Электронная библиотека » Kamran Məmmədov » » онлайн чтение - страница 1


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Kamran Məmmədov


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

KAMRAN MƏMMƏDOV


AZƏRBAYCAN YAZIÇILARININ

HƏYATINDAN DƏQİQƏLƏR

3


GİRİŞ


Azərbaycan xalqının bədii və ictimai fikir tarixinin yetirdiyi sənətkarlardan bir çoxunun şöhrəti sərhədləri keçmiş və onların əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Hər bir xalq öz sənətkarları ilə fəxr etdiyi kimi, onlar haqqında daha geniş məlumat toplamaq, onların gündəlik həyatlarındakı ibrətamiz əhvalatları, qə-ribəlikləri də bilmək istəyir. İngilislərdə Şekspir, Bayron; fransızlarda Volter, Balzak, Düma; ispan-larda Servantes, Lope de Veqa; farslarda Firdovsi, Sədi, Hafiz; şotlandlarda Robert Berns; italyan-larda Bokkaçio, Dante; ruslarda Puşkin, Lermon-tov, Krılov, Lev Tolstoy, hindlilərdə Taqor, ame-rikalılarda Bret Qart, Cek London, gürcülərdə İ.

Çavçavadze, Q. Tabibze, doğma Azərbaycanımız-da M.P. Vaqif, C. Məmmədquluzadə, M.Ə. Sabir, C.Cabbarlı, S.Vurğun və başqaları haqqında məz-munlu lətifələr, maraqlı rəvayətlər yaranmış, hazırcavablığı bildirən atmacaların bir çoxu onlara istinad edilmişdir. Böyük xalq sevgisi ilə bağlı ol-an kəlamların çoxu, doğrudan da, sənətkarların öz həyatlarında olmuş əhvalatlara bağlıdır. Həmin lətifə, atmaca və rəvayətlərdə yazıçının cəhaləti, nadanlığı, kütbeyinliyi ifşa etməsi qısa, bədii 4


ümumiləşdirmələrlə göstərilir, həm də onlardakı humanizm, vətəndaşlıq cəsarəti, özlərinə məxsus orijinal sifətlər, nəcib insani keyfiyyətlər, fərdi xü-susiyyətlər aşkara çıxır.

Bir çox xalqlarda (ingilis, fransız, rus, fars, gürcü və s.) yazıçıların həyatından alınmış ibrətamiz, duzlu-məzəli əhvalatlar kitab şəklində

dəfələrlə can olunmuşdur. Bizim söz ustalarımız haqqında atmaca və rəvayətlər xüsusilə çoxdur.

Onların böyük tərbiyəvi və estetik əhəmiyyətini biz hər gün görürük. Sevimli sənətkarlarımız haqqındakı rəvayət, atmaca və lətifələr yeri düşəndə, məclislərdə və ya adicə söhbətlərdə fikri tamamlamaq üçün bizə kömək edir, müdriklik, hazırca-vablıq, orijanallıq timsalı kimi işlənir.

Bu kitab, bizə belə gəlir ki, klassiklərimi-zin geniş oxucu kütləsinə daha da yaxınlaşma-sına, başqa sözlə desək, sənətkarlarımızın yaradı-cılığının təbliğinə, öyrənilməsinə və sevilməsinə

kömək edəcək.

Kitabın adı təxminidir. Çünki burada ayrı-ayrı görkəmli şəxsiyyətlərin təkcə həyatından, əsərlərinin yaranması tarixindən, yaşadıqları dövrün hadisələri ilə əlaqəsindən danışılmamış, onların söylədikləri ibrətamiz orijinal kəlamlara da yer verilmişdir.

5


“Azərbaycan yazıçılarının həyatından də-qiqələr” adı ilə topladığımız bu materiallar bir ne-çə illik zəhmətin məhsuludur. Azərbaycan ədə-biyyatına aid mənbələrin əksəriyyəti yazıçıların öz əsərlərindən, təzkirələrdən, cünglərdən, tarixi kitablardan, müxtəlif tədqiqat əsərlərindən, mo-noqrafiyalardan, ədəbiyyat tarixlərindən, me-mu-arlarından götürülüb. Başqa sözlə desək, bu kitabın arxasında tarixi sənədlər durur. 1970-ci ildə

olan ilk nəşrindən sonra, bu kitab yenidən işlənmiş variantda oxuculara təqdim olunur. Ancaq yazıçılarımızı (bu da, hələlik yarımçıq iş hesab oluna bilər) əhatə edən əhvalatların toplanması işi genişlənməli, ümumiyyətlə, zəngin tariximi-zin, elmimizin, incəsənət və ədəbiyyatımızın görkəmli şəxsiyyətləri haqqındakı maraqlı, ibrətamiz deyimlər bir yerdə çap olunmalıdır. Bu xeyirxah işdə gənclərimizə ümidimiz daha çoxdur.


6



FƏLƏKİ ŞİRVANİ

1108-1146


Fələki zindanda yazdığı şeirlərini “Həbsiyyə” adlandırıb. Fələkini ürəkdən sevən Xaqani, onun vaxtsız ölümü münasibətilə yazırdı: Fələki doğmuşdu sehrimdən mənim, Olmuşdu göylərin sirrinə agah.

Hayıf ki, tez öldü, çox yaşamadı, Fələkim tez getdi əllərimdən, ah!


Sonralar, Xaqaninin özü də nahaqdan ittiham edilib 1170-ci ildə Şabran qalasına salınır.

Xaqani həbsdə yazdığı şeirləri xətrini çox istədiyi Fələki kimi “Həbsiyyə” adlandırır.

7



ƏFZƏLƏDDİN XAQANİ

1120-1199


Xaqani şeirin, sənətin tərbiyəvi qüdrətinə

inanır, şair haqda deyirdi:

–Hər tərbiyəçi şairliyi bacarmaya bilər, lakin hər şair tərbiyə verməyi də bacarmalıdır.


***


Şair Azərbaycan qadınlarının qara pərdədə keçən həyatını ölümdən pis sayırdı. O, öz fikrini kiçik qızının ölümü münasibətilə yazdığı bir qitədə çox təsirli və mənalı ifadə etmişdir: Yenicə doğulan qızım gördü ki,

Qarşıda gözlənir min bəla, öldü.

Qeybdən gələn o töhfə duydu ki,

8


Dərdlərə olacaq mübtəla, öldü.

O, böyük qızımı pərdədə görcək,

Dedi: – Kifayətdir bu cəfa, öldü.


***

Xaqaninin təlim və tərbiyəsində əmisi Ömər Osman oğlu əsas rol oynamış və ona atalıq qayğısı göstərmişdir. Şair əmisinin çəkdiyi zəh-mətləri yüksək qiymətləndirərək demişdir:

Ömər ibn Osman sayəsində mən,

Yetimlik divinin qaçdım əlindən …

Atam dözməyərək dərdə cahanda,

Sam Zalı atan tək məni atanda,

Əmim Simurq kimi uçub, gələrək

Qanadı altına alaraq, Zal tək

Qaldırdı biliyin Qafına həmən,

Bəsləndim onun öz yuvasında mən!


***

Şair təmiz eşqi başa düşməyənlərə üz tutaraq deyirdi:

– Eşq odunda bişməyən xamdır. Ancaq təmiz eşq sayəsində könül pak və vüqarlı olar.

9


***

Şair ömrünün sonunda öz vətəni Şirvandan Təbrizə köçmək məcburiyyətində qalır.

Şamaxını anaya, Təbrizi isə ataya oxşadır: Anasından küsən körpə bir uşaq

Ata ağuşunda yer tapar ancaq.


***

Yaşadığı dövrün hər cür alçaq işləri, sarayın şairə ədalətsiz münasibəti Xaqanini çox əsəbiləşdirmişdi. O, şairlik ləqəbinə də nifrət edirdi:


İstəmərəm adımı çağıralar Xaqani, Mən yoxsullar şairi, xəlqaniyəm, xəlqani.


***

Xaqaninin həyatının son illəri iztirab içərisində keçmiş, cavan oğlu, qızı və arvadı bir-birinin ardınca vəfat etmişlər. Tamamilə tək qalmış

qoca şair özünə ölüm arzulamışdır:


Hanı ürəyimin məlhəmi– zəhər?

Hanı həyatımı bitirən xəncər?

Hansı dərdi-qəmi unudan ölüm?

Gəlsələr, çəkmərəm belə qəm-kədər.

10


***

Həqiqəti açıq söyləyən şair zülmə nifrət edir, zalim və cahil şahlara kinayə ilə deyirdi:

Məncə, eşşək başına yaraşmayır qızıl tac,

Eşşək üçün yaranıb palan, noxta və ağac.


11



NİZAMİ GƏNCƏVİ

1141-1209


Nizami öz dövrünün “şairlər şahı” Xaqani ilə dost imiş. Xaqaninin vəfatı Nizamiyə ağır təsir etmiş, onun ölümü münasibətilə yanıqlı bir mərsiyə söyləmişdir:


Hey deyirdim ki, Xaqani mənim mərsiyəçim olsun, Təəssüf ki, indi mən Xaqaninin mərsiyəçisi oldum.


***

Nizami çox istədiyi qadını Afaqdan olan Məhəmməd adlı yeganə övladını çox sevmiş, ona həm atalıq, həm də analıq etmişdir. Şairin oğlu gənc yaşlarında şeirə həvəs göstərmişsə də, atası 12


onu öz nəsihətləri ilə bu yoldan saqındırmış, alim və birinci növbədə, həkim olmağa həvəslən-dirmişdir:


Görürəm, şöhrətə ləyaqətin var,

Şeirdə, sənətə məharətin var,

Şairlik eləmə! Dövranə bax ki,

Tərif əvəzinə pislənir şeir.

Şeirdən ucalıq ümma dünyada,

Çünki Nizamilə qurtardı o da.


***


“Xosrov və Şirin” poemasını bitirən şair, o dövrün hökmdarı Qızıl Arslanın dəvətilə onun yanına getmiş, poemanı ona təqdim etmiş, əvə-zində hökmdar ona Həmdünyan kəndini ba-ğış-lamışdır. Nizami ona hədiyyə verilən kənd haqqında şikayətlənmişdir:


Kənd nə kənd, andırır dar bir kürəni, Yarımca ağacdır üzünü, eni.

Gəlirindən artıq onun xərci var, Yarılığa əgər onu abxazlar.


13


***

Müasiri Xaqanidən fərqli olaraq, Nizaminin həyatı sakit və macərasız keçmişdir. Öz dediyi kimi, o heç vaxt başını hökmdarların qılıncı altına verməmişdir. Lakin bununla belə, onun dühası, istedadı qarşısında acizliklərini hiss edən, onu ən güclü rəqib sayan, “süfrəsinin tör-tökün-tüsü” ilə qidalanan, ona quyu qazan “ədəbiyyat oğruları”ndan yaxa qurtara bilməmiş, onlarla gərgin mübarizə şəraitində yaşamışdır. Nizami hələ gəncliyində şeirin şərəfini alçaldan, sənəti pula satan məddah, yaltaq şairləri amansızcasına qırmanclayırdı:


O kəslər ki, qızılçün ölüb əldən gedirlər, Sözüncə sikkəsini qızılla məhv edirlər …

Bir sözlə, bu pulpərəst, küt şairlər ki, vardır, Yüksək yer tutsalar da, ən alçaq adamlardır.


***

Nizami özünə çox tələbkar idi. O, utan-madan, həya etmədən özünü “şair” adlandıran-lara deyirdi:

– Əgər şeirin səni hamıya tanıtdırma-mışsa, heç bir zaman özünü “şair” adlandırma!


14


***


Nizami söz ustasının, sənət aşiqinin vurğunu idi. O, həqiqi şairlər haqqında söyləyirdi: Ərşin bülbülləridir qələm çalan şairlər, Qırğı hey səy etsə də, olmaz bülbülə bənzər…

Səfin önü, arxası o zaman ki, düzəldi, Qabağa peyğəmbərlər, sonra şairlər gəldi…


***

“Xosrov və Şirin” poemasının yaranması haqqında şair deyirdi:

– Elə ki, könlümün gizli səsi mənə kömək-çi oldu, hümmət fəzasından səslənib dedi: Ey Nizami, tələs, gecdir, tez ol. Fələk əhdini pozan, dövran tez keçib gedəndir. Şirin bulaq suyu ilə

yeni bir şirni hazırla, sözə yeni bir xələt geyindir.


***

Nizami “Xosrov və Şirin” poemasına məhəbbətin, eşqin möhtəşəm abidəsi kimi baxırdı.

O, eşqdən alovlanıb, yanan bir aşiq kimi deyirdi:

– Mənim yanımda eşqdən gözəl bir şey yoxdur. Nə qədər ki, sağam, qoy eşqdən başqa işim olmasın. Fələyin eşqdən özgə mehrabı yoxdur. Eşq torpağı olmazsa, yer üzündə su tapıl-15


maz… Göylər eşqdən azad olsaydı, yer üzü abad olmazdı… Eşq dərdindən yaxşı dünyada heç nə

yoxdur, onsuz gül gülməmiş, bulud ağlamamış-dır… Əgər daşın qəlbində eşq varsa, o, gövhəri məşuqə kimi qucaqlayar. əgər maqnitdə eşq olmasaydı, dəmiri o qədər böyük bir şövq ilə özünə

tərəf çəkməzdi. Əgər kəhrəba aşiq olmasaydı, sa-man çöpünü axtarıb tapmazdı … Əgər dərindən düşünsən, bütün kainat eşq üzərində dayan-mışdır …


***

Hökmdar Axsitanın “Leyli və Məcnun”

poemasını Nizamidən qələmə almasını və “bu təzə gəlini fars və ərəb bəzəyi ilə bəzəməsini” ondan tələb etməsi şairi bərk əsəbiləşdirmişdir.

– Şahın halqasının qulağıma taxıldığını gördükdə, qan beynimə vurdu. Nə bu təklifi rədd etməyə cürətim var idi, nə də xəzinəyə yol tapmaq üçün gözüm …

O, şahın təklifini rədd etmək istəyəndə,

“canından əziz tutduğu” oğlu Məhəmmədin xahişini yerə sala bilmir, oğul məhəbbəti ürəyində

məşhur aşiqanə “Leyli və Məcnun” poemasını qəlbinin qanı ilə yazır və başa çatdırır.

16


***

Nizami həyatın mənasını çalışmaqda, ya-ratmaqda, xalqa fayda verməkdə görürdü. O, “İsgəndərnamə” poemasını qələmə alanda, gənc-liyini itirmiş, ömrünün baharı xəzana dönmüş, sərv qəddi bükülmüş, gücü-taqəti tükənmişdi.

Lakin şairin qəlbi hərarətlə döyünür, coşur, yuxu gözünə haram olur. O, qoca vaxtında öz varlığını unutmuş, daha yeni bir əsər yazmaq arzusu ilə

alovlanmışdı:

– Pərvanələr üçün yeni bir şam yan-dır-malı, barlı bir ağacın tumunu sancmalıyam.

Şairin iradəsi qalib gəlir, “İsgəndərnamə”

böyük sənət eşqi ilə yazılır və başa çatdırılır.

Nizami öz ölməzliyinə, əbədi yaşayacağına möhkəm inanırdı:


Yüz il sonra desən: Haradadır, o?

Hər yerdən səs gələr: buradadır, o!

17


***

Ölü siçan kimi suyun axını ilə axanlara, insanlıq şərəfini ləkələyən alçaqlara müraciətlə, Nizami deyirdi:


Neçin alçaqlara boyun əyirsən?

Oyuncaq olursan namərdlərə sən?

Nə üçün boynuna min yük alırsan?

Zalımın zülmündən razı qalırsan?

Qəlbi yumşaqlığı bir dəfə unut,

Çiynini dağ kimi ucalıqla tut! …

Acizlik ürəyi ağrıdır, bilsən,

Bir alçaqlıq olar, hər zülmə dözsən.

Tikan tək çiynində tut yarağını, O vaxt qucaqlarsan gül budağını.


18



QİVAMİ

MÜTƏRRİZİ GƏNCƏVİ

XII əsr

Mütərrizini təzkirəçilər ya Nizaminin qardaşı, ya da onun əmisi oğlu kimi yazır. Şair çö-rəkçi olması və şairliyi ilə fəxr edirmiş: Şairlikdə yoxdur mislimi görən,

Çörəkçilikdə də hələ təkəm mən.


Dövrünün narazılıq edən, “bir quşam, dünyadır mənimçün qəfəs” deyən şair gördüklə-rinə acı-acı gülürdü:


Əcəb zəmanədir, türfə xəlayiq,

Cəhalət meyindən tapılmaz ayıq,

Nə adil bir şah var, nə doğru hakim, Nə dindar zahid var, nə təmiz alim.

19



MƏHSƏTİ XANIM GƏNCƏVİ

XII əsr

Yoxsul qızı olan, gözəl musiqiçi və şairə kimi tanınan Məhsətinin Gəncə xətibinin oğlu Əmir Əhmədlə sevgi münasibətləri haqqında çoxlu rəvayətlər yaranmışdır. Məhsəti xanım rübai ustası kimi daha çox şöhrət qazanmış, Ömər Xəyyam-dan təsirlənmişdir. Şairənin hər bir rübaisi oxucu-nu fikir dəryasında üzdürür. Məsələn: Bu dünya bir qızıl kuzəyə bənzər, Suyu gah şirindir, gah da ki zəhər Çox da öyünmə ki, uzundur ömür,

Əcəl köhlənində hazırdır yəhər!


20



Hünərin səfası acıdır, müdam,

Odur ki, hünəri içmir bir adam,

Alçaq adamların cəhalət odu

Hünəri küləyə vermişdir tamam.


ƏVHƏDƏDDİN ƏVHƏDİ

127…-1338

Rəvayətə görə, bir məclisdə eşqbazlığı ey-ib bilənlərə Əvhədi demişdir:

– Eşqbazlığı heç də özümüzə eyib hesab etmi-rik, bu yolda bizdən əvvəlkilər də çalışmışlar, biz də çalışırıq.


***

Əvhədi səyahəti çox sevirmiş. Ömrünün çoxunu da səyahətdə keçirmişdir. Onun nə üçün səyahət etdiyini xəbər alanda şair demişdir: 21


– Səyahət kamilliyə dəlalət edir. Özün ki, bir şey bilmədiyini hiss edirsən, səfərə çıxıb bütün dünyanı gəzməlisən. Mən də elə. Bir şey bil-diyimi hiss edincəyə qədər gəzəcəyəm …


***

Doğma vətəni hədsiz məhəbbətlə sevən Əvhədi, uzun illər qürbətdə yaşamış və peşman olmuşdu. O demişdir:

– Mən kiməm?

Özü-özünə cavab vermişdir:

– Mən behiştdən qaçıb cəhənnəmə girmiş, yolunu azmış, karvandan geriyə qalmış, səbəbsiz çöllərə düşmüş, fədakarlıq və mərdlik vaxtı baca-rıqsızlıq göstərmiş bir şəxsəm.

Şair səhvini düzəltmiş, tezliklə vətəni Az-ərbaycana qayıtmışdır.


22



SEYİD İMAMƏDDİN NƏSİMİ

1369-1417


Hələb şəhərində Nəsiminin çox istədiyi şagirdlərindən biri onun qəzəlinin ucadan, avazla oxuyurmuş. Eşidənlər gəncdən:

– Bu qəzəl kimindir? – soruşduqda gənc:

– Mənim şeirimdir, – cavabını verir. Gənci tutub qətl etmək istəyəndə Nəsimi özünü hadisə

yerinə çatdırır və deyir:

– Şeir mənimdir. O gənc mənim xatirim üçün qəzəli özünə isnad vermişdir.

Gənci buraxıb Nəsimini tuturlar və dərisi-nin soyulmasına hökm verirlər. Dərisi soyulanda qanı axan şairin rəngi saralır. Onu ələ salmaq məqsədilə:

23


– Şair, bərk dayan, bəs rəngin nə üçün saralır? – deyə ondan sual etdikdə, Nəsimi qürurla cavab verir:

– Bəli, rəngim saralır. Mən əbədiyyət üfiq-lərində doğmuş eşq günəşiyəm. Günəş qürub edəndə saralar.


***

Nəsiminin edamına hökm verən ruhani demişdir:

– Bu elə məlundur ki, onun qanından bir damcı hara düşsə, kəsilib atılmalıdır.

Təsadüfən, şairin qanından bir damcı həmin ruhaninin barmağına sıçrayır. Camaat ondan barmağının kəsilməsini tələb etdikdə, o, qorxur:

– Mən söz məsəli demişəm, – deyə ya-xa-sını qurtarır. Bu zaman al-qan içində olan şairin əzəmətli səsi ucalır:


Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar, Gör bu miskin aşiqi, sərpa soyarlar, ağrımaz.


24



CAHANŞAH HƏQİQİ OĞLU PİRBUDAQ

XV əsr

XV əsr Azərbaycan tarixində görkəmli yer tutan şair Cahanşah Həqiqinin oğlu Pirbudaq da şair olmuşdur. Pirbudağın bu gün də zərb-məsəl kimi işlədilən bir beytinin maraqlı tarixi vardır.

Pirbudaq Simnan və Tehran yolunda, susuz bir dağın döşündə bağ salmaq istəyir. Lakin ona deyirlər ki, bu yerdə su yoxdur, burada ağac əmələ

gəlib meyvə gətirməz. Pirbudaq isə cavabında deyir:


İstəmirəm heyvasını, narını,

Qoy desinlər, Pirbudağın bağı var.


25



HƏBİBİ

XV-XVI əsrlər


Həbibinin uşaqlığı Bərgüşad kəndində qu-zu otarmaqla keçirmiş.

Sultan Yaqub bir gün ova çıxanda çöldə

quzu otaran bir uşaq görür. Öz mülazimlərindən birini göndərib quzuların kimə aid olduğunu öyrənmək istəyir. Mülazim uşağın yanına gəlir və

soruşur:

– Nə yığırsan?

– Çör-çöp.

– Çör nədir, çöp nədir?

– Çör dik duranlardır, çöp yıxılanlar.

– Bu quzular kimindir?

– Qoyunların.

– Kəndinizin böyükləri kimlərdir?

– Öküzlər hamıdan böyükdür.

– Onu demirəm. Kəndə gələnləri kim qarşılayır?

26


– Sənin kimi əziz adamlar gələndə, qarşı-lamağa itlər yüyürür.

Mülazim qəzəblənib deyir:

– Ay, nə çapaydım səni!

Uşaq cavab verir:

– Atını çap, gör ki, yoldaşların getdi.

Mülazim həmin söhbəti padşaha nəql edir. Hazırcavablığı, məzəli söhbəti sevən Sultan Yaqub uşağın çox istedadlı olduğunu başa düşüb, onu saraya gətirir, təlim və tərbiyəsi ilə məşğul olur. Sonralar Həbibi görkəmli sənətkar kimi məşhurlaşır.


27



ŞAH İSMAYIL XƏTAİ

1486-1526


Xətai elm, sənət adamlarını yüksək qiy-mətləndirirdi. Belə nəql edirlər ki, 1514-cü ildə

məşhur Çaldıran müharibəsində Şah İsmayıl döyüş meydanına getməmişdən əvvəl sarayın ən məşhur xəttatı Mövlanə Şah Mahmud Nişapurini və misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmiş və demişdir:

– Kim bilir, bəlkə müharibədə öldüm və

ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi.

Onlar niyə Sultan Səlimin əlinə əsir düşsünlər?!

Şah İsmayıl müharibədə məğlub olub geri qayıdarkən, ilk əvvəl məşhur xəttatı və misilsiz 28


rəssamı gizlətdiyi yerə gedir. Onları gizli saxla-dığı yerdə taparkən sevinir və “Allaha çox şükür!” deyir.


***

Şah İsmayılın ən çox sevdiyi şairlərdən biri Nəsimi olmuşdur. O, Nəsiminin qəhrəman-lığına, məsləkcə möhkəmliyinə heyran qalmışdır.

Onun faciəli ölümünü şair dönə-dönə yad etmiş, ölümün gözləri içinə dik baxan Həllac Mənsurun və Nəsiminin tutduğu yolu təqdir və təbliğ etmişdir:


Şah Xətai, didarə bax,

Mənsur ipin boynuma tax.

Nəsimi oldu haqla haqq,

O üzülən dərisidir.


***

Şah İsmayıl Xətaini əsrlər boyu türk-qızıl-baş xalq şairləri və Anadolu el aşıqları bir mürşid, mənəvi ata kimi qəbul etmişlər. Məclislərdə Xətai təxəllüslü şeir oxunarkən ayağa qalxar və kişilər çökərlər.

Şah İsmayıl Xətai Azərbaycan xalqı içərisində şöhrətli bir dövlət xadimi, yenilməz pəh-29


ləvan, gözəl şair kimi ad qazanmışdır. Seyid Əz-im Şirvani yazır ki, şairin:


Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini, Bar-ilahi, əfv qıl kim, tövbəkarəm doğrusu –


məqtəli qəzəli xanəndələr tərəfindən musiqiyə

uyğunlaşdırılıb tez-tez oxunardı. Mir Möhsün Nəvvab da “Şah Xətai” adlı musiqi havasının xalq arasında çox məşhur olduğunu göstərir.


30



MƏHƏMMƏD FÜZULİ

1494-1556


İnsan və sözün qiyməti Füzulicə belədir:

– … Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim, insan gövhərində isə sözdan bahalı cövhər tapmadım.

Sözün dərəcəsi və rütbəsi ucadır. Söz bilən ad-am hər yerdə olsa, hörmətli olar. Sözü tərif etmək mənim həddim deyil … Yaxşı söz kamalı doğru-luqdan alar. Doğruluq sözün qiymətini artırar, doğru zinət daha yaxşı görünər.


31


***

Füzuli şeirin əbədiliyi tərəfdarıdır:

– … Elə ki, şeir bağçasından doğruluq qo-xusu duydum, məsləhət gördüm ki, mən də bu bağçada bir ağac əkim ki, onun kölgəsində əbədi yaşayım… Bu qanlı bir çöl, cahilsiz bir dəryadır.

Bu sədəfdə deşilməmiş bir dürr tapmaq çətindir.

Bir söz qalmamışdır ki, deyilməmiş olsun. Döyül-müş xırmandan başaq yığmaq yaxşı deyil. Tap-danmış yoldan gedib-gəlmək faydasızdır… Məndən əvvəl gələn şairlərin hamısı yüksək istedadlı, dərin düşüncəli insanlar olmuşlar. Qəzəl üslubu-na yarayan hər gözəl ibarəni, incə məzmunu öylə

işləmişlər ki, ortada bir şey qalmamışdır. Bir insan onların bütün yazdıqlarını bilməlidir ki, çalı-şıb vücuda gətirdiyi əsərlərdə özündən əvvəl söylənən mənalar olmasın.


***

Füzuli orijinaldır:


– Mən aləmdə yeganə olmaq istəyən bir in-sanam. Bunu təxəllüsüm təyin etdi.

32


***

Füzuli böyük zəhmətkeş idi:

– Elə zamanlar olmuşdur ki, gecə sabaha qədər yuxusuz qalmaq zəhərini dadıb bağrımın qanı ilə bir məzmun tapıb yazmışam. Sabah olanda, başqa şairlərə təvarüdə düşdüyümü görüb yazdıqlarımın üstündən qələm çəkmişəm. Elə zamanlar da olmuşdur ki, səhərdən axşama qədər düşüncə dəryasına dalıb şeir almazı ilə heç kəs tərəfindən söylənməmiş inci deşmişəm. Bunu gö-rənlər, “bu məzmun anlaşılmayır, bu ləfz xalq arasında işlənməz və xoşagəlməzdir” – demişlər. O

məzmun gözümdən düşmüş, hətta qələmi əlimə

alıb onun üzünü ağartmamışam. Nə qəribə hal-dır. Söylənilmiş bir şey – əvvəlcə söylənilmişdir, -

deyə, söylənilməmiş söz də əvvəlcə söylənilmə-mişdir, – deyə yazılmır .

33


***

Füzuli qəzəllə yüksəlmək istəyirdi:


Qəzəl de ki, məşhuri-dövran ola, Oxumaq da, yazmaq da asan ola.


***

Osmanlı hökmdarı Sultan Süleyman Fü-zuliyə ayda doqquz ağca təqaüd təyin edir və bu haqda ona bəzəkli bir barat verirlər. Şair həmin baratla ovqaf idarəsinə müraciət edir. Onu sü-ründürməyə salırlar. Ovqaf idarəsində gördüyü yaramazlıq, rüşvətxorluq, ədalətsizlikdən təngə

gələn şair məşhur “Şikayətnamə” satirasını yazır:


Salam verdim, – rüşvət deyildir, – deyə almadılar.

Hökm göstərdim – faidəsizdir, – deyə mültəfit ol-madılar. Əgərçi zahirdə sürəti – itaət göstərdilər, am-ma zəbani-hal ilə cəmi sualıma cavab verdilər.

Dedim:

– Ey cənablar, bu nə yaramaz hərəkət, bu nə qaş-qabaqdır?

Dedilər:

– Bu bizim köhnə adətimizdir.

Dedim:

34


– Mənə yardım etməyi lazım bilmişlər …

Dedilər:

– Ey yazıq! Sənə zülm etmişlər. Əlinə avaraçılıq kağızı vermişlər ki, faydasız yerə qapılar gəzəsən, sa-vaşasan, pis-pis üzlər görəsən, çirkin sözlər eşidəsən.

Dedim:

– Baratımın məzmunu nə üçün vüsul olmaz?

Dedilər:

– Qalıqlar babətindəndir, vüsulu mümkün deyil.

Dedim:

– Bu qədər vəqflər qalıqsız olarmı?

Dedilər:

– Dərbarın məxaricindən artıq qalsa da, bizdən artıq qalarmı?

Dedim:

– Ovqaf malını artıq mənimsəmək vəbaldır.

Dedilər:

– Pulumuzla satın almışıq, bizə halaldır.

Dedim:

– Haqq-hesab istəsələr, bu əməllərin üstü açılar.

Dedilər:

– Bu haqq-hesaba qiyamətdə baxılar.

Dedim:

– Bu dünyada da haqq-hesab istənilə bilər …

Dedilər:

35


– Ondan da qorxumuz yoxdur. Çünki katibləri razı salmışıq.

Gördüm ki, sualıma quru cavabdan başqa bir şey vermirlər… Əlacsızlıqdan mübahisədən əl çəkdim, məyus və məhrum tək-tənhalıq küncünə çəkildim …”


***

Füzulinin qəzəllərində şəxsi və dünyəvi, ictimai-bəşəri kədər vəhdət təşkil edir. Xalq onun haqqında çox gözəl demişdir:


Füzuli dərd əlindən dağa çıxdı,

Dedilər, bəxtəvər yaylağa çıxdı.

36



SARI AŞIQ

XVII əsr


Sarı Aşığın Güləbürd kənd qəbristanındakı tərsinə olan qəbri xalq arasında müqəddəs hesab olunur. Qəbrin üstündə saz şəkli vardır və

bütün başqa qəbirlərdən seçilir. Onun üzü qiblə-yə yox, aşiqin sevgilisi Yaxşının qəbrinə tərəfdir.

Qəbri Sarı Aşığın vəsiyyəti hesab olunan aşağıdakı bayatısı əsasında düzəltmişlər:


Aşiqi tərsinə qoy!

Tər sinə, tərsinə qoy!

Yaxşının qibləsinə,

Aşiqi tərsinə qoy!

37



ZÜLALİ

XVII-XVIII əsrlər


Uzun müddət qürbətdə yaşadıqdan sonra Zülali doğma şəhəri Şamaxıya qayıdır. 1705-ci il-də Nadir şah Şamaxını yandırıb, əhalisini də zorla Ağsu çayının sahillərinə köçürtdürür. Zülali də

Ağsuya gələnlərin içində olur. Dilxor olmuş şair yan-yana söyləyir:


Qürbətdə deyərdin ki, Zülali, vətənim var, Ensin gözünə qarə su, Ağsu vətən oldu!


38



MOLLA VƏLİ VİDADİ

1709-1809


Vidadi qoca vaxtlarında üç münasibətlə

üzləşmişdir. Şairin dostu Hüseyn xan Müştaq öldürülmüş və bu münasibətlə məşhur “Müsibət-namə” yazılmışdır. Can sirdaşı olan Vaqifin oğlu ilə qətlə yetirilməsi onun belini sındırmışdır. Nəhayət ailəsindəki aşağıdakı hadisə onu tamamilə

yaşadığı dünyadan küsdürmüşdür: Şairin bir oğlu yeniyetmə qardaşını evə göndərib deyir ki, get evdən tüfəngi gətir. Tüfəng, demə dolu imiş

və yeniyetmə oğlan da onunla rəftar qaydasını bilmirmiş. O, evə gedib, tüfəngin lülə tərəfindən 39


tutub çəkəndə tüfəng açılır və gəncin ürəyindən dəyir. Cavan oğlan o saat da ölür…


***

Vidadinin qəbri Gəmiqaya adlanan yer-dədir və qəbir daşı üzərində belə bir beyt yazılmışdır:


Kim Vidadi xəstənin qəbrin görüb etsə dua, Edə Həqq rəhmət, şəfi ola Məhəmməd Mustafa.


40




MOLLA PƏNAH VAQİF

1717-1797

Bir gün Qarabağ hakimi İbrahim xan öz dəstəsi ilə ovdan qayıdarkən yolda çobanlara rast gəlir. Çobanların yanındakı zorba bir itin boynundakı dəri bükmə və göz muncuğu xanın nəzərini cəlb edir və atı saxlayır:

– A bala, o itin boynundakı nədir?

Çoban cəld cavab verir:

– Xan sağ olsun, duadır, göz dəyməsin deyə yazdırmışam.

İbrahim xan təəccüblənir, əhvalı dəyişir.

Xanı başa düşməyən çoban, iti tərifləyir …

– Bəs duanı harada yazdırmısan?

– Şişə qalasında.

41


Bərk əsəbiləşən xan xilafi-şər iş görən, dini ələ salan mollanı cəzalandırmaq məqsədi ilə çobanı iti ilə birlikdə Şişəyə apartdırır. Axtarıb dua yazan mollanı tapırlar və xanın hüzuruna gətirirlər. İbrahim xan, dizi üstə qarşısında əyilmiş

mollaya qəzəblənir:


– Quran sənə qənim olsun, nə cürətlə dini-mizi ələ salıb, itə dua yazırsan?


– Xan sağ olsun, əgər siz buyuranlar doğru isə, boynum vurulsun. İtin boynundakı dua deyil, bir məzahdır, çobanla zarafat etmişəm.

– Necə yəni məzahdır?

Molla ürəklənir:

–Xan, qalaların təbiətinə bələdsiniz. Kimsə çobanı öyrədir ki, belə pəncəli köpəyə dua yaz-dırmasan göz dəyər, tez ölər. Çoban da sürü-sündən iki qoyun götürüb şəhərə gəlir, dua yazan axtarır… Onu müxtəlif yerlərə göndərirlər.

Qəssab əttara, əttar baqqala, baqqal çaqqala, çaqqal da mənim üstümə. Mən də camaatın kələyini duyub, dua əvəzinə bir məzah yazdım.


Xan itin boynundakı bükməni açdırır və

saralmış kağızda yazılanları oxutdurur: Gözüm düşdü ətinə,

Dua yazdım itinə.

Həmin sirri kim açsa,

Bu çobanın …

42


Xan gülümsəyir. Mollanın özünü sərbəst aparması, hazırcavablığı xoşuna gəlir, özünə mirzə götürür, saraya gətirir. Həmin molla, məşhur şair Vaqif imiş.


***

Başqa bir rəvayətdə Vaqifin Qarabağ xanlığına gəlməsi belə nəql edilir:

Molla Pənah Daş Salahlıda, məşhur Şəfi əfəndidən elm təhsil edirmiş. Daş Salahlıda Pə-nahdan bir xəta baş verir, orada artıq qala bilməyib, yaylağa gedir.

Şəfi əfəndi onun dağa getməsindən xə-bərdar olub təəssüf edir ki, Molla Pənah elmini tamamlamadı və öz arvadına deyir ki, sən axırda eşidərsən, Molla Pənah böyük bir şəxs olacaqdır, çünki o çox zirək və cövhərli adamdır.

El dağdan enəndə, Molla Pənah vətəninə

qayıtmayıb Gəncəyə gedir və orada Şah Abbas məscidinin hücrələrinin birində təhsil və elmlə

məşğul olmağa başlayır. Həmin vaxtlarda Qazax mahalından bir qarının oğlu Cavad xanın əmri ilə

Gəncədə dustaq imiş. Qarı oğlunu azad etdirmək üçün ərizə yazdırmağa məscidə gəlir. Molla Pənah qarının ərizəsini yazıb verir və ona bərk tap-43


şırır ki, xan soruşsa, ərizəni kimin yazdığını de-məsin.

Qarının ərizəsi Cavad xanın çox xoşuna gəlir və ondan soruşur ki, bunu kim yazıbdır. Qa-rı əvvəlcə cavab vermir, amma xan təkid edəndən sonra Molla Pənahı nişan verir. Xan Molla Pənahı hüzuruna çağırıb ondan soruşur ki, bu ərizəni sənmi yazıbsan? Molla cavab verir ki, bəli, mən yazmışam. Xan ona tapşırır ki, bundan sonra mə-nə hər nə ərizə yazılsa, hamısını sən yaz və hər birinə qələm haqqı bir qızıl al.

Bir neçə vaxtdan sonra İbrahim xan Gəncəyə, Cavad xana qonaq gəlibmiş. İbrahim xan Cavad xandan bir qabil mirzə istəyir. Cavad xan Molla Pənahın elm və məharətini ona tərifləyir.

İbrahim xan çox hörmətlə onu qəbul edib özü ilə

Qarabağa aparır. Orada Molla Pənah az müddətdə öz bacarığını göstərir və İbrahim xanın ən yaxın sirdaşlarından biri olur.


44


***


Vaqifin İbrahim xanın sarayına gəlməsi haqda üçüncü bir rəvayət belə nəql edilir: Vaqif Tərtərbasardan Şuşaya gəlir. Şəhərin Saatlı məhəlləsində məktəb açır. Öz savadı və

uzaqgörənliyi, şirin şeirləri ilə tez zamanda ətraf-dakıların hörmətini qazanır.


Novruz bayramı günü münasibətilə şairin yazdığı məşhur “Bayram oldu” şeiri əl-əl gəzib, axırda İbrahim xana çatır. Xan onun hazırcavab, zirək və tizfəhm görüb saraya dəvət edir.


***


Vaqifin saraya gəlməsi barədə söylənən dördüncü rəvayət də maraqlıdır:

Vaqif Şuşada bir çox adamlarla yaxınlıq edib, ülfət qılırmış. Onlardan biri İbrahim xanın yaxın adamı, sarayda mötəbər şəxs Mirzə Vəli Baharlı imiş. Vaqif Ayın tutulmasını və zəlzələni qa-baqcadan xəbər verərkən, onun ağlına heyran qalmış Baharlı bu əhvalatı İbrahim xana danışır.

İbrahim xan Vaqiflə şəxsən görüşüb, onun ka-malını qiymətləndirir, saraya gətirdir.

45


***


Vaqif sarayda əvvəl eşik ağası və sonra baş vəzir olur. Otuz ilə yaxın bir müddətdə, yəni ömrünün sonunadək Qarabağ sarayının ən mötəbər və uzaqgörən xadimi kimi şöhrətlənir. Bir sıra elmlərdə, xüsusilə nücum və mühəndislikdə

səriştəsi var imiş. Şuşada bəzi binaların, şəhərin ətrafına çəkilmiş hasar və qala divarının naziri və

müşaviri Molla Pənah imiş. Onun hər cəhətcə

qabil, kamil olduğunu görən İbrahim xan da şairin məsləhət və tədbirinə qulaq asarmış. Bu sə-bəbdən, Qarabağda bir məsəl yaranır və çox məşhurlaşır: “Hər oxuyan Molla Pənah və hər qa-tırçı Murad olmaz”


***


Vaqif nücum elmini gözəl bildiyi üçün, İbrahim xan hər cür ciddi addım atarkən, hərbi səfərə çıxarkən onunla məsləhətləşərmiş. Bir dəfə

İbrahim xan xoylu Əhmədxanla müharibəyə başlayıb-başlamamaq haqqında vəzirlə məsləhətlə-şir. Vaqif ulduzların vəziyyətindən belə bir nəticə

çıxarır ki, yaxın zamanlarda Xoyda olmalıdır, 46


deməli səfər müvəffəqiyyətlə nəticələnəcək. Vaqifin münəccimliyi düz çıxır. Lakin şair Xoya qalib sifətilə deyil, əsir sifətilə varid olur. Tezliklə hər şey sülh yoluna gəlir və Vaqif azad olunarkən aşağıdakı beyti deyir:


Vaqifəm, sağü-səlamət bu səfərdən qayıdam, Mən olam, bir də çıxam ruzi qiyamət Qaladan.


***

İbrahim xan Quba xanı Fətəli xanın, Şuşaya hücum edəcəyini ehtimal edərək, qoşunu ilə

Əsgəranda qərargah salmış, çadırlar qurdurtmuş-dur. Vaqif də xanın hüzurunda olmaq məcburiyyətində idi. Lakin onun ruhu şəhərdə, Mədinəsinin yanında idi. O, dözə bilməyib gecələrin birində bir qoşma yazır. Qoşmanı şair belə qurtarır: Ləblərin bağrımı pürxun eyləmiş, Axıtmış göz yaşım, ceyhun eyləmiş, Həsrətin Vaqifi Məcnun eyləmiş,

Onun üçün gəzər, çöllər dolanır.


Sonra şair nökəri çağırıb deyir:

– Atı min, bu kağızı bu saat apar Qalaya, Mədinə xanıma ver, tez qayıt!

47


Çapar tez gedib, tez də Mədinədən cavab gətirir. Məktubda yalnız bircə bayatı yazılmışdı: Ahular mələr gələr,

Dağları dələr gələr.

Yar yarını istəsə

Gecəni yarar gələr.


Vaqif elə o saat at yəhərlədib Qalaya, gözəl Mədinəsinin görüşünə gedir.


***

Vaqifin iki arvadı olmuşdur. Birincinin adı Mədinə, ikincisinin adı Qızxanım imiş. Mədinə öldükdən sonra şair ikinci ilə evlənmişdir.

Mədinənin ölümü Vaqifi çox mütəəssir etmişdir.

Hətta Mədinənin ölümünə Qazax şairlərindən İsrafil Sail mərsiyə də yazmışdır:


Biçarə Vaqifin, Molla Pənahın

Hayıf oldu Mədinəsi yıxıldı.

48


***


Şahsevənli Fərəcullah xan, İbrahim xanın qızı Kiçik Bəyimə evlənmişdi. Bir gün o qayına-tası İbrahim xanı qonaq çağırır. Lakin xan başqa işlə məşğul olduğundan, vəziri Molla Pənahı qonaqlığa göndərir. Uzaqdan atlıların gəlməsini görən Fərəcullah xan onların qabağına çıxır, dəstə-nin başında İbrahim xanı görmədikdə, tutulur:

– Məgər xanın bir adamı yoxmudur, mənim yanıma göndərsin?!

Vaqif dərhal cavab verir:

– Xeyr, xanın adamı çox idi, adamı adam yanına, bizi də sənin yanına göndərdi.

Fərəcullah xan Vaqifi tanıyıb pərt olur, ondan üzr istəyir.


***

İbrahim xan səfərlərinin birində öz qoşunu ilə Kür qırağında qərargah salıb uzun müddət qalmalı olur. Saray əhli və qoşun başçıları təngə gələrək, Şuşaya qayıtmaq üçün Vaqifdən tədbir görməsini xahiş edirlər. Vaqif “Siyah tel görmədim Kür qırağında” qoşmasını yazıb oxumaq üçün saray xanəndəsinə verir. Lakin saray 49


adamlarının gözlədikləri nəticə hasil olmur. Onlar yenə Vaqifə müraciət edirlər. Bu dəfə xanəndələr Vaqifin yazdığı “Kür qırağının əcəb seyrən-gahı var” adlı ikinci qoşmasını xanın hüzurunda oxuyurlar. Vaqifin bu şeiri İbrahim xana o qədər təsir edir ki, o, həmin saat çadırları sökdürür və


Страницы книги >> 1 2 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации