Электронная библиотека » Şule Yüksel Şenler » » онлайн чтение - страница 5

Текст книги "Hüzur küçəsi"


  • Текст добавлен: 16 ноября 2022, 07:40


Автор книги: Şule Yüksel Şenler


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 38 страниц)

Шрифт:
- 100% +

çəkərək:

– Eee .. Avtomobilə kimi belə getdi deyək. Yaxşı, bəs avtomobildə nə edəcək, xanım? Pəncərələrdən görünməyəcək ki, onsuz da? Axmaq!. – dedi.

Lakin, iş heç də Ülkərin zənn etdiyi kimi axmaqlıq zad deyildi. Hamının başı gəlinin çıxışına qarışmışdı. Nazim bəy bu işi həll etmişdi. Nazim həkim əvvəldən hazırlamış və

kənarlara çəkilmiş olan sıx toxunmuş tül pərdələri çəkərək avtomobilin yan və arxa pəncərələrini görünməyəcək şəkildə

örtmüştü. Ön tərəfdən görünməməsini təmin etmək üçün isə, sürücü tərəflə arxa tərəfi ayıran bölməyə də pərdə çəkilmişdi. Beləcə, arxa oturacaqda oturan gəlinin küçədə gö-rünməsi mümkün olmurdu…

Şükran, gəlinliyinin ətəklərini tuta – tuta maşına tərəf getdi və özü üçün ayrılmış olan arxa hissəyə gəlini aparmağa gələn iki xanımla birlikdə oturdu. Həyəcanından ağappaq üzü tamamilə qızarmış və gözəlləşmişdi.

Gözlərindən süzülən yaşlar yanaqlarını isladıb, əlindəki çiçək buketinin üstündə toplanırdı.

Bunlar, sevinc və səadət göz yaşları idi. Bəli, çox xoşbəxt idi Şükran… Allah nəhayət ki, dualarını qəbul edib və ən kritik zamanda qarşısına belə imanlı bir insan çıxarmışdı.

Bu, heç şübhəsiz ki, Allah-Təalanın əmr etdiyi yoldan getməsinə cavab olaraq Cənabi-Haqqın ona bəxş etdiyi ən mənalı bir hədiyyə idi …

82


O əsnada bir neçə avtomobil də gəldi evin qabağına.

Digər qadınlar və kişilər də bu avtomobillərə mindilər. Və

maşın karvanı hərəkət etdi.

Binadakılar dərin bir səssizliyə qərq olublar. Nə gülən, nə qəhqəhə çəkən, nə də ağzını açıb da bir söz söyləyə bilən var idi. Hamı, dərin bir heyrət içində karvanın irəliləməsinə

tamaşa edir.

Şükranın xeyir dualarla gəlin köçməyindən bir neçə gün sonra idi. Bilal, həmişəki kimi yenə başının altına iki yastıq qoymuş və arxası üstə uzanıb pəncərənin qarşısındakı divanda kitab oxuyurdu. Bir neçə saat fasiləsiz oxuduğundan bir müddət sonra, əlləri yana sürüşdü və gözləri örtüldü. Uzandığı yerdə yuxuya getdi.

– Teoman! Teoman …

Bu, bir musiqi nəğməsi idi yəqin… Bəlkə insanı ovsunlayan sehrli bir melodiya idi kim bilir?… Bilal, yuxunun içində qəribə bir hal hiss etdi və gözlərini açdı…

– Teoman … Teoman …

Bir qadın səsi … Daha doğrusu büllurdan bir çayın səsinə bənzəyən həlim, isti bir gənc qız səsi idi bu …

Bilal gözlərini təzədən yumdu. Amma ürəyinə ilıq bir hissin axdığını hiss edirdi …

Səs, üçüncü dəfə bütün ahəngdarlığı ilə otağın içində

əks – səda verdi:

– Teoman! … Teoman! …

İliklərinə kimi gizildədi bir daha Bilal. Indiyə kimi qadınların nə səslərinə, nə də özlərinə bir əhəmiyyət verməzdi axı o… Bəs indi nolub belə? …

Ürəyi təzədən dəli kimi döyünməyə başladı. Qəfil bir hərəkətlə, yuxuda gezinirməşcəsinə qalxdı. Ovsunlanmış

83


kimi əli pərdəyə getdi. Və ömründə heç etmədiyi bir hərəkətlə pərdəni açıb, səsin sahibini görmək üçün çölə baxdı…

Üzbəüz mənzillərdən birinin pəncərəsindən bir gənc qız aşağıya sallanmış, küçədə oynayan uşaqlara doğru səslənirdi:

– Teoman! … Haydı, gedirik. Al topunu, dərhal gəl! …

Bilal nə etdiyini bilməz halda qızdan gözlərini ayı-rabilmirdi. Ən mahir bir rəssamın fırçası belə belə bir gözəllik cədvəlini canlandıra bilməzdi. Qapqara, çiyinlərindən aşağı bir şəlalə kimi dalğa dalğa tökülmüş gümrah bir saç yağışı. Gözoxşar alıcı bəyazlıqda sədəf kimi duru və

tərtəmiz bir bədən… Ovsunlayıcı, şahanə bir gözəllik … Yalnız aşağıya baxdığı üçün gözlərini görmək mümkün deyil.

Nəhayət, başını qaldırdı. Lakin kaş ki, qaldırmaz olsaydı. Yay kimi uzanan qapqara qaşların altında, yenə tünd qara, tez uzun və əyri kirpiklərin çərçivələdiyi iri, yosun yaşılı bir cüt göz, bir anda Bilalın gözlərinə ilişib qaldı …

Bilal, alt-üst olmuşdu. Nəfəsinin kəsildiyini, başının döndüyünü hiss etdi. Bədənində dövran edən qan, alov alov yanırdı sanki … Bu bir anlıq baxışmaq, onun bütün iradə və

şüurunu bir anda əridib, hərəkətlərinin istiqamətini dəyiş-dirmişdi…

Bütün gücünü sərf edib özünü toplayacağı bir anda, gözlənilməz bir hadisə baş verdi. Qız, Bilalın üzünə birdən pəncərəni bağladı və tül pərdəni yaşmaq kimi şahanə

gözlərinin altına örtüb can alıcı bir təbəssümlə onu süzdü.

Sonra yenə sərt və ani bir hərəkətlə pərdəni örtərək içəri qaçdı; nəzərdən itdi …

Bilal bir an olduğu yerdə quruyub qaldı. Sonra o da açdığı pərdəni qəzəblə bağlayıb ayağa qalxdı. Qəzəbindən 84


olduğu yerdə əsirdi. Niyə açmışdı bu pərdəni?.. Niyə bu iki qəpiklik ərköyün qıza baxaraq özünü bu qədər alçaltmışdı?

İzzəti-nəfsini bu modabaz zəmanə qızının ayağı altına atmışdı. Peşmanlıq duyğusu ürəyini yandırıb yaxırdı. Qəflətən arxasını pəncərəyə çevirib əllərini qoltuğuna qoyub hiddət və hirslə otağın ortasında dimdik, ayaq üstdə

dayandı.

Lakin şüuru alt-üst olmuşdu bir dəfə. O gözlər? .. O, içində bir an əriyib, yox olduğunu hiss etdiyi iri gömgöy gözlər? Ya o büllur səs?…Bir müddət eləcə əlləri qoltuğunda heç tərpənmədən ayaq üstə dayandı. Elə bir vəziyyətdə idi ki, sanki bir addım da atsa, sərxoş kimi səndələyəcək və

üzüüstə yerə səriləcəkdi. Bu günə kimi heç bir qadın və qız ona bu qədər belə təsir göstərə bilməmişdi… Yaxşı, bəs indi?

Bu ürəyini yerindən çıxacaqmış kimi qüvvətli döyüntü nə

idi?

Üstəlik o günə kimi heç vaxt hiss etmədiyi qəribə bir hərarət bürümüşdü bütün bədənini. Və bunların hamısı bir neçə saniyənin içində baş vermişdi. O, öz qarmaqarışıq hislərini təzədən bir yerə yığmaq və təhlil etmək üçün tam səfərbər olmuşdu ki, qarşı binadakı pəncərə bir də açıldı. Və

eyni qızın səsi, bu dəfə daha sərt, amma yenə çox şirin ahəngli bir musiqi kimi otağın içində dalğa-dalğa yüksəldi:

– Teoman! .. Tez gəl deyirəm sənə. Mən sənə neçə dəfə

demişəm ki, o burnufırtıqlı uşaqlarla oynama… Eybi yox, görərsən! Tez elə çıx yuxarı! …

Bilal, eşitdiyi sözlər qarşısında olduğu yerdə donub qaldı. Arxasına dönüb baxa da bilmədi heç. Bədəni daş kimi quruyub qaldı… Bu vaxt otağın qapısı açıldı və əlində qəhvə

85


sinisi ilə anası içəri girdi. Qapını ayağı ilə örtdü. Sini ilə

otağın ortasına doğru gedə – gedə oğlundan:

– Dərsini hazırladın, oğlum? – dedi. – Mən də bir az yorğunluğun çıxsın deyə sənin üçün qəhvə dəmləmişdim.

Nolub sənə? Niyə elə ayaq üstdə, əsəbi – əsəbi dayanmısan?

Üzün də ağappaqdır. De görüm, nə olub sənə?

Bilal, bu yumşaq, lakin narahat səsdən sonra özünü yığışdırdı. Anasının əlindən qəhvə fincanını alıb:

– Yox, anacan, mühüm bir şey deyil – dedi. Bu qarşıdakı binaya yeni köçənlərin ərköyün qızı əsəbiləşdirdi məni…

Qardaşının üstünə bizim küçənin uşaqları ilə oynayır deyə

elə həyasızca qışqırdı ki… Bizim gözümüzün bəbəyi kimi baxıb, üstünə titrədiyimiz günahsız körpələr sən demə pis v


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации