282 000 книг, 71 000 авторов


Электронная библиотека » Gencay Şeylan » » онлайн чтение - страница 2

Читать книгу "Postmodernizm"


  • Текст добавлен: 29 ноября 2022, 15:00


Текущая страница: 2 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Nazim, Marinetti, Mayakovski kimi sənətkarlar, yaradıcılıqlarında texnologiyaya geniş və müsbət yer vermişdirlər. Davamlı irəliləmə və beləliklə gələcəkdə xoşbəxt və problemsiz cəmiyyət yaratmaq ancaq elm və texnologiyanın inkişafı ilə mümkün ola biləcək. Amerikanın məşhur şairi Ezra Paundun da makina mədəniyyətinin təsiri altına düşərək, dili mükəmməl makina kimi istifadəyə yönəldiyini söyləyə bilərik. Ona görə, mexanikalar insana təbiətin ramolunmaz güclərinə hakim olmaqda böyük imkanlar açırsa, dilin də mükəmməl bir mexanika kimi istifadəsi insanın problemlərinin həllində əhəmiyyətli rol oynayacaqdır. Bunun əksinə olaraq texnologiyanın və mexanika mədəniyyətinə ümidsiz baxan modern sənətkarlar da vardır. Çarli Çaplinin bütün zamanların ən yaxşı filimlərindən olan Modern Zamanlar filmi, mexanikanın insan üzərindəki yadlaşdırıcı təsirini fövqəladə bir şəkildə işləmişdir. Sənət dünyasında modernizmin doğru dürüst dörd əsas üzərində durduğu söylənə bilər. Bu dörd əsas, eyni zamanda modern sənətə aid estetika anlayışı və standartlarının müəyyən edilməsində də rol oynayır.

Birinci üzərində durulmalı nöqtə, azadlıq və orijinallıq olaraq bilinir. Bu azadlıq və orijinallıq, sənət ifadəsinin bütün tərəflərini (forma, məzmun) əhatə edir. Məsələn, impressiyonist axımın ilk nümayəndələrindən biri olan Mone, günəşin doğuşunu özünün qavradığı şəkildə, istədiyi rənglərlə kətanına işləmişdir. Bu xüsusiyyət, aid olduğu dövr və şərtlərlə uzlaşır. Sənaye cəmiyyəti, fərdin cəmiyyətdə əriməsi, mexanikləşən istehsal dövrünün mexanik hissələrdən birinə çevrilməsi mənasını da daşıyır. Başqa sözlə, reallıq, qarışıq yəni çoxtərəfli, dinamik yəni durmadan dəyişikliklər içərisində olma şəklində başa düşülməlidir. Bu isə fərdin fərqli olmaq və fərqliliyini ictimailəşdirmək ehtiyacı ilə qarşı qarşıya qalması deməkdir.

Bundan başqa unutmaq olmaz ki, sənaye cəmiyyəti subyektin itməsini də həyatımıza gətirmişdir. Subyekt-insan, sənaye cəmiyyətndə mexaniki və qarışıq istehsal prosesinin sadə və şablon işlər görən üzvünə çevrilir. Bu eyni zamanda, insan həyatının hər bir sahəsinin nizamlanması, stabil bir şablon içinə girməsi deməkdir. Kütlə cəmiyyətində insanın necə işləyəcəyi, necə əylənəcəyi, necə istehlak edəcəyi getdikcə daha bütünləşən bir ölçüdə müəyyən olunmağa başlayır. Bu prosesi, insanın azadlaşmasının mexanikləşməsi, yaxud subyektin ölümü də adlandırmaq mümkündür. Belə şəraitdə sənətsəl yaradıcılığın ən birinci əlaməti mütləq şəkildə azadlıq və orjinallıqdır.

Klassik yaxud romantik sənət anlayışı Maariflənmə dövrünün, “hər sualın sadəcə bir düzgün cavabı var və sənət əsəri üçün yalnız bir ifadə forması ola bilər” düşüncəsi üzərində durmaqdadır. Bunun əksinə olaraq 1848-ci ildə Kommunist Partiyası Manifestinin yayılması, bu tək doğru cavab və tək doğru ifadə etmə anlayışının məhv olmasının simvolu olmuşdur. Həqiqətin, eyni zamanda cəmiyyətdəki fərqli qrup, yaxud kollektivlərə görə fərqli ifadə formasının olması fikri, modernizmin məşhur nümayəndələri tərəfindən sənətə gətirilmişdir. Bu eyni zamanda Marksist paradiqmanın reallıq anlayışının sənətə təsirinin meydana gəlməsi demək idi. Marksist paradiqma içində, reallıq görünmür, zahirən qavranmır, görünməyənə yaxud göstərməyənə vara bilmək lazımdır. Həqiqəti görmək istəyən, görüntünün arxasına keçmək məcburiyyətindədir. Sənət estetikası sahəsində bu yanaşma görünməyənin əks olunması formasında məlumdur.

Avan-garde, sənət yaradıcılığı üçün sənətkarın azad və orijinal olması fikrinə söykənir. Şübhəsiz ki, sənətkarın azad və orijinal olması onun, ictimai problem və reallıqlardan kənarda qalması demək deyildir. Əksinə yaradıcılıq, yaşanan ictimai problemləri və həqiqətləri azad şəkildə əks etdirməklə yüksəlir. Tarixi baxımdan ikinci Dünya Müharibəsindən sonra modern sənətin çökməsinin marjinallaşdığı söylənə bilər. Belə ki, bir tərəfdən müharibədən əvvəl Hitler və Stalinin avtoritar rejimləri avant-garde məsələsinə şübhə ilə yanaşsalar da Soyuq Müharibə dövründə bu axıma meyil hər yerdə güclü idi. (P. Andresson, 1998, s.82)

Modern sənət anlayışının ikinci əsas təməli əks etdirmə və missiyadır. Sənətkar yaradıcılığını ortaya qoya bilmək üçün mütləq azad və orijinal olmalıdır, amma eyni zamanda qavrayıb şərh etmək üçün də bir mövzusu olmalıdır. Başqa sözlə, sənətkar mövcud şərtlərdə mövzusunu seçib, əsərində əks etdirməlidir. Əks etdirmə, yəni mövzunun sənətkar tərəfindən şərh olunması sənətkarın missiyası deməkdir. Bu missiya tənqid yaxud tərif məzmunlu bir ismarıc ola bilər, amma nəticədə bu bir mesajdır.

Yuxarıda da toxunduğumuz kimi sənaye cəmiyyətlərindəki gərginliklər və qarşıdurmalar bir tərəfdən gerçəkliyin parçalanmasını gündəmə gətirir, digər tərəfdən də sənətkarın sözü gedən qarşıdurmadakı mövzu və missiyasına material qazandırır. Çox vaxt avant-garde anlayışı ilə inqilabçı təbliğat missiyası eyniləşərək üst-üsdə düşmüşdür. Məsələn, fransız şairi Araqon, bu eyniləşmənin ən tanınan nümayələrindən biridir və şübhəsiz ki, Nazim Hikmət üçün də eyni şeyləri söyləmək mümkündür. Sənətkar dərk etdiyi və təfsir etdiyi həqiqəti əks etdirərkən hansısa ictimai məqsədə yönəlir, beləliklə sənətsəl təsvir ilə ictimai məqsədin reallaşması arasında əlaqə qurulur. Bu icraatda sənətkarın istiqamətləndirilməsi qaçılmazdır. Bu da təbii olaraq istiqamətləndirilmiş sənətkarın sənətkar sayılıb sayılmaması mübahisələrinə stimul vermiş olacaqdır. Bu mübahisələrdən ən məşhuru Kandinski ilə konstruktivistlər arasında olmuşdur.

Bildiyimiz kimi konstruktivistlər sənətin cəmiyyətə yönəlməsinin lazım olduğu fikrindəydilər. Cəmiyyətə yönəlmək isə bir qrup tərəfindən Oktyabr İnqilabından və bu inqilabın gətirdiyi yeni sistemin tərəfində olmağın vacibliyi kimi izah olunur. Belə vəziyyətdə sənətkar bütün yaradıcı gücünü inqilabı anlatmaq və təbliğatını aparmaq üçün istifadə etmək məcburiyyətindədir. Bu, konstruktivistlərə görə sənətkarın missiyasıdır. Modern rəsmin böyük ustadlarından olan Kandinski isə bu tezislər; sənətkarın funksiyası, sənətin mənası və sənətkarın missiyası kimi mövzular üzərində mübahisə edərək, konstruktivistlərin yanaşmalarını mühakimə etmişdir. 1920-ci illərin yadda qalan hadisələrindən biri olan bu diskussiyalarda Kandinski, sənətkarların başqaları ilə müqayisədə üç dəfə artıq məsuliyyət daşıdığını irəli sürmüşdür. Sənətkar birinci olaraq yaradıcılıq istedadını ortaya qoymalıdır. İkinci növbədə, sənətkarın da hər bir insan kimi, duyğu, düşüncə və əməllərdən meydana gələn hansısa ətraf mühitin yaratdığı tor içərisində olduğunu yaddan çıxarmamaq lazımdır. Üçüncüsü isə, sənətkar, içində oluğu toru ya da atmosferi yaradıcı keyfiyyətin materiyalı kimi istifadə etmək məcburiyyətidədir. Gördüyümüz kimi, sənət sənət üçündür tezisinin öndə gələni və yaradanı sayılan Kandinski üçün missiya düşüncəsi əhəmiyyətlidir. Ona görə əhəmiyyət daşıyan nöqtə bu missiya düşüncəsi ilə yaradıcı keyfiyyətin uyğunlaşdırılmasıdır. Bu isə ancaq hüdudsuz bir azadlıq içində reallaşa bilər. Əks təqdirdə, subyektiv olan yəni


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0


Популярные книги за неделю


Рекомендации