Текст книги "Azadlıq Haqqında"
Автор книги: Джон Милль
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Bu tədqiqatın məqsədi cəmiyyətin fərd ilə olan məcburetmə və nəzarət tərzindəki əlaqələri məsələsində istifadə edilən vasitələrlə əlaqədar sadə bir qanunu bəyan etməkdir. Bu vasitələr qanuni cəzalar şəklindəki maddi güc tərzində ola biləcəyi kimi, ictimai fikrin mənəvi təzyiqi şəklində də ola bilər. Burada irəli sürülən prinsip iki vəziyyət üçün də etibarlıdır. Bu prinsip insanların fərdi olaraq ya da kollektiv olaraq aralarından hər hansı birinin hərəkət sərbəstliyinə müdaxilələrinə yol verən yeganə səbəbin ancaq «nəfsi qoruma» səbəbi olacağı prinsipidir. Mədəni cəmiyyətin hər hansı bir üzvü üzərində, onun arzusuna baxmayaraq, gücün haqlı olaraq istifadə edilə biləcəyi tək yer başqalarına gələcək zərəri önləmə məqamının olduğu yerdir. Fərdə maddi ya da mənəvi olsun, öz xeyri üçün müdaxilə kafi bir səbəb deyil. Heç kim bir şeyi etməyə və ya buna dözməyə, sırf belə etməsi onun üçün xeyirli olacağı üçün, onu daha xoşbəxt edəcəyi üçün, başqalarının düşüncələrinə görə belə etməsi ağıllı yaxud doğru olacağı üçün məcbur edilə bilməz. Bu heç bir şəkildə haqlı deyil. Bunlar bir nəfərlə əlaqədar olaraq başa qaxmaq, onunla mübahisə etmək, onu razı salmaq və ya ondan xahiş etmək üçün haqlı səbəblər ola bilər, ancaq o başqa cür etdiyi təqdirdə onu məcbur etmək və ya hər hansı bir pisliyə məruz qoymaq üçün heç bir zaman haqlı bir səbəb yarada bilməz. Ona müdaxilənin qanuni olması üçün onun etməməsini istədiyimiz davranışının başqasına mütləq surətdə zərər verəcək xüsusiyyətdə olması lazımdır. Bir fərdin davranışına görə cəmiyyət qarşısında məsul ola biləcəyi qismi o davranışın başqasını maraqlandıran qismidir. Onu maraqlandıran qismində azad olması onun üçün mütləq bir haqdır. Fərd özü üzərində, öz bədəni və beyni üzərində şəxsən özünün istədiyi kimi hərəkət edə bilər.
Bu məqamı xüsusilə vurğulamaq lazımdır ki, bu prinsip bacarıqlarında yetkinləşmiş insanlara tətbiq olunmaq üçün ortaya atılmış bir prinsipdir. Uşaqlardan yaxud qanunların həddi-büluğ yaşı olaraq təyin etdiyi yaşdan daha kiçik yaşda olanlardan danışmırıq. Hələ başqalarının himayəsinə möhtac halda olanların başqalarından gələcək zərərlərə olduğu qədər, şəxsən öz hərəkətlərinə qarşı da himayə olunmaları lazımdır. Eyni səbəbə görə bir irqin hələ yetkinlik çağına gəlməmiş sayıla biləcəyi o geridəqalmış cəmiyyət hallarını da bu prinsipin xaricində buraxa bilərik55
Mədəni mərhələyə çata bilməmiş ibtidai cəmiyyətlər nəzərdə tutulur (red).
[Закрыть]. Öz-özünə reallaşan irəliləmənin yoluna çıxan çətinliklər o qədər böyükdür ki, onları aradan qaldırma yollarını bəyəndiyimiz kimi seçməyimiz nadir hallarda mümkün olur. Bu baxımdan varlığı islahat ruhu ilə dolu bir liderin böyük ehtimalla başqa cür yetişilməyəcək olan bir məqsədə çatdıracaq hər növ çarədən istifadə etməsi qəbul ediləndir. Mədəni olmayan cəmiyyətləri idarəetmədə despotizm qanuni bir hökumət tərzidir. Yetər ki, məqsəd onların islahı olsun və istifadə edilən vasitələr bu məqsədlə istifadə edilmiş olsun. Bir prinsip olaraq azadlığın insanların sərbəst və bərabər müzakirə ilə düzələ biləcək hala gəlmələrindən əvvəlki hər hansı bir vəziyyətdə tətbiq olunmasına imkan yoxdur. O zamana qədər onların (əgər belə birini tapacaq qədər şansları varsa) hər hansı bir Əkbərə yaxud Böyük Karla mütləq surətdə itaətdən başqa yolları yoxdur. Lakin insan inanaraq və inandırılaraq, qurtuluşa üz tutma qabiliyyətinə çatar-çatmaz (burada maraqlanmağa məcbur olduğumuz bütün millətlərdə bu mərhələyə çoxdan çatılmışdır) artıq istər birbaşa, istərsə qanundan kənara çıxanlara əza və cəza şəklində güc tətbiq olunması insanların öz xeyirlərinə bir çarə olaraq qəbul edilə bilməz; yalnız başqalarının təhlükəsizliyi üçün haqlı olaraq görünə bilər.
Bunu demək yerinə düşər ki, mən «fayda»dan asılı olmayan bir şey olaraq, «mücərrəd haqq» fikrindən iddiam lehinə çıxarıla biləcək olan hər cür üstünlükdən imtina edirəm. Bütün əxlaqi məsələlərdə mən faydanı üz tutulacaq ən son ölçü olaraq görürəm. Lakin bunun ən geniş mənada, proqressiv varlıq olaraq bir insanın daimi mənfəətinə əsaslanan fayda olması lazımdır. Bu mənfəətlər iddia edirəm ki, fərdə aid olan seçimləri xarici nəzarətə tabe etməyə ancaq fərdin başqa şəxslərin mənfəətini maraqlandıran hərəkətlərindən söz düşdükdə yol verər. Əgər bir kimsə başqalarına qarşı zərərli bir hərəkət edərsə, onu qanun yoluyla, yaxud qanuni cəzaların düzgün formada tətbiq olunmadığı hallarda, ümumi təqdirsizlik ilə cəzalandırmak üçün prima facia (əsli sabit olana qədər etibarlı olan) olan vəziyyət vardır. Yenə başqalarının istifadəsi üçün fərdin haqlı olaraq çətinlik çəkə biləcəyi bir çox müsbət hərəkət də vardır. Məsələn, bir məhkəmədə şahidlik etmək, vətənin müştərək müdafiəsinə və ya himayəsindən faydalandığı cəmiyyətin mənfəəti üçün lazımlı olan ortaq bir işdə üzərinə düşən hissəni öhdəsinə götürmək, bir həmcinsinin həyatını qurtarmaq və ya müdafiəsiz olanları pis rəftarlara qarşı qorumaq üçün araya girmək kimi bəzi fərdi yaxşı davranışlar bir insanın cəmiyyətə qarşı vəzifəsidir. Bunları etməsə, həmin adam cəmiyyət qarşısında məsuliyyət daşıyır. Bir şəxs başqalarına təkcə hərəkətləri ilə deyil, eyni zamanda laqeydliyi ilə də pislik edə bilər və hər iki vəziyyətdə də o zərərə görə onlara qarşı haqlı olaraq məsuldur. Bu da bir həqiqətdir ki, ikinci vəziyyət birincisindən daha ehtiyatlı güc tətbiq edilməsini tələb edir. Hər hansı bir şəxsi başqalarına pislik etdiyinə görə məsul tutmaq bir qaydadır. Onu pisliyin qarşısını almadğı üçün məsul tutmaq, o biriylə müqayisə edildikdə, bir istisna olaraq baxılır. Bununla birlikdə bu istisnanı haqlı göstərməyə yetəcək qədər aşkar və dəhşətli olan bir çox vəziyyət vardır.
Cəmiyyətlə əlaqələrinə aid hər mövzuda fərd mənfəətlərindən söz gedən şəxslərə və lazım olduqda onların qoruyucusu vəziyyətindəki cəmiyyətə qarşı hüquqi baxımdan məsuldur. Çox vaxt onu məsuliyyətdən qurtaracaq səbəblər ola bilər. Lakin bu səbəb elə bir səbəb olmalıdır ki, fərdin öz seçiminə buraxıldığı təqdirdə, cəmiyyətin fərdi sınama gücünə sahib olduğu hər hansı bir şəkildə, nəzarətə tabe edildiyi halındakından daha yaxşı bir vəziyyətin ortaya çıxması ehtimalı olsun. Yaxud da nəzarət etməyə cəhd etməklə bu nəzarətin önləyə biləcəyindən daha böyük mənfilikləri meydana gətirəcək vəziyyətin ortaya çıxmasından söz getsin. Bu kimi səbəblər məsuliyyətin tətbiq olunmasını imkansız hala gətirdiyi zaman boş qalan hakimlik kürsüsünə fərdin şəxsən öz vicdanı keçməli və başqalarının xarici himayədən məhrum olan mənfəətlərini qorumalıdır. Fərd özü haqqında daha sərt hökm verməlidir, çünki məsələ onun digər həmcinsləri tərəfindən mühakimə olunmasına uyğun deyil.
Lakin bir hərəkət sahəsi vardır ki, onda cəmiyyətin fərddən asılı olmadan bilvasitə mənfəəti vardır. Bu sahə bir şəxsin həyat və hərəkət tərzinin təkcə şəxsən
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?