Электронная библиотека » Оскар Уайльд » » онлайн чтение - страница 3

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:01


Автор книги: Оскар Уайльд


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

QEYRİ-ADİ FİŞƏNG

Böyük şənlik idi. Padşahın oğlu evlənirdi. Düz bir il nişanlısının yolunu gözlədikdən sonra, nəhayət, qız gəlib çıxmışdı. Nişanlısı rus şahzadəsi idi. Özü də Finlandiyadan sonrakı yolu altı şimal maralı qoşulmuş kirşədə gəlmişdi. Kirşə qızıldan ququşu şəklində düzəldilmişdi. Balaca şahzadə qız bu böyük qu quşunun qanadları arasında əyləşmişdi. Çiynində ətəyi yer süpürən bahalı sincab dərisindən tikilmiş bürüncək, başında nazik gümüşdən düzəldilmiş kiçicik papaq vardı. Yanaqları isə indiyədək həmişə divarları arasında yaşadığı Qar sarayı kimi dümağ idi. Ona görə də küçələrdən keçən şahzadə qızın ağ çöhrəsini görən camaat: “Bu ki lap ağ qızılgüldür”, – deyə təəccüblənir və onun üstünə eyvanlardan çiçək səpirdilər.

Sarayın darvazaları ağzında qızı şahzadə oğlan gözləyirdi. Onun xumar baxışlı bənövşəyi gözləri və qızılı rəngdə qəşəng saçları vardı. Nişanlısını görən şahzadə oğlan dizinin birini yerə qoyub onun əlindən öpdü. Balaca şahzadə qız nişanlısının:

– Sənin şəklin gözəldi, amma özün şəkildəkindən daha gözəlsən, – sözlərini eşitcək utandığından qıpqırmızı oldu.

Zadəgan nəslindən olub sarayda qulluq edən bir oğlan uşağı – balaca paj bunu görüb yanında dayanan saray əyanına dedi:

– Ağ qızılgül dönüb qırmızı oldu!

Bu hadisəyə bütün saray adamları heyran qalmışdı.

Sonrakı üç gün ərzində bütün saray əyanlarının ağzından “ağ qızılgül, qırmızı qızılgül, qırmızı qızılgül, ağ qızılgül” sözləri yerə düşmədi. Padşah bundan xoşlanıb gənc saray qulluqçusunun maaşının ikiqat artırılmasını əmr etdi. Ömründə maaş almağın nə demək olduğunu bilməyən padşah üçün belə bir əmr vermək adi şeydi. Lakin hamı onun hərəkətini alicənablığına daha bir sübut kimi yozdu. Elə həmin gün saray qəzeti öz səhifələrində bu alicənab hərəkət barədə lazımi şəkildə məlumat verdi.

Üç gündən sonra toy məclisi başlandı. Hər şey olduqca təmtəraqlı və gözəl idi. Əl-ələ tutan bəylə gəlin xırda mirvarilərlə bəzədilmiş al-qırmızı mahud çətirin altında addımlayırdılar. Bundan sonra düz beş saat davam edən saray ziyafəti başlandı. Şahzadələr ziyafət zamanı böyük saray otağının baş tərəfində oturub xalis büllur qabdan şərab içirdilər. Bu qabdan yalnız əsl sevgililər içə bilərdilər. Qaba xain dodağı toxunsa, o bozarar, şəffaflığını itirər, üstü qara ləkələrlə örtülərdi.

Gənc saray qulluqçusu deməyə bu dəfə də söz tapdı:

– Şahzadələrin bir-birini sevməsi tamamilə aydındır. Onların məhəbbəti büllur kimi safdır.

Padşah onun maaşını yenə də ikiqat artırdı. Bundan sonra bütün saray adamları bir ağızdan:

– Bu, böyük alicənablıqdır! – deyə padşaha tərif yağdırdılar.

Ziyafətdən sonra rəqs gecəsi olmalı idi. Bəylə gəlin birgə “Qızılgül rəqsi” adlanan rəqsi ifa etməli idilər. Padşah da ney çalacağına söz vermişdi. Çox pis çalğıçı olmasına baxmayaraq, padşah olduğu üçün heç kim indiyədək cürət edib həqiqəti ona deməmişdi. Sözün doğrusu, o, vur-tut ikicə hava bilirdi. Özü də heç vaxt iki havadan hansını çaldığını dəqiq bilmirdi. Amma bunun bir o qədər də əhəmiyyəti yoxdu. Çünki o nə edirdisə, hamı bir ağızdan:

– Əladır! Gözəldir! – deyə qışqırırdı.

Toy şənliklərinin sonunda – düz gecəyarısı böyük atəşfəşanlıq olacaqdı. Balaca şahzadə qız ömründə bircə dəfə də atəşfəşanlıq görmədiyindən padşah baş saray pirotexnikinə toy günü mütləq sarayda olmasını əmr etmişdi.

Bir səhər külafirəngidə gəzişərkən şahzadə qız nişanlısından soruşmuşdu:

Atəşfəşanlıq nəyə bənzəyir?

– Şimal şəfəqinə, – hamının əvəzinə cavab verməyə alışan padşah dillənmişdi, – ancaq atəşfəşanlıq ondan daha təbiidir. Məncə, fişənglər ulduzlardan da gözəldir. Axı atəşfəşanlığın nə vaxt olacağını əvvəlcədən bilirsən. Fişəngləri gözəllikdə ancaq mənim ney çalmağımla müqayisə etmək olar. Siz atəşfəşanlığı mütləq görəcəksiniz.

Saray bağının uzaq bir guşəsində böyük taxta meydança qurulmuşdu. Baş saray pirotexniki atəşfəşanlıq üçün lazımi hazırlıq görüb hər şeyi yerbəyer etdikdən sonra növbənöv fişənglər bir-biri ilə söhbətə girişdi.

– Dünya, doğrudan da, gözəldir, – deyə balaca Partlanğıc söhbətə birinci başladı. – Bir o sarı zanbaqlara baxın! Onlar əsl taraqqa olsaydı belə, bundan qəşəng ola bilməzdilər. Səyahət edə bildiyimə görə çox sevinirəm. Səyahətlər hər bir kəsin dünyagörüşünü genişləndirir və hər cür xurafatı zehnimizdən sıxışdırıb çıxarır.

Roma Şamı onun cavabında dedi:

– Sarsaq Partlanğıc, padşahın bağı hələ bütün dünya demək deyil. Dünya dediyin nəhəng bir ərazidir. Onu tam görmək üçün sənə üç gün də kifayət etməz.

– Sevdiyin hər yer sənin üçün dünya ola bilər, – deyə kədərli Alov Çarxı söhbətə qarışdı. Gəncliyində o, şamağacından düzəldilmiş bir qutuya vurulubmuş. Alov Çarxı hələ də məhəbbət həsrətindən sızıldayan ürəyinin olması ilə fəxr edirdi. – Lakin məhəbbət indiki zamanda artıq dəbdən düşüb. Onu şairlər məhv etdilər. Onlar məhəbbət haqqında o qədər yazıblar ki, daha heç kim heç nəyə inanmır. Bu artıq heç məni də təəccübləndirmir. Əsl məhəbbət dinməzcə əzab çəkmək deməkdir. Yadıma gəlir, bir dəfə mən özüm… Nə isə… İndi bunun heç bir əhəmiyyəti yoxdur. Ülvi məhəbbət dövrü keçmişdə qalıb.

Roma Şamı:

– Boş sözdür! – dedi. – Məhəbbət ölə bilməz. O, göylərdəki Ay kimidir. O, ölməzdir. Elə bizim bəylə gəlini götürək. Onlar bir-birini dərin məhəbbətlə sevirlər. Şahzadələr haqqında məlum xəbərləri bu gün səhər mənimlə bir qutuda olan kobud sarğı kağızından düzəldilmiş patrondan eşitmişəm. O, bütün saray yeniliklərindən xəbərdardır.

Lakin Alov Çarxı başını buladı:

– Ülvi məhəbbət ölmüşdür, ülvi məhəbbət ölmüşdür, ülvi məhəbbət ölmüşdür!

O, eyni şeyi dəfələrlə təkrar etməklə onun axırda həqiqətə çevriləcəyinə inananlardandı.

Birdən kəskin, quru öskürək səsi eşidildi. Hamı yan-yörəsinə baxdı.

Öskürən isə uzun bir ağacın ucuna sarınmış hündürboy, ətrafındakıları təkəbbürlə süzən Fişəng idi. O, həmişə bir söz deməzdən əvvəl diqqəti özünə cəlb etmək üçün öskürərdi:

– Öhö! Öhö!

Öz-özünə hələ də başını bulayaraq: “Ülvi məhəbbət ölmüşdür”, – deyə mızıldayan bədbəxt Alov Çarxından başqa hamının diqqəti Fişəngdə idi.

Taraqqa səsini ucaldıb dedi:

– Sakit olun! Sakit olun!

O özü də, bir növ, siyasətçi idi. Yerli seçkilərdə fəal iştirak etdiyindən siyasi məclislərdə işlədilən ifadələri yaxşı bilirdi.

Alov Çarxı pıçıltı ilə:

– Tamamilə ölmüşdür, – deyib yuxuya getdi.

Tam sakitlik yaranandan sonra Fişəng üçüncü dəfə də öskürüb sözə başladı. O, müraciət etdiyi adamın başı üzərindən harasa bir nöqtəyə baxaraq alçaqdan, aydın səslə, xatirələrini kiməsə diktə edirmiş kimi danışırdı. Doğrudan da, onun davranış tərzi başqalarınınkından seçilərək diqqəti özünə cəlb edirdi.

Fişəng:

– Padşahın oğlunun bəxti yaman gətirib, – dedi, – o

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации