Электронная библиотека » Эдгар По » » онлайн чтение - страница 3

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:20


Автор книги: Эдгар По


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Hərəkətlərinizi xüsusi bir diqqətlə izləyirdim. Müşahidəçilik son zamanlar mənim üçün bir növ tələbata çevrilib. Onu deyim ki, sıx-sıx pilətələr döşənmiş Lamartin döngəsinə çatanadək baxışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə vardı. Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan bu nəticəyə gəldim ki, siz hələ də səki daşları barədə düşünürsünüz. Burada isə eyniniz açıldı, dodağınızın qaçmağını gördüm. Dodaqaltı “stereotomiya” sözünü dediniz. Buna şübhə etmədim. Başa düşdüm ki, “stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri gəlmişkən, Epikürün nəzəriyyəsi99
  Epikür nəzəriyyəsi – qədim yunan filosofu, materialist Epikürə (e.ə. təxm. 341-270) görə, atomlar öz-özünə ilkin düzxətli hərəkət halından kənara çıxa bilmək və beləliklə də əyrixətli hərəkətdə olmaq qabiliyyətinə malikdir. Atomların toqquşması və parçalanması nəticəsində sonsuz sayda dünyalar yaranır. Atomlar öz forma, ölçü və kütlələrinə (atomları kütlələrinə görə fərqləndirməyi elmə Epikür daxil etmişdir) görə fərqlənir.


[Закрыть]
barəsindəki mülahizələrə gətirib çıxaracaq. Bu bizim yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə yunan aliminin son dərəcə heyrət doğuran dumanlı müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində1010
  Kosmoqoniya (yunan. – kosmosun, kainatın yaranması, doğulması) – Günəş sisteminin, kainatin mənşəyi və təkamülü problemlərini öyrənən elm


[Закрыть]
əldə olunan nəticələr ilə təsdiq edilməsindən və Epikürə lazımi qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı qaldırıb yuxarıya – Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər salacaqsınız. Siz yuxarı baxdınız və mən əmin oldum ki, sizin hərəkətlərinizi düz izləmişəm.

Dünən qəzetdə Şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına tamamilə yaramazcasına sözlər yazmışdı: “Pinəçi faciə rolunda çıxış edərək çalışmışdır ki, öz adını dəyişdirsin”. Latın müəllifindən bir sitat gətirmişdi. Həmin sitata biz də söhbətlərimizdə bir neçə dəfə istinad etmişik. Bu sözləri nəzərdə tuturam: “Perdidit antiquum litera prima sonum” – yəni birinci hərfin dəyişməsi ilə sözün qədim tələffüzünün dəyişməsi. Sizə danışmışdım ki, burada Orion nəzərdə tutulur; bu söz keçmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də bildim ki, Orion sizi Şantilyi haqqında düşünməyə sövq edəcək. Belə də oldu. Bunu sizin dodaqlarınızın qaçmasından bildim. Siz zavallı pinəçinin fədakarlığı barədə düşünürdünüz. Bura qədər yeriyərkən belinizi əymişdiniz, indisə gördüm ki, qəddinizi düzəltdiniz. Əmin oldum ki, siz Şantilyinin balaca boyu haqqında düşünürsünüz. Elə bu yerdə düşüncələrinizə mane oldum. Dedim ki, bu Şantilyi çox balaca olduğundan sirkdə oynasa, daha yaxşı olardı.

Bu söhbətdən azacıq sonra ikimiz də “Gazette des Tribunaux”1111
  “Gazette des Tribunaux” (“Cinayət xəbərləri” qəzeti) – XIX əsrdən indiyədək Fransada nəşr olunan, ölkədə baş verən cinayət hadisələri və məhkəmə prosesini əks etdirən qəzet


[Закрыть]
-un axşam nömrəsini nəzərdən keçirərkən aşağıdakı başlıq diqqətimizi cəlb etdi. “Qeyri-adi qətl”: “Bu gecə saat üç radələrində Sen-Rok məhəlləsinin sakinlərini aramsız dəhşətli qışqırtılar yuxudan oyatdı. Qışqırtılar Morq küçəsindəki madam Epanye və onun qızı Kamillanın yaşadığı binanın dördüncü mərtəbəsindən gəlirdi. İçəri girmək üçün bağlı darvazanı sındırmaq lazım gəldi. On nəfərə qədər qonşu iki jandarmın müşayiəti ilə içəri doluşdu. Artıq qışqırtılar kəsilmişdi. Amma dəstə pilləkənin birinci pilləsinə təzəcə qədəm qoymuşdu ki, yuxarıda iki-üç acıqlı kişi səsi eşidildi. Adamlar dördüncü mərtəbəyə çatanda bu səslər də kəsildi. Tam sakitlik çökdü. Dəstə bir neçə yerə bölündü. Onlar bir otaqdan o birinə qaçırdılar. Dördüncü mərtəbədəki böyük arxa yataq otağına çatanda (otağın qapısı içəridən açarla bağlandığından onu da sındırmalı oldular) gördükləri mənzərə onları dəhşətə gətirdi. Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və hara gəldi tullanmışdı. Orada bir çarpayı qalmışdı. Onun da üstündən yorğan-döşək götürülmüş və otağın ortasına atılmışdı. Stulun üstündə qanlı ülgüc vardı. Buxarının məhəccərinə iki-üç qom uzun, sıx, ağarmış qanlı insan saçı yapışıb qalmışdı. Görünür, tükləri dəri ilə birlikdə qoparmışdılar. Döşəmədə topaz qaşlı bir cüt sırğa, üç böyük gümüş qaşıq, üç balaca qaşıq və içində dörd min franka yaxın qızıl pul olan iki kisəcik vardı. Küncdəki komodun siyirmələri açılmışdı. Görünür, kimsə qurdalanmışdı, bununla belə, siyirmələrdə hələ də çox şey qalmışdı. Balaca dəmir seyf yorğan-döşəyin altından tapıldı. Seyf açıq idi, açar da qapısının üstündəcə qalmışdı. Onun içərisində bir neçə köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox idi. Madam Epanyedən əsər-əlamət yox idi, ancaq buxarının ocaq yerinə xeyli qum tökülmüşdü. Bacanı yoxladılar. (Söyləyəndə adam dəhşətə gəlir.) Qızın başıaşağı vəziyyətdə olan meyitini dartıb oradan çıxardılar. Meyit başıaşağı dar bacanın içinə – yuxarıya pərçim edilmişdi, hələ soyumamışdı. Müayinə edərkən məlum oldu ki, bir neçə yerdən dəri siyrilib. Bu da, şübhəsiz, zorakılığın izləriydi. Sifətində çoxlu dərin cırmaq izləri, boğazında isə tünd qançırlar, dərinə işləmiş dırnaq izləri qalmışdı. Mərhuməni boğub öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə heç nə aşkar edə bilməyib binanın dal tərəfindəki daş döşənmiş kiçik həyətə sarı getdi. Orada isə yaşlı xanımın meyitinə rast gəldilər. Boğazı elə kəsilmişdi ki, meyiti qaldırmağa cəhd etdikdə baş qopub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə elə eybəcər kökə salınmışdı ki, onda insana oxşayan heç nə qalmamışdı. Bu dəhşətli müəmmanı açmaq üçün əlimizdə hələlik azacıq da olsa imkanımız yoxdur”.

Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:

“Morq küçəsində faciə baş verib. Bu fövqəladə və dəhşətli hadisə ilə əlaqədar olaraq çox adam dindirilmiş, amma sirri açmaq üçün təzə heç nə aşkar edilməmişdir. Əldə olan ifadələr aşağıda təqdim edilir:

“Paltaryuyan Polina Dübur ifadə verir ki, o, mərhumların ikisini də üç ildir tanıyır. Bu müddət ərzində onlar üçün paltar yuyub. Yaşlı xanımla qızı yaxşı yola gedirdilər. Bir-birinə çox mehriban idilər. Onun zəhmət haqqını xəsislik etmədən verirdilər. Onların həyat tərzi və yaşayış vasitələri barəsində dəqiq heç nə demir. Güman edir ki, xanım fala baxır, bununla da dolanırdılar. O, xanımın çoxlu pulu olduğunu düşünür. Paltar yumağa çağırılarkən və paltarı yuyub geri qaytararkən evdə heç vaxt kənar adama rast gəlməyib. Onların qulluqçusu olmadığına əmin idi. Evin dördüncü mərtəbəsindən başqa, heç yerdə avadanlıq olmayıb.

Tütün köşkünün sahibi Pyer Moro ifadə verir ki, dörd il müddətində xanım Epanyeyə az miqdarda tütün və burunotu satıb. Xanım və qızı bu evdə altı ildən çox olardı ki, yaşayırdılar. Orada əvvəlcə bir zərgər yaşayırmış və üst otaqları müxtəlif adamlara kirayəyə verirmiş. Ev xanım Epanyenin şəxsi mülkiyyəti idi, kirayəçilər evə pis baxdıqlarından onları evdən çıxarıb yuxarı mərtəbəyə özü keçmiş, kirayənişin saxlamaqdan imtina etmişdi. Yaşlı xanım uşaq kimi idi. Şahid bu altı il müddətində xanımın qızını ən çoxu beş-altı dəfə görmüşdü. Ana-bala həddindən artıq qapalı həyat tərzi keçirirmiş. Deyilənə görə, onların xeyli pulu varmış. Qonşular arasında xanım Epanyenin fala baxdığını deyənlər olsa da, şahid onlara inanmırdı. O, evə heç vaxt ana-baladan, arabir dalandardan və bəzən həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.

Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez baş çəkdiyini deyən olmadı. Xanım Epanye və qızının haradasa dostlarının olub-olmadığını da bilən yox idi. Küçəyə baxan pəncərələrin qapıları nadir hallarda açılardı. Dördüncü mərtəbədəki böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr daim bağlı olardı. Ev bir o qədər də köhnə deyildi və yaxşı vəziyyətdəydi.

Jandarm İsidor Müze bildirir ki, hadisə yerinə səhər saat üç radələrində gəlmişdi. O gələndə darvazanın yanında iyirmi-otuz adam vardı. Onlar içəri keçməyə cəhd göstərirdilər. Nəhayət, onlar qapını süngü ilə açdılar. Qapı ikitaylı olduğundan, yuxarı və aşağıdan siyirmə ilə bağlanmadığından onun açılması bir o qədər də çətinlik törətmədi. Qışqırtılar darvaza açılana qədər davam etdi və sonra qəflətən kəsildi. Yəqin ki, bunlar ağrıdan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı qışqırtısı idi. Şahid qabağa düşüb yuxarı mərtəbəyə qalxdı. Birinci pilləkənin başına çatanda acıqlı və ucadan eşidilən iki səs eşitdi. Səslərdən biri xırıltılı, o biri isə ciyiltili idi. Çox qəribə səs idi. Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız dilində deyilmiş “şeytan” və “iblis” sözləri idi.

Ciyiltili səs əcnəbi adamın səsi idi, amma şahid onun qadın və ya kişiyə məxsus olduğuna əmin deyildi. O, başqa nə deyildiyini başa düşə bilməyib, ancaq yad adamın ispanca danışdığını güman edir. Otaq və meyitlərin vəziyyəti şahid tərəfindən biz dünən təsvir etdiyimiz kimi verilib.

Qonşu, zərgər Henri Duval göstərir ki, o, evə birinci girən adamlardan olub, bütövlükdə Müzenin dediklərini təsdiq edir. Giriş qapısından içəri daxil olan kimi onu yenidən bağlayıblar ki, gecəyarısı olmasına baxmayaraq, tezliklə oraya toplaşan camaat içəri doluşmasın. Şahidin zənnincə, ciyiltili səs italyan dilinə, xırıltılı səs isə fransız dilinə oxşayırmış. Ciyiltili səsin kişi səsi olduğuna əmin deyildi. Qadın səsi də ola bilərdi. Onun italyan dilindən anlayışı yoxdur, lakin intonasiyasından danışanın italyan olduğunu güman edir. Şahid madam Epanye və onun qızını tanıyırmış. Onlarla tez-tez söhbət edərmiş. Ciyiltili səsin mərhumların heç birinə aid olmadığına əmindir.

Restoran sahibi Oden Heymer şahid kimi özü könüllü surətdə ifadə verməyə gəlmişdi, fransızca danışa bilmədiyindən tərcüməçi vasitəsilə dindirilirdi. O, Hollandiya vətəndaşıdır. Qışqırtılar gələn zaman evin yanından keçirmiş. Qışqırtılar bir neçə dəqiqə, bəlkə də, on dəqiqə davam edib. Çox dəhşətli və ürəkparçalayan imiş. Şahid evə daxil olan adamlardan biri olub. Özündən əvvəlki ifadəni bir şeydən başqa hərtərəfli təsdiq edir. O, ciyiltili səsin kişi səsi və fransıza məxsus olduğuna əmindir. O da deyilən sözləri ayırd edə bilməyib. Sözlər ucadan və tez-tez deyilirmiş, başa düşmək olmurmuş. Qorxudanmı və ya qəzəbdənmi səs ciyiltidən çox, xırıltıya oxşayırmış. Xırıltılı səsli adam elə hey “iblis” və “lənət” və bir dəfə isə “İlahi” sözlərini deyib.

Dileron küçəsindəki “Mino və oğulları” bankının sahibi, Mino ailəsinin böyüyü Jül Mino ifadə verir ki, xanım Epanyenin bir qədər pulu vardı. Onun kontorunda səkkiz il əvvəl yaz ayında hesab açdırmışdılar. Xırda məbləğlərdə tez-tez pul qoyardılar. Çek yazmazdı, ölümündən üç gün əvvəl şəxsən özü dörd min frank məbləğində pul götürdü. Pullar qızılla ödənildi və bankın işçisi xanımı evinə qədər ötürdü.

“Mino və oğulları” bankının qulluqçusu Adolf Le Bon şahidlik edir ki, təyin olunmuş vaxtda, təxminən günorta zamanı, xanım Epanyenin iki kisəyə qoyulmuş dörd min frank pulunu onun evinə aparmışdır. Qapını madmazel Epanye açmış, əlindəki kisələrdən birini götürmüş, digərini isə xanım özü ondan almışdır. Sonra baş əyərək çıxıb getmişdir. O zaman küçədə heç kəsi görməmişdir.

Dərzi Uilyam Berd ifadə verir ki, ingilisdir, iki il Parisdə yaşayıb. Evə daxil olan adamlardan biri idi. Pilləkənləri birinci qalxanlardan olub. Mübahisəli səslər eşidib. Deyir ki, xırıltılı səs fransıza məxsus idi. Bir neçə sözü ayırd edə bilib, amma hamısını xatırlaya bilmir. O da “şeytan” və “İlahi” sözlərini aydınca eşidib. Bu sözlərdən sonra bir-biri ilə dalaşan, cırmaqlaşan bir neçə adamın səsini də eşidib. Ciyiltili səs xırıltılı səsdən daha uca gəlirmiş. Səsin ingilis səsi olmadığına əmindir. Daha çox alman səsinə oxşayırdı. Güman ki, qadın səsi idi. O, almanca başa düşmürdü.

Yuxarıda adları çəkilən şahidlərdən dördü ikinci dəfə sorğu-sual edilərkən göstərmişdi ki, madmazel Epanyenin meyiti tapılan yataq otağının qapısı adamlar gələndə içəridən bağlı idi. Hər tərəfdə sakitlik hökm sürürdü. Nə inilti, nə də səs-küy eşidilirdi. Qapı sındırılarkən heç kəs görünmədi. Ön və arxa otaqların pəncərələri aşağı salınmış və içəridən möhkəm bərkidilmişdi. İki otağın arasındakı qapı örtülü idi, amma kilidli deyildi. Qabaq otaqdan dəhlizə açılan qapı bağlı idi. Açar da qıfılın üstündə idi. Dördüncü mərtəbədə dəhlizin sonunda yerləşən kiçik anbarın qapısı azacıq aralı idi. Otaqda köhnə çarpayılar, yeşiklər və s. əşyalar vardı. Bu şeylər də otaqdan ehtiyatla çıxarılaraq nəzərdən keçirildi. Otaqda diqqətlə nəzərdən keçirilməmiş bir yer belə qalmadı. Damdakı otaq nəzərə alınmasa, ev dördmərtəbəli idi. Evin damına açılan qapı mismarlanmışdı, görünür, çoxdan açılmamışdı. Söyüş səslərinin eşidildiyi vaxtla qapının sındırılaraq açılması arasındakı vaxtı şahidlər müxtəlif cür şərh etdilər. Bəziləri üç, bəziləri beş dəqiqə dedilər. Qapı güclə açıldı.

Tabutqayıran Alfonso Qarsio şəhadət verir ki, Morq küçəsində yaşayır və mənşəcə ispandır. Evə girən adamlardan biri olub. Yuxarı qalxmayıb, əsəbi olduğundan həyəcanlanmaq istəməyib. Söyüş eşidib. Təsdiq edir ki, xırıltılı səs fransıza məxsus idi. Nə dediyini tuta bilməyib. Ciyiltili səs isə ingilisə məxsus imiş. O buna əmindir. İngilis dilini başa d

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации