəsini keçirir, yeni şeirləri oxuyurdular. Aleksandra Andereyevna ‒ Gülnar bu məclisin gözü idi. O, öz şeirlərini oxumağı daha çox sevirdi. Bu ədəbi gecələrə Kazımbəyi də
çağırıb ondan ərəb, fars, türk şairlərinin şeirlərini oxumağı xahiş edirdilər. Onun şərqlilərə məxsus geyimi, vüqarı, şeir oxumaq tərzi, ahəngi hamının nəzərini özünə cəlb edirdi. Onlar, əlbəttə, 79
şeirləin mənasını başa düşmürdülər, amma Şərq şeirinin nəbzini tutur, onun ritminə, axıcılığına qulaq asır, insan zəkasının qüdrəti qarşısında hörmətlə baş əyirdilər…
Sabahısı yenə də mühazirələr, mühazirələr…
Bugünkü mühazirə isə əfsanələrə həsr olunub…
Şərq əfsanəsinə, onun müdrikliyinə, həyatiliyinə, şeiriyyətinə. “Əfsanəsiz xalq yoxdur. Köçərilərdə
şifahi hekayələr nəsildən-nəsilə keçir, onlar üçün bu əfsanə və əsatirlər mövhumatdır, mədəni xalqlar üçün isə təxəyyülü qanadlandıran ən gözəl qidadır, xalqın mədəni sərvətidir, onların ədəbiyyatı və tarixidir…”
Kazımbəy deyir, dedikcə misallar gətirir, əfsanələrdən nümunələr oxuyurdu. Rus dilində
öyrəndiyi ayrı-ayrı sözləri, cümlələri işlədirdi.
Dinləyicilər müəllimin rus dilini belə tez qav-ramasına təəccüb edirdilər… Müəllim isə davam edirdi: “…Nağıl və hekayələr çoxdan baş vermiş
hadisələrin əks-sədasıdır. Onlar bizə tarixi məlumatlar verir, müxtəlif məsələləri şərh edir.
Tarix tez-tez bu şifahi xalq ədəbiyyatı nümu-nələrindən bəşəriyyət həyatının müxtəlif dövr-lərindəki sirli tapmacaları aşkara çıxarmaq üçün 80
bir açar kimi istifadə edir, ədəbiyyat isə bu zəngin xəzinənin daş-qaşları ilə özünü bəzəyir…”
Tələbələr onu acgözlüklə dinləyirdi. Müəllimin səsində elə sehrli bir qüdrət vardı ki, heç kəs bu sehrdən qopa bilmirdi.
…Tələbələr həmişə onun mühazirələrini səbir-sizliklə gözləyirdi. Hər dəfə mühazirələr qurtaranda, tələbələr ondan ayrıla bilmirdi. Kazımbəy sualların içində itib-batsa da, onun cavabları sübhün şəfəqləri kimi cazibədar olurdu və bu cavablar tələbələr üçün sevinc yağışına çev-rilirdi…
Mirzə Kazımbəy hər bir mühazirəyə imtahana gedən kimi həyəcanlı gedərdi. Kazımbəy Firdovsi haqqındakı mühazirəni rus dilində oxu-yaraq, universitetdə bir fırtına qoparmışdı ki, gəl görəsən: “Firdovsi. O, ecazkar poeziya aləminin peyğəmbəridir, göylərin dühasıdır. Ulu ba-baların şan və şərəf dolu qəhrəmanlıq səhifələri tarixin qaranlıqlarında batıb getdiyi bir zamanda bu dahi dünyaya gələrək, göylərdən aldığı ilha-mın odu ilə sözü şəfəqlərə boyamış, ona ölməzlik çələngi bəxş edərək ədəbi şöhrət taxtına çıxar-mışdır…”
81
Mühazirələr bitər-bitməz Kazımbəyevə can atırdı. Gecələr səhərə kimi Karamzin, Puşkin, Jukovski… Dahilər dünyası ilə baş-başa qalardı.
Artıq Kazımbəy rus dilində oxuduğu mü-hazirələrdə şeirləri də rus dilinə tərcümə etməyə
cəhd göstərirdi. Böyük Sədinin “Gülüstan”ından etdiyi tərcümələri oxudu. Azərbaycan ədəbiyyatının nəhəngləri Nizami, Xaqani, Füzuli Kazımbəyin mühazirələrində elə qüdrət və möcüzə
ilə səslənirdi ki, bütün universitet heyrətə düşürdü.
“Nizami fars dilində yaranan ədəbiyyatın sütunudur… Öz böyük ləyaqətinə görə Şərq ədəbiyyatının birinci şairlərindəndir… O, qeyri-adi istedadı və qabiliyyəti ilə şairlər arasında öncül mövqe tuturdu… Nizami zəngin yaradıcılıq irsinə malikdir, onun üslubu və zövqü Şərq şairləri üçün nümunə hesab olunur…” Sonra Xaqani, o “Şairlər sultanı”… Daha sonra Füzuli…” Kazımbəy Füzulidən iki nümunə oxuyur: “Namaz əhlinə yuma…”, sonra “Şəbi-hicran yanar canım…”
Tələbəsi İlya Verezinə tapşırmışdı ki, əsərin bu yerini rus dilinə tərcümə etsin…
82
Mühazirələrdən sonra universitetin kitabxanasında əlyazmaları araşdırır, onları seçir, su-rətlərini köçürür, rus dilinə tərcümələrlə məşğul olurdu.
Bir azdan ilk növbədə Sədinin “Gülüstan”ını tərcümə edəcək, sonra Krım xanlarının tarixinə
həsr olunmuş “Yeddi səyyar”ı rus oxucularına çatdıracaqdı…
Həmvətənləri qarşısında özünü borclu hesab edən Kazımbəy işləməkdən hədsiz zövq duyur, özünü vətənin şan və şərəfini qoruyan yeganə bir döyüşçü kimi aparırdı. O, sübut etmək istəyirdi ki, vətənin dərdləri onun dərdləridir, yurdun səadəti onun bəxtiyarlığıdır.
Bəs onun şəxsi həyatı? Bir neçə il sonra Kazımbəy məktublarının birində Kazanda keçirdiyi ilk vaxtlar haqqında belə yazmışdı: “Universitetdə işə girəndən boş vaxtımı zəruri elm sahələrini öyrənməyə sərf etdim… Tanışlarım az idi. Nə kübar cəmiyyətinə, nə də onun tələblərinə bələd idim. Təhsil mənim yeganə məş-ğuliyyətim idi. Ancaq cavan olduğumdan tezliklə rusca danışmağı öyrəndim və yavaş-yavaş
tanışlarım artmağa başladı. Kübar cəmiyyəti mə-nə güclü təsir göstərdi və mən tədricən, hiss 83
olunmadan dəyişməyə başladım. Kazan camaatının mehribanlığı qeyri-adi qonaqpərvərliyi, hörməti məni qarşılıqlı diqqət və hörmət göstərməyə borclu edirdi. Belə ki, hətta bazar günləri də qonaq gedirdim, halbuki əvvəllər bu günləri mən yalnız Allaha ibadətlə keçirirdim və evdən bayıra bir addım da atmazdım. Hələ ha-rasıdır: mən rəqs etməyi, kart oynamağı və özümə qulluq etməyi də öyrəndim, halbuki əvvəllər bunu günah sayırdım…”
Qaynar Kazan Kazımbəyi öz qucağına almışdı.
84
Fuksu Lobaçevski əvəz edir
1827-ci il iyul ayının 30-u idi. Universitetə ildırım sürəti ilə bir xəbər yayıldı və bu xəbər bə-zilərinə göy gurultusu kimi vahiməli göründü.
Keçirilmiş seçkilərdə riyaziyyatçı Lobaçevski çox səs almış və Fuks zəfərlərə inamını itirmiş bir sərkərdə kimi rektorluq kürsüsünü məyusluqla tərk edir… Gənc bir elm tanrısı kimi parlayan Lobaçevski bu böyük elm məbədini arxasınca aparacaq.
Kazımbəy Lobaçevskini tanımırdı, onunla yaxınlığı da yox idi. Doktor Fuks çox nəcib və
alicənab adam idi, Kazımbəyi fəlakət girda-bından çıxaran da o olmuşdur. O, taleyini rus elmi ilə bağlayıb, ona xidmət etməyi özünə yol seçib. Təkcə Kazımbəyə deyil, ehtiyacı olanlara əl uzadıb. Rusiya onunçün ikinci vətən olub. O, bir həkim kimi Kazanda şan-şöhrət sahibi olub və
xəstələri pulsuz müalicə edirdi. Ehtiyac içində
boğulanların dərman pullarını da özü verirdi.
Lakin həyat və elm ildırım sürətilə inkişaf-dadır. Həyatın sərt qanunları qarşısında, həyat burulğanları girdabında nəciblik və mərhəmət 85
bir göz qırpımında başlayıb tez də kəsən bahar yağışı kimi gücsüzdür. Rektorluq vəzifəsinə böyük zəka sahibi və qüdrətli təşkilatçılıq qabiliyyəti olan dəmir iradəli bir adam lazım idi.
Zaman bunu tələb edirdi və zamanın tələblərinə
xor baxmaq olmazdı. Lobaçevski belə bir şəraitdə
həyatın amansız dalğaları qoynunda bu elm məbədinə yüksələ bildi. Otuz dörd yaşı yenicə tamam olan bu alim nəhəng bir elmi müəssisəni idarə etməkdə şübhə doğursa da, bu şübhələr çox uzun sürmədi.
Yeni rektorun irəli sürdüyü ilk mühüm məsələ universitetdə tərbiyə və təhsil sistemi oldu.
Çox böyük, bu vaxta kimi çox mürəkkəb bir problemi həll etmək lazım idi: hansı tərbiyə sistemini rəhbər tutmaq lazımdır? Fransız, yoxsa alman sistemini? Bəs rusların öz tərbiyə yolu və
üsulları, bəs Lomonosovun yaratdığı, qoyub getdiyi irs?
1828-ci il iyulun 5-də yeni rektorun universitetin təntənəli iclasında etdiyi məruzə bütün şübhələrə son qoydu. Lobaçevskinin məruzəsi gələcək üçün böyük bir proqram idi.
Nikolay İvanoviç Lobaçevski Mirzə Kazımbəylə çox tez dostlaşdı. İlk vaxtlardan Kazımbəy 86
Nikolay İvanoviçin simasında müdrik, uzaqgörən bir alim, elmin və ali təhsilin təş-kilatçısını görmüşdü. O, elmi geri çəkən, elmdə yalnız öz xeyrini güdən adamların düşməni idi. Ümid-verici gəncləri irəli çəkir, laboratoriyalar, yeni kafedralar təşkil edirdi… Bəzən səhvlər də edirdi, amma seçdiyi yolundan dönmürdü. Bir dəfə Kazımbəyə də demişdi: “İnsan səhv edər, yalnız dəlilər dediklərindən dönmürlər.”
Kazımbəyin məsləhət və təkliflərini qəbul edər, “çox vaxt əsgərlər sərkərdələrdən ağıllı olurlar” ‒ deyə Kazımbəyi təqdir edərdi.
Tezliklə Kazımbəy Lobaçevskilər ailəsinin ən sevimli qonağı oldu.
Lobaçevskinin
üçmərtəbəli
evi
Kazanın
Bolşaya Prolomnaya küçəsində yerləşirdi. Nikolay İvanoviç də çox gec evlənmişdi. Arvadı Varvara ilə onun arasında iyirmi yaş fərq vardı.
Varvara Alekseyevna Nikolay İvanoviçlə yaşadığı müddətdə on beş uşaq doğmuşdu. Nikolay İvanoviç zarafat edib deyirdi ki, Varvara anadangəlmə hamilədir.
Bolşaya Prolomnayadakı üçmərtəbəli evin bütün otaqlarında səhərə kimi qumar oy-nayırdılar.
Varya qumardan ayrıla bilmirdi… Bu-nunla belə
87
həddindən artıq qısqanc olan bu gənc qadın Nikolay İvanoviçə göz verib işıq vermirdi. Üçmərtəbəli evdə kef məclislərinin səsindən otur-maq olmurdu.
Bəs Nikolay İvanoviç?
O, üçmərtəbəli evin üst mərətəbəsindəki iş
otağına çəkilər, ardı-arası kəsilədən aludə olduğu trubkasını tüstülədərdi. Yeni düsturlar üzərində işləyir, paralel xətlər nəzəriyyəsinə yeni yollar axtarırdı. Aşağıda isə kef məclislərindən, sərxoş qəhqəhələrdən qulaq tutulurdu. Həyatın əcaib qanunları bu böyük alimin başında ildırımlar çaxdırıb, fırtınalar qopdursa da, onu elmin yüksək zirvələrindən endirə bilmədi. Bu yüksək zirvələrdə onun həmdəmi və sirdaşı Mirzə Kazımbəy idi. Aralarında on yaş fərq olsa da, düşüncə tərzləri bir idi və elmin kəşməkəşli yollarında günəşə uzanan budaqlar kimi bir-birlərinə can atırdılar. Bəzən elmin qaranlıq ma-ğaralarından və yüksək zirvələrindən ayrılaraq, iki böyük zəka sahibi müdrik əyləncələrə dalır, Kazımbəy dincəlmək üçün nərdin hikmətini Lobaçevskiyə anladır, onu öyrədirdi. Sonralar Nikolay İvanoviç deyərdi ki, ehtimal nəzəriyyəsi nərd icad olunandan sonra meydana gəlib.
88
Lobaçevski də şahmat oyunundan alınan zövqün həyatın çox nadir bir nəşəsi olduğunu Kazımbəyə aşılamış, bu şahlar və hökmdarlar oyununun insan təbiətində yaratdığı inam və
qüdrətin fəlsəfəsini açmışdı.
Bir gün yenə dostlar “göyün yeddinci qatına”
çəkilmişdilər. Ciddi elmi çalışmalardan sonra, Lobaçevski şahmat oyununda bir piyadanı və
topu qurban verəndən sonra Kazımbəyi təhlükəli vəziyyətdə qoyub dedi:
‒ Mirzə, bu gün Azərbaycan dilini təkrar edirik, xatirindən çıxmayıb?
‒ Yox, Nikolay İvanoviç, niyə yadımdan çıxır ki, necə danışmışdıq ‒ siz sualı Azərbaycan dilində verirsiz, mən də sizə fransız dilində ca-vab verirəm, ‒ deyə Kazımbəy təhlükəli vəziy-yəti dəf etdi.
Bu yolla Nikolay İvanoviç Azərbaycan dilini, Mirzə isə fransız dilini əməlli-başlı öyrənmiş-dilər.
Nikolay İvanoviç Mirzədən xahiş edirdi ki,
“Şahnamə”dən bir parça oxusun, Mirzə oxuyurdu. Nikolay İvanoviç fars dilini bilmirdi, ancaq dinlədikcə fikrə gedir, dilin, şeirin ahəngi onu valeh edirdi. Sonra Kazımbəy “Şəbi-hicran”ı 89
oxudu, elə bir ahənglə, elə bir ürək yanğısıyla oxudu ki, Nikolay İvanoviç həyəcana gəldi.
‒ Bu ki, şeir deyil, Mirzə… Dərddi, iztirabdır.
Bu bir insanın deyil, bütün bəşəriyyətin ağrı-larıdır. Bu elə bir qüdrətli fəryaddır ki, ölüləri ayağa qaldıra bilər, ‒ dedi.
‒ Doğru deyirsən, Nikolay İvanoviç. Füzuli dühasının böyüklüyü də bundadır.
Nikolay İvanoviç:
‒ Bircə Füzulini oxumaq üçün Azərbaycan dilini öyrənməyə dəyər.
Lobaçevski gözlərini qıyaraq, harasa uzaqlara, lap dərinlərə daldı:
‒ Amma bu cür şeirlərin qüdrəti böyük bir dühanın nadir istedadı deyil, bu, dilinizin böyüklüyünün, əzəmətinin və gözəlliyinin təcəssümüdür. Füzulinin bu qədər böyük olmasının sirri dilin qüdrətindədir.
Kazımbəyin gözləri dolmuşdu:
‒ Görünür, ona görə mən illər boyu Füzulinin sehrindən qopa bilmirəm. Amma Füzuli dühasının xətası da elə bundadır. Füzuli elə bir cazibə qüvvəsi idi ki, iki yüz il Azərbaycan ədəbiyyatı bu cazibə altında qalmış, heç bir şair onun cazibəsindən qurtula bilməmişdi. Bu təh-90
lükəli vəziyyətdən çıxmaq üçün yeni, bambaşqa bir düha lazım idi. Allaha çox şükür ki, Molla Pənah Vaqif və aşıq şeirinin dahiləri meydana gəlmiş, Azərbaycan şeirini Füzulinin qanadları altından çıxarmış, ədəbiyyata yeni bir istiqamət ver-mişlər.
Lobaçevski:
‒ Azərbaycan şeirinin məlahəti, bir də mu-siqiyə bağlılığı ilə izah edilir.
Kazımbəy:
‒ Musiqi dedin, mən sənə bir şeydə borclu qalmışam, söz vermişdim ki, bir kamançaçalan tapıb gətirəcəyəm… Yəqin ki, kaman görməmisən, onun səsini eşitməmisən… Kazana ticarətə
gələnlər arasında kaman çalanlar olur, xahiş etmişəm, mənə xəbər versinlər… Mənim də çal-mağa çox həvəsim olub, atam icazəverməyib…
Deyirdi ki, kaman çalmaq günahdır… Əfsus…
Kaman böyük bir aləmdir… O, adam kimi dil açıb danışır… Onun telləri, pərdələri üzərindəki ustad barmaqlarının sərbəst gəzintiləri gah naz-qəmzəli, gah qəmgin, gah da oynaq ahəng yaradır, düşündürür, ağladır, güldürür… Hicaz, Segah, Çahargah, Humayun, Rast, Şüştər, Şah-naz, Heyratı, Mənsuriyyə, Mahur-Hindi, Bayatı-91
Şiraz… Hansını deyim, hamısı bir-birindən gözəl, zərif, nəcib… Atam özü də musiqini çox sevərdi, onun bütün incəliklərini bilirdi, hər xanəndəni, hər ifaçını bəyənməzdi. Ən çox sevdiyi muğam isə Bayatı-Şiraz idi…
Biz Dərbənddə yaşayanda, atam mənə qəribə
bir əhvalat danışmışdı:
‒ Min yeddi yüzüncü illərin əvvəlində Almaniyadan gəlmiş İohann adlı bir alman taciri Qubada, Dərbənddə, Şirvanda xalça ticarəti ilə
məşğul olurmuş. O, kəndbəkənd gəzir, seçib ayırdığı xalçaları alıb karvanla Almaniyaya gön-dərirmiş. Nəql edirdilər ki, o, yerli adamlara o qədər alışmış, onları o qədər sevibmiş ki, az-çox Azərbaycan dilində də danışır, öz fikirlərini başa sala bilirmiş. Qubada olanda Əbdüləzimbəyin, Şamaxıda olanda Mahmud ağanın evində qalır-mış. Hər iki bəy musiqi həvəskarı imiş, öz musiqi məclislərinə İohannı da dəvət edirlərmiş. Azərbaycan musiqisi onu o qədər valeh etmişdi ki, məclislər gec-gec yığışanda darıxır, bəyləri tələs-dirirmiş.
Qubada musiqi məclisində Gəray adlı yetim bir oğlan tütək çalarmış. Onun “Bayatı-Şiraz”ının səsinə, deyirlər, quşlar da yığışarmış.
92
Bir gün İohann Gəraya təklif edir ki, onunla bərabər Almaniyaya getsin, gəzib baxsın, xoşuna gəlsə orada qalsın, xoşuna gəlməsə, geri qayıtsın.
Gəray bu təklifi uzun müddət Əbdüləzimbəyə
deməyə cürət etməmişdi. Gəraydan cavab ala bilməyən İohann, nəhayət, özü bu fikri Əbdüləzimbəyə demişdi. Əbdüləzimbəy fikrə getmişdi ‒ uşaq gedər, başına bir iş gələr, sonra camaat deyər ki, Əbdüləzimbəy yetimin başını yedi. Həm də axı Quba mahalında bir toy, bir büsat Gəraysız keçmirdi.
Nəhayət, İohann Gərayın icazəsini alıb öz kar-vanıyla bərabər Almaniyaya yola düşdü. Günlər, həftələr ötdü, yaz keçdi, yay gəldi, Gəraydan xəbər çıxmadı. Gəray isə Almaniyada İohann ilə
şəhərbəşəhər gəzir, öz tütəyi ilə almanları heyrətə salırdı.
Bir gün məclis qurtarandan sonra İohann Gə-rayla məşhur bir bəstəkarın evinə qonaq get-mişdilər. Gəray tütək çaldıqca bəstəkar nə isə
yazırmış. “Bayatı-Şiraz”ı üç dəfə çaldırıb, özü isə
yazmağında davam edirmiş. İohann sonra Gəraya demişdi ki, bəstəkar onun “Bayatı-Şiraz”ını yazır.
93
Gəray İohannla birlikdə Qubaya bir ildən sonra, baharda qayıtdı. Yenə də toy-büsat Gəraysız olmadı.
İohann danışırmış ki, indi Almaniyada da bir məclis “Bayatı-Şiraz”sız keçmir, onu hər yerdə
çalırlar ‒ toyda da, yasda da. Deyirmiş ki, hətta Almaniya kralının məclislərinin də heç biri “Bayatı-Şiraz”sız olmur.
…Nikolay İvaonviç paralel xətlər nəzə-riyyəsini bitirir. Uzun-uzadı ayların, yuxusuz gecələrin, dözülməz əzabların nəticəsi ‒ “Qeyri-Evklid həndəsə” əsəri yaranır… Əsəri rəy üçün Rusiya Elmlər Akademiyasına göndərirlər…
Aylar keçir, cavab verən yoxdur. Əsər məşhur riyaziyyatçı Ostroqradskiyə veril-mişdir. O, sadəcə riyaziyyatçı deyil, çox məşhur alimdir, ordinar akademikdir, dühadır. Həm Rusiyada, həm də xaricdə riyazi məktəbin ba-nisidir.
Amerika, Turin, Roma, Paris akademiyalarının üzvüdür. Ostroqardski kin və küdurət vulkanına dönüb. Ağzı köpüklənə-köpüklənə ‒ “Kazan universitetini kimə tapşı-rıblar?” ‒ deyə bağırır…
Rusiya Elmlər Akademiyası coşğun bir dəniz kimi dalğalanır. Elmlər Akademiyasında fırtına qoparan bu Lobaçevski kimdir? Kim bu naşını 94
elm məbədinə başçı təyin edib? Onu ifşa etmək lazımdır. O, rus gənclərinin düşmənidir, gənc-lərimizi bədbəxt edəcək. “Sın oteçestva” və
“Severnıy Arxiv” jurnalları Lobaçevskini tənqid atəşinə tuturlar. Gənc alimi qəzəb, nifrət dalğaları altında məhv etmək istəyirlər…
“Lobaçevski
qaraya
ağ
deyir,
dairəyə
dördbucaq… Bu axmaq əfsanələr kimə lazımdır…
Bu, həndəsəyə satiradır, həcvdir, parodiyadır”.
Kin dolu bu cür məqalələrin ardı-arası kəsilmir.
Bu dalğalar imperator həzrətlərinə qədər yüksəlir… Bu qəzəb və nifrət dəryasında, bu qara ehtiraslar tufanında Lobaçevskinin arxasında duran yalnız Mirzə Kazımbəydir.
Peterburqda Elmlər Akademiyasında fırtına qopan bir vaxtda Kazanda üçmərtəbəli binanın balaca bir otağında qəm və kədərdən qıvrılan Lobaçevskinin dərdinə yanan gənc, müdrik dostu Kazımbəydir.
“Əziz dostum, siz bu kəşfinizlə elə yüksəklərə
qalxmısız ki, sizə kin və nifrət harayları çata bilməz. Qəzəb ildırımları sizin qanadlarınızı qıra bilməz. Dünyanın bütün dahiləri bu iztirab yol-larından keçmişdir. Dünyada bütün gözə-gö-rünməyən kəşflər belə qarşılanıb. Siz ki, yaxşı 95
bilirsiniz, Yer kürəsinin Günəş ətrafında fırlan-masına bu günə kimi alimlərin çoxu inanmır.”
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?