Электронная библиотека » Cəmşid Əmirov » » онлайн чтение - страница 4

Текст книги "Brilyant məsələsi"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Cəmşid Əmirov


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 20 страниц) [доступный отрывок для чтения: 7 страниц]

Шрифт:
- 100% +

Dördüncü gün onlar Ağəlinin lotereya biletinə düşmüş “Volqa” avtomobilini heç bir əziyyət çəkmədən Bakı sənaye malları ticarəti idarəsindən aldılar. Daha iki gün avtomobilin sənədlərini hazırlamağa sərf etdilər. Kislo-vodskidən qayıtdıqlarının yeddinci günü isə təzə maşina əyləşib şəhər bağlarını gəzməyə başladılar.

“Volqa” avtomobilini ələ keçirməkdə Yədullanın bir məqsədi vardı. O da Mərdəkanda yaşayan tələbə Aliyə

Heybətova idi. Aliyə Yədullanın çox xoşuna gəlirdi. Bu çatmaqaş, qaragöz, hündürboy, incəbel qız tez-tez Yədullanın yuxusuna girir, onu yerindən oynadırdı. Quldur bu qəşəng qızla evlənmək istəyirdi. Aliyənin isə Yədulladan zəhləsi gedirdi. Doğrusunu desək, o, Yədulladan bərk qorxurdu. Aliyə yaxşı bilirdi ki, Yədulla heç bir ictimai-faydalı əməklə məşğul olmur, vaxtını avaraçılıqla, ona-buna sataşmaqla keçirir, şübhəli adamlarla oturub-durur.

Yədulla Aliyəyə bir il bundan əvvəl Mərdəkan bağlarında rast gəlmişdi. O zaman Yədulla törətdiyi növbəti bir cinayətin izini itirmək üçün Mərdəkanda gizlənirdi. Aşıq-lar demişkən, bir könüldən min könülə Aliyəyə vurulan Yədulla qızı ələ keçirmək qərarına gəldi. O dərhal qızın dalına düşüb onu addım-addım izlədi, Lyudmila, Şmidt 67


adına maşınqayırma zavodu pioner düşərgəsinin yanındakı balaca evdə yaşadığını öyrəndi.

Aliyə Böyük Vətən müharibəsində İtkin düşmüş qazma ustası Səlim Heybətovun yeganə qızı idi. Onun anası Safurə xala isə Mərdəkandakı istirahət evində tibb bacısı vəzifəsində çalışırdı.

Yədulla ilk dəfə Mərdəkan bağlarında Aliyəyə rast gəldiyi vaxtdan başlayaraq, gah neft və kimya institutunun qabağında, gah şəhər elektrik qatarı stansiyasında, gah da Mərdəkanda qızın qabağını kəsib onu sevdiyini bildirirdi. Bir dəfə axşam Aliyə yenə institutdan evə qayıdarkən Mərdəkandakı elektrik qatarı stansiyasında Yədullaya rast gəldi. Yədulla irəli yeriyib salam verdi. Qız Yədullanın salamına cavab vermədən, ötüb keçmək istədi. Ancaq bu mümkün olmadı. Yədulla qızın qabağına keçib dedi:

– Aliyə xanım, dayan, sənə iki kəlmə sözüm var.

– Sənin mənə nə sözün ola bilər, – deyə Aliyə Yədullanı kənara itələyib yoluna davam etdi.

Yədulla da onun yanınca addımlamağa başladı. Bir qədər getdikdən sonra Yədulla dedi:

– Bilirsən, ay qız, mən səni sevirəm.

– Nə olsun ki?

– O olsun ki, biz gərək evlənək. Mən doğrudan səni istəyirəm.

– Mənim isə səni görməyə gözüm yoxdur.

– Axı nə üçün? Məgər mən pisəm? Aliyə istehza ilə

soruşdu:

– Nəyin yaxşıdır?

– Hər şeyim, evim, bağım, xasiyyətim, var-dövlətim.

Aliyə söhbətə birdəfəlik son qoymaq istədi: 68


– Mən hələ cavanam, ərə getmək haqqında düşünmü-rəm.

– Mən isə səndən əl çəkən deyiləm.

– Öz işindir, xahiş edirəm mənim qabağımı kəsmə.

Onsuz da kəmhövsələ olan Yədullanın səbri tükəndi.

O, Aliyənin sağ biləyindən yapışaraq onu özünə tərəf dartdı. Qolunu burub, hirslə dedi:

– Bura bax, nə artıq-əskik danışırsan. Mənə gəlirsən, yox? Yədullanın əlindən qurtarmağa can atan Aliyə nifrətlə üç dəfə təkrar etdi:

– Yox, yox, yox!

Hələ də Aliyənin əlini buraxmayan Yədulla qızın o biri qolunu da tutdu. Ağzını onun lap qulağına yaxınlaşdırıb hirslə dedi:

– Aliyə, qulaqlarını yaxşı-yaxşı aç, dediklərimi eşit.

Yadında saxla. Sən ancaq mənim olacaqsan. Ya mənim, ya da heç kimin. Bil ki, küçədə, ya başqa yerdə səni bir oğlanla görsəm, taleyindən küs. Səni də, oğlanı da öldürə-cəyəm.

Sonra Yədulla rəngi qar kimi ağarmış Aliyənin qollarını buraxıb geri qayıtdı.

Bu hadisədən sonra Aliyə qorxusundan xəstələnib yorğan-döşəyə düşdü və yalnız bir həftə yatdıqdan sonra özünə gəldi.

İndi həmin söhbətdən on bir ay keçirdi. Bir daha Yədullaya rast gəlməyən Aliyə yavaş-yavaş özünə gəlmiş, quldurun dəhşətli üzünü unutmuşdu. Aliyə yalnız hərdənbir təsadüfi Yədullanı yada salır, o dəqiqə qorxusundan tir-tir əsməyə başlayırdı. Aliyəni hər şeydən çox qorxudan tələbə yoldaşı Ramiz İbrahimov idi. Ramiz də neft və kimya institutunda oxuyurdu. İki gənc institutun bi-69


rinci kursunda bir-birinə məhəbbət bağlamış, özləri belə

hiss etmədən yaxın dost olmuşdular. Ramiz çox istiqanlı gənc idi. Ancaq bir az qısqancdı. Bu da Aliyəni çox istə-məsindən irəli gəlirdi. Aliyə yaxşı bilirdi ki, Ramiz bu məsələdən xəbər tutsa, mütləq Yədulla ilə dalaşacaq, ya ölə-cək, ya da qulduru öldürəcək. Buna görə də Aliyə Yədulla ilə olan söhbəti nə anasına, nə də Ramizə danışmışdı.

Ancaq Aliyə bilmirdi ki, bütün bu on bir ay ərzində

daim onu güdən, hər bir hərəkətinə göz qoyan adamlar vardır. Axı, Yədulla öz dediyindən əl çəkməmiş, Aliyəyə

sahib olmaq məqsədi üçün müxtəlif hiylələr işlətməyə

başlamışdı. Əgər bütün bu on bir ay ərzində bir nəfər Aliyəyə yaxınlaşıb küçədəki dilənçinin, yaxud Mərdəkan stansiyasında duran qəşəng qadının (yəni Klaranın) Yədullanın tapşırığı ilə onu güddüklərini desəydi, qız ona inanmazdı. Halbuki bu doğrudan da belə idi.

Son günlər nədənsə Yədulla yenə tez-tez Aliyənin yadına düşürdü. Tələbə qız hiss edirdi ki, gec-tez Yədulla ilə

rastlaşacaq və bu görüş yaxşı nəticə verməyəcək. Aliyənin anası bir ay idi ki, xəstəxanada yatırdı, Ramiz isə “Bure-vestnik” Könüllü İdman Cəmiyyəti Mərkəzi Şurasının birinciliyi uğrunda keçirilən voleybol yarışlarında iştirak etmək üçün bir həftəliyə Krasnodar şəhərinə getmişdi.

Evdə tək qalan Aliyə bərk qorxuya düşmüşdü. Gecələr Aliyə qapıları bərk-bərk bağlayır, paltarını soyunmadan çarpayıya uzanır, gecədən xeyli keçmişə qədər gözlərini bir nöqtəyə zilləyərək düşünür, yalnız səhərə yaxın onu yuxu aparırdı.

Aliyənin təşvişə düşməsi səbəbsiz deyildi. Son günlər o hiss etmişdi ki, kimsə onu addım-addım izləyir. Lakin onu izləyənin qadın olduğunu görüb, bir az sakitləşmişdi.

70


Ancaq o bilmirdi ki, bir gün bundan əvvəl Ağəli ilə birlikdə Kislovodsk şəhərindən Bakıya qayıdan Yədulla Aliyəni qaçırmaq üçün xüsusi plan cızmış, hətta şəhərin kənarında, Şüvəlan bağlarında qızı saxlamaq üçün gizlin bir yer də hazırlamışdır. Buna görə də Bakıya gələn gündən bəri Yədulla Aliyənin üzərində nəzarəti daha da güclən-dirmişdi. İndi Yədullanın adamları Aliyəni bir dəqiqə

belə gözdən qoymur, onun hər bir addımını izləyir, qızın hara getməsi, kiminlə oturub-durması haqqında daim yaxınlıqda olan quldura məlumat verirdilər. Yədullanın özü isə Aliyənin gözlərinə görünmür, onu qaçırmaq üçün fürsət axtarırdı. Yədullaya elə gəlirdi ki, Aliyəni qaçır-dıqdan və namusuna təcavüz etdikdən sonra qız, məcburiyyət qarşısında qalıb quldurun arvadı olacaq.

Xeyli fikirləşəndən sonra bir gün Yədulla Ağəliyə

tapşırdı ki, gecə saat üçdə avtomobili Mərdəkana, Ağəli-gilin dalanına sürsün. Özü isə axşamdan buraya gəlib, yaxınlıqdakı bağda gizləndi. Gecə qaranlığında Yədulla almazla pəncərənin şüşəsini kəsib, pişik kimi pusa-pusa otağa girdi. Arxası üstə çarpayıda uzanan və şirin yuxuya gedən Aliyəyə yaxınlaşdı. Qəflətən onun ağzını tutdu, ip-lə əl-ayağını sarıdı, qışqırmaması üçün ağzına əski sarıdı.

Sonra Yədulla qonşular duyuq düşməsin deyə yorğan-döşəyi yığışdırdı, pəncərəni bağladı. Qapını səliqə ilə

qıfıllayıb qızı çiyninə aldı. Yədullanın əlaltıları hər şeyin öz qaydasında olduğunu görüb dərhal buranı tərk etdilər.

Yədulla qızı Ağəlinin “Volqa”sına mindirib Şüvəlana –

Əndarli stansiyasındakı bağlara gətirdi. Yədulla Aliyəni qucağına alıb maşından düşürdü, tikanlı məftillə hasar-lanmış bağın içindəki birmərtəbəli evə apardı, sonra bayıra çıxıb Ağəliyə dedi:

71


– Sən get. Şestoylar 5 avtomobilin izini tutub buraya gələ bilərlər. Mən istəmirəm ki, bu qəşənglikdə maşın əlimizdən çıxsın. Sənin kimi yaxşı bir dostu da itirmək istəmirəm. Sən arxayın get. Yədulla adam satan deyil. Məni dar ağacından assalar belə qızı səninlə qaçırdığımı heç ki-mə deməyəcəyəm.

Yədulla əlini uzadıb Ağəli ilə xudahafizləşdi. Alma alverçisi dostunun əlini bir qədər saxlayıb soruşdu:

– “Tapança”, bu qızı nə etmək fikrindəsən? Yədulla suala-sual ilə cavab verdi:

– Bu səni nə üçün maraqlandırır?

– Acıqlanma, Yədulla? Mən səni özümə dost bilirəm.

Bir yerdə olduğumuz günlər sənin xasiyyətinə bələd olmuşam. Sənin tündməcaz, kəmhövsələ adam olduğunu öyrənmişəm. Çalış ki, əlindən xata çıxmasın.

– Sən nə danışırsan, Ağəli, mən bu tərs qızı tərsi sevirəm. Mən onunla evlənmək fikrindəyəm.

– Bəlkə qız sənə gəlmədi?

– Gələr, Ağəli, gələr. Ən çətini onunla yaxın olmaq-dır. Sonra biabır olmamaq üçün özü mənə yalvaracaq.

– Hər halda ehtiyatlı ol.

– Xoş getdin, maşından muğayat ol…

– Xatircəm ol, Yədulla. Mən “Volqa”nı göz bəbəyi ki-mi qoruyacağam.

– Dayan, daha bir sözüm var, – deyə Yədulla Ağəlinin qarşısını saxladı.

– Əgər işdir tutulsam, yaxud başıma bir qəza gəlsə, mənim adımdan Rantik sənin yanına gələcək. Yadından 5 Milis işçilərinə işarədir.

72


çıxarma ki, onun hər bir sözü mənim əmrim deməkdir.

canla-başla yerinə yetirərsən. Əks-təqdirdə…

– Gözlərim üstə.

– Gözlərin var olsun.

Ağəli gedəndən sonra Yədulla otağa qayıtdı, Aliyənin əl-qolunu açdı. Ağzından dəsmalı çıxartdı. İstehza ilə

soruşdu:

– Hə, necəsən Aliyə xanım, indi de görüm mənə gə-ləcəksənmi?

– Heç bir vaxt, alçaq, – deyə Aliyə ayağa qalxıb Yədullanın üzünə tüpürdü. Sağ əli ilə ona bir sillə vurdu.

Hirs Yədullanın başına vurdu. O papağını yerə çır-pıb, alıcı quş kimi Aliyənin üstünə cumdu. Yazıq qız ucadan qışqırdı.


***

Bakı bağ təsərrüfatı trestinin qocaman işçilərindən biri olan Mirzə Məlik bağların gözətçisi vəzifəsini çox gözəl yerinə yetirirdi. Mirzə Məlik bağ gözətçiliyinə Vətən müharibəsindən sonra başlamışdı. O, müharibədə bir gözünü itirmiş və sağ qıçından şikəst olmuşdu. Yay aylarında Mirzə Məlik adi zəhmətkeşlər kimi işləyir, normal istirahət edirdi. Payız, qış və yaz fəsillərində isə o, gündüzlər yatır, gecələr bağlara göz olurdu.

Bu gün də belə idi. Gecəyarısından xeyli keçməsinə

baxmayaraq Mirzə Məlik hələ bağlardan evə qayıtmamışdı. Gecə sakit və qaranlıqdı. Göz-gözü görmürdü. Birdən gecə qaranlığını “Volqa” avtomobilinin işıqları yardı. Avtomobil gözətçinin lap yaxınlığından ötüb keçdi.

– Xeyir ola? Görəsən, gecənin bu qaranlığında bağlara gələn kimdir? – deyə Mirzə Məlik çiynindəki ov tü-fəngini düzəldib maşının dalına düşdü. Evlərinin yanın-73


dan keçərkən oğlu Mirzə Qalibi yatağından qaldırdı, –

tez ol geyin, ardımca gəl, – dedi.

Avtomobil yaxınlıqda, professor Cəbrayılovun bağı-nın qarşısında dayandı. Mirzə Məlik yaxşı blirdi ki, bəzən gənclər bağların boş olmasından istifadə edərək, belə yerlərdə kef məclisi düzəltmək üçün tez-tez buralara gəlirlər.

Ancaq bu təzə avtomobilin gecə qaranlığında buraya gəlməsi Mirzə Məliki çox şübhələndirmişdi. Qoca gözətçi bir az gecikdiyindən Aliyənin avtomobildən çıxarılıb içəri aparılmasını görmədi. Ancaq Yədulla ilə Ağəlinin söhbətini eşitdi. Buna görə də o, tezliklə yanına gələn Mirzə Qa-libə dedi: “Oğlum, tez ol, uşaq bağçasına qaç. Telefonla milisə zəng et, qoy tez gəlsinlər”.

Oğlu getdikdən sonra Mirzə Məlik daha bir qədər irəliləyib, bağın qabağındakı iri əncir ağacının dalında gizləndi. Gözətçi bu tərəflərdə yaşayanların hamısını yaxşı tanıyırdı. Professorun oğlu Əjdərin də “Volqa” maşını vardı. Ancaq bu iki nəfərin heç biri Əjdərə oxşamırdı. Bu zaman gözətçi Yədulla ilə Ağəlinin son söhbətini aydın eşitdi. Az sonra gənclərdən biri “Volqa”ya əyləşib getdi.

Mirzə Məlik isə Yədullanın evə girməsindən istifadə edib bağa gəldi, qapının yanında durub gözlədi. Elə bu zaman içəridən Aliyənin qışqırtısı eşidildi. Mirzə Məlik ayağı ilə

qapıya bir təpik vurdu. Qapılar taybatay açıldı. Qoca bağban içəri girib qoşalülə ilə Yədullanı nişan aldı. Ucadan hirslə dedi:

Köpək oğlu, əllərini qaldır, yoxsa qarnını odlaram.

Bir sıçrayışla Aliyənin üstündən qalxan Yədulla qoca gözətçini hirslə süzdü. Əlini cibinə salıb tapançasını çıxarmaq istədi. O dəqiqə güllə səsi eşidildi. Mirzə Məlik qoşa-74


lülədəki güllələrdən birini quldurun başı üstündə havaya buraxıb əmredici tərzdə dedi:

– Adə, sənə demirəm əllərini qaldır?

Bu dəlisov qocanın onu öldürəcəyindən qorxan Yədulla itaətlə hər iki əlini yuxarı qaldırdı. Mirzə Məlik quldurun iyrənc və dəhşətli üzünü görüb bir az qorxuya düşdü. Dərhal tədbir görməyi qərara aldı. Üzünü qıza tutub dedi:

– Ay qız, bekar dayanma, tez ol, onun cibindəki tapançanı çıxart.

Hünərinə özü də heyran qalan Aliyə dərhal əlini Yədullanın cibinə saldı, tapançanı çıxardıb Mirzə Məlikə

uzatdı:

– Qoy səndə qalsın. Əgər bu köpək oğlu hiylə işlətsə, gülləni başına çax.

Sonra Mirzə Məlik Yədullaya əmr etdi:

– Haydı, düş qabağıma, yadından çıxartma ki, Mirzə

Məlik zarafat-zad sevən adam deyil, qaçmaq istəsən özünü ölmüş bil.

Beləliklə, Mirzə Məliklə Aliyə Yədullanı qabaqlarına salaraq stansiyaya tərəf addımlamağa başladılar. Yədulla qapıdan çıxarkən öz-özünə dedi: “Kül başına “Tapança”, gör səni kim tutdu”.

Bu sözləri eşidən Mirzə Məlik ucadan soruşdu:

– Adə, axmağın biri axmaq, nə mızıldayırsan? Yədulla nə isə fikirləşib cavab verdi:

– Deyirəm ki, dayı, gəl sən məni balalarının başına çevir, burax çıxım gedim, bir də belə qələt eləmərəm.

– Artıq-əskik danışma. Yolunla get. Yədulla yalvar-mağa başladı:

75


– Dayı, gəl sən məni burax, peşman olmazsan. Mirzə

Məlik hiylə işlətməyi qərara alıb soruşdu:

– Buraxsam nə edərsən?

– Mən səni dövlətləndirərəm.

– Necə?

– Məni burax, elə bu dəqiqə sənə min manat verim.

– Adə səndə min manat nə gəzir?

– Düz deyirsən, dayı, yanımda pul yoxdur, ancaq qızıl verərəm.

– Qızıl?! Hanı, göstər görüm.

– Ağacın altında basdırmışam.

– Hansı ağacın altında?

Onu demərəm, əvvəlcə qızı yola sal, qoy getsin, sonra mən basdırdığım qızılı çıxardıb on dənəsini sənin ovcuna sayaram.

Mirzə Məlik elə düşündü ki, Yədulla hiylə işlədib onu təkləmək istəyir. Buna görə ucadan dedi:

– Adə, mənə rüşvət təklif edirsən? Vay, sənin zatuva lənət, nə haramzadə adam imişsən. Daha danışma, yoxsa hirs başıma vurar, əlimdən xata çıxar.

Bu zaman Aliyə irəli yeriyib, qətiyyətlə dedi:

– Əmi, görürəm ki, namuslu adamsınız. Əgər siz bu qulduru buraxsaydınız, mən mütləq onu vuracaqdım.

Bir neçə dəqiqə keçdikdən sonra, Mirzə Qalibin mü-şayiəti ilə bura milis işçiləri gəldilər. Onlara Bakı milis idarəsi cinayət-axtarış şöbəsinin baş müvəkkili kapitan Əli Rəsulov başçılıq edirdi. O Yədullanı görcək tanıdı. İstehza ilə dedi:

– Necəsən, “Tapança”, axır ki, ələ keçdin, hə? Yədulla dişlərini qıcırdıb hirslə cavab verdi:

76


– Çox sevinmə, kapitan. Dəfələrlə qaçmışam. Yenə də

qaçacağam.

– Baxaq görək, sən bunu necə edəcəksən?

– Görərik.

Kapitan Rəsulov daha quldura əhəmiyyət vermədən Mirzə Məlikə müraciət etdi:

– Sağ olun dayı, bizə yaxşı kömək etdiniz!

– Bu mənim vətəndaşlıq borcumdur, yoldaş kapitan, axı mən drujinaçıyam.

– Belə deyin. Afərin!

– Dəyməz.

– Sağlıqla qalın. Sabah səhər milis idarəsinə gəlin, söhbət edərik.

– Baş üstə, gələrəm.

Kapitan Rəsulov milis işçilərinə Yədullanı aparmağı tapşırdı. Özü isə Aliyəni maşına mindirib evlərinə gətirdi.


YƏDULLA QAÇIR

Son günlər Rantikin sevincinin həddi-hüdudu yox idi. Yədulla tutulan gündən bəri asudə nəfəs almağa başlayan Rantik vaxtını restoranlarda, kef məclislərində keçirirdi. Axı, son vaxtlar Yədulla onu bir gün belə rahat buraxmır, bir-birindən daha çətin və qorxulu tapşırıqlar verirdi. Rantik yaxşı bilirdi ki, iştirakçısı olduğu bu cinayətlərin hər biri üçün o, ağır cəza ala bilər. Buna baxmayaraq Rantik qorxudan Yədullanın hər bir tapşırığını dürüst yerinə yetirməyə çalışırdı. İndi Yədullanın tutulması onu bir növ sərbəst etmişdi. Elə bil ki, Rantikin çiyinləri üzərindən böyük bir yük götürülmüşdü.

77


Kislovodsk şəhərindən Bakıya qayıdandan sonra Yədullanın Rantikdə altı min manata qədər pulu qalmışdı.

Yədulla tutulan günün sabahı Rantik bu pulların sayını daha da artırdı. O, Yədullanın kölgəsində dolanaraq bir sıra kiçik cinayətlərlə məşğul olan oğru, fırıldaqçı və cib-girləri bir-bir gəzdi. O hamıya deyirdi ki, pulları Yədullanı qurtarmaq üçün yığırdı. Rantik bu pulları götürüb, təzədən Kislovodsk şəhərinə kefə getmək istəyirdi.

Bu günlər hərdənbir Rantik Klaranı da yadına salırdı. İş burasındadır ki, qız Rantikə böyük təsir bağışlamışdı. Nədənsə o, Klaranı yaddan çıxara bilmir, tez-tez onun cazibədar üzünü, iri qara gözlərini və incə belini xatırlayırdı. Doğrudur, Rantik özlüyündə Klaranı neçə dəfə təh-qiredici, ağır sözlərlə söymüşdü. Axı, Rantiki Yədulla ilə

tanış edən, onu bu quldurun toruna salan Klara olmuşdu.

Buna baxmayaraq o, Klara ilə görüşmək, bu qaragözlü qızın məşuqu olmaq istəyirdi.

Dustaqxanadan gələndən bəri Rantik Klaranı cəmi-cümlətanı iki dəfə görmüşdü. Lakin hər iki dəfə Yədulla yaxınlıqda olduğundan Rantik qızla danışa bilməmiş, ona yalnız salam verməklə kifayətlənmişdi. İndi isə o, mütləq Klaranı axtarıb tapmaq fikrində idi. Ancaq iş əksinə oldu.

Bir axşam Rantik deyil, Klaranın özü onu axtarıb tapdı.

Rantik iki qızla vağzaldakı restorandan küçəyə çıxarkən Klaranın səkidə durub nifrətlə ona baxdığını gördü.

Əvvəlcə Rantik özünü itirdi, nə edəcəyini bilmədi. Lakin Klaranın özü Rantiki bu vəziyyətdən çıxartdı. O, Rantikin yanına gəlib üzünün ifadəsini dəyişdi. Gülə-gülə salam verib ədəblə dedi:

– Cavan oğlan, sizi iki dəqiqəliyə narahat etmək olarmı?

78


Rantik qızlardan üzr istəyib aralandı. Onlar bir kənara çəkilən kimi Klaranın üzü yenə də ciddiləşdi. O, kinayə

ilə soruşdu:

– Bura bax, Rantik, deyəsən, xoşbəxt bir hadisə üz verib, gecə-gündüz kef edirsən.

– Kim deyir ki, mən kef edirəm?

– Mən! Məgər sən hər gün sərxoşluq etmirsən?

– Mən dərddən, fikirdən içirəm, Klara.

– Bəh-bəh, özü də cavan qızlarla, hə?

– Bunun mətləbə dəxli yoxdur. Mən doğrudan da, Yədullanın dərdindən içirəm.

– Yalan deyirsən, məlun.

– Yalan danışdığımı nədən bilirsən?

– Hərəkətlərindən.

– Hansı hərəkətlərimdən?

– Yədullanın adına camaatdan pul yığmağından.

Sonra bu pulları restoranlarda xərcləməyindən. Yədullanı isə yadından çıxarmağından.

– Mən onu yaddan çıxarmamışam. Həmişə onu düşünürəm.

– Əcəb düşünürsən? Onun adına azı altı min pul yığ-mısan, ancaq bir dəfə də ona xörək göndərməmisən.

– Mən onu qurtarmağa çalışıram.

– Restoranlarda gəzməkləmi?

– Mən restoranlarda milis işçilərindən dost axtarıram.

– Yenə yalan deyirsən, Rantik. Bu saat qızları rədd et.

Səninlə işim var.

Yədullanın uzaqda olduğunu, Klaranın harayına gəl-məyəcəyini bilən Rantik hücuma keçdi:

– Əgər düzünü bilmək istəyirsən, mən sənin dərdindən içirəm.

79


– Mənim dərdimdən niyə içirsən?

– Çünki mən səni sevirəm. Sən isə mənə məhəl qoy-mursan.

– Allah səni vurmuşdu, axmaq. Sənin kimilərn mini qurban olsun Yədullanın bir atılan dırnağına. Sən mənə iş

üçün lazımsan. Bu dəqiqə qızları rədd et, məni cin atına mindirmə.

Yədullanın intiqamından qorxan Rantik dərhal yumşaldı. Qızları elə oradaca qoyub Klaranın yanına gəldi.

Onlar gəzə-gəzə dənizkənarı parka gəlib çıxdılar. Bir skamya seçib əyləşdilər. Klara dedi:

– Rantik, Yədulla salam göndərib. Sənin hərəkətlərindən də bərk narazıdır. O qaçmaq istəyir. Kömək lazımdır.

– Mən ona necə kömək edə bilərəm?

– Bilmirsən?

– Xeyr.

– Qulaq as, Rantik, mən səni başa salaram. Yədulla istəyir ki, – deyə Klara ətrafını diqqətlə nəzərdən keçirdi, yaxınlıqda adam olmadığını görüb pıçıltı ilə danışmağa başladı…


***

Milis orqanlarında təsadüfi işə götürülən Salman Niftəliyev belə bir çürük fikir yürüdür ki, vəzifələr mü-vəqqətidir. Buna görə də hər bir adam öz məqsədləri üçün vəzifəsindən mümkün qədər çox istifadə etməli, varlanmağa çalışmalıdır. Salman Niftəliyev dediyi kimi də edirdi. O, restoranlara getdikdə xörəkpaylayan qadınlara hərbə-qadağa gələrək yediyinin pulunu vermir, kolxoz bazarlarına gəldikdə alverçiləri qorxudaraq pulsuz azuqə alıb evinə daşıyırdı. Bir cümlə ilə desək, serjant Nif-80


təliyev milis işçisi adını hər yerdə, hər addımda ləkələ-yirdi.

Salman vəzifəsindən çox razı idi. O, Bayıl həbsxana-sından dustaqları məhkəməyə gətirir, işlərinə baxılana-dək onlara gözətçi olur, sonra isə dustaqxanaya aparırdı.

Qanuna görə məsuliyyətə cəlb olunanların heç kimlə görüşməyə ixtiyarı yox idi. Axı, onlar şahidlərlə görüşüb dil tapar, özlərini necə aparmaq lazım gəldiyini öyrənər və

beləliklə, məhkəmədə öz ifadələrini dəyişib prokurorluğun bütün əməyini heçə çıxara bilərdilər. Bu qaydanı Salman Niftəliyev yaxşı bilirdi. Buna baxmayaraq, o, bu qaydanın pozulmasına yol verirdi. Salman tez-tez dustaqların qohumları, tanışları ilə görüşlərini təşkil edir, gizlincə onlara müxtəlif məktublar ötürür, bəzən bunlar mümkün olmadıqda, ona tapşırılan sözləri gedib dustaqlara xəbər verir, “belə etmə, elə et” deyirdi. Bunların əvə-zində Salmanı tez-tez qonaq edir, sərxoş olana qədər içi-rirdilər.

Yədulla mühakimə olunacaq günün axşamı evdə

oturub pivə içən zaman Niftəliyevi kimsə küçədən səslədi:

– Salman əmi, ay Salman əmi. Niftəliyev pəncərədən boylanıb soruşdu:

– Ə, kimdir o?

– Salman əmi, bayıra çıx, səninlə işimiz var. Niftəliyev “Sovet” küçəsində təzə hamamın qabağında olurdu.

O, pencəyini çiyninə salıb küçə qapısına çıxdı. Qapıda Niftəliyevin tanımadığı bir gənc durmuşdu. Bu, Rantik Nalbaldyan idi. O, ətrafına baxaraq, yaxınlıqda heç kimin olmadığını görüb Niftəliyevin qulağına pıçıldadı: 81


– Salman əmi, qadan alım, qapına gəlmişəm, qovma.

Sənə bir işim düşüb.

– Oğlan, sən kimsən? Mən tanımadığım adamla alış-veriş etməyə öyrənməmişəm.

– Salman əmi, gəl küçədə danışmayaq, qonağam, icazə ver, evinə girim, peşman olmazsan.

“Peşman olmazsan” sözlərini eşidən Salman qulaqlarını şəklədi:

– Qonaq allah qonağıdır. Gəl görək nə işin var? – de-yə Rantiki evinə dəvət etdi.

Onlar içəri otağa keçib əyləşdilər. Salman arvadına çay qoymağı tapşırıb qapını örtdü, sualedici nəzərlə Rantikə baxdı.

– Kimsən, nə istəyirsən?

– Adım Surendir, Salman əmi, dostumu tutublar.

– Əcəb eləyiblər, özünü düz aparsın.

– Nə edim, bir xatadır, əlindən çıxıb.

– Axı, nə edib, ey?

–Heç.

– Yenə də olsun?

– Bir qızla gəzməyə gedib.

– Deməli, zorlama məsələsidir?

– Xeyr, əşi, elə şey-zad olmayıb. Prosto qız qaçırdıb.

– Yaxşı, bunun mənə nə dəxli.

– Deyirdim, bəlkə kömək edəsən.

– Dostun kimdir?

– Yədulla Balaqardaş oğlu. Mənimçün doğma qardaş-dan da artıqdır.

– Mən neyləyim, ay allahın yazığı, prokuror deyiləm ki, qardaşını buraxım.

82


– Elə demə, Salman əmi, əgər sən istəsən, dostuma yaxşı kömək edərsən, elə bil ki, ölmüşəm, yerdən götür.

– Mən ona necə kömək edə bilərəm?

– Sabah onun məhkəməsidir. Biz ona xörək vermək istəyirik.

– Yox, qardaş, bu cinayətdir, mənim balalarım var.

Mən belə işə girişə bilmərəm.

– Salman əmi, mən tavan altında qalan oğlanlardan deyiləm.

– Yox, qardaş. Xahiş edirəm mənim balalarımın çörə-yinə bais olma. Bu işin üstü açılsa, məni nəinki işdən bayıra atarlar, hətta özümü tutub, dustaqxanaya salarlar.

Onda mənim balalarımı kim saxlar?

– Eh, rəhmətliyin oğlu, kim biləcək.

– Baxma, bizə də göz qoyurlar.

– Qorxma, Salman əmi, xəcalətindən yaxşıca çıxaram.

– Sən mənim xəcalətimdən necə çıxa bilərsən?

– Sizə bir yaxşı qonaqlıq verərəm.

– Əgər təmiz xörək olacaqsa, mən razıyam.

– Xörəkdən başqa daha nə ola bilər?

– Nə bilim, müxtəlif zir-zibil.

– Salman dayı, sən zir-zibil nəyi deyirsən?

– Bəzi adamlar dustaqlara xörəklə birlikdə başqa şeylər də vermək istəyirlər. Məsələn, araq, çaxır, anaşa, məktub, adını da qoyurlar zir-zibil.

– Xeyir, Salman əmi, bizim xörəkdə zir-zibil olmaya-caq. Biz Yədullaya iri bir təndir çörəyi vermək istəyirik.

– Bəs çörəyin içində nə olacaq?

– Heç nə.

– Yalan deyirsən.

– Kilsə haqqı düz deyirəm.

83


– Atam-atam, mən razı. Mən həmin çörəyi parça-parça kəsərəm. İçində heç nə olmasa verərəm.

– Çörəyi bütöv vermək lazımdır, Salman əmi.

– Yox, qardaş, məni bu işdən çıx.

Rantik milis serjantını şirnikləşdirmək istəyib dedi:

– Salman əmi, bir qonaqlıq da sabah məhkəmə zamanı verərəm.

– Sən nə danışırsan? Axı mənim köməkçilərim də

var. Onları da qonaq etmək lazımdır.

– Mən razı.

– Allah xeyr versin, – deyə Salman razılıq verib Rantiki yola saldı.

Rantik küçə qapısına çıxanda dedi:

– Bir xahişim də var, Salman əmi.

– Buyur.

– Gərək bu məsələni heç kim bilməsin.

– Arxayın ol. Mən özüm səndən çox ehtiyat edirəm.

Ertəsi gün məhkəmədən əvvəl Rantik Salman Niftəliyevi qonaq elədi. Araq düşgünü olan Salman bilmədi ki, bu zaman Klara pəncərədən Yədullaya bir təndir çörəyi və üç yüz manat pul vermişdir. O, çörəyi kəsib dustaq yoldaşları ilə yedi, çörəyin içindəki fin bıçağını isə qoltu-ğunda gizlətdi.

Yədullanı Bayıl həbsxanasında çox saxlamadılar.

Məhkəmədən on gün sonra onu Keşlə həbsxanasına gön-dərdilər. Daha bir həftə sonra Arxangelsk vilayətinə yola saldılar. Bakı həbsxanalarında olan zaman Yədulla bıçağı gizlətmək üçün çox hiylə işlətdi, bir sıra fırıldaqlara əl atdı. Bütün bunların nəticəsində o, bıçağı dustaq vaqonu-na gətirib çıxara bildi. Vaqonda Yədulladan başqa daha iyirmi doqquz dustaq var idi. Dəstə düzəltməyi, hə-84


də-qorxu ilə hamının gözünün odunu alıb, dəstəbaşı olmağı bacaran Yədulla burada da dustaqların hökmranı ol-du. Yolun ikinci gününün axşamı o, bıçağı işə salıb döşəmənin iki taxtasını çıxartdı. Axşam qatar Rostov vilayə-tinin Kuşşovka stansiyasında dayanarkən vaqondan sürü-şüb düşdü. O dəqiqə Yədullanı tanıyan dustaqlardan biri taxtaları yerinə qoydu. Yədulla dərhal şpalların üstünə

uzandı.

Yədulla yalnız qatar yola düşəndən sonra ayağa qalxdı və özünü yaxınlıqdakı meşəyə verdi. Yədulla Rostov yolu ilə çox gedib gəlmişdi. Bu tərəflərdə hər bir kolu, hər bir cığırı tanıyırdı. Kuşşovkadan Rostova çatmaq üçün ya qatar minmək, ya da Novo-Bataysk, Samarskoye və Alek-sandrovna kəndlərini, habelə Bataysk şəhərini keçəmək lazımdı. Bu çox qorxulu və təhlükəli yol idi. Yədullanı hər addımda saxlayıb pasport tələb edə bilərdilər. Ən çətini Rostova çatmaq idi. Yədullanın Rostovda tanış-bilişi çox idi. O, dostlarından birinin evində daldalanmağı, sonra kəndlərin birində qalmağı qərara almışdı. Əlbəttə, Yədullanın pulu olmasaydı, bəlkə də o, sağ-salamat Rostova gəlib çıxa bilməzdi. Məhkəmədən sonra Klara Salman Niftəliyevin köməyi ilə ona üç yüz manat ötürə bilmişdi. Yədulla bu pulları sağ ayaq-qabısının içində gizlətmişdi. O, çəkməsini çıxardıb pulları götürdü, pencəyinin cibinə

qoydu. Yədulla Rostova qədər olan altmış kilometrlik yo-lu da hiylə ilə keçməyi qət edib meşədən çıxdı. Kuşşovka qəsəbəsinə gəlib avtobus stan-siyasına çatdı, qarşısına çıxan ilk taksiyə əyləşdi. Sürücü soruşdu:

– Hara gedəcəyik?

– Əzizim, sən Qrişa Dosenkonk tanıyırsanmı?

– Xeyir, o kimdir?

85


– Novo-Bataysk kəndində olur.

Sürücü Yədullanın geyimini şübhə ilə nəzərdən ke-çirdib dedi:

– Qardaş, maşından düş, şəhərdə səni hara istəsən apararam. Mən gecə vaxtı tanımadığım adamla kənd yoluna çıxa bilmərəm.

– Qorxma, dostum, mən soyğunçu deyiləm, inşaatçı-yam, tələsməsəydim, gecə vaxtı mən özüm belə avtomobilə minməzdim. Al, bu da sənin yol xərcin, – deyə Yədulla, sürücüyə bir onluq uzatdı. – Ancaq xahiş edirəm, mə-ni yubandırma, atam ağır xəstədir.

Yədulla yolda sürücü ilə danışmamaq və sorğu-suallarına cavab verməmək üçün bir küncə qısıldı və dərhal xoruldamağa başladı. Ancaq bu hiylə idi. Yədulla kiprik-lərinin altından sürücüyə baxır, onun hər hərəkətinə göz qoyur, hərdən cibindəki fin bıçağının dəstəyini əli ilə

bərk-bərk sıxırdı. Darıxdığı üçün sürücü yolda iki-üç dəfə

Yədullanı səslədi. Ancaq sərnişinin şirin yuxuda olduğunu görüb onu rahat buraxdı.

Sürücü Yədullanı bir də Novo-Bataysk kəndinə çatanda çağırdı.

– Ay qardaş, dur, çatdıq. De görüm hara sürüm? Qri-qorii Dosenko harada olur?

Yədulla yuxudan təzə duran adamlar kimi gərnəşdi.

Əlləri ilə gözlərini sildi. Gözdən pərdə asmaq üçün üç-dörd dəfə sürücüyə gah “sağa” sür, gah da “sola dön” de-yə əmr verdi. Sonra avtomobili tindəki evin qarşısında saxlatdırdı. Yədulla maşından düşüb çəpərə yaxınlaşdı.

İki dəfə dalbadal ucadan qışqırdı: “Qrişa, ay Qrişa!”.

86


Sürücü xudahafizləşib getdi. Yədulla onun kənddən uzaqlaşdığını yəqin edəndən sonra qaranlığa tərəf addımladı.

Bu qayda ilə Yədulla Novo-Bataysk kəndindən Samarskoye kəndinə keçdi, oradan Aleksandrovska qəsəbəsinə, daha sonra Bataysk şəhərinə, nəhayət, Rostovu Batayskdan ayıran Don çayının sahilinə gəlib çıxdı. Burada Yədullanın bədəninə üşütmə düşdü. Uzunluğu bir ki-lometrdən artıq olan körpünün qabağında milis işçiləri dayanmışdılar. O, qorxuya düşüb yolunu dəyişdi. Sağa dönərək, sahil boyunca uzanan cığırla addımlamağa başladı. İki-üç kilometr getdikdən sonra, bir oğlanın sahilə

yaxın qayıqda əyləşərək ay işığında balıq tutduğunu gördü.

Yədulla əvvəlcə oğlanı öldürüb qayığa yiyələnməyi qərara aldı. Sonra “Bu ehtiyatsızlıq olar” deyə özünü sərxoşluğa vurdu, ağlına gələn ilk rus xalq mahnısını oxuya-oxuya balıqçıya yaxınlaşdı, dili pəltək vura-vura dedi:

– Uğur olsun, oğlan.

– Sağ ol, əmican.

– Ovun çoxdurmu?

– Həmişə yaxşı olurdu. Bu gün isə cəmi iki balıq tutmuşam.

– Oğlan, mən adaxlıbazlıqdan gəlirəm, qorxuram səhər işə gecikəm, məni o taya apar.

– Əvəzinə nə verərsən?

– Nə istəsən.

– İki yüz qramın pulunu verərsən?

– Lap yarım litrin pulunu verərəm. Al, bu da sənin pulun, – deyə Yədulla oğlana bir göy üçlük uzatdı.

87


Oğlan dinməz-söyləməz qayığı sahilə tərəf sürdü.

Pulu alıb cibinə qoydu. Yədulla qayığa minən kimi avar-ları işə saldı. Yədulla sakit Donun axar sularına tamaşa edə-edə öz-özündən soruşdu: “Görəsən vaqondan qaçma-ğımdan xəbər tutublarmı? İnanmıram, hələ tezdir. Hər ehtimala qarşı ehtiyatlı olmalıyam. Gecəyarısı qayıqla Rostova yaxınlaşmaq şübhəli görünməzmi? Sahildə qabağıma milis çıxıb, kim olduğumu soruşsa, nə cavab verərəm? Yox, yox, Rostova getmək olmaz. Oğlanı bişirib qayığı başqa yerə sürdürmək lazımdır. Sözümə baxmasa mən onu öldürüb çaya atmalı və mütləq qayığa yiyələn-məliyəm. Çünki dala qayıtmaq olmaz. Bu hamını şübhə-ləndirər. Dala yol yoxdur. İrəli, ancaq irəli!”.

Belə mülahizədən sonra Yədulla yenə şirin dilini işə

saldı:

– Oğlan, allahdan gizli deyil, bəndədən nə gizli. Sən özün yaxşı bilirsən ki, səhərə yaxın mən bu kökdə evə qayıtsam, arvad məni evdən mütləq qovacaq. Yaxşısı budur ki, sən məni anamgilə aparasan, yıxılıb orada qalaram. Səhər də arvada deyərəm ki, anamgildə idim. Yoxsa o mənim saçlarımı yolar, yaman qaraçı arvaddır.

– Əmican, bəs arvadınız ola-ola adaxlıbazlığa nə

üçün gedirsiniz? – deyə oğlan soruşdu.

– Sən hələ uşaqsan, bacıoğlu. Həyatda belə şeylər çox olur. İnşallah böyüyəndə başa düşərsən. Mən sənə bir üçlük də verərəm.

– Ananız harada olur?

– Naxçıvanda.

– Uzaqdır. Mən yorula bilərəm. Qayıqla üzüyuxarı avar çəkmək asan iş deyildir.

– Yaxşı, beş manat verərəm.

88


– Məsələ pulda deyil. Qorxuram, yorulam.

– Mən də sənə kömək edərəm.

– Nə deyirəm, aparım da.

Bir saat sonra qayıq onları Naxçıvana gətirib çıxartdı.

Yədulla qayıqdan düşərkən oğlana bir beşlik də uzatdı və


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации