Электронная библиотека » Сергей Довлатов » » онлайн чтение - страница 1

Текст книги "Güclü olmaq istəyirəm"


  • Текст добавлен: 6 октября 2022, 12:20


Автор книги: Сергей Довлатов


Жанр: Литература 20 века, Классика


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Sergey Dovlatov
Güclü olmaq istəyirəm

Hər dəfə sən kitab oxuyanda əlindəki kitaba görə ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar


Tərcüməçi: Svetlana Turan


Mənim yazıçım

Sergey Dovlatov 1941-ci il sentyabrın 3-də Rusi-yanın Ufa şəhərində anadan olub. Atası yəhudi, anası erməni əsilli olub. Dovlatov anasının soyadı ilə tanı-nır. Atası teatr rejissoru, anası isə bədii korrektor idi.

Dovlatov özü elə də böyük bədii istedadının olma-sına baxmayaraq, Leninqrad Dövlət Universitetinin fin dili filologiyası fakültəsinə 1959-cu ildə qəbul olur, lakin iki ildən sonra pis oxuduğuna görə universitet-dən qovulur.

Üç il orduda qulluq edir və Dovlatovun yaxın dos-tu nobelçi şair İosif Brodskinin dediyinə görə: “Tols-toy Krımdan dönəntək Dovlatov da ordudan qoltu-ğunda bir yığın hekayə, gözlərində isə çaşqın ifadə ilə qayıdır”.

Dovlatov bu dəfə qovulduğu universitetin jurnalis-tika fakültəsinə qəbul olunur, həmin vaxt hekayələr yazmağa başlayır.

1972-ci ildən 1975-ci ilədək Estoniyada yaşayır və orada qəzetlərdə çalışmağa başlayır. “Sovet Estoniya-sı” qəzetində işlədiyi müddətdə rastlaşdığı və qeydə aldığı maraqlı məqamlar sonradan “Kompromis” kita-bına daxil olur.

İlk kitabı olan “Beş künc” əsəri KQB-nin əmri ilə elə nəşriyyatdaca məhv edilir.

1975-ci ildə Leninqrada dönür və orada qəzetdə iş-ləyib, eyni vaxtda da yaradıcılığını davam etdirir. Am-ma heç bir qəzet-jurnal, ya da nəşriyyat onun yazıları-nı qəbul etmir. Dovlatov hekayələrini emiqrant jur-nallarına yollamağa başlayır, həmin vaxt onu SSRİ Jurnalistlər Birliyindən xaric edirlər.

Sergey Dovlatov həmin vaxtdan həyatının sonuna-dək Nyu-Yorkda yaşayır – 1990-cı il 24 avqustadək.

“Amerika, Amerika”

Əvvəlcə arvadı Yelena və qızı Yekaterina, 1978-ci ildə isə Dovlatov özü SSRİ-ni tərk edərək Amerikaya miqrasiya edir. Bu çox asan baş verir. Həmin vaxt dis-sidentlərin çoxu heç bir çətinlik çəkmədən SSRİ-ni tərk edə bilirdi.

“Dağılmaz” ittifaqa bu sərf edirdi. Çünki narazılar ölkədən çıxır, bu yolla da dinc və həyat tərzindən razı olan əhalinin fikrinə təsir edə bilmirdilər.

Amerika isə bir söz və məfhum olaraq xoş səslənsə də, çoxları oraya can atsa da, oraya gedib çıxa bilən hər dissidenti xoşbəxt edə bilməmişdi. Gedənlərin ək-səriyyəti yeni ölkədə ya öz yerini tapmır, ya da heç də zənn etdiyi qədər dahi olmadıqlarını anlayırdı.

Amma Dovlatovun bəxti gətirdi. Onun hekayələri “Nyu-Yorker” jurnalında çap olunmağa başladı, illər boyu yazıb-yaratdığı, amma kitab şəklinə düşə bilmə-miş əsərləri, nəhayət ki, çap olundu. Əsərləri ingiliscə-yə tərcümə olundu. “Yeni amerikalı” qəzetinin baş re-daktoru oldu və bu qəzet emiqrantlar arasında çox məşhurlaşdı.

Dovlatov və onun nəsri

Elə yazıçılar var ki, onları oxuyursan, izaholunmaz zövq alırsan yazdıqlarından, düşüncələrindən, amma təəssüratlarını bölüşməyə söz tapmırsan. Çünki hər bir sözdən ehtiyat edirsən. Qorxursan ki, söz azlıq edə. Hislərinin miqyasını əks etdirə bilməyə.

Dovlatov haqqında yazan insanın yazısını oxumaq azdır, onun haqqında danışan adamın gözlərinin içinə də baxmaq lazımdır ki, o sözlə deyilə bilməyəni gözlər desin.

Dovlatovun realizmi sarsıdıcıdır, itidir, aman ver-məyəndir.

Dovlatovun kinayəli gülüşü nəinki təsvir etdiyi ob-razlara, hətta bütün əsərlərində yaratdığı Dovlatov-obraza da qarşı yönəlib.

Dilinin sadəliyi, eyni zamanda, mükəmməl ruscası Dovlatovu oxunaqlı edən səbəblərdən biridir. Ameri-kada qəzetdə onunla birlikdə çalışan Aleksandr Qenis qeyd edir ki, Dovlatovun rus dilini mükəmməl bilmə-si hamını mat qoyurdu. Amma Dovlatovu oxunaqlı edən tək bu deyil. Dovlatov adi həyatdan, sıravi in-sanlardan, hər addımda rastımıza çıxa biləcək hadisə-lərdən, lakin öz fərqli təhkiyəsi ilə danışırdı. O, nə fəl-səfi fikirlər, nə psixoloji yanaşmalar, nə də ibarəli cümlələrdən istifadə edirdi. Dovlatov, sadəcə, yazırdı və bunu kiməsə bənzəməyə çalışmadan, nəyisə sübüt etməyə can atmadan edirdi.

Mən pessimizmə və depressiyaya qapılmış dostları-ma hər zaman məsləhət görürəm ki, Dovlatovu oxu-sunlar. Dovlatov həyata ironiya ilə baxmağı öyrədir. Ən çətin anlarda, ən dəhşətli mənzərələr önündə insa-nın üzündə ironik bir təbəssümün yaranmasına sövq edən yazıçılardandır o…

Onun istənilən əsərində addımbaşı Dovlatov obra-zına rast gəlirsən. O bu obrazı daha çox uğursuzluğa düçar olmuş, içkiyə aludə, ailə və iş həyatında özünə yer tapa bilməyən bir prototip olaraq təsvir edir. “Zo-na”, “Filial”, “Qoruq”, “Kompromis”, “Əcnəbi qa-dın”, “Çamadan”, “Tamaşa”, “Həyat qısadır” və digər istənilən əsərində mütləq həmin Dovlatov-obraza rast gələ bilərik. Oxucu çox vaxt bu fəndə aldanır, elə sa-nır ki, əsl Dovlatovun həyatını oxuyur, əsl Sergeyin iç dünyasını, yaşantılarını görür və duya bilir. Ancaq bu belə deyil.

Dovlatov həyatda olduğundan fərqli olaraq, əsərlə-rində özünü bir sıra mənfi xüsusiyyətlərlə yükləyib. Hər yazıçı bunu etmək iqtidarında deyil. Dovlatov isə öz-özünü, ailəsini, dostlarını asanlıqla yıxıb-sürüyür. Bu da onun özünə qarşı yönəlmiş ironik baxışından irəli gəlir.

Dovlatov və mən

Təxminən dörd il bundan əvvəl qardaşımın mənə yolladığı bir qucaq dolusu kitab içindən diqqətimi ilk çəkən o vaxtadək oxumadığım Sergey Dovlatov oldu. Diqqətimi necə çəkdisə, “Kompromis” kitabı ilə baş-layıb qısa müddətdə Dovlatovun bütün kitablarını, hətta Amerikada baş redaktoru olduğu “Yeni ameri-kalı” qəzetində özünün yazdığı köşə yazıları və məqa-lələrini də oxudum.

Dovlatov təsirindən hələ uzun müddət çıxa bilmə-yəcəyim müəlliflərdəndir.

Dovlatov mənim kumirimdir və kumirimin bu gün 70 illik yubileyidir. Əlimdən gələn isə yalnız se-vimli yazıçıma bu məqaləni ithaf etməkdir.

Hə. Bir də ki, ad günündə mütləq arzu etmək la-zımdır. Mən də edim…

Qoy Sergey Dovlatovun haradasa gizlədilmiş, heç yerdə çap olunmamış, gün üzü görməmiş əlyazmaları tapılsın… əgər varsa.

Çünki onu oxumaqdan heç vaxt doymayacağam.

Svetlana Turan,
3 sentyabr 2011

Güclü olmaq istəyirəm

Nə vaxtsa mən məktəbli, iki alan və aviamodelçi olmuşam. İmlaları Reqina Muxoloviçdən köçürdür-düm. Xırda pul kolleksiyası toplayırdım. Utanırdım. İçmirdim…

Əla vaxtlar idi. (Şəxsiyyətə pərəstiş dövrünü nəzərə almasaq.)

Yadımdadır, mənə də attestat verdilər. Məktəb di-rektoru fürsət tapıb əlimi sıxdı. Sonra isə mən Lenin-qrad Dövlət Universitetinin riyazi mexanika fakültəsi-ni bitirdim və gic-gic kompleksləri olan, tez özündən çıxan birinə çevrildim. Cəmi doxsan altı rubl maaş alan cavan mühəndis başqa nə cür ola bilərdi ki?

Mən adi və tənha həyat tərzi sürürdüm və həmin illər ərzində cəmi iki məktub yazmışdım.

Amma buna baxmayaraq, mən bilirdim ki, hara-dasa başqa bir həyat mövcuddur – gözəl, parlaq və işıqlı. Orada romanlar və antiromanlar yazırlar, dala-şırlar, osminoq yeyirlər, yalnız kinoteatrda kədərlənir-lər. Orada şlyapanı arxaya çəkib ikiqat viskini birnəfə-sə aşırırlar. Orada projektor işığından təngə gəlmiş, ətirli çiçəklərin iyindən bihuş olmuş kino ulduzları saç sancaqlarını yorğun halda xalçanın üstünə atırlar…

Mən Memar Rossi küçəsində yaşayırdım. Küçənin uzunluğu 340 metr, binalarının eni ilə hündürlüyü isə 34 metrdir. Amma bunun elə bir önəmi yoxdur.

Yaxınlıqda yerləşən teatr və xareoqrafiya məktəbi bu küçənin üslubunu yaradır. Necə ki Çkalov küçəsi-nin üslubunu iki qastronom və bir polis idarəsi forma-laşdırır…

Aktrisa və balerinalar küçə boyunca gəzişirlər. Ak-trisa və balerinalar! Onların yanında sevgililər, avara-lar, alçaqlar, dünyanın sahibləri gəzirlər.

Şəxsi avtomobilin qapısı açılır, ajur corablı iki ayaq peyda olur. Sonra isə sintetik xəz, ridikül, qolbaqlar və üzüklər. Və nəhayət, bütöv qadın, inadlı – uzun müd-dətli müqavimətə qətiyyətlə hazır.

O, teatrın girişində yoxa çıxır. Asfalt üzərində fransız ətrinin yüngül buludu yavaş-yavaş əriyir. Sev-gililər isə sütunların ətrafında gəzişərək gözləyirlər. Köynəklərinin manjetləri alatoranda ağarır.

Özümü daha əmin hiss edim deyə, mən boksla məşğul olmağa başladım. Məhləmizin birinciliyində rəqibim məşhur Sitrinyak oldu. O, mənə sarı yırğala-na-yırğalana bir addım atdı. Mən bir yumruq atdım, amma necə oldusa, elə həmin an bütün vücudumla nahamar və möhkəm brezentin üstünə yıxıldım. Qəl-bim düz tavanadək qalxdı və lampalar arasında göz-dən itdi. Mən güclə səs çıxarıb sürünməyə başladım. Azarkeşlər fit çalır, mənsə dayanmadan sürünürdüm – düz məşqçi Şarafutdinovun xarici səndəlləri ilə toqqu-şanadək.

– Salam, – məşqçi mənə dedi. – İş-güc?

– Yavaş-yavaş, – dilləndim. – Çıxış haradadır?

Bədən tərbiyəsi ilə işim bitdi və mən hekayə yaz-dım. Hekayədə mənim gecə gəzintilərimdən nələrsə vardı. Yağışın səsi. Sükan arxasında yuxuya getmiş sürücülər. Bir-birinə çox bənzəyən səssiz-səmirsiz kü-çələr…

Saqqallı ədəbi işçi mənim əlyazmamı xeyli vaxt eşələnərək axtardı. Şkafda qurdalana-qurdalana soru-şurdu:

– Bu sizin deyil ki – “Səhərə yaxın buz tutdu…”?

– Xeyr, – mən deyirdim.

– Bəs bu – “Səhər hava açıldı…”?

– Xeyr.

– Bu, necə – “Səhərə yaxın Yermil Fedotoviç canı-nı tapşırdı…”?

– Qətiyyən.

– Bəs bu? Adı belədir – “Təkayaqlıların marşı”.

– “Tənhaların marşı”, – deyə düzəliş verdim.

O, əlyazmanı vərəqləyə-vərəqləyə təkraralayırdı:

– İndi görərik, necə balıqçısınız… Görərik…

Sonra isə:

– Siz burada yazmısınız: “… və yalnız quşlar qranit heykəlin başı üstündə uçuşurdular.” Bilmək istərdim ki, bu quşlar nəyin təcəssümüdür?

– Heç nəyin, – mən dedim. – Sadəcə, uçurlar. Elə belə. Bu, normal haldır.

– Niyə uçurlar ki? – redaktor candərdi soruşdu. – Hansı səbəbdən? Hansı bədii mənanı gücləndirmək-dən ötrü?

– Uçurlar, vəssalam, – mən pıçıldadım, – adi hal-dır…

– Tutaq ki, elədir. O zaman deyin görüm bu quş-lar hansı mənəvi dəyəri simvolizə edirlər? Xronosu, yoxsa Demosu?

Dəhşətdən ayaq barmaqlarımı tərpətməyə başla-dım.

– Bir sual da verim. Siz torağaysınız, ya bayquş?

Mən çığırdım, redaktorun saqqalını ütdüm və qa-pıya sarı yönəldim.

Arxamca səs gəldi:

– Bir dəqiqə. İstəyirsiniz, sizə cəfəngiyatdan bir məsləhət verim?

– Cəfəngiyatdan?!

– Əşşi, daha doğrusu, fənərdən.

– Fənərdən?!

– Necə deyərlərsə, saç altından.

– Saç altından?!

– Bir sözlə, klassikləri təkrar-təkrar oxuyun. Puş-kini, Lermontovu, Qoqol, Dostoyevskini, Tolstoyu. Əsas Tolstoyu. Dərindən düşünsək, bu qrafa qədər ədəbiyyatımızda heç əsl kişi olmayıb…

Ədəbiyyatla işim bitdi.

Günlərim cansıxıcı keçirdi. Yuxu, qatıq, iş, tənha-lıq. İş yoldaşlarım mənim bu vəziyyətimi görüb əl-ayağa düşdülər. Məni xeyli inkişaf etmiş bir qız – Fri-da Şteynlə tanış etdilər.

Biz restoranda iki saat vaxt keçirdik. Musiqi səslə-nirdi. Frida menyunu oxuyurdu, Tövrat kimi – sağ-dan sola. Biz blinçiklərlə kofe sifariş etdik.

Frida dedi:

– Biz hamımız müəyyən çevrənin adamlarıyıq.

Mən başımla təsdiqlədim.

– Ümidvaram ki, siz də hansısa çevrəyə mənsub adamsınız.

– Bəli, – cavab verdim.

– Məhz hansına?

– Dördüncüyə, – dedim. – Əgər cəhənnəmin çev-rələrin nəzərdə tutursunuzsa.

– Əhsən! – qız dedi. Mən o dəqiqə şampan sifariş etdim.

– Nədən danışaq? – Frida soruşdu. – Coysdan? Hitlerdən? Pşebışevski haqqında? Qara teryerlərdən? Struktur dilçilikdən? Neofreydizmdən? Dizzi Gillespi-dən? Ya bəlkə, Yaspers, ya da Kafka haqqında?

– Kafka haqqında, – mən dedim.

Və ona başıma gəlmiş bir əhvalatı danışdım.

“Deməli, işə gəlirəm. İş yoldaşım Barabanov məni saxlayır.

– Dünən, – deyir, – Kafkanı təkrar vərəqləyirdim. Bəs siz Kafkanı oxumusunuz?

– Təəssüf ki, yox, – mən deyirəm.

– Siz Kafkanı oxumamısınız?

– Boynuma alıram ki, yox.

Barabanov mənə bütün günü çəpəki baxdı. Nahar fasiləsində isə laborant Nina yanıb gəlib soruşur:

– Deyirlər ki, siz Kafkanı oxumamısınız. Bu həqi-qətdir? Ancaq düzünü deyin. Öz aramızda qalacaq.

– Oxumamışam, – deyirəm.

Nina diksindi və Barabanovla birlikdə nahara get-di…

İşdən qayıdanda mən yolda geoloq Tişenko ilə rastlaşdım. Onun yanında, həmişəki kimi, yaraşıqsız bir qız vardı.

– Xantı-Mansiyskdə Kafka satılır! – o, uzaqdan qışqırdı.

– Əla, – heç geri çevrilmədən dedim və yoluma davam etdim.

– Hara gedirsən? – geoloq incik səslə soruşdu.

– Xantı-Mansiyskə, – dedim. Bir dəqiqə sonra isə artıq evdə idim. Dəhlizdə qonşum – bağçaya gedən Roma üstümə düşdü. Ayağımın birini qucaqlayıb de-di:

– Biz isə nənəmlə birlikdə Kafkanı oxumuşuq!

Mən qıyya çəkib qaçmaq istədim. Amma Roma ayağımdan möhkəm yapışmışdı.

– Xoşuna gəldi bəs? – mən soruşdum.

– Belə də, – Roma dilləndi.

– Dostum, bəlkə, nəyisə səhv salırsan?

Onda bağça uşağı evdən iri sınıq-salxaq bir kitab gətirib içindəki kaska şəklini göstərdi:

– Kafka!

– Sən ağıllı oğlansan, – mən dedim. – Amma bir az pəltəksən. Bəlkə, sənə tüfəng hədiyyə edim?

Elə də etdim.”

– Əhsən! – Frida Şteyn dedi. Mən yenə şampan si-fariş etdim.

– Mən bilirəm ki, – Frida dedi, – siz novellalar ya-zırsınız. Onları oxuya bilərəmmi? Yanınızda var indi?

– İndi yanımda yalnız hələ mövcud olmayanlardır, – mən dedim.

– Əhsən! – dedi Frida.

Yenə şampan sifariş etdim…

Gecə biz təmiz bir blokda dayanmışdıq. Bir istə-dim Fridanı öpüm. Daha doğrusu, ona sarı hiss oluna-caq dərəcədə büdrədim.

– Əhsən, – Frida dedi. – Siz lap donuz kimi sər-xoşsunuz!

O vaxtdan Frida mənə daha zəng etmədi.

Pəncərənin arxasındakı sərçələrə bənzəyən günlər – boz və bir-birindən seçilməyən – ard-arda ötüb ge-dirdilər. Yuxu, qatıq, iş, Zolyanın əsərləri. Xəstələn-dim, sonra da sağaldım. Bir televizor aldım kreditə.

Bir dəfə “Metropol” mehmanxanasının yanında keçmiş sinif yoldaşım Sekinə rast gəldim.

– Harda işləyirsən? – ondan soruşuram.

– Bir elmi-araşdırma institutunda.

– Yaxşı pul verirlər?

– Yaxşı, – Sekin cavab verir. – Amma az.

– Əhsən, – mən deyirəm.

Sonra restorana qalxdıq. O, vodka sifariş etdi.

İçdik.

– Niyə kədərlisən? – Sekin qoluma toxundu.

– Mənim, – cavab verdim, – natamamlıq kom-pleksim var.

– Natamamlıq kompleksi elə hamıda var, – Sekin məni inandırmağa çalışdı.

– Səndə də?

– Elə məndə də. Məndə sənin natamamlıq kom-pleksin var.

– Əhsən! – dedim. O, yenə də vodka sifariş etdi.

– Bizimkilər necədir? – mən soruşdum.

– Çoxu qırılıb, – Sekin dedi. – Məsələn, Şura Qlyanets. Qlyanets üzməyə gedib və suya baş vurub. Hələ də sudan çıxmayıb. Halbuki, bir ildən çox vaxt keçib.

– Bəs Mişa Rakitin?

– Aspiranturanı bitirir.

– Borya Zotov necə?

– Müstəntiqdir.

– Rivkoviç?

– Cərrah.

– Bəs Lyova Baranov? Yadındadır o? İdmançı, “Timurovets” düşərgəsinin üzvü, bütün olimpiadala-rın qalibi?

– Baranov türmədədir. Şərf alveri edirdi. Yarım il bundan qabaq onu Sadovayada gördüm. Lyova Ap-raksin məhəlləsindən çıxıb soruşur: “Başa sal görüm, Sekin, məntiq haradadır? Bolqar adyalını otuz rubla alıram. Sonra onu səkkiz hissəyə kəsirəm. Hər şərfi otuz rubla satıram. Bəs məntiq haradadır?!..”

– Əhsən! – mən dedim.

Sekin yenə vodka sifariş etdi…

Gecə evləri itələyə-itələyə küçə boyunca gedirdim. Birdən özümü Puşkin teatrının sütunları arasında tap-dım. Sevgililər, bığlılar buradaca gəzişirdilər. Əyinlə-rindəki dakron plaşlar xışıldayır, siqar iyi isə ətrafı bü-rümüşdü. Yaxınlıqda avtomobilləri küt parıltı saçırdı-lar.

– Hey! – onlara bağırdım. – Kimsiniz siz?! Nə ilə məşğulsunuz? Hardandır sizdə bu qədər pul? Mən də həyatın sahibi olmaq istəyirəm! Məni də öyrədin! Bir də məni Elina Bıstritskaya ilə tanış edin!

– Kimsən? – onlar təmkinlə soruşdular.

– Belə də. Sadəcə, Yeqorov. Riyazı mexanikanı bi-tirmişəm…

– Fedya, – biri özünü təqdim etdi.

– Volodya.

– Tolik.

– Mən protez qoyuram, – Tolik dedi. – Çürük diş-lər mənim sahəmdir.

– Mənsə, adi paltarbiçənəm, – Volodya dedi. – Vəssalam. Paltarı mümkün qədər qənaətlə kəsməkdən başqa, sənə nə öyrədə bilərəm?!

– Mənsə, – Fedya göz vurdu, – dükanda işləyirəm. Xarici pal-paltar lazımın olsa, zəng et.

– Bəs maşınlar?

– Hansı maşınlar?

– Avtomobillər. “Volqa”lar, “Lada”lar, “Jiquli”lər?

– Avtomobillərin söhbətə nə dəxli var? – Volodya soruşdu.

– Bəs bunlar sizin avtomobilləriniz deyil?

– Təəssüf ki, yox, – Tolik cavab verdi.

– Bəs kimindilər? Kimindilər onlar?

– Biz nə bilək?! – Fedya dilləndi. – Başqalarınındı. Həmişə burdadırlar. İndi belə dövrdür. İyirminci əsr…

Nəfəsim kəsilə-kəsilə öz evimə tərəf qaçırdım. Aman Tanrım! Satıcı, stomatoloq və dərzi! Demə, mən bütün həyatım boyu bu insanlara paxıllıq edir-mişəm! Amma avtomobillərlə bağlı onlar yalan dedi-lər! Təbii ki, yalan dedilər! Bəlkə də, yox!..

Qaranlıq pilləkənlərlə üzüyuxarı qalxdım. Zülmət-də yaşıl rəngli pişik gözləri xəsiscəsinə səpələnmişdilər. Pişikləri qorxudaraq qapıma sarı cumdum. Onu fran-sız açarı ilə açdım. Telefon masasının üstümdə uzun-sov mavi zərf vardı.

“Hansısa Yeqorova gəlib,” – deyə düşündüm. Bəx-təvərin biri! Var da belə bəxti gətirənlər, talenin qu-durtduqları! Oh! Axı Yeqorov – mənəm! Mənəm! Özüməm!..

Zərfin ağzını cırdım və oxudum:

“Siz yaxşı adam deyilsiniz, deyilsiniz, deyilsiniz!

Frida Şteyn.

P.S. Günter de Broynu təkrar oxuyun, onda siz mənim qəlbimin sirrini tapacaqsınız.

F.Şteyn.

P.P.S. Kimsə mənim blokumda öz sətin qolçaqlarını unudub.

F.Ş.”

Bu, nə deməkdir?! – mən düşünürdüm. Satıcı, sto-matoloq və dərzi! Hansısa pis Yeqorov! Hansısa sətin qolçaqlar! Axı Yeqorov mən özüməm! Qolçaqlar mə-nimdir! Yaxşı olmayan mənəm!.. Bəs Lev Tolstoyun bura nə dəxli var? Lev Tolstoy kimdir? Hə, anladım, mən Lev Tolstoyu təkrar oxumalıyam! Günter de Broynu da! Sabahdan mütləq başlayaram…

Oyuncaq

– Qrişa dayı! Sizə maşın lazımdır?

O diksindi. Onu gözlənilməz anda çağıranda yazıçı diksinərdi. Bu onda çoxdan vardı, yazıçının hələ əs-gərlik illərindən, Mordoviyada mühafizəçi olduğu vaxtlardan.

– Qrişa dayı!

Qriqori Borisoviç işini məyusluqla, eyni zamanda sevincək saxladı. Eşiyə çıxdı.

– Bu mənəm – Ariel. Maşın gətirmişəm…

Bu söhbət Montisellodan qərbdə yerləşən rus kolo-niyasında baş tuturdu. Ariel Mişkevitserlərin qohu-muydu. Yazıçı onlardan iyirmi metr aralıda, dəmiryol stansiyası yaxınlığında yaşayırdı. Bir az solda Kaspero-viçlərin evi yerləşirdi.

– Siz maşınla maraqlanmışdız. Mən oynamışam doyunca. Sizin növbənizdir.

– Hə, – yazıçı dilləndi, − nəhayət ki…

Bu söhbət dünəndən başlamışdı. Qriqori Borisoviç otun üstündə vızıltı ilə gedən maşını görmüşdü. Maşı-nın ardınca Arieli. Əlində isə qara uzunsov qutucuq. Yazıçı demişdi:

– Amma ki…

Bu ifadə təxminən bu anlama gəlirdi – camaat da fikirləşib tapır ha!

Odur ki, Arik bu gün burdaydı.

– Oynamaq istərdiz?

– Əlbəttə.

– Onda baxın, − Arik tələsdiyindən kəkələdi. Amma nitqi eyni zamanda qəribə şəkildə səlis səslə-nirdi. – Bura baxın. Belə qoşulur. Belə söndürülür. Bu – sağa. Bu – sola. Belə isə düz. Başa düşdünüz? Nəzə-rə alın – “geriyə” funksiyası yoxdur.

– Həmişəki kimi, − yazıçı dilləndi.

Ariel qaçıb getdi.

Qriqori Borisoviç balaca plastmas lingə toxundu. Maşın hərəkətə gəlib qazonun kənarıyla getdi. Təkər-ləri altından çınqıl daşlar tullanırdı. Yazıçının əli nə-yəsə toxundu. Maşın birdən kənara döndü. Sol tərəfi divara keçdi.

Yazıçı mühərriki söndürdü. Dedi: “Fantastika”. Üzünü çevirib getdi. Qutucuğu pəncərənin önünə qoydu. Bir az aralıda, azacıq əyilmiş stolüstü lampa-nın yanında onu Yanovskinin sensasiyalı memuarları gözləyirdi.

Sonra Nyu Yorkdan bir zəng gəldi. Faina gəldi ərindən şikayətlənməyə. Cib radiosundan Şostakoviçin “Leninqrad” simfoniyası səsləndi. Şostakoviçin ardınca Mişkevitser təşrif buyurdu. Növbəti günün havası ilə maraqlandı.

Ariel bir də axşam gəldi, qaranlıq düşəndən sonra.

– Oynadız?

– Əlbəttə, − yazıçı cavab verdi, − ləzzət elədi. Bütün iş-gücümü atdım…

– Bəs maşın hanı?

Maşın yox idi, qutucuq yerindəydi.

– Qəribədir, − yazıçı təəccübləndi, − bəlkə, uşaq-lar götürüb?

– Narahat olmayın, − Ariel dedi, − mən tapa-ram…

– Levuşkadan soruş, ya da Busyadan…

– Narahat olmayın…

Növbəti gün Arik yenə də burdaydı.

– İşlər necə gedir? – yazıçı soruşdu. Özü yuxusuz idi. Gecənin bir yarısında kofe içmişdi.

– Onlar götürməyiblər.

– Nə haqda danışırsan? – Qriqori Borisoviç soruş-du və qəflətən xatırladı.

– Onlar bilmirlər maşın hanı.

– Belə. Harda ola bilər axı?

Ariel bir az fikrə getdikdən sonra soruşdu:

– Bəs evin altına baxmısız?

– Yox.

– Yəqin, ora düşüb.

Qriqori Borisoviç dizləri üstə güclə çökdü. Torpaq nəm idi. Bataqlıq qoxusu ilə nəfəs ala-ala iki çürümüş dayağın arasına birtəhər sıxıldı.

– Fənər gətirim?

– Gətir.

Evin altından xizək, dəmir barmaqlıqlar, top, bir də simsiz gitara tapıldı. Maşın yox idi.

Yazıçının fikri çirklənmiş şalvarında qalmışdı.

– Bu, nə isə möcüzəvi bir şeydir.

– Narahat olmayın, − Ariel onu arxayın etdi, − boş şeydir. Leonid əmi mənə təzəsini alar. Heç bilirsiz onun nə qədər dolları var?

– Nə qədər? – Qriqori Borisoviç biixtiyar soruşdu.

– Lap çox. Məncə, yüzdən çox olar.

Sonra da əlavə etdi:

– Çarpayının altına baxmamısız?

– İndi baxaram, – deyib Qriqori Borisoviç çarpayı-nı çəkdi. Anbara da baxdı. Stolun çəkməcələrini də eşələdi.

– Sabah gələrəm, – Ariel dedi. Həmin andan gün-dəlik işgəncə başlandı. Hər səhər Ariel tezdən gəlirdi:

– Maşını xəbər alacaqdım.

– Elə bil yer yarılıb, altına girib, – yazıçı şikayətlə-nirdi.

– Eybi yox, axşam baş çəkərəm.

Həftənin sonunda Qriqori Borisoviç qərar qəbul etdi. Avtobusa – səhər reysinə minib Montiselloya yollandı. “Playland” uşaq oyuncaqları mağazasına gir-di. Qırx altı dollar dəyərində olan bir maşın seçdi. Qa-yıtdı. Arieli tapıb ona böyük, kifayət qədər ağır bir qutunu verdi.

– Oynat, – dedi. Oğlan utandı.

– Nə üçün? – o, lastik lenti qıra-qıra soruşdu. – Narahat olmayın. Onu tapacaqdım…

Sonra da:

– Sözün düzü, bu, başqa maşındır. Kapot açılmır.

– Kapot? – Qriqori Borisoviç təəccübləndi. – Heç fikir verməmişəm. Təkərlər yerindədir, məncə… Qapı-ları da, sükan da…

– Bu, həmin maşın deyil, – Ariel təbəssümlə dedi.

Və onu qutusuna qoydu. Ağzını bağladı. Lenti də əvvəlki yerinə bərkitdi.

– Bəlkə, bu gedər? – yazıçı lap ümidsiz şəkildə so-ruşdu.

– Siz narahat olmayın. Nədir ki?! Maşındır da. Məndə hələ iyirmi beş dənə də var. Düzdür, o birisi-nin kapotu vardı. Bir də fənərləri.

– Bunun da fənəri var.

– Onunku nikeldən idi… Tapılacaq. Mətbəxə bax-mısız?

– Baxmışam.

– Bəs sobanın arxasına?

– Ora hələ baxmamışam.

– Bəlkə, elə ora düşüb?

Qriqori Borisoviç sobanın arxasında xeyli eşələndi. Oradan nəcisə bənzəyən zir-zibil çıxartdı.

– Burda da yoxdur, – yazıçı dilləndi.

– Tapılacaq, – Ariel Allah bilir neçənci dəfə təkrar etdi…

Qısası, bu yay cəhənnəmə çevrildi. Ariel lap “Hamlet”dəki atanın ruhutək qəfildən peyda olur, sözləri isə yazıçını dəhşətə qərq edirdi:

– Narahat olmayın. Tapılacaq.

Yazıçı yuxusunda avtomobillər görürdü. Qara rəngli nəhəng maşınlar bu köməksiz yazığın üstünə hamısı birdən şütüyürdü. Açıq kapotları da qorxunc idi. Nikel fənərləri isə parıldayırdı.

Yazıçı Mişkevitserə müraciət etdi. O dedi:

– Yaxşı görək. Maşındı da. Az qala, bir avtopark varıdı. Tapılacaq… Çardağa baxmısınız?

– Çardağım yoxdur mənim, – yazıçı dedi. O, hiss edirdi ki, əsəbdən partlamasına az qalıb. Bütün iş-gü-cünü atdı. Nyu-Yorka bədii agenti Qordon Brukma-yerə zəng etdi.

– Qordi, yadındadı, sən mənə öz avtomobilini ver-mək istəyirdin?

– Əlbəttə. Götür. Onsuz da, yer tutur boş-boşuna.

– Markası nədir bəs?

– “Byuik-reqal”, səksən birinci ilindi. Necə deyər-lər, işlək vəziyyətdədir. Təzə başlayan üçün lap əladır.

– Fənərləri nikeldəndir?

– Deyəsən.

– Kapot qalxır?

– Necə yəni? Niyə qalxsın ki?

– Qalxmır kapot?

– Qalxır. Lazım olanda.

– Allaha şükür.

– Sevin, alçaq, – yazıçı Arielə dedi, – papağını gö-yə at. Dördüncü gün sənin üçün əsl maşın gətirəcək-lər.

– Təzəsini?

– Demək olar ki. Səksən birinci ilin “Byuik”ini.

– Hə. Bilirəm, – Ariel mızıldandı, – cəmi altı silin-dri var. Həm də ki, mən hələ balacayam. Böyüyəndə isə Leonid əmi mənə təptəzə “toyota” bağışlayacaq…

Yazıçı onun yanından beli bükük, əl-qol ata-ata, dodaqlarını səssizcə tərpədərək ayrıldı.

Sonra hər şey aydınlaşdı. Maşını ev sahibinin iti Dunay aparıbmış. Maşın onun sadə budkasının dərin-liyində bir dəfinətək parlayırdı. Sahibi maşını oradan çıxardanda kənarlarında dərin diş izlərinin olduğunu aşkarladı.

Yazıçı indi də Arieli it budkasının yanında tez-tez görürdü. Oğlan Dunaya sakitcə yaxınlaşır, onunla söhbət edirdi. Ona nəyisə aramla və təkidlə başa salır-dı. Dunay günahkarcasına zingildəyir, yerə uzanırdı. Arxa ayaqlarını əsməcə tuturdu.

– Eybi yox, – onları uzaqdan izləyən Qriqori Bori-soviç pıçıldayırdı. – Bir az da döz. Yay, onsuz da, bit-mək üzrədir.


Страницы книги >> 1 2 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации