Электронная библиотека » Дмитрий Глуховский » » онлайн чтение - страница 4

Текст книги "Metro-2033"


  • Текст добавлен: 16 ноября 2022, 07:21


Автор книги: Дмитрий Глуховский


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +18

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 35 страниц) [доступный отрывок для чтения: 12 страниц]

Шрифт:
- 100% +

– Bəs sən nə düşünürsən, oğlan? Rahat ol, amma lazımsız təvazökarlığı kənara burax. Sən də daha çox bit kimi olmaq istərdin? Ya da dinozavr? Onlar canını almağa gələnə qədər oturub gözləyəcəksən? Südün içinə düşən qurbağanın əhvalatını bilirsən? Bir gün iki qurbağa süd qabının içinə düşmüşdü. Qurbağalardan biri məntiqli düşünüb mübarizə aparmağın faydası olmayacağını, alın yazısına qarşı gələ bilməyəcəyini anlamışdı. Kim bilir, bəlkə ölümdən sonra da həyat var, niyə özünü çətinə salıb boş-boşuna ümidlərə qapılmalıdır ki? İkinci qurbağa, ya axmaqdı, ya da Tanrını qəbul etməyən ateist. Nə isə, bu qurbağa dəli kimi çırpınmağa başlamışdı. “Hər şey əvvəlcədən müəyyən edilibsə, niyə çırpınmayım ki?” – düşünmüşdü. Dayanmadan tullanıb-düşmüşdü. Ta ki, süd yağ olana qədər. Daha sonra da çölə dırmanmışdı. İndisə təkamül nəzəriyyəsi, rasional düşüncəyə əsasən, onun yaşamaqdan imtina edən dostu üçün bir dəqiqəlik sükut elan edək!

Artyom yüngülcə öskürdü.

– Siz kimsiz?

– Mən kiməm? Bilmirsən, ovçuyam?!

– Amma ovçu nə deməkdir? Nə edirsiz? Nə ovlayırsız?

– Sənə necə izah edim?! İnsan orqanizminin necə yarandığını bilirsən? Milyonlarla hüceyrədən meydana gəlib. Hüceyrələrdən bəziləri elektrik siqnalları axtarır, digərləri mə-lumat bazaları, başqlarısa qida maddələrini toplayır, yaxud oksigen çatdırır. Amma hamısı hətta içində ən əhəmiyyətliləri belə, immuniteti mühafizə edən hüceyrələr olmasaydı, bir gün içində məhv olardı, bütün orqanizm də gedərdi işinə. Bu tip hüceyrələrə “makrofaj” deyirik. Bunlar eynilə saat, ya da metronom kimi metodiki, düzgün işləyirlər. Bədənə bəzi refleks virusları gətirdiyi anda, harda gizlənir-gizlənsin, gec-tez ona çatırlar, – Hanter əlləriylə kiminsə xirtdəyindən tutub boğurmuş kimi, tükürpədici səs çıxararaq dedi, – … və zərərsizləşdirirlər.

– Amma bunun sizin peşənizlə nə əlaqəsi var?

– Bir anlıq bütün metronun insan orqanizmi olduğunu düşün. Qırx milyon hücüyrədən meydana gəlmiş qarışıq orqanizm. Mən də “makrofaj”am. Ovçu. İşim budur. Orqanizmə ciddi zərər verəcək hər növ təhdid yox edilməlidir. Mənim vəzifəm də bu təhdidləri yox etməkdir.

Saşa əlində çaydanla gələrək fincanlara təzə çay süzdü. Hiss olunurdu ki, bir az özünə gəlib. Hanterə dönərək soruşdu:

– Təhlükənin mərkəzini yox etmək üçün necə cəhd edəcəksən, kovboy? Ova çıxıb bütün qaraları qıracaqsan? Bunu heç cür bacara bilməzsən. Boş-boşuna cəhd göstərmə, Hanter! Başqa heç nə…

– Çıxış yolu həmişə var, Suxoy! Sizin bu şimal tunelini partlatmaq. Tamamilə yerlə-yeksan etmək. Beləcə, sənin yeni növünlə bütün telləri qoparmaq. Qoy yuxarıda istədikləri qədər çoxalsınlar, lakin biz köstəbəklərə dəyməsinlər. Yerin altı, indilik bizim yaşayış məskənimizdir. Və kim bizə qılıncla gələrsə…

– Eh, eləmi? Sənə burda çox az adamın bildiyi şey haqqında danışım. Bizim üstümüzdə yeraltı sular axır. İkinci şimal tunelini çoxdan havaya uçurmuşuq. Az qalmışdı ki, bizi sel aparsın. Partlayıcı maddə bir az da güclü olsaydı, VDNX də gedəcəkdi işinin dalınca. Bu o deməkdir ki, əgər ikinci şimal tunelini də partlatsaq, sadəcə su altında qalmarıq, radiaoaktiv sular bizi yuyub məhv edər. Və yalnız bizi yox, bütün metronu məhv edər, soyumuz tamamilə kəsilər. Biz uduzarıq, olar Şah!

– De görüm, onların axını son vaxtlar güclənibmi?

– Güclənib də sözdür? İnanılacaq kimi deyil, amma bir az əvvələ qədər onlardan xəbərimiz yoxdu. İndisə ən böyük təhlükəyə çevriliblər. İnan mənə, əlimizdə nə varsa, malımız, mülkümüzlə, projektorlarımız və avtomatlarımızla birgə hamımızı yerlə bir edəcəkləri gün yaxındadır. VDNX kimi kiçik stansiyanı mühafizə üçün bütün metronu ayağa qaldırıb əmr verə bilməzsən. Bəli, çox yaxşı çay hazırlayırıq, amma heç kim sırf bunun üçün həyatını təhlükəyə atmır. Xüsusilə, “Kantemirovskaya” stansiyasında bizə rəqib olan bərbad çay var. Buna da bir Şah!

Saşanın üzündə yenə kədərqarışıq kinayə göründü:

– Bizə heç kimin ehtiyacı yoxdur. Çox çəkməz ki, təkcə öz gücümüzlə hücumlara tab gətirəcək halımız da qalmaz. Onların yolunu kəsmək, tuneli çökdürməyəsə, məlum olan səbəblərə görə gücümüz çatmaz. Nə demək istədiyimi, hər halda, başa düşürsən, hamımız çox yaxında toplu şəkildə “mat” olacağıq!

– Görərik, – Hanter sərt səslə cavab verdi, – Görərik.

Bir müddət oturub ordan-burdan danışdılar. Tez-tez Atyomun tanımadığı adlardan, əhvalatlarının bəzi hissələrindən danışdılar. Bəzən də Artyomun çox da başa düşmədiyi, çox illər əvvələ söykənən və ayrıldıqları zaman mənasını itirib, qarşılaşdıqlarında təkrar alovlanan köhnə ixtilaflı mövzulara toxundular.

Sonda Hanter yerindən qalxdı, Artyom kimi növbədən sonra istirahət etmədiyini, artıq yatmaq istədiyini dedi. Saşayla vidalaşdı, lakin çadırdan çıxmazdan əvvəl Artyoma tərəf döndü və qulağına pıçıldadı:

– Mənimlə bir az çölə çıx, zəhmət olmasa.

Artyom atalığının qəribə baxışlarına fikir vermədən Hanterin arxasınca çadırdan çıxdı. Hanter çöldə gözləyirdi.

– Bir az gəzmək istəyirsən? – deyə, təklif etdi və arxayın şəkildə yerləşdiyi qonaq çadırına tərəf addımlamağa başladı.

Artyom qərarsız şəkildə onu izlədi. Bu adamın onunla nə danışacağını təxmin etməyə çalışırdı. Bu günə qədər, həqiqətən, əhəmiyyətli nəsə iş görməmişdi, hələ ağzından süd iyi gələn cavandı.

– Mənim məşğuliyyətim haqqında fikrin necədir? – Hanter soruşdu.

Artyom özünü itirərək:

– Son dərəcə vacib işdir, – deyə, cavab verdi, – Siz olmasaydınız… Yəni, sizin kimi başqaları da… Əgər belələri olmasaydı, biz çoxdan…

Özünü nə qədər bəsit ifadə etdiyini hiss edəndə, utandığından üzü qızardı. Belə bir adam ona nəsə demək istəyir, fikir soruşur, üstəlik baş-başa verib bir şey danışmaq üçün xahiş edir, Artyomsa qız kimi qızarır və qabağına baxaraq kəkələyirdi.

Hanter dodaqaltı gülümsədi:

– Deməli, təqdir edirsən? Bəli, əgər xalq da bunu təqdir edərsə, onda təslimiyyətçilərə qulaq asmağa ehtiyac qalmaz. Atalığını əsmə tutub, budur əsas məsələ. Amma əslində cəsur adamdır. Ən azından, bir vaxtlar beləydi. Sizdə bəzi pis şeylər baş vermişdi, Artyom. Davam etməməsi ehtiyac bir şeylər. Bu yeni məsələ ətrafa soyuq dalğalarını yayır. İki gündür burdayam və bu qorxunun məni necə içinə aldığını hiss edirəm. Bu varlıqlar haqqında nə qədər çox şey bilirsən, onları nə qədər çox araşdırsan, bu qorxunun o qədər də gücləndiyini görəcəksən. Mən belə düşünürəm. Məsələn, sən onları hələ çox görməmisən, elə deyil?

– Bu günə qədər bir dəfə görmüşəm. Şimal tunelində hələ təzəyəm, şimalda keşiyə hələ bu yaxınlarda çıxmağa başlamışam. Amma düzünü demək lazımdırsa, bu, bir dəfə belə mənə bəs etdi. Ondan sonra qorxulu yuxular görürəm. Elə bu gün də çox qorxulu yuxu gördüm. Halbuki, aradan xeyli vaxt keçib.

– “Qorxulu yuxular” dedin? Sən dəmi? – Hanter qaşlarını dartdı, – Bu, nəsə təsadüfə bənzəmir. Burada bir müddət yaşasaydım, nizamlı şəkildə sizinlə növbədə olsaydım, mən də cəsarətimi itirərdim; bu, acı da olsa, həqiqətdir və danılması mümkün deyil. Xeyr, cavan oğlan, sənin ögey atan bir məsələdə çox böyük səhv edir. Danışan, düşünən özü deyil. Onun yerinə onlar düşünürlər, onun ağzından danışanlar da onlardır. “Təslim olun” deyirlər, insanlara aşılayırlar ki, müqavimət göstərmək mənasızdır. Sənin atalığın da adi rupordur. Özüsə bunun heç fərqində də deyil. Sanki xarabadakı bu vəhşi varlıqlar ruhumuza da təsir ediblər. Danış, Artyom…

Hanter bu dəfə birbaşa Artyomun gözlərinin içinə baxaraq adıyla xitab etmişdi.

Artyom onun həqiqətən, əhəmiyyətli nəsə deyəcəyini anladı.

– Bir sirrin varmı? Burada stansiyalardakından heç birinə demədiyin, amma tanımadığın birinə açacağın sirrin?

– Yəni… – Artyom kəkələdi.

Ağlı başında olan istənilən adam başa düşərdi ki, Artyom hansısa sirri danışmağa hazırlaşır.

– Mənim də sirrim var. Gəl bu sirləri bir-birimizə deyək. Birinə sirrimi deməliyəm, amma o bir nəfərin gəvəzəlik etməyəcəyindən əmin olmalıyam. Onun üçün, əvvəlcə sən sirrini danış. Amma xahiş edirəm, qadın-qız söhbətləri olmasın, başqa heç kimin bilməməsi lazım olan sirr. Bu mənim üçün çox vacibdir. Çox vacibdir, başa düşürsən məni?

Artyom sirrini danışıb-danışmamaqda qərarsızdı. Az qalırdı ki, maraqdan partlasın, amma bu adama sirrini açmaqdan da qorxurdu. Hanter həyatı başdan-başa macəralardan ibarət adamdı, çox maraqlı həmsöhbətdi. Lakin eyni zamanda, yoluna çıxan bütün maneələri gözünü qırpmadan yox edən soyuqqanlı qatildi. Əgər qaraların hücumlarında Artyomun günahkar olduğu, həqiqətən, ortaya çıxsa, nə baş verərdi?

Hanter ona cəsarət vermək istərcəsinə dedi:

– Məndən qorxmağına ehtiyac yoxdur. Cəzalandırılmayacağına təminat verirəm.

Hanterin çadırına gəldilər. Amma içəri daxil olmadılar. Artyom son dəfə də götür-qoy edib qərarını verdi. Dərindən nəfəs aldı və tələm-tələsik şəkildə “Botaniçeskiy Sad”dakı sərgüzəşti danışmağa başladı.

Artyom sözünü bitirəndən sonra Hanter bir müddət susdu. Sonra yüksək səslə:

– Əslində səni buna görə öldürməliyəm, elə dostlarını da… – dedi, – Amma səfehlikdən sənə söz verdim. Yalnız, sözüm dostların üçün keçərli deyil.

Artyomun ürəyi sıxıldı. Qorxudan sanki donub yerində qaldı, lal kimi növbəti ittihamlara qulaq asdı.

– Amma yenə də hadisə vaxtı yaşınızın azlığını, düşünmədən davranmağınızı nəzərə alıb, sizi bağışlayacam. Xüsusilə, hadisədən uzun müddət keçib. Beləliklə, bağışlandınız. – Hanter, Artyomu bu söhbətin təsirindən uzaqlaşdırmaq üçün ona göz vurdu, – Lakin stansiyadakı yoldaşlarından əfv gözləmə, bunu hər halda bilməlisən. Beləliklə, öz azad iradənlə, sənə qarşı istifadə edə bilməyim üçün, əlimə silah vermiş oldun. İndi söz verdiyim kimi, sənə sirrimi danışım.

Artyom bu gəvəzəliyindən peşman olmuşdu ki, Hanter danışmağa balşadı.

– Bu stansiyaya çatmaq üçün metronu başdan-axıra boşuna gəzmədim. Təhlükələr yox edilməlidir və bu təhlükə də yox ediləcək. Bununla da mən maraqlanacam. Ögey atan qorxur. Ümid edirəm, zamanla düşüncələri dəyişər. Baş verən bu hadisələrə qarşı iradəli davranıb müqavimət göstərmədiyi halda, məni də özü kimi etmək istəyir. Əgər yer altındakı suyla bağlı deyilənlər doğrudursa, tunelin partladılması söhbəti cəfəngiyyatdır. Lakin danışdığın məsələyə əsasən, indi vəziyyəti daha yaxşı dərk edirəm. Əgər qaralar, həqiqətən, siz yuxarıdaykən ortaya çıxdılarsa, o zaman “Botaniçeskiy sad”dan gəlirdilər. Yəqin ki, onları ya Botanika bağında yetişdiriblər, ya da bu növ ordan törəyib. Hər halda, təməldəki suya toxunmadan onları yuxarıya yaxın yerdə bloka ala bilərik. Amma tunelin şimalında 300 metrdən o tərəfdə nələrin baş verdiyini kim bilir ki? Sizin gücünüz, qüdrətiniz orda bitir. Orda Moskva Metrosunun ən böyük hissəsinə hakim olan zil qaranlığın iqtidarı başlayır. Bax, mən ora gedəcəm. Amma bundan heç kimin xəbəri olmamalıdır. Saşaya burdakı vəziyyətlə bağlı səni sorğu-suala çəkdiyimi deyərsən ki, bu da çox duzgündür. Bəlkə də heç kimə nəsə izah etməyə məcbur qalmazsan. Hər şey yolunda getsə, insanlara mən başa salaram.

Hanter bir dəqiqə qədər susdu və maraqla Artyomun gözlərinin içinə baxdı.

– Geri qayıtmaya da bilərəm. Əgər sabah geri qayıtmasam, bununla da bir nəfər maraqlanmalıdır ki, dostlarım başıma nələr gəldiyini, sizin Şimal tunelində nə baş verdiyini öyrənsinlər. Bu gün burada, ögey atan da daxil olmaqla tanıdığım hər kəslə danışdım. Hiss edirəm ki, şübhə və dəhşət hər kəsin beynini qurd kimi yeyir. Bəli, bunları açıq şəkildə görürəm. Lakin hələ ağlı bulanmamış, sağlam insana ehtiyacım var. Sənə ehtiyacım var, Artyom, sənə!

– Mənə? Sizə necə kömək edə bilərəm? – Artyom həyəcanla soruşdu.

– Yaxşı qulaq as. Əgər geri qayıtmasam, nəyin bahasına olursa olsun, eşidirsən, nəyin bahasına olursa olsun, “Polis” stansiyasına getməlisən. Orada Melnik ləqəbli adamı tapa-caqsan. Bütün bu əhvalatları ona danışacaqsan.

Hanter girişdə asılı kilidi açdı və çadırın bir tərəfini geriyə yəni içəriyə tərəf itələdi.

– İçəriyə gəl. Səni mənim göndərdiyimi sübut etmək üçün, – çadırda demək olar ki, addım atacaq yer qalmamışdı. Artyom lampanın solğun işığında, açıq duran çantanın içində sanballı bir silahın parıltılı qundağını gördü. Bu silahın sökülmüş ordu pulemyotu olduğu görünürdü. Hanter silah-sursatın üstünü örtməyə çalışdısa da, Artyom silahın yanına düzülmüş pulemyot disklərilə yanaşı kiçik əl qumbaralarını da gördü.

Hanter bu silah anbarına bənzəyən çadırı haqqında nəsə danışmadan, çantasının yan ciblərindən birini açaraq patron gilizindən olan kiçik kapsul çıxardı. Gilizin mərmi olan tərəfi bağlıydı. Kapsulu Artyoma verdi.

– Budur, al! Geri qayıtmağımı iki gündən artıq gözləmə. Və əsla qorxma. Hər yerdə sənə köməklik göstərəcək insanlar tapacaqsan. Bunu mütləq özünlə “Polis” stansiyasına aparmalısan. Səndən nə gözlənildiyini bilirsən, təkrar etməyə lüzum yoxdur, elə deyil? Yaxşı, mənə uğurlar arzula. İndisə yatmalıyam.

Artyom özünü itirərək bir neçə dəfə “sağ ol” deyə mırıldandı. Hanterin güclü pəncəsini sıxıb tapşırılan vəzifənin ağırlığında əzilmiş halda çadırına qayıtdı.


3

ƏGƏR GERİ QAYIDA BİLMƏSƏM

Artyom evə qayıdanda atalığı tərəfindən lazımsız sorğu-sual atəşinə tutulacağından əmindi. Ögey atası Hanterlə nələr danışdığını soruşsa, Artyom nə olur-olsun, heç nə da-nışmamalıydı. Amma təəccüb etdi. Atalığı onu kötəklə hazır halda gözləməmişdi, xoruldayaraq yatmışdı. Əlbəttə, asan deyildi, 24 saatdan artıqdı ayaq üstəydi.

Artyom gecə keşik çəkir, gündüzlər yatırdı. İndi də onu çay fabrikində gecə növbəsi gözləyirdi.

Tək işıq mənbəyi kimi bulanıq qırmızı rəngli lampayla on illər boyu torpaq altında yaşamaq insanların gecə gündüz anlayışını yavaş-yavaş yox etmişdi. Gecə oldumu, eynilə vaqonlardakı kimi, insanlar yata bilsinlər deyə, stansiyadakı bütün işıqlar söndürülürdü. Lakin istisna olan yerlər də vardı – fövqəladə hallar zamanı söndürülmürdü. Hə nə qəd


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации