Текст книги "Brilyant məsələsi"
Автор книги: Cəmşid Əmirov
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 20 страниц) [доступный отрывок для чтения: 7 страниц]
– İnanmıram, yoldaş kapitan.
– Bəlkə cəhd edəsiniz. Mən dəmiri qızğın ikən döymək, ikinci oğrunu da elə bu gün axtarıb tapmaq istəyirəm.
– Cəhd edərəm, yoldaş kapitan.
– Gedin, əmri yerinə yetirin.
Sonra kapitan Rəsulov ekspert Səmayə Hacıyevanı otağa dəvət etdi. Kapitan Rəsulov baş leytenant Hacıyeva ilə birlikdə müxbirin otağına daxil oldu. Səmayə Hacıyeva qonşuların otağa doluşmalarından narazı qaldığını gizlətmədən döşəməyə ötəri nəzər saldı, hirslə başını tər-pədib dedi:
111
– Yoldaş kapitan, deyəsən, mən sizə heç bir kömək edə bilməyəcəyəm. Otağı lap karvansaraya döndəriblər, aləm bir-birinə qarışıb.
Səmayə Hacıyeva müxbirin hər iki otağını gəzdi, hər şeyə diqqət yetirdi, döşəmənin bəzi yerlərini xüsusi cid-diyyətlə tədqiq etdi. Cibindən çıxardığı xətkeşlə bu yerləri ölçdü. Bununla maraqlanan Rəsulov sualedici nəzərlə
ekspertə baxdı. Səmayə dedi:
– Yoldaş kapitan, otağın bəzi yerlərində ayaqqabıla-rının ölçüsü qırx bir-qırx iki olan bir adamın izlərinə rast gəldim. Əvvəlcə elə düşündüm ki, bu oğrulardan birinin çəkməsinin izidir. Lakin sonra yanıldığımı başa düşdüm.
– Nə üçün?
– Çünki otağa nəzər salanda divanın yanındakı bu ayaqqabını gördüm. Bax görürsünüz, bu çəkmələr də təxminən qırx bir-qırx iki ölçüdədir. Deməli, həmin izlər oğrunun deyil, ev sahibinindir.
– Yaxşı, yoldaş baş leytenant, gəlin indi, qapının kilidini nəzərdən keçirək.
Səmayə Hacıyeva heç bir söz demədən əvvəlcə otaq qapısının, sonra isə dəhlizdəki qapının kilidlərini diqqətlə
tədqiq etdi, cibindən çıxardığı zərrəbinlə hər iki qıfılın içini nəzərdən keçirdi. Oğruların qapı qıfıllarını hansı vasitə
ilə açdıqlarına böyük əhəmiyyət verən kapitan Rəsulov ekspertin hər bir hərəkətini diqqətlə izləyirdi. Kilidlərin yoxlanılması başa çatdırılan kimi kapitan Rəsulov heç bir sual vermədən ekspertə baxdı. Birgə iş dövründə kapitan Rəsulovun hər bir sual və marağını sözsüz anlamağa alışan baş leytenant Hacıyeva dedi:
– Çox təəccüblüdür. Kilidlərdə heç bir iz-zad yoxdur.
Əgər oğrular qapıları başqa alətlə açsaydılar, heç olmazsa 112
kiçik bir iz qalardı: kilidlərin içi ya zədələnər, ya da cızı-lardı. Görünür, oğrular qapıları açmaq üçün qabaqcadan xüsusi açar hazırlamışlar.
Hadisə yerinin nəzərdən keçirilməsi haqqında eks-pertlərin qeydlərini diqqətlə dinləyən Əli Rəsulov dedi:
– Hər şey aydındır, yoldaş baş leytenant, xahiş edirəm otağın nəzərdən keçirilməsi haqqında protokol tərtib edəsiniz. Sonra aşağı düşüb gözləyin bəlkə yenə lazım oldunuz. Mən bir az bu qonşu qadınla söhbət etmək istəyirəm.
Əli Rəsulov dəhlizə çıxıb Həlimənin qapısını döydü.
Artıq Həlimə otağını süpürüb səliqəyə salmış, gözəçarpan artıq şeyləri yığışdırmış, hətta paltarını belə dəyişmişdi.
İndi Həlimə üstündə iri gülləri olan boz şifon paltar geymişdi. Qolları və ağ sinəsi açıq qalmışdı. Kapitan Rəsulova xoş gəlmək üçün Həlimə daha da pudralanmış, əl-üzünə, başına ətir vurmuş. Hətta heyfslənmədən stolun və divanın üstünə də ətir çiləmişdi. Hər yanı burun qıcıq-landırıcı ətir iyi götürmüşdü.
Əli Rəsulov otağa girən kimi buradakı dəyişikliyi görüb, daxilində Həlimyə güldü, zahirdə isə özünü elə apardı ki, guya Həlimə ilə çox maraqlanmışdır. O, üzünə xoş
bir təbəssüm verib dedi:
– Üzr istəyirəm, Həlimə xanım, sizi bir az da narahat etmək istəyirəm.
Həlimə əzilə-əzilə cavab verdi:
– Buy, qadan alım, bu nə sözdür, öz evinizdir, keçin əyləşin, gözüm üstə yeriniz var.
– Çox sağ olun, Həlimə xanım, – deyə Əli Rəsulov otağa keçdi, bu dəfə divanın üstündə əyləşdi. Həlimənin 113
ətli bədəninə kip yapışan şifon paltara, onun açıq qalmış
ağ mərmər sinəsinə ötəri nəzər salıb dedi:
– Nə qəşəng paltarınız var, sizə çox yaraşır.
– Buy, qadan alım, mənə komplement deyirsiniz?
– Xeyir, Həlimə xanım, mən həmişə gördüyümü deməyə alışmışam.
– Elədirsə, sağ olun, dövlətinizdən mən heç bir vaxt hazır paltar almaram, həmişə parça alıb ən yaxşı dərzilərə
tikdirirəm. Doğrusunu bilsəniz, qazandığımın yarısı elə
dərzilərə gedir.
– O biri yarısını yəqin ki, ətirə verirsiniz, eləmi? – de-yə Rəsulov gülə-gülə soruşdu.
– Ətir qadının yaraşığıdır, qadan alım. Mən ac-susuz qalmağa razı olaram, ancaq ətirsiz bir gün belə tab gətirə
bilmərəm. Dünyaya bir dəfə gəlmişik, bir dəfə də gedəcəyik. Bəs nə üçün yaşayırıq. Allah şükür, nə oğul-uşağım var, nə də qohum-qardaşım. Mal-dövləti kimə yığıb saxla-yacağam. Canımdan artıq deyil ki?
– Duz buyurursunuz, Həlimə xanım, özü də, deyəsən, “Krasnaya Moskva” ətrini sevirsiniz.
– Bəli, yalnız “Krasnaya Moskva”nı.
– Həlimə xanım,
Bu başı bəlalı oğurluq haqqında mənim sizə daha bir neçə sualım var.
– Buyurun, qadan alım.
– Deyin görək qonşunuz kimdir?
– Mərkəzi qəzetlərdən birinin müxbiridir. Adı Hüseyn, familyası isə Dadaşovdur.
– Evlidirmi?
– Xeyr, subaydır.
114
– Hüseyn Dadaşovun qohumu, tanışı, dostu yoxdur-mu?
– Mən bu suala cavab verə bilmərəm. Onun dostlarını tanımıram.
– Evinə necə, başqa damlar gəlirmi?
– Xeyr, onun yanına gələn az olur. Çünki müxbir vax-tının çoxunu ezamiyyətlərdə keçirir. Bakıya gələndə isə
həmişə redaksiyada olur.
– Dünən, yaxud srağagün müxbirin qonağı olubmu?
– Dünən haqqında heç nə deyə bilmərəm, çünki özüm evdə yoxdum. Ad gününə getmişdim. Srağagün isə
o evdə təkdi. Tez-tez telefonla danışır, nə isə yazırdı. Hətta ona iki dəfə Moskvadan da zəng vurmuşdular.
– Bəlkə müxbir subay olduğundan onun yanına qadın gəlir?
– Bu suala lap düzgün cavab verə bilərəm, qadan alım. Mən ki, indiyədək onda bir kişilik sifəti görməmişəm. Müxbirin qadın tayfasından zəhləsi gedir. Özünüz görürsünüz də, mən də dulam. Allaha şükür, Çirkin də
deyiləm. İkimiz də tək oluruq. Əgər onun fikrindən arvad-zad keçsəydi, heç olmazsa hərdənbir mənə də söz atardı, sataşardı, daha məni burada qoyub, başqasını niyə
evinə gətirirdi.
Həlimənin pozğun qadın olduğunu öz-özlüyündə
yəqinlik hasil edən kapitan Rəsulov söhbəti davam etdirdi:
– Həlimə xanım, Hüseyn Dadaşovun səhər saat neçədə getdiyi yadınızdadırmı?
– O, qapıdan çıxanda divar saatı zəng çaldı. Bu, mənim yaxşı yadımdadır. Səkkiz tamam idi.
115
– Dadaşovun otaqlarının açarları nə oldu? Özü ilə
apardı?
– Əlbəttə, özü ilə aparmayıb, məndə qoymayacaqdı ki…
– Bəs bayır qapının açarı?
– Bayır qapının açarı onda da var, məndə də. Ancaq o, səhər məni yuxudan durğuzanda dedi ki, bayır qapının açarını idarədə qoymuşam. Mən də durub qapını bağla-dım.
– Açarı çıxardınız, ya qıfılın içində qoydunuz?
– Xeyir, çıxartdım.
– Nə üçün?
– Çünki mən eşitmişəm ki, açar qıfılın içində olanda oğrular dal tərəfdən xüsusi kəlbətin salıb həmin açarın ucundan tuturlar və qapını asanlıqla açırlar.
– Maraqlıdır – deyə kapitan Rəsulov dilləndi. – Mən heç bilmirdim.
– Bəli, bəli, bu doğrudan da belədir. Bir nəfər mənə
demişdir ki, bəzi maymaqlar açarı qıfılın içində qoyarkən belə zənn edirlər ki, xarici tərəfdən heç kəs açar salıb qapını aça bilməz. Halbuki onlar yanılırlar, özləri belə bilmədən qapılarının açarını oğruların əlinə verirlər.
– Çox maraqlıdır. Deyin görək haqqında danışdığınız o bir nəfər kimdir?
Rəsulova elə gəldi ki, Həlimə xanım bu dəfə də özünü itirdi. O azacıq qızardı, özünü ələ almaq üçün gülümsündü, əzilə-əzilə cavab verdi:
– Heç, köhnə tanışdır. Qabaqlar mənə uxajivat eləyir-di.
– Qabaqlar? Bəs indi?
116
– Mən onu üç ildir ki, görmürəm. O zaman çox gəldi-getdi, məni almaq istəyirdi. Ancaq mən razılıq vermədim.
– Danışığınızdan belə çıxır ki, çox bilikli adamdır.
Adı nədir?
– Bəli, savadlıdır. Sənaye institutunu bitirib. Mədəndə mühəndis vəzifəsində işləyir. Adı Səlimdir. Familiyası isə Nağıyev.
– Hansı mədəndə?
– O vaxt Suraxanıda işləyirdi, ancaq indi harda olmasından xəbərim yoxdur.
– Bunun mətləbə dəxli yoxdur, Həlimə xanım. Bunları mən elə-belə söz gəlişi soruşdum. İndi gəlin əsas məsələdən danışaq. Siz dediniz ki, oğrular iki nəfərdir, eləmi?
– İkinci oğrunun xarici görünüşü yadınızdadırmı?
– Vallah, düzünü bilmək istəsəniz, mən həmin oğlanı yaxşı görə bilmədim. Stilyajnı bir oğlandı, məncə qara sa-çı, sarı qalstuku, uzun burnu vardı. Qızlar kimi saçını uzatmışdı. Lap Tarzana oxşayırdı. Siz gəlməmişdən bir az əvvəl “Pobeda” ya minib qaçdı.
– Siz bıçağı kimdə gördünüz, bu oğlanda, ya sarı qalstukluda.
– Sarı qalstukluda, deyəsən? o başçı idi, çünki bu oğlana göstəriş verirdi, onu tələsdirirdi.
– Siz həmin oğlanın “Pobeda”ya minməsini öz gözlə-rinizlə gördünüz?
– Bəli, öz gözlərimlə. Bizim pəncərədən küçə çox yaxşı görünür.
– “Pobeda”nın nömrəsini necə, görə bildiniz?
– Xeyir, nömrəsini görə bilmədim.
117
– “Pobeda” harada dayanmışdı?
– Sizin avtomobildən on-on beş metr qabaqda.
– Maşının rəngi necə, yadınızda qaldımı?
– Bəs necə? Günəş altında yaxşı parıldayırdı. Qəhvəyi… yox, yalan deyərəm. Açıq-qəhvəyi rəngli idi.
Əli Rəsulov pəncərəyə yaxınlaşıb aşağı baxdı əli ilə
kiçik leytenant Rzayevi çağırdı. Sonra yerinə qayıdaraq dedi:
– Həlimə xanım, bayaqdan nə qədər fikirləşirəmsə,
“Qış gecəsi” romanının kim tərəfindən yazıldığını yadıma sala bilmirəm. Heç olmasa deyin görək yaxşı romandır?
Oxumağa dəyər?
Həlimə Əlağa qızının indiyə qədər oxumuş olduğu yeganə bir roman vardısa, o da “Qış gecəsi” idi. Romanın məzmunu az-çox yadında idi. Buna görə də Həlimə çətinlik çəkmədən Rəsulovun sualına cavab verdi:
– Bəli, qadan alım, çox yaxşı romandır. Dəmir yolunda provodnik işləyən Rəhman adlı bir kişinin oğlu Adilin Moskvada oxuyub prokuror olmasından, qaragözlü Cey-ran adlı qəşəng qızı sevməsindən və onun ögey anasından danışılır.
Əli Rəsulov kiçik bir hiylə işlətməyi qərara aldı:
– Həlimə xanım, mənim sizə bir işim düşüb.
– Allaha çox şükür, padşahın da nökərə işi düşərmiş.
Sizin kimi qəşəng naçalnikə can qurban. Hər nə desəniz, qulluğunuzda hazıram. Təki sizin mənə işiniz düşsün.
– Bilirsiniz, Həlimə xanım, siz “Qış gecəsi” romanını o qədər təriflədiniz ki, məni də həvəsə gətirdiniz. Bu gün növbətçiyəm. Səhərə qədər bekar qalacağam. Əgər mümkünsə o romanı verin, mən də oxuyum. Sabah qaytara-ram.
118
Həlimə bir anlığa çaşdısa da, bunu büruzə verməyib:
– Bax, mənim bu gözlərim üstə, – deyə ayağa qalxdı, bu zaman paltarının ətəyini qəsdən Rəsulovun dizlərinə
toxundurdu, ehtiraslı gözləri ilə ona odlu bir nəzər saldı.
O, gözdən pərdə asmaq üçün otaqda o yan-bu yanı gəzdi, şkafa və bufetə baxdı, ucadan öz-özündən soruşdu:
“Qəribədir, bəs bu andıra qalmış kitab nə oldu?”. Birdən əlini alnına vurub dedi:
– Hə, yadıma düşdü. Sizdən bir az qabaq rəfiqəm bi-zə gəlmişdi. O apardı. İstəsəniz mən lap bu gün kitabı alıb sizə gətirərəm.
– Zəhmət çəkməyin, mən özüm axtarıb taparam. Həmin kitabı mağazalardan almaq olarmı?
– Deyə bilmərəm, mən o romanı kitabxanadan almışam. Kapitan Rəsulov, ayağa qalxıb dəhlizdən kiçik leytenant Rzayevi səslədi. Kiçik leytenant otağa girib farağat dayandı:
– Yoldaş kapitan, əmrinizi dinləyirəm.
– Rzayev, oğru oğlanın ciblərini yaxşı-yaxşı axtardın-mı?
– Bəli, səkkiz manat pul, daraq, avtomat qələm, bir də
dəsmal vardı.
– Vəssalam?
– Bəli.
– Yaxşı, müxbir Dadaşovun evini möhürlə. Baş leytenant Hacıyevaya de ki, oğrular buraya açıq-qəhvəyi rəngli “Pobeda” da gəlmişlər. Həmin avtomobil bizim maşından on-on beş metr qabaqda dayanıbmış. Qoy həmin avtomobilin izləri ilə maraqlansın.
– Baş üstə.
119
Kiçik leytenant getdikdən sonra kapitan Rəsulov Həlimə Əlağa qızı ilə söhbəti davam etdirdi:
– Həlimə xanım, o sarı qalstuklu oğlanı bir də görsəniz tanıya bilərsinizmi?
– Əlbəttə, üzündən tanımasam da, boy-buxunundan, geyimindən tanıya bilərəm.
– Bəs indi tutduğumuz oğlanı necə?
– Onu da tanıyıram.
Əli Rəsulov yerindən qalxıb Həlimə xanımla xudahafizləşdi, onun əlini səmimiyyətlə sıxıb dedi:
– Həlimə xanım, işdir, əgər şəhərdə həmin sarı qalstuklu oğlana rast gəlsəniz, qorxmayın, özünüzü itirmə-yin. Özünüzü elə aparın ki, guya onu tanımırsınız. Ancaq dərhal telefonla bizə xəbər verin.
– Axı mən telefonunuzun nömrəsini bilmirəm.
– Bir yerə yazın ki, yadınızdan çıxmasın. Telefonumun nömrəsi 39-99-dur.
– Hələ ki, hafizəm yaxşıdır, qadan alım, yadımda qalar: 39-99. Ancaq isminizi bilmədim.
– Familiyam Rəsulovdur.
Kapitan Rəsulov dəhlizə çıxanda, nəyi isə yadına salıb geri qayıtdı:
– Həlimə xanım, bağışlayın, yenə sizi narahat edirəm.
Az qalmışdı ki, yadımdan çıxsın. Bilmirsiniz oğrular müxbirin evindən nə aparıblar? – deyə soruşdu və bu zaman diqqətlə Həlimənin üzünə baxdı. Kapitana elə gəldi ki, qadın bir anlığa çaş-baş oldu, bir az qızardı. Sonra suala cavab verdi:
– Bir qara çamadan, saat, bir də ki…
– Hə dayanmayın, deyin görüm, bir də nə.
120
– Mən biləni daha heç nə. Axı mən müxbirin bütün şeylərini saymamışam, evinə də gəlib-gedən deyiləm. O, bizim kimi sadə adamları bəyənmir.
– Biz heç çamadana baxmadıq. Görəsən onun içində
nə var?
– Daha onu mən nə bilim.
– Xudahafiz, Həlimə xanım, sağlıqla qalın.
– Allah sizdən razı olsun, bizə tez-tez gəlin.
– Müxbir ezamiyyətdən qayıdan kimi onu milis idarəsinə göndərin.
– Baş üstə, göndərərəm.
Kapitan Rəsulov gedəndən sonra kiçik leytenant Rzayev buraya gəldi, müxbirin otağının qapısını möhürləyib getdi.
Əli Rəsulov aşağı düşəndə artıq baş leytenant Hacıyeva işini qurtarmışdı. Rəsulov ekspertə yaxınlaşaraq baş
leytenantın üzünə baxdı. Səmayə, Rəsulovun nəyi bilmək istədiyini başa düşüb dedi:
– Yoldaş kapitan, yarım saat bundan əvvəl burada doğrudan da bir “Pobeda” dayanmışdır. Avtomobil köh-nədir. Yerdə yağ ləkələri var. Bu onu göstərir ki, avtomobilin karteri azacıq zədələnmiş, buna görə də yağ buraxır.
Maşının qabaq təkəri yaxşı geydirilmədiyindən “səkkizlik” vurur. Sol dal təkərinə isə təzə şin salınmışdır. Mən bütün izlərin şəklini çəkdim.
– Aydındır, yoldaş baş leytenant, gəlin gedək.
Onlar avtomobilə minərkən Rəsulovun gözləri ikinci mərtəbəyə sataşdı. Həlimə Əlağa qızı pəncərəyə söykə-nərək milis avtomobilinə baxır və gülürdü. Kapitana elə
gəldi ki, bu təbəssümdə istehza vardır. Əli Rəsulov öz-özünə dedi: “Nə olar, Həlimə xanım, sən indi istehza 121
ilə gülürsən. Güman edirsən ki, bizi aldatdın. Ancaq sən səhv edirsən. Nədənsə mən sənə inanmıram. Sən düz adama oxşamırsan. Nə olar, borclu-borclunun sağlığını istər. Gələcək kimin haqlı olduğunu göstərər”.
OĞRU OĞLAN
Avtomobil yola düşərkən kapitan yolun əks tərəfinə
baxdı. Qarşıdakı səkidə bir oğlan onun diqqətini cəlb etdi.
Oğlan gah milis avtomobilinə baxır, gah da qarşısında əyləşmiş bir kişinin çəkməsini silirdi. Rəsulov nə haqqında isə fikirləşib öz-özünə gülümsündü.
Avtomobil tini burulan kimi Rəsulov şoferə əmr etdi.
– Saxla.
Sonra Rəsulov köməkçisinə müraciət etdi.
– Cabir, gərək ki, sən bu evdə yaşayırsan, eləmi?
– Bəli, yoldaş kapitan, burada oluram.
– Onda tez ol maşından düş, səninlə işim var.
Rəsulov baş leytenant Hacıyevaya baxıb gizlincə göz vurdu. Səmayə, kapitanın nə demək istədiyini dərhal anladı. Heç bir söz demədən keçib oğru oğlanın yanında əyləşdi.
Əli Rəsulov Rzayevi qapılarına qədər ötürdü, burada ondan aralanaraq dedi:
– Kiçik leytenant, tez paltarını dəyiş, adi kostyum geyib geri qayıt. Həliməni izlə. Onu gözdən qoyma, yadında möhkəm saxla: Həlimənin hər bir hərəkəti, hər bir görüşü məni maraqlandırır, aydındırmı?
– Bəli, aydındır. Mən onu izlərəm.
122
– On-on beş dəqiqədən sonra mən də geri qayıdacağam. Əgər mən qayıdana qədər Həlimə evindən çıxıb getsə, onu izlərsən.
Getməsə, mən gələnədək gözlərsən. Mən qayıdanda özünü elə göstər ki, guya məni tanımırsan, dərhal çıx get.
– Baş üstə.
– İşdir, Həliməgilə başqa bir adam gəlsə, ona da nəzər yetir. Simasını, paltarını yadında saxla. Ancaq o adamı izləmə. Yadından çıxarma ki, əsas hədəf Həlimədir.
– Arxayın olun, yoldaş kapitan, hər işi dediyiniz kimi edərəm.
Əli Rəsulov yenidən avtomobilə mindi. Baş leytenant Hacıyeva şoferin yanına keçdi, Rəsulov isə oğru oğlanın yanında əyləşdi.
Əli Rəsulov şoferə: “Vasif, birbaşa idarəyə sür!”, əmrini verib, oğru oğlanı diqqətlə nəzərdən keçirdi.
Bu, ortaboylu, sağlam bədənli, qıvrımsaçlı, göygözlü, qarabuğdayı bir oğlandı. Çox cazibədar idi. İyirmi yaşı ancaq olardı. O, idmançılara məxsus boz rəngli kostyum geyinmişdi. Döşündə ikinci dərəcəli “Əmək və müdafiəyə hazıram” nişanı vardı. Oğlan avtomobilin küncünə
qısılaraq dinmir, şaşqınlıqla gah Rəsulova, gah da Hacıyevaya baxırdı.
Əli Rəsulov oğlanın xarici görünüşündən çox razı qaldı. Kapitan öz-özünə dedi: “Bu oğlan heç də dələduz adama oxşamır, görünür hələ pozulmayıb. Yəqin təsadü-fü olaraq oğrulara qoşulmuş, yaxud da onu bu işə məcbur etmişlər. Belə isə, onda kim və nə üçün məcbur etmişdir?
Bunu necə öyrənməli?”
Rəsulovun oğlana ilk sualı bu oldu:
– Oğlan, adın nədir?
123
– Vaqif Süleymanov.
– Neçə yaşın var.
– Min doqquz yüz qırx ikinci ildə anadan olmuşam.
– Deməli, on doqquz yaşın var. Bir yerdə işləyirsən-mi?
– Xeyr.
– Yəqin tələbəsən. Harda oxuyursan?
– Heç bir yerdə.
Əli Rəsulov təəccübləndiyini gizlətmədən soruşdu:
– Necə? Oxumursan? Deməli, heç bir ictimai-faydalı əməklə məşğul olmursan?
– Belə çıxır.
Kapitan Rəsulov adam tanımaqda mahir idi. Oğlana daha çox nəzər yetirdikcə ona elə gəlirdi ki, Vaqif tərbi-yəli, təmiz oğlandır. Nədənsə kapitanda bu oğlana qarşı hüsn-rəğbət oyandı. Özünü onun oğru olmadığına inan-dırmağa çalışdı. Ancaq bunu bacarmadı. Dəlillər bunun əksini, Vaqifin oğru olduğunu sübut edirdi. Buna baxmayaraq, Əli Rəsulov Vaqiflə yenə mülayim danışdı:
– Vaqif, sən nə üçün “belə çıxır” deyirsən. Məgər həqiqətən də belə deyilmi?
– Beləliyinə belədir. Ancaq məndə təqsir yoxdur.
Orta məktəbi qurtardıqdan sonra Politexnik İnstitutuna girməyə cəhd etdim. Lakin fizikadan kəsildim. İşə girməyə çalışdım. Sənətim olmadığından münasib bir yer tapa bilmədim. Bu il də elə oldu. İmtahanları verdimsə də, mü-sabiqədən keçə bilmədim, bircə bal çatmadı.
– Atan-anan var?
– Atam müharibədə həlak olmuşdur. Anam isə mədəndə işləyir. Neftçıxarma operatorudur.
124
Kapitan Rəsulov daha bir qədər fikirləşdikdən sonra başını buladı. Heyfslənə-heyfslənə dedi:
– Belə-belə işlər, Vaqif. bu cavan vaxtında lo-tu-potuya qoşulmusan, ev oğurluğuna gəlmisən.
– Yoldaş kapitan, nəyə istəyirsinizsə and içim, inanın, mən oğru deyiləm.
– Yaxşı, Vaqif, de görüm, yoldaşın kim idi?
– Mənim heç bir yoldaşım yoxdur. Mən o evə tək gəlmişdim.
– Yalan deyirsən, bəs sarı qalstuklu oğlanı necə, tanımırsan?
– Birinci dəfədir ki, eşidirəm.
– Yenə yalan danışdın. Axı sən həmin oğlanla birlikdə müxbirin evində olmusan.
– Müxbir kimdir?
– Çamadanın sahibi.
– Mən müxbiri tanımıram, tanısaydım çamadanı aparıb elə ona verərdim, cəncələ də düşməzdim.
– Vaqif, nə üçün inad edib təqsirini boynuna almırsan. Axı, səni müxbirin evində görüblər.
Vaqif qaşlarını çataraq, təəccüblə soruşdu:
– Məni görüblər?
– Bəli, səni, özü də sarı qalstuklu oğlanla.
– Kim görübdür?
– Bir qadın.
Vaqif laqeyid cavab verdi:
Ola bilməz, yəqin səhv salıb, məni başqasına oxşadır.
– Ola bilər, – deyə Rəsulov sorğu-sualı dayandırdı.
Vaqif kimi o da avtomobilin o biri küncünə qısılıb fikrə
getdi: “Görəsən bu oğlana inanmaq olarmı?” deyə Rəsu-125
lov öz-özünə sual verdi, dərhal ürəyində dedi: “Zənnimcə
olar. Ancaq bunu necə sübut etməli?”.
Əli Rəsulov öz sualına cavab tapa bilmədi. Beş dəqiqə keçdikdən sonra avtomobil onları Qoqol küçəsindəki Bakı milis idarəsinə gətirib çıxardı. Kapitan Rəsulov hadisə haqqında idarənin növbətçi zabiti mayor Sərdar Əzimova raport verdi:
– Yoldaş mayor, əmrinizi yerinə yetirdim. Oğrulardan birini tutub gətirmişəm. Əlində çamadan qaçmaq istəyirdi. İkincisi isə avtomobilə minib qaçıbdır. Sarı qalstuklu bir oğlandır. Oğrunu təhvil alın, hələ protokol tərtib etməmişik. Mən isə dərhal geri qayıtmalıyam. Vacib məsələ var. Qanunla mən elə bu dəqiqə akt tərtib etməli və oğru oğlanı dindirməliyəm. Ancaq icazə verin bu gün qayda-qanundan kənara çıxaq.
– Məqsədin nədir?
– Bir qadını nəzarət altına almaq istəyirəm.
– Sirr deyilsə Əli, de görək, o qadın kimdir?
Əli Rəsulov hadisəni olduğu kimi növbətçi zabitə danışdı. Həlimə Əlağa qızının bəzi hərəkətlərindən şübhə-ləndiyini bildirdi. Axırda dedi:
– Yoldaş mayor, Svetlana Stepanovnanı bu günlüyə
mənim sərəncamıma verərsən?
– Sənə ancaq qız lazımdır?
– Qız olsa daha yaxşıdır, şübhə doğurmaz.
– Axı, onun başqa işi var.
– Başqa işi sonra görmək olmaz?
– Olar. Lazımdırsa, Stepanovnanı özünlə apara bilərsən.
126
ÇƏKMƏSİLƏN ƏBDÜL
Kapitan Rəsulov oğru oğlanı növbətçi zabitə təhvil verdi. Səmayə Hacıyeva isə hadisə yerində çəkdiyi şəkilləri tədqiq etmək üçün elmi-texniki laboratoriyaya getdi.
Bir neçə dəqiqə keçdikdən sonra Əli Rəsulov leytenant Svetlana Stepanova ilə taksiyə minib geri qayıtdı. Kiçik leytenant Cabir Rzayev kimi bu dəfə kapitan Rəsulov da milis zabiti paltarını dəyişmişdi. O, boz rəngli kostyumu-nu, Svetlana isə idmançı paltarını geymişdi.
Həliməgilin evinə bir tin qalmış onlar taksidən düş-dülər. Rəsulov dedi:
– Sveta, burada biz aralanırıq. Daha sən məni tap-mırsan, “Qaradağlı” küçəsindəki 136 nömrəli evə çatan kimi gəzməyə başlarsan. Kiçik leytenant Rzayevə rast gəlsən, uzaqdan ona işarə et. Qoy çıxıb getsin. Sən isə haqqında danışdığımız qadını və onun evini gözlə. Əgər Rzayevi orada görməsən, heç bir şey etməzsən, sakitcə çıxıb gedərsən.
– Oldu, yoldaş kapitan.
Əli Rəsulov isə birbaşa çəkməsilən oğlanın yanına gəldi, salam verib, kürsüdə əyləşdi.
– Qəşəng oğlan, ayaqqabımı sil.
– Bax, mənim bu gözlərim üstə.
Çəkməçi öz işini yaxşı bilən və çalışqan bir oğlandı.
O, hər dəfə şotkanı ayaqqabının üstünə çəkdikcə, məzəli bir lətifə danışır, qəh-qəh çəkib səmimi gülürdü. İşin şirin yerində Əli Rəsulov soruşdu:
– Dostum, burada çoxdanmı işləyirsən?
– Bəli, lap uşaq yaşlarımdan.
– Məgər sən indi böyüksən?
127
– Əlbəttə, on yeddi yaşım var.
– Oxuyursanmı?
– Bəs necə, bütün dərslərimdən “4”-“5” alıram. Axşam məktəbindəyəm. Yeddidə oxuyuram.
– Bu gün necə, saat neçədə buraya gəlmisən?
– Mən hər gün səhər tezdən buraya gəlirəm, bütün gün işləyirəm.
– Sən mənim gizli bir sualıma cavab verərsənmi?
– Meylimə düşsə, verərəm.
– Qarşıdakı beşmərtəbəli evi görürsənmi?
– Bəli, görürəm.
– Bu gün saat ikidə həmin evin qarşısında avtomobil dayanmışdımı?
– Onu nə üçün soruşursunuz?
– Doğrusunu bilmək istəsən, bu evdə bir qadın yaşayır, onunla çox maraqlanıram.
– Deməli, siz də eşqin bəlasına düşənlərdənsiniz, düzdür?
– Düz tapmısan.
– İndi ki, belədir, mən sizin suallarınıza cavab verərəm, çünki “Leyli və Məcnun”dan bilirəm ki, eşqin bəlasına düşənlər yazıq olurlar, onlara kömək etmək savab işdir.
– Yaxşı, sualıma cavab ver. De görüm maşın dayanmışdı, ya yox?
– Bu gün həmin evdə o qədər hadisə olub ki, gəl görəsən. Əli Rəsulov özünü bilməməzliyə vurdu:
– Nə olub məgər?
Oğlan suala-sual ilə cavab verdi:
– Sizi maraqlandıran qadın ikinci mərtəbədə yaşayır?
– Bilmirəm, deyəsən, ikinci mərtəbədə.
128
– Gözəldirmi?
– Elədir ki, var.
– Bu gün onun evini oğurlayıblar.
– Yox əşi? Kim?
– Bir cavan oğlan. Ancaq oğruya oxşamır. – Oğruya oxşamadığını nədən bilirsən?
– Mən dünyagörmüş adamam, yaxşını pisdən ayırmağı bacarıram. Xarici görünüşündən o oğlan çox mədəni gəncə bənzəyir. Ondan oğru çıxmaz.
– Bəs oğru nə oldu?
– Nə olacaq. Sən o arvadın gözəlliyinə baxma, yaman qaraçıdır. Bir hay-küy qaldırdı ki, gəl görəsən. Milis də
maşınla gəlib akt yazdı. Oğlanı da tutub apardı. Yazıq oğlan, azı səkkiz il işi var.
– Eh, cəhənnəm olsun, məni başqa maşın maraqlandırır.
– Hansı maşın?
– Mən milis gəlməmişdən əvvəl arvadın qapısında dayanan avtomaşından danışıram. Öyrənib bilmək istəyirəm, bura başqa maşın gəlmişdimi?
– Bəli, gəlmişdi.
– Təxminən nə vaxt?
– Yalan olmasın, bir qırx dəqiqə bundan əvvəl.
– Nə maşın idi?
– “Pobeda”.
– Avtomobilin rəngi yadındadırmı?
– Açıq-qəhvəyi rəngli idi.
– Avtomobil evin qabağında nə qədər dayandı?
– Təxminən on beş-iyirmi dəqiqə.
Bu sözləri eşidən kapitan bir az fikirləşməli oldu.
Öz-özünə dedi: “Deməli, Həlimə doğru deyirmiş. Oğrular 129
elə həmin maşında buraya gəliblər. Onlar on beş dəqiqə
otaqda qalıblar. Sarı qalstuklu oğlan avtomobilə minib getmiş, Vaqif Süleymanov isə qaçmağa imkan tapmamış-dır. Deməli, mən səhv mülahizə yürütmüşəm, zənnim məni aldatmışdır. Vaqif Süleymanov doğrudan da oğrudur. Fikirləş kapitan, fikirləş. Əgər Vaqif oğrudursa, bəs onda nə üçün o gəldiyi avtomobillə getməmişdir. Nə
üçün sarı qalstuklu oğlan çamadını maşına qoyub apar-mamışdı? Çox qaranlıqdır. Bəs bunu necə aşkar etməli?
Əlbəttə, oğruları buraya gətirən sürücünün vasitəsi ilə.
Mən birinci növbədə buraya gəlmiş avtomobili axtarıb tapmalıyam”.
Kapitan Rəsulov sorğu-sualı davam etdirdi:
– Maşının burada on beş-iyirmi dəqiqə qaldığını nədən bilirsən?
– Avtomobil gələndə bir kişinin ayaqqabılarını silir-dim. Adətən mən hər bir müştərini 10 dəqiqəyə yola Salıram. Bu müştəri gedən kimi ikincisi gəldi. Avtomobil isə
ikinci müştəridən sonra çıxıb getdi.
– Aydındır, de görüm maşının nömrəsini gördünmü?
– Xeyr, görmədim. Çünki maşın yanakı dayanmışdı.
– Bəs sürücünü necə?
– Sürücünü gördüm.
– Nə təhər adamdı?
Çəkməsilən oğlan əlini qaldırıb başını qaşıdı. Bir az fikirləşib cavab verdi:
– Vallah nə deyim. Adamların üzü mənim yadımda yaxşı qalmır. Avtomobil dayananda, gün o tərəfdən düşmüşdü, başım da kaprizni bir müştəriyə qarışmışdı. Ona görə mən şoferi yaxşı görə bilmədim. Əslində mən ona heç fikir də vermədim. Əgər qabaqcadan bilsəydim…
130
– Yəni şoferin sifəti, geyimi heç təxmini də yadına düşmür?
– Zdarovı bir kişiydi. Zor papiros çəkirdi. Özü də ten-niska geymişdi, mavi rəngli. Üzü isə yadıma gəlmir.
– Şalvarını, ayaqqabısını necə, görə bildinmi?
– Göy kətan şalvarı vardı. Ayaqqabısı yadımda deyil.
– Şofer buradan gedəndə özü ilə adam apardı?
– Bəli, apardı. Avtomobilə bir oğlan əyləşdi.
– Hündürboy oğlan, eləmi?
– Bəli, hündürboy, özü də qəşəng geyinmişdi.
– Qarasaçlı idi?
– Saçlarını görmədim. Çünki başına yaşıl rəngli şlyapa qoymuşdu.
– Paltarını necə, görə bildinmi?
– Əlbəttə, stilyajnı oğlandı. Qəşəng geyinmişdi. Sarı qalstuku da vardı.
– Ay afərin, sən düz danışırsan.
– Mən elə həmişə düz danışıram.
Kapitan Rəsulov ayaqqabılarını sildirib oğlanın pulunu verdi, sonra dedi:
– Sən mənim daha bir sualıma cavab verərsənmi?
– Sualın nədir, dayı?
– Bilirsən, oğlan, mən bir məsələ haqqında səninlə
danışmaq istəyirəm.
– Hə, nə olar ki, açıq danışmaq yaxşıdır. Hiylə işlətmək nəyə lazım, mən fırıldaqçı adamları xoşlamıram.
– İstəyirəm billəm, sən sirr saxlaya bilirsənmi?
– Dayı can, sən məni tanımırsan, müştərim deyilsən.
Ayaqqabını da mənə birinci dəfədir ki, sildirirsən. Kefinə
bax, əgər meylinə düşərsə sirrini de, düşmərsə xoş gəldin, səninki səndə, mənimki də məndə.
131
– Bilirsən, oğlan, sən hələ uşaqsan, məhəbbət də nə
olduğunu başa düşməzsən. Ancaq nə edim. Qaraçı olmağına baxmayaraq mən o qadını sevirəm. Onunla evlənmək fikrindəyəm. Buna görə də istəyirəm bilim, onun yanına başqa kişilər gəlir ya yox?
– Eh, rəhmətliyin oğlu, sən də sevməyə adam tapdın, hey-hey. Bu boyda Bakıda ağıllı-başlı bir qız yoxdur? Gərək elə bu arvaddan yapışaydın?
– Bu arvadın nəyi pisdir?
– Dayı can, sən gərək bu sualı mənə verməyəydin.
Keçib. Acığın tutmasın, hamısını deyəcəyəm. O qadın başdan-ayağa nömrədir. Sənəti də onu-bunu aldadıb, pulunu çəkməkdir. Onun o qədər aşnası var ki, gəl görəsən.
Sayı-hesabı yox. Son vaxtlar, deyəsən, bir az düzəlib.
Kimsə onun əl-ayağını yığışdırıb.
– Ola bilməz, oğlan, yəni sən düz deyirsən?
– Bu boyda yalan olar. Mənə nə qalıb ki, xalqın arvadına böhtan atam. Mən olanı dedim. Yaxşıya yaxşı, pisə
isə pis deyərlər.
Rəsulov qaşqabağını salladı. Özünü elə göstərdi ki, guya çəkməsilənin sözləri ona təsir etmişdir. O qəmləndi-yini gizlətmədən kədərli səslə dedi:
– Sən məni çox məyus etdin.
– Təqsirim nədir? Sən soruşdun, mən də dedim. Bilsəydim kefinə dəyəcək, heç danışmazdım. Axı mərdi-mə-zarlıq yaxşı şey deyildir. Sənə yazığım gəldi. Rəva bilmədim ki, sənin kimi belə bir arvada qismət olsun, ona görə
də olanı dedim.
– Olanı dedin. Ancaq onun yanına kimlərin gəlməsi haqqında heç nə danışmadın.
132
– Qabaqlar çox adam gəlib-gedərdi. Son üç-dörd ay-da kişi xeylağı görməmişəm.
– Bəlkə kişilər onun yanına gündüz deyil, gecələr gəlir.
– Ola bilər.
– Onun rəfiqəsi necə, çoxdurmu?
– Təkcə birini tanıyıram.
– O, nə təhər adamdır?
– Hündürboy qızdır. Adı da Klara.
– Klara? Adını hardan bilirsən?
– Mən o Klaranı yaxşı tanıyıram. Çünki gündüzlər tez-tez buraya gəlir. Bir həftə bundan əvvəl bir kişi ilə maşında buraya gəlmişdi. Maşını düz mənim yanımda saxladılar. Qız avtomobildən düşəndə kişi soruşdu: “Klara, mən də gəlim, ya gözləyim?” Mən də bu söhbətdən öyrənib bildim ki, həmin qızın adı Klaradır.
– Çox maraqlıdır, sonra nə oldu? Kişi evə getdi, ya yox?
– Bəli, getdi. Üç dəqiqədən sonra həmin Klara pəncərədən boylanıb kişiyə əl elədi. O da maşının pulunu verib evə girdi. Əlqərəz mənim o Klaradan zəhləm gedir. Gözəl olmasına baxmayaraq pozğun arvaddır. Hər dəfə bir cür kişi ilə gəlir. Çox vaxt sənin sevdiyin qadın evdə olmayanda belə. Klara burada müxtəlif kişilərlə görüşür, yəqin ev yiyəsi otağının açarını ona verir.
– Bu gün “Pobeda” ilə gələn sarı qalstuklu oğlan ne-cə, burada tez-tez olur?
– Mən onu bircə dəfə bu gün görmüşəm.
– Onu bir də görsən tanıyarsan?
– Mən onu lap min kişinin içindən seçərəm.
133
– Onda mənim səndən bir xahişim var. Onu yerinə
yetirərsənmi?
– Məmnuniyyətlə.
– Sən nə vaxt o oğlana rast gəlsən, dərhal mənə zəng vur.
– Mən ona harda rast gələcəyəm. Gündüzlər həmişə
burada oluram, axşamlar isə məktəbdə.
– Mən sənə demirəm ki, işini-gücünü atıb şəhərdə
onu axtarasan. Ancaq təsadüfən rast gələ bilərsən.
– Kim bilir, bəlkə o bir də bura gəldi.
– İnanmıram, məncə o bir daha bura gəlməz. Ancaq həyatda hər şey ola bilər. De görüm razısan? Mənə zəng vurarsan? Xəcalətindən çıxaram.
– Nə xəcalətbazlıqdır. Telefonun nömrəsini ver, mütləq zəng vuraram.
Əli Rəsulov evinin və işinin telefon nömrələrini kağıza yazıb oğlana verdi. Oğlan dedi:
– Dayı can, axı adını yazmağı unutdun?
– Familyam Rəsulovdur. Bəs sənin adın?
– Əbdüldür. Çəkməsilən Əbdülü bu tərəflərdə hamı tanıyır. Əli Rəsulov çəkməsilən Əbdül ilə xudahafizləşdi.
Ətrafına nəzər saldı. Nə Rzayevin, nə də Svetlananın burada olmadığını görüb dərhal idarəyə qayıtdı.
QAN LƏKƏSİ
Axşam saat beşdə kapitan Rəsulov paltarını dəyişib yenə Həliməgilə gəldi. Rəsulovun gəlişini gözləməyən Həlimə Əlağa qızı təşvişə düşdü, rəng verib rəng aldı, öz-özünə dedi: “Görəsən, kapitan məndən nə istəyir? O, 134
bura niyə gəlibdir? Olmaya məndən şübhələnir?…” Həlimə güclə özünü ələ alıb, şən olmağa, iztirabını gizlətməyə
çalışdı. Xoşa gəlmək üçün bir az nazlandı, süni gülüşlə
dedi:
– Bıy, qadan alım, xoş gəlmisiniz. Sizdən nə əcəb?
– Həlimə xanım, sizinlə danışmaq adama xoş gəlir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?