Электронная библиотека » Сергей Довлатов » » онлайн чтение - страница 2

Текст книги "Güclü olmaq istəyirəm"


  • Текст добавлен: 6 октября 2022, 12:20


Автор книги: Сергей Довлатов


Жанр: Литература 20 века, Классика


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Natella üçün blüz

Gürcüstanda daha yaxşıdır. Orada hər şey fərqli-dir. Pul da, çaxır da, qəhrəmanlıq da daha çoxdur. Əl-qol da geniş atılır, ovuc da bıçaq dəstəyinə daha yaxın olur…

Gürcü qadınlar ciddi, hər şeydən ehtiyatlanandır-lar, onlarla zarafat etməyin heç yeri yoxdur. Hamı bi-lir ki, sıx kirpiklər barrikadası keçilməzdir.

Gürcüstanda iqlim yoxdur. Ancaq günəşlə kölgə var. Yayda kölgələr qısa, qışda uzundur, vəssalam.

Gürcüstanda daha yaxşıdır. Orada hər şey fərqli-dir…

Əlimdə bu paslanmış lələyi sıxıram. Barmaqlarım əsir, qorxudan buz bağlayır. Çünki alətim çox kobud-dur. Sənin portretini necə çəkə bilərəm axı?! Sənin portretini, Bokuçava Natella!

Ah, Natella! Sən − saqqallı pəhləvanların ziyafət məclisindəki badə! Sən − dalaşdıqdan sonra içilən bu-laq suyundan bir qurtum! Sən − tanımadığım pəncə-rədən səsi gələn qəmli bir nəğmə! Sən − bizi dağlarda isladan leysan! Sən – leysandan canımızı qurtararaq altında gizləndiyimiz ağac! Sən − həmin ağacı pa-ramparça edən ildırım! Sən − gözəl ölkənin gəncliyi!

Natella hər səhər Araqvi çayının ağır sularını qol-ları ilə yarır. Sahildə daşın altına basılmış don, saat və yay ayaqqabıları qalır.

Natella üzüb gedir, suyun altında bəzən bədəni ağarır. Sahildəki “izabel” üzümünün kolları asta-asta xışıldayır. Kolların arxasında isə ehtiraslar baş qaldı-rıb. Orda zootexnik Arçil Piradze artıq bir müddətdir çömbəlib oturub.

Arçil Piradze düz bir saat əvvəl evdən çıxıb.

– Arçil, − anası Keke Piradze ona deyib, − səni gözləyəcəm. Sən evdə olmayanda narahat oluram. Bax, qapının kandarına tüpürürəm, tüpürcək quruya-na kimi evə qayıtmalısan.

– Yaxşı, − Arçil deyir.

Qoca ana tüpürüb evə girir. Bu zaman oğul fəaliy-yətə başlayır. O, paslanmış tüfəngini qapının altından çıxarır. Onu doldurur və çaya tərəf yollanır.

İndi də oturub gözləyir. Araqvinin suları, nəhayət ki, bağlanır. Natella ayaqlarını hamar daşların üzərinə qoyaraq gəlir.

Dünyada bu mənzərədən gözəl nə var axı?! Arçil Piradze buna necə dözsün?! O Arçil ki, hətta gipsdən at heykəlini də görəndə ağlını itirir!

Elə bu an Arçil paslanmış tüfəngini əlinə alır. Onu lap yuxarı qaldırır. Sonra çaxmağı basır.

Tüstü yavaş-yavaş dağılır, səs-küy aşağı yatır. Dağlara yayılan əsk-sədanın səsi susmaq üzrədir.

– Yenə də sizsiniz, Piradze? – Natella sərt səslə de-yir. – Elə də bilirdim. Bu nə qədər davam edəcək?! Si-zə çoxdan demişəm ki, həyat yoldaşınız olmayacağam. Niyə bunu edirsiniz? Niyə hər gün mənə atəş açırsı-nız? Bir dəfə zorlamaya görə on beş sutka yatmısınız. Bu sizə bəs eləmir, Arçil Luarsaboviç?

– Mən başqa adam olmuşam, Natella. İnanmırsan mənə? Hətta instituta qəbul olunmuşam, artıq tələbə-yəm.

– Buna inanmaq çətindir.

– Kitab-dəftərim də var. Dərsliyim də var “Kim-ya” adlı. Baxmaq istəyirsən?

– Kiməsə rüşvət vermisiniz?

– Təsəvvür et ki, yox. Tamamilə pulsuz olaraq qi-yabi tələbəyəm.

– Çox şadam.

– Onda qayıt da, Natella. Sənin hər şeyin olacaq – patefonun da, soyuducun da, inəyin də. Biz səninlə sə-yahət edəcəyik.

– Nə ilə?

– Karusellə.

– İstəmirəm, sizə olan bütün rəğbətimə baxmaya-raq.

– Mən dəyişmişəm! – Piradze dillənir. – Təhsil alı-ram. Hər şeyi alnımın təri ilə əldə edirəm, Natella!

– Mümkün deyil. Leninqradda aspirant Rabinoviç Qriqoriy məni gözləyir. Mən ona söz vermişəm.

– Mən də aspirant olacağam, çoxlu kitab da oxu-yacağam. Birini, demək olar ki, oxumuşam.

– Adı nədir?

– Povest.

– Elə bu?

– Adı – Serafimoviç!

– Şəxsən mənə daha çox Tolstoy maraqlıdır, − Natella deyir.

– Onun da kitablarını oxuyacağam. Qoy narahat olmasın.

– Sakit! – Natella deyir. – Eşidirsiniz?

Kolların arxasından incə sözlər eşidilir:

 
Sən mənə dedin – yox!
Qarlı yolla çıxıb getdin.
Sərt idi cavabın çox.
Əzab içində gecəm,
Ah, əzab içində keçdi…
 

Yolla kinomexanik Qiqo Zandukeli hardansa tap-dığı tüfənglə yavaş-yavaş gedir. Silah düz otuz altı il torpağın altında qalıb. Hər tərəfindən yaşıl otlar salla-nır, lüləsində isə georgin var.

Natella ilə Piradzeni görüb Qiqo dayanır. Tüfəngi-ni qabağa əyir.

– Məni öldürməyə gəlmisiniz, Qiqo Rafaeleviç? – Natella soruşur.

– Baxaq da, − Qiqo dillənir.

– Hamının işi-gücü elə məni öldürməkdi. Gah siz, Arçil, gah da siz, Qiqo! Təkcə aspirant Rabinoviç Qri-qoriy mürəkkəbböcəyi haqqında dissertasiyasını sakit-sakit yazır. O, əsl kişidir. Mən ona söz vermişəm…

Birdən Piradze ortaya girir:

– Qiqo, sənə kim ixtiyar verib ki, Bokuçava Natel-lanı öldürəsən?

– Bəs sənə bu ixtiyarı kim verib? – Zandukeli so-ruşur. Eyni anda iki atəş açılır. Səs-küy, tüstü, əks-sə-da. Sonra isə Natellanın qəmli və narazı səsi gəlir:

– Yalvarıram sizə, dalaşmayın. Qiqo, Arçil, dost olun!

– Doğrudan a, − Piradze deyir, − qan tökmək nəyə lazım? Olmazmı ki, bir şüşə əla çaxır vuraq?!

– Olar, − Zandukeli dillənir. Piradze cibindən “balaca”nı çıxarır. Dişi ilə metal qapağı açır.

– Badələri dolduraq, − deyib Piradze şüşəni başı-na çəkir. Sonra Qiqoya ötürür. O da içir.

– Heyif ki, çərəzimiz yoxdur, − Arçil deyir.

– Məndə bir baş soğan var, − Zandukeli sevincək deyir. – Al. Onu ehtiyat üçün götürmüşdüm, dedim birdən məni həbs edərlər.

– Sənin şərəfinə, Rabinoviç Qriqoriy! – deyib şüşə-ni bitirirlər…

İki həftə elə tez ötüb keçdi ki. Məzuniyyət bitdi. Bizim sənaye şəhəri isə basabas və rütubətlidir.

Sabah mühəndis Bokuçava çertyoj aləti ilə işini gö-rəcək. Günün qaraltdığı qollarını cavan-qoca iş yol-daşları ləzzətlə seyr edəcək.

Natella perron boyu gedirdi. Nəhayət ki, təkərlə-rin səsi və vağzal tüstüsünün qoxusu arxada qaldı. Pəncərələrin altındakı qumsal unudulub. Qaranlıq daxmalar unudulub. Qatarın arxasınca baxan ayaqya-lın uşaqlar da unudulub.

Qız camaatın arasında gözdən itmişdi, amma mən yenə də inadkarcasına onun arxasınca gedirdim. Bo-kuçava Natellanı çoxdan gözdən itirməyimə baxma-yaraq. Mən yoluma davam edirdim, çünki kişi zümrə-sinə aidəm. Bilirəm ki, kobud, kor, pinti, sərhesab, kinli, kök, ədəbsiz biriyəm və axıradək də gedəcəyəm.

Sənin arxanca baxmaq hüququmla fəxr edirəm. Sə-nin təbəssümünü isə uğur hesab edirəm!

Miqrantlar

“Yeni Hollandiya rayonu

Leninqrad şəhərinin ən görkəmli

yerlərindən biridir…”

Bələdçi kitabçası

Günəş üfüqdən həvəssiz-həvəssiz qalxırdı. Səmaya qalxan vaxt fabriklərdən çıxan borulara ilişirdi. Özünü soyuq asfaltın üstünə – maşınların təkərləri altına atırdı. Binaların başındakı televizor antennalarından ibarət cəngəlliklərdə dolaşırdı.

Balaca və çirkli meydanda Çikvaidze ilə Şapovalov eyni vaxtda yuxudan ayıldılar.

Pəh, dünən gecə necə də ləzzətlə içmişdilər! Necə də uca-dan mahnı oxumuşdular! Rəqs etməyə necə də cəhd göstər-mişdilər! Protezi havada necə də fırlatmışdılar! Dostluq mar-şrutları ilə baxışma magistralları necə də sürətlə salınırdı! Ba-şı ləzginka oynamağa qarışmış Çikvaidze necə də gözəl görü-nürdü! (Qəpik-quruş ciblərdən tökülərək materiyanın ruh üzərindəki üstünlüyünü təkzib edirdi). Özü də onlar öz güclü əndamları ilə evlərə, dayaqlara, fənərlərə dayaq verərək gecə vaxtı necə də veyillənirdilər… Bax indi də onlar çınqıl daş qa-lağının üstündə yuxudan oyanıblar…


Şapovalov ilə Çikvaidze çirklənmiş və əzilmiş paltarlarının ciblərini eşələdilər. Oradan bir tikə hisə verilmiş kilkə, bir di-lim soğan, bir ədəd qaralmış alma köşəyi çıxdı. Dostlar səhər yeməyini dinməz-söyləməz yedilər.

Onlar təzəlikcə tanış olmuşdular. Onları birləşdirən şam-pan şərabı dükanının qabağındakı dava idi. Tünlük yerdə da-va tez düşür. Ayaqlarda səndəl, döyənəklər üzdə.

– Səni doğrayaram! – Çikvaidze bağırmışdı (Şapovalov onun ayağını basmışdı).

– Səni yox, sizi, – Şapovalov düzəliş etmişdi.

Sonra onlar səkinin üstündə xeyli güləşmişdilər. Birdən Çikvaidze Şapovalovun boğazını sıxan barmaqlarını bir qədər boşaldaraq demişdi:

– Səni harada gördüyüm yadıma düşdü. Kino evində Tar-kovskinin premyerasında…

O vaxtdan bəri bu iki nəfər ayrılmaz dost olmuşdu.

Evlər balaca bir meydanı əhatə edirdi. Solğun günəş onla-rın çiyni arxasından boylanırdı. Gecə zülmətindən qalma bir-iki tikə qaranlıq zibil konteynerləri arasında gizlənirdi.

Dostlar ayağa qalxdılar və ürkək aprel günəşinin işıqlan-dırdığı küçəyə çıxdılar.

– Biz haradayıq? – Çikvaidze üzünü qabağına çıxan ilk adama tutub-soruşdu.

– Yeni Hollandiyada, – yoldan keçən sakitcə cavab verdi.

Evlər yerindən oynadı. Evlərin günəş şüaları ilə işıqlandı-rılmış fasadları böyrü üstə yıxıldı. Döşəmə yol onların ayağı altından çıxıb üfüqə doğru çapa-çapa getdi.

– İşə bax a! – Şapovalov dilləndi. – Gör bir neynəmişik! Sərxoş olub Hollandiyaya gəlmişik.

– Dərdə bir bax! – Çikvaidze cavab verdi. – Yad ölkədə itib-batacağıq!

– Əsas odur ki, – Şapovalov dedi, – ümidimizi itirməyək. İçmişik, eybi yox. Sərhədi keçimişik. Nə olar ki?! Hər şeyi boynumuza alıb-danışarıq, bəlkə də, günahımızdan keçər-lər…

– Mən evə istəyirəm, – Çikvaidze dedi. – Mən Gürcüstan-sız yaşaya bilmərəm!

– Sən ki heç gözünü açandan Gürcüstanda olmamısan!

– Nə olsun ki?! Amma ömrüm boyu şi bişirində ona bor-jomi qatmışam.

Dostlar bir az susdular. Yoldan tramvaylar səs-küylə ötüb keçirdi. Gecə ərzində qocalmış qəzetlər sakitcə pıçıldaşırdılar.

– Ona bir bax! – Çikvaidze qışqırdı. – Necə də vəhşidir-lər! Qaradərilini linç etməyə apardılar!

Doğrudan da. Adam-insanla dolu küçədə boyu hamının-kından uca olan bir qaradərili gedirdi. Onun hər iki qolun-dan iki gözəl, sarışın qız tutmuşdu…

– Gəl öz ölkəmizə gizlincə qayıdaq, – Çikvaidze təklif et-di.

– Kasıblar bizə kömək edərlər, – Şapovalov onunla razı-laşdı.

Onlar körpünü keçdilər. Sonra aptekin və adamla qayna-şan bazarın yanından ötüb-keçdilər.

– Nifrət edirəm türk sahilinə, – Çikvaidze ürəkdən oxu-du.[1]1
  Burada rus estrada müğənnisi İosif Kabzonun 1960-cı illərdə oxuduğu “Köçəri quşlar uçur” mahnısındakı “Lazım deyil mənə türk sahili” cümləsi bir qədər dəyişdirilərək işlənib (Burada və sonra bütün qeydlər tərcüməçiyə aiddir).


[Закрыть]

– Afrika da lazım deyil mənə, – Şapovalov sözün davamı-nı gətirdi.[2]2
  Burada eyni mahnının sözləri işlənib.


[Закрыть]

Dostlar sahilyanı ilə gedirdilər. Sonra adam-insanın çox olduğu küçəyə döndülər. Dükanların vitrinləri par-par yanır-dı. Dondurma əriyirdi. Qadınlar da, işıqforlar da gülümsəyir-dilər.

– Gör necə firavanlıqdır! – Şapovalov gözlənilmədən dil-ləndi.

– Pis yaşamırlar ha! – Çikvaidze onunla razılaşdı.

– Hələ gör necə geyinib-keçiniblər!

– Bura Qərbdir axı!

– Hər yan asfaltlanıb! Gör nə qədər maşın var! Hələ gü-nəşə bir bax!

– Bəs necə?! Burada belə şeylərə nəzarət edirlər axı!

Birdən ortalığa sükut çökdü. Onu Şapovalov pozdu.

– Datiko, səninlə bir söhbətim var.

– Elə mənim də səninlə.

– Məndən zəhlən getməz ki?

– Yox. Bəs sənin məndən?

– Gör nə deyirəm, bəlkə, biz… Adı nə idi onun?.. Sığına-caq istəyək? Özü də burada bazar iqtisadiyyatıdır…

– Gecə restoranları var!

– Cəngəllik qanunları da!

– Ruhsuzluq hökm sürür!

– Kovboy kinoları!

– Mənəvi və əxlaqi çürümə baş alıb-gedib! – Çikvaidze üz-gözünü turşutdu…


Bir dəqiqə sonra iki dost qollarını bir-birinin boynuna ke-çirərək meydana tərəf gedirdi. Orada qabdan bir ovuc vermi-şel götürən polis işçisi səhər yeməyini yeyirdi. Əynindəki ge-yimin rəngindən qar quşuna oxşayırdı.[3]3
  Burada sovet milisinin formasının qar quşunun rənginə oxşaması nəzərdə tutulub.


[Закрыть]

Əcnəbi

Qoca Kalyu Paxapil işğalçılara nifrət edirdi. Amma səs-səsə verib oxumağı, öd kimi acı braqa içməyi, bir də balaca toppuş uşaqları çox sevirdi.

– Bu torpaqlarda ancaq estonlar yaşamalıdır, – Paxapil deyərdi, – başqa heç kəs. Yadların nə işi var burda?..

Kişilər başlarını razılıq əlaməti olaraq tərpədərək onu din-ləyirdilər.

Sonra almanlar gəldi. Onlar qarmon çalır, mahnı oxuyur və uşaqları şokolada qonaq edirdilər. Bütün bunlar qoca Kal-yunun xoşuna gəlmədi. O, uzun müddət susdu, sonra isə yı-ğışıb meşəyə getdi.

Bu, sıx meşə idi, uzaqdan baxanda adama elə gəlirdi ki, keçilməzdir. Orada Paxapil ov edir, balıq tutur, şam ağacı budaqları üstündə yatırdı.

Qısası, ruslar işğalçıları ölkədən çıxaranadək burada yaşa-dı. Almanlar getdikdən sonra isə Paxapil də qayıtdı. O, Rak-vereyə gəldikdə sovet ordusunun kapitanı onu medalla təltif etdi. Medalın üstündə dörd anlaşılmayan söz, bir fiqur və bir nida işarəsi vardı.

“Medal estonun nəyinə gərəkdir ki?” fikri Paxapili uzun müddət düşündürdü.

Amma buna baxmayaraq, onu ehtiyatla yun pencəyinin yaxalığına bərkitdi. Bu pencəyi Kalyu ömründə cəmi bir dəfə – Lansmanın mağazasında geyinmişdi.

O, beləcə yaşayır və şüşəsalan işləyirdi. Lakin ruslar səfər-bərlik elan edəndə Paxapil yenidən yoxa çıxdı.

– Burada estonlar yaşamalıdır, – o gedərkən dedi, – van-kalara, frislərə və digərlərinə burada yer yoxdur!..

Paxapil bu dəfə də yalnız uzaqdan keçilməz görünən me-şəyə çıxıb getdi. O, yenə də ov edir, düşünür, susurdu. Hər şey də yaxşı gedirdi.

Ancaq ruslar meşəni dövrəyə aldılar. Meşənin çığırtısı alə-mi bürüdü. Qaçmağa yer qalmadı və Paxapili həbs etdilər. Onu fərari kimi mühakimə edir, döyür və üzünə tüpürürdü-lər. Ən çox özünə əl qatan isə ona vaxtilə medal vermiş kapi-tan idi.

Sonra isə Paxapili cənuba – kazakların yaşadığı yerlərə sürgün etdilər. Tezliklə o, orada öldü. Yəqin ki, acından və yad torpaqdan…

Onun oğlu Qüstav Tallinin Luyze küçəsində yerləşən də-nizçilik məktəbini bitirdi və radist diplomunu aldı.

Axşamlar o, “Mundi-bar”da oturub yelbeyin qızlara deyir-di:

– Əsl eston məhz Kanadada yaşamalıdır! Ancaq Kanada-da, başqa heç yerdə…

Yayda onu mühafizə xidmətinə çağırdılar. Təlim məntə-qəsi İosser stansiyasında yerləşirdi. Hər şey əmrlər vasitəsilə idarə olunurdu. Yuxu da, nahar da, söhbət də. Vodkadan, at-lardan, şaxtaçıların güzəranından danışırdılar.

Qüstavın bütün bunlardan zəhləsi gedirdi və o, yalnız öz dilində danışırdı. Ancaq estonca. Hətta keşikçi itlərlə də.

Bundan başqa, o ancaq təkbaşına içir, ona mane olduqda isə dalaşmağa başlayırdı. Üstəlik (siyasi təbliğ üzrə müavin Xuriyevin dediyi kimi), “qadınlara dair insidentlər” törədirdi.

– Siz necə də eqosentriksiniz, Paxapil! – Xuriyev onu eh-tiyatla danlayırdı.

Qüstav utanır, kağız parçası istəyir və əyri-üyrü xətlə ya-zırdı:

“Dünən, göstərilən ildə, mən spirtli içkidən çox içmək. Bundan sonra isə əsgər ləyaqətini palçığa atdım. İndən belə

and içirəm. Sıravi Paxapil”.

Hər dəfə bir az düşündükdən sonra o, əlavə edirdi:

“Rədd etməməyinizi rica edirəm”.

Sonra isə Reyet xalanın göndərdiyi pul gəlib çıxırdı. Paxa-pil mağazadan bir litr likör alır və qəbiristanlığa yollanırdı. Orada yaşılımtıl alatoranda xaçlar ağarırdı. Bir az aralıda – nohurun düz qırağında bir baxımsız qəbir və yanında taxta-dan düzəldilmiş sütunşəkilli abidə vardı. Paxapil təpəciyin üstünə ağır-ağır oturub içir və çəkirdi.

– Estonlar Kanadada yaşamalıdırlar, – o, həşəratların ahəngli vızıltısı altında sakitcə donquldanırdı.

Həşəratlar onu, nədənsə, dişləmirdilər…


Səhər tezdən hərbi hissəyə görkəmsiz bir zabit gəldi. Ey-nəyinə baxılarsa, ideoloji işçi. İclas elan olundu.

– Otağa toplaşın, – gündüz növbətçisi paralel tirlərin ya-nında siqaret çəkən əsgərlərə qışqırdı.

– Siyasət vecimizə də deyil! – əsgərlər deyindilər.

Amma buna baxmayaraq, içəri keçib əyləşdilər.

– Mən müharibənin guruldayan konsertinin ən incə simi idim, – polkovnik Mar sözə başladı.

– Şeirlər, – latış Balodis təəssüf içində dilləndi.


Pəncərənin arxasında ərzaq və silah ambardarı ilə mirzə donuz tuturdular. İki dost donuzun ayaqlarını sarıyıb onu yük maşınının arxa tərəfinə qoymağa çalışırdılar. Donuz dur-madan çığırırdı, səsi adamın başına düşürdü. O, qarnı üstə yıxılır, ayaqları yük maşınına aparan, peyinə bulaşmış taxta parçasının üzəri ilə sürüşürdü. Balaca gözləri piy qatlarının arasında gözdən itirdi.

Həyətdən starşina Yevçenko keçirdi. O, donuza bir təpik vurdu. Sonra isə otların arasında atılıb qalmış belin sapını

əyilərək götürdü…


… – Sovet ordusu hissələrində gözəl bir ənənə yaranmaq-dadır, – polkovnik Mar deyirdi.

Ardınca:

– Əsgər və zabitlər həlak olmuş döyüşçülərin qəbirlərinə sahib çıxırlar. Döyüş tariximizi addım-addım bərpa edirlər. Qəhrəmanların qohumları və yaxınları ilə əlaqə yaradırlar. Bu ənənəni hərtərəfli yaymaq və möhkəmlətmək hər kəsin borcudur. Qoy araqarışdıranlar atalar və oğullar arasındakı davalardan danışsınlar, qoy onlar arasındakı uydurma anto-qonizm haqqında olan əfsanəni istədikləri qədər şişirtsinlər… Bizim gənclik ataların torpağa tapşırıldığı yerləri müqəddəs hesab edir. Bu yolla biz nəsillər arasındakı qırılmaz əlaqəni sübut etmiş oluruq…


Donuzu üzəri nahamar taxtanın üstü ilə sürüyürdülər. Maşının kənarları cırıldayırdı. Onlar açıq-yaşıl rəngdə boyan-mışdılar. Kabinadan boylanan sürücü baş verənləri seyr edir-di.

Yaxınlıqdakı turnikdə xəstəliyə görə komissiyadan keçən moldovalı Dastyan dövrə vururdu. O, hərbi hissə komandiri-nin əmrini gözlədiyi vaxt ətrafda kəmərsiz hərlənir və sakitcə zümzümə edirdi…


– Sizin rotanız qəbiristanlığın yaxınlığında yerləşir, – pol-kovnik uzun-uzadı danışırdı, – bu isə böyük simvolik məna kəsb edir. Araşdırmalarımız göstərir ki, buradakı qəbirlərin arasında Böyük Vətən müharibəsi qəhrəmanlarına məxsus olan qəbirlər də vardır. Həmçinin ordenli döyüşçülərin də. Beləliklə, həlak ölmüş qəhrəmanlara sahib çıxmaq üçün la-zım olan şəraitiniz vardır…


Donuzu, axır ki, yük maşınına sala bildilər. O, hərəkətsiz halda uzanmışdı, təkcə çəhrayı qulaqları tərpənirdi. Bir az-dan onu hər tərəfi piyli duman basmış qəssabxanaya apara-caqlar. Döyüşçü onun vətərindən bacarıqla tutub tavandan asacaq. Sonra uzun ağ bıcağı ürəyinə sancacaq. Bir az başın-dan çərtərək onun çirkli yunla örtülmüş dərisini cəld soya-caq. Ondan sonra hərbçilərin halı qan qoxusundan pisləşə-cək…


– Paxapil hansınızdır?

Qüstav diksindi. O, yerindən qalxdı və bir dəqiqə əvvəl baş verənləri xatırladı. O lap yefreytor Petrov kimi əlini irəli uzadıb özünü gülməkdən zorla saxlayaraq dedi:

– Bizim bölükdə belə bir əsgər artıq var. O həlak olmuş bir qəhrəmanın qəbrinə sahib çıxaraq ona qulluq edir. Bu, instruktor Paxapildir!

– Paxapil hansınızdır? – polkovnik Mar şübhə dolu səslə soruşdu. – Yoxsa Paxapil elə sizsiniz?

– Elədir, – Paxapil qızararaq dilləndi.

– Rota komandiri adından sizə minnətdarlıq elan edirəm. Sizin bu hərəkətiniz hər yana səs salacaq. Ştabda hərbi hazır-lıq əlaçılarının təntənəli görüşü olacaqdır. Siz də mənimlə ge-dəcəksiniz. Əldə etdiyiniz uğurlar barəsində söz açarsınız. Yolda nitqinizi hazırlayarıq.

– Sözün düzü, mən estonam, – Paxapil sözə başladı.

– Elə isə daha yaxşı, – polkovnik onun sözünü kəsdi, – qardaş internasionalizmi baxımından…

Ştabda yaman çox adam vardı. Hərbçilər qrafiklər, bədii şəkildə tərtib olunmuş stendlər, təşviqat materiallarının ya-nında toplaşmışdılar. Çəkmələr və yaş saçlar parlayırdılar. Hər yerdən tənbəki ilə qətran iyi gəlirdi.

Onlar pilləkənlə yuxarı qalxdılar. Mar əlini Paxapilin çiy-ninə qoymuşdu. Foyedə hamı onların başına yığışdı.

– Tanış olun, – polkovnik qeyri-rəsmi şəkildə dedi, – bunlar bizim mayaklardır: çavuş Txapsayev, çavuş Qafiatu-lin, çavuş Çiçiaşvili, kiçik çavuş Şahməmmədov, yefreytor La-uri, sıravi Kemoklidze və Osepyan…

“Lənət şeytana, – Qüstav öz-özünə düşündü, – ancaq cu-hudlardır ki…”

Ancaq elə bu an zəng çalındı. Hamı urnalara tərəf tələsdi. Siqaretlərin kötüyünü atdıqdan sonra onlar geniş iclas otağı-na keçdilər…


Budur – Paxapil tribuna arxasında dayanıb. Aşağıda üz-lər, sol tərəfdə rəyasət heyəti, dolça, qumaş pərdə və yan tə-rəfdə zalda əyləşənlərin görə bilmədiyi kontrabas görünür.

Paxapil adamlara baxıb metal toqqasına toxundu. Sonra irəli bir addım atdı.

– Sözün düzü, mən estonam, – deyə o, sözə başladı.

Zalda sükut hökm sürürdü. Pəncərələrin altından tram-vay cingildəyərək keçirdi…


Axşam Qüstav Paxapil ştab avtomobilinin arxa oturaca-ğında silkələnirdi. Öz çıxışını yadına salırdı. Dolçadan necə su süzdüyünü. Stəkanın necə əsdiyini və rəyasət heyəti gene-ralının gülümsədiyini. Onun sinəsinə nişanı necə taxdıqlarını (Üç anlaşılmayan söz, fiqur və qlobus). Sonra isə Mar çıxış edərək sıravi Paxapilin hərəkətinin kəsb etdiyi dəyərdən söz açmışdı… Nəbzini tutmaq, inkişaf etmək və çalışmaq kəlmə-lərində istifadə edərək… Bir də ki, vətənpərvərlik tərbiyəsinə dair nələrsə demişdi… Həlak olmuş qəhrəmanların qəbirləri-nə sahib çıxmağın vacibliyinə aid… Baxmayaraq ki, Paxapil xalqlararası dostluq-qardaşlıq nəticəsində estondur…


Onun gözləri qarşısında sürücünün kürəyi ucalırdı. Ya-nından budaqları yarpaqsız ağaclar, yandırılmış təpələr, tay-qanın tək-tük yaşıllığı uçub keçirdi.

Maşın yolayrıcından keçərkən bərk silkələnəndə Qüstav sürücüyə dedi:

– Mən burada düşəcəm.

Sürücü heç geri boylanmadan ona əl elədi və maşını dön-dərdi.

Qüstav Paxapil torpaqdan seçilməyən relslərin kənarıyla addımladı. Qum təpəciyini aşdı. Şüvüllə örtülmüş yol onu düz ümumxanaya gətirib çıxardı.

Burada onun cibləri hiss olunacaq dərəcədə ağırlaşdı.

O, baxımsız qalmış idman meydançasından keçib getdi və qəbiristanlığın qırağındakı xəndəyin kənarına çatdı.

Hər yer nəm və sakit idi. Yarpaqlar küləkdə qırıldaşırdı-lar.

Qüstav mundirinin yaxasını açdı. Təpəciyin üstünə otur-du. Qaxac edilmiş donuz ətini dizinin üstünə, şüşəni otluğa qoydu.

Sonra da qırmızı taxta başdaşına dirsəklənib siqaretini tüs-tülətdi.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации