Электронная библиотека » Борис Виан » » онлайн чтение - страница 2


  • Текст добавлен: 19 декабря 2022, 09:01


Автор книги: Борис Виан


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 8 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

III

Sentyabra qədər bu cür davam etdi. Bu yeniyetmələrin dəstəsinə daha beş-altı oğlan və qız qoşuldu: gitarasını götürdüyümüz, yöndəmsiz və daim ətir qoxuyan Bi-Ci, Cikidən daha iri olan sarışın Syuzi Enn, başqa bir xurmayısaçlı, səhərdən axşama kimi rəqs edən yaraşıqsız qız. Oğlanlar elə axmaqdırlar ki, bundan betərini təsəvvür də edə bilməzsiniz. Artıq şəhərətrafına birgə səfər kimi səfehlikdən əl çəkmişdim – əks halda tezliklə buradan çıxıb getməli olardım. Biz çayın kənarında görüşürdük, viski və cinin mənbəyi isə sirrin etibarlı qarantı idi.

Növbə ilə bu yeknəsəq qızların hamısı ilə oldum. Artıq bezməyə başlamışdım. Onlar bu işlə elə-belə məşğul olurdular, sanki sağlamlıq üçün dişlərini təmizləyirdilər. Sırtıq, acgöz, səs-küylü və şəhvətli meymun sürüsü. Eybi yox, bu məni hələlik qane edirdi.

Bəzən gitarada çalır və başa düşürdüm ki, bunun özü belə həmin burnu fırtıqlıları yerində otuzdurmaq üçün kifayətdir. Onlar isə, öz növbəsində, mənə citterbaq və jayv öyrədirdilər, iş o yerə çatdı ki, axırda onlardan daha yaxşı rəqs etməyə başladım: bu mənim üçün heç də çətin deyildi.

Ancaq tezliklə yenidən Körpə ilə bağlı xatirələr güc gəldi və gecələr pis yatmağa başladım. Bu müddət ərzində Tomla cəmi iki dəfə görüşdüm. O özünü möhkəm tuturdu, odur ki həmin hadisədən bircə dəfə də söz açmadıq. Həmkarları da məktəbdə onu rahat buraxmışdılar, mənimlə qarşılaşmağa isə, sadəcə, imkanları olmamışdı. Atası Enn Moranı bizim dairədəki universitetə yollamışdı, qardaşı isə atası ilə qalırdı. Tom məndən işim haqqında soruşdu, lovğalanaraq bank hesabımdakı məbləğin 120 dollara çatdığını söylədim. Doğrudan da, alkoqolu çıxmaq şərtilə hər şeydə qənaət edirdim, satış isə pis getmirdi, üstəlik, yayın sonunda məvacibimin artırılacağını gözləyirdim. Tom mənə dini vəzifələrə barmaqarası yanaşmamağı məsləhət gördü. O, Tanrıya inanırdı. Mən isə çoxdan Tanrıdan uzaqlaşmışdım, ancaq özümü elə aparırdım ki, bu başqalarının diqqətini çəkməsin. Hər halda, nə vaxtsa Hansenin mənə tövsiyə etdiyi kimi bazar günləri kilsəyə yollanırdım, baxmayaraq ki Tanrıya inanmaqla sağlam ağılı qoruyub saxlamağın qeyri-mümkün olduğuna əmin idim, sağlam ağıl isə mənə heç vaxt olmadığı qədər gərəklidir.

Kilsədən sonra yenə çaya gedirdim. Orada daha utancaqlıq hissi keçirmədən qızları, adətən, bir-birimizə ötürürdük – lap yaz dövründə cütləşən üfunətli meymun dəstəsi kimi.

Və budur, yay bitdi, yağışlar başladı. Mən Rikardoya tez-tez baş çəkirdim. Bəzən aptekdə yerli qızlarla parketin üstündə atılıb-düşürdük və sonunda onların jarqonunda özlərindən də yaxşı danışmağı öyrəndim.

Yay istirahətindən sonra imkanlı adamlar Baktona qayıtmağa başladılar. Bura Floridadan, Santa Monikadan, digər dəbdəbəli yerlərdən gəlir, bütün yayı çayın sahilində keçirən bizlərdən heç də çox qaralmır və geri dönürdülər. Bu adamlar mağazama baş çəkir, tədricən mağazanı görüşlər üçün kluba çevirirdilər.

Onların heç biri mənimlə tanış deyildi, buna vaxtım olacaqdı və mən tələsmirdim.

IV

Elə həmin vaxtlarda Dekster peyda oldu. Hələ onun gəlişindən əvvəl barəsindəki söhbətlər qulaqlarımı əməllicə dəng eləmişdi. Dekster şəhərin ən yaxşı rayonundakı ən zəngin evlərin birində yaşayırdı. Onun valideynləri Nyu-Yorkda, özü isə ağciyərləri zəif olduğundan burada qalırdı. Deksterin ata-anası əslən Baktondan idilər, buranın yerli universiteti isə heç də digərlərindən az məşhur deyildi. Söhbətlərdən artıq bilirdim ki, Deksterin maşını hansı markadır (o, «Packard» sürürdü), hansı qolf kluba üzvdür, hansı bara və kabareyə gedir – sanki bu adamla ömrümün yarısını birlikdə keçirmişdik.

Dekster mağazaya daxil olanda dərhal bildim ki, bu odur. Gözlədiyim kimi, o, çirkin, adamaoxşamazın biri idi – arıq və hindu kimi qarabuğdayı. Tez-tez sağa-sola qaçan qara gözləri, yüngülcə sarmaşıq saçları və böyük əyri burnunun altında nazik dodaqları vardı. Ən eybəcər görünən isə əlləri idi – bu əllər sanki hansısa xəstəlik səbəbindən uzununa yox, eninə böyüyən və qısa tutulmuş dırnaqları olan nəhəng pəncəyə bənzəyirdi.

Hamı qızarmış qaraciyər tikəsi kimi Deksterin ətrafında fırlanırdı. Mən «spirt təchizatçısı» kimi məşhurluğumun bir hissəsini itirmişdim. Ancaq gitaram qalırdı və ehtiyatda heç kimin haqqında heç bir təsəvvürü olmayan bir neçə rəqs musiqisi saxlamışdım. Ümumən, tələsməyə səbəb yox idi. Mən daha dadlı tikəni gözləyirdim və onu Deksterin sayəsində əldə etmək niyyətindəydim.

Körpə mənə rahat yatmağa imkan vermirdi.

Deyəsən, mən Deksterin xoşuna gəlirdim. Əslində isə o mənə nifrət etməliydi – əzələlərimə, boyuma, gitarada yaxşı ifa etdiyimə görə. Ancaq tərsinə oldu. Bunlar onu cəlb etdi: mən onun məhrum olduqlarına malik idim. Onun isə pulu vardı. Biz bir-birimiz üçün yaranmışdıq.

Daha sonra elə görünür ki, o lap əvvəldən hansı yuvanın quşu olduğumu və nə istədiyimi anlamışdı (bəlkə də, yox, onun kəm ağlı bu qədər uzağa gedə bilməzdi), ancaq mənim köməkliyimlə bir neçə güclü orgiya təşkil etməyin mümkünlüyünü əla anlamışdı. Və bu mənada o məni seçməkdə yanılmamışdı.

Şəhərcik yavaş-yavaş adamlarla dolurdu. Hətta artıq təbiət elmlərindən bəhs edən kitablar da satılırdı: geologiya, fizika və sair dəyərsiz şeylər. Mənim əhatəm özlərinin bütün dostlarını mağazaya yönləndirirdi. Qızlar lap dəhşətli idilər. Artıq on dörd yaşlarında onlara mütləq kimlərsə tərəfindən əllənməkləri lazım idi, ancaq bunun üçün bəhanə axtarıb-tapmağı mənim öhdəmə buraxırdılar. Yeri gəlmişkən, çox asan məşğuliyyətdir. Qızlar tətil müddətində möhkəmlənmiş əzələlərinə əllə toxunmağı təklif edirdilər, sonra isə söhbət daha aşağılara doğru enirdi. Bir sözlə, onlar üçün heç bir sərhəd yox idi. Onlar günün istənilən vaxtında qızmış keçi kimi gəlirdilər. Təsəvvür edirəm, müəllimlərin işi necə çətindir!

Nəhayət, məşğələlər başlayanda sakitlik yarandı. İndi onlar yalnız nahardan sonra təşrif buyururdular. Ancaq ən dəhşətlisi o idi ki, məni oğlanlar qızlardan az xoşlamırdı. Artıq kişiləşmiş bir neçəsini çıxmaqla hamısı mənim onlara toxunmağımı sevirdilər. Üstəlik, bu gənclərin daim rəqs etmələri mənim ürəyimdəndir.

Zahiri görkəmimlə bağlı xüsusi narahatlıq keçirmirdim. Düşünmürəm ki, o kimdəsə mənimlə bağlı xoşagəlməz şübhələr yarada bilərdi. Ancaq bir dəfə Dekster məni ciddi şəkildə qorxutdu. Məsələ bu cür oldu: biz növbəti dəfə çay kənarına getmişdik. Mən çılpaq halda qızlardan biri ilə zarafatlaşır, onu kukla kimi havaya atıb-tuturdum. Dekster isə məndən arxada qarnı üstə uzanıb müşahidə edirdi. O elə iyrənc görünürdü: kürəyində punksiya yeri gözə dəyən (iki dəfə plevrit olmuşdu) taqətsiz eybəcər. Dekster mənə qaşqabaqla baxıb dedi:

– Li, sənin qəribə görünüşün var: çiyinlərin zənci boksçulardakı kimi mailidir.

Mən qızı əlimdən yerə saldım, öncə ehtiyatlandım, sonra isə zənci üslubunda nəsə zümzümə edərək rəqsə başladım. Hamı gülürdü, ancaq Dekster gülmürdü və məni süzməkdə davam edirdi. Pərtlikdən özümdə deyildim.

Axşam evə qayıdanda tasın üstündəki güzgüdə özümü gözdən keçirməyə başladım və qəhqəhə çəkdim: bu cür açıqrəngli saçlarla, bu cür ağ-çəhrayı dəri ilə kim mənə yox deyə bilərdi? Əlbəttə, Dekster paxıllıqdan ilişirdi. Doğrudur, çiyinlərim mailidir, ancaq nə olsun ki?

Nadir halda həmin gecədəki kimi rahat yatdım. İki gündən sonra isə Dekstergildə şam ziyafəti təşkil ediləcəkdi. Ora axşam paltarında getmək lazım idi, buna görə də kirayəyə smokinq götürdüm. Onu geyinən şəxs elə mən boyda idi. (Atelyedə onu asanlıqla əynimə uyğunlaşdırdılar.)

Həmin gecə səhərə qədər Körpəni fikirləşdim.

V

Dekstergilə ayağım dəyən kimi axşam paltarının niyə lazım olduğunu anladım: bizim dəstə «tərbiyəli» kütlə ilə qarışıb görünməz olmuşdu. Burada həkim, pastor və onlara bənzər xeyli qonaq vardı. Zənci lakey şlyapamı götürmək üçün mənə yaxınlaşdı, mən daha iki qulluqçunu da sezdim. Bu vaxt Dekster qolumdan tutub məni valideynlərinə təqdim etməyə apardı. Anladığım qədər onun ad günü idi. Xoşagəlməz donuq baxışlı, qarasaçlı, arıq qadın olan anası elə öz övladına bənzəyirdi, atası isə o qəbil adamlardandır ki, yekəxanalığına görə yastıqla tələsmədən boğub-öldürmək istəyirsən. Bi-Ci, Cudi, Ciki və yerdə qalanlar öz geyimlərində çox yaraşıqlı görünürdülər, ancaq onların kokteyl içərkən, ya da hansısa ciddi görkəmli eynəkli birisinə rəqs üçün razılıq verərkən əzilib-büzüldüklərinə baxanda çılpaq şəkildə necə göründüklərini xatırlamaya bilmirdim. Vaxtaşırı bir-birimizə göz vururduq. Hədsiz dərəcədə darıxdırıcı idi.

Əvəzində istədiyin qədər içə bilərdin. Dekster dostlarını nə ilə sevindirmək lazım olduğunu yaxşı bilirdi. Mən bir neçə dəfə hələ yaxından tanış olmadığım qızlarla rumba rəqsi etdim, bir qədər viski aşırdım – onsuz da başqa məşğuliyyət yox idi. Cudi ilə bluzdan sonra özümü normada hiss etdim: bizim bütün dəstədən ən az onunla cinsi əlaqədə olmuşdum. O sanki mənə diqqət yetirməməyə çalışırdı, elə mən də onunla başqalarından daha çox olmağa səy göstərmirdim. Ancaq bu gün Cudini sanki dəyişmişdilər. Hətta mən artıq onun budlarının arasından salamat çıxmayacağımı fikirləşməyə başlamışdım. Lənət şeytana, temperamentə bax! O məni çəkib Deksterin otağına salmaq istəyirdi, ancaq mən orada yaxalanacağımızdan qorxurdum, vəziyyətdən çıxmaq üçün onu içməyə dəvət etdim. Elə bu vaxt içəri yenicə daxil olan dəstəni görüb yerimdəcə qurudum, sanki alnımın ortasından kimsə yaxşı bir yumruq ilişdirdi.

Dəstə üç qadın – ikisi gənc, biri isə qırx yaşlarında – və bir kişidən ibarət idi, ancaq söhbət, şübhəsiz ki, sonuncudan getmir. Mən anladım – budur axtardığım! İki gözəlçə – və Körpə sevincindən məzarda çevriləcək. Cudinin əlini sıxdım, o isə elə fikirləşdi ki, mən onu çox arzuladığım üçün belə etdim, odur ki mənə bərk-bərk sıxıldı. Halbuki mən indi yalnız yeni gələn bu iki gözəlçə ilə yatmaqdan başqa bir şey barədə fikirləşmirdim! Cudini yüngülcə itələyib özümdən kənarlaşdırdım, əlimi aşağı hərəkət etdirərək onun arxasını yüngülcə sığalladım.

– Bu kuklalar kimdir, Cudi?

– Səni onlar maraqlandırır, qoca kataloq alverçisi?

– Hələ soruşursan da? Dekster bu cür gözəlçələri haradan tapıb?

– Onlar mədəni cəmiyyətdəndir. Şəhərətrafının qızları deyil. Onlar səninlə çimməyə belə getməzlər.

– Çox heyif! Hər halda, bu ikisi ilə birlikdə olmaq üçün üçüncüsü ilə də yatmağa hazıram.

– Nahaq həyəcanlanırsan, qoca. Onlar bizim tərəflərdən deyillər.

– Bəs haradandırlar?

– Priksvilldən. Buradan yüz mil aralıdan. Deksterin atasının köhnə dostlarıdır.

– Hər ikisi?

– Özünü axmaq yerinə qoyma, əziz Co Luis. Onlar bacıdırlar, digərləri isə onların atası və anasıdır. Lu Eskvit və Cin Eskvit. O sarışın – Cindir, böyük bacı. Lu ondan beş yaş balacadır.

– Deməli, onun on altı yaşı var? – mən təəccüblə soruşdum.

– On beş. Li Anderson, olmaya artıq bizim banda ilə vidalaşmağa və ata Eskvitin qızlarının dalınca düşməyə hazırlaşırsınız?

– Sən dəlisən, Cudi. Yəni bu qızlar sənin ağlını bu cür alır?

– Mən kişilərə üstünlük verirəm. Yaxşısı budur, rəqs edək, Li.

– Məni tanış edərsən?

– Bu artıq Deksterin işidir.

– Oldu, – mən dedim.

Musiqi bitənə kimi Cudi ilə rəqs etdim, sonra Deksteri axtarmağa getdim. O, dəhlizdə bir gözəlçə ilə dilxoşluq edirdi. Onu səslədim:

– Dekster!

– Hə.

O çevrildi. Sanki mənə bir qədər rişxəndlə baxırdı, ancaq mənim vecimə deyildi.

– Qulaq as, burada qızlar var… Eskvitlərin qızları… Məni onlarla tanış et.

– Əlbəttə, dostum. Gedək.

Yaxından səhnə mənim gözlədiyimdən də gözəl görünürdü. Onlar, sadəcə, heyrətamiz idilər! Nəsə cəfəng şeylər mızıldanıb qarayanızı – onun adı Lu idi – rəqsə çağırdım. Lənətə gələsən! Mən səmaya və smokinqi bədənimə uyğunlaşdıran şəxsə dualar etdim! Rəqs zamanı ona qaydaların əksinə olaraq daha çox yaxınlaşırdım, ancaq bizim bandamızda öyrəşdiyimiz sayaq onu özümə lap yaxınlaşdırmağa cürətim çatmırdı. O hansısa anlaşılmaz və əlbəttə ki, çox bahalı ətirlə ətirlənmişdi – ehtimal ki, fransız ətri idi. Qızın tünd saçları bir tərəfə daranmışdı, vəhşi pişiyin gözlərini xatırladan sarı gözləri solğun sifətində parlayırdı, bədəni isə… Deməyə söz tapmıram! Paltar sanki öz-özünə əynində dayanırdı – nə bir çiyin bağı, nə boyun qayışı görünürdü. Bu cür bərk və iti döşlər isə, sizə deyim, bir yox, bir düjün paltarı da saxlaya bilər. Mən onu özümdən sağ tərəfə çəkdim ki, smokinqin kəsiyində ipək köynəyimin üzərindən sinəmdə onun döş gilələrini hiss edim. Digərlərində paltarın parçasından tumanın rezini qabarıb bilinir, ancaq bu qızda hər şey başqa cür idi, qoltuqaltından topuğa qədər paltar hamar qalırdı. Heyranlıqdan nəfəsim tutuldu, buna baxmayaraq bir qədər özümə gələn kimi söhbətə başlamağa cəhd etdim.

– Niyə sizi heç vaxt burada görmürəm?

– Bu da mən. Məgər mən görünmürəm?

O mənə baxmaq üçün başını bir qədər arxaya çəkdi. Mən ondan bir baş hündür idim.

– Mən şəhəri nəzərdə tuturam…

– Siz Priksvillə gəlsəniz, məni görə bilərsiniz.

– Demək, mən Priksvilldə ciddi nəyəsə ümid edə bilərəm?

Bu hücum qərarını dərhal verməmişdim. Çox tələsmək də istəmirdim, di gəl, bu cür qızların necə reaksiya verəcəklərini heç vaxt bilmək olmur. Odur ki riskə getməli olursan. O, qətiyyən utancaqlıq etmədən yüngülcə gülümsədi, ancaq gözləri soyuqluğunu saxladı.

– Bu işdə yalnız sizin istəyiniz kifayət deyil.

– Fikirləşirəm, orada sizin pərəstişkarlarınız çoxdur…

Mən ədəbsizcəsinə onu sıxışdırırdım. Gözlərin buz kimi soyuqdursa, zəhmət çəkib bu cür geyinməmək lazımdır.

– Priksvilldə maraqlı adamlar elə də çox deyil, – o dedi.

– Əla. Onda mənim ümidim var.

– Sizin nə dərəcədə maraqlı olduğunuzu bilmirəm.

Ağzımdan vurdu. Özümü yaman ilişdirmişdim! Ancaq məni dayandırmaq elə də asan deyil.

– Bəs sizi hansı adamlar maraqlandırır?

– Siz pis təəssürat yaratmırsız, ancaq mən yanıla bilərəm. Mən sizi qətiyyən tanımıram.

– Mən Deksterin, Dik Peycin və digərlərinin dostuyam.

– Hə, Diki tanıyıram, Dekster isə… O, çox qəribədir…

– Həqiqətən, qəribə olmaq üçün onun pulu çoxdur.

– Elə isə fikirləşirəm ki, mənim ailəm də ürəyinizdən olmayacaq. Bizim də pulumuz çoxdur.

– Hiss olunur… – mən yanağımla onun saçlarına toxunaraq dedim.

O yenidən gülümsündü:

– Mənim ətirlərim xoşunuza gəlir?

– Onlardan bihuş oluram.

– Qəribədir, elə əmin idim ki, tövlənin, yaxud kazarmanın iyi daha çox xoşunuza gəlir.

– Xahiş edirəm, mənə damğa vurmayın. Günahkar deyiləm ki, bu cür sağlamam və zahiri görkəmim mələyə bənzəmir.

– Oho! Mələkləri görmək belə istəmirəm, ancaq tövlə həvəskarlarına qarşı daha çox dözümsüzəm.

– Elələrini mən də xoşlamıram. Sizi bir də nə vaxt görə bilərəm?

– Hələlik heç yerə getmirəm. Sizin ixtiyarınızda isə bütöv bir axşam var.

– Ancaq bu elə azdır ki…

– Hər şey sizdən asılıdır.

Bu vaxt musiqi bitdi və o məndən aralandı. Onun ardınca heyranlıqla baxdım. Bədəninin xətləri Konqres binasındakı mərmərləri xatırladırdı. Qız müxtəlif cütlüklərin arasından sivişib keçdi, sonra geriyə döndü və gülümsündü. Yeri gəlmişkən, bu, ruhlandırıcı təbəssüm idi.

Mən bara qayıtdım. Dik və Ciki burada idilər, martini içirdilər. Sifətlərindən görünürdü ki, ziyafət onları əməlli-başlı bezdirib.

– Dik! – mən dedim. – Sən lap çox gülürsən; bu sənin zahiri görünüşünü korlaya bilər.

– Hə, pıtraq, indi nə edəcəksən? – Ciki dedi. – Hansısa zənci qızı çırpışdıracaqsan, yoxsa daha qəşənglərinin ovuna davam edəcəksən?

– Pıtraq üçün, – dərhal etiraz etdim, – mənim svinq22
  Svinq (ing. swing – yırğalanma) – cazın əsas ifadə vasitələrindən biri


[Закрыть]
barədə biliklərim çoxluq edərdi. Gəlin buradan sürüşüb gedək, özümüzlə yaraşıqlı qız da götürək, bax o vaxt nəyə qadir olduğumu görərsiniz.

– Pişik gözlü və paltarının çiyin bağı olmayan birisini, eləmi?

– Ciki, sevincim mənim, – ona yaxınlaşıb dirsəyindən tutaraq dedim, – gözəl qızlardan xoşlandığıma görə sən heç vaxt məni məzəmmət etməzsən, elə deyilmi?

Onu bir qədər özümə sıxıb gözlərinə baxdım. O, ürəkdən güldü.

– Düzünü de, Li, bizim dəstəmiz artıq səni bezdirir, hə? Elə düşünmə, mən də sənə pis tay deyiləm. Atamın illik qazancı iyirmi mindir.

– Bəsdir. Hələ bir de ki, burada sənə xoşdur. Yaxşısı budur, çoxlu içki götürüb aradan çıxaq, yoxsa burada elə ədəblidirlər ki, sadəcə, boğulmaq mümkündür.

– Səncə, bu, Deksterin xoşuna gələcək?

– Deksterə elə bizsiz də darıxdırıcı deyil.

– Bəs gözəlçələr? Fikirləşirsən ki, onlar bizə qoşulacaqlar?

– Ümumən, Dik onlarla tanışdır… – bunu söyləyib Dikə qıyğacı baxdım.

Adətən, olduğundan daha az axmaq kimi görünən Dik budlarını şappıldatdı:

– Əhsən sənə, Li. Vaxtı hədərə vermirsən.

– Bəs mənə kim pıtraq deyirdi?

– Görünür, sən elə də ziyansız bitki deyilsən.

– Ondansa o zərif məxluqları axtar və buraya gətir. Onları mənim, ya da istəyirsənsə, özünün sınıq-salxaq arabana mindirə bilsən, daha yaxşı.

– Hansı bəhanə ilə?

– Dik, yəni o yelbeyinləri dilə tutmaq üçün, doğrudanmı, sənin heç bir uşaqlıq xatirən yoxdur?

O, bir qədər məyus oldu, ancaq yenə də özünü o yerə qoymadı və irişərək binaya yollandı. Ciki isə, sadəcə, dinləyir və mənə gülürdü. İşarə ilə çağırdım, o yaxınlaşdı.

– Qulaq as, Cudini və Billi tap, özünlə yeddi-səkkiz şüşə içki də götür.

– Hara yollanacağıq?

– Ona baxarıq.

– Bu gün valideynlərim evdə olmayacaq, – Ciki dedi. – Təkcə kiçik qardaşım evdədir. O da ki artıq yatıb. Gedək bizə.

– Ciki, sən bu işlərdə ustasan. Hindu sözü deyirəm.

O, səsini azaltdı.

– Bəs səninlə mən məşğul olacağıq?

– Nəylə?

– Necə yəni nəylə, Li?

– Hə, başa düşdüm. Əlbəttə, Ciki, əlbəttə! – mən dedim.

Cikiyə artıq adətkərdə olmuşdum, bu dəqiqə elə buradaca onunla olmağa hazır idim – axşam paltarında, sol tərəfə daranmış parlaq saçları, bir qədər çəpləşmiş gözləri, dodaqlarındakı ifrat məsumluq ifadəsi ilə o elə ləzzətli görünürdü ki… Nəfəsi təngimiş, yanaqları allanmışdı.

– Bilirsən, Li… Bəlkə də, bu, axmaqlıqdır. Anlayıram ki, bu işdə yeni, qeyri-adi heç nə yoxdur… Ancaq mənim elə xoşuma gəlir ki…

– Narahat olma, Ciki, – onun çiynini sığallayaraq dedim. – Qocalana kimi hələ çox məşğul olacaqsan.

Qız əlimi bərk sıxdı və mən onu dayandırmağa imkan tapmamış qaçıb uzaqlaşdı. Qəfildən Cikiyə, əslində, kim olduğumu söyləmək və üzünün ifadəsini görmək istədim. Ancaq Ciki mənim üçün çox xırda şikar idi. Mən özümü Con Henri kimi güclü hiss edirdim və qəlbimi sındırmağa bir kimsənin gücü çatmazdı.

Bara qayıdıb piştaxtanın arxasında dayanmış tipdən ikiqat martini tələb etdim, birnəfəsə içdim, sonra Dikə yardımçı olmaq üçün tələsdim.

Qarşıma böyük Eskvit çıxdı, o, Deksterlə söhbətləşirdi. Smokinq Deksterin əyninə əla otururdu və onun eybəcər görünüşü indi az qala normal görünürdü. Bir də ağ yaxalığın fonunda qarabuğdayı sifət. Bir sözlə: «Məzuniyyətinizi Mayamidə «Splendid» mehmanxanasında keçirin».

Qətiyyətlə Deksterə yaxınlaşdım.

– Deks! – mən dedim. – Əgər miss Eskviti bu rəqsə dəvət etsəm, məni öldürməzsən ki?

– Li, qoldan çox qüvvətlisən… Odur ki səninlə qətiyyən dalaşmaram.

Bilmirəm, doğrudan, bütün bunlar Deksterin vecinə deyildi, ya yox, – onun səsinin tonuna görə nə düşündüyünü müəyyənləşdirmək mümkün olmurdu. Ancaq Cin Eskvit artıq mənim əlimə keçmişdi.

Düzü, Cinin bacısı Lu daha çox xoşuma gəlirdi. Onların arasında beş yaş fərq olduğu ağlımın ucundan belə keçməzdi. Cin mənimlə bir boyda, Ludan isə beş barmaq hündür idi. Əynində yubkasının üstündən aşırdığı qara şəffaf parçadan paltar vardı, ifrat bəzəkli lifi orta həcmdə idi. Çiyinlərində və yanaqlarındakı çillər dərisinə qızılı rəng verirdi, qısa kəsilmiş və burulmuş saçlarından isə girdə sifəti daha da yumru görünürdü.

– Sizcə, burada maraqlıdır? – mən soruşdum.

– Bütün ziyafətlər bir-birinə bənzəyir və bu dəfə də istisna deyil.

– Mən isə, düzünü desəm, indi tamamilə fərqli nəyəsə üstünlük verərdim.

Bəli, bu qız rəqs etməyi bacarırdı. Mənə əlavə güc sərf etmək lazım deyildi. Utanmadan onu özümə bərk sıxdım – o, boyca hündür idi və mənə aşağıdan yuxarı baxmadan söhbət edə bilirdi. Yanaqlarımız bir-birinə toxundu; bu vaxt gözlərimi bir qədər qıyaraq qəşəng qulaqlarının, yaraşıqlı qısa saçlarının, yumru çiyinlərinin yaratdığı gözəl mənzərəyə tamaşa etmək imkanı qazandım. Ondan yabanı otların qoxusu gəlirdi.

– Sizin ətriniz necə də füsunkardır, – mən davam etdim, belə ki, o, əvvəlki atmacama cavab vermədi.

– Mən ətirdən heç vaxt istifadə etmirəm, – o dedi.

İşi belə görəndə bu mənasız söhbəti davam etdirməyib birbaşa mətləbə keçdim.

– Buradan çıxıb getməyə və necə lazımdırsa əylənməyə necə baxırsız?

– Yəni?

O, başını qaldırmadan biganə səslə danışırdı, sanki söhbət etdiyi şəxs mənim arxamda dayanmışdı.

– Yəni necə lazımdırsa içmək, çəkmək və rəqs etmək.

– Bəli, mühiti dəyişmək pis olmazdı, – o dedi. – Yoxsa bütün bunlar tezliklə vəhşilərin mərasim rəqsinə bənzəyəcək.

Doğrudan da, artıq bir neçə dəqiqədən sonra biz nə irəli, nə geri gedə bilirdik, yalnız eyni yerdə sayırdıq. Mən əlimi qızın belindən çəkməyərək yavaş-yavaş çıxışa doğru getməyə başladım.

– Elə isə gedək sizi dostlarımla tanış edim.

– Əla, – o dedi.

Cin belə deyəndə ona doğru çevrildim və nəfəsini hiss etdim. Əgər bu axşam o, yarım şüşə cin içməyibsə, Tanrı günahımdan keçsin.

– Kimlərdir sizin dostlarınız?

– Onlar mehriban adamlardır, – mən zəmanət verdim.

Biz dəhlizi uğurla keçdik. Şlyapamı, əlbəttə, axtarası olmadım. Küçədə isti idi və yasəmən qoxusu gəlirdi.

– Əslində, – Cin Eskvit qapının ağzında dedi, – mən sizi, demək olar ki, tanımıram.

– Niyə ki? – onu çıxışa doğru dümsükləyərək dedim. – Mən həmin Li Andersonam…

O, qəhqəhə çəkdi və bir qədər geriyə addım atdı.

– Belə de, Li Anderson… Onda gedək, Li, axı bizi gözləyirlər!

İndi mən onunla ayaqlaşa bilmirdim. Birnəfəsə pillələri endi və yalnız on metrdən sonra ona çatdım.

– Belə tez getmə, – dedim və əllərimlə onu qucaqladım. – Bu da karet!

Cudi və Bill artıq mənim maşınıma əyləşmişdilər.

– İçkidən narahat olma, hər şey əladır, – Cudi pıçıldadı. – Dik digərləri ilə birlikdə irəlidədir.

– Bəs Lu Eskvit? – pıçıltı ilə soruşdum.

– Oradadır, oradadır. Getdik, Don Juan!

Cin başını oturacağın söykənəcəyinə dirədi və əlini arxadakı Billə tərəf uzatdı.

– Salam. İşlər necədir? Küçədə yağış yağır?

– Qətiyyən, – Bill dedi. – Düzdür, barometr on səkkiz bölgü düşüb, ancaq nəticəsi sabah bilinəcək.

– Ah! – Cin inildədi. – Heç vaxt bu cür hündür maşına minməmişəm.

– Bir də dəbdəbəli limuzinim barədə pis danışma, – mən etiraz etdim. – Sizə soyuq deyil ki?

Sonra isə mövcud olmayan adyalı axtarmağa başladım. Yolda guya təsadüfən köynəyimin düyməsi ilə ilişərək onun donunu dizlərindən yuxarı qaldırdım. Aman Tanrı, ayaqları necə də gözəl idi!

– Mən istidən ölürəm, – o, çaşqın səslə donquldandı.

Mən maşını işə salıb Dikin elə indicə yerindən tərpənən avtomobilinin ardınca düşdüm. Deksterin evinin qarşısında hər cür maşın düzülmüşdü və mən məmnuniyyətlə öz köhnə maşınımı onlardan birinə dəyişərdim. Ancaq təzə maşınsız da necəsə keçinərəm.

Ciki elə də uzaqda yaşamırdı; onun yaşadığı ev viktorian üslubunda tikilmişdi və bir o qədər də böyük deyildi. Evi digər bağlardan yalnız hündür hasar ayırırdı. Dikin maşını dayandı və qırmızı işıqları söndü, sonra isə dayanacaq fənərləri yandı. Mən də, öz növbəmdə, maşını saxladım və «Chrysler»in qapılarının necə çırpıldığını eşitdim. Oradan dörd nəfər düşdü – Dik, Ciki, Lu və tanımadığım birisi. Onlar pilləkənlə qalxanda balaca Nikolası tanıdım. Onun və Dikin hər əlində bir içki şüşəsi vardı. Cudi və Billdə də həmçinin. Cin Eskvit avtomobildən düşmək niyyətində deyildi. Mən qapını açdım, bir əlimi onun d

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации