Текст книги "Tap-tapmaca"
Автор книги: Народное творчество
Жанр: Старинная литература: прочее, Классика
Возрастные ограничения: +6
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 2 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Шрифт:
-
100%
+
Tap Tapmaca
KAİNAT VƏ TƏBİƏT HADİSƏLƏRİ
(Səma cisimləri: Ay, Günəş, Yer, ulduzlar; təbiət hadisələri: bulud, yağış, qar, dolu, külək, ildırım, od, su və s. haqqında)
1. Ağ sandığım açıldı,
İçindən nur saçıldı.
2. Ağ tas, qızıl tas,
Birini götür, birini as.
3. Adam deyil, hey qaçır,
Meşə deyil, səs salır.
4. Ay gedər ha, il gedər,
Gecə-gündüz yol gedər,
Nə dili var, nə ağzı,
Nərildər aslan, gedər.
5. Ayağı yoxdur, qaçır,
Qanadı yoxdur, uçur.
6. Aləmə işıq salır,
Axşam gül kimi solur.
7. Anası qaraca,
Qızı qırmızıca,
Oğlu qıvrımca.
8. Araba gedər, izi yox,
Yanar, yanar, közü yox.
9. Ata minər, səslənməz,
Yerə düşər, paslanmaz,
Suya düşər, islanmaz.
10. Atamın yeddi oğlu var,
Yeddisi də bir boyda.
11. Atdım atana,
Dəydi kotana,
Suda balığa,
Düzdə ceyrana.
12. Ahanı ha, ahanı,
Gəzər cümlə cahanı,
Dərələrdə öldürdüm,
Nə əti var, nə qanı.
13. Babamın bir donu var,
İçi dolu abbası,
Gündüz girər kisəyə,
Gecə çıxar eşiyə.
14. Babamın bir çuxası var, on iki cibi,
Cibin hər küncündə otuz düymə,
Hər düymənin bir üzü ağ, bir üzü qara.
15. Bayırda sağdı,
Pambıqdan ağdı,
Evə gələr,
Suya dönər.
16. Balta vurdum nimçəyə,
Səsi gəldi Gəncəyə.
17. Baş üstə durar,
Baxıb göz vurar.
18. Bir ağ daşım var, odda yanmaz,
Suda batmaz, gün çıxanda əriyər.
19. Bir ağacım var, on iki budağı,
Hər budağın otuz yarpağı,
Hər yarpağın bir üzü qara, bir üzü ağ.
20. Bir atım var,
Sakit durmaz.
Hey yol gedər,
Heç yorulmaz.
21. Bir atım var səməndi,
Nə ucu var, nə bəndi,
Özü açılar, özü yumular,
Heç kəs bilməz bu fəndi.
22. Bir kilimim var, min bir naxışı,
Yel baba süpürər payızı, qışı.
23. Bir kişinin dörd evi var,
Biri yaşıldır, o biri al.
Biri sarıdır, o biri ağ.
24. Bir sinidə iki toyuq,
Biri isti, o biri soyuq.
25. Bir tabaq almaz,
Sabaha qalmaz.
26. Burdan vurdum baltanı,
Ordan çıxdı qaltanı,
Qara qız oğlan doğdu,
Yerin, göyün sultanı.
27. Qəndə bənzər, dadı yox,
Göydə gəzər, qanadı yox.
28. Dağdan, daşdan qan gəlir,
Qıvrılmış ilan gəlir,
Qabağında durmayın,
Qudurmuş aslan gəlir.
29. Dağlarda qar əridi,
Ayaq tutub yeridi,
Dərə görüb, bağırdı,
Dərya görüb, kiridi.
30. Dam üstə daylaq oynar,
Yerə dəyib oyular.
31. Əl ilə tutmaq olmaz,
Göz ilə görmək olmaz.
32. Əlamət ay əlamət,
İşi tamam qiyamət,
Əli yox, şəkil çəkir,
Dişi yoxdur, dişləyir.
33. İşım-işım işıldar,
Yarpaq kimi xışıldar.
34. Yaxşıca gözəldir, hamıya baxar,
Üzünə baxanı yandırar-yaxar.
35. Yer üzünün qarası,
Ağacların anası.
36. Yerdə bir ağ süfrə var,
Pambıq kimi parıldar.
37. Göydə uçar bir maya,
İşıq salar dünyaya.
38. Göy üzü damar-damar,
Göydən yerə nur damar.
39. Göydə durub qızıl daş,
Cümlə-cahan əyir baş.
40. Göydə gəzər qalaq-qalaq,
Gah tutqundur, gah rəngi ağ.
41. Göydən yerə buz yağır,
Görün, necə düz yağır,
Darı boyda, qoz boyda,
Görmədim qarpız boyda.
42. Göydən gəlir dərvişlər,
Kürkün yerə sərmişlər,
O qədər oynamışlar,
Xurdu-xəşil olmuşlar.
43. Göydən gəlir sel kimi,
Yerə dəyir tel kimi.
44. Gün çıxanda yox olur,
Gün batanda çox olur.
45. Gündən güclü,
Yeldən gücsüz,
Yoxdur gözü,
Ağlar özü.
46. Mavi atlas,
İynə batmaz,
Qayçı kəsməz,
Tərəzi çəkməz.
47. Mavi atlas,
Ortasında
Bir qızıl tas.
48. Mən aşiqəm, düz yerdə,
O göydədir, biz yerdə.
O yer olmaz, keçməsin,
Salmaz bircə iz yerdə.
49. O nədir ki, dayanıbdır dayaqsız,
O nədir ki, boyanıbdır boyaqsız?
50. O nədir ki, işığı var, istisi yox?
51. O nədir ki, yaşı çoxdur, qocalmaz,
O nədir ki, gəzər, məkanı olmaz?
O nədir ki, nə əskilməz, nə dolmaz?
52. O nədir ki, öz məzarını özü qazar?
53. O hansı bağdır ki,
Torpağın əkmək olmaz,
Çınqılın çəkmək olmaz?
54. O hansı quşdur ki,
Bir qanadı ağdır,
Bir qanadı qara?
55. Odda yanmaz,
Suda batmaz.
56. Oturmuşdum səkidə,
Ürəyim səksəkidə,
Göydən bir alma düşdü
Bir qızıl nəlbəkidə.
57. Səhər gül kimi açır,
Aləmə nurun saçır.
58. Suya düşər, islanmaz,
Yerə düşər, paslanmaz.
59. Səpdim gecə noxudu,
Səhər gördüm, yoxudu.
60. Uzaqdan baxaram, ağarar,
Yaxına gedərəm, bağırar.
61. Uzaqdan baxdım, yaman çox,
Yaxına getdim, heç nə yox.
62. Uzun-uzun ulama,
Ucuna qıl dolama,
Gedər uca dağlara,
Gələr bizə salama.
63. Uzun hacı, kök hacı,
Duman başının tacı.
64. Uçan bir quş kənəkdir,
İşi tamam kələkdir,
Dəyirmana can verər,
Xırmana da gərəkdir.
65. Xub gözəldir, hamıya baxır,
Ona baxana iynələr taxır.
66. Halalar, ay halalar,
Dağda kəklik balalar,
Nə kiçiyi böyüyər,
Nə irisi balalar.
67. Həşədə ay həşədə,
Bir quş tutdum meşədə,
Atanın yeddi oğlu,
Hamısı bir peşədə.
68. Həyətdə dağ,
Pambıqdan ağ,
Evə gələr,
Suya dönər.
69. Həsənağa xəstədir,
Qolları qəfəsdədir,
Nə yerdədir, nə göydə,
Çərxi-fələk üstədir.
BİTKİLƏR
(Ağaclar, otlar, güllər, meyvələr, bostan və tərəvəz məhsulları haqqında)
70. Ağ qıza əl uzatdım,
Məsti budaqda qaldı.
71. Ağacın tutmaq olmaz,
Ətrindən doymaq olmaz.
72. Bahalıdır qiymətin,
Şahlar çəkir minnətin.
73. Bir sürü atlar
Çəməndə otlar,
Vaxtı gələndə
Dərisi çatlar.
74. Yaşıl taxt üstündə oturub pəri,
Yaquta, mərcana bənzər ləbləri.
Uzaqdan baxarsan, üzün gizlətməz,
Əlini uzatsan, vurar neştəri.
75. Nədəndi, ay nədəndi,
Dərmə, nazikbədəndi,
Plov üstə məskəni,
Görən, rəngi nədəndir?
76. Özü ala, yeri tala,
Para-para, qəlbi qara.
77. Sarı abası var bunun,
Büzmə yaxası var bunun,
Üstü çopur, içi dilim,
Gör, nə səfası var bunun.
78. Sarı-sarı sandıqlar,
İçi dolu fındıqlar.
79. Toxum əkdim, yarpaq bitdi,
Yarpağın qocalar diddi.
80. Çiçəkləyər, gül deyil,
Ağdır, amma qar deyil,
İstisi var, yun deyil.
81. Aşmaz-uşmaz,
Yerə düşsə,
Beli sınmaz.
82. Əynində yaşıl donu,
Damarları görsənir.
83. Əyri-üyrü boy atar,
Ayağı yerə batar,
Salxım-salxım sallanar,
Altında sarvan yatar.
84. Yağış yağanda
Çimər, yuyunar.
Yazda geyinər,
Qışda soyunar.
85. Uzanar, ha uzanar,
Qollarından balalar.
86. Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşır ağaca.
87. Anaxanım atlandı,
Qol-qanadı qatlandı.
88. Babam oturub ala çuxada,
Kim soyundursa, gözü çıxar.
89. Bostanda var gombul kosa,
Üstü bozdu, içi xasa,
Əzsən, dolar qanla kasa.
90. Bədəni yerdə,
Saqqalı göydə.
91. Bir beləcə mil daşı,
Yandırır dağı-daşı.
92. Bir quşum var, alaca,
Getdi, qondu ağaca,
Özünə bir ev tikdi,
Nə qapı qoydu, nə baca.
93. Bir sandığım var, mərəndi,
Nə qıfılı var, nə bəndi,
Elə açılır, elə yumulur,
Heç kim bilməz o fəndi.
94. Bir toyuğum var, yer altında yumurtlar.
95. Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.
96. Əzizim, qəssab ağlar,
Sarı don qəssab ağlar.
Ölən qoyun ağlamaz,
Öldürən qəssab ağlar.
97. Yaşıl tağım var,
Al otağım var.
Göy paltarımda
Boz qurşağım var.
98. Yer altında sarı biz.
99. Lalalar, ay lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.
100. O nədir ki, saqqalı yerdə,
Ayaqları göydə?
101. O nədir ki,
Otuz səkkiz paltar geyir,
Hamısı düyməsiz.
102. Uzun-uzun uzanar,
İpdən tutub sallanar.
103. Üstü yaşıl məxmərdi,
İçi şirin şəkərdi.
104. Çil toyuq, çiləmə toyuq,
Başını kəsdim, qanı yox.
105. Çoxlu tağ atar,
Torpaqda yatar,
Qoyma yetişsin,
Kal-kal dər apar.
106. Ağac başında al yanaqlı qız.
107. Ağac başında sarı yemiş.
108. Ağac başında sarı yumaq,
Üstünə səpilib ağ sumaq.
109. Ağac başında tüklü yumaq,
Bir üzü ağ, o biri sarımtraq.
110. Ağac başında unlu dağarcıq.
111. Ağzı bağlı bir təndirim var,
İçi bircə kündə tutar.
112. Aldım bir dənə,
Açdım min dənə.
113. Altı dəri, üstü dəri,
İçində bir ovuc darı.
114. Altı taxta,
Üstü taxta,
İçində yaşıl paxla.
115. Biz biz idik, yüz qız idik,
Bizi büzdülər, ipə düzdülər.
116. Bir ağacım var, dam boyda,
Meyvəsi badam boyda.
117. Bir balaca boyu var,
Al atlazdan donu var.
118. Bir balaca boyu var,
Qırmızıdan donu var.
119. Bir yanı ağ,
Bir yanı al,
Ağzına al,
Dadıdır bal.
120. Bir təndirim var, iki çörək tutur.
121. Qızıl ağac yırğandı,
Sırğaları sallandı.
122. Qutu qutu içində,
Sandıq qutu içində,
Fatmanın ağ yaylığı,
O da qutu içində.
123. Dağ kolunda bir damcı qan,
Hər tərəfi yaşıl orman.
124. Dağdan bir qab aş yumarladım,
Dənəsi də yerə düşmədi.
125. Dörd qardaş bir qundaqda yatıb,
Göbəklərin bir-birinə çatıb.
126. Ətindən kabab olmaz,
Qanından kasa dolmaz.
127. İpsiz iynə, deşiksiz muncuq,
Allah düzər, adam üzər.
128. Yeri qazdım, qum çıxdı,
Qumdan minarə çıxdı,
Bildirki keçəl oğlan
Bu il çinara çıxdı.
129. Yupyumru fincan,
İçi dolu mərcan.
130. Kiçik-kiçik sandıqlar,
İçi dolu fındıqlar.
131. Göydən gələr, millənər,
Yerə düşər, dillənər.
132. Gülsüz olar meyvəsi,
Şirin şəkər dənəsi.
133. Məmmədəli ilikdən,
Bir kürkü var, sümükdən,
Dağdan atsan, əzilməz,
Bir təpiyə dözəmməz.
134. Məmmədbağır bağında,
Gül bitər budağında.
Yel vurar, yelləndirər,
Sırğası qulağında.
135. O yanı taxta,
Bu yanı taxta,
Yumru bəy otaqda.
136. O nədir ki,
Qış göyərir,
Yaz qızarır,
Payız qaralır?
137. O nədir ki, əl vursan, qanı tökülər?
138. Salxım-salxım sallanar,
Çox qaldıqda ballanar.
Göydə nərdivan olsa,
Çıxar, ordan sallanar.
139. Sap-sarıca yemişəm,
Ərəbidən gəlmişəm,
Baldan şirin dadım var,
Adda-sanda adım var.
140. Tək çərdəkli yemişəm,
Nabatdan da şirinəm.
141. Uzaqdan gördüm çalı-çəpər,
Yaxına getdim, məni çəkər,
Əlimə alsam, qan damar,
Ağzıma qoysam, qənd, şəkər.
142. Üstü dəri, içində şəkər pəri.
143. Üstü məxmər,
İçi şəkər,
Üstünə sürt,
Ağzına dürt.
144. Fındıqdan iri,
Yumurtadan balaca,
Payız vaxtında
Bəzək verər ağaca.
145. Heyva kimi sapsarı,
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm,
Ləzzətini görərəm.
146. Çölü sarı,
İçi darı.
147. Ağca qız suda.
Fəni-fənnicə,
Burnu əyricə.
148. Ağca fərə suda oynar,
Zəmzəmnən belə oynar.
149. Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.
150. Aşıq ağladı getdi,
Ciyər dağladı getdi,
Əlli dəvə, yüz qatır
Bir mıxa bağladı, getdi.
151. Balacayam, sarıyam,
Deməyin ki, darıyam,
Sizə çörək oluram,
Zəmilərin barıyam.
152. Bizdə bir gəlin gəzər,
Saçıyla yer təmizlər.
153. Bizim bir itimiz var,
Yetmiş yeddi dili var,
Ağzı yox, adam tutar.
154. Bir bölük atlar,
Meşədə otlar,
Gün dəyən kimi,
Sağrısı çatlar.
155. Bir damım var,
Tək dirəkli.
156. Bir il əkərlər,
Yeddi il biçərlər.
157. Boyu bir qarış,
Saqqalı iki qarış.
158. Qara toyuq qapıda yatar.
159. Qara toyuğun qanadı,
Kim vurdu, kim sanadı,
Yerə düşən bir danədir,
Çıxdı on beş, o nədir?
160. Qırmızı xəşən,
Atılıb-düşən,
Dəyirmanlardan
Təndirə düşən.
161. İlim-ilim iynəsi,
İlin xatın düyməsi,
At ocağa, bas qucağa,
Getsin illər xəstəsi.
162. Yerə girər, əllənər,
Külək vurar, dillənər,
Köynəyi göy, özü sarı,
Nə buğdadır, nə də darı.
163. Gün çıxar, gülər,
Axşam mürgülər.
164. Meşədi, çəməndi oylağım mənim,
Özümdən yekədir papağım mənim.
165. Otlardan necə otdur,
Nə dişi var, nə ağzı,
Dişləyir heyvan kimi.
HEYVANLAR
166. Ağ saqqalam, bəyirrəm,
Qıllarımı əyirrəm,
Mən keçdiyim yollardan
Qoyun-quzu gətirrəm.
167. Ağa nəzər, ay nəzər,
Adı dağları bəzər,
Başında ağac gəzər.
168. Ağzın açar,
Zəhər saçar,
Hamı görüb
Geri qaçar.
169. Ağzı var, dili olmaz,
Yüz ağac vur, çığırmaz.
170. Adam deyil, əl-ayağı, dişi var,
Əcəb şeydir, qaravəlli işi var.
171. Altı bulaq, içərlər,
Üstü zəmi, biçərlər.
172. Altı daşdı, daş deyil,
Üstü daşdı, daş deyil,
Heyvan kimi otlayır,
Heyvana yoldaş deyil.
173. Altı taxta, üstü taxta,
Oturub bir ağ otaqda,
Qoyun deyil, ot otlayır,
Toyuq deyil, yumurtlayır.
174. Araba gedər, izi yox,
Ulğun yanar, közü yox,
Zirzəmidə gizlənib,
Qabığı var, gözü yox.
175. Bağda sürünər, gəzər,
Az-az görünər, gəzər,
Oxşayar bir yumağa,
Qorxuram əl vurmağa.
176. Balaca mənzər
Dağları bəzər.
Qayıdıb gələr,
Obada gəzər.
177. Bənzəri var çatıya,
Hücum çəkər Fatıya.
178. Bir quşum var,
Dərisi puldan,
Gözləri nurdan.
179. Bir yağlı böyrək
Çuvaldan çıxdı,
Xorhaxor kişi
Ağzına tıxdı.
180. Boyu bənzər əriyə,
Qaçar, girər dəliyə.
181. Dağdan-qayadan aşar,
Pişik kimi dırmaşar,
İlan kimi sürünər,
Divardan bərk yapışar.
182. Evimizdə bir kişi var,
Xorhaxor yatışı var.
183. Əkdim palıd,
Çıxdı şabalıd,
Ortasından bir zoğ çıxdı,
Nə palıddır, nə şabalıd.
184. İynəsi çox,
Tikəni yox,
Əti dərman,
Özü heyvan.
185. İlan yolu, keçi qılı,
Qatarlaşıb gedərlər hey.
186. Yatanda yumru yatar,
Ətinə dərman qatar,
Kim istəsə tutmağa,
Tikanı ələ batar.
187. Yer altında yağlı qamçı,
Suyu içər damcı-damcı.
188. Kolları gəzər pusa-pusa,
Qıçları uzun, qolu qısa.
189. Gedər, gedər, izi yox,
Şıllaq atar, dizi yox.
190. Gözlərində çırağı,
Dişlərində qırmağı,
Yağı adam küsdürər,
Zəhmi heyvan əsdirər.
191. Meşədə bir qız gördüm, gözləri şəhla,
Düşdüm onun izinə, qaldım tək-tənha.
192. Nağara, ha nağara,
Dırmaşar ha divara.
193. Nər kimidir, nər deyil,
Rəngi qara, qır deyil.
194. O yanı taxta,
Bu yanı taxta,
Şaqqulu bəy otaqda.
195. O nədir ki, qulağından kəsilər?
196. O nədir ki, dizlərindən asılar?
197. O nədir ki, evə girməz,
Sədaqəti eldə gəzər?
198. O nədir ki, əyri ayaq, çəpbəl qulaq,
Dodağı mırıq, ağzı cırıq?
199. O nədir ki, zirzəmidə qışlağı,
Dərisi var, tükü yox?
200. O nədir ki, iynəsi çoxdur,
Sap yeri yoxdur?
201. O tayda durar, gedər,
Boynunu burar, gedər,
Bir sürüyə girəndə
Qırxını qırar, gedər.
202. O hansı heyvandır,
anadan saqqallı doğular?
203. Ot yeyər, inək deyil,
Yumurtlar, toyuq deyil.
204. Saqqalı uzun, bəyzadə,
Gedər qabaqda, haramzadə.
205. Saqqalı uzun sallanar,
Dağa-daşa dırmanar.
206. Səssiz göldə it hürər.
207. Sıpa gödəni,
Eşər təpəni.
208. Suya girər, millənər,
Sudan çıxar, dillənər.
209. Sularda batar,
Quruda yatar,
Hoppanar-düşər,
Ordları şişər.
210. Talalar, ha talalar,
Talaya yol salalar,
Nə erkəyi, nə dişisi balalar.
211. Taxçadan düşdü, tap elədi,
Gülsənəm onu hap elədi.
212. Üstü daş, altı daş,
Ortasında cındır baş.
213. Üstü palım-palazım,
Altı suyum-bulağım,
İçi yemim-yeməyim.
214. Üstü pulcuq, içi qılçıq.
QUŞLAR
215. A quş, hardan gəlirsən,
Qanlı qaya dibindən,
Qanın niyə qurumış,
Allah belə buyurmuş.
216. Alaca-bulaca,
Uçdu, qondu ağaca.
217. Altı qoyun,
Üstü keçi,
Başı şabalıd,
Quyruğu qayçı.
218. Bağda uçar səhər-səhər,
Verər bizə yazdan xəbər.
219. Başı daraq, quyruğu oraq,
Tezdən durar, surun vurar.
220. Bir quşum var,
Ziy-ziyidi,
Gecə uçar,
Gündüz yatar.
221. Qara qatır,
Bədlik satır.
Gecə gəzir,
Gündüz yatır.
222. Qatarlanıb gedirlər,
Bizə salam edirlər.
223. Qatar-qatar uçarlar,
Şahin görüb qaçarlar,
Gündüzləri otlayıb,
Axşamları uçarlar.
224. Dağdan gəlir Banı xanım,
Əlləri xınalı xanım,
Farsi deyər, dil anlamaz,
Ala köynək, çit arxalıq.
225. Dağdan gəlir kəhər at,
Zalım, gözəl kəhər at,
Ayağında qıl sicim,
Budur, gəldi kəhər at.
226. Dili də var, ağzı da,
Heç danışmır adamla.
227. Əzan verir, namaz bilmir,
Arvad alır, kəbin bilmir.
228. Əyri boyun, sarı dimdik,
Gödək ayaq, yaşıl papaq.
Suda gəzər yastı-yapalaq.
229. Yumru-yumru sarıdır,
Yumru gözü darıdır,
Gəzir bizim bağçada,
Üç həftənin barıdır.
230. Gəlirdim kənddən,
Səs verdi bənddən,
Ağzı sümükdən,
Saqqalı ətdən.
231. Gündüz yatar yuvada,
Gecə gəzər obada.
232. Nağaraçı nağara çalır,
Nə nağarası var, nə çubuğu.
233. O necə quşdur ki,
İnsan kimi süd əmər?
234. Onun adı Pəridi,
Könlümə müştəridi,
Axşam anadan oldu,
Səhər durdu, yeridi.
235. Tap-tapmaca,
Gül yapmaca,
Məməli xatun,
Dişləri yox.
236. Tap-tapmaca,
Qulaqları yappaca,
Yatanları oyadır,
Süleyman papaqlıca.
237. Uzun boy, qısa ayaq,
Gəzər yastı-yapalaq.
238. Halalar, ha halalar,
Dağda ceyran balalar,
Quşlardan hansı quşdur,
Yumurtasız balalar?
239. Çıxdım Qız qalasına,
Ox atdım yuvasına,
Quşlardan hansı quşdur,
Süd verir balasına?
HƏŞƏRATLAR
240. Ağ otun alasına,
Gün düşdü talasına,
Elə də quş olarmı,
Yem verməz balasına?
241. Ağzı qara, gözü yox,
Suda üzər, izi yox.
242. Ayağı var səkkiz ədəd,
Əl vurantək əziləcək.
Havadadır, qanadı yox,
İpək toxur, cəhrəsi yox.
243. Alalar, ha alalar,
Erkək, dişi balalar.
244. Aşıq eldən yuxarı,
Şana teldən yuxarı,
Aşıq bir şey görübdür,
Dizi beldən yuxarı.
245. Başı yerdə, dalı göydə.
246. Biz biz idik, yüz qız idik,
Bizi bükdülər, ipə düzdülər,
Qırğın gəldi, qırıldıq,
Şükür Allaha, dirildik.
247. Bir balaca xallı şey,
Üstü qızıl allı şey,
Qoydu bizim dolçaya
Şirin, sarı, dadlı şey.
248. Bir beləcə mil daşı,
Yandırdı, yanın qaşı.
249. Bir quşum var, alaca,
Gedər, qonar ağaca,
Ağacda bir ev tikər,
Nə qapı qoyar, nə baca.
250. Bir quşum var, dıqqana,
Gecə çıxar dik qana,
Ürəyi şir ürəkli,
Özün yaxar oddana.
251. Bir sürü quzu,
Otlayır düzü,
Nə bir izi var,
Nə də ki tozu.
252. Bir tapmaca deyim,
Tapmasan, gənə deyim.
253. Bu meşə gül meşəli,
Altı tər bənövşəli,
Bir kişinin min oğlu,
Hamısı bir peşəli.
254. Buxarı, ay buxarı,
Tüstü çıxar yuxarı,
Quşlardan hansı quşdur,
Dizi beldən yuxarı?
255. Vay-vay uçar,
Vay-vay qonar,
Vay iliksiz,
Vay sümüksüz.
256. Vıy vıyıldar,
Vıy sızıldar,
Vıy iliksiz,
Vıy sümüksüz.
257. Qaq-qaq qalası var bunun,
Ağı, alası var bunun,
Yumurtlamaz, qaqqıldamaz,
Uçar, balası var bunun.
258. Qanadı var, quş deyil,
Buynuzu var, qoç deyil.
259. Qanadı var, quş deyil,
Dişləyir, ilan deyil.
260. Qanadı var uçmağa,
İynəsi var sancmağa,
Sevir işi, zəhməti,
Odur ki, var hörməti.
261. Qaradır, qarğa deyil,
Qanadlıdır, quş deyil,
Qoxu bilir, it deyil,
Şirni yeyir, bit deyil.
262. Qiblədən ulduz doğdu,
Ulduz ulduzu qovdu,
Anası beşikdəykən
Balası oğlan doğdu.
263. Qoyun deyil, otlayır,
Toyuq deyil, yumurtlayır.
264. Quşum nə yaxşı quşdu,
Üzü qibləyə tuşdu,
Ot otlar camış kimi,
Su içməz, necə quşdur?
265. Dağda, qayada gəzər,
Quyruğunda var zəhər.
266. Dağlarda lalə gəzər,
Əldə piyalə gəzər,
Nə doğar, nə balalar,
Dalınca bala gəzər.
267. Dam-damın səsi gəlir,
Damdan dəm səsi gəlir,
On iki pəncərədən
Bir quran səsi gəlir.
268. Dişləri var, it deyil,
Ayağı var, bit deyil,
İlan kimi bərk çalır,
Yerində bir dərd qalır.
269. Əzizim, bir anası,
Hərənin öz anası,
Quşlardan hansı quşdur,
Min bala, bir anası?
270. Əcaib bir quşum var,
Yerdə gəzər, izi yox,
Əti haram, südü halal,
Boğazladım, qanı yox.
271. Zirzəmilərdə yatan,
Qara palçığa batan,
Həkim dərman tək satan
Qara zəncirim nədir?
272. Yazda yığır yeməyini,
Çox sevir öz əməyini,
Yeyib yatar baha
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!
Страницы книги >> 1
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?Популярные книги за неделю
-
Антонио Наставник всегда появлялся неожиданно и всегда пешком. На вечерней или на…
-
Американский писатель Говард Филлипс Лавкрафт при жизни не опубликовал ни одной книги,…
-
Исторический роман признанного классика японской литературы Сюсаку Эндо рассказывает о…
-
Литературная основа сериала «Настоящая кровь», получившего премии «Золотой глобус» и…
-
Одна ночь. Ночь, которая решит многое для пассажиров легендарного «Восточного экспресса»,…
-
«Чудесная свеча» – средневековая флорентийская легенда, пересказанная шведской…
-
Все началось со столкновения двух одиночеств на улицах Парижа. Она рассыпала продукты,…
-
Американский писатель Говард Филлипс Лавкрафт при жизни не опубликовал ни одной книги,…
-
Дао дэ цзин. Книга пути и достоинства
Книга «Дао Дэ Цзин» является древнекитайским философским трактатом, написанным Лао-цзы,… -
– Почему отец от меня отказался, ма? Почему?! – зло откидывая одеяло в сторону,…
-
В Зоне бои до смерти на Арене – самое популярное развлечение у всех группировок. Что…
-
Большую часть жизни человек тратит на то, чтобы найти необходимое сочетание компонентов…
-
Адель – теневой призрак, она способна становиться неосязаемой и прятаться во мраке.…
-
Начинающий искусствовед Энн Стилуэлл приезжает в Нью-Йорк, надеясь провести лето на…
-
Морозко ждал от своих подданных ежегодного жертвоприношения. Получив отказ, разгневанный…
-
Цветы со шрамами. Судьбы женщин в…
Мы привыкли видеть историю в батальных сценах и героических биографиях полководцев,… -
Талантливый юрист Ханна Кэмпбелл хочет перемен в жизни, поэтому она записывается во…
-
В «Рассказах о людях необычайных» Ляо Чжай говорит о простых вещах, а читатель становится…
-
Дворец потерянных душ. Наследник…
Китана возвращается в Зираков и понимает, что за время ее отсутствия в королевстве… -
Все дома хранят историю своих обитателей. Этот дом был построен сутенером и превратился в…
-
ОТ АВТОРА БЕСТСЕЛЛЕРА «МИЛЯ НАД ЗЕМЛЕЙ»! Вторая часть цикла «Город ветров». Райан –…
-
В течение многих лет третья луна в системе Альфа использовалась в качестве…
-
Шестнадцатилетняя Орнелла приезжает на каникулы в Тоскану к своей крёстной матери…
-
Во время правления Людовика XIII молодой д’Артаньян приезжает в Париж, чтобы осуществить…