Электронная библиотека » Nəval Əl Səədavi » » онлайн чтение - страница 2

Текст книги "Sıfır nöqtəsində qadın"


  • Текст добавлен: 29 октября 2022, 12:40


Автор книги: Nəval Əl Səədavi


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

qapanardım, ya da sanki önümdən bir şey mənə toxunardı da arxası üstə yerə oturardım. Bu, məni əzmək istəyən heyvanın basqısı idi. Məni dərinliklərinə çəkmək istəyən 25

torpağın çəkməsi kimi idi. Hamısının ortasında da mən var idim. Ayağa qalxmaq üçün əllərim və qol arımla mücadilə

edən mən. Amma yıxılıb durardım. Ucsuz-bucaqsız bir dənizə atılmış, batmağa başladığında suyla, üzməyə

başladığında küləklə qamçılanan bir nəsnə kimi, oradan oraya sürüklənərdim. Bir cüt göz dışında güvənəcək heç bir şeyim olmadan, dənizlə göy arasında sonsuza qədər batıb çıxmaq və bir cüt göz dışında, bütün gücümlə yapışdığım o gözlər dışında məni qaldıran heç bir şey olmadan… yalnız və

yalnız o bir cüt göz məni qaldırardı sanki. İri və ya balaca olduqlarını bilmirəm. Kipriklərinin uzun, ya da qısa olduqlarını da xatırlamıram. Bütün anımsadığım qapqara iki yuvarlağın çevrəsində bəyaz iki həlqə idi. Ağın daha ağ, qaranın daha qara olması üçün bu gözlərə bir baxmam yetərdi. Sanki gizəmli bir qaynaqdan işıq alırdılar. Çünkü torpaq qətran qarası, göy üzü aysız-günəşsiz gecə qədər qaranlıqdı. Onun anam olduğunu anlaya bilirdim. Bədəninin qoruyucu sıcaqlığına doğru iməkləyərək soxulurdum. Daxmamız soyuq idi. Qışda atam mənim ot yatağımla yastığımı quzeyə baxan odaya daşıyar, ocağın olduğu odadakı bacanı qapadardı.

Anam da yanımda qalıb məni isitmək yerinə, atamın yanına gedərdi.

Yayda anamın əlində içi soyuq su aftaba ilə atamın dizinin dibinə oturub onun ayaqlarını yuduğunu görərdim. Bir az daha böyüyüncə atam əlimə suqabını verərək ayaqlarını yumağı mənə öyrətdi. Artıq anamın yerini almışdım. Əskidən onun etdiyi işləri indi mən edirdim. Anam yoxdu artıq. Onun yerinə, əlimə vurub suqabını məndən alan başqa bir qadın vardı. Atam onun anam olduğunu söyləmişdi. Əslində anama çox bənzəyirdi. Eyni uzun paltarlar, eyni üz, eyni hərəkətlər.

Fəqət gözlərinə baxdığım zaman onun anam olmadığını hiss edərdim. Bunlar yıxıldığım anda əlimdən tutub məni qaldıran gözlər deyildi. Bunlar içlərində günəş ya da ay işığı oynayırmış kimi olan, baxdığımda ağın daha ağ, qaranın daha qara olduğu, qapqara iki yuvarlağı çevrələyən ağappaq 26

dairələr deyildi. Günün ən işıqlı, günəşin ən parlaq olduğu zaman belə, bu qadının gözlərinə sanki heç işıq toxunmamışdı. Bir gün başını əllərimin arasına alıb üzünü günəşə doğru çevirdim. Ancaq gözləri sönmüş iki lampa kimi donuq idi. Bütün gecə yatamadım. Yan tərəflərimdə yatan qardaşlarımı rahatsız etməmək üçün içqırdılarımı boğaraq tək başıma ağladım. Çoxları kimi mənim də bir sürü bacı-qardaşlarım var idi. Bunlar yazda artan, qışda titrəyib tüklərini tökən, yayda ishala yaxalanaraq zəifləyən, bir-birinin arxasınca bir küncə büzülüb ölən cücələr kimi idilər. Qız uşaqlarından biri öldüyündə atam hər zamankı kimi yeməyini yeyər, ayaqlarını anama yuyudar, sonra yatmağa gedərdi.

Ölən uşaq oğlan olsaydı, anamı döydükdən sonra yeməyini yeyər, sonra yatağına gedərdi. Nə olursa olsun, atam əsla yemək yemədən yatmazdı. Bəzən evdə yeyəcək heç bir şey olmadığından hamımız boş qarınla yatağa gedərdik. Ancaq atamın yemək yemədiyi heç olmazdı. Anam onun yeməyini ocağın dəliklərindən birinin dibində gizlədərdi. Atam tək başına yeməyini yeyərkən biz də ac qarnımızla onun yeməsinə baxardıq.

Bir axşam əlimi tabağa uzatmalı oldum, əlimə sərt bir şapalaq ilişdirdi. Çox ac idim, hətta aclıq üzündən ağlaya da bilmirdim. Önündə oturub atamın yemək yeməsini izlədim.

Gözlərim onun əlini barmaqlarının kasaya uzandığı andan, ağzına yeyəcək atmaq üzrə havaya qalxdığı ana qədər izləyirdi. Ağzı, yekəliyi və geniş çənəsiylə, dəvə ağzına bənzəyirdi. Üst çənəsi alt çənəsinə qıcırtılı bir səslə təzyiq göstərərdi. Hər tikəni öyləsinə çeynərdi ki, dişlərinin bir-birinə

çarpıldığını duyardıq. Dili ağzının içində, sanki çeynəmə işinə

o da qatılırmış kimi dönər, bəzən də ara-sıra dodağına yapışmış, ya da çənəsinə tökülmüş bir yemək parçasını yalayıb almaq üçün dışarı çıxardı. Yeməyin sonunda anam ona bir bardaq su gətirərdi. Suyu içər, ağzından sular saçaraq yüksək səslə gəyirər, ya da qarnı quruldardı.

Bundan sonra odanı duman bulutlarına boğan qəlyanını 27

çəkərdi. Qəlyanını xoruldadıb odanı dumana doldurub bitirdikdən sonra yatardı. Yatar-yatmaz da odanı onun xorultusu bürüyərdi. Onun atam olmadığını sezirdim. Bunu mənə kimsə söyləmədi, gerçəyin tam olaraq fərqində

deyildim. Bir tək içimdə bunu hiss edirdim. Sirrimi kimsəyə

söyləmədim, özümə saxladım. Yayda əmim gələndə məni də

aparması üçün ətəyindən yapışıb yalvarardım. Əmim mənə

atamdan daha yaxın idi. Çox da yaşlı deyildi, üstəlik yanında oturub kitablarına baxmama izn verərdi. Mənə əlifbanı o öyrətdi. Atam öldükdən sonra əmim məni ibtidai məktəbə

yol adı. Daha sonra anam da öləndən sonra məni yanına alıb Qahirəyə apardı.


Bəzən

özümə

insanın

iki

dəfə

doğulub

doğulmayacağını soraram. Əmimin evinə girəndə bir düyməyə basdım. Otaq birdən aydınlandı. Qamaşan gözlərimi yumdum. Yenidən açanda gözlərimin hər şeyi ilk dəfə gördüyü duyğusuna qapıldım. Özümü sanki dünyaya o an gəlmişəm, ya da ikinci dəfə doğulmuşam kimi hiss edirdim. Çünkü daha öncə doğulduğumu bilirdim. Güzgüdə

özümə bir baxdım. Bu da daha öncə yaşamadığım bir şey idi. Öncə qarşımdakının güzgü olduğunu anlamadım.

Özümü, dizlərinə qədər uzanan bir paltar, ayaqlarını örtən bir cüt ayaqqabı geymiş kiçik bir qıza baxar bulunca qorxdum.

Otağa baxdım. Məndən başqa kimsə yox idi. Bu qızın haradan ortaya çıxdığını təxmin edə bilmirdim. Çünkü mən daima ətəkləri yerləri süpürən bir paltar geyinər, haraya getsəm yalın ayaq dolaşardım. Amma üzümü dərhal tanıdım.

Ömrümdə heç güzgü görməmişkən, bunun öz üzüm olduğundan necə bu qədər əmin ola bilmişdim? Otaq boşdu və güzgü tam önümdə idi. İçindəki qız məndən başqası olamazdı. Paltar və ayaqqabılarımı əmim oxulda geyməm üçün almışdı. Güzgünün önündə üzümü seyr edərək öyləsinə durdum. Mən kim idim? Firdovs deyə biri idim.

Böyük yuvarlaq burnumu atamdan, incə dodaqlarımı anamdan almışdım. Bütün bədənimi ümidsizlik sardı.


28

Burnumun böyüklüyünü də, dodaqlarımın biçimini də

bəyənmədim. Atamın öldüyünü sanmışdım. Yenə də bu böyük, çirkin yuvarlaq burunda yaşayırdı. Anam da ölmüşdü, fəqət bu incə dodaqlı ağızda o da həyatını sürdürməkdə idi.

Mənsə yeni paltarlarım və ayaqqabılarımla eyni Firdovs idim.

Güzgüyə qarşı içim dərin bir nifrətlə dolu idi. O andan sonra bir daha güzgüyə baxmadım. Önümdə durduğu zamanlar özümü görmürdüm. Güzgü yalnız saçımı daramağa, üzümü təmizləməyə, ya da paltarımın yaxasını düzəltməyə

yarayırdı. Bunları etdikdən sonra çantamı qapıb məktəbə

yol anırdım.

Məktəbi çox sevdim. Qızlarla, oğlanlarla doluydu.

Məktəbin həyətində oynar, bir ucdan bir uca qoşarkən zövq alardıq. Bəzən də oturar bir qızla çəgirdək yeyər, ya da marçıltı ilə saqqız çeynər, dadlı şeylər yeyərdik. Bu kimi ləzzətli şeylərə bayılardıq. Məktəbdən döndükdən sonra evi silər, əmimin paltarını yuyar, yatağını sahmanlar, kitablarını düzəldərdim. Əmim qaz ocağında isidib xələt və türbanımı ötüləməkdə qul andığım ağır bir dəmir ütü gətirmişdi. Gün batımından dərhal sonra öncə Əl-Əzhərdən dönərdi. Axşam yeməyini hazırlardım. Oturub birlikdə yeyərdik. Yemək bitincə mən evdəki köhnə mebilin üzərinə uzanardım.

Əmimsə yatağında oturub yüksək səslə kitab oxuyardı. Onun yanına sıçrar, barmaqlarımı incə uzun barmaqlı böyük əlinə

dolar, incə qara hərfli, düzgün və sıxışıq yazılı böyük kitablarına toxunardım. Bir neçə sözü oxumağa çalışardım.

Sözlər mənə içimdə qorxuya bənzəyən bir duyğu oyandıran sirli işarələr kimi görünürdü. Əl-Əzhər, sırf erkəklərdən oluşan heybət dolu bir yerdi. Əmim də onlardan biri, bir erkəkdi. Oxuduğu zaman səsi qutsal bir sayqıyla əks olunardı. Uzun barmaqları əlimin altında çox qəribə bir titrəməyə yaxalanardı. Bu, tanış bir hiss idi. Çocuqluğumda hiss etdiyim bu titrəyiş mənə yabancı bir düş deyildi. Soyuq qış gecələrində əmimin qoluna ana qarnındakı bir bəbək kimi soxulardım. Yaxınlığımız bir-birimizi isidərdi. Üzümü qol arına 29

gömər, onu sevdiyimi anlatmaq istərdim. Fəqət sözlər ağzımdan bir türlü çıxamazdı. Ağlamaq istərdim, göz yaşlarım axmazdı. Qısa bir sürə sonra da səhərə qədər sürən dərin bir yuxuya dalardım. Bir gün qızdırmam çıxdı.

Əmim yanıma oturub başımı əllərinin arasına aldı. Uzun barmaqlarıyla üzümü ağır-ağır oxşadı. Gecə boyunca onun əllərinə tutunaraq yatdım.


İbtidai məktəbi bitirəndə əmim mənə bir qol saatı aldı və o gecə sinemaya apardı. Filmdə bir qadın dans edirdi və

qıçı çılpaqdı. Bir adamın qadına sarıldığını gördüm. Sonra onun dodaqlarından öpdü. Üzümü əllərimlə qapatdım.

Əmimə baxmağa cəsarət edə bilmirdim. Sonra əmim mənə

dans etmənin və erkəyi öpmənin günah olduğunu anlatdı.

Ancaq gözlərinə hələ də baxa bilmirdim. O gecə evə

döndüyümüzdə hər zamankı kimi yataqda oturmadım. Kiçik yatağımda yorğan altında gizləndim. Hər tərəfim titrəyirdi.

Anlada bilməyəcəyim bir duyğuya qapılmışdım. Sanki əmimin uzun barmaqları mənə yapışıb yorğanı yavaşca qaldırmış, sonra dodaqları üzümə yaxınlaşıb ağzıma dəymiş, titrəyən barmaqları yavaşca baldırlarıma uzanmışdı. Mənə

qəribə bir şeylər olurdu. Qəribə idi, çünkü daha öncə böylə

bir şeylər olmamışdı. Bədənimin uzaq bir nöqtəsində uzun zaman öncə itirdiyim əski həzz duyğusu oyanırdı. Ya da hələ

bilinməyən, yeni bir həzz idi bu. Tanımlanamaz bir həzzdi.

Çünkü bədənimin dışında, ya da varlığımın il ər öncə

zədələndiyi bir parçasında böyüyən həzz kimi idi.

Əmim vaxtının çoxunu dışarıda keçirməyə başladı.

Səhərlər yuxudan oyananda o, getmiş olardı. Gecə

gəldiyində də mən yuxuda olardım. Ona bir bardaq su, ya da bir boşqab yemək apardığımda, əlini uzadıb üzümə

baxmadan alırdı. Gecələr başımı yorğan altına soxar diqqətlə

ayaq səslərini dinlərdim. Barmaqlarının yaxınlaşmasını bəkləyərək nəfəsimi tutar, özümü sanki yatmış kimi aparardım. Mənə sonsuz kimi görünən bu müddətdə heç bir şey olmazdı. Yatağının cırıltısını eşidərdim. Bir az sonra da 30

düzənli xorultusu başlardı. Ancaq bu zaman əmimin yatdığından əmin olardım. Fərqli bir insan olmuşdu. Artıq yatmadan öncə oxumur, cübbəsiylə xələtini geymirdi. Onun yerinə, kostyumla qalstuk aldı.

Vəqflər Nazirliyində bir iş tapdı və Əl-Əzhərdəki öyrətmənin qızı ilə evləndi. Məni orta məktəbə yol adı.

Qadını ilə yaşayacağı yeni evinə məni də apardı. Qadını qısa boylu, şişman, bəyaz tənli biri idi. Yeriyəndə ördək kimi görünürdü.

Səsinin

yumşaqlığı

sakinliyindən

deyil,

zalimliyindən gəlirdi. Gözləri iri olsa da, heç bir gözəllik çağrışdırmırdı. Qadın əmimin ayaqlarını heç yumaz, əmim də onu bu üzdən vurub bağırmazdı. Əmim ona qarşı aşırı dərəcədə nəzakətli idi. Ancaq bu, erkəklərin qadınlara göstərdiyi o gerçək sayqıdan yoxsun, tuhaf nəzakət idi.

Qadınına qarşı duyğularının eşqdən çox qorxu olduğunu, qadınının ondan daha yüksək bir təbəqədən gəldiyini sezərdim. Bibimin atası, ya da əqrəbalarından biri bizi ziyarətə gəldiyində, əmim ət, ya da toyuq alardı. Öz xalası əynindəki kəndli paltarları ilə gələndə, arxasını çevirib üzünü turşudaraq bir küncə çəkilər, ağzını açıb bir söz danışmazdı.

Xalası divanda yanımda oturaraq səssizcə ağlar, onu Əl-Əzhərdə oxutmaq üçün altun zəncirini satdığına nə qədər peşman olduğundan danışardı. Səhər tezdən toyuq, yumurta və çörək dolu səbətini boşaldar, səbətini qoluna taxıb gedərdi. Ona “nənə, bizimlə bir gün daha qalsana” desəm də, ancaq əmim və xanımı ağızlarını açıb bir söz söyləməzdilər. Hər gün məktəbə gedərdim. Dönüncə evi süpürər, yerləri silər, kirli qabları və paltarları yuyardım.

Əmim arvadı sadəcə yemək bişirər, qab-qaşığı təmizləməyi də mənə buraxardı.


Sonra əmim mənim otağımda qalacaq olan bir xidmətçi qız gətirdi evə. Yataq mənə özəl olduğundan qız yerdə yatardı. Bir gecə çox soyuq idi. Ona gəlib yatağımda yata biləcəyini söylədim. Ancaq əmim arvadı otağa girib bizim bir yerdə yatdığımızı görüncə öncə onu, ardından məni 31

döydü. Bir gün məktəbdən evə gələndə əmimin çox qızqın olduğunu gördüm. Onun bu qızqınlığını arvadı da paylaşır kimi görünürdü. Əmim paltarım və kitablarımla birlikdə məni məktəbin yataqxanasına yerləşdirməyi düşünmüşdü. Bunu öfkələnərək mənə duyurmaq istəmişdi. Bundan sonra gecələri yataqxanda yatdım. Hər həftə sonu atalar, analar və

başqa qohumlar qızları ziyarətə gəlir, ya da həftə sonunu evdə keçirmələri üçün onları məktəbdən alıb aparırdılar.

Yüksək divarın ardından onların gedişlərini seyr edərdim.

Həyata yüksək bir zindan divarının üstündən baxmağa məhkum edilmiş tutuqlu kimi idim. Fəqət hər şeyə qarşın məktəbi sevməkdən vaz keçmədim. Yeni kitablar, yeni mövzular

birlikdə

dərs

çalışdığım qızlar vardı.

Yaşamlarımız üzərinə danışar, sirlərimizi paylaşar, ən gizli duyğularımızı

bir-birimizə

söylərdik.

Gecə-gündüz

çevrəmizdə dolaşıb casusluq edən, söylədiklərimizi dinləyən gözətçi dışında işlərimizə qarışan kimsə yox idi. Gözətçi yatdığımız zaman belə, hər hərəkətimizi müşahidə edər, yuxu görərkən bizi seyr edərdi. Birimiz yuxusunda iç çəksə, ya da ən kiçik bir hərəkət etsəydi, alıcı quş kimi üstünə

atılardı. Vəfa adında bir arxadaşım vardı. Yatağı mənimkinin yanında idi. İşıqlar sönüncə yatağımı onun yatağına yaxınlaşdırardım. Gecəyarısına qədər danışardıq. Aşiq olduğu qohumundan, onun da sevdiyindən söz edərdi.

Mənsə gələcəyə ilişkin umutlarımdan danışardım…


Keçmişimdə, çocuqluğumda diqqətə dəyər bir şey yox idi. Nə eşq vardı, nə başqa bir şey. Bu üzdən mənim söylədiyim hər şey gələcəklə bağlı idi. Çünkü gələcəyimi istədiyim rənglərlə boyamaq ixtiyarı məndə idi. Özgürcə

qərar vermək, istərsəm dəyişdirəcək biçimdə mənim idi…

Bəzən doktor, mühəndis, vəkil, ya da müstəntiq olacağımı düşünürdüm. Tam bu xəyallar içindəykən bir gün məktəb yönətiminə qarşı böyük bir göstəriyə qatılmaq üçün öyrəncilər küçələrə çıxdı. Birdən mən də özümü “hökümətə

istefa” deyə bağıran qızların çiyinlərində buldum. Məktəbə


32

qayıdanda səsim qısılmış, saçlarım bir-birinə qarışmış, paltarım bir neçə yerdən cırılmışdı. Ancaq bütün gecə özümü böyük bir öndər, ya da dövlət başçısı olaraq xəyal etdim.

Qadınların dövlət başçısı olamayacaqlarını bilirdim. Fəqət başqa qadınlardan, çevrəmdə eşqdən, erkəklərdən söz edən qızlardan fərqli olduğumu hiss edirdim. Çünkü mən eşqdən, erkəklərdən söz etməzdim. Qızların qafasını məşğul edən şeylərlə ilgilənməzdim. Onlara önəmli görünən şeylər mənim üçün önəmsiz görünərdi. Bir gecə Vəfa “heç aşiq oldunmu Firdovs?” deyə sordu. Ona “yox, heç aşiq olmadım” cavabını verdim. Mənə şaşqınlıqla baxdı və “çox qəribədir” dedi.

“Nədən qəribədir?” deyə sordum.

–Baxışlarında aşiq olduğunu söyləyən bir şey var.

–İnsanın baxışlarında sevgini ifşa edəcək nə ola bilər ki?

–“Bilmirəm” dedi başını sal ayaraq “fəqət, özəlliklə

sənin sevgisiz yaşayamayacaq biri olduğunu hiss edirəm”

deyə davam etdi.

–Amma mən eşqsiz yaşayıram.

–O zaman sənin yaşamın bir yalandır, ya da heç yaşamırsan.

Son sözünü söylədikdən sonra yuxuya daldı.

Gözlərim şaşqınlıqdan bərələ qalmışdı. Qaranlığı seyr edirdim. Yarı unudulmuş təsəvvürlər yavaş-yavaş gecənin içində boy göstərməyə başladı. Üstü açıq barınaqda ot döşəyə uzanmış Əhmədi gördüm. Burnuma otun qoxusu gəldi. Əhmədin barmaqları bədənimdə gəzindi. Bütün bədənim bilinməyən bir qaynaqdan, varlığımın dışında tanımlanamaz bir nöqtədən gələn, çox uzaq, yenə də tanış

bir həzzlə sarsıldı. Bədənimin bir yerində sakit və yumşaq bir həzzlə başlayıb sevilən bir acı ilə bitən yumşaq nəbz atışlarımı hiss edirdim. Bir an toxuna bilmək üçün tutmağa çalışdığım, fəqət hava kimi, bir yanılsama, uçub gedən və

yox olan bir xəyal kimi əlimdən qaçan bir şey idi bu.

Yuxumda bu həzz, sanki əlimdən çıxırmış kimi, ağladım.


33

Sanki uzun sürə öncə deyil də ilk dəfə itirdiyim bir zövqmüş

bu. Məktəbdə gecələr uzundu, günlərsə daha uzun. Yat zəngi çalmadan saatlar öncə dərslərimi çalışıb bitirmiş

olardım. Bu sayədə məktəbin kitabxanasını kəşf etdim.

Arxa həyətdə qəfəsələri qırıq-tökük, kitabların üstü tozlu, tamam toz içində bir otaq. Tozları sarı bir bezlə silərək zəif işığın altında qırıq bir oturacağın üzərində oturub oxuyardım. Kitabları sevməyə başladım, çünkü hər kitabdan yeni bir şey öyrənirdim. Əcəmlər, ərəblər və türklər haqqında çox şey öyrəndim. Kral arın və hökmdarların işlədiyi suçlar haqqında, savaşlar, xalqlar, inqilablar və inqilabçıların yaşamları haqqında kitablar oxudum. Eşq öyküləri, eşq şeirləri oxudum. Fəqət hökmdarlar üzərinə yazılmış kitabları daha diqqətlə oxuyurdum. Kənizləri ilə odalıqları ordu qədər qalabalıq olan bir hökmdarla, həyatda tək ilgiləndiyi şey şərab, qadınlar və kölə şal aqlamaq olan bir başqa hökmdar haqqında kitablar oxudum. Bir başqası qadınlara daha çox ilgi göstərmir, savaşlardan, öldürməkdən, işkəncə etməkdən zövq alırdı. Yenə bir başqası, doymaq bilməzcəsinə yeməyi və paranı sevirdi. Bir digər hökmdar kəndisinə və

böyüklüyünə, dünyada başqa kimsə yoxmuşcasına heyrandı.

Bütün zamanını tarixi gerçəkləri saxtalaşdıraraq xalqını aldatmaqla keçirən intriqaçı bir hökmdar da vardı. Bütün bu hökmdarların erkək olduqlarını kəşf etdim. Ortaq yanları ehtiraslı və ziddiyyətli bir şəxsiyyət olmaları, pula, seksə və

sonsuz gücə düşkün olmaları idi. Dünyaya pislik toxumlarını əkən, xalqlarını talan edən erkəklərdi bunlar. Gerçək üzləri ancaq ölümlərindən sonra ortaya çıxırdı. Beləcə tarixin axmaq bir inadkarlıqla özünü təkrarladığını kəşf etdim.


Kitabxanaya düzənli olaraq bəzi dərgi və qəzetlər gəlirdi. Bunları oxuyub rəsmlərinə baxmağı alışqanlıq halına gətirmişdim. Sıx-sıx cümə namazına gedib camaatla oturan hökmdarların rəsmlərinə rastlardım. Hökmdar süzülmüş

gözlərinin arasından böyük bir nifrətlə, haqqa ərmiş kimi baxaraq otururdu. Xalqını aldatdığı kimi, Tanrısını da 34

aldatmağa çalışdığını görürdüm. Ətrafında, söylənən hər şeyə heyranlıqla baş yel ədən, qısıq səslə dua edən, əllərini önlərində qovuşduran, ətraflarında baş verənləri bərəlmiş

gözlərlə, şübhəli, hiyləgər,

hücuma

keçməyə

hazır,

təhqiramiz sözlərlə seyr edən yüksək vəzifəlilər olardı.

Savaş, qıtlıq, ya da salqın (epidemi) xəstəlik nəticəsində

yaşamlarını itirən şəhidlərin ruhları üçün istəklə dua edərkən görərdim onları. Başlarını yerə əyib, götlərini qaldıraraq səcdəyə varardılar. “Vətənsevərlik” sözünü hər dəfə dillərinə

gətirəndə, əslində Tanrıdan qorxmadıqlarını, qafalarındakı vətənsevərlik qavramının nə olduğunu açıqca anlaya bilirdim.

Vətənsevərlik yoxsul sinfin zənginlərin torpağını qoruması, onların mülklərini savunaraq ölməsi anlamında idi, çünkü yoxsulun torpağı yox idi. Dəyişməz görünən tarixi oxumaqdan, sürəkli o əski hekayələrə və hamısı bir-birinə

bənzəyən rəsmlərə baxmaqdan sıxılınca, tək başıma oyun sahəsində oturardım. Bəźən gecələr aysız, qapqaranlıq olardı. Yat zəngi geridə uzun bir səssizlik buraxaraq son nöqtəsini çalardı. Çevrəmdəki bütün pəncərələr qapanar, bütün işıqlar sönərdi. Mənsə bir çox şeylə maraqlanaraq, tək başıma qaranlıqda oturmağı sürdürərdim. Gələcək illərdə

necə olacağam? Universitetə girə biləcəəmmi? Əmim bunu qəbul edərmi?


Bir gecə orada eləcə oturarkən məni bir öyrətmən gördü. Bir an qaranlıqda hərəkət etmədən duran, amma insana bənzəyən bir cism görməkdən hürkmüşdü. Yanıma gəlmədən “kim var orada?” deyə səsləndi. Zəif və qorxaq bir səslə ona “mənəm, Firdovs” deyə cavab verdim. Daha da yaxınlaşıb məni tanıyınca şaşırdı. Sinifdəki ən yaxşı öyrəncilərindən biriydim. Ən yaxşı öyrəncilərsə yat zəngi çalar-çalmaz yatağa girərdilər. Ona sinirlərimin bir az pozuq olduğunu, yata bilmədiyimi söylədim. Yanımda oturdu. Adı İqbal idi. Qısa boylu, şişman, uzun qara saçlı və qara gözlüydü. Qaranlığa rəğmən mənə baxan, məni incələyən gözlərini görə bilirdim. Nə zaman başımı çevirsəm, məni 35

izləyir, gözlərini mənə dikmiş, bir an belə ayırmırdı. Üzümü əllərimlə qapadığım zaman belə, əllərimin arasından sanki onu görər kimi idim. Birdən göz yaşlarım axmağa başladı.

Yaşlar əllərimin arasından sızıb üzümə axırdı. Əllərimi tutub üzümdən çəkərək “Firdovs, Firdovs, lütfən ağlama” dedi.

–Buraxın da ağlayım,– dedim.

–Səni heç ağlarkən görməmişdim, nə oldu?

–Heç bir şey.

–Öylə şey olarmı? Kəsinliklə bir şey olmuşdur.

–Heç bir şey olmadı İqbal xanım.

–Səndə bir şaşqınlıq sezilirdi. Ağlamanın heçmi nədəni yox?

–Nədənini bilmirəm. Yəni heç bir şey olmadı.

Yanımda səssizcə oturdu. Qara gözlərinin gecədə

gəzindiyini, göz yaşlarının parıltılı bir işıqla axdığını görə

bilirdim. Dodaqlarını qısıb çətinliklə utqundu. Gözlərindəki işıq birdən yox oldu. Gecələr birdən yanıb sönən alovlar kimi, gözləri bir parlayıb bir sönürdü. Sonra bir an gəldi, yenidən dodaqlarını qısıb udqunanda, iki damla yaş gözlərində asılı qaldı. Damlacıqların burnuna düşdüyünü, yavaşca iki yandan süzüldüyünü gördüm. Bir əliylə üzünü örtdü, digəriylə dəsmal çıxarıb burnunu sildi. “İqbal xanım, ağlayırsınızmı?” deyə

sordum. O da “yox” dedi. Sonra burnunu sildiyi əlindəki dəsmalı gizləyib, çətinliklə udqunaraq gülümsədi. Dərin, səssiz, hərəkətsiz gecənin əhatəsində idik. Heç bir səs, heç bir qıpırtı yox idi. Hər şey işığın sızamadığı mütləq qaranlığa gömülmüşdü, çünkü göy üzü aysız və ulduzsuzdu. Üzümü ona doğru çevirdim. Göz-gözə gəldik. Mənə baxan iki yuvarlağın çevrəsində dümağ iki həlqə… gözlərinə baxmağı sürdürdükcə ağ daha da ağ, qara daha da qara oldu. Sanki yerdə də, göydə də bulunmayan sirli bir qaynaqdan işıqlarını alırdı bu gözlər. Çünkü torpaq gecə örtüsünə bürünmüşdü.

Göy üzündə ona işıq verəcək nə ay, nə də ulduz var idi.

Gözlərini yaddaşıma həkk elədim. Əlini əlimə aldım. Bir-birinə toxunan əllərimizin yaratdığı duyğu qəribə idi.


36

Bədənimi uzaq və dərin bir həzzlə, xatırlaya bildiyim zamandan, yaddaşımın ulaşa bildiyi zamandan belə daha gerilərə uzanan bir həzzlə titrədən bir duyğu idi bu. Onu bir yerlərimdə hiss edə bilirdim. Mən doğulduğum zaman doğulan, ancaq mən böyüyərkən böyüməyən varlığımın bir parçası kimi, bir zamanlar bildiyim, amma doğularkən geridə

buraxdığım bir parçası kimi… Ola biləcək, ancaq heç yaşanmamış hər şeyin qeyri-müəyyən yaddaşı kimi… O an ağlıma bir xatirəm gəldi. Dodaqlarım danışmaq üçün aralansa da, ağlımdakılar uçub getdi. İtirmək üzrə olduğum, ya da o an sonsuzadək itirdiyim dəyərli bir şeyin xatirəsiylə

dəlicəsinə döyünən qorxu dolu ürəyim sarsıldı. Barmaqlarım, yer üzünün ən böyük gücü belə gəlsə onu oradan çəkib alamazmış kimi şiddətlə İqbal xanımın əlinə yapışdı. O

gecədən sonra nə zaman qarşılaşsaq, dodaqlarım dilimin ucundakıları söyləmək üçün aralanardı. Ürəyim qorxuyla, ya da qorxuya bənzər bir duyğu ilə atardı. Yanına getmək, əlini tutmaq istərdim. Ancaq o, sinifə girər, dərs bitincə də mənim orada olduğuma heç diqqət etmədən çəkilib gedərdi. Gözləri mənə ilişəndə baxışlarındakı ifadə başqa öyrəncilərə

baxışından fərqli olmazdı. Yataqda yuxuya dalmadan öncə ”İqbal xanım, hər şeyi unutdumu?” deyə düşünərdim.

Bir dəqiqə sonra Vəfa yatağını mənimkinə yaxınlaşdırıb “nəyi unutdumu?” deyə kinayə ilə sorardı.

–Bilmirəm Vəfa.

–Xəyal ar dünyasında yaşayırsan, Firdovs.

–Heç də deyil Vəfa, bir şeylər oldu bilirəm.

–Nə oldu?

Ona olub-bitəni anlatmağa çalışdım, ancaq necə

açıqlayacağımı bilmirdim. Daha doğrusu söyləyəcək heç bir şey tapa bilmədim. Xatırlaya bilməyəcəyim bir şey olmuş, daha doğrusu heç bir şey olmamış kimi idi. Gözlərimi qapadıb olayı yenidən yaşamağa çalışdım. Yalnızca dümağ

iki həlqənin çevrələdiyi qapqara iki yuvarlaq var idi gözlərimin önündə. Mən baxdıqca böyüyüb iriləşirdi. Qara yuvarlaq, 37

dünya qədər böyüdü. Ağ həlqə isə insanın içinə işləyən, günəş qədər böyük bir kütləyə dönüşdü. Gözlərim ağla-qaranın içində, artıq barmaqlarımdan ikisini də alqılayamaz duruma gələnə qədər yox oldular. Gözlərimin önündəki təsəvvürlər bir-birinə qarışdı. Anamla atamın, əmimlə

Əhmədin, İqbal a Vəfanın üzlərini bir-birindən ayıra bilmirdim.

Gözlərimi, sanki kor oluram kimi həyəcan içində açdım.

Gecənin içində, önümdə duran Vəfanın üz çizgilərini seçə

bilirdim. Hələ yatmamışdı. “Firdovs, sən İqbal xanıma aşıqsanmı?” söylədiyini eşitdim.

–Mənmi?– dedim şaşqınlıqla.

–Təbi sən, başqa kim olacaq?

–Yox, əsla Vəfa!

–O zaman nədən hər axşam onun haqqında danışırsan?

–Mənmi? Onun haqqındamı danışıram? Heç də elə

deyil. Sən hər şeyi çox qabardırsan Vəfa.

–İqbal xanım çox yaxşı öyrətməndir.

–Doğrudur, haqlısan. Ancaq o, bir qadındır. Mən bir qadına necə aşiq ola bilərəm?

Son sinavlara bir neçə gün qalmışdı. Vəfa artıq sevgilisindən söz etmirdi. Yat zəngi də artıq əskisi qədər erkən çalmırdı. Hər gecə çalışma salonunda Vəfa və digər qızlarla birlikdə gec saatlara qədər oturardıq. Ara-sıra gözətçi yatıb-yatmadığımızı, hətta yuxu görüb görmədiyimizi kontrol etdiyi kimi, dərs çalışmamızı da yoxlamaq üçün gələrdi.

Qızlardan biri nəfəs almaq, ya da boynunu rahatlatmaq üçün başını bir an qaldırsa, bir yerlərdən ortaya çıxardı. Qızcağız da dərhal kitabına gömülərdi. Gözətçinin durmaq bilməyən diqqətinə və digər şeylərə rəğmən, sinifdə çalışmağı da sevirdim.

Bitirmə sınavlarının sonucları açıqlanarkən, məktəb ikincisi olduğum söyləndi. Diplomların paylandığı gecə özəl bir törən vardı. Yüzlərcə ata-ananın və əqrəbanın olduğu böyük bir salonda, müdirə adımı oxuyunca diplomumu almaq 38

üçün kimsə ortaya çıxmadı. Salonu ani bir səssizlik bürümüşdü. Müdirə adımı təkrarladı. Ayağa qalxmağa çalışdım. Fəqət ayaqlarım mənə yardım etmirdi. Oturduğum yerdən “burada” dedim. Bütün başların mənə doğru döndüyünü, gözlərin mənim olduğum yönə baxdığını, gözlərimin önündə səssiz gözlərin saysız qara yuvarlaqaları çevrələyən saysız ağ həlqəyə dönüşdüyünü, hamısının birlikdə mənim gözlərimə dikildiyini gördüm. Müdirə sərt bir səslə “oturaraq cavab vermə, ayağa qalx” dedi. Ağ həlqələrlə

qara yuvarlaqlar yuxarıya, müdirəyə tərəf dönəndə ayağa qalxdığımın fərqinə vardım. Müdirə yaşamımda heç eşitmədiyim qədər yüksək bir səslə yenidən “ata-anan hardadaı?” deyə bağırdı. Salonu dərin bir səssizlik bürümüşdü. Bu, sanki uğultulu bir səssizlikdi. Hava qəribə bir səslə titrədi, qalabalıq salonun arxasından gələn nəfəslər ritmik bir tonla mənə ulaşdı. Başlar, əvvəlki hal arına döndülər. Mənsə orada, şaşqınca bir şey seyr edərcəsinə

eləcə durdum. Bir cüt göz, yalnızca bir cüt göz mənim gözlərimə dikilmişdi. Başqa yana da baxsam, başımı da çevirsəm məni yaxından izləyirdi. İndi hər şey, dümağ iki həlqəylə çevrili qətran qarası bir cüt göz dışında ən kiçik işığı belə ayırd edə bilmədiyim qaranlığa gömülmüşdü. Bu gözlərə baxdıqca ağı ilə qarası daha da dərinləşirdi. Sanki işıqlarını sirli bir qaynaqdan alırdılar, çünkü salon qapqaranlıq, dışarıdakı gecə isə qətran qarasıydı. Sanki qaranlıqda gedib onun əlini tutmuşdum, ya da o, gəlib mənim əlimi tutmuş kimi gəldi. Bu ani təmas, hardasa həzz qədər dərin bir acıyla, ya da acı yaradacaq qədər köklü bir həzzlə

bədənimi diksindirdi. Uzaqdan gələn bir həzzdi. Yaşam yolçuluğunun yadda qalan il ərindən daha əski, yaddaşın uzunluğundan daha uzun, çox uzaq il ər öncə ortaya çıxmış, dərinliklərə gömülmüş kimi gələn bir həzz. Yada düşər-düşməz unudulan, bir dəfə olmuş və itib getmiş, ya da heç olmamış kimi bir şey. Ona hər şey söyləməkdən ötrü ağzımı açdım, amma o, “bir şey söyləmə Firdovs” dedi. Müdirənin 39

bulunduğu platforma çıxanadək əlimi tutub insanların arasından keçirərək mənə yol göstərdi. Diplomumu aldı, sonra başarı bəlgəmi almaq üçün imzamı atdı. Müdirə bütün dərslərdən aldığım qiymətləri oxuduqca, salon alqışa bənzər gurultuya boğuldu. Müdirə əlinə rəngli kağıza sarılmış yaşıl ipək iplə bağlanmış bir qutu aldı. Əlimi uzatmağa çalışdım, amma edə bilmədim. Bir dəfə daha müdirəyə yaxınlaşan İqbal xanımı gördüm. Paketi müdirənin əlindən aldı, sonra məni insanların arasından keçirərək yerimə apardı.

Qucağıma diplomumu, onun üzərinə də qutunu qoyaraq oturdum.

Dərslər bitmək üzrə idi. Atalar və analar qızları aparmağa gəldilər. Müdirə əmimə teleqraf çəkdi. Bir neçə

gün sonra əmim məni aparmağa gəldi. Törən gecəsindən bəri İqbal xanımı görməmişdim. Eyni gecə yat zəngindən sonra yuxum gəlmədi. Həyətdə qaranlığın ortasında oturmuşdum.


Nə zaman uzaqdan bir səs duysam, bir qıpırtı sezsəm, çevrəmə baxınırdım. Bir an giriş qapısının yaxınında hərəkət edən bir qaraltı gördüm. Dərhal ayağa qalxdım. Ürəyim dəlicəsinə çırpınır, üzüm alov-alov yanırdı.

Ona doğru yavaşca yürümək üçün yerimdən qalxdım.

İrəlilərkən saç diblərim və ovuclarım da daxil, bütün bədənimin tər içində qaldığını fərq etdim. “İqbal xanım” deyə

səsləndim. Amma ağzımdan çıxan özümün belə duymadığım pıçıltıdan başqa bir şey deyildi. Kimsə gəlməyincə qorxum artdı. Qaranlıqda insan bədəni biçimində bir cism var idi. Bu dəfə özümün də açıqca duyduğum yüksək səslə “kim var orda?” deyə səsləndim. Öz səsim, yuxusunda danışan biri kimi, məni özümə gətirdi. Qaranlıq, ortalama bir insan boyunda alçaq, suvaqsız bir divarı ortaya çıxaracaq şəkildə

bir az aralandı. Daha öncə də gördüyüm, amma qısa bir sürə

üçün o an düzəldilmiş olan bir divardı bu.

Məktəbdən son dəfə ayrılmadan öncə, anidən bir möcüzə olmasını, İqbal xanımın mənə baxan gözlərini 40

görməyi, ya da mənə gülə-gülə deməsini umaraq divarlara, pəncərələrə, qapılara baxındım. Durub dincəlmədən dəli kimi aradım. Umudumu gah itirir, gah da yenidən umudlanırdım.

Durmadan

həyəcanla

sağa-sola

baxırdım.

Köksüm

həyəcanla enib qalxırdı. Dış qapıdan çıxmadan öncə əmimə

“bir dəqiqə məni gözlə lütfən” dedim. İki dəqiqə sonra əmimin arxasınca küçəyə çıxdım. Qapı arxamızda bağlandı. Mənsə

qapıya yenidən açılacaqmış, ya da ardında hər qapını açmağa hazır birinin olduğunu bilirmişəm kimi, dönüb baxdım. Qapalı qapının görüntüsünü yaddaşıma həkk edərək əmimin arxasınca ağır addımlarla yürüdüm. Yemək yediyim, su içdiyim, ya da yuxuya daldığım zaman belə, gözümün önündə idi o.

İndi əmimin evində olduğumun fərqində idim. Onunla yaşayan qadın əmimin xanımı və evin içində qaçışan uşaqlarsa onların uşaqları idi. Bu evdə yataq otağından incə

bir divarla ayrılan, yemək otağındakı kiçik taxta dışında mənə

aid olan bir yer yoxdu. Hər gecə divarın ardından gələn pıçıltıları eşidirdim:

–Bu günlərdə bir tək orta məktəb diplomuyla iş tapmaq asan deyil.

–Nə edə bilər eləysə?

–Heç bir şey. Orta məktəbdə heç bir şey öyrətmirlər.

Keşkə onu ticarət məktəbinə göndərsəydim.

–Elə etsəydim, belə etsəydim söyləməyi burax. İndi nə

edəcəksən onu söylə!

–İş tapana qədər bizimlə qala bilər.

–İş tapması il ər sürə bilər. Ev kiçik, həyat da bahalı.

Uşaqlarımızın iki qatı yemək yeyir.

–Ev işlərində sənə yardımçı olar, uşaqlara baxa bilər.

–Xidmətçimiz var, mən də yeməyi bişirirəm, ona gərək yox.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации