Текст книги "Sıfır nöqtəsində qadın"
Автор книги: Nəval Əl Səədavi
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]
ALATORAN
NƏVAL ƏL SƏƏDAVİ
SIFIR NÖQTƏSİNDƏ QADIN
2
3
“ K A D I N ” D Ə R G İ S İ N İ N K İ T A B X A N A S I _______________________________________________
NƏVAL ƏL SƏƏDAVİ
SIFIR NÖQTƏSİNDƏ QADIN
Farscadan çevirən: Güntay Gəncalp
Redaktor: Fəxran Balov
100 səh. Qiyməti 4 manat. Çap tarixi: 30.06.15, Format: 13x20
Kitabda Misir nümunə göstərilərək geri qalmış ölkələrdə
qadınların çətin həyatı mövzu olaraq seçilmişdir. İstər kəndli olsunlar, istər şəhərli, bu ölkələrdəki qızların həyatı üzərində
mövcud olan kabus təsvir edilib. Qızları fahişəliyə zorlayan kişimərkəzli kültür və sosial münasibətlərin özəllikləri açıqlanaraq, müsəlman ölkələrində qadın olmanın necə bir məhrumiyyət
olduğu
yazıçı
qələmiylə
oxuculara
çatdırılmaqdadır.
4
5
Tərcüməçidən ön söz
Ərəb və ümumən müsəlman dünyasında
qadınların içində bulunduqları bədbəxtliklər bir çox feminist müsəlman qadın yazar və araşdırmaçı tərəfindən qələmə alınmışdır. Lakin qadınların yaşadığı bu bədbəxtlikləri sosial həyatın dərinliklərinə enərək incələyən yazarlar və araşdırmaçılar az olmuşdur. O az olan və həyatını müsəlman ölkələrində əzilən, döyülən və aşağılanan qadınların haqqını savunmağa adayan yazarlardan biri Nəval əl Səədavidir.
1931-ci il doğumlu Nəval əl Səədavi feminist olmanın yanı sıra bir yazıçı olduğunu dilə gətirər. 1955-ci ildə Qahirə tibb universitetini bitirən yazar cərrahlıq üzərinə
uzmanlığını
New
Yorkún
Kolombiya
universitetində tamamlayır. Qahirənin “Eyn-uşşəms”
universitetində
psixoloji
sahəsində
araşdırmalarla
məşğul olur. Qadınların toplumun dışında qalması Nəval üçün hər zaman önəmli bir sorun olaraq görülmüşdür. Misirdə demokratiyanın olmamasını yurddaşlarının, özəlliklə qadınların başlıca sorunu olaraq görmüşdür. Ərəb oxucuları Nəvalla ilk dəfə onun
“Doktor bir qadının xatirələri” adlı romanını oxuyaraq tanış olmuşlar. Bu, Nəvalın ilk romanı olmuşdur. “Sıfır 6
nöqtəsində qadın” onun ikinci romanıdır. Daha sonra
“İki qadın bir qadında”, “Petrol çağında sevgi” kimi romanları və digər kiçik öyküləri işıq üzü görmüşdür.
Ədəbiyyatşünasların təsbitinə görə Nəval ərəb dünyasının ən böyük qadın roman yazarıdır. Nəvalın on yeddi romanı yayımlanmışdır.
Oxucuların mütaliəsinə sunulan bu əsərdə
müsəlman ölkələrində bir qadının kənd və şəhərlərdə
yaşadığı dəhşət çətinliklər təsvir edilmişdir. Ataların qızlarına olan sərt münasibətləri, kişimərkəzli toplumda qadınların yaşadıqları fəlakətlər ələ alınmışdır.
Müsəlman ölkəsində qız olaraq dünyaya gəlmənin bir suç kimi görüldüyü anladılmaqdadır. Öylə ki, hətta yoxsulluq üzündən ölən qızlar üçün sevinən ataların var olduğu bəyan edilir. Bu əsərdə Nəval əl Səədavi, ölüm zindanında misirli fahişə Firdovsla danışır. Firdovsun anlatdığı yaşam öyküsünü bizə açıqlayır. Bu dünyada qadın olmanın, hələ bir “fahişə” olmanın bu yaşam öyküsündə nə anlama gələ biləcəyini oxuyuruq. Sıfır nöqtəsi nədir? Kitabın sosial yaşam biçimlərinə
dayanaraq açıqladığına görə, sıfır nöqtəsi toplum, törələr və erkəkmərkəzli sosial şərtlər tərəfindən hazırlanan kor bir nöqtədir. Müsəlman ölkələrindəki qadınlar bu nöqtənin içində həbs həyatı yaşayır və
qurtuluşlarına da imkan yoxdur. Necə ki, romanın baş
şəxsiyyəti “Firdovs” nə qədər çabalayıb çalışsa da, azadlığını əldə edə bilmir, çünkü toplum onu fahişə
görmək istəyir, orada qalması üçün hər kəs və polis kimi “güvənilir” qurumlar əlindən gələni əsirgəmirlər. Bir sosial gerçək ortaya çıxır: Qadın ya bir erkəyin köləsi olmalı, erkəyi tərəfindən döyülməyi də nemət olaraq görməli, ya da döyülməyərək, aşağılanmayaraq bir 7
həyat yaşamaq istərsə, fahişəlik etməlidir. Müsəlman ölkələrinin tarixi və törələri bu istiqamətdə və qadın düşmənliyi əsasında formalaşmışdır.
Bir qadın aydınlanaraq modern dünyagörüşünə
sahib olarsa, bu, kəndiliyindən toplum törələri və yasa dışı yollarla qazanılan sərmayə üçün təhlükə olaraq görünər və bu zehniyyət susdurulmalı, bu görüş sahibi fahişəliyə zorlanmalı, öldürülməlidir. Kitabın içində bu kimi gerçəklər oxucunu çox etkiləyir. “Yurdsevərlik yoxsul sinfin zənginlərin torpağını qoruması, onların mülklərini savunaraq ölməsi anlamında idi, çünkü yoxsulun torpağı yox idi.” Bir fahişənin vardığı bu gerçək, əslində tarixi və cahanşümul bir problem deyilmi?
Ölkənin güvənlik və şərəfini qorumaqla görəvli olan polis sistemi, əslində sərmayənin, əxlaqsızlığın qoruyucu düzəni kimi mövcuddur. Polis sistemi iqtidar sahibləri tərəfindən qurumsaqlıq düzəni kimi təsis edilmişdir. Aşağı sinif qadınların eşqinə də ehtiyac olmadıqdan sonra sistemə bağlı olmadan azad insan kimi yaşaya bilmək üçün fahişəlik tək yol olaraq ortaya çıxır. Lakin fahişəlikdə azadlıq varmı? Bir qadının bədənini sataraq, kimsəyə möhtac olmadan həyatını təmin etməsinə imkan verilərmi? Qadın bədəni üzərindən sərmayə qazanan və dövlətlə bu məsələdə
əməkdaşlıq edən mafiya üzvləri buna izn verərlərmi?
Fahişəlik yoluyla olsa belə, bir qadın öz qazandığı sərmayəyə sahib ola bilərmi? Bu sualların cavabını kitabda görəcəksiniz. Əsərin fahişə qəhrəmanı sonunda bu görüşə varacaqdır: “Gerçəklər də insanı öldürdüyü üçün, ölüm kimidir. Mən bir insanı öldürdüyüm zaman, 8
onu bıçaqla deyil, gerçəklə öldürərəm. Bu üzdən məndən qorxur və məni yox etmək üçün tələsirlər.”
Aradan onillər keçsə də, dünyada ən çox oxunan kitablardan biri bu əsər olmuşdur.
Güntay Gəncalp
9
Yazarın ön sözü
Bu romanı Qənatir zindanında bir xanımla tanış
olduqdan sonra yazdım. Bu görüşdən bir neçə ay öncə
Misir qadınlarının “nevroz” xəstəliyinə tutulmaları haqda araşdırma aparmışdım. O zaman işsiz olduğumdan bütün
diqqət
və
fikrimi
bu
mövzu
üzərində
mərkəzləşdirə bilirdim. 1972-ci ilin sonlarında sağlıq baxanlığı
məni
sağlıq
eyitimi
bölümünün
başqanlığından
və
“Sağlıq”
dərgisinin
baş
redaktorluğundan uzaqlaşdırdı. Qadınların qurtuluşuna, azadlığına inanan bir yazar kimi, davranışlarım və
görüşlərim dövlət görəvliləri tərəfindən qəbul edilmirdi.
Fəqət var olan çətinliklərə baxmayaraq, daha çox düşünür, yazır və qadınlarla olan toplantılarıma davam edirdim. 1973-cü ildə həyatımda yeni olaylar meydana çıxdı. Bu il “Sıfır nöqtəsində qadın” və ya “Firdovs”
adında romanım yayımlandı. Çeşidli dərəcədə ruhi xəstəliklərdən əziyyət çəkən bir çox qadınla görüşdən sonra bu araşdırma ideyası ağlımda baş qaldırdı.
Nevroz xəstəliyinə yaxalanmış bir neçə qadını bu iş
üçün seçmək qərarına gəldim. İşim uğurla yürüsün deyə xəstə qadınlara uğramalı idim.
Mənim üçün hər zaman zindanın bir cazibəsi olmuşdur. Zindanda həyatın özəlliklə qadınlar üçün necə keçməsiylə maraqlanırdım. Bəlkə də ölkəmdə
düşüncə adamlarının “siyasi suç” üzündən sürəkli yaxalanmaları bu marağı məndə doğurmuşdu. Ərim on 10
üç il siyasi tutsaq olaraq Misirin çeşidli zindanlarında həbs həyatı yaşamışdı. Bu üzdən Qənatir zindanının doktorunu görər-görməz səbirsizliklə onunla fikir mübadiləsinə başladım. Hər görüşdə dartışmalarımız olurdu. Dartışmalarımızın mövzusu müxtəlif bəhanələrlə
həbs edilən qadınlar idi. Özəlliklə zindanda nevroz xəstəliyinə tutulmuş qadınları yaxından görmək, onların ruh hallarını və davranışlarını araşdırmaq istəyirdim.
Zaman keçdikcə mövzuya daha da ciddi yanaşır və
qadın tutuqluları yaxından görmə istəyi məndə daha da şiddətlənirdi. İlk dəfə olaraq zindanın içini “siyasi” bir filmdə görmüşdüm. İndi isə gerçək bir zindanı və
zindandakıları görmə fürsətini yaxalamışdım.
Bir dostum var idi. O, bir qadının bir kişini öldürdüyü üçün edama məhkum edildiyi haqda mənə
bilgi vermişdi. Vicdanımda bu araşdırma ilə ilgili böyük bir sorumluluq hiss edirdim. O günə qədər qatil bir qadını görməmişdim. Zindanın doktoru məni o və digər qadınlarla görüşdürəcəyinə söz verdi. Onun yardımı ilə
psixoloq həkim olaraq tutuqlularla görüşmə izni ala bildim.
Araşdırmalarıma rəğbət göstərən doktor xəstələrlə görüşmə imkanını asanlaşdırdı.
Zindana girdiyimdə qaranlıq və dar hücrələri, dəmir barmaqlıqlarla hörülmüş kiçik pəncərələri görüb çox kədərləndim. Sanki hər tərəfdən; qapıdan, pəncərədən və divarlardan şiddət yağırdı. Qorxunc bir titrəmə
bədənimi sardı. Bir gün özüm də gəlib burada həbs həyatı yaşayacağımı heç təsəvvür etməzdim. Lakin bir həkim kimi deyil, Ənvər Sadatın əmri üzərinə 1035
suçlulardan biri kimi tutuqlanıb həbs ediləcəkdim. 1974-cü ilin payızında tutuqlularla görüşmək üçün zindana girdiyimdə gələcəkdə burada özüm də bir tutuqlu kimi 11
yatacağımı heç ağlıma gətirməmişdim. Zindanın həyətindən keçərkən dəmir pərdələri barmaqları ilə
sarıb mənə baxan qadınları gördüm. Qadınların qorxunc baxışları onlarla heyvanlar kimi davranıldığını açıqca göstərirdi.
Firdovs öncə mənimlə danışmaqdan çəkindi. Daha sonra nə düşündüsə söhbətləşməyə razı olaraq öz yaşam öyküsünü yavaş-yavaş mənə anlatmağa başladı. Firdovs öz yaşamının pərdələrini aralayıb danışdıqca, onunla daha çox maraqlanır, onu daha dərindən tanımağa çalışırdım. Bu qədər bədbəxt qadınların içində Firdovs bir istisna idi. Bu qadını tanıdıqca bir roman yazmaq qərarına gəldim. Bu roman
“Firdovs” və ya “Sıfır nöqtəsində qadın” olaraq ortaya çıxdı. O zaman doktor dostum aracılığı ilə bir çox qadınla zindanda tanış olmuşdum. Onlar mənim araşdırmama qonu olan 20 nəfərlik qadın dəstəsindən ibarət idi. Bilimsəl araşdırmalarım 1976-ci ildə “Qadınlar və nevroz” başlığı ilə Misirdə kitab şəklində yayımlandı.
Firdovs başqalarından fərqlənirdi. O, artıq mənim dünyamda bəzən sakit və bəzən də təlatümlü görünürdü. Öldürüləndən sonra onun həyatından bir kitab yazaraq, Firdovsa yeni həyat qazandırmaq qərarına gəldim. Çünkü 1974-cü ilin sonunda Firdovs edam edildi. Lakin o, heç bir zaman mənim gözlərimin önündən çəkilmədi. Necə qürurlu və mətanətli davrandığını heç unutmadım. 1981-ci ildə məni də
tutuqlayıb eyni zindanda həbs etdilər. Gözlərim dustaq qadınların içində Firdovsu arayırdı. Daima qürurla dik tutduğu başına baxmaq istəyirdim. Onun ölümünə
inanmaq istəmirdim. Üç ay həbsdə yatdığım müddətcə
kişiləri öldürməklə ittiham edilən bir çox qadınla tanış
12
oldum. Onlardan bəziləri mənə Firdovsu xatırlatsalar da, heç biri onun kimi deyildi. O, mənim təsəvvürümdə
örnək bir qadın kimi qaldı. O, yalnızca gözəlliyi, qüruru, cəsarəti, davranışları ilə deyil, həm də həyatı mütləq inkar edərək ölümdən qorxmayan bir qadın kimi yaddaşımda qaldı. Firdovs haqqında yazdığım bu əsər, ümidsizlikdən ən qaranlıq nöqtəyə sürüklənən bir qadının öyküsüdür. Bütün müsibətlərə və ümidsizliklərə
baxmayaraq bu qadın mənim kimi onu ömrünün son anlarında görən hər kəsdə mücadilə və uğur duyğusu oyandırırdı. İnsanı yaşamaqdan, sevməkdən və
özgürlükdən məhrum edən hər cür basqıya qarşı mücadilə duyğusu.
Nəval əl Səədavi
Qahirə-1982-sentyabr.
13
Bir
Oxumaqda olduğunuz bu əsər bir qadının gerçək öyküsüdür. Bir neçə il öncə müxtəlif suçlar üzündən həbs edilən qadınların şəxsiyyətləri haqqında Qənatir zindanında araşdırmaya başlamışdım. Bu araşdırmada bir qadın diqqətimi çəkdi. Zindan doktorunun söylədiyinə görə, bu qadın bir kişini öldürdüyünə görə edama məhkum edilmişdi.
Ancaq o, zindandakı qatil qadınların heç birinə bənzəmirdi.
Heç bir zaman zindanın içində və ya dışında ona bənzər bir qadınla qarşılaşamazsınız. Kimsəyə baxımır, kimsə ilə danışmırdı. Zindanda verilən yeməyi alıb öz yerinə
çəkilərək danyeri sökülənədək oyaq qalır. Bəzən zindan keşikçisi onun gözlərinin saatlarca bir nöqtəyə zilləndiyini görür. Bir gün diləkçə (ərizə) yazmaq üçün kağız-qələm istədi. Kağızın üzərinə əyilərək saatlarca nəsə yazdığı hiss olunurdu. Zindan keşikçisi onun bir məktub yazdığını sandı.
Ancaq o, bəlkə də heç bir şey yazmırdı.
Zindan doktoruna “qadın məni qəbul edəcəkmi?” deyə
sordum.
Doktor “səninlə danışması üçün onu razı etməyə
çalışacağam. Sizi məhkəmə tərəfindən gələn şəxs kimi deyil, bir psixoloq doktor kimi tanıtdırsam, bəlkə danışmağı qəbul edər. Şəxsən mənim sorularıma cavab vermək istəmir. Hətta edam hökmünün ləğv edilərək ömürlük həbslə dəyişməsi üçün prezidentə yazılmış ərizəni də imzalamaqdan imtina edir” dedi.
“Diləkçəni kim yazmış?” deyə sordum.
“Mən yazmışam” dedi və “doğrusunu sorsanız, onun qatil olduğuna inana bilmirəm. Onun üzünə və gözlərinə
baxsanız, bu qədər mehriban bir qadının qatil olduğuna inana bilməzsiniz” deyə davam etdi.
14
“Qatil ərin mehriban ola bilməyəcəklərini kim demiş?”
deyə doktora sordum.
Doktor ani olaraq heyrətlə üzümə baxdı. Sonra da gərgin bir gülümsəməylə “bu günə qədər kimsəni öldürmüsünüzmü?” deyə soruşdu.
Mən də ondan “mən mehriban bir qadın olaraqmı görünməkdəyəm?” deyə soruşdum. Başını çevirib kiçik bir pəncərəyə işarə edərək: “Onun kamerası oradadır. Gedib onunla danışacağam, səninlə söhbət etməyə razı olsa dönüb xəbər verəcəyəm” dedi.
Doktor bir neçə dəqiqiədən sonra geri dönərək onun mənimlə görüşmək istəmədiyini söylədi. Bir neçə başqa qadınla da söhbətləşməli idim. Görüşməni başqa bir zamana ertələyib oradan ayrıldım.
Evdə bir iş görməyə həvəsim yox idi. Son kitabımın əlyazısı variantı üzərinə bir az göz gəzdirdim. Ancaq fikirlərimi bir yerə toplaya bilmədim. On gündən sonra darağacından asılıb öldürüləcək olan Firdovs adında qadından başqa heç bir şey düşünə bilmirdim. Ertəsi gün yenə də zindana uğradım.
Gözətçiyə “Firdovsla görüşmək istəyirəm” dedim.
Gözətçi “doktor xanım, mümkün deyil, o, sizinlə
görüşməyəcək” söylədi.
“Nəyə görə?” dedim.
“Bir neçə gün sonra darağacından asılacaq. Siz və ya başqa birisi onun üçün nə edə bilərsiniz? Onu yalnız və rahat buraxın” söylədi.
Gözətçinin səsində gərginlik var idi. Sanki bir neçə gün sonra Firdovsi dardan asacaq adam mənmişəm kimi, qəzəblə mənə baxdı.
Ona “mənim zindan yetkililəri və digər dövlət orqanları ilə heç bir ilişkim yoxdur” dedim.
Əsəbi tonda “hər kəs sənin dediyini söyləyir” dedi.
15
“Nədən belə sinirli və səbirsizsən? Firdovsun suçsuz olduğunumu düşünürsən? O kişini onun öldürmədiyinimi sanırsan” deyə sordum.
Daha sinirli tərzdə “istər qatil olsun, istər olmasın o, suçsuz bir qadındır və edam edilməməlidir. Onları dardan asmaq lazımdır” dedi.
“Onları? Onlar kimdi?” söylədim.
Şübhə dolu baxışları mənə baxaraq “Öncə mənə kim olduğunuzu söyləyin. Sizi onlarmı bu qadınla görüşməyə
göndərmişlər?” dedi.
Təkrar ona “onlar dedikdə kimi nəzərdə tutursunuz?”
deyə sordum.
Qorxu dolu ehtiyatla ətrafı süzüb və bir az məndən uzaqlaşaraq “onlar…, yəni siz onları tanımırsınızmı?” dedi.
“Yox, tanımıram” dedim.
Kinayəli gülümsəmələri ilə uzaqlaşdı. Uzaqlaşarkən
“necə ola bilər kimsə onları tanımasın” söyləyən zümzümələrini eşitdim.
Bir neçə kərə ard-arda zindana uğrasam da, Firdovsla görüşmək mümkün olmadı. Araşdırmalarımın təhlükədə
olduğunu hiss etdim. Əslində bütün həyatım risk altında idi.
Özümə olan güvənim sarsılmışdı və çətin anlar keçirirdim.
Edam ediləcək bu qadının məndən daha üstün və böyük olduğunu hiss etdim. Onunla özümü qarşılaşdıranda milyonlarca həşərənin içində özümü yerdə sürünən bir həşərə kimi hiss etməyə başlamışdım. Hər dəfə gözətçi və
ya zindan doktorunun onun mənimlə görüşmək istəmədiyini bildirəndə içimdə aşağılıq duyğusu yaşayırdım. Ağlımda ardıcıl olaraq bu suallar baş qaldırırdı: “O necə bir qadındır?”, “O, mənimlə görüşməkdən vaz keçərək özünü məndən üstünmü görmək istəyir?” Ancaq o, qürurunu qırmayaraq bağışlanması ilə ilgili prezindentə yazılan məktuba da imza atmamışdı. Əcəba, bu onun özünü dövlət başçısından da daha üstün görməsi anlamında deyilmi?
Onunla bağlı içimdə cürbəcür duyğular baş qaldırırdı. Onun 16
özünü çox yüksəklərdə gördüyünü açıqca hiss edirdim. İçim yanıb yaxılaraq onun qarşısında öz gücsüzlüyümə qalib gəlməyə çalışırdım. Yataraq bir neçə gündən sonra edam ediləcək o qadını unutmağa çalışırdım. Lakin beynimə sızan fikirlər yatmamı önləyirdi. Mənimlə görüşmək istəməyən bu qadın məni tanıyırmı? Yoxsa məni heç tanımadanmı görüşmək istəmir?
Ertəsi gün bir daha zindana uğradım. Firdovsla görüşməkdən ümidsiz olmuşdum. Zindana uğrayışım da görüşmək üçün deyildi. Gözətçi və ya doktorla bir şeylər danışacaqdım. Doktor hələ gəlməmişdi, ancaq gözətçi ilə
görüşə bildim. Gözətçiyə “məni tanıyıb tanımadığı haqda Firdovs bir şeylər söylədimi?” deyə sordum.
Gözətçi “yox, heç bir şey söyləmədi, ancaq sizi tanıyıb tanımadığını bilmirəm” dedi.
–Nədən belə fikirləşirsiniz? Məni tanımadığını haradan bilirsiniz?
–Hiss edirəm.
Daş kimi yerimdəcə donub qalmışdım. Gözətçi öz işinin arxasınca getdi. Arabama minib oradan uzaqlaşmaq istəsəm də, başaramadım. Ağır və ağrılı bir duyğu qəlbimə basqı göstərir, ayaqlarım sanki geriyə dönüşümü önləyirdi. Ağır, çox ağır bir duyğu. Yer kürəsindən də ağır bir duyğu. Sanki mən yer kürəsinin üzərində deyil, yer kürəsi mənim üzərimdə
idi. Bu hissi daha öncə, yalnız bir kərə yaşamışdım -
sevdiyim kişi eşqimə rədd cavabı verəndə. Sadəcə bir kişi və
ya milyonlarca insanlar tərəfindən deyil, bütün varlıq tərəfindən atıldığımı sanmışdım.
Çiyinlərimi düz tutub, dərin bir nəfəs alaraq içimdə
güvən yaratmaq istəyirdim. Səhərin erkən çağında zindanın qapısında olduğum üçün öz-özümə təəccüblənirdim. Gözətçi belini əymiş, əlində bir silgəclə zindanın koridorunu süpürüb təmizləyirdi. Nədənsə bu gözətçiyə qarşı içimdə bir aşağılıq duyğusu yarandı. O, sadəcə zindanda təmizlik işləri ilə
uğraşmaqda idi. Nə yaza, nə də oxuya bilirdi. Psixologiyadan 17
da heç bir şey anlamırdı. Ancaq nədən bu qədər asanca onun hisslərinin doğruluğuna inandım.
Firdovs məni tanımadığını söyləmişdi. Gözətçi öz şəxsi hisslərinə dayanaraq bu sözləri deyirdi. Nədən gözətçinin şəxsi nəzəri doğru olaraq qəbul edilməlidir? Firdovs məni tanımadan görüşməkdən imtina etmişsə, o zaman mənim duyğularımın aşağılanmasının bir səbəbi olmalı idi. Onun mənimlə görüşmək istəməməsi sadəcə mənə qarşı müxalifət duyğusundan qaynaqlanmırdı, onun bu davranışı bütün dünya və insanlara qarşı etiraz idi.
Oradan uzaqlaşmaq üzrə arabama doğru hərəkət etdim.
Varlığımı sarmış olan zehni durumum bir araşdırmaçını maraqlandıracaq türdən deyildi. Arabanın qapısını açarkən öz-özümə gülümsədim. Arabama toxunma bir doktor olaraq öz dəyərimi və mahiyyətimi xatırlamaq üçün sanki yardımçım oldu. Hansı durumda olursa-olsun, bir doktorun edama məhkum edilmiş bir qadından daha üstün özəllikləri var. Öz haqqımda düşünürdüm. Arabanı çalışdırıb ayağımı qaza basdım. Tam uzaqlaşmaq istərkən arxadan
“doktor, doktor!” deyən bir səs duydum. Gözətçinin səsi idi.
Tövşəyə-tövşəyə mənə tərəf qaçırdı. Onun kəsik-kəsik səsi mənə yuxuda gördüyüm səsi xatırladırdı: “Firdovs, doktor!
Firdovs sizi görmək istəyir!” Adamın köks qəfəsəsi açılıb yumulurdu. Ölkə başçısının məni görmək istədiyi xəbərini çatdıracaq olsaydı, bəlkə də bu qədər həyəcanlanmazdı.
İndi mənim də köksüm həyəcandan açılıb yumulurdu.
Qəlbimin sevinc səsini qulaqlarımla duyurdum. Arabadan necə endiyimi, gözətçinin gah önündə, gah arxasında necə
qaçdığımı xatırlaya bilmirəm. Ayaqlarım sanki gövdəmi daşımırcasına sürətlə və uçarcasına yürüyürdüm. İçimi möhtəşəm bir duyğu sarmışdı. Qürurlu, mutlu və coşqulu idim. Göy üzü çox dərin maviliyə bürünmüş, dünyalar mənim olmuşdu. Buna bənzər bir duyğunu illər öncə aşiq olduğumda görüşə gedərkən yaşamışdım.
18
Firdovsun hücrəsinin önündə nəfəs almaq və yaxamı düzəltmək üçün bir an durdum. Araşdırmaçı psixoloq olduğumu anımsayaraq doğal halıma dönməyə çalışırdım.
Açar qorxunc bir cırıltı ilə qapını açdı. Bu cırıltı səsi məni özümə qaytardı. Məchul bir həyəcanla dəri çantamı əllərimdə
sıxırdım. Öz-özümə “nədən çəkinirsən, kimdir ki bu Firdovs, uzaq başı…” demək istərkən sözlər boğazımda kəsildi. Artıq Firdovsla qarşı-qarşıyaydıq.
Yerə mıxlanmışdım. Səssiz və hərəkətsiz yerimdəcə
durdum. Nə ürəyimin atəşini, nə də ardımdan qapanan dəmir qapının səsini duydum. Baxışlarımız qarşılaşanda sanki ölmüşdüm. Bunlar kəsici bıçaq kimi insanın içinə işləyən, sorğulayan baxışlardı, donuq və qorxuducu idi. Tək bir kipriyi belə hərəkət etmir, üzündəki zərif tüklər tərpənmirdi. Ani bir səslə özümə gəldim. Bu səs onun bıçaq kimi kəsici səsi idi.
Səs tonunda ən kiçik bir titrəşim və qərarsızlıq yox idi.
“Pəncərəni bağla!” dediyini eşitdim. Kor kimi pəncərəyə
tərəf gedib örtdüm. Sonra dalğın halda ətrafıma boylandım.
Hücrədə heç bir şey yox idi. Nə yataq, nə oturacaq. Heç bir şey.
“Yerə otur” söylədiyini eşitdim və çöməlib yerə oturdum.
Yanvar ayı idi və döşəməyə heç bir şey sərilməmişdi. Soyuq yerdəcə oturmalı idim. Bir neçə gün sonra edam ediləcək Firdovs burada həbs həyatı keçirmişdi. Sanki yuxuda yol gedən uyurgəzər kimi idim. Döşəmə soyuq olsa da aldırış
etmirdim. Yuxuda görünən dənizin sahili kimi idi. Onun soyuq sularında üzürdüm. Çılpaqdım və üzməyi başarmırdım.
Fəqət nə soyuğu hiss edir, nə də boğulurdum. Firdovsun səsi yuxuda eşidilən səsə bənzəyirdi. Səs mənə yaxındı, ancaq yenə də çox uzaqdan gəlirdi. Uzaqdan danışırdı mənimlə, amma yanımda idi. Böylə səslərin haradan gəldiyini bilmərik.
Yuxarıdan, aşağıdan, sağdan və ya soldan gəldiyini bilmərik.
Yerin yeddi qat altından gəldiklərini, tavandan düşdüklərini, ya da göy üzündən endiklərini bilə bilmərik. Boşluqda 19
hərəkət edən havanın qulaqlarımıza çarpması kimi, bütün yönlərdən axıb gələr bu səslər.
Amma bu, yuxu deyildi. Qulaqlarıma çarpan hava deyildi. Önümdə oturan gerçək bir qadın idi. Qapısı və
pəncərəsi sıxca qapatılmış bu hücrədə qulaqlarıma çarpan səs yalnızca onun, Firdovsun səsi idi.
20
İki
Qoy danışım. Sözümü kəsmə! Səni dinləyəcək zamanım yoxdur. Bu axşam saat altıda məni aparmağa gələcəklər. Sabah səhər burada olmayacağam artıq. İnsan oğlunun bilmədiyi bir yerdə olacağam. Bu dünyada kimsənin bilmədiyi oraya yolçuluq edəcəyəm və bu yolçuluğumdan da çox məmnunam. Yaşamım boyunca mənə qürur verəcək, məni krallardan, prenslərdən və hökmdarlardan belə üstün qılacaq bir şey aradım. Nə zaman əlimə bir qəzet keçdi və o adamlardan
biri
ilə
qarşılaşdımsa, dərhal üzlərinə
tüpürürdüm. Sonra tüpürcəyimin üzərlərində quruduğu rəsimlərinə baxırdım. Bir rəsmə tüpürdüyümü görən olsa, o rəsmdəki şəxsi tanıdığımı sanar. Xeyir, tanımırdım. Mən yalnız bir qadınam. Qəzetdə rəsmi basılan bütün erkəkləri bir qadın tanıyamaz. Ayrıca, mən başarılı bir fahişə idim. Bir fahişə nə qədər başarılı olsa da, bütün erkəkləri tanıyamaz.
Amma tanıdığım erkəklərin hamısı məndə tək bir istək oyandırdı: əlimi qaldırıb üzlərinə sərtcə bir şil ə ilişdirmək.
Fahişə olduğum üçün qorxumu makyajın altında gizlədim.
Fahişəliyimdə başarılı olduğumdan, makyajım sürəkli yerində
səliqəli və ən bahalısından idi. Hörmətli burjua qadınlarının makyajı kimi idi. Saçımı burjua qadınlarının getdikləri bərbərlərdə düzəltdirirdim. Seçdiyim rənglər təbii və ciddi idi.
Beləcə dodaqlarım nə boyasız, nə də həddindən artıq boyalı görünürdü. Göz qələmim də yüksək vəzifəli adamların qadınlarının istifadə etdikləri növdən, cazibədarlıqla rədd etmənin qarışığından ibarət idi. Lakin təkcə makyajım, saçım və bahalı ayaqqabılarım “üst sinif”ə aid idi. Mən özüm orta məktəb diplomlu və arzularımla “orta sinfə” aid idim. Ailəmsə
aşağı təbəqədən idi. Cahil və yoxsul bir kəndli olan atam həyat haqqında çox az şey bilirdi. Məhsul necə yetişdirilər, düşmənin zəhərlədiyi öküz ölmədən bazara necə çatdırılar, 21
bakirə qız başlıq parasına necə satılar, məhsul yetişdikdən sonra qonşudan daha tez davranıb necə oğurlanar, kəndxudanın önündə necə iki qat əyilib əli öpülər və bu kimi işlər, atamın ən yaxşı bildikləri bunlar idi. Hər cümə təmiz paltar geyinib məscidə cümə namazına gedərdi. Namaz bitincə özünə bənzəyən adamlarla dolaşdığını görərdim.
Cümə namazından danışar və pişnamazın ağıl ara durğunluq verəcək üstün özəlliklərindən söhbət edərdi. Oğurluğun və
adam öldürmənin günah olduğu bəlli deyildimi? Və ya bir qadının namusuna sataşmaq, ədalətsiz davranmaq, bir insanı döymək suç deyildimi? Davamı da var, itaət etmənin və ölkəni sevmənin bir görəv olduğunu kim inkar edə bilərdi ki? Al ah eşqi ilə hökmdar eşqi bir və tam idi. Allah hökmdarımızı uzun il ər qorumuş və ölkəmizin, ərəb ulusunun və bütün insanlığın ilham və güc qaynağı olaraq onun qalmasını sağlamışdı. Onların dar, dolambaclı yol arda başlarını heyranlıqla sal ayıb mübarək imanın söylədiyi hər şeyi onaylayaraq yürüdüklərini görürdüm. Bir yandan da Al ahın adını anaraq sürəkli alçaq səslə dua edər, bir an belə
durmadan mızıldayıb pıçıldaşar, başlarını sal ayar, əllərini ovuşdurardılar.
Başımın üstündə içi su dolu bir vedrə daşıyardım.
Ağırlığından bəzən çiyənlərim çökərdi. Suyu dağıtmayacaq şəkildə özümü dəngələməyə çalışarkən addımlarımı anamın öyrətdiyi kimi atardım. Beləcə boynum dik durardı. O zaman hələ uşaq idim, məmələrim çıxmamışdı. Kişilər haqqında heç bir şey bilmirdim. Fəqət Al ahın adını anıb şükr edər, qısıq səslə dualar oxuyardım. Onları başlarını sal ar, əllərini ovuşdurar, öskürər, xirtdəklərini xırıltıyla təmizlər, qoltuq altı və bacaqlarının aralarını qaşıyarkən görərdim. Ətraflarında baş verənləri şübhə ilə, hiyləgər baxışlarla, hücum etməyə
hazır gözlərlə, mənə qəribə bir şəkildə aşağılıq gələn yırtıcılıqla izlədikllərini görərdim. Bəzən hansının atam olduğunu ayırd edə bilməzdim. Çünkü hamısı bir-birinə və
atama bənzəyirdilər. Bir gün anama atam haqqında sorular 22
sordum. Atam olmadan məni necə doğurmuşdu? Anam məni yaxşıca döydükdən sonra əlində kiçik bir bıçaq, ya da lezva olan bir qadın çağırdı. Məni sünnət etdilər. Bacaqlarımı aralayıb vaginamın zövq nöqtəsini kəsdilər. Bütün gecə
ağladım. Ertəsi gün anam məni tarlaya yol adı. Bəzi vaxtlar başımın üzərinə gübrə spirti qoyaraq tarlaya göndərərdi.
Daxmamızda oturmaqdansa, tarlaya getməyi tərcih edərdim.
Orada keçilərlə oynar, su dəyirmanına dırmaşır, çayda oğlanlarla üzərdim. Əhməd adlı bir oğlan suyun altında məni sıxışdıraraq qarğıdalı qarğılarından düzəlmiş kiçik bir sığınağa çəkdi. Orada məni samanların arasına yatırıb tumanımı çıxardı. “Evcik-evcik” oynayırdıq. Bədənimin tam olaraq bilmədiyim bir yerində həzz duyğusu oyandırdı. Daha sonra gözümü qapatıb əlimlə həzz yerimi tapmağa çalışdım.
O nöqtəyə toxunduğum anda daha öncə duyduğum o həzz duyğusu geri gəlirdi. Sonra gün batışına doğru atamın qonşu tarladan məni çağıran səsini eşidincəyə qədər bu oyunu oynardıq. Əhmədi orada saxlamağa çalışırdım. Ertəsi gün gələcəyinə söz verərək qaçıb gedərdi. Anam məni bir daha tarlaya yol amadı.
Gün doğmadan öncə oyandırmaq üçün çiynimi dürtüklər, mən də səhəngi, ya da dolçanı alıb suya gedərdim.
Geri qaayıdan kimi heyvanların ağılını təmizlər, qurumaları üçün təzəklərini günəşin altına bir yerə sərərdim. Sonra da qurumuş təzəkləri üst-üstə qalayardım. Çörək bişiriləcəyi günlər xəmir yoğurub təndirə çörək yapmasına yardım edərdim. Xəmir yoğurmaq üçün xəmir tabağını bacaqlarımın arasına qoyub yerə çömələrdim. Xəmir kündəsini düzənli aralıqlarla böyük tabağa düzərdim. Bəzən ocağın aşırı sıcaqlığı üzündən saçlarım yanardı. Ətəyim sıx-sıx qılçalarıma doğru sıyrılardı, amma əmimin yavaşca əyilib əlində oxuduğu kitabın altından uzanaraq qıçıma yaxınlaşan əlini görənə qədər buna fikir verməzdim. Bir an sonra əlinin təmkinli, gizli titrək hərəkətlərlə bacaqlarımın arasında gəzindiyini hiss edərdim. Evin girişində ayaq səsləri duyulur-23
duyulmaz əlini çəkərdi. Ancaq evdə heç bir səs olmaz və
sükut yalnızca ocağa qoyduğum odunların yanma cırıltıları ilə pozulardı. Bəzən də əmimin xorultuları və tam nə dediyi anlaşılmayan sözlərlə sükut qırılardı. Əmimin əlləri budlarıma sımsıxı yapışardı. O da Əhmədin daha öncə etdiyini, hətta daha da artığını edirdi. Ancaq bədənimin bilmədiyim yenə də
tanış bir nöqtəsindən yayılan o güclü həzz duyğusunu artıq hiss etməzdim. Gözlərimi yumar, tanıdığım həzzə boş yerə
çatmağa
çalışardım.
Sanki
o
nöqtəni artıq
heç
tapmayacaqmışam kimi, ya da mənim varlığımın bir parçası getmiş də geri dönməyəcəkmiş kimi gəlirdi. Əmim gənc deyildi. Məndən çox böyük idi. Mən balaca bir uşaq olanda, hələ oxuma-yazma bilməzkən o, tək başına Qahirəyə
Getmiş, Əl-Əzhər universitetində dərsinə davam etmişdi.
Əmim əlimə bir təbaşir verərək, daş taxtaya yazı yazdırdı: əlif, ba, cim, dal, … Bəzən bunları onun deməsindən sonra təkrarlamamı istərdi: “Əlifin üstündə bir şey yox, ba və cim hərflərinin altında bir nöqtə var. D hərfində heç bir şey yox.”
İbni-Məlikin şeirlərini əzbərdən oxuyurdu. Onun dediklərini edər, hərfləri təkrarlardım.
Tətil sona çatanda əmim eşşəyə minərək Delta dayanacağına gedərdi. Yumurta, pendir, çörək, kitab və
paltar dolu böyük səbətini daşıyaraq onun arxasınca yürürdüm. Yol boyunca, durmadan Məhəmmədəli paşa caddəsində, Qalanın yaxınındakı otağından, Əl-Əzhərdən, tramvaylardan, Qahirədə yaşayan insanlardan danışardı.
Dadlı bir səslə şərqi söylədiyində bədəni eşşəyin hərəkəti ilə
uyum içində yırğalanardı:
“Mən səni dərin dənizlərdə tərk etmədim, Sən məni quru torpaqlara buraxdın.
Mən səni parlaq altunlara dəyişmədim, Sənsə məni qara pula satdın.
Leylim oy
Oy mənim gözüm oy …”
24
Əmim qatara minib əl yellətməyə başlayanda, məni də aparması üçün ağlayaraq ona yalvarardım. Ancaq əmim
“Qahirədə nə iş görəcəksən?” deyə sorardı. Ona “Əl-Əzhərə
gedib sənin kimi oxuyacağam” deyərdim. O zaman gülər və
Əl-Əzhərin yalnızca oğlanlar üçün olduğunu söylərdi. Mən də
ağlar, qatar hərəkət etməyə başlarkən əlindən yapışardım.
Əmim əlini zorla əllərimdən çəkib çıxarardı. Beləcə boynum bükük, başım önümdə geri dönər, evə gedən yolda yürürkən, kim olduğumu düşünərdim. Ağlımda bir sürü sual ar dolaşardı: Mən kiməm? Atam kimdir? Ömrüm heyvan təzəklərini toplamaqlamı keçəcək?
Atamın evinə döndüyümdə oraya ilk dəfə gələn bir yabancı kimi, kərpiç divarlara baxırdım. Sanki orada doğulmamış, göy üzündən düşmüşdüm, ya da yeddi qat yerin altından çıxmışcasına şaşqınlıqla, aid olduğum bir yerdə, mənim olmayan bir evdə, atam olmayan bir atadan, anam olmayan bir anadan doğulmuşam kimi çevrəyə
baxırdım. Məni dəyişdirən, əmimin Qahirədən, orada yaşayan insanlardan danışmasımıydı? Gerçəkdən anamın qızımı idim, yoxsa başqa birisininmi? Yoxsa anamın qızı olaraq doğulmuş da sonradan başqa birimi olmuşdum? Ya da anam, ayırd edilməyəcək qədər özünə bənzəyən başqa bir qadınamı dönüşmüşdü? Anamın ilk gördüyüm halını xatırlamağa çalışdım. Bir cüt göz xatırlaya bilirdim. Özəlliklə
gözlərini
xatırlayırdım.
Rəngini,
ya
da
biçimini
tanımlayamazdım. Bunlar gözləmlədiyim gözlərdi. Məni gözləyən gözlərdi. Bu gözlərin gördüyü sahələrdə olmasa da, bu gözlər məni görər, haraya getsəm izlərdi. Öylə ki, yürüməyi öyrənərkən yıxıldığımda məni tutub yerdən qaldırardı. Nə zaman yürüməyə çalışsam yıxılardım. Sanki arxadan məni bir güc itələyərdi. Ağzım üstə yerə
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?