Текст книги "Qeyd dəftərçələri. Məktubları"
Автор книги: Антон Чехов
Жанр: Публицистика: прочее, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 5 страниц)
M. P. Çexovaya
16 iyun 1904, Badenveyler
16 iyun 1904
Əzizim Maşa, bu gün səndən ilk məktub – açıqca aldım, çox sağ ol. Mən almanların arasında yaşayıram, otağıma da, rejimə də alışmışam, amma alman sakitliyinə və təmkininə heç cür alışa bilmirəm. Əzizim, otaqda və ətrafda sakitlikdən qulaq batır, təkcə səhər saat 7-də və günorta bağda musiqi çalınır, çox axmaq musiqidir, lap adamın zəhləsini tökür. Heç nədə, heç kimdə zərrə qədər də olsun istedaddan, zövqdən əsər-əlamət yoxdur, amma intizama və düzlüyə söz ola bilməz. Bizim rus həyatımız daha məzmunludur, italyan və fransız həyatından danışmağa dəyməz. Səhhətim düzəlir. Gəzəndə xəstə olduğumu hiss etmirəm, elə-belə dolanıram özüm üçün. Tövşüməyim azalıb, heç yerim ağrımır, xəstəlikdən sonra möhkəm arıqlamışam; ayaqlarım lap incəlib, əvvəllər heç belə olmamışdı. Alman həkimləri həyatımı tamam alt-üst ediblər. Səhər saat 7-də yataqda çay içirəm, bilmirəm nə üçünsə məhz yataqda içirəm. Səkkizin yarısında massajçıya bənzər bir alman gəlir və bədənimi başdan-ayağa yaş dəsmalla sürtür, deyəsən, bu, pis deyil. Sonra mən bir qədər uzanmalı, saat səkkizdə durmalı, palıd qozasından hazırlanmış kakao içməli və çoxlu yağ yeməliyəm. Saat 12-də narın yulaf yarması yeyirəm. Bu, bizim rus yarmasına oxşamır, çax dadlı və ətirlidir. Təmiz, günəşli havada gəzirəm, qəzetləri oxuyuram. Saat 1-də nahar edirəm, həm də bütün xörəklərdən deyil, alman həkimlərinin məsləhət gördüyü və Olqanın mənim üçün seçdiyi xörəklərdən yeyirəm. Saat 4-də yenidən kakao içirəm. Saat 7-də şam edirəm. Yatağa uzanmazdan əvvəl rahat yatmaq üçün bir fincan çiyələk çayı içirəm. Bütün bunlarda çox şarlatanlıq var, əslində yaxşı, faydalı şeylər də az deyil, məsələn, yulaf yarması. Bu yulaf dənindən özümlə gətirəcəyəm.
Olqa dişlərini müalicə etdirmək üçün İsveçrəyə, Bazelə getmişdir. Axşam saat 5-də evdə olacaqdır. Yamanca İtaliyaya getmək həvəsinə düşmüşəm. Çox şadam ki, Vanya bizdədir. Mənim əvəzimdən ona təzim et, anama da təzim et. Qadın gimnaziyasında nə var, nə yox? Varvara Konstantinovna getmir ki? Borodulin sağdırmı? Ünvanımı Sofya Pavlovnaya çatdır, qoy Borodulin barədə mənə məktub yazsın.
Çox şadam ki, sizdə hər şey öz qaydasındadır. Güman ki, hələ üç həftə burada qalacağam. Buradan dəniz yolu ilə qısa müddətə İtaliyaya, sonra Yaltaya gedəcəyəm.
Tez-tez məktub yaz. Vanyaya da de ki, yazsın. Sağ olun. Səni öpürəm.
Sənin A.
Ünvanım: Almaniya, Badenweiler, Herrn Anton Tschehow
Başqa bir şey lazım deyil.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.